Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-644/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Ləğv prosesində olan QSC “x” Kommersiya Bankının cavabdehlər Cavabdeh1 QSC-yə və Cavabdeh2 ASC-yə qarşı “pulun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit tələbləri üzrə iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 9 iyul tarixli, 22(102 )-675/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 2014-cü il 22 may tarixli, xx/xx/1592/14 nömrəli kredit müqaviləsi ilə QSC “x” Kommersiya Bankı tərəfindən Cavabdeh1 MMC-yə 60 ay müddətinə, 2019-cu 22 may tarixədək, illik 8% ödəmək şərti ilə 12.513.971,36 manat kredit vermişdir.
2. Kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq Cavabdeh1 MMC 2014-cü il 6 avqust tarixli, 1xx/xx/1592/14/-1 saylı sonrakı girov müqaviləsi ilə özünə məxsus olan Cavabdeh2 ASC-nin nominal dəyəri 24 manat olan 843.113 ədəd sənədsiz adlı adi səhmlərini sonrakı girovla yüklü etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsind əki icraat
3. İddiaçı Ləğv prosesində olan QSC “x” Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 2014-cü il 22 may tarixində kredit verilməsi haqqında 1xx/xx/1592/14 saylı kredit müqaviləsi üzrə 7.097.654,44 manat məbləğində əsas, 2.377.005,05 manat məbləğində faiz, 791.704,96 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1.015.363,70 manat məbləğində faiz məbləğinin, ümumilikdə isə 11.281.728,15 manat pulun, ödənilmiş 6.030,86 manat dövlət rüsumunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilən 400 manat pul məbləğinin iddiaçının xeyrinə tutulması, cavabdeh MMC-dən tutulmalı olan məbləğin mülkiyyətində olan 2014-cü il 6 avqust tarixli 1xx/xx/1592/14/-1 saylı sonrakı girov müqaviləsi əsasında iddiaçı qarşısında ipoteka ilə y üklü edilmiş Nominal dəyəri 24 manat olan Cavabdeh2 ASC-nin 843113 ədəd sənədsiz adı səhminə tutma yönəldilməsi və yönəldikdən sonra açıq hərracdan satılması, girov predmeti satıldıqdan sonra kredit müqaviləsi üzrə öhdəliyin lazımınca və tam icra olunmasına kifayət etmədikdə qalan borcun kredit müqaviləsi üzrə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia belə əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmişdir. Lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər icra edilməmişdir.
5. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz və iddia müddətinin tətbiqinə dair ərizə təqdi m edərək göstərmişdir ki, kredit müqaviləsində kreditin ödənilməli olduğu son tarix 2019-cu il 22 may göstərilmiş, 2023-cü il 18 yanvar tarixində iddiaçı tərəfindən məhkəməyə iddia verilərkən 3 il 8 ay keçmiş, bununla da, iddia müddəti ötürülmüşdür.
6. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2023-cü il 8 sentyabr tarixli rəyinə əsasən, 2014-cü il 22 may tarixli 1xx/xx/1592/14 nömrəli kredit müqaviləsinin kredit şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 2019-cu il 22 may tarixinə MMC-nin iddiaçıya borcu 7.701.237,83 manat müəyyən edilmişdir. Müqavilə müddətinin bitdiyi 2019-cu il 22 may tarixindən 2022-ci il 17 mart tarixinədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 886.494,78 manat təşkil edir. 2022-ci il 17 mart tarixinə MMC-nin iddiaçıya 8.587.732,61 manat müəyyən edilmişdir (əsas borc 6.288.435,9, faiz borcu 1.412.801,93, faiz borcu 5% ilə 886.494,78). MMC tərəfindən kredit müqaviləsi üzrə son ödəniş 2016-cı il 1 avqust tarixində 46.332,84 manat olmuşdur.
7. İş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 30 dekabr tarixli ekspert rəyi əvvəlki ekspertiza rəyi ilə eyni olmuşdur.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 9 aprel tarixli, e-2-2(113)-55/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim G.Namazova).
9. Birinci instansiya məhkəməsi cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının haz ırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olubolmaması məsələsini aydınlaşdırmağı zəruri hesab etmiş və qeyd etmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir. Belə ki, bu hüquq münasibəti çərçivəsində iddiaçının cavabdehdən götürülən kredit üzrə əsas, faiz və cərimə borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır. Cavabdeh MMC 2019-cu il 22 may tarixində müqavilə müddətinin bitdiyinə, iddia müddətinin keçməsinə əsaslanmaqla iddianın rəddini xahiş etmişdir.
10. Məhkəmə iş üzrə keçirilmiş ekspert rəyinə istinadən qeyd etmişdir ki, MMC-nin iddiaçıya ödənilməmiş borcun mövcudluğu müəyyən olunur. Beləliklə, cavabdeh müqavilə üzrə kreditin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq tərəflər arasında bağlanan müqavilə dən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
11. Bununla belə, birinci instansiya məhkəməsi iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddiaçı nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırdığından, iddia tələbinin təmin edilməsini mümkün saymamışdır.
12. Belə ki, tərəflər arasında bağlanmış 2014-cü il 22 may tarixli, xx/xx/1592/14 saylı kredit müqaviləyə əsasən öhdəliyin icrası müddətinin son tarixi 2019-cu il 22 may olaraq müəyyən edilmişdir. Ekspert rəyinə əsasən 2014-cü il 22 may tarixli, xx/xx/1592/14 saylı kredit müqaviləsi üzrə MMC tərəfindən sonuncu ödənişin 2016-cı il 1 avqust tarixində aparıldığı müəyyən edilmişdir.
13. İlkin olaraq iddiaçı tərəfindən 2022-ci il 2 no yabr tarixində “Mediasiya prosesinin tətbiqi barədə təklifi”ə əsasən bir kredit müqaviləsi üzrə, yəni iddiaçı ilə MMC arasında bağlanmış 2014-cü il 22 may tarixli, xx/xx/1592/14 saylı kredit müqaviləsinin bağlandığı, həmin kredit müqaviləsinin təminatı olaraq MMC-nin sahibliyində olan ASC-dəki səhmlərinin ipoteka ilə yüklü edildiyini və həmin kredit müqaviləsi üzrə ümumilikdə 11281728,15 manat borcun olduğu göstərilmişdir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçının 2022-ci il 1 avqust tarixində məhkəməyə müraciət etməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmamış və həmin müddətin axımı ümumi qaydada davam etmişdir. Belə olan halda isə 3 illik iddia müddəti 2022-ci il 1 avqust tarixində bitmişdir. İddiaçı tərəfindən ikinci dəfə “Mediasiya prosesinin tətbiqi barədə təklif” məktubu 20 22-ci il 2 noyabr tarixində cavabdehlərə göndərilmişdir. Bu hal isə iddia müddətinin dayandırılmasına səbəb olmamışdır. Çünki yuxarıda da qeyd edildiyi kimi iddia müddəti 2022-ci il 1 avqust tarixində artıq bitmişdir. Göründüyü kimi iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür.
15. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Bakı 8 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” tərtib olunmuş, iddiaçı arayışı aldıqdıqdan sonra 2023-cü il 18 yanvar tarixində hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni sonuncu “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” aldıqdan 5 gün sonra (müddəti 5 gün də ötürməklə) hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
16. Həmçinin məhkəmə iddia tələbində cavabdeh qismində göstərilmiş ASC-yə münasibətdə qeyd etmişdir ki, ASC nə kredit, nə də girov müqaviləsi üzrə tərəf olmamış, sadəcə girov qismində iddiaçıya borc öhdəliyinin təminatı kimi MMC-yə məxsus nominal dəyəri 24 manat olan ASC-nin 843.113 ədəd sənədsiz adı səhm girov qoyulmuşdur. Beləliklə, ASC-nin cavabdeh qismində göstərilməsi və ona qarşı hazırkı iddia ərizəsinin irəli sürülməsi tamamilə əsassızdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 375.2, 380.1, 381.1, 385.1, 386, 442, 443.1, 448.1, 739-cu, “Mediasiya haqqında” Qanunun 35.1, 35.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 5 iyun tarixli Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı Ləğv prosesində olan QSC “x” Kommersiya Bankı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul e dilməsini xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 iyul tarixli 2-2(103)-675/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim R.Qurbanov, hakimlər V.Baxışova, Z.Şirinov).
20. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 462 və 445.7-ci maddələri təşkil edir.
21. Hazırkı işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 QSC öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir. Belə ki, kredit borcunun məbləğinin müəyyənləşdirilməsi məq sədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 30 dekabr 2023-cü il tarixli rəyi verilmişdir. Beləliklə, cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya borclu olması təsdiq olunur. Bu mənada apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının iddia tələbi əsaslı hesab edilə bilər.
22. Bununla yanaşı, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, tərəflər arasında bağlanmış 22 may 2014-cü il tarixli, xx/xx/1592/14 saylı kredit müqaviləyə əsasən öhdəliyin icrası müddətinin son tarixi 22 may 2019-cu il olaraq müəyyən edilmişdir. Ekspert rəyinə əsasən həmin kredit müqaviləsi üzrə Cavabdeh1 MMC tərəfindən sonuncu ödənişin 01 avqust 2016-cı tarixdə aparıldığı müəyyən edilmişdir. Buna görə də, müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı 23 may 2019-cu il tarixdən hesablanmalıdır.
23. Eyni zamanda işdən görünür ki, iddiaçı LPO QSC “x” Kommersiya Bankı tərəfindən birinci dəfə 06 aprel 2022-ci il tarixli **********959 saylı “Mediasiya prosesinin tətbiqi barədə təklifi” məktubu tərtib edilmişdir. Həmin təklif 29 aprel 2022-ci il tarixdə elektron qaydada cavabdehə göndərilmişdir. 24. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 21.5-ci mad dəsində isə təsbit olunmuşdur ki, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
25. Göründüyü kimi, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyin icrasını tələb etmək hüququnun yarandığı gündən üç il müddətin tamamlanmasına (23 may 2022) 24 gün qalmış, yəni 29 aprel 2022-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə qarşı tərəfə təklif göndərmiş və məhz həmin tarixdən də iddia müddətinin axımı dayandırılmışdır.
26. İddiaçının bu təklifi əsasında 22 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı kredit müqaviləsi üzrə mediasiya prosesi başlanmış və mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16 iyun 2022-ci il tarixli arayış tərtib edilmişdir.
27. İddiaçının təqdim etdiyi həmin arayışdan görünür ki, o, banka 29 iyul 2022-ci il tarixdə daxil olmuşdur. “Mediasiya haqqında” Qanunun 35.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı 30 iyul 2022-ci il tarixdən həmin gün də daxil olmaqla hesablanmağa davam etmişdir. Həmin tarixdən 9 gün sonra, yəni 08 avqust 2022-ci il tarix də iddiaçı birinci dəfə iddia müddətinin bitməsinə 15 gün (24-9) qalmış Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.
28. Bununla yanaşı, Bakı Kommersiya Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e2-2(113)-4555/2022 nömrəli qərardadı ilə iddiaçı tərəfindən 02 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı və 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqavilələri üzrə mediasiya sessiyasında iştirakla bağlı arayışları ayrı-ayrılıqda təqdim etməli olduğu halda, yalnız 1 ədəd ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı təqdim etməsi əsası ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilm əmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2-2(103)-1090/2022 nömrəli qərardadı ilə iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin kommersiya mübahisəsi üzrə qəbul etdiyi 30 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 381.1-ci maddəsinə istinad etməklə hesab etmişdir ki, iddiaçının 08 avqust 2022-ci il tarixdə məhkəməyə müraciət etməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmamış və həmin müddətin axımı ümumi qaydada davam etmişdir. Belə olan halda isə 3 illik iddia müddəti 22 avqust 2022-ci il tarixdə bitmişdir.
30. Eyni zaman da apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən ikinci dəfə “Mediasiya prosesinin tətbiqi barədə təklifi” məktubu 02 noyabr 2022-ci il tarixdə cavabdehlərə göndərilmişdir. Bu hal isə iddia müddətinin dayandırılmasına səbəb olmamışdır. Çünki yuxarıda da qeyd edildiyi kimi iddia müddəti 22 avqust 2022-ci il tarixdə artıq bitmişdir. Göründüyü kimi iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür.
31. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən 01 avqust 2016-cı il tarixdən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəs ilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq və Mülki Məcəllənin 375.2 və 376-cı maddələrinə əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əsas öhdəlik olan kredit müqaviləsi üzrə borcluya qarşı irəli sürülmüş iddia tələbləri, habelə əlavə tələb üzrə girov qoyana qarşı irəli sürülmüş iddia tələbləri iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.
32. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən apellyasiya məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 380.1-ci maddəsində iddia müddətinin axımının kəsilməsinə səbəb olan iki hal müəyyən edilmişdir. Birincisi – tələbkar tərəfindən müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi, ikincisi – borclu şəxs tərəfindən borcu e tiraf etməsini göstərən hərəkətlərin edilməsi. Mülki Məcəllənin 380.2-ci maddəsinin dispozisiya şərtlərinə əsasən isə müəyyən edilir ki, iddia müddətinin axımı kəsildikdə, keçmiş vaxt yeni müddətə daxil edilmir, yəni iddia müddəti sıfırlanır və yenidən hesablanmaya başlanır. Məsələn borclu tərəfindən qismən ödəniş edildiyi halda, iddia müddətinin axımı kəsilir və yeni müddətin hesablanması başlanır.
33. Tələbkar tərəfindən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldüyü halda isə başqa nəticə yaranır. Belə ki, bu halda iddia müddətinin axımı kəsilir, işə baxıldığı bütün müddət üzrə iddia müddətinin hesablanmasında fasilə yaranır və mübahisəni mahiyyəti üzrə həll edən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər yeni müddətin hesablanması başlanmır. Həmin qərarla tərəflər arasında olan büt ün mübahisə həll edildikdə mübahisəyə son qoyulur, mübahisə qismən həll edildikdə isə (məsələn: kredit müqaviləsi üzrə tam borc deyil, onun bir hissəsinin ödənilməsi tələbi irəli sürülür və s.) yeni müddətin hesablanması başlanır. Bununla yanaşı, iddia müddətinin axımının kəsilməsinə səbəb olan tələbkarın iddiası mahiyyəti üzrə həll olunmadan baxılmamış da saxlanıla bilər. Bu halda isə Mülki Məcəllənin 381.1-ci maddəsində müəyyən edilən nəticə yaranır və iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni həmin iddianın irəli sürülməsi artıq iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddət başlanmış iddia müddətindən çıxılmır.
34. Apellyasiya instansiyası məhkəməsi izah etmişdir ki, əks yanaşma, yəni həmin müddətin başlanmış iddia müddətindən çıxılması iddia müddətinin kəsilməsi anlayışına ziddir. Çünki yuxarıda qeyd edildiyi kimi iddia müddətinin axımının kəsilməsi müddətin dayandırılmasına deyil, sıfırlanaraq yenidən hesablanması ilə nəticələnir. Yalnız cinayət işində irəli sürülmüş iddiaya dair qanunvericilikdə başqa qayda müəyyən edilmişdir. Göründüyü kimi Mülki Məcəllə cinayət işində irəli sürülmüş iddiaya dair başqa qaydanı, yəni həmin iddianın irəli sürülməsini iddia müddətinin kəsilməsi kimi deyil, dayandırılması kimi müəyyən etmişdir.
35. Bu baxımdan apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının birinci dəfə məhkəməyə müraciət etdiyi 08 avqust 2022-ci il tarixdən həmin iddianın baxılmamış saxlanması barədə qərardadın qüvvəyə mindiyi 01 noyabr 2022 -ci il tarixə qədər olan müddətin iddia müddətindən çıxılması üçün əsaslar mövcud deyil və həmin müddət də axımı 23 may 2019-cu il tarixdən başlanmış iddia müddətinə daxil edilir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
36. İddiaçı Ləğv prosesində olan QSC “x” Kommersiya Bankı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: - Mülki Məcəllənin 373.2, 374.1, 379.1.6, 375.2, 377.2, 381.1, 385.1-ci maddələri və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.4.2, 35-ci maddəsi üzrə - iddia çı ilə cavabdeh MMC arasında bağlanmış 2014-cü il 22 may tarixli kredit müqaviləsi üzrə “mediasiya prosesinin tətbiqi barədə təklif” məktubu 2022-ci il 12 aprel tarixində cavabdehlərə göndərildiyi vaxtdan qanunvericiliyin tələbinə əsasən iddia müddətinin axımı dayanmışdır. Mediasiya prosesi yekunlaşdıqdan sonra 2022-ci il 8 avqust tarixində məhkəməyə müraciət edilmiş və həmin müraciət məhkəmələr tərəfindən baxılmamış saxlanılmışdır. Bu səbəbdən də iddia müddətinin axımı baxılmamış saxlanılma haqqında məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra yenidən davam etməlidir. 2014-cü il 22 may tarixli, 1xx/xx/1592/14 saylı kredit müqaviləsinin icra müddəti 2019-cu il 22 may tarixində bitmişdir. Bundan sonra tərəflər arasında borcun ödənilməsi ilə bağlı şifahi danışıqlar aparılmış və kredit müqa viləsi üzrə iddia müddətinin bitməsinə 41 gün qalmış 2022-ci il 6 aprel tarixli “mediasiya prosesinin tətbiqi barədə təklif” məktubu 2022-ci il 12 aprel tarixində cavabdehlərə göndərilmişdir. Təklif məktubunun cavabdehlərə göndərilməsi ilə hazırkı mübahisə üzrə mediasiya prosesi tətbiq olunmuş və qanunvericiliyin tələbinə uyğun olaraq həmin vaxtdan etibarən iddia müddətinin axımı dayanmışdır. Həmin təklif məktubunun cavabdehlərə çatdırılmasından 10 iş günü keçdikdən sonra iddiaçı tərəfindən Bakı 5 saylı Mediasiya Təşkilatına müraciət olunmuş və qanunvericiliyə uyğun olaraq mediasiya prosesinin sonunda 2022-ci il 16 iyun tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış tərtib olunaraq 2022-ci il 29 iyul tarixində ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əm anətlərin Sığortalanması Fonduna təqdim olunmuşdur. “Mediasiya haqqında” qanunun 32.4.2 və 35.2-ci maddəsinə əsasən, iddia müddətinin axımı həmin gündən, yəni arayışın təqdim olunduğu vaxtdan davam edir. Bundan 9 gün sonra, yəni 2022-ci il 8 avqust tarixində iddia müddətinin bitməsinə 32 gün (41 gün - 9 gün) qalmış Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Lakin Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 30 avqust tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yəni, məhkəmə iddiaçı tərəfindən verilmiş iddia ərizəsini icraata götürməyərək, geri qaytara bilərdi və həmin vaxt çatışmazlıqlar iddiaçı tərəfindən aradan qaldırılar və yenidən məhkəməyə müraciət olunardı. Həmçinin, məhkəmə iddia ərizəsini icraata qəbul etdikdən sonra iki kredit müqaviləsi üzrə olan tələbi ayrıca icraata ayıra bilər və bir kredit müqaviləsi üzrə tələbi baxılmamış saxlaya bilərdi. Belə olduğu halda da baxılmamış saxlanılan kredit müqaviləsi üzrə də çatışmazlıqlar iddiaçı tərəfindən aradan qaldırılar və yenidən məhkəməyə müraciət olunardı. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 1 noyabr tarixli qərardadı qanuni qüvvəsini aldıqdan 1 gün sonra, iddia müddətinin bitməsinə 31 gün (32 gün - 1 gün) qalmış məhkəmə qərarında qeyd olunan çatışmazlıqlar aradan qaldırılaraq, 2022-ci il 2 noyabr tarixində yenidən mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ilə cavabdehlərə müraciət olunmuşdur. Təklif məktubu cavabdehlərə çatdırıldıqdan 10 iş günü sonra, 2022-ci il 22 noyabr tarixində “İlkin mediasiya sessiyası üçün ərizə” ilə Bakı 12 saylı Mediasiya təşkilatına müraci ət olunmuşdur. Bakı 12 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən tərəflərə mediasiya prosesində iştirak edilməsi ilə bağlı bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən mediatora edilmiş etiraza əsasən 2022-ci il 20 dekabr tarixində “mediasiya prosesinə xitam verilməsi haqqında protokol” tərtib edilmişdir. Elə həmin gün 2022-ci il 20 dekabr tarixində cavabdehin əsassız etirazlarının qarşısının alınması üçün mediasiya işini Bakı şəhərində yerləşən hər hansı bir mediasiya təşkilatına göndərməsi üçün Bank tərəfindən “ilkin mediasiya sessiyasına dair ərizə” ilə Mediasiya Şurasına müraciət olunmuşdur. Mediasiya Şurası həmin ərizəni Bakı 8 saylı Mediasiya təşkilatına göndərmiş və həmin təşkilat tərəfindən ərizə icraata götürülmüşdür. Bakı 8 saylı Mediasiya təşkilatının mediatoru tər əfindən tərəflərə bildiriş göndərilmiş, lakin cavabdehlər mediasiya prosesində iştirak etmədiklərinə görə 2023-cü il 13 yanvar tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” tərtib olunmuş və Fonda təqdim olunmuşdur. Bundan 10 gün sonra, yəni iddia müddətinin bitməsinə 21 gün (31 gün - 10 gün) qalmış, 2022-ci il 23 yanvar tarixində iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Qeyd olunanları nəzərə alaraq iddiaçı hesab etmişdir ki, hazırkı mübahisə üzrə iddia müddətinin bitməsinə 10 gün qalmış məhkəməyə müraciət olunmuş və müqavilə tələbləri üzrə tətbiq olunan 3 illik iddia müddəti Bank tərəfindən ötürülməmişdir. Lakin qeyd olunan hallar nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. - Mülki Prosessual Məcəllənin 88, 218.1, 217-ci maddələri üzrə - apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Hazırkı iş üzrə məhkəmə yalnız iddia müddətinin tətbiqi barədə ərizəyə istinad edərək iddia tələbini rədd etmişdir. Apellyasiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və əsaslı deyildir.
38. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
39. Cavabdeh1 MMC kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
40. Etiraz belə əsaslandırıl mışdır ki, iddiaçının 5 saylı mediasiya təşkilatı tərəfindən verilmiş 2022-ci il 16 iyun tarixli arayışın iddiaçının dəftərxanasına qəbul edilməsi tarixinə istinad edərək iddia müddətinin bir hissəsinin bundan hesablanması haqda dəlili əsassızdır. Əvvəla, artıq başqa bir işdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)4555/2022 saylı iş üzrə 2022-ci il 30 avqust tarixli, 2022-ci il 19 oktyabr tarixli Qərardadları ilə, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1090/2022 saylı iş üzrə, 2022-ci il 1 noyabr tarixli Qərardadları ilə qeyd edilən arayışın ümumiyyətlə qanuna uyğun verilmədiyi, iki müxtəlif borclu və mübahisəyə dair 1 arayış verildiyi və bu səbəbdən də 2022-ci il 16 iyun tarixli arayış “Mediasiya haqqında” Qanunun 29.1-ci maddəsinə uyğun olmadığından həmin arayışın qanuna uyğun olmadığ ı və qanuna uyğun verilmədiyi müəyyən edilmişdir. Habelə, hazırda cari işdə olan əsaslarla, eyni mediasiya işi, eyni hallar, həmin müddətlər icraatı başa çatmış başqa bir iş üzrə iddia müddəti tətbiq edilmiş və iddia rədd edilmişdir. Həmin iş üzrə apellyasiya və kassasiya şikayətləri verilsə də, heç bir şikayət təmin edilməmişdir və hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 22(102)-265/2024 saylı, 2024-cü il 31 may tarixli Qərarı ilə hazırkı işdə olan hallar üzrə iddia müddəti ilə bağlı məsələyə hüquqi qiymət verilmişdir. Həmin işdə eyni mediasiya və eyni hallar, eyni müddətlərə münasibət bildirilmiş, hüquqi mövqe müəyyən edilmişdir. Aşağı instansiya məhkəmələrində, məhkəmə araşdırması zamanı 2022-ci il 16 iyun tarixli mediasiya sessiyasında arayışın özündə də göstə rildiyi kimi, ikin mediasiya sessiyasında iddiaçının özünün iştirak etdiyi və mediator tərəfindən verilmiş 2022-ci il 16 iyun tarixli arayışın sonradan hansı səbəbdən 41 gün keçdikdən sonra iddiaçının dəftərxanasına təqdim edildiyini iddiaçı cavablandıra bilməmişdir. İddiaçının kassasiya şikayətində göstərdiyi cavabdehlərin 12 saylı Mediasiya təşkilatının mediatoruna etiraz etməsi dəlili anlaşılan deyildir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi 12 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş 2022-ci il 20 dekabr tarixli “mediasiya prosesinə xitam verilməsi haqqında protokol”da mediasiya prosesinin xitamına əsas kimi mediator iddiaçının özünün mediasiya prosesindən imtina etdiyini göstərmişdir. Bundan başqa “İddianın baxılmamış saxlanılması iddia müddətinin dayanmasına əsasdır” kimi iddiaçının dəlili də əsaslı sayıla bilməz. Mülki qanunveriliciliyinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Cavabdeh “Mediasiya haqqında” Qanuna istinadən qeyd edir ki, iddiaçının həm 2022-ci il 6 aprel tarixli mediasiya təklifi və bunun əsasında tətbiq edilən, 5 saylı mediasiya təşkilatı tərəfindən aparılan mediasiya prosesi ilə bir dəfə iddia müddətinin dayanması, bundan sonra 2022-ci il 2 noyabr tarixində yeni mediasiya təklifi və bununla da başqa mediasiya təşkilatında yeni mediyasiya prosesinə başlaması 2-ci dəfə iddia müddətini “Mediasiya haqqında” Qanunda nəzərdə tutulmayan qaydada, qanuna uyğun olmayan qaydada dayandırılması cəhdi, dəlili qəbul edilə bilməz. Mediasiya p rosesinin düzgün aparılmamasına dair çatışmamazlıqları mediasiya prosesini aparmış həmin 5 saylı mediasiya təşkilatında qanunvericiliyə əsasən davam etdirməli və aradan qaldırmalı idi. Yeni mediator, yeni mediasiya təklifləri, yeni mediasiya prosesləri hər dəfə iddia müddətinin dayanmasına səbəb ola bilməz. İddiaçı mediasiya prosesini 2022-ci il 29 aprel tarixində başladıqdan sonra qanunla müəyyən edilmiş müddətlərə əməl etmək üçün ləngimədən mediasiya təşkilatına (mediatora) müraciət etməli idi. Lakin iddiaçı 2022-ci il 13 may tarixində 5 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bundan sonra ilkin mediasiya sessiyası 2022-ci il 26 may tarixinə təyin edilmişdir. İddiaçıdan başqa cavabdehlərin heç biri həmin ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu halda “Mediasiya haqqında ” Qanunun 21.8, 24.7 və 32-ci maddələrinin tələblərinə əsasən mediasiya prosesi 2022-ci il 26 may tarixində tamamlanmalı, iddiaçıda müvafiq arayış və ya icraata xitam protokolu təqdim edilməli idi. İlkin mediasiya sessiyasına dəvət olunan cavabdehlərin heç biri ilkin sessiyada iştirak etməmişdir, nə də müddətin uzadılmasını xahiş etməmişlər, deməli mediasiya prosesinin uzadılmasına dair tərəflərin razılaşmasından mümkün deyildi. Lakin mediasiya prosesinin uzadılması tərəflərin birgə müraciəti deyil, qanuna zidd olaraq yalnız iddiaçının ərizəsi ilə həyata keçirilmişdir. Kassasiya baxışının hədləri
41. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməs i tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
42. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yox lanılması təşkil edir. Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə əri zə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Maddə
380. İddia mü ddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə
381. İddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir....” “Maddə
739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 44. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanma sına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında göstərilmişdir ki: “...İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektl ərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı) Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür....”
46. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən ed ilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası mə hkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
49. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin öhdəliyini tam icra etməməsi, həmin müqavilənin müddətinin 22 may 2019-cu il tarixdə bitməsi və bundan sonra cavabdehin borcun etirafına yönələn hərəkətlərin etməməsi və hazırkı iddianın verilməsi üçün iddiaçının “Mediasiya pros esinin tətbiqi barədə təklif” məktubu ilə cavabdehlərə 2022-ci il 2 noyabr tarixində, hazırkı iddia ərizəsi ilə isə məhkəməyə 2023cü il 18 yanvar tarixində müraciət etməsi işin mübahisə edilməyən hallarıdır.
50. İşin mübahisəli halı isə iddiaçının iddia müddəti bitmədən, yəni 29 aprel 2022-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə qarşı tərəfə təklif göndərməklə, 08 avqust 2022-ci il tarixdə isə birinci dəfə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməklə, iddia müddətinin kəsilib-kəsilməməsi və ya həmin tarixdən başlayaraq qeyd olunan iddianın baxılmamış saxlanılmasına dair birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 01 noyabr 2022-ci il tarixli qərardadı qəbul edildiyi tarixədək olan müddətin iddia müddətinin axımı hesablanarkən nəzərə alınmalı olub-olmamasıdır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin mübahisəli qeyd olunan hallarına hüquqi qiymət verərkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
52. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinin dispozisiya şərtindən müəyyən olunur ki, iddia müddətinin axımının kəsilməsinə tələbkar tərəfindən müəyyənləşdirilmiş qaydada iddianın sürülməsi əsas ola bilər. Hazırkı işdə isə iddiaçının birinci dəfə məhkəməyə “müəyyənləşdirilmiş qaydada” iddia sürülməsi müəyyən olunmur. Belə ki, iddiaçı hazırkı tələblə birinci dəfə iddia müddətini ötürmədən məhkəməyə müraciət etsə də, birinci instansiya məhkəməsi həmin iş üzrə müəyyən etmişdir ki, iddiaçı Cavabdeh1 QSC ilə bağladığ ı 22 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı kredit müqaviləsi və "xxxx" MMC arasında bağladığı 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə mediasiya sessiyasında iştirakla bağlı arayışı məhkəməyə təqdim etməli olduğu halda, yalnız 1 ədəd ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı əlavə etmiş və Mülki Prosessual Məcəllənin 259.0.13-ci maddəsinə istinad etməklə iddianı baxılmamış saxlamışdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianın mülki prosessual qanunvericiliyin tələblərinə uyğun vermədiyini müəyyən etmiş və apellyasiya instansiyası məhkəməsi 01 noyabr 2022-ci il tarixli qərardadı ilə bu mövqeyi əsaslı hesab etmişdir.
53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 380.1-ci maddəsi ilə əlaqəli olaraq Mülki Məcəllə nin 381.1-ci maddəsi də nəzərə alınmalıdır. Belə ki, həmin maddəyə görə isə iddia məhkəmə tərəfindən hər hansı səbəbə görə baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
54. Göründüyü kimi, bu maddənin dispozisiya şərtindən də görünür ki, iddia müddətinin axımı bitmədən iddia ərizəsi məhkəməyə verildiyi, lakin hər hansı əsasla baxılmamış saxlanıldığı təqdirdə, bu iddianın məhkəmənin icraatında olduğu dövr təkrar iddia üçün iddia müddətinin axımı hesablanarkən əhəmiyyət kəsb etmir.
55. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçü n tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan QSC “x” Kommersiya Bankı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 9 iyul tarixli, 2-2(102)-675/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.