Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-635/2021 12.11.2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 oktyabr tarixli 2-2(103)-27/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – “İddiaçı”) cavabdehlər Cavabdeh1-ə (bundan sonra – “Şirkət”) və Cavabdeh2-yə qarşı iddia ərizəsi ilə 2019-cu il 16 may tarixində 2 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinə müraciət edərək, 286.949 manat məbləğində əsas borcun, 172.169 manat məbləğində əldən çıxmış faydanın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli 2-2(113)-394/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Z..Axundova).
3. İddiaçı 2020-ci il 21 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)-27/ 2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli 2-2(113)-394/2020 saylı qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilmiş, Şirkətdən 286.949 manat pul vəsaiti və dövlət rüsumları kimi ödənilmiş 45 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).
5. Həmin qətnamə 2021-ci il 22 aprel tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmiş, həmçinin eyni tarixdə tərəflərə məktubla göndərilmişdir.
6. Şirkət 2021-ci il 14 sentyabr tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnaməni ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmi şdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 sentyabr tarixli 2-2(103)-27/2021 saylı qərardadı ilə Şirkətin kassasiya şikayəti geri qaytarılmışdır.
8. Şirkət 2021-ci il 30 sentyabr tarixində həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadı ləğv edərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli qətnaməsindən verilən kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 oktyabr tarixli 2-2(103)-27/2021 saylı qərardadı ilə Şirkətin kassasiya şikayəti geri qaytarılmışdır.
10. Şirkət 2021-ci il 20 oktyabr tarixində həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadı ləğv edərək, Bakı Apellyasiya Məhkəməsinin K ommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli qətnaməsindən verilən kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında (2021-ci il 1 oktyabr tarixindən qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, h əm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs t ərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” “Maddə
411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin hakimi qərardad çıxardır.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozunt usu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
12. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti icraata qəbul edilməməlidir.
13. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Şirkət tərəfindən 2021-ci il 20 oktyabr tarixində verilmiş kassasiya şikayəti MPM ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) (2021-ci il 1 oktyabr tarixindən qüvvədə olan redaksiyada) tərtib edilməmişdir.
14. MPM-in 407.1-ci maddəsində (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə olan redaksiyası) kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.
15. MPM-in 408.1 və 408.1.1-ci maddələrinə ə sasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin (bax yuxarıda § 11) tələblərinə cavab vermirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
16. Göstərilənlərə əsasən Şirkət tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
17. Şərh olunanları nəzərə alaraq və MPM-in 407, 408 və 416-cı maddələrinə maddələrini rəhbər tutaraq maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh1 tərəfindən 2021-ci il 7 oktyabr tarixli 2-2(103)-27/2021 saylı qərardadından verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxıl