Məhkəmə qərarları › İş №2-2(102)-640/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-640/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-640/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh-ya qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası nın 2022-ci il 6 iyun tarixli, 2-2(105)2/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ:

1. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 2008-ci il 6 fevral tarixində qeydiyyata alınmış (№**********) Nizamnamənin və Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətlərindən görünür ki, Cavabdeh 2008-ci il 6 fevral tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış 2015-ci il 25 noyabr tarixli, KXM 1 saylı kredit xətti müqaviləsinə əsasən İddiaçı ASC, Cavabdeh-ya 12 ay müddətinə illik 18% ödəmək şərti ilə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açmağı, Cavabdeh isə kredit xətti üzrə istifadə edilmiş v əsaitə hesablanmış faizləri hər ayın 25-dən gec olmayaraq və kredit xətti üzrə istifadə edilmiş vəsaiti isə 2016-cı il 25 noyabr tarixinə qədər tam şəkildə ödəməyi öhdələrinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə, yəni kredit xətti üzrə məbləğ və ona hesablanmış faizlərin qaytarılmasının təminatı Cavabdeh tərəfindən 2015-ci il 23 noyabr tarixində verilmiş A-17 saylı “zəmanət məktubu” ilə müəyyən edilir.

3. Maliyyə arayışından görünür ki, Cavabdeh-nın İddiaçı ASC-yə olan borcu, əsas borc üzrə 255.000 ABŞ dolları, müqavilənin bitdiyi 2016-cı il 25 noyabr tarixinə faiz borcu üzrə 39.915 ABŞ dolları, cərimə borcu üzrə 15.720 ABŞ dolları, ümumilikdə 310.635 ABŞ dolları təşkil edir.

4. İddiaçı ASC tərəfindən Cavabdeh-ya ünvanlanmış 2016-cı il 30 sentyabr tarixli pretenziya məktubunda tərəflər arasında yaranmış 255.000 ABŞ dolları məbləğində kredit borcu, 32.648 ABŞ dolları faiz borcu, ümumilikdə isə 287.648 ABŞ dolları məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

5. İddiaçı ASC tərəfindən Cavabdeh-ya ünvanlanmış 2017-ci il 15 mart tarixli pretenziya məktubunda tərəflər arasında yaranmış 255.000 ABŞ dolları məbləğində əsas borcu, 57.638 ABŞ dolları faiz borcu, ümumilikdə isə 312.638 ABŞ dolları məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 5 iyul tarixli, 1(101)-490/2018 saylı hökmü ilə X4 (İddiaçı ASC-nin X6 işləmiş) 4 il müddətinə az adlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2018-ci il 27 dekabr tarixli, 1(103)-1337/2018 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2020-ci il 8 oktyabr tarixli, 1(103)-49/2020 saylı qərarı ilə dövlət ittihamçısının apellyasiya protesti və məhkumun müdafiəçisinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Məhkəməsinin hökmü dəyişdirilmiş, zərərçəkmiş (mülki iddiaçı) İddiaçı ASC-nin mülki iddiası üzrə icraata və mülki iddiaçı qismində statusuna xitam verilmiş, statusuna xitam verilməsi barədə müddəa hökmdən xaric edilmiş, hökm verilmiş apellyasiya protestinə və şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanı lmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2021-ci il 30 iyun tarixli, 1(102)-907/2021 saylı qərarı ilə kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 8 oktyabr tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 26 aprel tarixli, 1(103)-59/2022 saylı hökmü ilə məhkum X1 müdafiəçisi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilmiş, X2 qəti olaraq 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 3 il sınaq müddətinin müəyyən edilməsi qə rara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

11. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “iddiaçı”) Cavabdeh-ya (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2015-ci il 25 noyabr tarixli, KXM 1 saylı kredit xətti müqaviləsindən irəli gələn 255.000 ABŞ dolları əsas borcun, kredit müqaviləsinin müddəti ərzində hesablanmış 39.915 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 15.720 ABŞ dolları faiz borcunun, cəmi 310.635 ABŞ dolları borcun və iddiaçı tərəfindən ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2015-ci il 25 noyabr tarixli, KXM 1 saylı kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən borcalana 12 ay müddətinə illik 18 % ödəmək şərti ilə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin kredit xətti üzrə borcalana 255.000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit xətti müqaviləsinin 2.1-ci bəndinə əsasən, “Borcalan” kredit xətti üzrə istifadə edilmiş vəsaitə hesablanmış faizləri hər ayın 25-dən gec olmayaraq və kredit xətti üzrə istifadə edilmiş vəsaiti isə 2016-cı il 25 noyabr tarixinə qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

13. Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, verilmiş kredit borcun və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmiş, bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, borcun ödənilməsindən yayınmışdır. Hal-hazırda 2015-ci il 25 noyabr tarixli, KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehin iddiaçıya olan əsas borcu 255.000 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 2016-cı il 25 noyabr tarixinə faiz borcu 39.915 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 15.720 ABŞ dolları, cəmi borc 310.635 ABŞ dolları təşkil etmişdir.

14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385, 442, 443, 444, 445, 446, 447, 448-ci maddələrinə istinad edilmişdir.

15. Cavabdeh tər əfindən iddia tələbinə dair etiraz təqdim edilməmişdir.

16. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 21 may tarixli, 2-2(85)-184/2018 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (hakim – Z.Pirverdiyev).

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 10 sentyabr tarixli, 14558 nömrəli rəyinə əsasən, məhkəmə-mühasibat ekspertizasının aparılmasından imtina edilmişdir. Belə ki, ekspertiza qarşısında qoyulmuş sualların tədqiqi üçün əlavə materialların zəruriliyi haqqında məhkəmə orqanına 2018-ci il 5 iyun tarixli vəsatət göndərilmiş, lakin vəsatətin verilmə müddətindən 1 aydan çox zaman ötsə də, hər hansı sənədlər təqdim edilməmişdir.

18. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-ci il 21 may tarixli, 2-2(85)-14/2 019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim Z.Pirverdiyev).

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2015-ci il 25 noyabr tarixli, KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 255.000 ABŞ dolları məbləğində əsas borc işin materialları ilə təsdiq olunduğundan, iddia tələbi həmin hissədə qanuni və əsaslı olduğuna görə təmin edilməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 19-cu, MM-in 385.1, 386.1, 421.1, 421.2, 423.2, 442, 443.1, 443.4, 445.1, 445.7, 448.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra -“MPM”) 14.2, 80, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 noyabr tarixli, 2-2(105)-113/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Z.Məmmədov, hakimlər N.Nəsibov və H.Babayeva).

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh borcun olmasını təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və t əqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Cavabdeh müqavilə öhdəliklərini icra etmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir.

24. Məhkəmə qətnaməsində işin müəyyən edilmiş faktiki hallarına MM-in 385.1, 386.1, 427.2, 442, 443.1, 443.4, 445.1, 445.7, 448.1, 448.2, 739.1, 739.2-ci maddələrinin tələbləri baxımından qiymət verilmiş, MPM-in 14.2, 88, 119, 384.0.1, 385.1, 385.2-ci maddələrinə istinad edilmişdir.

25. Cavabdeh həmin qətnamədən kasasiya şikayəti verməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsindəki ilk icraat

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasını n 2020-ci il 10 iyun tarixli, 2-2(102)-95/2020 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim İ.Dadaşov, hakimlər B.Məmmədli və B.Qəribov)

27. Kassasiya instansiyası məhkəməsi xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən İddiaçı ASC-nin cavabdehə 12 ay müddətinə illik 18 % ödəmək şərti ilə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açmağı, cavabdeh isə kredit xətti üzrə istifadə edilmiş vəsaitə hesablanmış faizləri hər ayın 25-dən gec olmayaraq və kredit xətti üzrə istifadə edilmiş vəsaiti isə xx.xx.2016-cı il tarixinə qədər tam şəkildəödəməyi öhdələrinə götürdüklərini, cavabdeh tərəfindən kredit xətti üzrə 255.000 ABŞ dollarının istifadə edildiyini, cavabdehin iddiaçıya olan borcunun ümumilikdə 3 10.635 ABŞ dolları təşkil etdiyini, eyni zamanda cavabdehin sədri F.C.Bədəlov Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(101)-490/2018 saylı cinayət işi üzrə şahid qismindədindirilərkən ifadəsində İddiaçı ASC ilə bağlanmış kredit xətti müqaviləsi üzrə 1.000.000 ABŞ dolları məbləğində olan kredit xəttindən cəmi 255.000 ABŞ dolları pul çıxardığını təsdiq etdiyini nəzərə alaraq kassasiya şikayətinin işin faktiki halları ilə bağlı dəlillərini əsassız hesab etmişdir.

28. Həmin məhkəmə belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur.

29. Məhkəmənin qərarında MM-in 38 5.1, 386.1, 427.2, 442, 443.1, 443.4, 445.1, 445.7, 448.1, 739.1, 739.2-ci, MPM-in 14.2, 77.1, 407.2-ci maddələrinə istinad edilmişdir. d) Konstitusiya Məhkəməsindəki icraat

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 17 fevral tarixli qərarı ilə iddiaçının cavabdehə qarşı 2015-ci il 25 noyabr tarixli kredit xətti müqaviləsindən irəli gələn tələblərinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 iyun tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, MPM-in 82.4, 416, 418.1, 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edi lmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

31. Konstitusiya Məhkəməsinin həmin qərarında göstərilmişdir ki, mülki işə baxan məhkəmə instansiyaları, o cümlədən Ali Məhkəmənin Kommersiya Kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən edilən halların preyudisial əhəmiyyət daşımasına hüquqi qiymət verməmiş və bununla da, ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquqları pozulmuşdur. kredit xətti müqaviləsi üzrə pulun çıxarılması faktı öz-özlüyündə borcun etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Belə nəticə üçün iki tərəf arasında bağlanan kredit müqaviləsinin doğruluğuna, uydurma əqd olubolmamasına, bank təcrübəsində böyük məbləğdə verilən kreditə görə kredit müqaviləsinin real təminat olmadan bağlanması faktına və digər sübutlara MPM- in 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, mülki iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qanunun yuxarıda göstərilən tələbləri nəzərə alınmamış, çəkişmə prinsipi və tərəflərin digər prosessual hüquqlarının həyata keçirilməsi lazımınca təmin edilməmişdir.

32. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, MM-in 337, 340, “C.İsmayılzadənin şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 6 iyun tarixli Qərarı, “Q.Məmmədova və digərlərinin şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 15 iyul tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarı, “G.Əhmədovanın şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 24 iyul tarixli Qərarı, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarı, MPM-in 82.4, 416, 418.1, 418.3-cü maddələrinə istinad edilmişdir. e) Ali Məhkəmənin Plenumundakı icraat

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 30 aprel tarixli, 132(102)-1(k)/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 iyun tarixli, 2-2(102)-95/2020 saylı qərarı və onunla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının 2019-cu il 15 noyabr tarixli, 2-2(105)-113/2019 saylı qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyun tarixli, 2-2(105)-2/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 may tarixli, 2-2(85)-14/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçının iddia tələbi təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim F.Məmmədov, hakimlər R.Ağayev və İ.Dəmirov).

35. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun hazırki iş üzrə 2020-ci il 17 fevral tarixli qərarında ifadə olunmuş hüquqi mövqeni və MPM-nin 82.4-cü maddəsinin tələblərini əsas götürərək qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının yuxarıda adı çəkilən qanuni qüvvəyə minmiş 1(103)-59/2022 nömrəli 26 aprel 2022-ci il tarixli hökmü ilə aşağıdakı hadisələrin olması müəyyən edilmişdir: İddiaçı ASC ilə "xxxx" MMC arasında 21 noyabr 2014-cü il tarixli, KM 01 saylı kredit müqaviləsinin bağlanması; fəaliyyətin genişləndirilməsi məqsədi ilə kredit vəsaitinin 25 noyabr 2014-cü il tarixində İddiaçı ASC-nin kredit hesabından "xxxx" MMC-yə məxsus cari hesaba köçürülməsi; 25 noyabr 2014-cü il tarixində həmin vəsaitin "xxxx" MMCyə məxsus hesabdan kassa hesabına köçürülməsi və həmin hesabdan məxaric edilməsi; həmin məbləğin yarı hissəsinin "xxxx" MMC tərəfindən İddiaçı ASC-nin X6 E.Nəbiyevə verilməsi; 25 noyabr 2014-cü il tarixində bu məbləğin kassa hesabından mədaxil edilərək E.Nəbiyevə məxsus cari hesaba köçürülməsi; E.Nəbiyev (depozitor) və İddiaçı ASC arasında 26 noyabr 2014-cü il tarixli subordinasiyalı depozit müqaviləsinin bağlanması və s.

36. Göründüyü kimi Cavabdeh-nın adına bağlanmış kredit xətti müqaviləsi real müqavilə olmamış, E.Nəbiyevin təklifi ilə "xxxx" MMC-nin direktoru Ə.Məmmədovun 2014-cü il tarixli kredit müqaviləsi əsasında kredit məbləğinin bankda saxlanılan hissəsinin qaytarılması məqsədi ilə bağlanmışdır.

37. Məhkəmə qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə i fadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

38. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri).

39. Sadalanan qanunvericilik aktları normalarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 2015-ci il 25 noyabr tarixli KXM 01 saylı kredit xətti müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, iddiaçının həmin əqd üzrə öhdəliklərdən irəli gələn mövcud iddia tələbi əsassızdır.

40. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və yeni qərar qəbul olunmasını xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

41. MM-in 385.1, 390.1, 448.1-ci maddələrinin tələbləri pozulmuşdur-tərəflər arasında 2015-ci il 25 noyabr tarixli, KXM 01 saylı kredit xətti müqaviləsi mövcud olmuş, həmçinin cavabdehin sədri X5 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə şahid qismində dindirilərkən ifadəsində iddiaçı ilə bağlanmış kr edit xətti müqaviləsi üzrə 1.000.000 ABŞ dolları məbləğində olan kredit xəttindən cəmi 255.000 ABŞ dolları pul çıxarıldığını bildirmişdir. Cavabdeh borcun olmasını etiraf etməklə məhkəməyə bu halı təkzib edən hər hansı sübut təqdim etməmişdir.

42. Tərəflər arasında bağlanan əqdin etibarlılığı, arzu olunan hüquqi nəticəyə səbəb olması üçün bağlanmasında lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etmiş, iradə ifadəsi bildirilmiş və vahidlik mövcud olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin forma və məzmunu qanununvericiliyin tələblərinə uyğun olmuşdur. Lakin cavabdeh borcun ödənilməsindən yayınmışdır.

43. MPM-in 14.2, 77.1, 80-ci maddələrinin tələbləri pozulmuşdur-iddiaçı tərəfindən təqdim edilmiş sübutlar bilavasitə işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Lakin cavabdeh tərəfindən təkzib etdiyi tələblərini müəyyən edən faktlarla və hallarla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

44. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ.

45. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

46. Kassasiya şikayəti iş üzrə qətnamənin ləğvinə yönəldiyindən, hazırkı icraat çərçivəsində MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya i nstansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barə sində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə

340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditoru n isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” 49. “Ə.İbrahimovun şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 12 aprel tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur....” 50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz....” 51. “C.İsmayılzadənin şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 6 iyun tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir....”

52. Q.Məmmədova və digərlərinin şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun 2015-ci il 15 iyul tarixli Qərarı və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarlarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir....” 53. “G.Əhmədovanın şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 24 iyul tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir....”

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflə rin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən fakt larla və hallarla əlaqədardır.” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sə nəd və materiallardır....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessu al hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. İddiaçının kassasiya şikayətinin cavabdeh tərəfindən borcun etirafı və əqdin etibarlılığına dair (§ 41-42) dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2022-ci il 26 aprel tarixli, 1(103)-59/2022 saylı hökmü ilə X1 ayrı-ayrı fiziki və hüquqi şəxslərin, o cümlədən cavabdehin sədri X3 adına qanunsuz kreditlər rəsmiləşdirməklə ləğv prosesində olan iddiaçı bankın hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi müəyyənləşdirilmiş, Elmixan Nəbiyev bu əməlin törədilməsində təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilmiş, hökm qanuni qüvvəyə minmişdir.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindəki Konstitusiya Məhkəməsi Plenumunun hazırki iş üzrə 2020-ci il 17 fevral tarixli qərarında X1 barəsindəki cinayət işi üzrə hökmlə müəyyən edilən halların preyudisial əhəmiyyət daşımasına, eləcə də tərəflər arasında bağlanan kredit müqaviləsinin doğruluğuna, uydurma əqd olub-olmamasına, bank təcrübəsində böyük məbləğdə verilən kreditə görə kredit müqaviləsinin real təminat olmadan bağlanması faktına və digər sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmədiyi göstərilmişdir.

58. İşin yeni apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının qanuni qüvvəyə minmiş 2022-ci il 26 aprel tarixli, 1(103)-59/2022 saylı hökmü ilə müəyyən edilmiş halların preyudisial əhəmiyyəti, cavabdeh tərəfindən borcun etirafı və tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi üzrə hüquqi dəyərləndirmə aparılmışdır (bax yuxarıda § 35-39). Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, kredit xətti müqaviləsi üzrə pulun çıxarılması faktı öz-özlüyündə borcun etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Cavabdehin adına bağlanmış kredit xətti müqaviləsi real müqavilə olmamış, Elmixan Nəbiyevin təklifi ilə "xxxx" MMC-nin direktoru Əkbər Məmmədovun 2014cü il tarixli kredit müqaviləsi əsasında kredit məbləğinin bankda saxlanılan hissəsinin qaytarılması məqsədi ilə bağlanmışdır. Tərəflər arasında bağlanmış 2015-ci il 25 noyabr tarix li, KXM 01 saylı kredit xətti müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, iddiaçının həmin əqd üzrə öhdəliklərdən irəli gələn mövcud iddia tələbi əsassızdır.

59. Məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqe nəzərə alınaraq, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

61. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyun tarixli, 22(105)-2/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar