Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-624/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 iyul tarixli 2-2(106)-61/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Ağcabədi rayonu İcra Hakimiyyəti Başç ısının 2006-cı il 25 dekabr tarixli 274 nömrəli sərəncamının surətindən görünür ki, Ağcabədi rayonunun Xocavənd kənd sakini Cavabdeh ərizə ilə müraciət edərək, Xocavənd Bələdiyyəsinin 2006-cı il 12 fevral tarixli 02 nömrəli qərarı ilə əldə etdiyi 237,6 kv.m torpaq sahəsində ticarət mərkəzi tikintisinə icazə verilməsini xahiş etmiş və Xocavənd kənd sakini Cavabdeh icarəyə götürdüyü 237,6 kv.m torpaq sahəsində ticarət mərkəzi tikintisinə icazə verilmişdir.
2. Cinayət işinin başlanmasının rədd edilməsinə dair Ağcabədi Rayon Polis Şöbəsinin 2020-ci il 6 may tarixli qərarının surətindən görünür ki, X5 və qeyrisinin barəsində toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh mülki mühakimə qaydasında iddia qaldırması izah edilmişdir.
3. Ağcab ədi Rayon Məhkəməsinin 2020-ci il 11 avqust tarixli 2(017)-800/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri 43 nömrəli notariat ofisində reyestrdə 3M-686 nömrə ilə qeydə alınmış 2020-ci il 31 mart tarixli ilkin alğı-satqı müqaviləsi və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi qət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 2021-ci il 25 may tarixli 2(106)-505/2021 nömrəli qətnaməsi ilə həmin qətnamə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 1 noyabr tarixli 2(102)-5961/2021 nömrəli qərarı ilə isə Şirvan Apellyasiya Məhkəməsinin 2021-ci il 25 may tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan son ra – “cavabdeh”) qarşı 2020-ci il 25 avqust tarixdə iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 456.000 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ildə cavabdeh “MingəçevirBəhrəmtəpə” avtomobil yolunun Xocavənd kəndindən keçən hissəsindən, yolun kənarından 237.6 kv.m torpaq sahəsini icarəyə götürmüş və tikintiyə başlamışdır. Lakin maddi vəziyyəti ilə əlaqədar tikintinin inşasını dayandırmış və cavabdeh bir müddət sonra Rusiya Federasiyasına gedib orada yaşamışdır. 2018-ci ildə cavabdeh yenidən yaşadığı Ağcabədi rayonu Xocavənd kəndinə qayıtmış və tikintini davam etdirməyə başlamış dır. Həmin vaxt cavabdehin maliyyə problemi yarandığı üçün yenidən tikinti yarımçıq qalmışdır. İddiaçı cavabdehin işinin yarımçıq qalmasını istəməmiş və cavabdehə hissə-hissə 100.000 manat məbləğində borc pul vermişdir ki, tikinti işlərini tamamlasın. Lakin cavabdeh iddiaçının vermiş olduğu pula tikintinin inşasını tamamlaya bilməmiş və yenidən iddiaçı cavabdehin yanına gələrək tikintini başa çatdırması üçün sonuncuya maddi yardım etməsini, ticarət mərkəzinin hər ikisinin mülkü olmasını və şərikli işlətmələrini təklif etmişdir.
6. Cavabdeh iddiaçının təklifi ilə razılaşmış və iddiaçı həmin müddətə kimi cavabdehin çəkdiyi xərci hesablamış, cəmi 120.000 manat məbləğində müəyyən olunmuşdur. Həmin tikintinin inşası başa çatanadək iddiaçı ümumilikdə 236.000 manat məbləğində nağd pul xərcləmişdi r. Əlavə olaraq iddiaçı öz adına 220.000 manat dəyərində tikinti mağazalarından tikinti materiallarını və mağaza üçün vitrin avadanlıqlarını nisyə götürərək cavabdehlə razılaşmışdır ki, əvvəlcə işləyib 220.000 manat məbləğində nisyə aldığı əşyaların pulunu ödəsinlər, daha sonra isə cavabdeh əlavə xərcləmiş olduğu 116.000 manat məbləğində pulu götürər. Cavabdeh iddiaçı ilə razılaşmış və 2019-cu il 20 noyabr tarixdə ticarət mərkəzinin açılışı olmuş, iddiaçının qardaşı Elmir Quliyev həmin ticarət mərkəzinin fəaliyyətini davam etdirməsi üçün “Araz ailə market” marketlər şəbəkəsindən mal götürməsi məqsədilə Bakı şəhərində olan evini girov qoymuş və bundan sonra şirkət cavabdeh ilə müqavilə bağlayaraq marketə mal vermişdir. “Araz marketlər şəbəkəsi” ilə müqavilə cavabdehin adına olduğu üçün şə bəkədən köçürülən pulları cavabdeh müxtəlif yollarla mənimsəməyə başlamışdır. Bu müddət ərzində iddiaçının nisyə olaraq götürmüş olduğu tikinti materiallarının və digər məhsulların sahibləri ondan borclarını istədikdə, sonuncu da cavabdehə mağazada edilən alverin pulundan borcdan verməsini bildirmiş, lakin cavabdeh mağazada pul olmadığını bildirmişdir. İddiaçı cavabdehin həyat yoldaşı olan bacısı Hicrana, qardaşı Elmirə və cavabdehin qızı Pərvinə məlumat vermişdir. Pərvin isə 2020-ci il 15 yanvar tarixdə cavabdeh ilə danışmış, öz evlərində onun iştirakı ilə müqavilə bağlamışdır ki, iddiaçının mağaza üçün xərcləmiş olduğu borc pulları verib bitirənədək cavabdeh mağazadan pul götürməyəcək. Lakin 2020-ci ilin mart ayının sonlarında cavabdehin yenidən ticarət mərkəzində əldə olunan puldan istə diyi kimi xərclədiyi məlum olmuş və iddiaçı bununla bağlı öz iradını bildirsə də, cavabdeh sonuncuya orada payının olmamasını və bir daha həmin obyektə gəlməməsini bildirmişdir.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 152.1, 157.2, 164.1, 165.1, 385.1, 443.1, 449.1, 449.2, 449.3, 449.4, 739.1, 1096.1, 1096.2, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh 2020-ci il 20 oktyabr tarixində iddia tələbinə dair etiraz təqdim edərək, iddiaçının xərcləmiş olduğu 230.000 manat məbləğində pulu cavabdehə məxsus əşyaların dəyərində vəsaitin tutulmasını xahiş etmişdir. Etiraz onunla əsasland ırılmışdır ki, iddiaçı cavabdehin obyektinə ümumi olaraq 230.000 manat pul xərcləmişdir. Həmin məbləğin 184.000 manat dəyərində olan hissəsini nağd şəklində, digər 46.000 manat məbləğində olan hissəsini isə nisyə almış olduğu materiallar üçün borclu qalmışdır. İddiaçı, obyektə xərcləmiş olduğu vəsaitin əvəzinə cavabdehə məxsus olan 63.260 manat dəyərində vitrin, 12.500 manat məbləğində kompüter sistemi, 5.000 manat məbləğində ofis mebeli kompüteri, 3.000 manat məbləğində kondisioner, 15.700 manat məbləğində istilik sistemi və digər əşyaları söküb aparmışdır. 9. "xxxx" MMC-nin 2021-ci il 5 mart tarixli, LP-030/21 nömrəli rəyinə əsasən, Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən qeyri – yaşayış sahəsinin bazar qiyməti – 420.000 manat, likvid qiyməti isə 395.000 manat məbləğində dəyərləndiri lmişdir. 10. “X1” MMC-nin 2021-ci il 28 sentyabr tarixli, 175 nömrəli rəyinə əsasən, ticarət obyektinin bazar qiyməti 410.000 manat məbləğində müəyyən edilmişdir. Tədqiq olunan ticarət obyektinin (qeyri – yaşayış binası) layihə sənədlərinin (işçi və eskiz layihələri. Texniki pasport və s.), qeyri – yaşayış binasının tikintisinə dair smetanın (smetada görülmüş bütün işlərin, o cümlədən gizli, yəni gözlə görünməyən işlərin növləri, həcmi, dəyəri əks olunmaqla) ekspertiza tədqiqatına təqdim olunmadığına görə (həmin sənədlərin təqdim olunması barədə məhkəməyə rəsmi məktubla müraciət olunmuşdur), tikintiyə çəkilmiş xərclərin məbləğinin müəyyən olunmasına dair tədqiqat aparılması mümkün olmamışdır.
11. Ağcabədi Rayon Məhkəməsinin 2021-ci il 3 noyabr tarixli, 2(017)-58/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 200.000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur (hakim – S.Ləzimov).
12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 7 aprel tarixli, 2(106)-562/2022 nömrəli qərardadı ilə iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 2021-ci il 3 noyabr tarixli, 2(017)58/2021 nömrəli qətnaməsi ləğv olunaraq işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim – Z.Zeynalov, hakimlər – T.Heydərov və T.Kərimov).
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 29 noyabr tarixli, 10/4765 nömrəli rəyinə əsasən, 2006-cı ildə cavabdeh in icarəyə götürdüyü “Mingəçevir-Bəhrəmtəpə” avtomobil yolunun Ağcabədi rayonu Xocavənd kəndindən keçən hissəsində yolun kənarında ümumi sahəsi 780,8 kv.m olan qeyri-yaşayış sahəsi inşa olunmuşdur. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin 2018-2019-cu illərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 308.178,78 manat məbləğində müəyyən edilmiş, qeyri-yaşayış sahəsinin ayrı-ayrılıqda otaqlarının ölçüləri, həmin qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada və rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Eyni zamanda vitrinlərin, avadanlıqların dəyərinin müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığı qeyd edilməklə, vitrinlərin (mebellərin) və avadanlıqların dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır.
14. İddiaçı 2023-cü il 9 fevral tarixində məhkəməyə ərizə təqdim edərək, cavabdehdən 456.000 manat borcun, o cümlədən 2018 – 2023-cü illər üçün əldən çıxmış fayda qismində bank faiz uçot dərəcəsinə uyğun olaraq 178.448 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 9 fevral tarixli, 2-2(121)-19/2023 nömrəli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə verilmiş ərizə geri qaytarılmışdır (hakim – N.Misirzadə).
16. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 10 mart tarixli, 2-2(121)-19/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 344.978,78 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu cəmi 345.003,78 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – N.Misirzadə).
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, nisyə alınan əşyaların dəyəri iddiaçı tərəfindən sonradan ödənilmiş olsa da, 220.000 manat dəyərində götürülmüş tikinti materiallarından və mağaza üçün vitrin avadanlıqlarından yalnız 63.200 manat dəyərində olan vitrin cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. İddiaçı tərəfindən tikintiyə xərc çəkilməsi və mağaza üçün vitrin avadanlıqları alınması işin materialları ilə təsdiq olunmuşdur. Belə ki, tərəflər şərik olaraq gəlir əldə etmədə n münasibətləri pozulmuş və iddiaçıya zərər dəymişdir. Dəymiş zərər isə cavabdeh tərəfindən ödənilməmiş və iddiaçı dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçı cavabdehin icarəyə götürdüyü torpaq sahəsində inşa etdiyi tikintinin (ticarət mərkəzinin) başa çatdırması üçün 188.178,78 manat məbləğində xərc çəkmişdir. Ekspert rəyindən də aydın olmuşdur ki, tikilidə (ticarət mərkəzində) aparılmış tikinti-təmir işlərinin 2018-2019-cu illərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 308.178,78 manat məbləğində müəyyən edilmişdir. Tikilidə aparılmış işlərə çəkilmiş xərcin, həmçinin tikinti mağazalarından tikinti materiallarının və mağaza üçün vitrin avadanlıqlarının alınmasına görə çəkilmiş xərcin əvəzinin ödənilməsinə dair iddia tələbi xarakterinə, tutulma qaydası na görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir.
18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tikilidə aparılmış işlərə görə iddiaçı tərəfindən 188.178,78 manat məbləğində xərc çəkilmişdir, tərəflər həmin müddətə kimi cavabdehin tikintiyə çəkdiyi xərci hesablamış və cavabdeh tərəfindən tikiliyə cəmi 120.000 manat məbləğində xərc çəkildiyini müəyyən etmişlər. Belə olan halda, ekspert rəyi ilə müəyyən edilmiş 308.178,78 manat məbləğində pul vəsaitindən 120.000 manat məbləğində cavabdehin çəkdiyi xərci çıxdıqda iddiaçının tikintiyə çəkdiyi xərcin 188.178,78 manat (yəni, 308.178,78- 120.000=188.178,78 manat) məbləğində olması müəyyən olunmuşdur. Tikinti mağazalarından tikinti materiallarının və mağaza üçün vitrin avadanlıqlarının alınmasına görə çəkilmiş xərcə gəldikdə isə, müəyyən edilmişdir ki, iddiaçı buna görə 156.800 manat məbləğində xərc çəkmişdir. Cinayət təqibi üzrə qüvvəyə minmiş qərarla, cavabdehin iddiaçının tikiliyə 230.000 manat məbləğində pul xərclənməsini etiraf etməsi müəyyən olunmuşdur. Cinayət təqibi üzrə qəbul edilmiş həmin qərarda göstərilən izahatı ilə bağlı cavabdeh məhkəmə iclasında bildirmişdir ki, tikilinin başa çatdırılması üçün iddiaçı tərəfindən hər hansı bir xərc çəkilməmişdir. Qərarda qeyd etmiş olduğu 230.000 manat məbləğində xərci iddiaçı mağaza üçün vitrin avadanlıqlarının alınmasına görə çəkmişdir. Həmin avadanlıqları da iddiaçı onun inzibati qaydada həbs olunmasından istifadə edərək, hamısını aparmışdır. Cavabdeh, qeyd olunan halların etiraf edilməsindən savayı məhkəməyə avadanlıqların məhz iddiaçı tərəfindən götürülməsini təsdiq e dən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə araşdırılması zamanı 220.000 manat dəyərində götürülmüş tikinti materiallarından və mağaza üçün vitrin avadanlıqlarından yalnız 63.200 manat dəyərində olan vitrinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması müəyyən edilmişdir. İddiaçının tikinti mağazalarından götürülmüş tikinti materialları və mağaza üçün vitrin avadanlıqları ilə bağlı çəkilmiş 220.000 manat məbləğində pul vəsaitindən 63.200 manat çıxdıqda iddiaçının buna görə çəkdiyi xərcin 156.800 manat (yəni, 220.00063.200=156.800 manat) məbləğində olması müəyyən olunmuşdur. Dəftərdə qeyriyaşayış sahəsində aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının dəyəri, həmin obyektdə görülmüş işlər (sərf olunmuş tikinti materiallarının dəyər i, təmir-tikinti işlərinin yerinə yetirilməsi üçün çəkilmiş xərclər və s.) cavabdehin şəxsi xətti ilə aydın şəkildə qeyd edilmişdir. Qeyd olunan məbləğlər də həmin dəftərdə öz əksini tapmış, həmin tikilidə X2 fəaliyyət göstərmiş və orada ona məxsus mallar olmuşdur. Belə ki, müxtəlif vaxtlarda marketin qarşısından keçməklə bu halları müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, “marketdə olan malların qarşı tərəfin ətrafı tərəfindən boşaldılması”na dair şahidin ifadəsi inandırıcı və ağlabatan mühakimə hesab edilməmişdir.
19. Məhkəmə öz mövqeyini MM-in 21.1, 21.2, 157.7, 157.8, 390.4, 390.5, 404, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarına, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 2008-ci il 30 dekabr tarixli Qərarına, MPM-in 14.2, 76, 77.1, 82.4, 88, 101.7, 103.1, 104.3, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir.
20. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini, iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin “iddianın təmin edilən hissəsində” ləğv olunmasını və iddia tələblərinin tam təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Şirvan Apellyasiya Məhk əməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 iyul tarixli, 2-2(106)-61/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – P.Əhmədov, hakimlər – İ.Əsədov və O.İsmayılov).
31. Apellyasiya instansiya məhkəməsi o nəticəyə gəlmişdir ki, iddiaçının təkrar ekspertizanın keçirilməsi zəruriliyi barədə dəlili heç bir sübutla əsaslandırılmamış, həmin qeyri-yaşayış sahəsinin işdə olan tikinti-texniki ekspertizasının 2022-ci il 29 noyabr tarixli 10/4765 nömrəli rəyindən fərqli qiymətləndirilməsinə əsas verə biləcək heç bir rəy və digər sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş dəftərin cavabdeh tərəfindən yazılması mübahisəsiz hal olmaqla yanaşı, orada göstərilənlər hazırkı iş üzrə hər hansı əhəmiyyət kəsb etməsi müəyyən olunmamışdır. Belə ki, orada qeyd edilən rəqəmlərə nəzər saldıqda, onların konkret olaraq hər hansı məbləğin iddiaçı tərəfindən verilməsi və ya alınmasını ehtiva etməsi aşkar olunmamış, həmçinin dəftər üzrə xətşünaslıq ekspertizasının təyin edilməsi zərurəti işdən görünməmişdir. Qeyd olunanlarla yanaşı, iddiaçı məhkəmə iclasında verdiyi izahatında mübahisəli obyektin qiymətləndirilməsi və ya işdə olan adıçəkilən dəftər üzrə müvafiq ekspertizaların aparılmasına hər hansı zərurət olmadığını və bunun işin baxılmasının lüzumsuz olaraq uzadılmasına gətirib çıxaracağını bildirmişdir.
32. İddiaçı birinci instansiya məhkəməsində qeyd edilən ekspertizaların keçirilməsini tələb etməmiş və cavabdeh iddia ərizəsinə etirazda və məhkəmə iclaslarında iddiaçıya 230.000 manat məbləğdə borcunun olması faktını etiraf etmişdir. İddiaçı tərəfindən birinci və apellyasiya instansiyası məhkəmələrində cavabdehə məxsus mağazadan borcun qarşılığında 63.200 manatına dəyərində vitrin götürülməsi faktı etiraf olunmuşdur ki, bu da yekun qərar qəbul olunarkən nəzərə alınmışdır. İddiaçı tərəfindən digər əşyaların, eləcə də mebellərin götürülməsi barədə isə işdə hər hansı sübut mövcud olmadığından. həmin dəftərə mötəbər sübut kimi istinad edilməmiş və tərəflər izahatlarında orada göstərilənlər üzrə xətşünaslıq ekspertizasının keçirilməsini istəmədiklərini bildirmişlər. Cavabdehin apellyasiya şikayətinin, 2020-ci il 6 may tarixli Ağcabədi Rayon Polis Şöbəsinin qərarındakı izahatların əvvəlcədən saxtalaşdırılması və cavabdeh özü ali t əhsilli olaraq öz xətti ilə yazmaq qabiliyyətinə malik olmuş olsa da, polis əməkdaşları tərəfindən kompüter vasitəsi ilə izahatının yazılıb oxumadan imza etdirmələri barədə dəlili real və inandırıcı görünmür. Cavabdehdən və ya ailə üzvlərindən (arvadı Hicran və qızı Pərvin) izahatın təzyiq altında alınması və ya qərarın mötəbərliyini şübhə altına alan digər hallar barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmiş və ya həmin qərarın mübahisələndirilməsi işdən görünməmişdir. Həmin şahidlər işə Ağcabədi Rayon Məhkəməsində baxılarkən dindirilmiş və həmin qətnamə ləğv edilmişdir. Şirvan Kommersiya Məhkəməsində həmin şahidlərin yenidən dindirilməsi barədə isə vəsatət verilməmiş və hazırkı kommersiya mübahisəsi üzrə icraat çərçivəsində onların ifadəsi alınmamışdır.
33. Şahid qismində birin ci instansiya məhkəməsində dindirilmiş Şahid ifadəsi isə məhkəmə iclas protokolunda göstərilmiş və qətnamədə ona istinad olunmuşdur. Şahid ifadəsində göstərilənləri işin halları ilə qarşılıqlı əlaqəli şəkildə araşdırdıqda orada hazırkı iş üçün hər hansı əhəmiyyət kəsb edən halın müəyyən edilməsi görünməmiş, tərəflər cavabdehin tikintiyə çəkdiyi xərci hesablayaraq cavabdeh tərəfindən tikiliyə 120.000 manat məbləğində xərc sərf olunduğunu müəyyən etmişlər və ekspertizanın rəyi ilə müəyyən edilmiş 308.178,78 manat məbləğdə vəsaitdən 120.000 manat məbləğ olan cavabdehin çəkdiyi xərci çıxdıqda iddiaçının tikintiyə çəkdiyi xərcin 188.178,78 manat məbləğdə olması müəyyən olunmuşdur. Qeyd edilən avadanlıqların iddiaçı tərəfindən aparılmasını sübuta yetirmək vəzifəsi daşıyan cavabdeh həmin avadanlı qların iddiaçı tərəfindən götürülməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırılması nəticəsində 220.000 manat dəyərində götürülmüş tikinti materiallarından və mağaza üçün vitrin avadanlıqlarından yalnız 63.200 manat dəyərində olan vitrin cavabdeh tərəfindən iddiaçıya qaytarılması müəyyən edilmişdir ki, iddiaçının tikinti mağazalarından götürülmüş tikinti materialları və mağaza üçün vitrin avadanlıqları ilə bağlı çəkilmiş 220.000 manat məbləğində pul vəsaitindən 63.200 manat çıxdıqda iddiaçının buna görə çəkdiyi xərcin 156.800 manat məbləğində olması müəyyən olunmuşdur.
34. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, MM-in 6.1.2, 21.1, 21.2, 157.7, 157.8, 385.1, 386.1, 390.4, 390.5, 425.1, 427.3, 739, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarına, MPM-in 9.3, 14.2, 77.1, 82.4, 106.3, 217.1, 217.2, 218.3, 385.2, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. Cavabdeh kassasiya şikayəti verməklə həmin qətnamənin tam ləğv olunmasını və iddia tələblərinin tam təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. MM-in 157.8, 390.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi qeyd olunan mad di normalara istinad etmiş olsa da, istinad səbəbini vurğulamamışdır. Tərəflər arasında nə yazılı, nə də şifahi müqavilə bağlanılmamış və iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. 37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarında göstərilən hüquqi mövqeyə riayət olunmamışdır. Məhkəmə Konstitusiya Məhkəməsində qeyd olunan hüquqi mövqeyə əməl etməmişdir. 38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1997-ci il 11 iyul tarixli Qərarında göstərilən hüquqi mövqe pozulmuşdur. Məhkəmə tərəfindən qətnamə qəbul olunarkən qeyd olunan qərarda göstərilən tələblərə riayət olunmamışdır.
39. İnsan Hüq uqları üzrə Avropa Məhkəməsinin “X3rşı”, “X4rşı” Qərarlarında qeyd olunan hüquqi mövqe pozulmuşdur. Həmin qərarlarda göstərilən tələblərə məhkəmə tərəfindən riayət edilməmişdir.
40. MPM-in 14.2, 77.1, 82.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə iddiaçının vermiş olduğu ifadələrə əsaslanmış və cavabdeh tərəfindən təqdim edilmiş sübutlar isə məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçı əmlakların bir çox qisminin, o cümlədən mebellərin hamısının götürülməsini etiraf etmiş olsa da, məhkəmə iddiaçının etirafına hüquqi qiymət verməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin sonuncu tərəfindən deyil, digər bir nümayəndə tərəfindən tərtib olunduğunu bildirmişdir. Bundan başqa məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə, söyləmiş olduğu fikirlərə və obyektin ümumi dəyərini təyin edən rəylərə qiymət verməmişdir.
41. Apellyasiya məhkəməsi hazırkı iş üzrə olan obyektin tikinti – təmir işləri ilə bağlı çəkilmiş xərclərin qeyd edildiyi dəftəri qanunsuz və əsassız şəkildə sübut kimi qiymətləndirmiş, göstərilən bütün qeydləri iddiaçının xeyrinə dəyərləndirmişdir. Belə ki, əgər iddiaçı həmin dəftərdə qeyd olunan məbləğdən daha yüksək məbləğ qeyd etmiş olsa idi, o zaman məhkəmə dəftərdə qeyd olunan həmin məbləğin cavabdeh tərəfindən xərcləndiyi qənaətinə gəlməli idi. Həmçinin məhkəmə həmin dəftərdə qeyd olunan məbləğləri və xərcləri iddiaçının xeyrinə qiymətləndirmişdir. Cavabdehin həm sübut kimi məhkəməyə təqdim etmiş olduğu cədvəldə, həm də məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən obyektin tikinti – təmir işləri ilə bağlı verilmiş 230.000 m anat məbləğin iddiaçı tərəfindən tam şəkildə geri götürüldüyü bildirilsə də, məhkəmə həmin hala hüquqi qiymət verməmişdir. Həmin obyektin 2019-cu il 20 noyabr tarixindən 2020-ci il 19 may tarixləri aralığında iddiaçı həmin ticarət obyektinin nəzdində fəaliyyət göstərmiş qəssabxana, quru meyvə satışı, “Araz” supermarket, aptek və baytarlıq aptekinin fəaliyyətindən əldə olunmuş bütün gəlirləri özünə götürmüş və cavabdehə heç bir ödəniş verməmişdir. Nəticədə isə iddiaçı həmin obyektdən 130.000 – 140.000 manat məbləğində gəlir əldə etmişdir. Qeyd olunan 230.000 manat məbləğdən yuxarıda göstərilən məbləğdən geri qalan 90.000 – 100.000 manat məbləği isə sonuncu obyektdə olan avadanlıqları apararaq əvəzləmişdir. İddiaçı obyektdən 63.260 manat dəyərində vitrin, 12.500 manat dəyərində kompüter sist emi, 5.000 manat dəyərində ofis mebeli, 3.000 manat dəyərində kondisioner, 15.700 manat məbləğində istilik sistemi və digər əşyaları sökərək götürmüşdür. Həmçinin məhkəmə tərəfindən Ağcabədi RPŞ-nin 2020-ci il 6 may tarixli qərarına mötəbər sübut kimi istinad etməsi tamamilə qanunsuz və əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. İddiaçı kassasiya şikayətinə dair etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri yalnız formal mülahizələrdən və qanunvericiliyin müvafiq normalarını sadalamaqdan ibarət olmuşdur. Belə ki, cavabdeh həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçının iddiasını təkzib etməmiş və tərəflər arasında mübahisəli ticarət obyektinin tikintisi ilə bağlı iddiaçı tərəfindən müəyyən m əbləğlərin sərf olunduğunu qismən etiraf etmişdir. Həmçinin məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmiş “dəftər”in də cavabdeh tərəfindən yazıldığını etiraf etmiş və bunun mübahisələndirməmişdir. Lakin apellyasiya məhkəməsi qətnaməsində həmin sübuta qiymət verməmişdir.
43. İddiaçı mebellərin sonuncu tərəfindən götürülməsini etiraf etməmiş, məhkəməyə cavabdeh tərəfindən dəvət olunan Şahid da mebellərin oradan daşınan zaman İddiaçı orada görmədiyini bildirmiş və ticarət obyektindən götürülən mebellərə çəkilən xərclər iddia tələbində öz əksini tapmamışdır. Kassasiya baxışının hədləri
44. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı m addələri).
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
46. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin h üququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.”
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Mad də
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasın dan və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğu l olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
48. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissə sində məcburidir. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, ha belə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 iyul tarixli 2-2(106)-61/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
50. Apellyasiya instansiyası məhkəməsi iş üzrə o nəticəyə gəlmişdir ki, iddiaçının, təkrar ekspertizanın keçirilməsi zəruriliyi barədə dəlili heç bir sübutla əsaslandırılmamış, həmin qeyri-yaşayış sahəsinin işdə olan tikinti-texniki ekspertizasının 2022-ci il 29 noyabr tarixli 10/4765 nömrəli rəyindən fərqli qiymətləndirilməsinə əsas verə biləcək heç bir rəy və digər sənəd məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, iş materiallarına əlavə edil miş dəftərin cavabdeh tərəfindən yazılması mübahisəsiz hal olmaqla yanaşı, orada göstərilənlərin hazırkı iş üzrə hər hansı əhəmiyyət kəsb etməsi müəyyən olunmamış, orada qeyd edilən rəqəmlərə nəzər saldıqda, onların konkret olaraq hər hansı məbləğin iddiaçı tərəfindən verilməsi və ya alınmasını ehtiva etməsi aşkar olunmamış, həmçinin dəftər üzrə xətşünaslıq ekspertizasının təyin edilməsi zərurəti olmamışdır. Beləliklə, apelyasiya məhkəməsi qətnamə qəbul edərkən həmin dəftərə mötəbər sübut kimi istinad etməmiş, iş üzrə gəldiyi nəticəni isə dəftərdə yazılan qeydlərə əsasən deyil, məhkəmə ekspertizasının rəyinə və digər sübutlara istinadla əsaslandırmışdır.
51. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, tərəflər arasında yazılı və yaxud şifahi müqavilə bağlanmasa da, iş materiallarında olan Ağcabədi Rayon Polis Şöbəsinin 2020-ci il 6 may tarixli qərarının sürətindən görünür ki, Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının 2006-cı il 25 dekabr tarixli 274 nömrəli sərəncamına əsasən cavabdehə 237,6 kv.m torpaq sahəsində ticarət mərkəzinin tikintisinə icazə verilmiş və yarımçıq qalmış tikilinin tamamlanmasına iddiaçı tərəfindən maddi xərc çəkilmiş, bu xərclər iş materiallarında mövcud olan “dəftər”də öz əksini tapmışdır.
52. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, iddiaçı tərəfindən götürülmüş əmlakların bir çox qismi apellyasiya ins tansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmışdır. Belə ki, mağazadan 63.200 manat məbləğində vitrinlərin götürülməsi faktı iddiaçı tərəfindən etiraf edilmiş, bu da yekun məbləğdə öz əksini tapmışdır (yəni 220.000 (tikinti materialları və vitrin avadanlıqları üçün)-63.200=156.800 manat). İddiaçı tərəfindən digər əşyaların və eləcə də mebellərin götürülməsi barədə isə işdə hər hansı sübut mövcud olmadığından, cavabdehin kassasiya şikayətinin bu dəlili də əsassızdır.
53. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
54. Tikinti-təmir işləri ilə bağ lı çəkilmiş xərclərin əsassız olaraq qiymətləndirilməsi ilə bağlı isə qeyd olunmalıdır ki, həmin tikiliyə çəkilmiş xərclə bağlı birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 29 noyabr tarixli, 10/4765 nömrəli rəyinə əsasən, həmin tikilinin 2018-2019-cu illərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 308.178,78 manat məbləğində müəyyən olunmuşdur.
55. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, cavabdeh kassasiya şikayətində, işə baxılarkən Avropa Məhkəməsinin, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarının tələblərinin pozulduğunu qeyd etsə də, bu pozuntuların konkret olaraq nədən ibarət olduğunu göstərməmişdir.
56. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 iyul tarixli 2-2(106)-61/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.