Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-633/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Baxışova Vüsalə Ələkbər qızı və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx"xxxx"xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməs inin Kommersiya Kollegiyasının 2025-ci il 19 iyun tarixli 2-2(106)-94/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları və iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2024-cü il 6 iyun tarixində "xxxx"xxxx"xxxx" MMC-yə (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq "xxxx" MMC və “MMC-2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC -dən iddiaçının xeyrinə tutulmalı olan 157.090,22 ABŞ dolları məbləğində borcun cavabdehlərdən birgə qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (qeyd – işin mahiyyəti ilə bağlı mövqelər hazırkı kassasiya baxışında qiymətləndirilmədiyindən, həmin mövqelər hazırkı qərarda əks etdirilmir).
2. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 29 oktyabr tarixli e-2-2(121)1903/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən 157.090,22 ABŞ dolları məbləğində pul (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) tutularaq iddiaçıya ödənilməsi və iddianın "xxxx" MMC-yə münasibətdə təmin edilməməsi qət olunmuşdur (hakim – Z.Abbasov).
3. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. 4. "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən – "xxxx" MMCyə qarşı iddianın təmin olunduğu hissədə ləğv, iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Şirvan Apellyasiya M əhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 iyun tarixli 2-2(106)-94/2025 nömrəli qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən - "xxxx" MMC-dən 157.090,22 ABŞ dolları məbləğində pul (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv, həmin hissədə yeni qətnamə qəbul olunaraq "xxxx" MMC-yə qarşı yönələn iddia tələbinin təmin edilməməsi qət olunmuşdur (sədrlik edən – C.İmanov, hakimlər – P.Əhmədov və Q.Əliyev).
6. Apellyasiya instansiyası məhkəməsi cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamış, həmin şikayətin dəlillərini əsaslı saymışdır.
7. İddiaçı kassasiya şikay əti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. MPM-in 372.1-ci maddəsi üzrə - Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini əldə etdikdən sonra qətnamə qanuni qüvvəyə minməmiş iddiaçı da apellyasiya şikayəti vermişdir. Lakin apellyasiya məhkəməsi qətnamədə yalnız "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qətnamənin nə təsviri-əsaslandırıcı hissəsində, nə də nəticə hissəsində heç bir münasibət bildirməmişdir.
9. Kassasiya şikayətinin digər dəlilləri işin mahiyyəti ilə bağlıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasi ya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
11. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
12. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılmas ı kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
368. İşin baxılmağa təyin olunması. İşə apellyasiya instansiyası məhkəməsində baxılmanın müddətləri... 368.3. Qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir.” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır....” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin müvafiq dəlilini (bax § 8) nəzərə alaraq hesab edir ki, mübahisələndirilən qətnamənin qüvvədə saxlanılması prosessual baxımdan qeyri-mümkündür.
15. Belə ki, iş materiallarından görünür ki, hazırkı iş üzrə iddia 2 cavabdehə ("xxxx"xxxx"xxxx" MMC) qarşı verilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən 157.090,22 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməsi və iddianın "xxxx" MMC-yə münasib ətdə təmin edilməməsi qət olunmuşdur.
16. Bununla əlaqədar iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını və iddianın tam təmin edilməsini xahiş etmiş, şikayətin dəlillərində cavabdehlərin iddiaçı qarşısında müştərək məsuliyyət daşıdığını əsaslandırmışdır (i/v 91-96).
17. İddiaçının sonradan özünün apellyasiya şikayətindən və ya "xxxx" MMC-yə qarşı iddiasından imtina etməsi iş materiallarından görünmür.
18. Bununla belə, apellyasiya instansiyası məhkəməsi yalnız cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamış, lakin iddiaçının apellyasiya şikayətinə ümumiyyətlə münasibət bildirməmiş, həmin şikayətin verildiyini qeyd belə etməmişdir.
19. MPM-in 368.3-cü maddəsinin ümumi tələbinə (bax § 13) görə, apellyasiya instansiyası məhkəməsi işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxmalı və müvafiq məhkəmə aktı qəbul etməlidir. Həmçinin MPM-in 372.1-ci maddəsinə (bax § 14) əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
20. Hazırkı işdə isə həm iddiaçı, həm də cavabdehlərdən biri birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmiş, lakin apellyasiya instansiyası məhkəməsi istinad olunan normaların tələblərini pozaraq iddiaçının apellyasiya şikayətinə ümumiyyətlə baxmamış, iddiaçının dəlillərinə heç bir hüquqi qiymət verməmişdir.
21. Düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmiş və ya nəticələnə bilmiş prosessual hüquq normalarının pozulması qətnamənin kassa siya qaydasında ləğvi üçün əsasdır (MPM-in 418.3-cü maddəsi - bax § 13).
22. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 iyun tarixli 2-2(106)-94/2025 nömrəli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
23. Yeni apellyasiya baxışı zamanı məhkəmə hər iki tərəfin apellyasiya şikayətlərinə əlaqəli şəkildə baxaraq, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
24. Eyni zamanda, qətnamə prosessual pozuntu səbəbindən ləğv edildiyindən məhkəmə kollegiyası kassatorun işin mahiyyəti ilə bağlı olan dəlillərinə hər hansı münasibət bildirmir.
25. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 iyun tarixli 22(106)-94/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.