Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-63/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 8 oktyabr tarixli 2-2(106)145/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC və Cavabdeh1 MMC arasında bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə 2020-ci il 13 avqust tarixli OnGTC02525LE/2019 nömrəli razılaşma imzalanmışdır.
2. İddiaçı ASC və Cavabdeh1 MMC arasında 2020-ci il 14 dekabr tarixli DCS00261926-03 nömrəli kredit müqaviləsinə əsasən, kreditror X1 2020-ci il 11 dekabr tarixli ZM383/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 131.505 manat məbləğdə kredit verilmişd ir.
3. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 2020-ci il 14 dekabr tarixli DGS**********31 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin 2020-ci il 14 dekabr tarixli DCS00261926-03 nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
4. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 2021-ci il 23 avqust tarixli DG**********25 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin 2021-ci il 24 avqust tarixli DCL00261926-13 nömrəli maliyyələşdirmə ərizəsi üzrə borclu Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
5. İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış 2021-ci il 24 avqust tarixli DCL00261926-13 nömrəli maliyyələşdirmə üçün ə rizəyə əsasən Cavabdeh1 MMC-yə 2022-ci il 24 may tarixinədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, 33.878 manat məbləğində mal alışı məqsədilə kredit xətti açılmışdır.
6. İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış 2021-ci il 2 sentyabr tarixli DCL00261926-14 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-yə 2022-ci il 2 mart tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla mal alışı məqsədilə 97.819 manat məbləğində kredit xətti açılmışdır.
7. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 2021-ci il 2 sentyabr tarixli DG**********30 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin 2021-ci il 2 sentyabr tarixli DCL00261926-14 nömrəli maliyyələşdirmə ərizəsi üzrə borclu Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
8. İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış 2021-ci il 14 oktyabr tarixli DCL00261926-21 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-yə 2022-ci il 14 oktyabr tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla mal alışı məqsədilə 6.725 manat məbləğində kredit xətti açılmışdır.
9. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 2021-ci il 14 oktyabr tarixli DG**********86 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin 2021-ci il 14 oktyabr tarixli DCL00261926-21 nömrəli maliyələşdirmə ərizəsi üzrə borclu Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərini ta mamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
10. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 2021-ci il 20 oktyabr tarixli DG**********071 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin 2021-ci il 21 oktyabr tarixli DCL00261926-22 nömrəli maliyələşdirmə ərizəsi üzrə borclu Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
11. İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış 2021-ci il 21 oktyabr tarixli DCL00261926-22 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-yə 2022-ci il 21 oktyabr tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla mal alışı məqsədilə 6.809 manat məbləğində kredit xətti açılmışdır.
12. İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə və Cavabdeh2 borcun ödənilməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir.
13. Cavabdeh1 MMC-nin 2023-cü il 16 avqust tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DCL00261926-13 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 33.878 manat əsas borc, 2.363,94 manat faiz borcu, 12.923,52 manat cərimə borcu olmaqla, cəmi 49.165,46 manat, DCS00261926-03 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 90.893,69 manat əsas borc, 11.501,86 manat faiz borcu, 11.337,51 manat cərimə borcu olmaqla, cəmi 113,733,06 manat, DCL00261926-21 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 6.725 manat əsas borc, 977,92 manat faiz borcu, 1.981,07 manat cərimə borcu olmaqla, cəmi 9.683,99 manat, DCL00261926-22 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 6.809 manat əsas borc, 1.090,57 manat faiz borcu, 1.959,48 manat cərimə borcu olmaqla, cəmi 9.859,05 manat və DCL00261926-14 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 97.818,25 manat əsas borc, 2.851,80 manat faiz borcu, 41.368,97 manat cərimə borcu olmaqla, cəmi 142.039,02 manat təşkil edir təşkil edir (İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş 2024-cü il 21 may tarixli maliyyə arayışı). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2023-cü il 14 sentyabr tarixində Cavabdeh1 MMC-yə və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda – “MMC”, “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DCS00261926-03 nömrəli kredit müqaviləsinə əsasən 90,893. 69 manat əsas borc, 11,501.86 manat faiz borcu, 13,155.39 manat cərimə borcu olmaqla, cəmi 115,550.94 manat, DCL00261926-13 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 33,878 manat əsas borc, 2,363.94 manat faiz borcu, 14,673.88 manat cərimə borcu olmaqla, cəmi 50,915.82 manat, DCL00261926-14 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 97,818.25 manat əsas borc, 2,851.80 manat faiz borcu, 46,096.85 manat cərimə borcu olmaqla, cəmi 146,766.90 manat, DCL00261926-21 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 6,725 manat əsas borc, 977.92 manat faiz borcu, 2,373.36 manat cərimə borcu olmaqla, cəmi 10,076.28 manat, DCL00261926-22 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 6,809 manat əsas borc, 1,090.57 manat faiz borcu, 2,356.67 manat cərimə borcu olmaqla, cəmi 10,256.24 manat, mediasiya pro sesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 224 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia ərizəsi §§1-14-də göstərilən müqavilələrin şərtləri ilə əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, X2 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsin də hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X2 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. DCS00261926-03 nömrəli kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə kreditor müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini Borcludan tələb edə bilər.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2024cü il 19 mart tarixli 9/490 nömrəli ekspert rəyində qeyd olunur ki, DCS00261926-03 nömrəli kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 2020ci il 14 dekabr tarixli DCS00261926-03 nömrəli kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən Cavabdeh1 MMCnin İddiaçı ASC-yə olan borcu 2022-ci il 14 dekabr ta rixinə əsas borc üzrə 90.893,69 manat, faiz borcu üzrə 13.750,57 manat, 2023-cü il 16 avqust tarixinə əsas borc üzrə 90.893,69 manat, faiz borcu üzrə 13.750,57 manat, faiz (illik 5%-lə) 3.055,04 manat, 2023-cü il 16 oktyabr tarixinə əsas borc üzrə 90.893 69 manat, faiz borcu üzrə 13.750,57 manat, faiz (illik 5%-lə) 3.812,48 manat, - 2021-ci il 24 avqust tarixli DCL00261926-13 №-li maliyyələşdirmə üçün ərizə forması üzrə: 2022-ci il 24 may tarixinə əsas borc üzrə 33.878 manat, faiz borcu üzrə 2.374,55 manat, 2023-cü il 16 avqust tarixinə əsas borc üzrə 33.878 manat, faiz borcu üzrə 2.374,55 manat, faiz (illik 5%-lə) 2.079,73 manat, 2023-cü il 16 oktyabr tarixinə əsas borc üzrə 33.878 manat, faiz borcu üzrə 2.374,55 manat, faiz (illik 5%-lə) 2.362,15 manat, - 2021-ci il 2 sentyabr tarixli DC L00261926-14 №-li maliyyələşdirmə üçün ərizə forması üzrə: 2022-ci il 2 mart tarixinə əsas borc üzrə 97.818,25 manat, faiz borcu üzrə 2.851,80 manat, 2023-cü il 16 avqust tarixinə əsas borc üzrə 97.818,25 manat, faiz borcu üzrə 2.851,80 manat, faiz (illik 5%-lə) 7.118,99 manat, 2023-cü il 16 oktyabr tarixinə əsas borc üzrə 97.818,25 manat, faiz borcu üzrə 2.851,80 manat, faiz (illik 5%-lə) 7.934,15 manat, - 2021-ci il 14 oktyabr tarixli DCL00261926-21 №-li maliyyələşdirmə üçün ərizə forması üzrə: 2022-ci il 14 oktyabr tarixinə əsas borc üzrə 6.725 manat, faiz borcu üzrə 933,32 manat, 2023-cü il 16 avqust tarixinə əsas borc üzrə 6.725 manat, faiz borcu üzrə 933,32 manat, faiz (illik 5%-lə) 959,06 manat, 2023-cü il 16 oktyabr tarixinə əsas borc üzrə 6.725 manat, faiz borcu üzrə 933,32 manat, faiz (illik 5%-lə) 1.149,60 manat, - 2021-ci il 21 oktyabr tarixli DCL00261926-22 №-li maliyyələşdirmə üçün ərizə forması üzrə: 2022-ci il 21 oktyabr tarixinə əsas borc üzrə 6.809 manat, faiz borcu üzrə 967,82 manat, 2023-cü il 16 avqust tarixinə əsas borc üzrə 6.809 manat, faiz borcu üzrə 967,82 manat, faiz (illik 5%-lə) 278,98 manat, 2023-cü il 16 oktyabr tarixinə əsas borc üzrə 6.809 manat, faiz borcu üzrə 967,82 manat, faiz (illik 5%-lə) 335,72 manat müəyyən edilmişdir.
17. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 22 may tarixli e-2-2(121)-75/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada DCS00261926-03 nömrəli kredit müqaviləsinə əsasən 90.893,69 manat məbləğində əsas borc, 11.501,86 manat məbləğində faiz borcu, 800 manat məbləğində cərimə bo rcu; DCL00261926-21 nömrəli kredit müqaviləsinə əsasən 6.725 manat məbləğində əsas borc, 933,32 manat məbləğində faiz borcu, 140 manat məbləğində cərimə borcu; DCL00261926-22 nömrəli kredit müqaviləsinə əsasən 6.809 manat məbləğində əsas borc, 967,82 manat məbləğində faiz borcu, 120 manat məbləğində cərimə borcu; 200 manat məbləğində mediasiya xərci və 200 manat dövlət rüsumu olmaqla, ümumilikdə 119.290,69 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi; MMC-dən DCL00261926-13 nömrəli kredit müqaviləsinə əsasən 33.878 manat məbləğində əsas borc, 2.363,94 manat məbləğində faiz borcu, 880 manat məbləğində cərimə borcu; DCL00261926-14 nömrəli kredit müqaviləsinə əsasən 97.818,25 manat məbləğində əsas borc, 2.851,80 manat məbləğində faiz borcu və 2.400 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 140.191,99 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim E.Abdullayev).
18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı işdə iddiaçının DCS00261926-03 nömrəli, DCL00261926-13 nömrəli, DCL00261926-14 nömrəli, DCL00261926-21 nömrəli və DCL00261926-22 nömrəli maliyyələşdirmə üçün ərizələrə əsasən MMC-yə kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqavilələr i üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir.
19. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə (bax §17) razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, DCS00261926-03 nömrəli, DCL00261926-13 nömrəli, DCL00261926-14 nömrəli, DCL00261926-21 nömrəli və DCL00261926-22 nömrəli maliyyələşdirmə üçün ərizələri üzrə əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Belə olduğu halda, məhkəmə ekspert rəyini sübut növü kimi qəbul edir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə DCS00261926-03 nömrəli və DCL00261926-13 nömrəli müqavilələr üzrə faiz borclarının iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır.
20. Məhkəmə hesab etmişdir ki, DCS00261926-03 nömrəli kredit müqaviləsinə əsasən 90.893,69 manat məbləğində əsas borc, DCL00261926-13 nömrəli kredit müqaviləsinə əsasən 33.878 manat məbləğində əsas borc, 2.363,94 manat məbləğində faiz borcu, DCL00261926-14 nömrəli kredit müqaviləsinə əsasən 97.818,25 manat məbləğində əsas borc, 2.851,80 manat məbləğində faiz borcu, DCL00261926-21 nömrəli kredit müqaviləsinə əsasən 6.725 manat məbləğində əsas borc, 933,32 manat məbləğində faiz borcu və DCL00261926-22 nömrəli kredit müqaviləsinə əsasən 6.809 manat məbləğ ində əsas borc və 967,82 manat məbləğində faiz borcunun olması iş materialları ilə tam sübut olunur.
21. Məhkəmə, eyni zamanda Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, o, DCS00261926-03 nömrəli, DCL00261926-13 nömrəli, DCL00261926-14 nömrəli, DCL00261926-21 nömrəli və DCL00261926-22 nömrəli maliyyələşdirmə üçün ərizələri üzrə borclu MMC-nin Bank qarşısında olan öhdəliklərini birlikdə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
22. Bundan başqa, məhkəmə, qeyd etmişdir ki, öhdəlik zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Belə ki, DCL00261926-13 nömrəli və DCL00261926-14 nömrəli maliyyələşdirmə üçün ərizələrdən görünür ki, DCL00261926-13 nömrəli müqaviləyə əsasən əsas öhdəliyin icrası vaxtı 2023-cü il 24 may tarixində, DCL00261926-1 4 nömrəli müqaviləyə əsasən əsas öhdəliyin icrası vaxtı isə 2023-cü il 2 mart tarixində başa çatmış, lakin iddiaçı 2023-cü il 14 sentyabr tarixində icra edilməmiş öhdəliklər üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürmüşdür.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 477.0.4-cü maddəsinə görə DG**********25 nömrəli və DG**********30 nömrəli zaminlik müqavilələri üzrə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab etmişdir ki, Cavabdeh2 həmin zaminlik müqavilələri üzrə pulun tutulması əsassızdır.
24. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri qanunvericliiyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cava bdehlər sözügedən müqavilələrə əsasən öhdəliklərini yerinə yetiməmiş və bu səbəbdən cavabdehlərdən müştərək qaydada DCS00261926-03 nömrəli kredit müqaviləsinə əsasən 90.893,69 manat məbləğində əsas borc, 11.501,86 manat məbləğində faiz borcu, DCL00261926-21 nömrəli kredit müqaviləsinə əsasən 6.725 manat məbləğində əsas borc, 933,32 manat məbləğində faiz borcu, DCL00261926-22 nömrəli kredit müqaviləsinə əsasən 6.809 manat məbləğində əsas borc, 967,82 manat məbləğində faiz borcu, cavabdeh MMC-dən isə DCL00261926-13 nömrəli kredit müqaviləsinə əsasən 33.878 manat məbləğində əsas borc, 2.363,94 manat məbləğində faiz borcu, DCL00261926-14 nömrəli kredit müqaviləsinə əsasən 97.818,25 manat məbləğində əsas borc, 2.851,80 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə, iddianın “DCS00261926-03 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 11.731,37 manat, DCL00261926-13 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 13.302,76 manat, DCL00261926-14 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 42.393,34, DCL00261926-21 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 2.066,07 və DCL00261926-22 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 2.045,54 manat cərimənin ödənilməsi” hissələrini də araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissələri qismən əsaslıdır.
26. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehlərdən iddiaçı nın xeyrinə DCS00261926-03 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 800 manat, DCL00261926-13 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 880 manat, DCL00261926-14 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 2.400 manat, DCL00261926-21 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 140 manat və DCL00261926-22 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 120 manat məbləğində dəbbə pulu tutulmalıdır.
27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 385.1, 442, 443.1, 448.1, 448.2, 460.1, 462.1, 462.3, 467, 470.1, 472.2, 477.0.4, 739.1, 739.2-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar h aqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1, 217.2, 217.4, 218.3 və 226.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin DCL00261926-13 nömrəli və DCL00261926-14 nömrəli kredit müqavilələri üzrə zaminliyə xitam verilmiş hissədə və cərimə məbləğinin təmin edilməyən hissədə ləğv edilməsini, iddia tələbinin cavabdehlərdən birgə qaydada tutulması, cərimə məbləğinin tam təmin edilməsi barəd ə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 oktyabr tarixli 2-2(106)-145/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – P.Əhmədov, hakimlər – C.İmanov və T.Kərimov).
30. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, öhdəlik zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Belə ki, DCL00261926-13 nömrəli və DCL00261926-14 nömrəli maliyyələşdirmə üçün ərizələrdən görünür ki, DCL00261926-13 nömrəli müqaviləyə əsasən əsas öhdəliyin icrası vaxtı 2023-cü il 24 may tarixində, DCL0026 1926-14 nömrəli müqaviləyə əsasən əsas öhdəliyin icrası vaxtı isə 2023-cü il 2 mart tarixində başa çatmış, lakin iddiaçı 2023-cü il 14 sentyabr tarixində icra edilməmiş öhdəliklər üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürmüşdür. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə DCS0026192603 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 800 manat, DCL00261926-13 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 880 manat, DCL00261926-14 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 2.400 manat, DCL00261926-21 nömrəli ma liyyələşdirmə ərizəsi üzrə 140 manat və DCL00261926-22 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 120 manat məbləğində dəbbə pulu tutulmalıdır.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normaları ilə əsaslandırmışdır (bax §28).
33. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin iddia tələbinin təmin edilməyən hissələrinə münasibətdə ləğv edilərək, iddia tələbinin DG**********25 nömrəli və DG**********30 nömrəli zaminlik müqavilələrinə və dəbbə puluna münasibətdə tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. MM-in 390.1, 462.1, 462.3, 465.2, 467, 472.1, 472.2, 477.0.4-cü maddələri; “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsi üzrə - Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəbbə puluna münasibətdə qismən əsassız və qanuna zidd hesab edilməli və dəyişdirilib iddia tələbi həmin hissədə də tam təmin edilməlidir. Eyni zamanda DG**********25 nömrəli və DG**********30 nömrəli zaminlik müqavilələri üzrə Cavabdeh2 həmin zaminlik müqavilələri üzrə pulun tutulması hissəsində iddianın təmin edilməməsi qanunsuz və əsassız hesab olunmaqla həmin hissədə də iddia tələbi təmin edilməlidir.
35. Belə ki, iş materiallarında olan kredit m üqavilələri və maliyyələşdirmə üçün ərizələrdə gecikdirilmiş əsas məbləğə hesablanan cərimə faizləri nəzərdə tutulmuşdur. Lakin Borcalan DCS00261926-03 nömrəli müqavilə üzrə öhdəliklərini 592 gün, DCL00261926-13 nömrəli müqavilə üzrə öhdəliklərini 613 gün, DCL00261926-14 nömrəli müqavilə üzrə öhdəliklərini 601 gün, DCL00261926-21 nömrəli müqavilə üzrə öhdəliklərini 561 gün, DCL00261926-22 nömrəli müqavilə üzrə öhdəliklərini 585 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bu baxımdan əsaslı olaraq DCS00261926-03 nömrəli kredit müqaviləsinə əsasən 13.155,39 manat, DCL00261926-13 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 14.673,88 manat, DCL00261926-14 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 46.096,85 manat, DCL00261926-21 nömrəli maliyyələşd irmə üçün ərizəyə əsasən 2.373,36 manat, DCL00261926-22 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 2.356,67 manat cərimə borcu hesablanmışdır. Yuxarıda qeyd olunan kredit müqavilələri üzrə hesablanan cərimə borcunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək olmamışdır.
36. Cavabdeh kredit müqavilələrini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimə faizlərindən xəbərdar olmuş və buna razılıq vermişdir. Lakin məhkəmələr tərəfindən cərimə məbləği kəskin surətdə azaldılmış, DCS00261926-03 nömrəli kredit müqaviləsinə əsasən 800 manat, DCL00261926-21 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 140 manat, DCL00261926-13 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 880 manat, DCL00261926-14nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 2400 manat, DCL00261926-22 nömrəli əsasən 120 manat məbləğində müəyyən edilmişdir. Müəyyən edilən bu cərimə məbləğləri əsaslı hesab edilə bilməz. Məhkəmə hətta bu sahədə formalaşmış məhkəmə təcrübəsi də nəzərə alınmadan əsas borc məbləğinin 5 faizindən də xeyli az məbləğdə dəbbə pulu hesablanmasına baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə dəyişdirilmədən qüvvədə saxlamışdır.
37. Belə ki, DCS00261926-03 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin 90.893,69 manat əsas borcunun olduğu halda həmin məbləğin 5%-nin 4.544 manat təşkil etdiyini nəzərə alsaq müəyyən edilən 800 manat cərimə məbləği əsas borcun heç 1%-ni təşkil etmir, DCL00261926-14nömrəli kredit müqaviləsinə əsasən 97.818,25 manat əsas borcunun olduğu halda həmin məbləğin 5%-nin 4.890 manat tə şkil etdiyini nəzərə alsaq müəyyən edilən 2.400 manat cərimə məbləği əsas borcun heç 3%-ni təşkil etmir, DCL00261926-13 nömrəli kredit müqaviləsinə əsasən 33.878 manat əsas borcunun olduğu halda həmin məbləğin 5%-nin 1.683 manat təşkil etdiyini nəzərə alsaq müəyyən edilən 880 manat cərimə məbləği əsas borcun heç 3%-ni təşkil etmir, DCL00261926-21 nömrəli kredit müqaviləsinə əsasən 6.725 manat əsas borcunun olduğu halda həmin məbləğin 5%-nin 336 manat təşkil etdiyini nəzərə alsaq müəyyən edilən 140 manat cərimə məbləği əsas borcun heç 2.5%-ni təşkil etmir, DCL00261926-22 nömrəli kredit müqaviləsinə əsasən 6.809 manat əsas borcunun olduğu halda həmin məbləğin 5%-nin 340 manat təşkil etdiyini nəzərə alsaq müəyyən edilən 120 manat cərimə məbləği əsas borcun heç 2%-ni təşkil etmir. Göründüyü ki mi tətbiq edilən cərimələr əsas borcun 5 %-dən xeyli az olmaqla əsassızdır.
38. Bundan əlavə DG**********25 nömrəli və DG**********30 nömrəli zaminlik müqavilələri üzrə Cavabdeh2 həmin zaminlik müqavilələri üzrə pulun tutulması hissəsində iddianın əsassız hesab edilməsi və apellyasiya şikayətində mübahisələndirilən bu hissədə qətnamənin dəyişdirilmədən saxlamasına münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan tərəflər arasında bağlanmış DG**********30 nömrəli zaminlik müqaviləsinə əsasən zamin DCL00261926-14 nömrəli maliyyələşdirmə ərizəsi üzrə və tərəflər arasında bağlanmış DG**********25 nömrəli zaminlik müqaviləsinə əsasən zamin DCL00261926-13 nömrəli maliyyələşdirmə ərizəsi üzrə borclu MMC-nin bank qarşısında olan öhdəliklərini icra etməməsi üçün məsuliyyəti öz üzərinə götür müşdür. Mübahisə predmeti olan zaminlik müqavilələrində isə zaminlik müqaviləsinin qüvvədə olma müddətinin borclu tərəfindən öhdəliyin tam icra olunduğu ana kimi müəyyən edilmişdir. Burada müddət dəqiq tarixlə deyil hərəkətin yerinə yetirildiyi anla şərtləndirilmişdir. Bu baxımdan zamin Cavabdeh2 zaminlik müqavilələrini imzalamaqla hansı ana qədər zamin kimi öhdəlik daşıyacağından məlumatlı olmuşdur. Beləliklə, müqavilənin bütün mühüm şərtləri tərəflər arasında razılaşdırıldığından zamin Cavabdeh2 əsas borclu ilə birgə məsuliyyət daşımağa davam etməlidir.
39. MPM-in 88, 217.1, 217.3, 218.1, 220.4, 392.2-ci maddələri üzrə - Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası tərəflər arasında bağlanılmış kredit və zaminlik müqavilələrinin şərtlərini, gecikdirilmiş günlərin sayının xeyli müddət təşkil etməsini və qeyd olunan maliyyələşdirmə üçün ərizələrə əsasən tətbiq edilən gecikdirilmiş əsas məbləğə hesablanan cərimə faiz dərəcələrini nəzərə almamışdır. DG**********25 nömrəli və DG**********30 nömrəli zaminlik müqavilələrinə xitam verilməsi ilə bağlı zaminin məsuliyyətinin istisna edilməsi üzrə Bank tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə qətnamədə qiymət verilməmişdir. Nəticədə məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi səbəbindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
41. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktı nın qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərini n subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyi ni icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, b eh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasü bsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti... 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuli yyət daşıyır....” “Maddə
477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:... 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüquq unu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....”
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı hal da kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər....”
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqa vilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir....”
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
226. Bir neçə iddiaçının xeyrinə və ya bir neçə cavabdehə qarşı çıxarılan qətnamə... 226.2. Məhkəmə bir neçə cavabdehin əleyh inə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Hazırda iddiaçı kassasiya şikayətində iddia tələbi nin DG**********25 və DG**********30 nömrəli zaminlik müqavilələrinə və dəbbə puluna münasibətdə tam təmin edilməsini tələb edir.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin DG**********25 və DG**********30 nömrəli zaminlik müqavilələrinə münasibətdə olan dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin adı çəkilən mübahisələndirilən hissəsində həmin hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Bununla belə kollegiya aşa ğıdakılara əsasən hesab edir ki, iddia tələbinin dəbbə pulu ilə bağlı hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən kreditorun əsaslı mənafeləri doğru qiymətləndirilməmişdir. Ona görə də kassasiya şikayətinin həmin hissədə dəlilləri qismən əsaslı hesab edilməli və apellyasiya instansiyasının qətnaməsi bu hissədə dəyişdirilməlidir.
50. MM-in 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. MM-in 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsip lər çərçivəsində MM-in 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır.
51. Beləliklə, həm borclunun iqtisadi vəziyyətini, həm də kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alan məhkəmə kollegiya sı hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən dəbbə pulu əsas borc məbləğinin beş faizi miqdarında hesablanmalıdır.
52. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən müştərək qaydada 2020-ci il 14 dekabr tarixli, DCS00261926-03 saylı kredit müqaviləsinə əsasən 4544,68 manat məbləğində cərimə borcu, 2021-ci il 14 oktyabr tarixli, DCL0026192621 saylı kredit müqaviləsinə əsasən 336,25 manat məbləğində cərimə borcu, 2021-ci il 21 oktyabr tarixli, DCL00261926-22 saylı kredit müqaviləsinə əsasən 340,45 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
53. Həmçinin MMC-dən 2021-ci il 24 avqust tarixli, DCL00261926-13 saylı kredit müqaviləsinə əsasən 1693,9 manat məbləğində cərimə borcu, 2021-ci il 2 sentyabr tarixli, DCL00261926-14 saylı kredit müqaviləsinə əsasən 4890,91 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
54. Kassasiya şikayətində sübutlara düzgün qiymət verilməməsi və bununla da MPM-in 88-ci maddəsinin tələblərini pozulmasına istinad edilməsi isə əsassızdır.
55. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
56. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məh kəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsini qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 8 oktyabr tarixli 2-2(106)-145/2024 nömrəli qətnaməsi kredit müqavilələri üzrə tutulmuş cərimə borclarının məbləği hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qayda da 2020-ci il 14 dekabr tarixli, DCS00261926-03 saylı kredit müqaviləsinə əsasən 4544,68 manat məbləğində cərimə borcu, 2021-ci il 14 oktyabr tarixli, DCL00261926-21 saylı kredit müqaviləsinə əsasən 336,25 manat məbləğində cərimə borcu, 2021-ci il 21 oktyabr tarixli, DCL00261926-22 saylı kredit müqaviləsinə əsasən 340,45 manat məbləğində cərimə borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1 MMC-dən 2021-ci il 24 avqust tarixli, DCL00261926-13 saylı kredit müqaviləsinə əsasən 1693,9 manat məbləğində cərimə borcu, 2021-ci il 2 sentyabr tarixli, DCL00261926-14 saylı kredit müqaviləsinə əsasən 4890,91 manat məbləğində cərimə borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edi