Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-633/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina (kassasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 iyul tarixli, 2-2(103)-676/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən ve rilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC ( bundan sonra-“iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra- birlikdə "xxxx", ayrı-ayrılıqda MMC, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3) 2022-ci il 29 avqust tarixli, TZM0022015 saylı Maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində bağlanmış 07 sentyabr 2022-ci il tarixli, TZM0022015/02 saylı müqavilə üzrə 24.223,42 manat əsas, 4.600,95 manat faiz, 1381,6 manat 2022-ci 7 dekabr tarixindən sonra hesablanmış illik 5%-lə faiz, cəmi 30.205,97 manat, 13 sentyabr 2022-ci il tarixli, TZM0022015/03 saylı müqaviləsi üzrə 70.845 manat əsas, 15.089,99 manat faiz, 70,87 manat dəbbə, 3.434 manat 2022-ci 13 dekabr tarixdə n sonra hesablanmış illik 5%-lə faiz, cəmi 89.439,86 manat, 16 sentyabr 2022-ci il tarixli, TZM0022015/04 saylı müqavilə üzrə 83.900 manat əsas, 17.841,68 manat faiz, 167,89 manat dəbbə, 4.020 manat 2022-ci 16 dekabr sonra hesablanmış illik 5%-lə faiz, cəmi 105.929,57 manat və 23 sentyabr 2022-ci il tarixli, TZM0022015/05 saylı müqavilə üzrə 144.05,08 manat əsas, 3122,91 manat faiz, 129,02 manat dəbbə, 4.708,16 manat 2022-ci 23 dekabr sonra hesablanmış illik 5%-lə faiz, cəmi 18.365,17 manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 101,55 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir ( iddia tələbi dəqiqləşdirilmişdir). Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 mart tarixli e- 2-2(113)-123/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdеhlər-MMC-dən, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 07 sentyabr 2022-ci il tarixli TZM0022015/02 saylı müqavilə üzrə 21619,53 manat əsas, 5% hesabı ilə 1247,26 manat faiz borcunun; 13 sentyabr 2022-ci il tarixli TZM0022015/03 saylı müqaviləsi üzrə 68456,74 manat əsas, 5% hesabı ilə 3318,03 manat faiz borcunun; 70,87 manat dəbbə pulunun; 16 sentyabr 2022-ci il tarixli TZM0022015/04 saylı müqavilə üzrə 81408,75 manat əsas, 5% hesabı ilə 3909,49 manat faiz borcunun, 167,89 manat dəbbə pulunun və 23 sentyabr 2022-ci il tarixli TZM0022015/05 saylı müqavilə üzrə 14079,73 manat əsas, 5% hesabı ilə 685,55 manat faiz borcunun və 129,02 manat dəbbə pulunun, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 501, 55 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim G.Namazova). Qətnamədən cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 iyul tarixli, 2-2(103)-676/2024 nömrəli qətnaməsi ilə cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər Z.Şirinov və R.Qurbanov). Qətnamədən cavabdeh MMC tərəfindən kassasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayətində MPM-nin 407.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1- ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Baxılan iş üzrə, iddianın qiyməti 243940,57 manat təşkil etdiyindən, istinad olunan normaların tələbləri baxımından cavabdeh MMC tərəfindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 266,97 manat təşkil etməlidir. Lakin kassasiya şikayəti verilərkən, dövlət rüsumu qanunla müəyyən edilən məbləğdə deyil, cəmi 255 manat məbləğində ödənilmişdir. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 iyul tarixli, 2-2(103)-676/2024 nömrəli qətnaməsindən Cavabdeh1MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-633/2024
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-633/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver