Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-636/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 10 iyul 2024-cü il tarixli, 22(103)-63/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən RG-184 nömrəli, xx.xx.2020-ci tarixli kredit müqaviləsi üzrə banka əsas borc üzrə 3.496.862,68 manat, faiz borcu üzrə 753.568,14 manat, cərimə borcu üzrə 247.646,86 manat, ümumilikdə 4.498.077,68 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 136,98 manat dövlət rüsumunun və xidmət haqqının, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 3.039,04 manat dövlət rüsumunun və 4,56 manat bank xidmət haqq ının və 200 manat mediasiya xərcinin tutulması, tutmanın Cavabdeh MMC-yə (əvvəlki adı "xxxx" LTD MMC) məxsus ünvan 1/əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmeti olan əmlak kompleksi kimi müəssisənin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; ipotekaya qoyulmuş əmlak kompleksi kimi müəssisənin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-2(113)-92/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-d ən RQ-184 nömrəli, xx.xx.2020-ci il kredit müqaviləsi üzrə 3.496.862,42 manat əsas borc, 753.568,14 manat faiz borcu, 150.000 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 4.400.430,56 manat məbləğində pul vəsaitinin, dövlət rüsumunun əvəzi olaraq 2639,04 manatın, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 138,85 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 3.300.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına Cavabdeh MMC-nin tələbinin ödənilmə si, satışdan əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh MMC-yə qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh MMC-dən ümumi qaydada tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 135 manat hissəsi cavabdehdən, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-2(113)-92/2023 nömrəli əlavə qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı ipotekaya qoyulmuş ü nvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin boşaldılması tələbinə dair hissədə iddia qismən təmin edilmiş, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə tutma yönəldildikdən və o satıldıqdan sonra həmin əmlakın boşaldılması qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 10 iyul 2024-cü il tarixli, 22(103)-63/2024 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC və Cavabdeh MMC tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, e-2-2(113)-92/2023 nömrəli qətnaməsi və 21 iyul 2023-cü il tarixli, e-22(113)-92/2023 nömrəli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qətnamədən iddiaçı "xxxx" ASC və Cavabdeh MMC ayrı-ayrılıqda kassasiya şikayətlə ri vermiş və hər iki kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməy ə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən isə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəx s yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. 7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.1.5-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000.000 manatdan çox olduqda, 1290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi məbləğində (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu ödənilir. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə m inmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Kassasiya şikayətləri və iş materialları öyrənilərkən müəyyən olmuşdur ki, kassatorlar tərəfindən kassasiya şikayətlərinə görə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir.
9. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırkı iddia qiymətləndirilən olmaqla, ümumi tələb 4498077,68 manat təşkil etmişdir.
10. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3 və 8.6-cı maddələrinin tələbinə uyğun olaraq kassasiya şikayətinin verilməsinə görə 1519,52 manat məbləğində dövlət rüsumu ö dənilməlidir.
11. Lakin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən hazırkı kassasiya şikayətləri verilərkən, hər iki kassator tərəfindən Qanunun bu maddələri pozulmuş və iddiaçı tərəfindən 1495,11 manat, cavabdeh tərəfindən isə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
12. Məhkəmə kollegiyası izah edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsi apellyasiya və kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumunu iddianın mübahisələndirilən hissəsinə əsasən deyil, birinci instansiya məhkəməsində verilən iddianın qiymətinə əsasən hesablanmasını nəzərdə tutmuşdur.
13. Qeyd olunanlara əsasən, kassasiya şikayətlərinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə icraata qəbul edilə bilməz. Odur ki, hər iki kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
14. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə əsasən kassator hazırkı qərardadda qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra, ağlabatan müddətdə yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər.
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 10 iyul 2024-cü il tarixli, 22(103)-63/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC və Cavabdeh MMC tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Kassasiya şikayətləri geri qaytarılması üçün mülki işl