Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-706/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: maddi ziyanın əvəzinin ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-938/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Nəsimi rayon DYPŞ-nin əməkdaşı polis mayoru X8 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi Cavabdeh MMC-nin avtomobilini etibarnamə əsasında idarə edən X3 təqsirindən baş vermişdir.
2. “Autostar Kaukasus GmbH Azərbaycan” MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, Z309/00261 nömrəli ilkin təmir sifarişi qəbzindən qeyd edilir ki, avtomobilin təmiri üçün 22.232,92 manat xərc çəkilməlidir.
3. Cavabdeh ilə X9 arasında bağlanmış xx.xx.2023- cü il tarixli avtomobil alqısatqısı üzrə B-186-AAE-23N-li saylı müqavilənin 1.1-ci bəndinə əsasən satıcı X16 markalı, buraxılış ili 2022 olan avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini bu müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür.
4. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 48.520 manat müəyyən edilir. Alıcı 4.000 manat ilkin ödəniş edir. Qalıq borc sayılacaq 44.520 manat məbləği isə alıcı xx.xx.2023-cü il tarixdən etibarən 60 ay müddətində, ayda 742 manat ödəməyi satıcı qarşısında öz öhdəsinə götürür.
5. xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023- cü il tarixli və s. etibarnamələrdən görünür ki, Cavabdeh mülkiyyətində olan X16 markalı avtomobilin idarə olunması X5, xx.xx.2023-cü il tarixli, xx.xx.2023- cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli və s. etibarnamələrdən görünür ki, Cavabdeh mülkiyyətində olan X16 markalı avtomobilin idarə olunması X7 etibar edilmişdir.
6. xx.xx.2023-cü il tarixli, 3408 nömrəli qəbzə əsasən X9 tərəfindən X16 markalı avtomobil üçün ilkin ödəniş olaraq 4.000 manat, xx.xx.2023-cü il tarixli, 3409 nömrəli qəbzə əsasən 2.619 manat, xx.xx.2023-cü il tarixli, 4998 nömrəli qəbzə əsasən 66 manat, xx.xx.2023- cü il tarixli, 4996 nömrəli qəbzə əsasən 800 manat, xx.xx.2023-cü il tarixli, 6509 nömrəli qəbzə əsasən 800 manat, xx.xx.2023-cü il tarixli, 7764 nömrəli qəbzə əsasən 800 manat, xx.xx.2023-ü il tarixli, 9511 nömrəli qəbzə əsasən 800 manat, xx.xx.2023-cü il tarixli, 10677 nömrəli qəbzə əsasən 800 manat, xx.xx.2023-cü il tarixli, 12948 nömrəli qəbzə əsasən 8000 manat, xx.xx.2023-cü il tarixli, 14436 nömrəli qəbzə əsasən 800 manat, xx.xx.2024-cü il tarixli, 106 nömrəli qəbzə əsasən 800 manat, xx.xx.2024-cü il tarixli, 1338 nömrəli qəbzə əsasən 800 manat olmaqla, ümumilikdə 13.885 manat məbləğində pul ödənmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən dəymiş ziyanın əvəzi kimi 17.230,92 manat məbləğində pul vəsaitinin və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin (VÖEN: **********) mülkiyyətində olan **-AU-*** dövlət qeydiyyat nişanlı X16 markalı avtomobillə İddiaçı MMC-nin ( VÖEN: **********) mülkiyyətində olan **-AA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz S500 markalı avtomobil arasında yol nəqliyyat hadisəsi baş vermişdir. Nəsimi rayon DYPŞ-nin əməkdaşı polis mayoru X8 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh tətbiq etmə barədə Qərardan görünür ki, yol nəqliyyat hadisəsi Cavabdeh MMC-nin avtomobilini etibarnamə əsasında idarə edən X3 təqsirindən baş vermişdir. "xxxx" MMC-nin mülkiyyətində olan **-AA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz S500 markalı avtomobil Mercedes Benz-in rəsmi satış və servis mərkəzi olan “Autostar Kaukasus GmbH Azərbaycan” MMC-də müayinə edilmiş və dəymiş zərər müəyyən edilmişdir. Rəsmi servis mərkəzinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, Z309/00261 nömrəli ilkin təmir sifarişi qəbzindən görünür ki, avtomobilin təmiri üçün 22.232,92 manat xərc çəkilməlidir, yəni baş vermiş hadisə nəticəsində iddiaçıya qeyd olunan məbləğdə ziyan vurulmuşdur. Cəmiyyətə dəymiş maddi ziyanın 5.000 (beş min manat) manat hissəsi "xxxx" ASC tərəfindən icbari sığorta ödənişi kimi ödənilmişdir. Beləliklə, Cavabdeh MMC-nin törətdiyi deliktə görə İddiaçı MMC-yə ödənilməli olan qalıq ziyan məbləği 17.230,92 manat təşkil edir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-938/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia rədd edilmişdir.
10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin mülkiyyətində olan **-AU-*** dövlət qeydiyyat nişanlı X16 markalı avtomobillə İddiaçı MMC-nin mülkiyyətində olan **-AA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz S500 markalı avtomobil arasında yol nəqliyyat hadisəsi baş vermişdir.
11. Məhkəmə qeyd etmişdir ki, hadisənin baş vermiş olduğu xx.xx.2023-cü il tarixdə artıq Cavabdeh MMC ilə X10 arasında nisyə alğı-satqı müqaviləsi bağlandığı və nəqliyyat vasitəsi artıq X1 verildiyi üçün vurulmuş olan zərərə bağlı Cavabdeh MMC-nin hər hansı bir əlaqəsi yoxdur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-938/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan hakim 1097ci maddənin tələblərini görməzdən gəlmiş, cavabdehin zərərin əvəzini yalnız təqsirli olduğu halda ödəməli olduğu qənaətinə gəlmişdir. Halbuki, 1097-ci maddənin 1-ci hissəsinin son cümləsində qeyd olunur ki, qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər, həmçinin, eyni maddənin 3- cü hissəsində yenə əks olunur ki, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Hakimin qətnamənin 8-ci hissəsindəki mövqeyi Mülki Məcəllənin 1097-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Hakim proses zamanı cavabdeh şirkətin mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edən şəxsin cavabdehin işçisi olmadığını, bu səbəbdən iddianın təmin edilməyəcəyini bildirmiş, bu formada qətnaməni əsaslandıracağını söyləmişdir. Bununla bağlı məhkəməyə hüquqi şəxsin işçisinin törətdiyi deliktə görə məsuliyyətin ayrıca maddə ilə tənzimləndiyini, bizim məsələyə aidiyyəti olmadığını dəfələrlə bildirsə də, nəticə dəyişməmişdir. Cavabdeh də nəqliyyat vasitəsinin mülkiyyətçisidir, bu işin mübahisəsiz halıdır. Eyni zamanda, cavabdeh istədiyi zaman etibarnaməni ləğv etməklə nəqliyyat vasitəsini lizinqlə satdığı şəxsən tələb edə bilər, ödəniş etmədiyi halda nəqliyyat vasitəsini onun əlindən ala bilər, yəni maşın üzərində cavabdehin hakimiyyəti vardır. Bundan əlavə, cavabdeh müqavilə bu və ya digər səbəbdən ləğv olarsa (iş materiallarında olan müqaviləyə əsasən), nəqliyyat vasitəsini başqa şəxsə təkrar təqdim edə bilər. Yekunda, cavabdehin nəqliyyat vasitəsi ilə bağlı qazancı, mənfəəti vardır. Məhkəmə cavabdehlə müqavilə bağlamış Zəkəryəyev Tərlan arasında olan münasibətlərin lizinq münasibətləri olduğunu, müqavilə şərtlərindən açıq şəkildə lizinq müqaviləsinin alqı-satqı müqaviləsi adı altında pərdələndiyini araşdırmamış, müqavilə tərəfi olan Tərlan Zəkəryəyevin iştirakını təmin etməmiş, onun izahatını almamış, nəticədə, nəqliyyat vasitəsinin hələ də cavabdehin hakimiyyəti altında olduğunu, cavabdehin istədiyi zaman maşını müqavilə tərəfindən ala biləcəyini nəzərdən qaçırmışdır. İşin digər faktiki halları isə tərəfimizdən təqdim edilmiş sübutlarla müəyyən edilmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
15. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
16. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 567-ci maddə- alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddə- alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddə- əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 606.1-ci maddə- əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. 1096.1-ci maddə- mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddə- mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddə- ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-938/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin mübahisəsiz hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin avtomobilini etibarnamə əsasında idarə edən X3 təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi zamanı "xxxx" MMC-nin mülkiyyətində olan **-AA-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S500” markalı avtomobilə maddi ziyan dəymişdir. Maddi ziyanın 5000 manatı mülki məsuliyyətin icbari sığorta müqaviləsi əsasında "xxxx" ASC tərəfindən ödənilmiş, iddiaçı qalan ziyanın hadisə baş verərkən nəqliyyat vasitəsinin mülkiyyətçisi olmuş Cavabdeh MMC-dən tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq hesab edir ki, hadisənin baş vermiş olduğu xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsi avtomobili mülkiyyətçi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə əsasında idarə edən X3 qanuni sahibliyində olduğundan dəymiş maddi ziyanın əvəzi həmin şəxsdən tələb edilməli idi.
21. İddiaçının apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair qərarında qeyd edilənlərə əsasən, yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
22. MM-nin 1108.1-ci maddəsində yüksək təhlükə mənbəyinin vurduğu ziyanın əvəzinin ödənilməsinə görə məsuliyyət yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulsa da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə əgər hadisə baş verərkən mülkiyyətçi yüksək təhlükə mənbəyi üzərinə hakimiyyəti, yəni nəzarəti olmamışsa maddi şərt təmin olunmadığı üçün onun təqsiri istisna edilir.
23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 938/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-938/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.