Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-63/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı İddiaçı cavabdeh xxxx MMC-yə qarşı iqtisadi iş üzrə QƏRAR Açar sözlər: cavabdeh müqavilə üzrə aldığı məhsulların dəyərini tam olaraq ödəməmiş və onun müqavilə üzrə iddiaçıya ödənilməmiş borcu qalmışdır GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, M.Səfərovanın katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı 50798,47 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə tələbinə dair iqtisadi iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 22(105)-133/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC və onun vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçıcavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin neft məhsullarına olan tələbatının təmin edilməsi məqsədi ilə aralarında xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlandığını, tərəflərindən müqavilə şərtlərinə əməl edilərək müqavilədə göstərilən miqdarda benzin və dizel yanacağını alıcı təşkilata təqdim etdikləri halda cavabdehin 50.798.47 manat məbləğində borcun ödənilməmiş qaldığını, aparılmış danışıqların isə heç bir nəticə vermədiy ini, müəssisəyə göndərilmiş pretenziya məktubuna isə reaksiya verilmədiyini göstərərək, cavabdehdən 50.798.47 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e-2-2(85)233/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, “xxxx” MMC-dən 50.798.47 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi qət edilmişdir (hakim Z.Pirverdiyev). Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(105)-133/2019 saylı qətnaməsi ilə (sədrlik edən H.Babayeva, hakimlər N.Nəsibov və Z.Məmmədov) cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC və onun vəkili Vəkil2 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunması və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh “xxxx” MMC təsisçisi dövlət olan, nizamnamə kapitalının 100 %- i dövlətə məxsus olan hüquqi şəxsdir. Cəmiyyət Sumqayıt şəhər İcra Hakimiyyətinin tabeliyində olmaqla Sumqayıt şəhər ərazisində əsasən məişət tullantılarının toplanılması, da şınması və utilizasiyasını həyata keçirir. Alğı-satqı müqaviləsi ilə “xxxx” MMC-nin istifadəsində olan nəqliyyat vasitələri üçün cavabdehdən neft məhsullarının alınması barədə razılığa gəlinmişdir. Cəmiyyət tərəfindən müqavilə üzrə borcun bir hissəsi ödənilmiş, lakin sonradan Cəmiyyətin ödəmə qabiliyyətində çətinliklər əmələ gəlmiş, buna görə də müqavilə üzrə borcun verilməsində problemlər yaranmışdır. Cəmiyyət iddiaçının nümayəndələri ilə bu barədə müzakirələr aparmış, müqavilə üzrə borcun yeni qrafıklə ödənilməsi barədə ilkin razılığa gəlinmişdir. Lakin sonradan iddiaçı həmin razılaşmaya əməl etməyərək yaranmış borcun birdəfəlik ödənilməsini tələb etmiş, müqavilədə qeyd olunan məbləğlər bazar qiymətinə uyğun olmamış və iddiaçı tərəfindən dəfələrlə şişirdilmişdir. Bu barədə iddaçıya Cəm iyyətin yeni rəhbərliyi tərəfindən etiraz bildirilmiş və borcun yenidən hesablanması təklif olunmuşdur. Lakin iddiaçı Cəmiyyətin əvvəlki rəhbərliyi ilə razılaşdıqları və bazar qiymətindən çox olan məbləğin verilməsində israr etmişdir. Digər tərəfdən yuxarıda göstərildiyi kimi iddiaçı ilə müqavilə üzrə borcun yeni qrafıklə ödənilməsi barədə ilkin razılığa gəlinməsinə baxmayaraq sonradan iddiaçı bu razılaşmaya əməl etməmiş, bununla da iddiaçı müqavilə üzrə tərəflərin öhdəliklərini yerinə yetirmək üçün bir-birlərinə yardım etmə vəzifəsini pozmuş, apellyasiya instansiyası məhkəməsi iddiaçının prosessual pozuntuya yol verməsinə düzgün hüquqi qiymət verməmiş, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl iddia ərizəsinin surətini cavabdehə çatdırmamışdır. Tərəflərin izahatları İddiaçı və cavabdeh “x xxx” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(105)-133/ 2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx xxxxxx 2016-cı il tarixdə bir tərəfdən “satıcı” adlandırılacaq İddiaçı adından X3 ilə digər tərəfdən “alıcı” adlandırılacaq Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-X1 Birliyinin “xxxx” şəxsində baş direktor Ramil Tağıyev arasında bağlanmış 25 saylı müqaviləyə əsasən, satıcı (yəni iddiaçı) markası, miqdarı və qiyməti bu müqavilənin müvafiq bəndlərində göstərilən neft məhsullarının satışını, alıcı isə (yəni cavabdeh) həmin neft məhsullarının alınmasını və müqavilə üzrə malın dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər, müqavilənin 2.2-ci bəndində əks olunmuş cədvəldə satılacaq malların miqdarı və qiyməti dəqiq əks olunmuş, müqavilənin 2.3-cü b əndində isə müvafiq dövlət orqanları tərəfindən qiymət dəyişdirildikdə yeni qiymətlərin tərəflər üçün mütləq olduğu qeyd olunmuş, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli T-01 saylı məktubla, tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqavilə üzrə yanacaq məhsullarının alqı-satqısı üzrə yaranmış 52.798,32 manat məbləğində borcun cavabdehdən ödənilməsi tələb edilmiş, cavabdeh, xx xxxxxx 2018-ci il tarixli 06 saylı məktubla, tərəflər arasında tərtib olunmuş üzləşmə aktına əsasən xx xxxxxx 2018-ci il tarixə ödənilməli olan borcun 52.798,32 manat təşkil etdiyini, yaranmış borcun qrafikə uyğun olaraq 2018-ci ilin mart ayından hər ay 2.000 manat məbləğində ödənilməsinə iddiaçıya zəmanət verdiyini bildirmişdir. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdeh müqavilə üzrə aldığı məhsulların dəyərini tam olaraq ödəməmiş və onun müqavilə üzrə iddiaçıya ödənilməmiş borcu qalmış, müqavilə üzrə borcun yaranması cavabdeh tərəfindən inkar edilməmiş, əksinə borcun ödəniləcəyinə zəmanət verilmiş, cavabdeh iddiaçıya olan borcun mövcudluğunu və miqdarını mübahisələndirmədən, mart ayından etibarən hər ay 2.000 manat ödənilməsinə vəd versə də, tərəflər arasında tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli Üzləşmə aktına əsasən, cavabdeh cəmi 2.000 manat ödəniş etmiş, həmin tarixə iddiaçıya borcu 50.798,47 manat təşkil etmiş, beləliklə, bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, yəni cavabdehi neft məhsulları ilə təmin etsə də, cavabdeh müqavil ə üzrə aldığı məhsulların dəyərini tam olaraq ödəməmiş və iddiaçının xəbərdarlıqlarına baxmayaraq onun müqavilə üzrə 50.798,47 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nə ticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin prinsiplərindən olan müqavilə azadlığı prinsipinin mahiyyəti ondan ibarətdir ki, hər bir kəs öz mənafeyinə uyğun, onun maraqlarını təmin edə biləcək müqavilə bağlamaqda, müqavilə üzrə özünə tərəfdaş seçməkdə, müqavilə şərtlərini müəyyən etməkdə sərbəstdir və heç kəs müqavilə bağlamağa məcbur edilə bilməz. Apellyasiya məhkəməsi cavabdehin dəlilinə qiymət verərək qeyd etmişdir ki, hüquqi şəxslər hüquq münasibətlərinə girərkən onların adından çıxış edə biləcək səlahiyyətli nümayəndələri vasitəsi ilə təmsil olunurlar və hazırki halda müqaviləni imzalayan Ramil Tağıyev bu müqaviləni öz adından deyil, təmsil etdiyi cəmiyyətin adından bağlayıb imzala dığından müəssisə rəhbərliyinin dəyişməsi hüquqi şəxsi başqa hüquqi və fiziki şəxslər qarşısında götürmüş olduğu öhdəliklərdən azad etmir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin, tərəflər arasında tərtib olunmuş üzləşmə aktına əsasən xx xxxxxx 2018-ci il tarixə ödənilməli olan borcun 52.798,32 manat təşkil etdiyini, yaranmış borcun qrafikə uyğun olaraq 2018-ci ilin mart ayından hər ay 2.000 manat məbləğində ödənilməsinə iddiaçıya zəmanət verdiyini, iddiaçıya olan borcun mövcudluğunu və miqdarını mübahisələndirmədən, mart ayından etibarən hər ay 2.000 manat ödənilməsinə vəd versə də, cəmi 2.000 manat ödəniş etdiyini, beləliklə, iddiaçının müqavilə üzrə öz üz ərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdehin müqavilə üzrə aldığı məhsulların dəyərini tam olaraq ödəmədiyini və iddiaçının xəbərdarlıqlarına baxmayaraq onun müqavilə üzrə 50798,47 manat məbləğində ödənilməmiş borcu qaldığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və ka ssasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxxx 2019-cu il tarixli, 2-2(105)-133/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417-419-cu Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(105)-133/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-63/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-63/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver