Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-639/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 02 avqust tarixli, 2-2(105)-103/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ( bundan sonra mətndə-“iddiaçı”) 23 sentyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1nə ( bundan sonra mətndə -“MMC”) və Cavabdeh2 ( bundan sonra mətndə-“ Cavabdeh2) qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər MMC-dən və Cavabdeh2 birgə qaydada K4033 saylı maliyyələşdirmə üçün ərizə üzrə 33918,06 (otuz üç min doqquz yüz on səkkiz manat 06 qəpik) manat əsas borc və 13652,02 (on üç min altı yüz əlli iki manat 02 qəpik) manat cərimə olmaqla, cəmi 47570,08 (qırx yeddi min beş yüz yetmiş manat 08 qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 33 manat dövlət rüsumunun tutularaq idd iaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçı tərəfindən 21 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “başqa cavabdehin işə cəlb edilməsi” barədə vəsatət və "xxxx" barədə ərizə təqdim edilərək, Bank ilə borc alan MMC arasında bağlanmış GL4032 saylı kredit limiti müqaviləsi üzrə Borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə, Bank ilə zamin Cavabdeh3 ( bundan sonra- Cavabdeh3) arasında da 29 iyun 2020-ci il tarixli Z4024 nömrəli zaminlik müqaviləsi bağlandığına görə zamin Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsi və cavabdehlər MMC-dən, Cavabdeh2 və Cavabdeh3 K4033 saylı maliyyələşdirmə üçün ər izə üzrə 33918,06 (otuz üç min doqquz yüz on səkkiz manat 06 qəpik) manat əsas borc və 16563,32 (on altı min beş yüz altmış üç manat 32 qəpik) manat cərimə borcu olmaqla, cəmi 50481,38 (əlli min dörd yüz səksən bir manat 38 qəpik) manat məbləğində borcun, mediasiya prosesləri üzrə ödənilmiş 400 (dörd yüz) (200+200) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 33 manat dövlət rüsumunun birgə qaydada iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 26 aprel tarixli e-2-2(119)-31/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh MMC-dən 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə 33918,06 (otuz üç min doqquz yüz on səkkiz manat 06 qəpik) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 33 (otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36151,06(otuz altı min yüz əlli bir manat 06 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdeh MMC-dən dövlət rüsumunun qalığı kimi 164,75 (yüz altmış dörd manat 75 qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdeh MMC-dən dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Z. Sadiqov). Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, iddia tələbinin zaminlərə aid təmin edilməmiş hissəsində və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 02 avqust tarixli, 2-2(105)-103/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-31/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsinin qismən- cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə qaydada əsas borc, cərimə borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi və iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 29 iyun 2020-ci il tarixli GL4032 saylı Kredit Limiti Müqaviləsi əsasında 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə 33918,06 (otuz üç min doqquz yüz on səkkiz manat 06 qəpik) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 33 (otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36151,06(otuz altı min yüz əlli bir manat 06 qəpik) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 dövlət rüsumunun qalığı kimi 164,75 (yüz altmış dörd manat 75 qəpik) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, i ş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir ( Sədrlik edən- məruzəçi hakim Z.Məmmədov, hakimlər L.Rəhimli və F.Məmmədov). Qətnamədən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin qismən təmin edilməsi hissəsində ləğv edilərək, iddianın Cavabdeh3 birgə qaydada əsas borc və cərimə borcunun tutulması hissəsində rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki kassasiya şikayətində MPM-nin 407.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şik ayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən, dövlət rüsumu-dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Hazırki halda iddia qiyməti 50914,38 manat təşkil etdiyindən, Cavabdeh3 tərəfindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 121,37 manat təşkil etmiş, lakin 117 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Sumqa yıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 02 avqust tarixli, 2-2(105)-103/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov A.Ə.Abbasov
Məhkəmə qərarları › İş №2-2(102)-639/2023
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-639/2023
27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver