Məhkəmə qərarları › İş №2-2(102)-632/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-632/2023

27.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-632/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Firmasının cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (məruzəçi hakim), Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Firmasının cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 iyul tarixli 2-2(103)-597/2023 saylı qətnaməsindən cavabdehlər tərəfindən veri lmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2021-ci il 6 iyul tarixdə saat 17 radələrində Cavabdeh2 idarə etdiyi «Daewoo Bs090” markalı, *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsi nəticəsində Firmasına məxsus 2013-cü il buraxılışlı ** dövlət qeydiyyyat nişanlı, “Mercedes Benz” Yük markalı nəqliyyat vasitəsinə ziyan dəymişdir.

2. Yol-nəqliyyat hadisəsi isə bağlı 2021-ci il 22 sentyabr tarixdə cinayət işinin başlanması rədd edilmiş və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2022-ci il 7 yanvar tarixli, 3(008)- 105/2022 saylı qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində c ərimə edilmişdir. 3. “555 Avtoservis” tərəfindən verilmiş 2021-ci il 23 sentyabr tarixli qüsur aktına əsasən 2013-cü il buraxılışlı ** dövlət qeydiyyyat nişanlı, X10 markalı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin 16.545 manat olmuşdur.

4. AB * saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən "xxxx" markalı, *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir.

5. AR-İ 404851 saylı etibarnamədən görünür ki, X2 2015-ci il 23 aprel tarixində 9 il 5 ay 20 gün müddətində Cavabdeh2 ona məxsus olan daşınar əmlakı idarə etməyi, onun üzərində sərəncam verməyi və.s dair etibarnamə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Firması (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC-yə (bundan sonra-“cavabd eh MMC”) və Cavabdeh2 (bundan sonra- “Cavabdeh2”) qarşı cavabdehlərdən 16.641 manat məbləğində maddi ziyan, 10.000 manat məbləğində mənəvi zərər, ümumilikdə 26.641 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYP İdarəsinin verdiyi AD 130373 №-li 2017-ci il 22 dekabr tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2013-cü il buraxılışlı ** dövlət nömrə nişanlı X10 markalı avtomobil iddiaçıya məxsusdur. 2021-ci il 6 iyul tarixdə saat 17 radələrində Bakı şəhəri, Pirşağı qəsəbəsi, Əjdər Məlikov və Ağa Əlizadə küçəsi kəsişməsində iddiaçının işçisi X3 avtomobili idarə edən zaman yol-nəqliyyat hadisəsi baş vermişdi r. Həmin yol-nəqliyyat hadisəsi "xxxx" markalı *** dövlət nömrə nişanlı cavabdeh MMC-nin avtobus sürücüsü olan Cavabdeh2 tərəfindən törədilmişdir. Cavabdeh2 yol hərəkəti qaydasını pozaraq “Yol verin” yol nişanına əməl etməyərək, iddiaçının avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində sürücü X3, X4 və X5 müxtəlif bədən xəsarətləri almış, avtomobilə isə ziyan dəymişdir. Sabunçu rayon Polis İdarəsində hadisə ilə bağlı təhqiqat araşdırması aparılmış, cinayət işinin rədd edilməsi və Cavabdeh2 inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Sabunçu rayon Məhkəməsinin müvafiq qərarına əsasən Cavabdeh2 təqsiri sübuta yetmiş və o inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Cavabdeh2 hazırda cavabdeh MMC-də sürücü vəzifəsində çalışır. Cavabdeh2 əmək vəzifəsini yerinə yetirərkə n, işəgötürənin tapşırığı ilə hərəkət edən zaman bu hadisəni törətmişdir. Ona görə də cavabdeh MMC öz işçisinin hüquqazidd hərəkətinə görə məsuliyyət daşıdığı üçün cavabdehlik daşıyır və işçisinin törətdiyi əmələ görə delikt öhdəliyi var. İddiaçının əsas fəaliyyəti çörək paylamaqdır. Hadisə nəticəsində çörək paylanması dayandırılmış və şirkətin fəaliyyətini həyata keçirməsi məhdudlaşdırılmışdır. Nəticədə şirkət öz öhdəliklərini yerinə yetirə bilməmiş və reputasiyası zərər görmüşdür.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 21, 1096.1 və 1099.1-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 4 noyabr tarixli e-2-2(113)5456/2022 saylı q ərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir (hakim K.Hüseynov).

11. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2023-cü il 17 yanvar tarixli, №9/8399 saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçıya məxsus 2013-cü il buraxılışlı ** dövlət qeydiyyat nişanlı X10 markalı nəqliyyat vasitəsinin təxminən təmir-bərpa xərci 13.280 manat təşkil edir.

12. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 aprel tarixli e-2-2(113)-159/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçıya məxsus ** dövlət qeydiyyat nişanlı 2013-cü il buraxılışlı Mercedes-Benz markalı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 13.280 manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, id dianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim K.Hüseynov).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı mübahisənin həlli baxımından müəyyənləşdirilməli olan ilk məqam yüksək təhlükə mənbəyinin sahibinin kim olması və sonra Cavabdeh2 cavabdeh MMC-nin işçisi olması və yaxud mülki hüquq müqaviləsi əsasında cavabdeh MMC-nin tapşırıqlarını icra edərkən hadisəni törətməsidir.

14. Hazırkı işin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh2 tərəfindən yolnəqliyyat hadisəsi yəni, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia cavabdeh MMC-yə münasibətdə təmin edilə bilməz, Cavabdeh2 iddiaçının xeyrinə 13.280 manat məbləğində pul tutulmalıdır.

15. M əhkəmə iddianın 10.000 manat məbləğində mənəvi zərər tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”.

16. Hazırkı halda, iddiaçı tərəf ancaq hadisə nəticəsində çörək paylanmasının dayandırılmasına və şirkətin fəaliyyətini həyata keçirməsinin məhdudlaşdırılması və nəticədə şirkətin öz öhdəliklərini yerinə yetirə bilməməsi və reputasiyasının zərər gördüyünə istinad etmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının çörək paylama fəaliyyəti ilə məşğul olduğundan onun ancaq cəmi bir nəqliyyat vasitəsi ilə bu fəaliyyəti həyata keçirməsi inandır ıcı deyildir, bundan başqa hətta bu cür olsa da belə, qeyd edilən hal İddiaçı Firması (iddiaçı) adlı kommersiya hüquqi şəxsinin mənəvi sarsıntı keçirməsi üçün əsas ola bilməz. Belə ki, mənəvi sarsıntı və iztirabların keçirilməsi fiziki şəxslərə xas bir xüsusiyyətdir, hüquqi şəxsin isə necə mənəvi sarsıntı keçirə bilməsi imkanı belə anlaşılan deyildir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia mənəvi ziyanın tələb edilməsi hissəsində təmin edilə bilməz.

18. Məhkəmə gəldiyi nəticəni MM-in 1096.1, 1097.1, 1099.1, 1099.2, 1108.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18 aprel tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunve riciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli 7 №-li Qərarına istinad etməklə əsaslandırmışdır.

19. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 aprel tarixli e-2-2(113)-159/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və cavabdeh MMC-dən 16.641 manat məbləğində maddi ziyanın alınaraq iddiaçiya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir.

20. Cavabdeh2 tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023 -cü il 17 iyul tarixli 2-2(103)-597/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin olunması, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 aprel tarixli e-2-2(113)-159/2023 nömrəli qətnaməsinin qismən ləğv edilərək, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 13.280 manat pulun tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər E.Kazımov və A.Hüseyn).

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2021-ci il 6 iyul tarixində Cavabdeh2 idarə etdiyi “Daewoo Bs090” markalı *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəs i ilə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində iddiaçıya məxsus 2013-cü il buraxılışlı ** dövlət qeydiyyat nişanlı X10 markalı nəqliyyat vasitəsinə ziyan dəymiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2022-ci il 7 yanvar tarixli 3(008)-105/2022 saylı qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh2 hadisə baş verərkən cavabdeh MMC-də sürücü vəzifəsində işləmiş və idarə etdiyi avtobusu cavabdeh MMC tərəfindən 2021-ci il 1 iyul tarixdən 2021-ci il 31 iyul tarixədək verilmiş yol vərəqəsi əsasında idarə etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş “555 Avtoservis”-in 2021-ci il 23 sentyabr tarixli qüsur aktında nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin 16.545 manat ol duğu qeyd edilsə də, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatı zamanı həmin qüsur aktında qeyd edilmiş zədəli ehtiyat hissələrinin bazar dəyəri və təmir xərci köhnəlmə faizi tətbiq edilməklə 13.280 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qüsur aktında dəyişilməli olan ehtiyat hissələrin köhnəlmə faizi nəzərə alınmadığından cavabdehlərdən 16.545 manat tutulması hissəsində iddiaçının apellyasiya şikayəti əsassız hesab edilmişdir.

23. Cavabdeh2 apellyasiya şikayətində dəymiş ziyanın məbləğinin düzgün müəyyən edilmədiyini qeyd edərək iş üzrə təkrar ekspertiza təyin edilməsini, dəymiş ziyanın nəqliyyat vasitəsinə baxış keçirilməklə müəyyənləşdirilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi və vəkili nəq liyyat vasitəsinin təmir olunduğunu bildirmişdir. Məhkəmə qeyd edilən halı və işin materiallarına əlavə edilmiş fotoşəkilləri nəzərə alaraq hesab etmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş nəqliyyat vasitəsinə xeyli ziyan dəydiyi aşkar göründüyündən, nəqliyyat vasitəsi təmir edildiyi üçün dəymiş ziyanın yalnız işdəki qüsur aktı əsasında hesablanması mümkün olduğundan iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə cavabdehin vəsatəti əsassızdır.

24. Məhkəmə qeyd etmişdir ki, əsaslı zərurət olmadan iş üzrə təkrar ekspertizalar təyin edilməsi işlərə məhkəmə tərəfindən ağlabatan müddət ərzində baxılması prinsipinə zidd olmaqla ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına səbəb olur.

25. Məhkəmə cavabdeh MMC-yə qarşı hissədə iddianın rədd edilməli olduğuna dair birinc i instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş əmək müqaviləsi bildirişlərinin reyestrindən çıxarışdan müəyyən olunmuşdur ki, Cavabdeh2 2021-ci il 1 iyul tarixindən 2022-ci il 1 fevral tarixinədək cavabdeh MMC-də əmək müqaviləsi ilə işləmişdir. Cavabdeh MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində izahat verərkən Cavabdeh2 əmək müqaviləsi ilə işlədiyini qəbul etməsə də, Cavabdeh2 özü hadisə baş verərkən cavabdeh MMC-də avtobus sürücüsü vəzifəsində işlədiyini mübahisələndirməmiş, eyni zamanda hadisə baş verdiyi gün sürücünün avtobusu cavabdeh MMC-nin verdiyi yol vərəqəsi əsasında idarə etməsi barədə sübut kağız daşıyıcıda iş materiallarının 87-ci vər əqinə əlavə edilmişdir. MPM-in 372.2-ci maddəsinə əsasən iddiaçının apellyasiya instansiyası mərhələsində təqdim etdiyi əmək müqaviləsi bildirişlərinin reyestrindən çıxarışın sübut kimi qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, sorğuya cavab məktubundan müəyyən olunmuşdur ki, iddiaçı həmin sorğu ilə 2023-cü il 24 fevral tarixdə işə birinci instansiya məhkəməsində baxılarkən müraciət etmiş, sorğusuna cavab daxil olmadığına görə həmin sübutu birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir.

26. Məhkəmə tərəfindən sübutlara əsasən müəyyən olunmuşdur ki, Cavabdeh2 cavabdeh MMC-də avtobus sürücüsü vəzifəsində işləmiş, idarə etdiyi avtobus 179 nömrəli marşrut xəttində olmuş (cinayət işinin başlanmasının rədd edilməsi barədə 2021-ci il 22 sentyabr tarixli qərara əsasən), hadisə baş ve rdiyi 2021-ci il 6 iyun tarixli iş günü olmuş və hadisənin baş verdiyi saat (saat 17 radələri) iş saatı olmuşdur. Hadisənin baş verdiyi saatın Cavabdeh2 iş saatı və iş günü olmadığına dair sübutlar cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sürücü izahatında avtobusu təmir etdirib qarajdan çıxarkən yol nəqliyyat hadisəsi baş verdiyini göstərmiş, birinci instansiya məhkəməsi hesab etmişdir ki, bu halda yol nəqliyyat hadisəsi sürücünün əmək və xidmətinin vəzifəsinin icrası ilə bağlı baş verməmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, avtobus sürücüsünün nasazlığı olan nəqliyyat vasitəsini texniki servis üçün aparıb-gətirməsi də onun əmək funksiyalarının icrası ilə bağlı vəzifə olduğundan MM-in 1099.1-ci maddənin tələbinə əsasə n cavabdeh MMC işçisinin vurduğu ziyana görə məsuliyyəti yaranmışdır.

27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 1096.1, 1097.1, 1099.1, 1099.2, 1108.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18 aprel tarixli Qərarına, MPM-in 102.2, 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın cavabdeh MMC-yə dair hissəsində rədd olunmasına dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

29. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətində qətnamə nin ləğv edilərək, iddianın tam olaraq rədd edilməsinə dair yeni qərarın qəbul edilməsi xahiş edilmişdir. Kassaiya şikayətinin və ona qarşı etirazın dəliilləri a) Cavabdeh MMC-nin kassasiya şikayətinin dəlilləri

30. MM-in 1096.1, 1099.1, 1099.2, 1108.1-ci maddələrinin tələbləri pozulmuşdurməhkəmə cavabdeh MMC-nin delikt törətdiyi qənaətinə gəlmiş, lakin qətnaməsində bunu əsaslandıra bilməmişdir. Cavabdeh MMC-nin mülkiyyətində olmayan, başqa şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin vurduğu zərərə görə onun üzərinə zərəri qarşılamaq öhdəliyi qoyulmuşdur.Cavabdeh2 avtonəqliyyat vasitəsinin həm mülkiyyətçisi həm də sürücüsü olmuş və hadisə əmək vəzifələrinin icrası zaman baş verməmişdir. Cavabdeh2 izahatında da bildirmişdir ki, avtobusu təmir etdirib evə aparan zaman yolnəqliyyat hadi səsi baş vermişdir. Göründüyü kimi, Cavabdeh2 tərəfindən yol-nəqliyyat hadisəsi yəni, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdir.

31. İşin materiallarından görünür ki, "xxxx" markalı *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir və 2015-ci il 23 aprel tarixdə 9 il 5 ay 20 gün müddətində Cavabdeh2a ona məxsus olan daşınar əmlakı idarə etməyi, onun üzərində sərəncam verməyi və s. dair etibarnamə vermişdir. Maddənin dispozisiyasından da görünür ki, dəymiş zərərin əvəzinin vurmaq vəzifəsi cavabdeh MMC-nin üzərinə qoyula bilməz, cavabdeh MMC heç bir formada zərərin vurulmasında iştirak etmiş avtonəqliyyat vasitəsini mülkiyyət hüququnu həyata keçirməmişdir.Cavabdeh2 izahatında aydın görünür ki, hadisə baş verən zamanı şəxs c avabdeh MMC-nin nəzarəti altında fəaliyyət göstərməmişdir.

32. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur- həmin maddənin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. b) Cavabdeh2 kassasiya şikayətinin dəlilləri

33. MM-in 21, 1091.1, 1091.2, 1096, 1097-ci maddələrinin tələbi pozulmuşdur. Hazırkı mübahisə üzrə də iddiaçı tərəf heç bir hüquqi əsas olmadan ona dəymiş ziyandan daha çox məbləğin ödənilməsini tələb etmiş və məhkəmə tərəfindən həmin tələb əsassız olaraq təmin edilmişdir. İşə baxılan zaman məhkəmə iddiaçı tərəfin hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin də yərini araşdırmadan zərər dəymiş obyektin bərpası üçün çəkiləcək xərcdən qat-qat çox məbləğin cavabdehdən tutulmasını qət etmişdir. Vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Zərərvuran tərəfindən vurulmamış zərərin əvəzi ödənilə bilməz. Ona görə də ilk növbədə vurulmuş zərərin həcmi dəqiq müəyyən edilməlidir.

34. MPM-in 76.1, 77.1, 88 və 217-ci maddələrinin tələbləri pozulmuş-məhkəmənin qətnaməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq qəbul edilməmişdir. Bu da həmin qətnamənin qanunsuz və əsassız olmasına gətirib çıxarmışdır. İş üzrə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verilməmişdir. İddiaçı tərəf ona dəymiş zərəri qüsur aktına uyğun formada olaraq tələb etmiş, keçirilmiş ekspertiza zamanı həmin ara yışa istinad olunmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən istinad etdiyi hallar sübut edilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

36. İddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyindən, hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq iddianın qismən təmin olunması hissəsində yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara isti nad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurul muş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsi n tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.” “Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyin i sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur....”

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

102. Əlavə və təkrar ekspertiza... 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər....” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadı ğını əsaslandırsın.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası cavabdehlərin kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi) 41. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəmə sinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

42. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutlar əsasında Cavabdeh2 2021-ci il 1 iyul tarixdən 2022-ci il 1 fevral tarixədək cavabdeh MMC-də əmək müqaviləsi ilə işlədiyini, hadisə baş verdiyi gün sürücünün avtobusu cavabdeh MMC-nin verdiyi yol vərəqəsi əsasında idarə etdiyini müəyyən etmiş və belə qənaətə gəlmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sürücü Cavabdeh2 iş vaxtı və əmək vəzifələrinin icrası zamanı baş verdiyindən, iddiaçıya dəymiş zərər müştərək qaydada həm də cavabdeh MMC-dən tutulmalıdır.

43. Cavabdeh MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni mübahisələndirsə də, yol-nəqliyyat hadisəsinin Cavabdeh2 əmək vəzifələrinin icrası zamanı deyil, onun qeyri-iş vaxtında baş verməsinə dair mötəbər sübutları işə mahiyyəti üzrə baxılarkən təqdim etməmişdir.

44. Şikayətdə həmçinin Cavabdeh2 idarə etdiyi nəqliyyat vasitə sinin Ə.Qarayevin mülkiyyətində olması, sonuncu tərəfindən 2015-ci ilin 23 aprel tarixində Cavabdeh2 adına etibarnamə verilməsinə istinad olunsa da, başqa şəxsə məxsus nəqliyyat vasitəsinə dair MMC tərəfindən, həmin MMC-də sürücü vəzifəsində çalışan şəxsin adına yol vərəqinin verilməsinin səbəblərinə işə mahiyyəti üzrə baxılarkən cavabdeh tərəfindən aydınlıq gətirilməmiş, həmçinin 2015-ci ildən keçən müddət ərzində həmin nəqliyyat vasitəsinin mülkiyyətçisinin dəyişməməsi və cavabdeh MMC ilə hər hansı bağlığılığının olmamasına dair mötəbər sübutlar təqdim olunmamışdır.

45. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericiliyinə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları təqdim etm əli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

46. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 25 və 26-cı bəndlərində verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır və hesab edir ki, gəlinən nəticə MM-nin 1099 və 1108-ci, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə və Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18 aprel tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

47. «İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçi sinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin-işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyy əti qorumaqdır» (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 18 aprel tarixli qərarı).

48. Cavabdeh2 kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh2 apellyasiya şikayətinin hazırkı kassasiya şikayəti ilə analoji dəlilləri üzrə bu qərarın 23 və 24-cü bəndlərində verilmiş hüquqi qiymətləndirmə və gəlinmiş nəticə ilə razılaşaraq, təkrarən qeyd edilməsinə zərurət görmür.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətna mənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.

50. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlərin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 iyul tarixli 22(103)-597/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar