Məhkəmə qərarları › İş №2-2(102)-630/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-630/2024

05.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-630/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadə ilə bağlı mübahisələr, təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 iyul tarixli 2-2(103)-667/2024 nömrəli qətnaməsindən cav abdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 2020-ci il 18 mart tarixli 29/1640-00497 nömrəli akta əsasən, Dövlət Yoxlamasına aparılmış Xəzər rayon Xidmət sahəsinin fiziki şəxs F.Əsgərovaya məxsus qaz xətti üzərində quraşdırılmış G100 markalı 80101329 nömrəli turbin tipli "Elster" qaz sayğacı 2020-ci il 26 fevral tarixində xətdən çıxarılmış (Forma-2 Nº9018222), 2020-ci il 17 mart tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın daxili çirklidir. Göstəricilər arasında fərq var. 2019-cu il 23 dekabr – 2020-ci il 16 mart tarixlərini əhatə edən saatlıq arxivə əsasən maks imal mütləq təzyiq P=1.18 bar, Pbaza 1.01325, Tbaza=20C. Korreksiya olunmuş maksimal qaz həcmi 9 m³ korreksiya olunmamış qaz həcmi 8 m³ qeydə alınmışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücünün şteykerinin nasazlığı səbəbindən elektron göstərici V₁ mexaniki göstəricidən 76670 m³ azdır. Şteyker yenisi ilə əvəz edildi, yoxlanıldı, işləyir.

2. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 2020-ci il 30 mart tarixli ******* nömrəli akt əsasında iddiaçıya 2020-ci ilin mart ayı üzrə 18.094,20 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

3. İddiaçı istifadəsində olan qaz sayğacları vasitəsilə sərf olunmuş təbii qaza görə 19.576,4 manat olmaqla, ümumilikdə 2020-ci il 24 noyabr tarixinə qeyri-yaşayış sahəsinin hesab kodunda 37.670,60 manat borcu mövcud olduğu bildirilmiş və tərəfindən ödənilməsi tələb edilmişdir (əsas: Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış 2020-ci il 26 noyabr tarixli məktub).

4. Cavabdeh İB tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 16 saylı Vəkil Bürosuna ünvanlanmış 2021-ci il 13 iyul tarixli sorğuya cavabda qeyd edilmişdir ki, fiziki şəxs İddiaçı (abonent kodu: **********00003) təbii qaz istehlakçısı kimi 2020-ci il 9 yanvar tarixindən "Azəriqaz” İB-nin abonentlərin uçotu bazasında qeydiyyatdadır, istifadə etdiyi təbii qazın sərfiyyatına görə 58.832,99 manat (o cümlədən 2021-ci il 30 aprel tarixində 36.520 manat edilən ödəniş daxil olmaqla) ödəniş etmişdir və 2021-ci il 12 iyul tarix inə borcu 5.425,81 manat təşkil edir. 5. 2024-cü il 29 fevral tarixli abonent saldosuna əsasən, İddiaçı qeyd edilən tarixə ümumilikdə borcu 12.565,42 manat (sayğac oxunması: 200.128,24 manat + aktlar: 18.094,20 manat – ödəmələr: 205.657,02 manat = son borc: 12.565,42 manat) təşkil edir. Eləcə də 2020-ci ilin mart ayında akt üzrə 18.094,20 manat məbləğində borc hesablanmışdır. 2021-ci ilin aprel ayında isə 36.520 manat məbləğində ödəniş edilmiş və akt üzrə hesablanmış borc məbləği ödənilmişdir.

6. İddiaçı tərəfindən Cavabdeh İB-nə pretenziya məktubu göndərilərək, 2020-ci ilin mart ayı üzrə qaz sərfiyyatına görə cavabdeh orqan tərəfindən əsassız hesablanaraq iddiaçıdan alınmış 18.094,20 manat pul vəsaitinin geri qaytarılması xahiş olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məh kəməsindəki icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 2020-ci il 30 mart tarixli ******* saylı qanunsuz akta əsasən həmin ilin mart ayı üzrə qaz sərfiyyatına görə əsassız hesablanaraq iddiaçıdan alınmış 18.094,20 manat pul vəsaiti və 210 manat mediasiya (rüsum) xərcinin əvəzinin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus obyektə xidmət edən Elster G-100 RVG EK-90 tipli 75019297 saylı qaz sayğacı 2020-ci il 26 fevral tarixində quraşdırılmış, 2020-ci ilin fevral ayına abonentin qazdan istifadəyə görə borcu olmamışdır. 2021-ci ilin yanvar ayının əvvəlinə isə abonentin borcu 36.515,01 manat təşkil etmişdir. Həmin borcun 18.094 manat hissəsi 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında hesablanmışdır. İddiaçı hazırkı iddia tələbindən öncə artıq bir dəfə Bakı Kommersiya Məhkəməsində cavabdehə qarşı iddia irəli sürərək, 2020-ci il 30 mart tarixli ******* saylı aktın ləğv edilməsi, əsassız borcun silinməsi və yenidən hesablanmasını xahiş etmişdir. Hətta o, həmin iş üzrə iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinə qazın verilməsinin dayandırılmamasını xahiş etmiş və iddianın təmini tədbiri barədə həmin məhkəmə tərəfindən 2021-ci il 19 mart tarixli e-2-2(11 3)-1863 saylı qərardad qəbul edilmiş, lakin cavabdeh həmin qərardadın icrasını vaxtında icra etməmişdir. Ona görə də iddiaçı qeyri-yaşayış sahəsinə qazın verilməsinin tez bərpa olunmasına görə, cavabdehin həmin vaxtı tələb etdiyi bütün ödənişi həyata keçirərək, bundan sonra həmin iddia ərizəsini geri götürmüş və məhkəmə qərardadına əsasən e-22(113)-1863 saylı iş baxılmamış saxlanılmışdır. Ümumilikdə iddiaçı həmin vaxt cavabdehə 36.520 manat məbləğində pul vəsaiti ödəmiş, həmin məbləğdən 18.094 manat hissə 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında yaranmış borc olmuşdur. Həmin borc “Qazdan istifadə Qaydaları”nın pozulması barədə akta əsasən hesablanmışdır və iddiaçı bu hesablama ilə hazırda da razı deyil. Həmin ilin fevral ayının sonuna və mart ayının əvvəlinə borc 2.063,80 manat təşkil etmiş və daha sonra heç bir əsaslı səbəb olmadan həmin abonentə əsassız olaraq 2020-ci ilin mart ayında müvafiq akt əsasında 18.094,20 manat məbləğində qaz sərfiyyatına görə borc yazılmışdır.

9. İddiaçı iddianın hüquqi əsasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu, 1999-cu il 31 may tarixli 87 saylı tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bu ndan sonra – “MM”) 448-ci maddəsinə istinad etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 aprel tarixli e-2-2(113)-924/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Z.Axundova).

11. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz olduğu üçün həmin məbləğ cavabdehdən tutula bilməz.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, 2020-ci ilin mart ayı üçün iddiaçının sayğac göstəricilərinə əsasən 8.597,80 manat məbləğində qaz sərfiyyatı olmuş və həmin ay üçün ona əlavə olaraq akt əsasında 1 8.094 manat borc hesablanmışdır. Halbuki abonent saldosuna əsasən, aylar üzrə müqayisə etdikdə 2020-ci ilin aprel ayı üzrə sərfiyyat 2.793 manat, 2020-ci ilin noyabr ayı 2.345,20 manat, dekabr ayı 7.716 manat, 2021-ci ilin yanvar ayı üzrə sərfiyyat 3.783,20 manat, 2022-ci ilin yanvar ayı üzrə sərfiyyat 8.801,54 manat, mart ayı 10.561,10 manat və s. olmuşdur. Yəni, digər aylar üzrə iddiaçının sayğac göstəricilərinə əsasən 2020-ci ilin mart ayında sərf etdiyi 8.597,80 manat məbləğ arasında nəzərə çarpacaq dərəcədə fərqlər olmamışdır. Belə olan təqdirdə 2020-ci ilin mart ayı üçün akt əsasında iddiaçıya əlavə olaraq 18.094,20 manat borcun hesablanması qaydası, hüquqi əsaslarına dair qaneedici izah verilməmiş, sübutlar məhkəməyə təqdim edilməmişdir.

13. Gəldiyi nəticəni birinci instansiya məh kəməsi Qaydaların 2.10-cu bəndinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə istinadla əsaslandırmışdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 iyul tarixli 2-2(103)-667/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şik ayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmiş yoxlama nəticəsində qəbul edilmiş 2020-ci il 30 mart tarixli ******* saylı akt əsasında sayğacın sərfiyyatı düzgün qeydə almaması əsası ilə 18.094,20 manat borc hesablanmış, qaz təchizatının dayandırılmaması üçün iddiaçı bu borcu ödəmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığı üçün hüquqi nəticəsi olmadığından, o cümlədə n Qaydaların 5.2-ci bəndinə əsasən istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsinin tələb edilməsi qanunsuz olduğundan iddiaçı tərəfindən ödənilmiş 18.094,20 manat MM-nin 1091-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

17. Gəldiyi nəticəni apellyasiya instansiya məhkəməsi MM-in 1091.1, 1091.2-ci maddələrinə, Qaydaların 5.2-ci bəndinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2011ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların v ahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə istinadla əsaslandırmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndi üzrə - Cavabdeh § 1-də göstərilənlərə istinadən qeyd edir ki, iddiaçıya məxsus müəssisədə istismarda olan qaz sayğacının qeydə almadığı qaz sərfi arxiv məlumatlarına əsasən hesablanaraq 18.094,20 manat borc iddiaçının hesabında qeydə alınmışdır. Həmin məbləğ cavabdeh tərəfindən ödənilmişdir. Cavabd eh sayğaca müdaxilə və ya qanunsuz istifadə halı ilə bağlı borc hesablamamışdır.

20. Məhkəmənin gəldiyi nəticə Qaydaların 2.11-2-ci maddəsinin tələblərinə ziddir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş akt nə sayğaca müdaxilə, nə də ki qanunsuz istifadə halı ilə bağlıdır.

21. Cavabdeh bildirir ki, iddiaçıya məxsus müəssisədə heç bir yoxlama keçirilməmişdir. Məhkəmə əsassız olaraq qaz sayğacının arxiv yaddaşına əsasən aparılmış hesabatı yoxlama kimi qiymətləndirmiş, cavabdehin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması barədə səhv qənaətə gəlmiş və 18.094,20 manat pulun iddiaçıya geri qaytarılması barədə qərar qəbul etmişdir. Qaz paylayıcısı ilə istehlakçı arasın da qaz təchizatı üzrə münasibətlər Qaydalarla tənzimlənir və onun 1.3-cü bəndinə görə, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

22. Apellyasiya məhkəməsi hazırkı mübahisələndirilən qətnamədə MM-in 1091.1, 1091.2-ci maddələrini tətbiq etsə də, MM-in 1095-ci maddəsini tətbiq etməmişdir. Mübahisələndirilən məhkəmə qətnamələrindən belə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus müəssisəyə 2020-ci ilin mart ayında əsassız olaraq 18.094,20.manat borc hesablanmış və iddiaçı tərəfindən qeyd olunan borc 2021-ci ilin aprel ayında tam olaraq ödənilmişdir. Qeyd olunan ödəniş abonentin saldosunda öz əksini tapır. Mübahisələndirilən məhkəmə qətnamələrindən belə müəyyən olunur ki, cavabdeh 2021-ci ilin aprel ayında 18.094,20 manat əsassız olaraq varlanmışdır. İddiaçı qeyd olunan akt əsasında hesablanmış 18.094,20 manat borcla bağlı məlumatlı olmuş və hətta onu məhkəmə qaydasında mübahisələndirmişdir. Lakin sonradan iddia ərizəsini geri götürmüş və məhkəmə qərardadına əsasən e-2-2(113)-1863 saylı iş baxılmamış saxlanılmışdır. Sonradan iddiaçı 2024-cü il 10 yanvar tarixində əsassız olaraq ödənilmiş 18.094,20 manat borcun geri qaytarılması ilə bağlı cavabdehə qarşı iddia tələb ilə məhkəməyə müraciət etmişdir. Yəni, MM-in 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Lakin birinci instansiya və apellyas iya məhkəmələri hazırkı mübahisə ilə bağlı qeyd olunan pul məbləğinin (əsassız varlanma ilə bağlı) tələb olunma üçün qanunvericiliklə müəyyən olunmuş müddətin iddiaçı tərəfindən ötürülməsini nəzərə almamış, MM-in 1095-ci maddəsini tətbiq etməli olduqları halda tətbiq etməmişdir.

23. Cavabdeh qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 386-cı maddəsinin tələblərinin pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

26. Kassasiya instansiyası məhkəməs i tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdir ilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.... 5.4. Qa z sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır....”

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, mübahisələndirilən qətnamənin qüvvədə saxlanılması mümkün deyildir.

30. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçıya məxsus sayğac 2020-ci il 26 fevral tarixində xətdən çıxarılmışdır. İddiaçının mübahisələndirdiyi 18.094,20 manat məbləğində cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 2020-ci il 30 mart tarixli ******* nömrəli akt əsasında iddiaçıya 2020-ci ilin mart ayı üzrə 18.094,20 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır (bax §§ 1-2).

31. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi mahiyyət etibarilə ondan ibarət olmuşdur ki, sayğacın sərfiyyatı düzgün qeydə almaması əsası ilə 2020-ci il 30 mart tarixli ******* saylı akt əsasında hesablanmış 18.094,20 manat borcu qaz təchizatının dayandırılmaması üçün iddiaçı ödəmişdir. Cavabdeh tərəfindən keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığı üçün hüquqi nəticəsi olmadığından, o cümlədən istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsinin tələb edilmə si qanunsuz olduğundan iddiaçı tərəfindən ödənilmiş 18.094,20 manat MM-nin 1091-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (bax § 16).

32. Göründüyü kimi, 2020-ci il 30 mart tarixli akt qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması ilə əlaqədar tərtib olunduğu halda, işə baxan məhkəmələr həmin aktı mahiyyət etibarilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmayan yoxlama aktı kimi qiymətləndirərək, sözügedən akt əsasında hesablanmış və ödənilmiş borcun cavabdehdən iddiaçının xeyrinə tutulması nəticəsinə gəlmişlər.

33. Halbuki Qaydaların 4.9 və 5.4-cü bəndlərinin (bax § 27) məzmunundan aydın olur ki, qaz sayğacı istehlakçının təqsiri olmadan zədələndiyi halda qaz paylayıcısı tərəfindən həmin sayğacın təmir olunması, texniki baxışdan keçi rilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həyata keçirilməli, qaz sayğacları qaz paylayıcısı tərəfindən çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmamalı və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır.

34. Beləliklə, Qaydaların tələblərinə əsasən, qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə istehlakçının sərf etdiyi qazın həcmi və dəyəri müvafiq qaydada hesablanmalıdır. Yəni, sözügedən dövr üzrə Qaydaların tələblərinə uyğun şəkildə hesablanmış borcun tələb edilməsi qaz paylayıcı müəssisənin haqqıdır. Ona görə də bu səbəbdən tərtib edilmiş aktın yoxlama aktı, yəni istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması na görə tərtib edilmiş akt kimi qiymətləndirilməsi düzgün deyildir. Əks yanaşma, istehlakçının müvafiq dövrdə faktiki sərf etdiyi qazdan əvəzsiz yararlanaraq əsassız varlanmasına, bu səbəbdən də qaz təchizatçısına zərər dəyməsinə səbəb ola bilər.

35. Hazırkı halda da yuxarıda qeyd olunduğu kimi, borcun bir hissəsinin iddiaçı tərəfindən məhz qaz sayğacının olmadığı və ya işləmədiyi müddət (2020-ci ilin mart ayı) üzrə hesablandığı görünür.

36. Belə olan halda, məhkəmə həmin borcun düzgün, yəni Qaydaların tələblərinə uyğun şəkildə hesablanıb-hesablanmadığına qiymət verməli, düzgün hesablanmadığı təqdirdə isə, məhkəmə həmin borcu (özü və ya ekspert rəyi ilə) Qaydalara uyğun olaraq müəyyən etməli idi.

37. Apellyasiya instansiyası məhkəməsi isə hüququn tətbiqində səhvə yol verərək mübahisəli bor cu yoxlamaların vahid məlumat reyestrində qeydə alınmayan yoxlama aktı əsasında hesablanan qanunsuz borc kimi qiymətləndirmiş, lakin müvafiq dövrdə iddiaçının faktiki qaz istehlak etdiyini nəzərə almamışdır.

38. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qanunu düzgün tətbiq etməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax § 28) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

39. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 iyul tarixli 2-2(103)-667/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

40. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qan uni və əsaslı qətnamə qəbul etməlidir. QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 iyul tarixli 22(103)-667/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar