Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-624/2024 25.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin və qarşılıqlı iddialarına dair iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi, pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ilk iddiası, Cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən və onun üzərində olan tikilidən çıxarılma” tələbi barədə qarşılıqlı iddiasına dair iş ü zrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyun tarixli 2-2(104)-66/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, Cavabdeh Ağdam rayonu, Xındırıstan kəndində 0,015 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin torpaq sahəsinin 2022-ci il 28 iyun tarixli kadastr planının surətinə əsasən, Cavabdeh Ağdam rayonu, Xındırıstan kəndində 0,015 ha torpaq sahəsi verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan s onra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə verdiyi 18.535 manatın, obyektə xərclədiyi 10.000 manatın, cavabdehin adından ödədiyi 2.800 manat enerji pulunun, cəmi 31.335 manat pul vəsatinin, əlavə olaraq dondurma soyuducunun, elektrik qızdırıcısının və obyektin qarşısına qoyduğu işıqverənin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildən Ağdam rayonunun Xındırıstan kəndində Vaqif adlı şəxsin yerini icarəyə götürürərək gözəllik salonu işlədir. O, cavabdehə həyətyanı torpaq sahəsi axtardığını və alıb salon tikdirəcəyini bildirmişdir. Cavabdeh isə Xındırıstan kəndində torpaq sahəsinin olduğunu bildirmiş və aralarında razılıq əldə edildikdən sonra o, cav abdehə 2.000 manat pul vermişdir. O, həmin obyektin təmirinə 10.000 manat məbləğində pul xərcləmişdir. Obyektə görə cavabdehə müxtəlif vaxtlarda 18.535 manata qədər pul ödəmişdir. Obyektin və obyektə bitişik digər obyektlərdə istifadə olunan elektrik enerjisinin pullarını cavabdeh ona ödətdirmiş, bununla bağlı 4 il ərzində 2.880 manat ödəniş etmişdir. Daha sonra cavabdehdən obyekti adına keçirməsini xahiş etmiş, cavabdeh isə artıq fikrini dəyişdiyini, obyekti satmaq istəmədiyini bildirmişdir. Cavabdeh onun işığını kəsdirmiş, ona məxsus dondurma soyuducunu, elektrik sobasını və obyektin qarşısına qoyduğu işığı söküb aparmışdır.
5. Cavabdeh ilkin iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Ağdam rayonu, Xındırıstan kəndində yerləşən obyekti gözəllik salonu kimi istifadə etməsi üçün iddiaçıya icarəyə vermişdir. Aralarında olan razılığa əsasən iddiaçı 1 il müddətinə 18.000 manat ödəyəcəyi halda, obyekt onun adına sənədləşdirilməli idi. İddiaçı bankdan kredit götürüb obyektin dəyərini ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin vaxt o, gözəllik salonu üçün 5.950 manatlıq avadanlıq alıb, gözəllik salonunu istifadəyə yararlı vəziyyətə gətirmişdir. İddiaçı avadanlıqlar üçün aldığı 5.950 manatı hissə-hissə ödəsə də, obyektin dəyərini ödəməmiş və bu səbəbdən də alğı-satqı müqaviləsi baş tutmamışdır. O, sonda obyekti iddiaçıya satacağına görə ondan aylıq kirayə haqqı tələb etməmişdir. Odur ki, ilkin iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
6. Bundan sonra cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, ona məxsus Ağdam rayonu, Xındırıstan kəndində yerləşən 0,015 ha torp aq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikinti obyektindən iddiaçının çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia tələbi ilkin iddia tələbinə qarşı etirazla eyniməzmunlu olmaqla qeyd edilmişdir ki, iddiaçı 5 il ona məxsus tikinti obyektindən gözəllik salonu kimi istifadə etmiş, ancaq obyekti öz adına keçirmək üçün şərtləşdirdikləri 18.000 manatı ödəməkdən müxtəlif bəhanələrlə imtina etmişdir.
8. Ağdam Rayon Məhkəməsinin 2022-ci il 6 sentyabr tarixli 2(013)-1327/2022 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdehdən 10.535 manat və obyektə xərclənmiş 10.000 manat olmaqla, cəmi 20.535 manat pulun tutularaq iddiaçıya ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, cavabdehə məxsus Ağdam rayonu, Xındırıs tan kəndində yerləşən 0,015 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdən iddiaçının çıxarılması qət edilmişdir.
9. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 17 avqust tarixli 2(104)-248/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 2022-ci il 6 sentyabr tarixli 2(013)-1327/2022 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023cü il 9 iyun tarixli 10/192 nömrəli rəyində qeyd edilmişdir ki, Ağdam rayonu Xındırıstan kəndində cavabdehə məxsus qeyri-yaşayış sahəsində yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri bazar qiymətlərinə uyğun olaraq 4.982 manat məbləğində müəyyən edilmişdir.
11. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 16 noyabr tarixli e-2-2(115)1309/2023 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, iddiaçının cavabdehə məxsus Ağdam rayonu, Xındırıstan kəndində yerləşən 0,015 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikintidən çıxarılması qət edilmişdir (hakim – K.Vəliyev).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, ilkin iddia tələbinin 18.535 manat pulun qaytarılmasına dair hissəsi əsassız varlanmadan irəli gələn tələblərə aiddir. Belə ki, ilkin iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı 18.535 manat pulu daşınmaz əmlak obyektinin alınması üçün ödədiyini bildirir və əmlak ona verilmədiyindən həmin məbləğin qaytarılmasını cavabdehdən tələb edir. Məcburi forma şərti olan əqdlər bu şərtə uğun bağlanmalıdır. Tərəflər arasında əmlakın satılması ilə bağlı müqavilə olmamışdır və tərəflərdən birinin digəri qarşısında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Onlar sadəcə olaraq tikiliyə dair alqı-satqı müqaviləsini gələcəkdə 18.000 manata bağlayacaqları barədə öz məramlarını bildirmişlər. Əqdin əvvəlcədən əhəmiyyətsiz olduğu hallarda da mövcud olmayan əsasa görə əsassız varlanma baş verir.
13. İddiaçının yazılı sübut kimi təqdim etdiyi qeydlərdə pulun kim tərəfindən kimə və nə məqsədlə verilməsi göstərilməmişdir, yəni yazıların məzmunu yoxdur. Hazırkı mü bahisədə cavabdeh iddiaçıdan tikilini ona satmaq məqsədilə pul alması faktını etiraf etmir. Belə olan vəziyyətdə tikilini almaq məqsədilə pul verilməsi faktı digər sübutlarla təsdiqini tapmalıdır. Bu kimi sübutlar məhkəməyə təqdim olunmamışdır. 18.535 manat pulun hansı tarixlərdə verilməsi barədə də sübutların olması iş üçün əhəmiyyətlidir. Ona görə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.
14. Məhkəmə ilkin iddia tələbinin 10.000 manat pulun qaytarılmasına dair hissəsinə münasibətdə qeyd etmişdir ki, işin mübahisəsiz halına əsasən tikilini cavabdeh inşa etdirmişdir. İddiaçı onun göstərişi olmadan öz təşəbbüsü ilə orada təmir işləri apardığından, özgəsinin işlərini tapşırıqsız aparmış sayılır. Qanunvericiliyin tələbinə əsasən iddiaçı çəkdiyi xərcləri obyekt sahibinin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəldiyi halda, işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə isə özgəsinin işlərini tapşırıqsız aparmanın müddəaları əvəzinə tapşırıq müqaviləsi haqqında müddəalara əsasən tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı təmir işlərini obyekt sahibinin mənafeyinə və ehtimal olunan istəyinə əsasən deyil, öz maraqlarına uyğun aparmaqla obyektdən kommersiya məqsədləri ilə, qazanc əldə etmək üçün isifadə etmişdir. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar tərəfindən bəyənilməsi halı da mövcud deyildir, obyekt sahibi onu hazır vəziyyətdə istifadəyə verdiyini bildirir.
15. İşin belə bir halı da mövcuddur ki, şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə aid obyektdən beş il ərzində əvəzsiz olaraq istifadə etmişdir. İddiaçı tikintinin təmirinə çəkdiyi xərcləri təsdiq edən sənəd kimi 2017-2018-ci illərə aid qaimələr təqdim etmişdir. Həmin qaimələrdə malları təhvil verən və təhvil alan şəxslərin imzası mövcud deyildir. Bundan başqa, iddiaçı həmin işlərə 2017-2018-ci illərdə çəkdiyi xərcləri tələb etmək hüququnu altı aydan sonra itirmişdir.
16. Məhkəmə ilkin iddia tələbinin ödənilmiş 2.800 manat elektrik enerjisi haqqının iddiaçıya qaytarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə aid obyektdən beş il ərzində əvəzsiz olaraq istifadə etmişdir. Həmin müddət ərzində iddiaçı həm binanın, həm də orada istifadə olunan elektrik enerjisinin də istifadəçisi olmuş və öz istifadəsi ndə olan obyektin enerji haqqını ödəmişdir.
17. İddia təbinin dondurma soyuducunun, elektrik qızdırıcısının və obyektin qarşısına qoyduğu işıqverənin qaytarılması hissəsi sübutlarla təsdiqini tapmamışdır.
18. Məhkəmə qarşılıqlı iddianın əsaslılığı ilə bağlı qeyd etmişdir ki, işin hallarına əsasən 0,015 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində cavabdehin mülkiyyəti kimi qeydə alınmışdır. Tikilinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınsa da, onun üzərindəki tikili qeydiyyata alınmamışdır. Lakin işin bu halı iddiaçının həmin tikilinin istifadəsinə qaytarılmasını tələb etmək hüququnun olmasını istisna etmir. Belə ki, işin mübahisəsiz halıdır ki, həmin bina cavabdeh tərəfindən inşa etdirilmişdir. Həmçinin cavabdeh müddəti müəyyənləşdirilmədən obyekti iddiaçın ın əvəzsiz istifadəsinə vermişdir.
19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 135.4, 152.1, 157.2, 157.4, 157.8, 240.2, 178.1, 373.4, 734.1, 736.3, 738, 1087.1, 1087.2, 1090.1, 1090.2, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1saylı protokolunun 1-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) – 14.2, 77.1, 88, 119.1, 155.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, ilkin iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının təyin etdiyi məhkəmə-xətşünaslıq ekspertizasının 2024-cü il 16 may tarixli 4/612 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi qeydlərə əsasən, imza edilməklə ümumilikdə 11.820 manat məbləğində pul verildiyi qeyd edilmiş, həmin məbləğdən 3.500 manat pula dair 14 qeydin qarşısında imza cavabdeh tərəfindən edilmiş, 8.020 manat miqdarında pulun alınması ilə bağlı 8 qeydin qarşısında imza cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən, lakin cavabdehin imzasına oxşadılmaqla icra edilmişdr.
22. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyun tarixli 2-2(104)-66/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, bi rinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və İ.Həsənov).
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, daşınmaz əmlak obyektlərinin alğı-satqısı ilə bağlı qanunvericilik məcburi şərtlər müəyyən etmişdir. İşin hallarından göründüyü kimi, tərəflər arasında bu kimi müqavilə bağlanmamışdır. Cavabdeh də aralarında bu kimi müqavilənin bağlandığını inkar edir.
24. Apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 21-ci bəndində qeyd edilən məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə istinadən qeyd etmişdir ki, iddiaçı cavabdehə 18.535 manat pul verdiyinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və məhkəmə iclasında həmin halı sübut edə bilməmişdir.
25. İlk iddianın obyektə xərclənmiş 10.000 manatın geri qaytarılması hissəsi və cavabdehin adından ödədiyi 2.800 manat enerji pulu ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin əmlakında öz təşəbbüsü ilə təmir işləri aparmış, ondan istifadə etmiş və 5 il ərzində icarə haqqı verməmişdir. İddiaçı tərəfindən cavabdehə ödənilmiş məbləğə gəldikdə, qarşılıqlı iddia ərizəsindən göründüyü kimi, obyektə avadanlıqların alınması üçün iddiaçıya 5.950 manat pul vermiş, iddiaçının ona imza etdirməklə ödədiyi məbləğlər məhz iddiaçının qaytardığı həmin pullardır. Odur ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
26. Qaşılıqlı iddia ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarına əsasən 0,015 ha torpaq sahəsi daşı nmaz əmlakın dövlət reyestrində cavabdehin mülkiyyəti kimi qeydə alınmışdır. Tikilinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmış olsa da, onun üzərindəki tikili qeydiyyata alınmamışdır. Həmin bina cavabdeh tərəfindən inşa etdirildiyindən və onun həmin əmlakın istifadəsinə qaytarılmasını tələb etmək hüququ olduğundan, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi qaimələri mötəbər sübut hesab edilmir. Belə ki, qaimə mallar təqdim edilərkən və ya müəyyən hallarda malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində təqdim edilməlidir. İddiaçının birinci instansiya məhkəməsinə tə qdim edərək, iş materiallarının 9-18-ci vərəqələrinə əlavə edilmiş qaimələrdən aydın şəkildə görünür ki, həmin qaimələr mallar təqdim edilərkən yox, sonrakı dövrlərdə tərtib edilmiş və 2017-2018-ci illərdə satılmış mallara aid olduğu göstərilmiş, iddiaçı tərəfindən isə məhkəməyə həmin mallara görə ödənişin edildiyini təsdiq edən sənəd təqdim edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qaimələrdə vergi ödəyicisinin VÖEN-i də göstərilməli olduğu halda, həmin qaimələrin kim tərəfindən verildiyi aydın deyil.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin məhkəmə iclasında iddiaçının indiyə kimi ona 6.000 manat pul verməsi, işə birinci instansiya məhkəməsində baxılarkən, iddiaçıdan 2017-ci ildə təxminən 2.000-3.000 manat pul alması, həmin pulların 18.000 manata heç bir aidiyyət inin olmamasına dair izahatlarına məhkəmə tərəfindən qiymət verilməməsi barədə dəlilini də əsassız hesab edərək göstərmişdir ki, cavabdeh izahatında və qarşılıqlı iddia ərizəsində iddiaçıya avadanlığın alınması üçün 5.950 manat miqdarında pul verdiyini, iddiaçının ona ödədiyi pulların da məhz həmin 5.950 manat pul üzrə ödənişlər olduğunu bildirmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, MM-in 144.1, 146.1, 146.2, 152.1, 157.2, 157.4, 1087.1, 1087.2, 1090.1, 1090.2-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34.7-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddianın təmin, qarşılıqlı idd ianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. MM-in 21-ci maddəsi üzrə - İlkin iddia tələbinin məzmununda göstərilən hallara istinadən göstərilmişdir ki, tərəflər arasında razılaşma olmuş və bunun nəticəsində iddiaçı cavabdehə müəyyən vaxtlarda ödənişlər etmiş və təmir üçün 10.000 manat pul xərcləmişdir. Cavabdeh öhdəliyini yerinə yetirməmiş, obyekti satmayacağını bildirərək, iddiaçının ona ödədiyi pulu geri qaytarmamışdır. Məhkəmə icraatı zamanı cavabdeh qeyd etmişdir ki, obyekti əvəzsiz olaraq iddiaçının istifadəsinə vermişdir. Lakin iddiaçı əmlakla bağlı ödənişi ödəmiş, bundan əlavə təmirə və kommunal xərclərə də xərc çəkmişdir. İddiaçı bununla bağlı sübutları məhkəməyə təqdim etmiş, lakin məhkəmə bu dəlillərə qiymət verməmişdir.
32. MM-in 386.3-cü maddəsi üzrə – Cavabdeh məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir ki, iddiaçı ona indiyə kimi 6.000 manat pul vermişdir. Lakin işə Gəncə Kommersiya Məhkəməsində baxılarkən cavabdeh məhkəmə iclasında bildirmişdir ki, qarşı tərəfdən 2017-ci ildə təxmini 2000-3000 manat pul almışdır ki, həmin pulların 18.000 manata heç bir aidiyyəti yoxdur. İddiaçı pul verilərkən imzalanan qaimələri iş üzrə materiallara əlavə etmiş, həmçinin iş üzrə şahidlər dindirilmişdir. Lakin apellyasiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən buna qiymət verilməmişdir. Cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən öhdəliyi yerinə yetirməmiş, daha sonra isə iddiaçının çəkdiyi xərcləri və ona ödədiyi pulu geri qaytarmamışdır.
33. Kassasiya şikayəti ndə həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və MM-in 424.5, 425.1-ci maddələrinin tələbləri pozulduğu göstərilmişdir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 217-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarı üzrə - Apellyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə iclasında müəyyən edilmiş hallara və ziddiyyətli izahatlara qiymət verilməmişdir. Məhkəmə cavabdehin apellyasiya instansiyası məhkəməsində verdiyi izahatla Gəncə Kommersiya Məhkəməsinin məhkəmə iclasında verdiyi ziddiyyətli ifadələrə hüquqi qiymət verməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən dəvət edilmiş, Ağdam Rayon Məhkəməsində məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin ifadələrini və i şdə olan ekspert rəyini nəzərə almayaraq, ilkin iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Ağdam Rayon Məhkəməsində işə baxılarkən X2 və X1 şahid qismində ifadə verərək, gözəllik salonunda təmir-tikinti işləri apardıqlarını və bunun müqabilində iddiaçıdan 2.000 manat haqq aldıqlarını bildirmişlər. Tərəflər arasında razılaşma olmağına baxmayaraq məhkəmə bunu nəzərə almamışdır, obyekt iddiaçının qanunsuz sahibliyində olmamış, iddiaçı əvəzi ödənilməklə istifadə etmişdir. Lakin məhkəmə cavabdeh tərəfindən imzalanmış qaimələri dəlil hesab etməmişdir. Halbuki iddiaçı şikayətinin dəlillərinə pul verilərkən imzalanan qaimələri əlavə etmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına dair 2023-cü il 9 iyun tarixli 10/192 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsində yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri bazar qiymətlərinə uyğun olaraq 4.982 manat məbləğində müəyyən edilmişdir. Lakin apellyasiya məhkəməsi bu sübutlara qiymət verməmiş, öz qərarını əsaslandırmamış və əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
36. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlükdə ləğvini xahiş etsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı kassasiya şikayətinin dəlillərinə uyğun olaraq yalnız ilkin iddianın pul tələblərinin (cəmi 31.335 manat pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi) təmin edilməməsi hissəsində yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır....” “Maddə
146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olm aqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir....” “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmas ını məhkəmə vasitəsilə tələb edə bilər....” “Maddə 1087. Özgə işlərini tapşırıqsız vicdanla aparma 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur....” “Maddə 1090. İcraçının hüquqları 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər....”
39. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.” “Maddə
28. Azadlıq hüququ İ. Hər kəsin azadlıq hüququ vardır. İİ. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, h əbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İV. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.”
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndir ilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veri lməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
42. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
43. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
44. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparma ğa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax §40 ) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax §40 ) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
45. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyun tarixli 2-2(104)-66/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlk iddia üzrə İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gənc ə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyun tarixli 2-2(104)-66/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.