Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-629/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçiyə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 24 iyul tarixli 2-2(103)-706/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ şin halları
1. Nəsimi rayon DYPŞ-nin əməkdaşı polis mayoru X8 qəbul etdiyi 2023-cü il 15 sentyabr tarixli, TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan müəyyən edilir ki, 2023-cü il 15 sentyabr tarixində baş vermiş yol nəqliyyat hadisəsi Cavabdeh MMC-nin avtomobilini etibarnamə əsasında idarə edən X4 təqsirindən baş vermişdir. 2. "xxxx" MMC-nin təqdim etdiyi 2023-cü il 20 sentyabr tarixli, Z309/00261 nömrəli ilkin təmir sifarişi qəbzinə əsasən avtomobilin təmiri üçün 22.232,92 manat xərc çəkilməlidir).
3. Cavabdeh MMC ilə X9 arasında bağlanmış 2023-cü il 1 may tarixli avtomobil alqısatqısı üzrə *-li nömrəli müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı X15 markalı, buraxılış ili 2022 olan avtomobilin dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini bu müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 48.520 manat müəyyən edilir. Alıcı 4.000 manat ilkin ödəniş edir. Qalıq borc sayılacaq 44.520 manat məbləği isə alıcı 2023-cü il 1 iyun tarixindən etibarən 60 ay müddətində, ayda 742 manat ödəməyi satıcı qarşısında öz öhdəsinə götürür.
4. Cavabdeh MMC-nin mülkiyyətində olan X15 markalı avtomobilin idarə olunması 2023cü il 7 avqust, 12 sentyabr, 11 oktyabr tarixli və s. etibarnamələrinə əsasən - X5; 2023-cü il 1 may, 6 iyun, 12 iyul, 7 avqust, 12 sentyabr, 11 oktyabr, 22 noyabr, 20 de kabr, 2024-cü il 6 yanvar tarixli və s. etibarnamələrinə əsasən isə - X7 etibar edilmişdir.
5. X9 tərəfindən X15 markalı avtomobil üçün ümumilikdə 13.885 manat məbləğində pul ödənmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş ziyanın əvəzi kimi 17.230,92 manat məbləğində pul vəsaitinin və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin (VÖEN: **********) mülkiyyətində olan **-AU-*** dövlət qeydiyyat nişanlı X15 markalı avtomobillə iddiaçının (VÖEN: **********) mülkiyy ətində olan **-AA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz S500 markalı avtomobil arasında yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə cavabdehin avtomobilini etibarnamə əsasında idarə edən X4 təqsirindən baş vermişdir (Nəsimi rayon DYPŞ-nin əməkdaşı polis mayoru X8 qəbul etdiyi 2023-cü il 15 sentyabr tarixli, TP ******* nömrəli İnzibati tənbeh tətbiq etmə barədə Qərar). İddiaçının mülkiyyətində olan **-AA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz S500 markalı avtomobil Mercedes Benz-in rəsmi satış və servis mərkəzi olan "xxxx" MMC-də müayinə edilmiş və avtomobilə dəymiş zərər 22.232,92 manat məbləğində müəyyən edilmişdir. Cəmiyyətə dəymiş maddi ziyanın 5.000 manat hissəsi "xxxx" ASC tərəfindən icbari sığorta ödənişi kimi ödənilmişdir. Beləliklə, cavabdehin törətdiyi deliktə görə idd iaçıya ödənilməli olan qalıq ziyan məbləği 17.230,92 manat təşkil edir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 10 may tarixli e-2-2(113)-938/2024 nömrəli qətnaməsi ilə iddianın rədd olunması qət edilmişdir (hakim K.Hüseynov).
9. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2023-cü il 15 sentyabr tarixində cavabdehin mülkiyyətində olan **-AU-*** dövlət qeydiyyat nişanlı X15 markalı avtomobillə iddiaçının mülkiyyətində olan **-AA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz S500 markalı avtomobil arasında yol nəqliyyat hadisəsi baş vermişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin sualına cavab olaraq etibarnamələrin hər ay təzələndiyini, X4 X2 olduğunu, bu səbəbdən də etibarnamələrin həm X5, həm də X7 verildiyini bildirmiş, bundan başqa nə Z əkəryəyev Tərlanın, nə də, Abdurrahmanov Muradın Cavabdeh MMC-nin işçisi olmadığını qeyd etmişdir.
11. Bundan başqa məhkəmə iclasında iddiaçı tərəfdən X3 olması soruşulmuş və iddiaçı tərəf də, X4 Zəkəryəyev Tərlanın sürücüsü olduğunu bildirmişdir.
12. Məhkəmə işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla ( bax yuxarıda § 1-5) qeyd etmişdir ki, hadisənin baş vermiş olduğu 2023-cü il 15 sentyabr tarixində artıq cavabdeh ilə X10 arasında nisyə alqı-satqı müqaviləsi bağlandığı və nəqliyyat vasitəsi artıq X1 verildiyi üçün vurulmuş olan zərərə bağlı cavabdehin hər hansı bir əlaqəsi yoxdur.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- “MM”) 21.1, 21.2, 567, 600.1, 601.1, 606.1, 1096.1, 1097.1 və 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyul tarixli 2-2(103)-706/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər Z.Şirinov və R.Qurbanov).
16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 15 sentyabr 2023-cü il tarixində cavabdehin avtomobilini etibarnamə əsasında idarə edən X4 təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçının mülkiyyətində olan **-AA-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S500” markalı avtomobilə maddi ziyan dəymişdir. Maddi ziyanın 5000 manatı mülki məsuliyyətin icbari sığorta müqaviləsi əsasında "xxxx" ASC tərəfindən ödənilmiş, iddiaçı qalan ziyanın hadisə baş verərkən nəqliyyat vasitəsinin mülkiyyətçisi olmuş cavabdehdən tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilən hallarına əsasən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hadisənin baş vermiş olduğu 15 sentyabr 2023-cü il tarixində nəqliyyat vasitəsi avtomobili mülkiyyətçi tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli etibarnamə əsasında idarə edən X4 qanuni sahibliyində olduğundan dəymiş maddi ziyanın əvəzi həmin şəxsdən tələb edilməli idi.
18. İddiaçının apellyasiya şikayətində ist inad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair qərarında qeyd edilənlərə əsasən, yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gəl ən zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi s ahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
19. MM-nin 1108.1-ci maddəsində yüksək təhlükə mənbəyinin vurduğu ziyanın əvəzinin ödənilməsinə görə məsuliyyət yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulsa da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə əgər hadisə baş ver ərkən mülkiyyətçi yüksək təhlükə mənbəyi üzərinə hakimiyyəti, yəni nəzarəti olmamışsa maddi şərt təmin olunmadığı üçün onun təqsiri istisna edilir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə əsaslandırmışdır (bax §13).
21. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. MM-nin 1097-ci maddəsi üzrə-apellyasiya instansiyası məhkəməsi bu maddənin tələblərini görməzdən gəlmiş, cavabdehin zərərin əvəzini yalnız təqsirli olduğu halda ödəməli olduğu qənaətinə gəlmişdir. Belə ki, 1097-ci maddənin 1-ci hissəsində qeyd olunur ki, qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər, həmçinin, eyni maddənin 3-cü hissəsində yenə əks olunur ki, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
23. MM-nin 1108-ci maddəsi üzrə-iddianın əsaslandırılması üçün əsas maddə məhz bu olmuşdur, lakin qətnamədə həmin maddənin tələblərinin hazırki işə aid olub-olmaması, hansı səbəbdən maddənin tətbiq edilmədiyi ilə bağlı qeyd olunmamışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18 aprel tarixli qərarında göstərilir: “Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məs uliyyət növlərindən biri MM-in 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır…... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanman ı nəzərdə tutur. Cavabdeh də nəqliyyat vasitəsinin mülkiyyətçisidir, bu işin mübahisəsiz halıdır. Eyni zamanda, cavabdeh istədiyi zaman etibarnaməni ləğv etməklə nəqliyyat vasitəsini lizinqlə satdığı şəxsən tələb edə bilər, ödəniş etmədiyi halda nəqliyyat vasitəsini onun əlindən ala bilər, yəni maşın üzərində cavabdehin hakimiyyəti vardır. Bundan əlavə, cavabdeh müqavilə bu və ya digər səbəbdən ləğv olarsa nəqliyyat vasitəsini başqa şəxsə təkrar təqdim edə bilər. Yekunda, cavabdehin nəqliyyat vasitəsi ilə bağlı qazancı, mənfəəti vardır. Sonda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18 aprel tarixli qərarının nəticə hissəsində qeyd olunur ki, «yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hü quq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə isə, MM-in 1108-ci maddəsinin tələbini pozaraq və heç bir əsaslandırma vermədən iddianı rədd etmişdir.
24. MPM-nin 88 və 217.3-cü maddələri üzrə - Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara, sənədlərə düzgün hüquqi qiymət verməmiş, təqdim edilmiş sənədlərə (müqavilə və digər) əsasən yanlış qənaətə gəlmiş, tətbiq edilməli olan hüquq normasını isə tətbiq etməmişdir. Məhkəmə tərəfindən nəqliyyat vasitəsinin cavabdehin mülkiyyətində olması, nəqliyyat hadisəsində cavabdehin mülkiyyətində olan maşını idarə edən şəxsin təqsirli olması müəyyən edilmiş, lakin iş üzrə müəyyən edilmiş hallar qətnamədə əsaslandırılmamış və ya ümumiyyətlə həmin hissələrə münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
26. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instans iyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə ş əraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” “Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilm əsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur....” 29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022 -ci il tarixli Qərarında göstərilmişdir ki: “Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
30. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı m ühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı)
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş üzrə qətnamənin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tələbin yönəldilməli olduğu şəxslər fərqli şəkildə müəyyən edilsə də, son nəticədə işin mübahisə doğurmayan halı ondan ibarət olmuşdur ki, zərərin vu rulmasına gətirib çıxaran yol nəqliyyat hadisəsəsi baş verən zaman nəqliyyat vasitəsi etibarnamə əsasında başqa şəxsin idarəçiliyində olmuşdur.
34. MM-nin 1108-ci maddəsinin dispozsiya şərtlərindən göründüyü kimi, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin maddənin şərhi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında (bax § 16-19) ifadə olunmuş hüquqi mövqeyə əsasən nəqliyyat vasitəsini idarə etməyə dair etibarnamənin olması və həmin etibarnaməyə əsasən nəqliyyat vasitəsinin idarə edilməsi şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuli yyətə cəlb edilməsi üçün əsasdır.
35. Baxın iş üzrə ilkin və maddi şərt mövcud olmuş, hadisənin törədilməsinə əsas olmuş nəqliyyat vasitəsinin idarə edilməsinə dair başqa şəxsin adına etibarnamə verilmiş, hadisə adına etibarnamə verilən şəxs tərəfindən törədilmişdir. Başqa sözlə, iş üzrə cavabdehin hadisə baş verən zaman nəqliyyat vasitəsi üzərində hakimiyyəti istisna olmuşdur.
36. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə gəlinən nəticə MM-nin 1108-ci maddəsinin şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında (bax § 16-19) ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Od ur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
38. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyul tarixli 22(103)-706/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.