Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-64/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: dəymiş maddi zərərin əvəzinin tutulması, məhsulun saxlanılması və xarab olması, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “dəymiş maddi zərərin əvəzinin tutulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 sentyabr tarixli, 2-2(106)-94/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasınd a baxılmışdır. İŞİN HALLARİ
1. İmanov X4 Rizvan Yasir oğlu barəsində ərizə ilə Ağcabədi rayon prokurorluğuna müraciət edərək, ona dəymiş 100.000 manat ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir.
2. Ağcabədi rayon prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 2019-cu il 24 dekabr tarixli, 553Ş-19 saylı məktubla ona dəymiş ziyanın əvəzinin ödənilməsinə dair tələblə aidiyyəti üzrə Ağcabədi rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur.
3. X7 tərəfindən İddiaçı ünvanlanmış 2019-cu il 21 dekabr tarixli, AZ0400/********** saylı teleqramın surətində qeyd olunur ki, 2019-cu ilin sentyabr ayının 25-də İddiaçı müraciəti əsasında, təxminən 40-50 ton sarımsaq və 50 ton soğan 2019-cu ilin dekabr ayınadək soyuducu kamerada saxlanılması üçün qəbul edilmişdir. Malı qəbul edərkən, onun içərisində müəyyən qədər keyfiyyəti aşağı, cücərməmiş formada sarımsaq olmuş və bu barədə İddiaçı məlumatı olmuşdur. Bundan başqa iş otağında olan danışıq zamanı gələcəkdə baş verə biləcək hər hansı bir problemə görə öhdəliyi İddiaçı öz üzərinə götürmüşdür. Ötən müddət ərzində həmin malların saxlanılmasına müntəzəm olaraq nəzarət olunmuş, elektrik və digər avadanlıqlar normal surətdə işləmişdir. İddiaçı dəfələrlə müraciət olunaraq kameraya qoymuş olduğu malları götürməsi bildirilsə də, həmin mallar geri götürülməmişdir. Aralarında olan danışığa əsasən 2019-cu il 25 dekabr tarixində İddiaçı götürdüyü kameranın aylıq kirayə haqqının ödəniş vaxtı olduğu üçün kirayə haqqının ödənilməsi ondan tələb olunmuş, 3 gün müddətinə həmin malları təhvil almadığı təqdirdə gələcəkdə baş verən hər hansı bir neqativ vəziyyətə görə məsuliyyəti şəxsən özü daşıması barədə İddiaçı məlumatlandırılmışdır.
4. Bərdə şəhər "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bərdə rayon Vəkil Bürosunun vəkili Müşfiq Mehdiyevə ünvanlanmış 2020-ci il 10 yanvar tarixli, 08 saylı məktubda qeyd olunur ki, Bərdə şəhəri "xxxx" MMC-nin bazarında 2019-cu il üçün 80 ton sarımsaq bitkisinin real bazar qiyməti 360.000 manat təşkil edir.
5. Cavabdeh 2019-cu il 10 yanvar tarixli, FM/Y-01-19 saylı etibarnaməsindən görünür ki, Cavabdeh adından Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən notariat kontorlarına, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə, məhkəmə orqanlarına və digər dövlət idarə və təşkilatlarına sənədlər təqdim etmək, alqı-satqı əməliyyatların ı həyata keçirmək və bu sənədlərdə imza etmək, arayışların alınması, müqavilələrin bağlanması, hazır olan sənədləri götürmək, tələb olunan zəruri sənədləri təqdim etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək 2021-ci il 10 yanvar tarixədək X6 etibar edilmişdir.
6. Cavabdeh 2020-ci il 10 fevral tarixli, FM/F-02-20 saylı arayışında qeyd olunur ki, X7 həqiqətən də Cavabdehndə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsinə təyin olunmuşdur.
7. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 2020-ci il 11 avqust tarixli, 04/1-47 saylı və 2020-ci il 7 oktyabr tarixli, 04/1-64 saylı məktublarda qeyd olunur ki, 2019-cu ilin dekabr ayında yerli istehsal olan sarımsağın bir kiloqramının ölkə üzrə orta pərakəndə satış qiyməti 1,31 manat təşkil edir. Beynəlxalq təcrübədə mövcud olmadığı üçün Dövlət Statistika Komitəsi məhsulların topdansatış qiymətlərinin statistik müşahidəsini aparmır.
8. Ağcabədi rayon prokurorluğunun 2020-ci il 6 avqust tarixli, 686 xid-20 saylı məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş İddiaçı prokurorluqda verdiyi 2019-cu il 20 dekabr tarixli izahatında qeyd olunur ki, sonuncu Ağdam rayonu, Ergi qəsəbəsində təsərrüfatla, sarımsaq əkini ilə məşğul olur. 2019-cu ilin iyun ayında sahədən 80 ton sarımsaq yığıb, məhsulu Ergi qəsəbəsində təsərrüfatının olduğu yerdə çardağın altında saxlamışdır. Sonradan məhsulun soyuducu şəraitində saxlanılmasını qərara almışdır və 80 ton sarımsağı 2019-cu il 25 sentyabr tarixində Ağcabədi rayonunun Hüsülü kənd ində yerləşən "xxxx" ASC-nin Ağcabədi Regional İdarəsinə vermişdir. Həmin müəssisənin nümayəndəsi Rizvan adlı şəxslə məhsulun 12 min manat müqabilində üç ay müddətinə saxlanılması barədə razılığa gəlmişlər. O, həmin xidmət haqqının 10 min manatını hissə-hissə, iki dəfə 4 min manat, bir dəfə isə 2 min manat olmaqla Rizvana ödəmişdir. Şərtlərinə əsasən mal soyuducu kameralarda iki dərəcə temperaturda saxlanmalı idi. Malı "xxxx" ASC-nin Ağcabədi Regional İdarəsinə təhvil verdikdən təxminən 20 gün sonra Rizvan malda yüngülvari göyərmə olduğunu bildirmişdir. O gedib məhsula baxanda 80 ton sarımsağın təxminən 2 faizinin göyərdiyini görmüşdür. Məhsulda az miqdarda göyərmə olmasını normal hesab etdiyindən, o, malı soyuducudan çıxarmamışdır. Lakin bir müddətdən sonra Rizvan mütəmadi olaraq ondan ma lını anbardan çıxarmağını istəmişdir. 2019-cu il 10 dekabr tarixində o, "xxxx" ASC-nin Ağcabədi Regional İdarəsinə gedib mala baxdıqda, anbara yerləşdirdiyi 80 ton sarımsağın tamamilə göyərib yararsız vəziyyətə düşdüyünü, malın da onun xəbəri olmadan başqa kameraya yığıldığını öyrənmişdir.
9. Ağcabədi rayon prokurorluğunun 2020-ci il 6 avqust tarixli, 686 xid-20 saylı məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş X2 prokurorluqda verdiyi 2020-ci il 21 dekabr tarixli izahatında qeyd olunur ki, Cavabdehndə menecer vəzifəsində işləyir. Həmin müəssisənin Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində beş min tonluq soyuducu anbarı var. Anbarda xidmət haqqı müqabilində ərzaq məhsullarının saxlanılması nəzərdə tutulmuşdur. İddiaçı 2019-cu il 25 sentyabr tarixdən başlayaraq təxminən 1 0-15 gün müddətində hissə-hissə təxminən 50-60 ton çəkidə sarımsaq gətirərək anbara yerləşdirmiş, malın 2019-cu ilin dekabr ayına qədər saxlanılması üçün xidmət haqqı kimi on min manat ödəmiş, iki min manat borclu qalmışdır. Malın hissə-hissə gətirilərək yerləşdirilməsinin məhsula ziyan olduğunu, daha əvvəl yerləşdirilmiş məhsulun artıq müəyyən temperaturda soyumasını, sonradan gələn malın həmin temperaturu götürməsinin müəyyən vaxt tələb etdiyini, bunun isə eyni yerdə saxlanılan məhsul üçün mənfi nəticə verə biləcəyini İddiaçı izah etmiş, malın bütöv halda soyuducuya yerləşdirməsini məsləhət görmüşdür. Lakin Mütəllim “daha ondan keçib” deyərək malı eyni qaydada soyuducuya yerləşdirmişdir. Hətta o, Mütəllimə anbarın arxa tərəfində adi temperaturlu şərait olduğunu, malın hissə-hissə həmin y erdə toplanmasını, axırda cəm halında soyuducuya yığılmasını da məsləhət görmüş, lakin Mütəllim buna razı olmamışdır. Bundan başqa, İddiaçı malı anbara gətirdiyi ilk gündən onun məhsulunda cücərmə müşahidə olunmuşdur. O, bununla bağlı aqronomla da məsləhətləşmişdir, aqronom həmin malın soyuducuya yerləşdirilməsini məsləhət görməmiş, məhsulun zay olacağını bildirmişdir. Bu barədə də o, Mütəllimə bildirmiş, malın sonrakı aqibəti üçün cavabdeh olmadığını, ondan xidmət haqqını tam istəmədiyini, həmin pulu fəhləyə və maşına verib malını daşımağı bildirmişdir. Mütəllim tezliklə malını soyuducudan çıxaracağını deyərək vaxtı yubatmışdır.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi rayonunun Rəncbər kəndində yerləşən, ümumi sahəsi 7.309 m2, torpaq sahəsi 1,4 hektardan ibarət olan ticarət təyinatlı əmlak kompleksi üzrə Cavabdeh mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh X6 (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, 360.000 manat dəymiş ziyan və 10.000 manat xidmət haqqı olmaqla, ümumilikdə 370.000 manat məbləğində pulun sonuncudan alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sarımsaq əkib-becərməklə məşğul olur. O, 80 ton miqdarında sarımsaq məhsulunu 2019-cu il 25 sentyabr tarixində "xxxx" ASC-nin Ağcabədi rayonunda yer ləşən regional idarəsinə təhvil vermişdir. Məhsulu ərzaq saxlama kamerasına yerləşdirən zaman məhsulun orada saxlanması üçün 10.000 manat xidmət haqqı ödəmişdir. 2019-cu il 10 dekabr tarixində "xxxx" ASC-nin Ağcabədi rayonunda yerləşən regional idarəsinə təhvil verdiyi 80 ton sarımsağı götürmək üçün getdikdə, soyuducudan axan su səbəbindən məhsulun tam yararsız olduğunu görmüşdür. Bundan sonra saxlama kamerasının rəhbəri ilə əlaqə yaradıb danışıqlar aparsa da, o, bu məsələyə heç bir aidiyyətinin olmadığını və zəmanət vermədiyini bildirmişdir. Bundan sonra, ona dəymiş ziyanın və çəkdiyi xərclərin geri ödənilməsi üçün X7 barəsində Ağcabədi rayon prokurorluğuna şikayət etmişdir. Prokurorluqdan ona yazılı olaraq bildirilmişdir ki, şikayəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməli dir.
13. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 1096 və 1097-ci maddələrinə istinad etmişdir.
14. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
15. Ağcabədi Rayon Məhkəməsinin 2020-ci il 17 mart tarixli 2(017)-298/2020 saylı qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh X7 əsl Cavabdeh (bundan sonra mətndə cavabdeh) ilə əvəzlənmiş və iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir.
16. Şirvan Kommersiya Məhkəməsinin 2020-ci il 16 oktyabr tarixli, 2-2(121)-805/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Rafiq İsmayılov).
17. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı ilə nə X7, nə də ki cavabdeh arasında yazılı müqavilə bağlanılmamışdır. Bu, işin mübahisəsiz halıdır. Hazırkı mübahisə üzrə şifahi müqavilə bağlanmışdır ki, bu müqavilə iddiaçı ilə məhz fiziki şəxs kimi (yəni müəssisənin işçisi kimi deyil) X7 arasında bağlanmışdır. Lakin iş bağlanılması və pul alınması səlahiyyətinin mövcud olması müəyyən olunmur. Cavabdeh tərəfindən X6 verilmiş 2019cu il 10 yanvar tarixli, FM/Y-01-19 saylı etibarnamədə harada (hansı orqanlarda) cavabdehin təmsil edilməsi səlahiyyətlərinin verildiyi dəqiq qeyd edilmişdir ki, bu etibarnamədə cavabdeh daxilində hüquqi və fiziki şəxslərlə saxlama müqavilələrinin bağlanılması və bunun müqabilində pulun alınması səlahiyyətləri mövcud deyildir.
18. İddiaçı nə Ağcabədi rayon prokurorluğuna etdiyi müraciətində, nə prokurorluqda verdiy i izahatlarında, nə də iddia ərizəsində cavabdeh haqqında heç nə qeyd etməmişdir. Qeyd olunan sənədlərdə "xxxx" ASC-nin və X2 adları çəkilir. Başqa sözlə, iddiaçı şifahi müqavilə bağlayarkən ümumiyyətlə cavabdehi tanımamışdır, belə olan halda isə müqavilə cavabdeh ilə bağlanıla bilməzdi. Digər tərəfdən, iş materiallarından müəyyən olunur ki, sarımsağın saxlanılması üçün 10.000 manat xidmət haqqı da iddiaçı tərəfindən cavabdehə deyil, məhz X6 verilmişdir.
19. İddiaçı məhkəmə iclasında xidmət haqqının bir hissəsini cavabdehin rəhbəri Elnur adlı şəxsə verdiyini qeyd etsə də, bununla bağlı hər-hansı sübut təqdim etməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili də məhkəmə iclasında tərəflər arasında müqavilə bağlanmadığını və müəssisənin hesabına pul ödənilmədiyini bildirmişdir. İddiaçı t ərəfindən isə qeyd olunan halları təkzib edəcək, o cümlədən məhz cavabdehə pulun ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
20. Saxlama müqaviləsi cavabdeh ilə deyil, müstəqil şəkildə X7 ilə bağlandığından, həmin müqavilə üzrə cavabdehin hər-hansı öhdəliyi yaranmamışdır. Buna görə də dəymiş ziyanın və ödənilmiş 10.000 manat xidmət haqqının cavabdehdən tutulmasına dair iddia tələbi əsassızdır.
21. Hətta sarımsaq məhsulunun X7 tərəfindən cavabdehin işçisi (meneceri) qismində təhvil alındığı şərti olaraq qəbul edilsə belə, yenə də iddia təmin edilməməlidir. Belə ki, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan və iş materiallarından göründüyü kimi, iddiaçı sarımsaq məhsulunu X6 2019-cu il 25 sentyabr tarixində təhvil vermişdir. Məhsul təhvil verilərkən onun 1-2 f aizi xarab olmuşdur. Mal təhvil verildikdən 20 gün sonra X7 malda göyərmə olduğunu iddiaçıya bildirmişdir. İddiaçı gedib məhsula baxanda 80 ton sarımsağın təxminən 2 faizinin göyərdiyini görmüşdür. Məhsulda az miqdarda göyərmə olmasını normal hesab etdiyindən, o, malı soyuducudan çıxarmamışdır. Lakin bir müddətdən sonra X7 mütəmadi olaraq gəlib malını anbardan çıxarmalı olduğunu iddiaçıya bildirmişdir.
22. İddiaçı becərdiyi sarımsaq məhsulunu soyuducuda saxlanılması məqsədilə iyul ayının axırı-avqust ayının əvvəllərində anbara yerləşdirmək üçün təhvil verilməli olduğu halda bunu etməmiş, məhsul cücərməyə başladıqdan sonra, 2019-cu il 25 sentyabr tarixindən etibarən 10 gün müddətində hissəhissə təhvil vermiş və məhsul təhvil verilərkən onun 1-2 faizi cücərmiş şəkildə olmuşdur. Məhsul, kök ü saçaqlardan təmizlənmədən və ümumiyyətlə cücərmiş sarımsaqlar seçilib təmizlənmədən soyuducu anbara yığılması üçün təhvil verilmişdir ki, bu da öz növbəsində digər sarımsaqlarların da xarab olması ilə nəticələnmişdir. Hətta bununla bağlı, yəni sarımsağın bir hissəsinin cücərdiyi və məhsulun xarab olacağı ilə bağlı X7 tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı hər hansı tədbir görməmiş, soyuducu anbara yerləşdirilmiş sarımsağı anbardan çıxarmamış, bununla da məhsulun xarab olmasına şərait yaratmış və buna rəvac vermişdir.
23. İddiaçı məhsulun xarab olmasını X7 tərəfindən sarımsağın düzgün olmayan, yəni yüksək temperaturda saxlandığı ilə əlaqələndirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla bağlı iddiaçı tərəfindən sübut qismində üzərində saxlanma dərəcəsindən daha yüksək temperaturu özündə əks etdirən fotoşəkil təqdim edilsə də, həmin fotoşəklin nə zaman çəkildiyi, hansı soyuducunun şəkli olduğu, həmin soyuducunun içərisində sarımsağın saxlanıb-saxlanmadığı və s. kimi mühüm əhəmiyyət kəsb edəcək halları müəyyən etmək mümkün deyildir.
24. Sarımsağın +2 və -1 aralığında olan temperaturda və ya iddiaçının iddia etdiyi kimi, bundan daha yüksək tempraturda saxlanılmasından asılı olmayaraq, kökü saçaqlardan təmizlənmədən və ümumiyyətlə cücərmiş sarımsaqlar seçilib təmizlənmədən anbara yığıldığı üçün, məhsulun xarab olması qaçılmaz olmuşdur. Belə olan halda isə soyuducu anbara təhvil verilmiş sarımsağın xarab olması X2 deyil, məhz iddiaçının təqsirindən baş vermişdir.
25. Məhkəmə təhvil verilmiş sarımsağın həcminə münasi bətdə göstərmişdir ki, iddiaçı X6 80 ton sarımsaq təhvil verdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən hər-hansı sübut təqdim edilmədiyindən, X2 etirafı əsasında, məhkəmə iddiaçı tərəfindən X6 orta hesabla 50 ton sarımsaq təhvil verildiyi qənaətinə gəlmişdir.
26. Təhvil verilmiş sarımsağın dəyəri ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı Ağcabədi rayon prokurorluğuna etdiyi müraciətində ona 100.000 manat ziyan dəydiyini qeyd edir, daha sonra Ağcabədi rayon prokurorluğuna verdiyi 2019-cu il 20 dekabr tarixli izahatında ona dəymiş ziyanın məbləğini (həcmini) bilmədiyini qeyd edir. Daha sonra isə "xxxx" MMC-nin məktubuna əsasən, 2019-cu il üçün 80 ton sarımsaq bitkisinin real bazar qiymətini 360.000 manat müəyyən edərək, dəymiş ziyanı q eyd olunan həcmdə qiymətləndirir və həmin məbləği cavabdehdən tələb edir. Halbuki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 2020-ci il 11 avqust tarixli, 04/1-47 saylı və 2020-ci il 07 oktyabr tarixli, 04/1-64 saylı məktublarda 2019-cu ilin dekabr ayında yerli istehsal olan sarımsağın bir kiloqramının ölkə üzrə orta pərakəndə satış qiymətinin 1,31 manat təşkil etdiyi, beynəlxalq təcrübədə mövcud olmadığı üçün məhsulların topdansatış qiymətlərinin statistik müşahidəsinin aparılmadığı bildirilmişdir. Məhkəmə hesab etmişdir ki, dəymiş ziyan hesablanarkən, məhsulun 2019-cu ilin dekabr ayında anbardan çıxarılacağı nəzərə alınmaqla, onun bütün il boyu olan qiyməti deyil, məhz həmin dövrdə (2019-cu ilin dekabr ayı) olan qiyməti nəzərə alınmalıdır.
27. Məhkəmə gəldiyi nəticəni MM-in 360.1, 360.2, 385.1, 386.1, 387.3, 389.1, 397.1, 397.3, 404.1, 404.2, 405.1, 405.2, 406.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
29. Şirvan Apellyasiya Məhkəməsinin 2021-ci il 14 iyun tarixli 2-2(106)-94/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 30. 2021-ci il 16 avqust tarixli 446 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 2019-cu ilin yanvar-dekabr aylarında yerli növ Ağdam sarımsağının 1 tonunun qiyməti müvafiq olaraq yanvar ayı üçün 4.290,6 8 manat, dekabr ayı üçün 4.623,58 manat olması müəyyən edilmişdir. 2019-cu ilin yanvar və dekabr aylarında yerli növ Ağdam sarımsağının 60-80 tonunun qiyməti müvafiq olaraq yanvar ayı üzrə 257.440,80 manat (60 ton) və 343.254,40 manat (80 ton), dekabr ayı üzrə 277.414,80 manat (60 ton) və 369.886,40 manat (80 ton) olması müəyyən edilmişdir.
31. Cavabdehin vəkilinin müraciəti əsasında keçirilmiş məhkəmə fonoskopik ekspertizasının 2021-ci il 5 oktyabr tarixli 529 saylı rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh müəssisənin meneceri arasında olan 2019-cu il 24 sentyabr – 2019cu il 2 oktyabr tarixli telefon danışıqları zamanı sonuncu 2019-cu ilin dekabr ayınadək təhvil verilmiş məhsulu keyfiyyətli saxlamağı öhdəsinə götürdüyünü bildirmişdir.
32. Şirvan Apellyasiya Məhkəməsinin K ommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-2(106)-94/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddiaçının iddia tələbi qismən təmin edilərək, cavabdehdən 277.414,80 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (sədrlik edən Tofiq Heydərov, hakimlər Tale Kərimov və İsmayıl Əhmədov).
33. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək göstərmişdir ki, X7 cavabdeh müəssisənin müvafiq əmri ilə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsinə təyin olunmuş və 2019-cu il 10 yanvar tarixli etibarnamə ilə ona cav abdeh müəssisənin adından “müqavilələrin bağlanması” və “etibarnamədə nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün hərəkətlərin edilməsi” səlahiyyətləri həvalə olunmuşdur.
34. Məhsulun saxlanca qəbul edilməsi və saxlanması məsələlərində X7 cavabdeh tərəfindən ona verilmiş etibarnamədən istifadə etdiyindən, cavabdehin iddiaçının məhsulunun ona məxsus soyuducuda saxlanmasına etirazı olmadığından, həmçinin məhsulun saxlandığı soyuduculara nəzarət cavabdehin səlahiyyəti daxilində olmaqla onun vəzifəsi olduğundan, X7 öz adından deyil, cavabdehin adından çıxış etmişdir ki, iddia tələbinə də məhz cavabdeh müəssisə cavab verməlidir.
35. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə göstərmişdir ki, iddiaçıya məxsus sarımsaq məhsulu cavabdehə məxsus soyuducuda saxlanc a qəbul edilmiş, lakin lazımi şəraitdə saxlanmaması nəticəsində yararsız hala düşərək iddiaçıya ziyan dəymişdir. Qanunvericiliyin tələbinə əsasən cavabdeh iddiaçıdan məhsulu saxlanca qəbul etdiyindən, həmin məhsulun lazımi keyfiyyətdə saxlanması və təhvil verilməsi üçün məsuliyyət daşıyır.
36. Cavabdeh tərəf cəmi 60 ton məhsulu saxlanca qəbul etməsini bildirmiş, iddiaçı isə saxlanca verilmiş məhsulun 360.000 manat dəyərində və 80 ton olmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Ekspert rəyi və digər sübutlarla isə saxlanca verilmiş məhsulun 60 ton olmaqla, 2019-cu ilin dekabr ayına dəyərinin 277.414 manat olması müəyyən edilmişdir.
37. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 21.3, 360.2, 385.1, 386.1, 389.1, 397.1, 404.1, 404.2, 405.1, 405.2, 406.1, 425.1, 425.2, 822, 824.1, 824.2, 824.3, 1099.1, 1128.1, 1128.3, 1129.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
38. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək iddia tələbinin tam həcmdə təmin olunması, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində isə qətnamənin ləğv olunması və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 may tarixli, 2-2(102)-261/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdeh in kassasiya şikayəti təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunduğu hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və İ.Dadaşov).
40. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab etmiş, cavabdehin kassasiya şikayətinin dəlillərini isə əsaslı hesab edərək göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəyi ilə məhkəməyə təqdim edilmiş 2019-cu il 24 sentyabr və 2 oktyabr tarixli telefon danışıqlarının səsyazma mətninə istinad edərək göstərmişdir ki, 2019-cu ilin dekabr ayınadək R.Əsədov məhsulu keyfiyyətli saxlamaqla təhvil verilməsini öhdəsinə götürdüyü nü bildirmişdir. İddiaçıya məxsus sarımsaq məhsulu cavabdehə məxsus soyuducuda saxlanca qəbul edilmiş, lakin lazımi şəraitdə saxlanmaması nəticəsində yararsız hala düşərək iddiaçıya ziyan dəymişdir.
41. Bununla bağlı ilkin olaraq R.Əsədovun məhsulu anbara saxlanca qəbul edərkən müvafiq səlahiyyətə malik olub-olmaması məsələsinə məhkəmə tərəfindən düzgün qiymət verilib-verilmədiyi aydınlaşdırılmalıdır. Kassatorun dəlillərinə görə, R.Əsədov sözügedən səlahiyyətə malik deyildir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh tərəfindən R.Əsədova verilmiş 2019-cu il 10 yanvar tarixli FM/Y-01-19 saylı etibarnamə ilə cavabdehin adından notariat kontorlarında, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, məhkəmə orqanlarında və digər dövlə t idarə və təşkilatlarına sənədlər təqdim etmək, alqı-satqı əməliyyatlarını həyata keçirmək və bu sənədlərdə imza etmək, arayışlar almaq, müqavilələr bağlamaq, hazır olan sənədləri götürmək, tələb olunan zəruri sənədləri təqdim etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək 2021-ci il 10 yanvar tarixinədək R.Əsədova etibar edilmişdir.
42. Bununla əlaqədar məhkəmə hesab etmişdir ki, R.Əsədovun təmsil etdiyi cavabdehin adından müqavilə bağlamaq səlahiyyəti olmuşdur. R.Əsədovun adına etibarnamənin olması və cavabdehin rəhbərliyinin iddiaçının məhsulunun ona məxsus soyuducuda saxlanması üçün qəbul edilməsinə, orada saxlanılmasına etiraz etməməsi onun həmin xüsusatla, yəni R.Əsədovun cavabdehin nümayəndəsi kimi məhsulu saxlanca qəbul etməsi ilə razılaşmasını g östərir.
43. Kassasiya instansiyası məhkəməsinin qənaətinə görə isə, MM-in 404-cü maddəsinin (bax yuxarıda § 56) tələbləri baxımından etibarnamənin mətninə bütöv bir tam kimi nəzər saldıqda, R.Əsədovun təmsil etdiyi cavabdehin adından müqavilə bağlamaq səlahiyyətinin bütün subyektlərə münasibətdə ona verildiyi, yaxud yalnız müvafiq dövlət qurumlarında həyata keçirilməsinin nəzərdə tutulduğu, daha doğrusu, etibarnamənin maddi və ya prosessual hüquqi xarakter daşıması barədə birmənalı nəticəyə gəlmək olmur. Həmin məsələyə tam aydınlıq gətirilməsi məqsədilə R.Əsədovun onunla bağlanmış əmək müqaviləsində, cavabdehin təsdiq etdiyi xidməti təlimat və digər daxili sənədlərdə əks olunmuş funksiyaları, səlahiyyətləri, habelə R.Əsədov tərəfindən digər hallarda analoji müqavilələr bağlanılıb-bağlanıl maması kimi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hallara qiymət verilməsi zəruridir.
44. Lakin həmin xüsusatlar apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır. Halbuki MPM-in 14.1-ci maddəsinin (bax yuxarıda § 57) tələbidir ki, məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Göründüyü kimi, mülki məhkəmə icraatının çəkişmə prinsipi əsasında aparılması heç də məhkəmənin bütün hallarda passiv seyrçi mövqeyi tutmasını şərtləndirmir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum unun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında (bax yuxarıda § 58) formalaşdırıdığı hüquqi mövqelərə görə MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Tərəflərlə aparılan belə müzakirələr məhkəmənin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməlidir.
46. Bu baxımdan, məhkəmə hesab etmişdir ki, apellyasiya inst ansiyası məhkəməsi sözügedən halların araşdırılması məqsədilə tərəflərə müvafiq sübutların təqim edilməsini təklif etməli, belə sübutların təqdim edilməməsinin nəticələrini izah etməli idi. O da qeyd olunmalıdır ki, cavabdehin mübahisə predmeti olan məhsulun saxlanca qəbul edilməsindən xəbərdar olması, R.Əsədovun iddiaçıdan aldığı bildirilən vəsaiti tam və ya qismən cavabdehə və onun rəhbərliyinə təqdim etməsi iş materialları ilə öz təsdiqini tapmır.
47. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdehin rəhbərliyinin iddiaçının məhsulunun ona məxsus soyuducuda saxlanması üçün qəbul edilməsinə, orada saxlanılmasına etiraz etməməsinə və bunun cavabdehin məhsulun saxlanca qəbul edilməsi ilə razılaşmasını göstərdiyinə dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə mötəbər sübutla ra söykənməyən subyektiv mülahizə xarakteri daşıyır, ona görə də əsaslı hesab edilə bilməz.
48. Mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən digər məsələ iddiaçıya cavabdeh tərəfin zərər vurub-vurmaması məsələsinə məhkəmə tərəfindən düzgün qiymət verilib-verilməməsinin aydınlaşdırılmasır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, 2019-cu ilin dekabr ayınadək R.Əsədov məhsulu keyfiyyətli saxlamaqla təhvil verilməsini öhdəsinə götürmüş, məhsul soyuducuda saxlanca qəbul edilmiş, lakin lazımi şəraitdə saxlanmaması nəticəsində yararsız hala düşərək iddiaçıya ziyan dəymişdir.
49. Kassatorun dəlillərinə görə, məhkəmənin həmin nəticəsi qanunsuz və əsassız olmuşdur.
50. İşin materiallarından görünür ki, mübahisə predmeti olan sarımsaq soyuducuda saxlanca 2019-cu ilin 2 5 sentyabr tarixində təhvil verilmişdir. Birinci instansiya məhkəməsinin 2020-ci il 7 sentyabr tarixində keçirilən iclasında mütəxəssis qismində dindirilmiş X3 izahatından məlum olur ki, sarımsaq iyul ayının axırı-avqust ayının əvvəllərində anbara təhvil verilməlidir. Əgər məhsul sentyabr ayında anbara təhvil verilirsə, mütləq şəkildə cücərmiş, çürümüş hissələr təmizlənməlidir. Əgər cücərmiş və çürümüş hissələr seçilib təmizlənməsə, qalan məhsulun cücərməsinə səbəb olar.
51. Göründüyü kimi, məhsul mütəxəssisin göstərdiyi tarixdən təxminən 1 ay yarım sonra saxlanca verilmişdir. Belə olan halda, həmin məhsulun tərkibindəki sarımsaqlarda məhsul saxlanca verilməmişdən əvvəl və ya sonra cücərmə hallarının baş verməsi istisna oluna bilməz. Eyni zamanda, təhvil verilmiş məhsula lazımi qaydada aqr otexniki xidmətlərin göstərilməsi, habelə onun tərkibindəki cücərmiş sarımsaqların seçilərək kənarlaşdırılması iş materialları ilə təsdiq olunmadığından, mütəxəssisin izahatında göstərildiyi kimi, cücərmiş sarımsaqlar məhsulun digər hissəsinin də cücərməsinə və çürüməsinə səbəb ola bilməsi də tamamilə mümkün idi.
52. Bundan başqa, iş materiallarında olan 2019-cu il 24 sentyabr və 2 oktyabr tarixli telefon danışıqlarının səsyazma mətnindən görünür ki, R.Əsədov dəfələrlə iddiaçıya malının cücərməsini bildirmiş, sonuncu da malını tezliklə aparacağını demişdir. Buna baxmayaraq iddia ərizəsindən də məlum olur ki, iddiaçı sonuncu telefon danışığındakı xəbərdarlıqdan yalnız 2 aydan artıq müddət keçdikdən sonra-2019-cu il 10 dekabr tarixində öz malını götürmək üçün anbara gəlmiş, beləliklə MM-in 21.3 və 425-ci maddələrinin (bax yuxarıda § 56) tələblərinə uyğun olaraq, zərərin baş verməsinin və ya artmasının qarşısının alınması üçün edə biləcəyi bütün hərəkətləri etməmiş, zəruri tədbirlər görməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən həmin mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin məsələləri nəzərə almamış, işdə olan sübutları düzgün qiymətləndirməmişdir.
53. Nəhayət hazırkı halda aydınlaşdırılması vacib olan digər məsələ zərərin dəyəri müəyyən edilərkən apellyasiya instansiya məhkəməsi tərəfindən hüquq pozuntusuna yol verilib-verilməməsinin aydınlaşdırılmasıdır.
54. Kassatorun dəlillərinə görə, qətnamə bu mənada da qanunsuz və əsassızdır.
55. Apellyasiya instansiyası məhkəməsi işdə olan ekspert rəyi və digər sübutlara istinad edərək belə nəticəyə gəlmişdir ki, saxlanca cəmi 60 ton məhsul verilməklə həmin məhsulun 2019-cu ilin dekabr ayına dəyərinin 277.414 manat olması müəyyən edilir. Məhkəmə cavabdeh tərəfin dəlilləri ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini də əsassız hesab etmişdir.
56. Belə ki, cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində yararsız hala düşdüyü bildirilən 80 ton sarımsağın dəyəri 2020-ci il 16 yanvar tarixində məhkəməyə daxil olmuş iddia ərizəsində 360.000 min manat göstərilsə də, bundan cəmi 25 gün əvvəl – 2019-cu ilin 20 dekabr tarixində iddiaçının Ağcabədi rayon prokurorluğuna, Kənd Təsərrüfatı Nazirliyinə verdiyi ərizələrdə (i/v 7, 143) 100.000 manat qeyd olunmuşdur.
57. X5 Məhkəməsinin 2020-ci il 23 iyul tarixli iclasının protokolundan görünür ki, iclasda iştirak edən iddiaçı bildirmişdir ki, məhsul anbara təhvil verilməmişdən əvvəl, yəni 2019-cu ilin iyun-iyul aylarında məhsulun 1 kiloqramının qiyməti 1,40 manat olmuş, o, 80 ton məhsula 100.000 xərc çəkmişdir (i/v 105, 106). Eləcə də iş materiallarında olan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin dekabr ayında yerli istehsal olan sarımsağın bir kiloqramının orta pərakəndə satış qiyməti 1,31 manat təşkil edir (i/v 140). Həmin qiymətlə hesabladıqda 80 ton sarımsağa 104.800 manat xərc çəkildiyi məlum olur ki, bu da əslində iddiaçının 2019-cu ilin 20 dekabr tarixində Ağcabədi rayon prokurorluğuna, Kənd Təsərrüfatı Nazirliyinə verdiyi ərizələrdə göstərilmiş qiymətlə təxminən üst-üstə düşür.
58. Bundan başqa, işin materiallarından məlum olur ki, mübahisə predmeti ol an sarımsağın qiyməti həmin sarımsağın Ağdam sarımsağı olması əsas götürülərək müəyyən edilmişdir.
59. Halbuki həmin sarımsağın məhz Ağdam sarımsağı olması da işin materiallarından görünmür. Həmçinin qiymət müəyyən edilərkən iddiaçının saxlanca təqdim etdiyi məhsulun faktiki vəziyyəti, onun saf və ya çürük olması, yararlı və yararsızlığı, habelə məhsulun qiymətinə təsir edən digər mühüm amillərin nəzərə alınması da əsaslandırılmamışdır.
60. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan sarımsağın qiyməti barədə nəticəyə gələrkən müvafiq ekspert rəyinə istinad etsə də, həmin ekspert rəyinin mötəbərliyi yuxarıda qeyd olunanlar baxımından ciddi şübhələr doğurur.
61. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 8 8 və 103.1-ci maddələrini pozaraq, iş üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1-ci maddəsində nəzərdə tutulmuş qanunilik və əsaslılıq meyarlarına uyğun gəlməyən qətnamə qəbul etmişdir.
62. Yeni apellyasiya baxışında məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq R.Əsədovun məhsulu anbara saxlanca qəbul edərkən müvafiq səlahiyyətə malik olubolmamasını 2019-cu il 10 yanvar tarixli FM/Y-01-19 saylı etibarnamə, R.Əsədovla bağlanmış əmək müqaviləsi, cavabdehin təsdiq etdiyi xidməti təlimat və digər daxili sənədlərdə əks olunmuş funksiyaları, səlahiyyətləri əlaqəli şəkildə təhlil olunmaqla aydınlaşdırılmalı, bu zaman R.Əsədov tərəfindən digər hallarda analoji müqavilələr bağlanılıb-bağlanılmaması nəzərə alınmalı, mübahisə predmeti olan sarımsağın soyuducuda saxlanca normativ tələblərə uyğun şəkildə vaxtında və tərkibindəki cücərmiş sarımsaqlar seçilərək kənarlaşdırılmaqla təhvil verilib-verilməməsi müəyyənləşdirilməli, bu zaman iş üzrə mütəxəssis qismində dindirilmiş X3 izahatında, eləcə də 2019-cu il 24 sentyabr və 2 oktyabr tarixli telefon danışıqlarında deyilənlər nəzərə alınmalı, həmçinin R.Əsədovun xəbərdarlıqlarına baxmayaraq iddiaçının sonuncu telefon danışığından yalnız 2 aydan artıq müddət keçdikdən sonra öz malını götürmək üçün anbara gəlməsinə MM-in 21.3 və 425-ci maddələrinin tələbləri baxımından qiymət verilməli, eləcə də saxlanca təhvil verilmiş sarımsağın qiyməti mötəbər sübutlar əsasında müəyyən edilməlidir.
63. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 360.2, 389.1, 397.1, 404.1, 404.2, 405.1, 405.2-ci maddələrinə, Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına, MPM-in 14.1, 14.2, 76.1, 76.2, 76.3, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
64. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 sentyabr tarixli, 2-2(106)-94/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia tələbi qismən-cavabdehdən 277.414,80 manat vəsaitin alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan h issədə təmin olunmamışdır.
65. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdeh müəssisədə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsində işləyən X7 tərəfindən iddiaçıya məxsus sarımsaq məhsulu cavabdehə məxsus soyuducuda saxlanca qəbul edilmiş, nəticədə yararsız hala düşərək iddiaçıya ziyan dəymişdir.
66. İddiaçı 80 ton sarımsaq məhsulunu saxlanca verməsini və həmin məhsulun məhv olması nəticəsində ona məhsulun dəyəri kimi 360.000 manat, ödədiyi xidmət haqqı kimi 10.000 manat ziyan dəyməsini göstərsə də, göstərilən xidmətə görə 10.000 manat cavabdehin işçisinə ödənilməsi işin mübahisə doğurmayan halıdır. Lakin, iddiaçı 80 ton sarımsaq məhsulunun cavabdeh tərəfindən saxlanca qəbul edilməsini göstərsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmi şdir.
67. Xidmət haqqının ödənilməsi ilə bağlı mübahisə olmamasına baxmayaraq, məhsulun miqdarı ilə bağlı mübahisə olmuşdur. Cavabdeh tərəf cəmi 60 ton məhsul saxlanca qəbul etməsini və məhsulun dəyərinin qeyd edilən məbləğdə olmasını bildirmişdir. Qanunvericiliyin tələblərinə görə saxlanca 80 ton məhsul verilməsi və həmin məhsulun 360.000 manat dəyərində olmasını sübutetmə yükü iddiaçının üzərinə düşmüş, işdə olan ekspert rəyi və digər sübutlarla saxlanca cəmi 60 ton məhsul verilməklə həmin məhsulun 2019-cu ilin dekabr ayına dəyərinin 277.414 manat olması müəyyən edilmişdir. Saxlanca verilən məhsulun çəkisinin və qiymətinin bundan artıq olmasına dair iddiaçı sübut təqdim edə bilməmişdir.
68. Məhkəmə hesab etmişdir ki, R.Əsədovun 2018-ci ilin yanvar ayından Cavabdeh təchizat üzrə menecer v əzifəsində işləməsi və Cavabdeh tərəfindən X6 verilmiş 10 yanvar 2019-cu il tarixli, FM/Y-01-19 saylı etibarnaməyə əsasən Cavabdeh adından Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən notariat kontorlarında, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, məhkəmə orqanlarında və digər dövlət idarə və təşkilatlarına sənədlər təqdim etmək, alqı-satqı əməliyyatlarını həyata keçirmək və bu sənədlərdə imza etmək, arayışların alınması, müqavilələrin bağlanılması, hazır olan sənədləri götürmək, tələb olunan zəruri sənədləri təqdim etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyin xx.xx.2021-ci il tarixədək X6 etibar edilməsi Rizvan Əsədovun Cavabdeh adından və həmin müəssisə üçün hüquq və vəzifələr yaradan hərəkətlər etmək, o cümlədən müqavilə bağlamaq səlahiyyətinə malik olmasını təsdiq edir.
69. İddiaçıya məxsus sarımsaq məhsulunun Cavabdeh soyuducularında saxlanca qəbul edilməsi və saxlanması Rizvan Əsədovun ona Cavabdeh verdiyi etibarnamə əsasında həyata keçirilmiş, Cavabdeh buna etirazı olmamış, həmçinin məhsulun saxlandığı soyuduculara nəzarət müəssisənin səlahiyyəti daxilində olmaqla onun vəzifəsi olmuşdur. Cavabdeh istinad etdiyi hallar, yəni iddiaçıya məxsus sarımsaq məhsulunun ona məxsus soyuducu anbarla qəbul edilməsindən məlumatlı olmaması, bu barədə onunla müqavilə bağlanmalı olduğu halda bağlanmamsı kimi etirazları işin yuxarıda qeyd olunan halları nəzərə aılnmaqla əsaslı hesab edilə bilməz.
70. Ağcabədi rayon prokurorluğuna verdiyi Rizvan Əsədovun izahatından da görünür ki, Cavabdeh işçisi olaraq Rizvan Əsədov malın anbara qəbulu zamanı həmin malda keyfiyyət dəyşikliyinin baş verməsindən məlumatlı olmuş, lakin malı anbara qəbul etmişdir. Malın anbara qəbulundan sonra isə malda davam edən onun keyfiyyətinin itirilməsinin qarşısını almağa yönəldilmiş hərəkətlər etməklə, yəni həmin malı iddiaçının əvvəlcədən razılığını almadan başqa soyuducu kameraya yerləşdirmiş, lakin gözlədiyi nəticəni əldə edə bilməmişdir.
71. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 359.1, 360.1, 385.1, 386.1, 389.1, 404.1, 404.2, 425.1, 425.2, 822, 824.1, 1128.1, 1099.1-ci, MPM-in 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
72. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilm işdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
73. MM-in 425.2-ci maddəsinin tələbi pozulmuşdur-iddiaçı öhdəlikləri icra edərkən əqdin icrasına zəmin yaratmaq üçün birgə hərəkət etməli və əqdin məqsədinə çatmağa maneçilik törədəcək hərəkətlərdən çəkinməli, R.Əsədovun məhsulun vəziyyəti ilə bağlı xəbərdarlığını nəzərə almalı və lazımi aqrotexniki qulluq göstərilmədən təhvil verilmiş məhsulu saxlancdan götürməli idi. Qeyd olunan xüsusatlar “X1”nin 2021-ci il 5 oktyabr tarixli, 529 saylı mütəxəssis rəyində əksini tapmış, iddiaçı və R.Əsədov arasında olan təhvil verilmiş sarımsaq məhsulunun saxlanılması barədə 2019-cu il 24 sentyabr – 2019cu il 2 oktyabr tarixli telefon danışıqlarının səsyazma mətninin məzmunu ilə, habelə R.Əsədov tərəfindən təq dim edilmiş iş materiallarında olan, iddiaçı tərəfindən məhsul təhvil verilərkən onun vəziyyətini əks etdirən fotoşəkillərlə təsdiq olunur. Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələləri nəzərə almamış, işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Apellyasiya məhkəməsi həmçinin kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə, iş üzrə göstərişlərinə riayət etməmiş, təkrarən eyni səhvə yol verərək mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən xüsusatları nəzərə almamış, iş üzrə sübutları düzgün qiymətləndirməmişdir.
74. MM-in 152.8-ci maddəsinin tələbləri pozulmuşdur– məhkəmə müəssisə tərəfindən R.Əsədova verilmiş 2019-cu il 10 yanvar tarixli, FM/Y-01-19 saylı prosessual etibarnaməni MM -in 152.8-ci maddəsinə zidd olaraq müəssisənin əmlakının və təsərrüfat fəaliyyətinin idarə edilməsi ilə bağlı olan etibarnamə kimi xarakterizə etmişdir. Halbuki, həmin etibarnamədə müəssisənin adından pulun alınması, müəssisənin əmlakı ilə bağlı sahiblik, istifadə və digər sərəncamverici funksiyaların icrası müəyyən edilməmişdir. Bununla bağlı kassasiya instansiyası məhkəməsinin göstərişlərində qeyd olunan xüsusatları aydınlaşdırmaq üçün apellyasiya məhkəməsinə R.Əsədovla bağlanmış əmək müqaviləsi, vəzifə və funksiyalarının, habelə səlahiyyətlərinin müəyyən edildiyi vəzifə təlimatı, həmçinin müəssisənin bağladığı digər müqavilələr (onların hamısı direktorun adından bağlanmış, onun imzası və müəssisənin möhürü ilə təsdiq edilmişdir) təqdim olunsa da, məhkəmə kassasiya instansiyası məhkəməsi nin göstərişlərinə riayət etmədən, həmin sənədləri və məhkəmə baxışında verilən izahatları nəzərə almadan ümumiyyətlə apellyasiya baxışı çərçivəsində araşdırmadan etibarnaməni əsas götürərək iddia tələbini müəssisəyə münasibətdə təmin etmişdir. Apellyasiya məhkəməsi həmçinin təqdim olunmuş yanakı sənədləri (əmək müqaviləsi, vəzifə təlimatı, müəssisə saxlanca dair digər müqavilələr və s.) nəzərə almamışdır. Həmçinin, R.Əsədov iddiaçının verdiyini iddia etdiyi xidmət haqqı məbləğindən müəssisəyə və ya onun kassasına, hesabına və ya müvafiq vəzifəli şəxslərinə hər hansı pul vəsaiti ödəməmişdir. Həmçinin, işin materiallarında müəssisənin, onun səlahiyyətli şəxsi və qanuni təmsilçisi olan direktorunun mübahisə predmeti olan sarımsağın ona məxsus anbarda saxlanca qəbul edilməsindən xəbərdar ol duğunu, iddiaçı tərəfindən verildiyi iddia olunan vəsaitdən müəssisənin bəhrələndiyini təsdiq edən sübutlar da mövcud olmamışdır. 75.MM-in 1132-ci maddəsinin tələbi pozulmuşdur-İddiaçı məhsulu lazımi səviyyədə təhvil verdiyini və məhsulun məhz cavabdehin təqsiri üzündən yararsız hala düşməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməməsinə baxmayaraq, məhkəmə həmin xüsusatları iddiaçının xeyrinə həll etmiş, faktiki olaraq MM-in 1132-ci maddəsinin tələbinə zidd olaraq malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükünü zərərçəkənin öhdəsinə qoymuş, qanunsuz olaraq sübutetmə yükünün dönüşünü aparmışdır. Məhkəmə kollegiyası hətta iddiaçının rayon prokurorluğuna verdiyi izahatdakı R.Əsədovun təqsirsiz olmasını təsdiq edən xüsusatları da nəzərə almamışdır. İddiaçı tərəfindən R.Əsədova 80 ton sarımsaq təhvil verildiyi bildirilsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. 76.MM-in 404.1, 404.2-ci maddələrinin tələbləri pozulmuşdur–məhkəmə tərəflərin iradə ifadəsinin həqiqi mənasını və tərəflərin sonrakı hərəkətlərini nəzərə almamış, bunun üçün “X1”nin 2021-ci il 5 oktyabr tarixli, 529 saylı mütəxəssis rəyində əksini tapmış iddiaçı və R.Əsədov arasında olan təhvil verilmiş sarımsaq məhsulunun saxlanılması barədə 2019cu il 24 sentyabr tarixli telefon danışıqlarını səsyazma mətninin məzmunu tam, hərtərəfli təhlil etməmişdir. 77.MPM-in 76.2, 97.4-1, 103.1və 175.2-ci maddəsinin tələbləri pozulmuşdur-birinci instansiya məhkəməsinin 2020-ci il 7 sentyabr tarixində keçirilən iclasında mütəxəssis qismində din dirilmiş X3 izahatındakı xüsusatlar nəzərə alınmamışdır. Məhkəmə tərəfindən məhsulun qiymətinin müəyyən edilməsi üçün təyin edilmiş qiymətləndirmə ekspertizası faktiki olaraq ekspert tadqiqatının obyekti kimi məhsulun özü mövcud olmadan və onun xüsusiyyətləri barədə ekspertə məlumat verilmədən aparılmışdır. Ekspertiza rəyində göründüyü kimi yerli növ Ağdam sarımsağının 1 tonunun qiyməti əsasında iddiaçının məhsulunun qiyməti hesablanmış, lakin iddiaçının təqdim etdiyi məhsulun vəziyyəti, onun saf və ya çürük olması, yararlı va yararsızlığı, habelə məhsulun qiymətinə təsir edən digər faktorlar nəzərə alınmamışdır. Eyni zamanda iddiaçıya məxsus sarımsaq məhsulunun məhz Ağdam sarımsağı sortu olması ilə bağlı iş üzrə materiallarda hər hansı sübut mövcud deyildir. Lakin buna baxmayaraq sarımsaq məhsulunun qiymətləndirici ekspert tərəfindən qiymətinin məhz Ağdam sarımsağı sortu əsasında hesablanması başa düşülən deyil. Halbuki, iddiaçı məhkəmə iclas protokollarında, müvafiq məhkəmə qərarlarında etiraf etmişdir ki, sarımsağı 1 kq 70 (yetmiş) qəpik qiymətə almışdır. Lakin məhkəmə heç bir əsas olmadan və iş üzrə materialları tam, hərtərəfli təhlil etmədən sarımsağın qiymətini 4,70 (dörd manat yetmiş qəpik) qiymətə hesablamışdır. Başqa sözlə məhkəmə sarımsağın qiymətini müəyyən edərkən əsassız olaraq onun maksimal təxmini perspektiv qiymətini əsas götürmüşdür.
78. MPM-in 88, 99.1-ci maddələrinin tələbləri pozulmuşdur-ekspertiza çəkişmə prinsipinə riayət olunmadan, tərəflərin izahatları və şərhləri nəzərə alınmadan aparılmışdır. Bu isə iş üzrə yalmış nəticənin əldə edilməsinə səbəb ol muşdur. Məsələn, ekspert heç bir əsas olmadan iddiaçıya məxsus məhsulun qiymətini məhz Ağdam sortu əsasında hesablamışdır. Yaxud sarımsağın qiyməti müəyyən edilərkən iddiaçının təqdim etdiyi məhsulun vəziyyəti, onun saf və ya çürük olması, yararlı və yararsızlığı, habelə məhsulun qiymətinə təsir edən digər faktorlar nəzərə alınmamamışdır. Məhkəmə isə mexaniki olaraq həmin ekspert rəyinə qabaqcadan hüquqi qüvvə verməklə onu mötəbər sübut kimi qəbul etmiş və iddia tələbini onun əsasında təmin etmişdir. 79.MPM-in 420-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarının tələbləri pozulmuşdur-məhkəmə əvvəlki qətnamədə yol verilmiş səhvləri təkrarlamış, kassasiya instansiyası məhkəməsinin qərarının göstərişlərinə riayət etməmiş, qətnamədə həmin göstərişlərə ümumiyyətlə münasibət bildirməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
80. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
81. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
82. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən tam yoxlanılacaqdır.
83. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
84. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini n daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
360. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması... 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə m ülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
397. Əvəzli və əvəzsiz müqavilələr 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya dig ər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
822. Saxlama müqaviləsi Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.” “Maddə
824. Yük götürənin (saxlayıcının) vəzifələri 824.1. Əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan ha llarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. 824.2. Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. 824.3. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır.” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət i 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir....” “Maddə 1129. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət daşıyan şəxslər... 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir....”
85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında göstərilmişdir: “Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsind ə nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır.”
86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipl əri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” «Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
87. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 88. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
89. Cavabdehin hazırkı kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 5 oktyabr tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə eyni olmaqla, əvvəlki kassasiya baxışı zamanı təmin edilmiş, yol verilmiş maddi və prosessual hüquq pozuntularının aradan qaldırılması ilə bağlı məcburi göstərişlər verilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.
90. Bununla belə, baxılan iş üzrə kassasiya instansiyası məhkəməsində birinci icraat zamanı qəbul edilmiş qərarda göstərilən, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan göstərişlər üzrə (bax yuxarıda § 48-62) hər hansı hüquqi dəyərləndirmə aparılmamış, nəticədə Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinin tələbləri pozulmuşdır.
91. «…qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyət inin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).
92. Məhkəmə kollegiyası həmçinin qeyd edilməsini zəruri hesab edir ki, hazırki iş üzrə kassasiya instansiası məhkəməsinin 2022-ci il 5 may tarixli, 2-2(102)- 261/2022 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən-iddianın təmin olunduğu hissədə ləğv edilmiş, iş yalnız həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, işin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktının dəyişdirilmədən saxlanılan hissəsini də (iddianın təmin edilməyən hissəsi) təkrar yoxlamış və MPM-nin 372-ci maddəsinin tələblərini pozmuşdur. 93.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə gönd ərilməlidir. 94.MPM-in 416-419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 sentyabr tarixli, 2-2(106)-94/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov E.Y.Şamayev