Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-628/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsızlığı ” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 sentyabr tarixli 2-2(103)-836/2023 saylı qərardadından cava bdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" ASC (bundan sonra-“iddiaçı”) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci il 21 dekabr tarixli, BB seriyalı, 436.188 nömrəli sığorta şəhadətnaməsi blankı əsasında cavabdehlə bağlanılmış sığorta müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ilkin iddia tələbinin rədd edilməsi, iddiaçıdan 96.255 manat pulun, 500 manat hüquqi yardımın, 381 manat dövlət rüsumunun tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2 023-cü il 7 iyun tarixli, e-2-2(113)-2060/2023 saylı qərardadı ilə cavabdeh tərəfindən verilən qarşılıqlı iddia ərizəsi, həmçinin ********** nömrəli 2023-cü il 17 may tarixli qəbzlə ödənilmiş 381 manat məbləğində qəbz geri qaytarılmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 7 iyun tarixli, e-2-2(113)-2060/2023 nömrəli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 iyul tarixli, e-2-2(113)-2060/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 7 iyun tarixli, e-2-2(113)2060/2023 saylı qərardadından cavabdeh tərəfindən verilən buraxılmış müddətin bərpasına dair ərizə təmin edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 iyul tarixli, e-2-2(113)-2060/2023 saylı qərardadının ləğv edilməsini, cavabdehin apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası ilə bağlı ərizəsinin təmin edilməməsi barədə qərardadın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 sentyabr tarixli, 2-2(103)-836/2023 saylı qərardadı ilə iddiaçının şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 2023-cü il 20 iyul tarixli, e-2-2(113)-2060/2023 saylı qərardadının ləğv edilməsi, cavabdeh tərəfindən həmin məhkəmənin 2023-cü il 7 iyun tarixli, e-2-2(113)-2060/2023 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməməsi qərara alınmışdır ( sədrlik edə n-məruzəçi hakimV.Baxışova, hakimlər A.Oruczadə və R.Qurbanov). Cavabdeh tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 iyul tarixli, e-2-2(113)2060/2023 saylı qərardadın dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilən, kassasiya qaydasında mübahisələndirilə bilən qərardadların dairəsi MPM-nin 402.2-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılmas ı (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə: iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegi yalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Hazırki işdə cavabdeh kassasiya qaydasında, birinci instansiya məhkəməsinin qərardadından şikayətin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin qərardadını mübahisələndirir. Lakin MPM-nin istinad olunan 402.2-ci maddəsində belə qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ali Məhkəmənin Kommersiya Kollegiyasının cavabdehin kassaiya şikayətinin icraata qəbul edilməsinə dair 2023-cü il 9 oktyabr tarixli 2-2(102)-628/2023 saylı qərardadı ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası MPM-in 402.2, 417.1.7-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 sentyabr tarixli 2-2(103)-836/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2023-cü il 9 oktyabr tarixli 2-2(102)-628/2023 saylı qərardadı ləğv edilsin. Kommersiya mübahisəsi üzrə hazırki iş kassasiya baxışından çıxarılsın və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov Z.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2-2(102)-628/2023
Ali Məhkəmə Qərar — İş №2-2(102)-628/2023
01.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver