Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-637/2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh QSC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməməsi 19.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 avqust tarixli 2-2(103)-663/2021 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: I. İŞİN HALLARİ
1. İddiaçı MMC-nin (bundan sonra – “MMC”) cavabdeh QSC-yə (bundan sonra – “QSC”) qarşı iddia ərizəsi ilə 2 020-cİ il 12 may tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında 2018-ci il 1 noyabr tarixdə bağlanmış icarə müqaviləsi üzrə fors-major halı bitənə qədər icarə haqqı ödənişlərinin hesablanmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması və əlavə ödənilmiş 60.000 manat məbləğdə pul vəsaitinin icarə haqqı ödənişi kimi hesablanmaqla icarə ödənişindən çıxılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. QSC MMC-yə qarşı 2020-ci il 17 noyabr tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC-dən 9.400 manat pul alınaraq ona ödənilməsi və MMC tərəfindən icarə obyekti Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında yerləşən Vağzal binasının 7 və 8-ci mərtəbələri boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli 2-2(113)-127/2021 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, ilk iddia verilərkən ödənilmiş dövlət rüsumu MMC-yə aid edilmiş, qarşılıqlı iddia təmin edilmiş, 9.400 manat məbləğdə pul vəsaitinin MMC-dən tutularaq QSC-yə ödənilməsi, ünvan 2 ünvanda yerləşən Vağzal binasının 7-ci və 8-ci mərtəbələrinin MMC tərəfindən boşaldılaraq QSC-yə təhvil verilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğdə pul vəsaitinin MMC-dən tutularaq QSC-yə ödənilməsi qət edilmişdir (hakim – F.Qasımov).
4. MMC 2020-ci il 16 aprel tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı i ddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 avqust tarixli 2-2(103)-663/2021 saylı qətnaməsi ilə MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli 2-2(113)-127/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – A.Hüseynov və V.Baxışova).
6. MMC 2021-ci il 8 oktyabr tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnaməni ləğv edərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:...” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyas iya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
8. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
9. Hazırkı iş üzrə MPM-in 404-1-ci maddəsinə (bax yuxarıda § 8) uyğun olaraq kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, MMC tərəfindən 2021-ci il 8 oktyabr tarixində verilmiş kassasiya şikayəti MPM ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir.
10. MPM-in 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.
11. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax yuxarıda § 8) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.
12. Göstərilənlərə əsasən MMC tərəfindən verilmiş kassasiya şikayəti MPM-in 404-1.2ci maddəsinə (bax yuxarıda § 8) uyğun olaraq, qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
13. Şərh olunanları nəzərə alaraq və MPM-in 404-1, 407 v ə 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.