Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-634/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X10 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh4nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi (iş məhkəmədə baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “X10 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh4nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-754/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2019-cu il 15 mart tarixli 2(011)-104/2019 nömrəli qətnaməsi ilə Cavabdeh4 MMC-dən və Cavabdeh3 2013-cü il 22 fevral tarixli 92304/1 saylı kredit xətti müqaviləsi üzrə cəmi 340.432.50 959.86 ABŞ dolları (qətnamədə göstərildiyi kimi) əsas borc, 27.527 ABŞ dolları faiz, 2752 ABŞ dolları cərimə borcunun, cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə 2014cü il 29 avqust tarixli 92304/3 saylı kredit müqaviləsi üzrə 526.587,39 manat əsas, 40.005,10 manat faiz, 4000 manat cərimə borcunun bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borc dəyərində bankın xeyrinə tutulması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 sentyabr tarixli 2(103)-652/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-105/2019 nömrəli 2019-cu il 15 mart tarixli qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh4 MMC-dən və Cavabdeh3 2013-cü il 22 fevral tarixli 92304/1 saylı Kredit Xətti Müqaviləsinin 2014-cü il 17 sentyabr tarixli 10 nömrəli Kredit Sazişi Müqaviləsi üzrə əsas borc üzrə 116.018,15 ABŞ dolları, faiz borcu üzrə 2.568,73 ABŞ dolları, cərimə borcu üzrə 66,99 ABŞ dolları olma qla, ümumilikdə 118.653,87 ABŞ dolları, 2014-cü il 4 dekabr tarixli 11 nömrəli Kredit Sazişi Müqaviləsi üzrə 65.580 manat əsas, 3333,65 ABŞ dolları faiz və 378,94 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 69.292,59 ABŞ dolları, 2014-cü il 19 dekabr tarixli 12 nömrəli Kredit Sazişi Müqaviləsi üzrə 168.200 ABŞ dolları əsas, 10.512,50 ABŞ dolları faiz, 1576,87 ABŞ dolları cərimə olmaqla, 180.289,37 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatı ifadəsində), habelə cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh3, X5 və Qanuni nümayəndə 2014-cü il 29 avqust tarixli 92304/3 saylı Kredit müqaviləsi üzrə 508.834,73 manat əsas, 165.508,43 manat faiz, 14.824,92 manat cərimə olmaqla, cəmi 689.168,08 manatın iddiaçı “X10 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka (girov) qoyulmuş əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və əldə ediləcək vəsait hesabına kredit borclarının ödənilməsi, X2 məxsus olan 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240.95 kv.m ümumi, 193.15 kv.m yaşayış, 47.8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evi, ilkin satış (likvid) qiyməti 450.000 manat, X3 məxsus olan 0.02063 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 245.3 kv.m ümumi sahədən ibarət olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin ilkin satış (likvid) qiymətinin 530.000 manat, X1 məxsus olan 0.0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272.76 kv.m ümumi, 141.66 kv.m yaşayış sahəsindən ibarət olan ünvan 3 ünvanında yerləşən mənzilin ilkin satış (likvid) qiymətinin 400.000 manat müəyyən edilməklə iddianın qalan hissədə təmin edilməməsi qət edilm işdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 31 may tarixli 2(102)2502/2021 nömrəli qərarı ilə Cavabdeh3 tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 sentyabr tarixli 2(103)652/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirmədən saxlanılmışdır.
4. Həmin qətnamənin icrası ilə əlaqədar keçirilən hərrac prosesində keçmiş mülkiyyətçi X2 məxsus olmuş (2013-cü il 22 fevral tarixli ipoteka müqaviləsi) 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240,95 kv.m ümumi, 193,15 kv.m yaşayış, 47,8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evi satılmadığı üçün yekun olaraq Banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak hərracın nəticələri barədə 2023-cü il 18 may tarixli 130/23 saylı ye kun protokola əsasən 286.875 manat vəsaitə “X10 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir/alınmışdır.
5. Keçirilən digər hərrac prosesində keçmiş mülkiyyətçi X1 məxsus olmuş (2014-cü il 27 sentyabr tarixli ipoteka müqaviləsi) 0,0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272,76 kv.m ümumi, 141,66 kv.m yaşayış sahəsindən ibarət olan ünvan 3 ünvanında yerləşən mənzil satılmadığı üçün yekun olaraq Banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak hərracın nəticələri barədə 2023-cü il 9 iyun tarixli 97 saylı yekun protokola və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 2023-cü il 9 iyun tarixli müqaviləyə əsasən 255.000 manat vəsaitə “X10 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir/alınmışdır. 6. 2023-cü il 22 may tarixli 174 saylı ödəniş tapşırığına əsasən “X 10 Azərbaycan” QSC tərəfindən ünvan 1 ünvanında yerləşən əmlaka dair "xxxx" MMC-yə 12.668,08 manat, 457 saylı ödəniş tapşırığına əsasən isə 4765,04 manat məbləğində hərrac xidmətinə görə ödənişlər edilmişdir. 7. 2023-cü il 8 iyun tarixli 519 saylı ödəniş tapşırığına əsasən “X10 Azərbaycan” QSC tərəfindən * ünvanında yerləşən 28 saylı mənzilə (0,0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbədə, 6 otaqlı, ümumi sahəsi 272,76 kv.m, yaşayış sahəsi 141,66 kv.m olan) dair 10.805,08 manat və 1944,92 manat məbləğlərində hərrac xidmət haqqı ödənişləri həyata keçirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı “X10 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra- “iddiaçı”) cavabdehlər Cavabdeh4 (bundan sonra- “MMC”), Qanuni nümayəndə (bundan sonra“Qanuni n ümayəndə”), Cavabdeh1 (bundan sonra-“Cavabdeh1”) və Cavabdeh3 (bundan sonra-“Cavabdeh3”) qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək (birgə) qaydada iddiaçı qarşısında götürdükləri kredit öhdəliklərini pozduqları üçün-0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240,95 kv.m ümumi, 193,15 kv.m yaşayış, 47,8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evinin iddiaçının mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci daxil ümumilikdə 18.500,84 manat, o cümlədən hərrac xidmətləri-12.155,72 manat, sadələşdirilmiş vergi yalnız bağ evinə (tikiliyə) görə – 3797,10 manat, sadələşdirilmiş vergi yalnız torpaq sahəsinə görə - 360 manat, əldə edilmiş əmlakın X8 (ƏDV) 18% dərəcəsi ilə - 2188,02 manat; 0,065 1 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272,76 kv.m ümumi, 141,66 kv.m yaşayış sahədən ibarət olan ünvan 3 ünvanında yerləşən mənzilin iddiaçının mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci daxil ümumilikdə 12.750 manat, o cümlədən hərrac xidmətləri -10.805,08 manat, əldə edilmiş əmlakın X8 (ƏDV) 18% dərəcəsi ilə - 1944,92 manat məbləğində vəsaitin (Banka vurulmuş maddi ziyan) və 217,59 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda göstərilən halları ilə əsaslandırılmışdır.
10. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 15 may tarixli e-2-2(113)-2128/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – G.Nam azova).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırkı iddianın predmetini hərrac xidmətinə çəkilmiş vəsait təşkil edir. İddiaçı iddianın əsası kimi ona istinad edir ki, cavabdehlər tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində ona ziyan dəymişdir. Halbuki, iddiaçının da iddia ərizəsində istinad etdiyi kimi cavabdehlərin öhdəliklərinin icra etməməsi nəticəsində yaranmış borc məlbəğləri onların əmlaklarına yönəldilərək satışa çıxarılmışdır. Digər məqam isə həmin əmlaklar 25% aşağı qiymətə ipoteka saxlayan kimi iddiaçı banka təklif edilmiş, iddiaçı da həmin əmlakları əldə etmək hüququndan istifadə edərək əldə etmiş və onlara görə müəyyən xidmət haqqı ödəmişdir. Hazırkı mübahisə üzrə delikt nəticəsində vurulmuş zərər mövcud olmamışdır.
13. Məhkəmə g əldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 386.1, 1096.1, 1115-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7, 43.7-1, 43.8-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-754/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmiş, iddiaçıya izah olunmuşdur ki, iddia ərizəsində irəl i sürdüyü tələblər icra mərhələsində həll olunan məsələlərə aid olduğuna görə istinad etdiyi qətnamənin icrasını həyata keçirən icra məmuruna müraciət edə bilər (sədrlik edənməruzəçi hakim- R.Qurbanov, hakimlər Z.Şirinov və V.Baxışova).
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı tələbə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, “İcra haqqında” Qanunun müddəalarından müəyyən edilir ki, borclunun əmlakının satılması ilə bağlı xərclər icra xərclərinə aiddir. Eyni zamanda, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Həmin Qanunun müddəalarından isə müəyyən edilir ki, ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduq dan sonra müəyyən olunan qaydada bölüşdürülür və həmin gəlir hesabına ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərin ödənilməsi də daxildir. Eyni zamanda, həmin məsələni icra məmuru həll edir, yalnız ipoteka saxlayanın bütün tələbləri təmin olunduqdan sonra “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdə icra ödənişi ödənilir və bütün bu ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.
17. Hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu məsələ yalnız Mülki Məcəllənin 319.5-ci maddəsində göstərilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda ba ş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
18. Bununla yanaşı, “İcra haqqında” Qanunun 79.1-ci maddəsində müəyyən edilib ki, icra h ərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin Qanunun 79.2.1-ci maddəsində isə göstərilmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4-cü maddəsində “ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar digər xərclər” ifadəsindən istifadə olunmuşdur.
19. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri, habelə hərracın qalibinin əldə etdiyi əmlakla bağlı digər xərclər (vergilər və s.) icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərə aiddir.
20. Eyni zamanda, ipoteka saxlayanın “İpoteka haqqında” Qanunun 43.7 və 43.7-1-ci maddələrinə əsasən ipoteka predmetini əldə etdiyi zaman çəkdiyi xərclər də həmin xərclərə aiddir. Belə ki, həmin xərclər bilavasitə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərdir. “İcra haqqında” Qanunun 47.2-ci maddəsindən isə müəyyən edilir ki, bu xərclərin müəyyən edilərək ipoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi, habelə ipoteka predmetini ipoteka saxlayan əldə etdiyi zaman nəzərə alınması icra məmurunun səlahiyyətinə aiddir.
21. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırki mübahisənin predmetini təşkil edən hərrac xərclərinin və əldə edilmiş əmlakla bağlı digər xərclərin (vergilərin) icra işi üzrə borclulardan tutulması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil, MPM-nin 261.0.1-ci maddəsinin tələbləri baxımından iş üzrə icraata xitam verilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 319.5-ci maddəsinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2, 74.1, 74.2, 74.3, 79.1, 79.2.1 və 81.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.4, 42.1, 43.2, 43.5, 43.6, 43.7, 43.7-1, 47.2.1, 47.2.2, 47.2.3, 47.2.4 və 47.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 261.0.1ci maddələrinə istinadla əsaslandırmışdır.
23. İddiaçı tərəf indən həmin qərardaddan verilmiş kassasiya şikayətində, qərardadın ləğv edilməsi, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
24. MM-in 14, 385.1, 385.2, 448.1, 448.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 80.1, 80.3-cü maddələri üzrə - icra mərhələsində borclulardan tutulmalı olan vəsaitlərin həmin iş üzrə tələbkar olan iddiaçı tərəfindən ödənilməsi borcluları həmin öhdəlik yükündən azad edə bilməz və bu halda “İcra haqqında” Qanunun 80.1 və 80.3-cü maddələrinin müddəaları nəzərə alınmalıdır. Apellyasiya məhkəməsi maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmək əvəzinə, bir sıra qanun normalarına formal ist inad etməklə kifayətlənmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı hərrac nəticələrinə əsasən məcburi olaraq cavabdehlərin öz öhdəliklərini icra etməməsi nəticəsində əmlakı əldə etmiş, hazırkı iş üzrə cavabdehlər tərəfindən ödənilməli olan və qanunvericiliklə müəyyən olunmuş ödənişlərin həyata keçirilməsi məcburiyyətində qalmış, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı cavabdehlərin əvəzinə ödəmiş, iddiaçıya qaytarılmalı olan həmin vəsaitlər qaytarılmadığından, iddiaçıya maddi ziyan dəymişdir. 25. “İcra haqqında” Qanunun 74.1-ci, “İpoteka haqqında” Qanunun 4.1 və 47.2-ci maddələri üzrə - İpoteka predmetinin hərracdan satılması ilə bağlı hərrac təşkilatçısının xərcləri həmin iş üzrə tələbkar iddiaçıdan alınmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və “Məhkəmə qə rarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 27 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 440.4-cü maddəsində isə müəyyən edilmiş növbəlilik ədalət anlayışına cavab vermir, ümumi və xüsusi mənafelər arasında ədalətli tarazlıq pozulmuş olur. Belə ki, yuxarıda göstərilən maddədə nəzərdə tutulmuş məhkəmə xərclərinin ödənilməsinin əsasını iddia təşkil etdiyi halda, tələbkarın tələblərinin yalnız məhkəmə xərclərinin ödənilməsindən sonra təmin olunması, pozulmuş hüquqların təsirli şəkildə bərpa olunması kimi qəbul edilə bilməz və belə hal Konstitusiyanın 60-cımaddəsinin pozulması kimi qiymətləndirilməlidir.
26. MPM-nin 261.0.1-ci maddəsi üzrə-apellyasiya məhkəməsi iş üzr ə icraata xitam verilməsi barədə qəbul etdiyi qərardadını qeyd edilən maddəyə istinad etməklə əsaslandırmış və məhkəmənin dəlili bundan ibarət olmuşdur ki, iddia ərizəsində irəli sürülmüş tələblər icra mərhələsində həll olunan məsələlərə aid olduğuna görə istinad olunan qətnamənin icrasını həyata keçirən icra məmuruna müraciət oluna bilər. Halbuki, iddiaçının cavabdehlərdən tutulmasını istədiyi məbləği (onların əvəzinə ödədiyi məbləğləri) tələb etmək üzrə yaranmış subyektiv hüququnu hazırkı icra mərhələsində həyata keçirmək imkanları tükənmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, ipoteka qoyulmuş əmlakların hərrac xərcləri iddiaçı tərəfindən ödənilmiş, alıcı olmadığı səbəbindən iddiaçı məcbur olub həmin əmlakları götürmüş, yəni satış olmadığı üçün icra şöbəsinin depozitinə də hər ha nsı məbləğ daxil olmamışdır və bu səbəbdən də “İcra haqqında” Qanunun 80.3-cü maddəsində nəzərdə tutulmuş imkanı icra mərhələsində reallaşdıra bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınmas ı və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri... 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi hald a isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur....” 31. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ M a d d ə 7
4. Borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi 74.1. İcra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə ed ilir. 74.2. Bütün tələblər təmin olunduqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği borcluya qaytarılır. 74.3. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür.” “ M a d d ə 7
9. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 79.2. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə: 79.2.1. borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına;...” “ M a d d ə 8
1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi qaydası... 81.4. İcra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir....” 32. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “M a d d ə
4. İpoteka ilə təmin edilən tələbin həcmi 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil ed ilməklə tam həcmdə təmin edilir:... 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi....” “M a d d ə
42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsvir i, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir....” “M a d d ə
43. Hərracın baş tutmamış elan edilməsi... 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.... 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan i poteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir....” “M a d d ə
47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi... 47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbayca n Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə.... 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır....”
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra h əmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə qaydasında baxılmalı deyildirsə;...” icraatı Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 35. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət ver mədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
36. Məhkəmə kolleg iyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərardadının ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı tərəfindən qaldırılan hazırki iddiaya ayrıca iddia icraatı qaydasında baxılmasının mümkünsüzlüyünə apellyasiya instansiyası məhkəməsi tərəfindən həm «İcra haqqında» Qanunun, həm də «İpoteka haqqında» Qanunun yuxarıda qeyd olunan normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir (bax yuxarıda 16-22-ci bəndlər). Ona görə də məhkəmə kollegiyası eyni hüquqi məsələ üzrə təkrar hüquqi qiymətləndirmə aparılmasına zərurət görmür.
37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya i nstansiyası məhkəməsinin iş üzrə qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
38. MPM-in 417 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli, 22(103)-754/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.