Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-643/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 iyul tarixli 2-2(103)-555/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. * ünvanında yerləşən qeyri-yaşayış sahəsi (152,3 kv.m) İddiaçı mülkiyyətindədir. - İddiaçı ilə Cavabdeh MMC arasında 2019-cu il 11 oktyabr tarixində bağlanmış icarə müqaviləsiinə əsasən İddiaçı, * ünvanında yerləşən 152,3 kv.m qeyri-yaşayış sahəsinin 75 kv.m hissəsini Cavabdeh MMC-nin icarəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə görə icarə müddəti 2020-ci il 11 oktyabr tarixinədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir; 8-ci bəndinə görə müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
2. Tərəflər arasında bağlanmış 2019-cu il 11 oktyabr tarixli icarə müqaviləsinə 2021- ci il 27 iyul tarixli əlavə ilə aylıq icarə haqqının məbləği olan 1.000 manat məbləğə dəyişiklik edilərək 1.163 manat müəyyən olunmuşdur.
3. İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2023-cü il 31 avqust tarixində məktub ünvanlanaraq, icarə müqaviləsinin müddətinin uzadılmayacağı barədə xəbərdarlıq olunmuş, icarə sahəsinin 2023-cü il 11 oktyabr tarixinədək boşaldılması tələb edilmişdir.
4. Cavabdeh MMC tərəfindən İddiaçı 2023-cü il 13 oktyabr tarixli məktub ünvanlanaraq, 2019-cu il 11 oktyabr tarixli icarə müqaviləsi üzrə icarə obyektinin boşaldılması üçün 2023-cü il 12 noyabr tarixinədək möhlət verilməsi xahiş edilmiş, icarə sahəsinin 2023-cü il 12 noyabr tarixində icarə obyektinin geri təhvil veriləcəyi göstərilmişdir.
5. Quba rayon Məhkəməsinin 2023-cü il 1 iyun tarixli 2(027)-848/2023 nömrəli qətnaməsi ilə X1 Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsi tələbinə dair iddia təmin edilməmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2(105)-1568/2023 nömrəli qərardadı ilə X1 apellyasiya şikayəti qismən təmin olunmuş, Quba rayon Məhkəməsinin 2023-cü il 1 iyun tarixli 2(027)-848/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir.
7. İcarə obyekti 2023-cü il 14 noyabr tarixində Cavabdeh MMC tərəfindən boşaldılmışdır.
8. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 16 noyabr tarixli 2-2(119)1409/2023 nömrəli qərardadı ilə X1 Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən ç ıxarılma və maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra-“iddiaçı”) 2024-cü il 15 yanvar tarixində Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında olan 2019-cu il 11 oktyabr tarixli icarə müqaviləsi üzrə 2022-ci il 28 noyabr tarixli ilkin müqavilə üzrə həmin tarixindən 2023-cü il 7 fevral tarixinədək 2.300 manat, 2023-cü il 7 fevral tarixindən 2023-cü il 14 noyabr tarixinədək 2.600 manat olmaqla, cəmi 28.910 manat vurulmuş maddi ziyan, 210 manat mediasiya xərci və 10.000 manat mənəvi ziyan olmaqla, cəmi 39.120 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmi şdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı icarə müqaviləsinin 8-ci bəndinə əsasən, icarə müqaviləsinin ləğv edilməsi və icarə obyektinin boşaldılması, eyni zamanda tələbin icra olunmamasına görə vurulan ziyanla bağlı məsuliyyət daşımaları barədə poçt vasitəsilə cavabdehə ərizə göndərmiş, həmin ərizə 2022-ci il 28 noyabr tarixində cavabdeh tərəfindən qəbul edilmiş, lakin tələblər yerinə yetirilməmişdir. Cavabdeh 2023-cü il 14 noyabr tarixində icarə obyektini boşaltmışdır. Hazırda icarə müqaviləsi üzrə 28.910 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Belə ki, iddiaçı icarə obyekti barədə 2022-ci il 28 noyabr tarixində X5 ilə 72 kv.m sahəni əvvəlcə aylıq 2300 manat olmaqla (ilkin müqavilə üzrə), daha sonra razılaşma əsasında 2023-cü il 7 fevral tarixli müqavil əyə düzəlişə dair müqavilə ilə aylıq 2.600 manat olmaqla icarəyə vermək barədə notarial qaydada müqavilələr bağlamışdır. Cavabdehin təqsiri üzündən həmin müqavilələrin reallaşması mümkün olmamış və iddiaçıya xeyli miqdarda maddi ziyan vurulmuşdur. Bundan başqa, cavabdeh tərəfindən, tələb olunan müddətdə icarə obyekti boşaldılaraq iddiaçıya təhvil verilməmişdir.
11. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, 2023-cü il 7 fevral tarixində notarial qaydada bağlanılmış müqavilə və həmin müqaviləyə düzəlişə dair əqd uydurma əqddir, yəni etibarsızdır. İddiaçı tərəfindən təqdim edilmiş müqaviləyə düzəlişə dair müqavilədə 2022-ci il 28 noyabr tarixli ilkin müqaviləyə istinad olunsa da, həmin müqavilənin surəti və ya əsli iddia ərizəsinə qoşma sənədlərə əlavə edilməmişdir. Quba şəhəri, 22-ci m əhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv.m qeyri-yaşayış sahəsinin icarə haqqı vergi daxil olmaqla 1.163 manat olduğu halda, ilkin müqavilədə aylıq 2.600 manat göstərilmişdir. Əsas icarə müqaviləsi üzrə icarə münasibətləri davam edərkən, digər şəxslərlə ilkin icarə müqaviləsi bağlamaq və gələcəkdə icarəyə verilib-verilməyəcəyi sual atında olan, icarə münasibətlərinə qanunvericiliyə uyğun qaydada xitam verilibverilməyəcəyi məlum olmayan əmlak üzrə başqa şəxslər qarşısında öhdəlik götürmək yolu ilə müqavilənin bağlanılması mülki qanunvericiliyə ziddir. İlkin müqavilənin mahiyyəti cavabdehə qarşı qanunsuz olaraq maddi ziyan (əldən çıxmış fayda) tələbi irəli sürməkdən ibarətdir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının sağlamlığının pozulmasına səbəb olan heç bir hüquqa zidd əmələ yol verilmədiyindən mənəvi zərərin əvəzinin ödənilməsi qəbul edilməzdir.
12. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, onun cavabdehə qarşı 2022-ci il 28 noyabr tarixli ilkin müqavilə üzrə həmin tarixdən 2023-cü il 7 fevral tarixinədək 3.061 manat, 2023-cü il 7 fevral tarixindən 2023-cü il 14 noyabr tarixinədək 14.400 manat olmaqla, 17.061 manat vurulmuş maddi ziyan, 210 manat mediasiya xərci və 10.000 manat mənəvi ziyana görə cəmi 27.271 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Cavabdeh iddia tələbinin həcminin azaldılması barədə ərizəyə etiraz edərək bildirmişdir ki, 2022-ci il 28 noyabr tarixli ilkin müqavilənin 3.2-ci bəndindən məlum olanlara görə, iddiaçı və X5 arasın da əsas müqavilənin bağlanma tarixi 2024-cü il 10 yanvar olaraq göstərilmişdir. Lakin, iddiaçı həmin müddəti gözləmədən cavabdehə ilkin müqavilənin bağlandığı gün bildiriş göndərməklə icarə sahəsinin boşaldılmasını tələb etmiş, əks təqdirdə icarəçinin qeyri-qanuni olaraq icarə obyektindəki kommunal xidmətləri kəsməklə və digər yollarla hədə-qorxu gəlmiş (iddiaçının 2024-cü il 18 fevral tarixində elektron qaydada məhkəməyə təqdim etdiyi vəsatətlərdə də qeyd edildiyi kimi), bununla Azərbaycan Respublikası Mülki Məcəlləsinin təməl prinsip və müddəaları üzrə pozuntulara yol vermiş, hüquqlarından sui-istifadə etmişdir. Eyni zamanda, ilkin müqavilənin şərtlərinə iddiaçı tərəfindən əməl edilməmişdir. 2024-cü il 10 yanvar tarixi gözlənilmədən digər şəxslərlə icarə müqaviləsinin bağlanması cavabdeh ə qarşı əsassız olaraq pul tələblərinin irəli sürülməsini sübut edir. Cavabdeh iddiaçı ilə bağlanmış icarə müqaviləsi müddətində həmin müqavilənin şərtlərinə əməl etmiş və icarə haqqının tam qaydada icarəyə verənə ödənilməsini sübut edən ödəniş tapşırıqlarını elektron qaydada məhkəməyə təqdim etmiş və bununla bağlı iddiaçının etirazı olmamışdır. İddianın əsasının təşkil edən halların sübut edilməsi ilə əlaqədar iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 13 mart tarixli e-2-2(113)-1085/2024 nömrəli qətnaməsi ilə iddia rədd olunmuş, iddia ərizəsi verilərkən ödənilmiş 210 manat mediasiyaya dair xərcin iddiaçının özünə aid edilməsi qət olunmuşdur (hakim Ü.Həsənova).
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia tələbi maddi ziyanın ödənilməsi və mənəvi ziyanın ödənilməsi hissələrindən ibarət olmuşdur. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsinə qiymət verərək göstərmişdir ki, icarə sahəsi cavabdeh tərəfindən 2023-cü il 14 noyabr tarixində boşaldılaraq iddiaçıya təhvil verilmiş, həmin tarixədək cavabdeh tərəfindən iddiaçıya icarə haqqı ödənilmişdir. İddiaçı icarə sahəsinin vaxtında boşaldılmaması nəticəsində ona maddi zərər dəydiyini iddia etmişdir.
16. İddiaçı tərəfindən təqdim edilmiş və onunla X6 arasında bağlanmış 2022-ci il 28 noyabr tarixli ilkin müqavilə ilə X6 icarəyə götürəcəyi 72 kv.m sahəyə görə aylıq 2.300 manat ödəməyi və ilk 5 ayının icarə haqqının 11.500 manatı icarə müqaviləsi bağlandığı anda iddiaçıya ödəməyi; iddiaçı * ünvanında yerləşən 72 kv.m qeyri-yaş ayış sahəsini hazırdakı icarəçi ilə son haqq hesab bağlandıqdan sonra qeyri-yaşayış sahəsinin X6 ilə icarə müqaviləsi bağlamağı 2024-cü il 10 yanvar tarixindən öhdəsinə götürmüşdür.
17. İddiaçı və X6 arasında bağlanmış 2023-cü il 7 fevral tarixli müqaviləyə düzəlişə dair müqavilə ilə X6 icarəyə götürəcəyi 72 kv.m sahəyə görə aylıq 2.600 manat ödəməyi və ilk beş ayının icarə haqqı 13.000 manatı icarə müqaviləsi bağlandığı anda iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
18. Belə ki, iddiaçı müqavilənin ləğvi ilə bağlı bildiriş cavabdehə çatdırılmadan (bildiriş cavabdehə 2022-ci il 29 noyabr tarixində təqdim edilmişdir), habelə müqavilənin ləğvi ilə bağlı bir aylıq xəbərdarlıq müddəti gözlənilmədən həmin icarə sahəsinə dair X6 ilə 2022-ci il 28 noyabr tarixində ilkin müqavilə bağlamış, icarə sah əsi boşaldıldıqdan sonra həmin sahəyə dair B.Piriyevlə deyil (halbuki ilkin müqavilədə icarə müqaviləsinin bağlanması ilə bağlı öhdəliyin 2024-cü il 10 yanvar tarixindən olması göstərilmişdir), X7 ilə 2023-cü il 19 dekabr tarixində icarə müqaviləsi bağlanaraq qeyri-yaşayış sahəsi sonuncunun sahiblik və istifadəsinə verilmiş, X6 tərəfindən iddiaçıya hər hansı vəsait ödənilməmiş, əsas müqavilənin bağlanması ilə bağlı təklif göndərilməmişdir. Beləliklə də cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin vaxtında boşaldılmaması ilə bağlı onun tərəfindən cavabdehə hər hansı ziyanın vurulması, habelə zərərin mövcudluğu faktı məhkəmə tərəfindən müəyyən edilməmişdir.
19. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya cavabdehə b irbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda, iddia tələbi həmin hissədə əsassız olmuşdur.
20. İddiaçı ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 manat pulun ödənilməsini də tələb etmişdir. Belə ki, həmin hissədə iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, habelə iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından, məhkəmə mənəvi zərər barədə iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərb aycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 386.1, 402.1, 402.4, 402.5, 697.1, 700.3, 705, 1096, 1097 və 1099.1, maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1, 78.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
22. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 iyul tarixli 2-2(103)-555/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məh kəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər Z.Şirinov və V.Baxışova).
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, maddi zərərin ödənilməsi barədə tələblərin qanuni əsasını MM-nin 705-ci maddəsi təşkil edir.
25. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları və qeyd olunan maddənin dispozisiya şərtlərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, tərəflər arasında bağlanmış icarə hüquq münasibətlərinə xitam verilmiş, lakin cavabdeh icarəyə götürdüyü obyekti qaytarmamış və nəticədə iddiaçıya zərər dəymişdir.
26. Məhkəmə hesab etmişdir ki, hazırki işdə həmin hallar müəyyən edilmir. Belə ki, ilk müəyyən edilməli olan hal tərəflər arasında bağlanmış icarə hüquq münasibətlərinə xitam verilib-verilməməsi ilə bağlıdır.
27. İddiaçı hesab edir ki, icarə müqaviləsinin ləğv edilməsi barədə cavabdehə göndərdiyi ərizə 28 noyabr 2022-ci tarixində cavabdeh tərəfindən qəbul edildiyinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8-ci bəndinə əsasən həmin tarixdən icarə müqaviləsi ləğv edilmişdir.
28. Məhkəmə həmin dəlilləri əsasız hesab edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3-cü bəndinə görə icarə müddəti 11 oktyabr 2020-ci ilədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 8-ci bəndində isə müəyyən edilmişdir ki, müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
29. Hazırki işin halları da ondan ibarətdir ki, 11 oktyabr 2022-ci il tarixinə 1 ay qalmış tərəflər icarə müqaviləsinin pozulmasına dair heç bir təklif irəli sürməmişlər. Belə olan halda isə icarə müddəti daha 1 il müddətinə, yəni 11 oktyabr 2023-cü il tarixinədək uzadılmışdır. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilədə icarə müddəti bitənədək müqavilənin vaxtından əvvəl ləğv edilməsi qaydası müəyyən edilməmişdir.
30. Məhkəmə qeyd etmişdir ki, MM-nin 689.1 və 704.1-ci maddələrinin birgə təfsirindən də müəyyən edilir ki, icarə müqaviləsi üzrə müddət müəyyən edilibsə, icarə hüquq münasibətlərinə həmin müddət bitdikdə xitam verilir. Eyni zamanda, tərəflər ar asında bağlanmış müqavilənin 8-ci bəndindəki qayda dəqiq müəyyən edilməmiş və həmin qaydanın müqavilənin 3-cü bəndinə və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi hallarına aid olması konkret göstərilməmişdir.
31. Məhkəmə hesab etmişdir ki, müqavilənin 8-ci bəndində müəyyən edilən şərt müqavilənin vaxtından əvvəl ləğv edilməsinə əsas vermir. Belə ki, həmin bənddə müəyyən edilən şərt mahiyyət etibarı ilə MM-nin 417.1-ci maddəsində göstərilən müqavilənin standart şərtlərinə aiddir. Müqavilənin 3-cü bəndində müəyyən edilən şərt isə müfəssəl şərtləndirildiyinə görə MM-nin 417.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri sayılmır. Həmin Məcəllənin 417.3-cü maddəsində də təsbit edilmişdir ki, tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının istinad etdiyi hallar əsassızdır və tərəflər arasında bağlanmış icarə müqaviləsi 28 noyabr 2022-ci tarixində ləğv edilməmiş, ona görə də, cavabdehlə bağlanmış müqaviləyə əsasən icarə hüquq münasibətləri davam etmiş və cavabdehin icarə obyektini geri qaytarmaq öhdəliyi yaranmamışdır. Belə olan halda isə iddiaçıya zərər dəyməsi istisna edilir və iddiaçı tərəfindən təqdim edilmiş ilkin müqavilə və s. sübutlara qiymət verilməsinə zərurət yoxdur.
32. Eyni zamanda, işin mübahisəsiz hallarına görə iddiaçı tərəfindən cavabdehə 31 avqust 2023-cü il tarixində xəbərdarlıq göndərilərək, icarə müqaviləsinin müddətinin uzadılmayacağı barədə xəbərdarlıq edilmiş, icarə sahəsinin 11 oktyabr 2023-cü il tarixinədək boşaldılması tələb edilmişdir. Cavab deh tərəfindən iddiaçıya göndərilmiş cavab məktubunda görünür ki, icarə obyektinini boşaldılması üçün 12 noyabr 2023-cü il tarixinədək möhlət verilməsi xahiş edilmiş, icarə obyekti 14 noyabr 2023-cü il tarixində cavabdeh tərəfindən boşaldılmış və həmin tarixə qədər tərəflər arasında bağlanmış müqavilə üzrə müəyyən edilən icarə haqqı tam olaraq iddiaçıya ödənilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, maddi zərərin ödənilməsi barədə iddia rədd edilməlidir.
33. Mənəvi zərərin tutulması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, MM-də mənəvi zərərin ödənilməsi məsələlərini birbaşa müəyyən edən normalar mövcud deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli q ərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarında həmin məsələlərə aydınlıq gətirilmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.36, 57, 60-cı, Əmək Məcəlləsinin 290-cı, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 12-ci maddələ rində və digər qanunlarda mənəvi ziyanın ödənilməsi barədə müddəalar vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 12-ci maddəsində istehlakçıların bu qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyanın təqsirkar tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur...Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və dig ər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli Qərarında isə göstərilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir... Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə ə laqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər...Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməs ini tələb etmək hüququnu istisna etmir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin ha nsı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
35. Beləliklə, qeyd olunan Qərarlarda əks olunan hüquqi mövqelərə görə mənəvi zərərin ödənilməsi barədə iddiaya qanunvericilikdə birbaşa göstərilən hallarda, ya da deliktlərdən irəli gələn tələblərdə irəli sürülə bilər. Müqavilə öhdəliklərinin pozulması isə delikt hesab olunmur, həmçinin qanunvericilikdə hər hansı müqavilə (istehlakçı ilə bağlanmış müqavilələr istisna olunmaqla) və ya icarə müqaviləsi üzrə öhdəliklərin pozulmasına görə mənəvi zərərin ödənilməsi nəzərdə tutulmamışdır. Ona görə də, həmin tələblər özü-özlüyündə əsassız olduğuna görə sübutlar araşdırılmadan rədd edilməlidir.
36. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassa siya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. Azərbaycan Respublikasının Konstitusiyanın 13, 29 və 59-cu maddələri, MM-nin 421-ci maddəsi üzrə-müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarş ılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir.
38. MM-nin 390.1 və 390.5-ci maddələri üzrə-apellyasiya instansiyası məhkəməsi qətnamədə “tərəflər arasında bağlanmış müqavilədə icarə müddəti bitənədək müqavilənin vaxtından əvvəl ləğv edilmə qaydasının müəyyən olunmadığını” qeyd etmişdir. Lakin tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8-ci bəndində müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Bu bənd icarə müqaviləsinin müddəti bitənədək istənilən vaxt bir ay qabaqcadan yazılı ərizə vermə ilə müqavilənin ləğv edilməsini nəzərdə tutur. Məhkəmə isə yanlış olaraq sözügedən bənddə müəyyən olunan şərtin müqavilənin vaxtından əvvəl ləğv edilməsinə əsas vermə məsi qənaətinə gəlmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8-ci bəndində müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yəni icarə müqaviləsinin ləğvi barədə tərəflərin razılaşdırdığı 8-ci bənd mövcud olduğu halda tərəflər arasında olan bu razılaşmanın əsassız olması və hüquqdan sui-istifadəyə yol verilmədən söhbət gedə bilməz.
39. MM-nin 705-ci maddəsi, “İcarə haqında” Azərbaycan Respublikasının Qanununun 7.1 və 7.2-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi icarə münasibətlərinin xitamı ilə bağlı bildiriş alındıqdan sonra müqavilə və mülki qanunvericiliyin tələblərinin pozularaq icarə sahəsindən qanunsuz istifadə edilməklə iddiaçının digər şəxslə bağladığı müqavilənin reallaşmasın a maneənin yaradılmasına, iddiaçıya xeyli miqdarda maddi ziyan vurulmasına, cavabdehin icarə obyektinin mülkiyyətçiyə qaytarmamasına hüquqi qiymət verməmişdir.
40. MPM-nin 88-ci maddəsi üzrə-işin materiallarındakı sübutlara, o cümlədən yazılı müqaviləyə hüquqi qiymət verilərkən qeyd olunan normanın tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
42. Etiraz onunla əsaslandırılmışdır ki, iddianın əsasını təşkil edən halların sübut edilməsi ilə əlaqədar iddiaçı tərəfindən iddia ərizəsinə heç bir sənəd əlavə olunmamışdır. 2023-cü il 7 fevral tarixində notarial qaydada bağlanmış müqavilə və həmin müqaviləyə düzəlişə dair əqd u ydurma əqddir, yəni etibarsızdır. Həmin əqd birmənalı olaraq əhəmiyyətsiz əqd hesab olunur və bağlanıldığı andan etibarsızdır.
43. Əsas icarə müqaviləsi üzrə icarə münasibətləri davam etdirilərkən, digər şəxslərlə ilkin icarə müqaviləsi bağlamaq və gələcəkdə icarəyə verilib-verilməyəcəyi sual atında olan, icarə münasibətlərinə qanunvericiliyə uyğun qaydada xitam verilib-verilməyəcəyi məlum olmayan əmlak üzrə başqa şəxslər qarşısında öhdəlik götürmək yolu ilə müqavilənin bağlanılması mülki qanunvericiliyə ziddir və etibarsız əqddir.
44. Qüvvədə olan mülki qanunvericilik və iddiaçının tələblərindən görünür ki, 2023-cü il 7 fevral tarixində X5 arasında notarial qaydada bağlanmış ilkin müqaviləyə düzəlişə dair müqavilə, həmçinin ilkin müqavilənin özü mahiyyət etibarilə sadəcə olaraq cavabdehə qarşı qanunsuz olaraq maddi ziyan (əldən çıxmış fayda) tələbi irəli sürməkdən ibarətdir.
45. İcarə obyekti faktiki olaraq cavabdehin istifadəsində və sahibliyində ola-ola, həmçinin notarial qaydada bağlanmış icarə müqaviləsinə qanunvericiliyin tələblərinə əsasən xitam verilmədən, həmin müqavilə üzrə icarə münasibətləri davam edərkən, iddiaçının başqa şəxslərlə yüksək qiymətlərlə ilkin icarə müqaviləsinin bağlaması və buna uyğun olaraq cavabdehdən maddi ziyanın əvəzinin ödənilməsini tələb etməsi - cavabdehə qarşı əsassız iddialar irəli sürülməsindən, sübut qismində sayıla bilməyən və mahiyyət etibarilə yekunda hüquqi nəticəyə səbəb ola bilməyən saxta sübutların əldə edilməsindən ibarətdir və heç bir hüquqi əsası yoxdur.
46. İddiaçı özü də qeyd etmişdir ki, 2022-ci il 28 noyabr tarixində söz ügedən ilkin müqavilə imzalanmış, həmin gün xitam bildirişi hazırlanaraq cavabdehə göndərilmiş, cavabdeh tərəfindən isə 2022-ci il 29 noyabr tarixində bildiriş rəsmi qaydada təqdim edilmişdir. İddiaçının müqavilənin ləğvi ilə əlaqədar bir ay xəbərdarlıq müddətinin gözləmədən X5 ilə 2022-ci il 28 noyabr tarixində ilkin müqavilə bağlamasını, icarə sahəsi boşaldıqdan sonra həmin sahəyə dair X5 ilə deyil (halbuki ilkin müqavilədə icarə müqaviləsinin bağlanması ilə bağlı öhdəliyin 2024-cü il 10 yanvar tarixindən göstərilmişdir), X7 ilə 2023-cü il 19 dekabr tarixində icarə müqaviləsi bağlanılaraq qeyri-yaşayış sahəsinin sonuncunun sahiblik və istifadəsinə verilməsini, X5 tərəfindən iddiaçıya hər hansı vəsait ödənilməməsini, qeyd olunanlara əsasən cavabdeh tərəfindən iddiaçıya hər hansı ziyanın v urulması, habelə zərərin mövcudluğu faktının aşkar olunmaması işə baxan məhkəmələr tərəfindən haqlı olaraq qeyd edilmişdir.
47. Mülki qanunvericiliyə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş üzrə sübutları nəzərdən keçirdikdə icarəçi tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına və icarəyəverənə zərər vurulmasına rast gəlinmir və qeyd olunan hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
48. İddiaçının is tinad etdiyi müqavilənin 8-ci bəndi əvvəlcədən ifadə edilmiş və dəfələrlə istifadə üçün nəzərdə tutulmuş standart şərtdir, müqavilənin istənilən halda ləğv olunmasını deyil, qanunvericiliklə yol verilən hallarda ləğv olunma qaydasını ehtiva edir.
49. Məhkəmə təcrübəsinin vahidliyi baxımından iş üzrə əhəmiyyət kəsb edən X3 hazırki iş üzrə cavabdehə qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbi üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2023-cü il 28 noyabr tarixli 2(102)-4013 nömrəli Qərarına nəzər yetirmək lazımdır. Həmin işdə məhkəmə hesab etmişdir ki, “.. iddiaçı cavabdehlə bağladığı müqavilənin ləğvinin təsbit olunmasını xahiş etsə də, işə mahiyyəti üzrə baxan məhkəmələr iş materialları əsasında bu qənaətə gəlmişlər ki, müqavilənin 8-ci bəndi ləğv üçün qanunda nəzərdə tutulan əsaslar o lduğu halda tətbiq edilə bilər. Lakin müqavilə öhdəliyinin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları sübuta yetirilməmişdir”.
50. Cavabdeh tərəfindən iddiaçının sağlamlığının pozulmasına səbəb olan heç bir hüquqa zidd əmələ yol verilmədiyindən, mənəvi zərərin əvəzinin ödənilməsi tərəfimizdən qəbul edilməzdir. Eyni zamanda mülki qanunvericiliyə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 2018-ci il 3 noyabr tarixli qərarına və bununla bağlı digər qanunvericilik aktlarına əsasən, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanuns uz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı sübut da təqdim olunmamışdır. Belə olan təqdirdə, cavabdehdən bununla bağlı 10.000 manat dəyərində pulun tələb edilməsi əsassız və qanunsuzdur. Kassasiya baxışının hədləri
51. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alı nması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
53. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
417. Müqavilənin standart şərtləri anlayışı 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifa də edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.” “Maddə
689. Kirayə müddəti 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. 689.2. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavil ənin ləğvinə dair bildiriş verə bilər.” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” “Maddə
704. İcarə müqaviləsinin ləğvi 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir....” “Maddə
705. İcarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.”
54. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 56.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
57. İddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər, iddia tələbi və apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.
58. Məhkəmə kollegiyası iddiaçı tərəfindən hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 15-20, 24-35-ci bəndləri). Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual q anunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır
59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
60. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 iyul tarixli 22(103)-555/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.