Məhkəmə qərarları › İş №2-2(102)-647/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-647/2025

28.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-647/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyun tarixli 2-2(107)-88/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin hal ları

1. Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 m2-lik əmlak kompeksi İddiaçı adına xüsusi mülkiyyət kimi 2019-cu il 31 may tarixində dövlət qeydiyyatına alınmışdır.

2. Zaqatala Rayon Məhkəməsinin 2021-ci il 7 oktyabr tarixli 2(033)-661/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 m2-lik əmlak kompeksindən ( mağazalı qeyri-yaşayış binası) çıxarılması qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir.

3. Zaqatala rayon İcra və Probasiya Şöbəsinin 2024-cü il 26 fevral tarixli qərarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2021-ci il 7 oktyabr tarixli 2(033)-661/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Belə ki, icra sənədi üzrə borclu göstərilən (Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 m2lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası)) ünvanda yaşamadığını bildirmiş və həmin ünvana girməyəcəyi barədə ondan iltizam alınmışdır. Bu barədə icra məmuru tərəfindən 2023-cü il 16 fevral tarixində akt tərtib edilmişdir.

4. İddiaçı tərəfindən Cavabdeh 2009-cu il 21 avqust tarixindən 2019-cu il 21 avqust tarixinədək, yəni 10 il müddətinə olmaqla etibarnamə (birincinin əmlakları ilə bağlı ütün hərəkətləri həyata keçirmək, əqlər bağlamaq və s. ilə bağlı) verilmişdir.

5. Zaqatala Rayon Məhkəməsinin 2020-ci il 7 oktyabr tarixli 2(033)-230/2020 nömrəli qətnaməsi ilə “Zaqatala RKC İdarə Heyətinin 2003-cü il 8 sentyabr tarixli 10 saylı qərarının, Azərittifaqın 2003-cü il 5 sentyabr tarixli 152 saylı qərarının, Zaqatala rayon Dövlət Notariat kontorunda bağlanmış 2005-ci il 14 fevral tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi 2007-ci il 28 dekabr tarixli qeydiyyatın etibarsız hesab edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” qət edilmişdir. X3 Məhkəməsi Mülki Kollegiyasının 2021-ci il 31 mart tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 2020-ci il 7 oktyabr tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir.

6. Zaqatala Rayon Məhkəməsinin 2021-ci il 22 fevral tarixli 2(033)-12/2021 nömrəli qətnaməs i ilə ilk iddia təmin edilərək Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. X3 Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 12 may tarixli 2(107)-57/2022 nömrəli qətnaməsindən görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 2021-ci il 22 fevral tarixli 2(033)-12/2021 nömrəli qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, ünvan 3 ünvanında yerləşən hamam binası, yeməkxana, məişət binası və qazanxana binasının təmir-bərpa işlərinə görə xərclənmiş 34 688,5 manat pul və 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı tutularaq qarşılıqlı iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin ilkin İddiaçı 34 688,5 manat pul və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq qarşılıqlı iddiaçı Cavabdeh verilməsinin və qarşılıqlı iddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmasının eyni vaxta icra edilməsi qət edilmiş və qanuni qüvvəyə minmişdir.

7. Zaqatala Rayon Məhkəməsinin 2021-ci il 25 may tarixli 2(033)-545/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı iddiası təmin edilərək cavabdehdən iddia tələbində qeyd olunan 39 adda əşyanın naturada və ya d əyəri olan 26 385 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2021-ci il 7 oktyabr tarixli 2(107)-1563/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsi “iddia ərizəsində qeyd edilən əşyalar qətnamə icra edilərkən naturada mövcud olmadıqda, onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” kimi dəyişdirilmiş və qanuni qüvvəyə minmişdir.

8. Zaqatala Rayon Məhkəməsinin 2023-cü il 8 yanvar tarixli 2(033)-7/2023 nömrəli qətnaməsi ilə İddiaçı “Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyriyaşayış binasından (hamam, yeməkxana, məişət, qazanxana binası) istifadə edib icarə haqqı ödəməməklə ona vurduğu maddi ziyanın əvəzi olan 162 000 manatın, qazanxana binasını və ona aid əşyaları məhv etməsi nəticəsində dəymiş ziyanın əvəzi olan 62 000 manatın, vurmuş olduğu mənəvi ziyanın əvəzi olan 10 000 manatın ümumilikdə, 234 000 manat pulun alınaraq ona ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmiş və qanuni qüvvəyə minmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 13 fevral tarixində iddia və sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizələr ilə məhkəməyə müraciət edərək X1 (bundan sonra – “cavabdeh”) ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasından (bundan sonra – “qeyri-yaşayış binası”) mülkiyyət hüququnun həyata keçirilməsinə yaratdığı maneə nəticəsində vurduğu maddi zi yanın (əldən çıxmış fayda) əvəzi olan 70 800 manat pulun, yaşayış binasına aid 11 noyabr 2004-cü il tarixli, 399 inventar nömrəli texniki pasporda “Ç” tikilisi kimi qeyd olunmuş, uzunluğu 27 metr eni, 5,4 metr olan anbar binasının dəyərinin əvəzi olaraq 7 500 manat pulun və mənəvi zərərin əvəzi olan 2 000 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdeh qeyd olunan məhkəmə qətnamələrinin icrasına maneçilik törədir və onun həmin qeyri-yaşayış binasından gəlir əldə etməyinin qarşısını alır. Ona 2018-ci ildən bu yana dəfələrlə başqa şəxslər tərəfindən həmin binanı icarayə verməklə bağlı təkliflər gəlsə də, cavabdehin ailəsi həmin əmlakdan çıxmadığı üçün o binanı icarəyə verə bilməmişdir. Cavabdeh isə hazırda da həmin binada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edir. Qanunsuz müdaxilə olmasa idi, o qeyd olunan qeyri-yaşayış binasını icarəyə verməklə 2018-ci il üçün 12 000 manat, 2019-cu il üçün 10 800 manat, 2020-ci il üçün 9 600 manat, 2021-ci il üçün 10 800 manat, 2022-ci il üçün 12 000 manat, 2023-cü il üçün 13 200 manat, 2024-cü ilin yanvar və fevral ayları üzrə isə 2 400 manat olmaqla ümumilikdə 70 800 manat gəlir əldə edə bilərdi. Həmçinin qeyri-yaşayış binasına aid texniki pasportda “Ç” tikilisi kimi qeyd olunmuş uzunluğu 27 metr eni 5,4 metr olan anbar binasını cavabdeh sökmüş və söküntüdən əldə olunmuş tikinti materiallarını özü üçün istifadə etmişdir. Cavabdehin bu hərəkəti ilə iddiaçıya ümumilikdə 7 500 manat həcm ində ziyan vurulmuşdur. Cavabdehin qeyd olunan qanunsuz hərəkətlərinə görə ona mənəvi zərər də dəymişdir. Artıq 7 ildir ki, nə öz əmlakından istifadə edə bilir, nə də cavabdehin qanunsuz istifadəsinin qarşısını ala bilir.

11. Məhkəmə iclasında verdiyi izahatında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, iddiaçı ilə şərik olmuşdur. Həmin qeyri-yaşayış sahəsinin pulunu o ödəyib, amma rəsmiləşdirməni iddiaçının adına etmişlər. Aralarındakı razılaşmaya görə növbəti alınası əmlak onun adına rəsmiləşdirilməli idi. Sonra münasibətlərində soyuqluq yarandı, onun adına heç bir əmlak alınmadı. Bu günə qədər də aralarında mübahisə davam edir. Aralarında olan əmlak mübahisələri üzrə məhkəmə qətnamələri çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin qətnaməsinə əsasən o, qeyri-yaşayış sahəsindən çıxmışdır. Lakin onun ailə üzvləri həmin yerdən yaşayış sahəsi kimi istifadə edərək orada yaşayırlar. Halhazırda o özü də xəstə olduğu üçün ailə üzvləri ilə birlikdə həmin yerdə yaşayır, bu barədə müvəqqəti icazə almışdır. Həmin evdən çıxmaq istəmir. Belə ki, cavabdeh məhkəmə qətnaməsi əsasında ona verəcəyi pulu verməmişdir. O cavabadehdən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının təmir-bərpa işlərinə xərclədiyi və ona dəymiş maddi ziyanın əvəzi olaraq pul tələb etmiş, məhkəmə qərarı ilə iddiaçıdan ona 34 688,50 manat pul ödənilməsi qərara alınmışdır. Lakin iddiaçı hələ də ona bu pulu ödəməmişdir. Bu səbəbdən o, qeyri-yaşayış binasından çıxmır. Qeyri-yaşayış binasına aid “Ç” tikilisi onun tərəfindən sökülməmişdir. Həmin ünvandan çıxdığı üçün onun xəbəri yoxdur. Qeyriyaşayış bina sında mağaza işləmir, oradan yaşayış sahəsi kimi istifadə edir. Həmin ünvanda təndir işləyir, lakin həmin təndirin aylıq icarə haqqı ekspert rəyində göstərilən məbləğdə deyil.

12. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 17 yanvar tarixli müraciəti əsasında keçirilmiş daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizası üzrə Mərkəzi Ekspertiza Bürosu tərəfindən verilmiş 2025-ci il 18 fevral tarixli hesabatda qeyri-yaşayış binasının 2019-cu ilin sentyabr-dekabr ayları üçün hər ay 900 manat icarə haqqı olmaqla cəmi 3 600 manat, 2020-ci il üçün hər ay 800 manat olmaqla cəmi 9 600 manat, 2021-ci il üçün hər ay 900 manat olmaqla cəmi 10 800 manat, 2022-ci il üçün hər ay 1 000 manat olmaqla cəmi 12 000 manat, 2023-cü il üçün hər ay 1 100 manat olmaqla cəmi 13 200 manat, 2024-cü ilin fevral ayınadək 2 400 manat məbləğində icarə haqqı müəyyənləşdirilmişdir.

13. İddiaçının müraciəti əsasında təqdim edilmiş "xxxx" MMC-nin 2024-cü il 25 dekabr tarixli UNİ/D-31-678/2024 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, qeyri-yaşayış binasının “Ç” tikilisi olan altıaçığın dəyəri 7 000 manatdır.

14. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 20 fevral tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən maddi ziyanın əvəzi olaraq 51 600 manat məbləğində pul və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim: E.Hüseynova).

15. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının əmlakının həqiqətən qanunsuz istifadə olunduğu cavabdehin məhkəmə iclaslarında verdiyi izahatla öz təsdiqini tapır. Belə ki, cavabdeh iddiaçıya məxsus mağazalı qeyri-yaşayış binasından çıxmış olsa da, həmin ünvanda sahibkarlıq fəaliyyəti ilə davamlı olaraq məşğul olur, yəni təndir işlədir və oradan gəlir əldə edir. Həmçinin onun ailə üzvləri də göstərilən ünvanda yaşayır. Hazırkı dövrdə də xəstə olması ilə əlaqədar ailə üzvləri ilə birlikdə həmin əmlakdan yaşayış evi kimi istifadə edərək orada yaşayır. Bu faktı cavabdeh məhkəmə iclaslarında verdiyi izahatla təsdiq etmişdir.

16. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya məxsus əmlakdan 2009-cu il 21 avqust tarixindən 2019-cu il 21 avqust tarixinədək istifadə edərək gəlir əldə etməsinin qanuni əsası (etibarnaməyə əsasən) olmuşdur. İddiaçı ona məxsus qeyri-yaşayış sahəsindən istifa də nəticəsində cavabdehdən 2019-cu ilin 21 avqust tarixinədək olan müddətdə ona dəymiş maddi zərərinin əvəzini tələb etməkdə haqlı deyildir. Həmçinin iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamənin ləğvi barədə məhkəməyə sübut təqdim olunmamışdır. Etibarnamənin müddəti bitdikdən sonra da cavabdeh iddiaçıya məxsus daşınmaz əmlakda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda davam edir. Həmçinin tərəflər arasında icarə müqavilə münasibətləri olmadığı da müəyyənləşdirilmişdir. 17. 2019-cu il 21 avqust tarixində iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamə qüvvədən düşdüyündən həmin tarixdən sonrakı müddət ərzində cavabdehin qeyri-yaşayış sahəsindən istifadə etməsi qeyri-qanuni şəkildə həyata keçirilmiş və nəticədə iddiaçıya maddi zərər dəymişdir.

18. Belə ki, Mərkəzi Ekspertiza Bürosunu n hesabatına əsas götürən məhkəmə belə qənaətə gəlmişdir ki, 2019-cu ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək olan dövr ərzində (3 600+9 600+10 800+12 000+13 200+2 400) cəmi 51 600 manat məbləğində dəymiş ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Məhkəmə iddia tələbinin qeyri-yaşayış sahəsində olmuş “Ç” tikilisi ilə bağlı hissəsini əsassız edərək vurğulamışdır ki, iddiaçı “Ç” tikilisinin cavabdeh tərəfindən sökülməsini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı yalnız həmin tikilinin dəyəri barədə ekspert rəyini vermişdir. Həmin rəy də mövcud olmayan tikili barədə olduğundan sübut kimi əhəmiyyətini itirmiş hesab edilir.

20. Məhkəmə iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının əmlakından cavabdeh tərəfindən 5 ildən artıq müddətdə qanunsuz istifadə olunması və onun əmlakından məhrum olması iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi üçün yetərli əsasdır. Lakin bu cür mənəvi sarsıntı nəticəsində dəymiş mənəvi zərərin ağırlıq dərəcəsini müəyyənləşdirmək mümkün olmasa da, işin hallarını nəzərə almaqla mənəvi zərərin əvəzi olaraq cavabdehdən 200 manat pulun tutularaq iddiaçıya ödənilməsi ağlabatandır.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 135.4, 135.10, 152.5, 152.8, 157.5, 359.1, 362.1, 362.2, 363.1, 365.1, 365.1.1, 560.1, 560.2, 560.3.4, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1, 82.3, 217.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

22. İddiaçı həmin qətnamədən a pellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun təmin olunan hissəsində ləğv və həmin hissədə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyun tarixli 2-2(107)-88/2025 nömrəli qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılaraq iddianın təmin olunmaması, eləcə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət olunmuşdur (hakimlər: Z.Sadıqov – sədrlik edən və məruzəçi, E.Hüseynov və Ə.Kərimov).

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisənin predmeti olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən zəbt edilməmiş və iddiaçının iddia ərizəsində göstərilənlərin əksinə olaraq iddiaçının (mülkiyyətçinin) vermiş olduğu etibarnamə əsasında cavabdeh tərəfindən həmin əmlakdan istifadə olunmuşdur. Lakin tərəflər arasında məlum əmlakın istifadə və idarə olunması üzrə mövcud münasibətlər pozulduqdan sonra isə cavabdehin həmin əmlakdan çıxarılması barədə qətnamə çıxarılmış və həmin qətnamə icra olunmuşdur (2023-cü il 16 fevral tarixli akta əsasən).

26. Məhkəmə kollegiyası işin konkret hallarını və aşağıda göstərilənləri nəzərə alaraq hesab etm işdir ki, birinci instansiya məhkəməsi iddia tələbini digər hissələrdə təmin etməməkdə haqlı olsa da, iddia tələbini “maddi ziyan kimi icarə haqqı olaraq əldən çıxmış faydanın və mənəvi zərərin tutulması” hissəsində qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

27. İddia ərizəsində qeyd olunduğu kimi cavabdeh tərəfindən “qanunsuz zəbt” edilməmiş və iddiaçı tərəfindən geniş səlahiyyətlər verən etibarnamə əsasında həmin əmlak uzun müddət cavabdeh tərəfin istifadəsində və sahibliyində olmuşdur. Bu səlahiyyətlər çərçivəsində də cavabdeh tərəf həmin əmlak kompleksinin yararlı hissəsindən yaşayış yeri kimi istifadə etmiş, digər hissələrindən isə istifadə etməmiş, iddiaçı isə həmin illər ərzində buna heç bir etiraz bildirməmişdir. Eyni zamanda, iddia ərizəsində tələbin əsaslandırıldığı “cavab deh isə hazırda da həmin binada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edir” xüsusatı da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

28. İş materiallarında “təndir” (çörək bişirilib-satılan yer) kimi qeyd olunan qeyriyaşayış sahəsi isə, ümumiyyətlə, iddiaçının mülkiyyətində olan mübahisəli qeyri-yaşayış sahəsinə aid deyildir. Bununla belə, birinci instansiya məhkəməsinin qətnaməsində istinad olunan mütəxəssis hesabatının və eləcə də iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyinin mübahisənin aid olduğu dövrdə yaşayış yeri kimi istifadə olunmuş və məhkəmə araşdırması zamanı konkret olaraq hər hansı bir sahibkarlıq fəaliyyəti üzrə istifadə oluna bilməsi təsdiq edilməyən tikililərlə əlaqədar ayrı-ayrı illər üzrə icarə haqqının müəyyən edilməsində mötəbər sübut kimi nəzərə alınması mümkün deyildir.

29. Həmçinin iddiaçı Zaqatala Rayon Məhkəməsinin 2021-ci il 7 oktyabr tarixli 2(033)-661/2021 nömrəli qətnaməsinin qəbul edilməsi ilə nəticələnmiş hazırkı iş üzrə cavabdehin “həmin qeyri-yaşayış sahəsindən çıxarılması” barədə iddia ərizəsini verərkən 2018-ci il də daxil olmaqla həmin iddia ərizəsini verdiyi dövrədək qeyd olunan daşınmaz əmlakı icarəyə verəcəyi təqdirdə əldə edəcəyi gəliri - “əldən çıxmış fayda qismində dəymiş zərər” olaraq tələb etməmişdir. Halbuki iddiaçı hazırkı qeyd olunan tələbində haqlı olduğunu hesab etdiyi halda, 2018-ci ildən etibarən uzun müddət keçməsinə baxmayaraq daha əvvəl, yəni 2021-ci ildə əmlakdan çıxarılma barədə iddia verərkən də belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməməsi ağlabatan deyildir. E yni zamanda, tərəflər arasında mövcud olmuş və uzun illər ərzində davam etmiş münasibətlər də hazırkı iddianın əsaslılığını şübhə altına alır.

30. Belə ki, tərəflər arasında mövcud olmuş mübahisə ilə əlaqədar qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 12 may tarixli 2(107)57/2022 nömrəli qətnaməsinin icrası hazırkı iş üzrə iddiaçı tərəfindən təmin olunmamışdır. Eləcə də eyni etibarnamə əsasında istifadəsinə verilmiş digər əmlakla əlaqədar hazırkı iş üzrə cavabdehin vermiş olduğu iddia tələbləri üzrə hazırkı iş üzrə iddiaçıdan müəyyən məbləğlərdə pulun alınması barədə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur ki, bu halların özü də hazırkı iş üzrə mübahisə predmeti olan əmlakdan iddiaçının razılığı ilə istifadə edilməsi və bu mübahisəyə səbəb hall arın da iddiaçının razılığı və hərəkətləri nəticəsində baş verməsi təsdiq edilir. Halbuki MM-in tələblərinə görə zərər - zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər (maddə 1097.5).

31. Bundan əlavə, yuxarıda təsvir olunan işin hallarına görə iddiaçı mülkiyyətində olan əmlakdan cavabdehi çıxarmaqda, cavabdehin həmin əmlakdan istifadəsini və faktiki sahibliyini qadağan etməkdə haqlı olsa da, tərəflər arasında uzun illər ərzində davam etmiş münasibətlərin məzmunu və xarakteri baxımından hazırkı iddia ərizəsində istinad etdiyi xüsusatlar və hallar əsasında ondan iddia tələbində qeyd olunan maddi və mənəvi zərəri tələb etməkdə haqlı deyildir. Hətta MM-də digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi - hüquqdan sui-istifadə əsaslarından biri kimi təsbit olunmuşdur (maddə 560.3.4) və hüquqdan sui-istifadəyə yol verilmir (maddə 560.2).

32. Göründüyü kimi yuxarıda qeyd olunanlara və tərəflərin uzun illər ərzində davam edən münasibətlərin xarakterinə əsasən müəyyənləşdirilmişdir ki, məhkəmə araşdırması zamanı iddia tələblərinin əsaslılığı müəyyən edilməmiş və həmin iddia tələbləri kifayət qədər güclü, aydın və “əsaslı şübhədən kənar” sübutlarla sübut olunmamışdır.

33. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsinin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən “iddianın təmin edilmədiyi” hissəsi üzrə həmin məhkəmə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə çıxartmışdır və həmin hissədə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır.

34. Məhkəmə kollegiyası mövqeyini MM-in 14.2, 14.2.1, 14.2.6, 21, 152.5, 362.1, 362.2, 385.1, 386.1, 425.1, 425.2, 560.1, 560.2, 560.3.4, 675, 700.1, 777.1, 777.2, 1091.1, 1091.2, 1096.1, 1096.2, 1097.1, 1097.5-ci, MPM-in 2.1, 2.2, 9, 14.2, 76.1, 76.2, 77.1, 78.1, 81, 82.3, 88, 217.2-217.5, 218.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

35. İddiaçı qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Azərbaycan Res publikası Konstitusiyasının 13 və 29-cu, Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci, MM-in 21, 152 və 1097-ci maddələri üzrə - birinci instansiya məhkəməsində 2024-cü il 10 iyun tarixli vəkil sorğusuna cavab olaraq təqdim edilmiş 13 saylı Ərazi Vergilər İdarəsinin məktubunda da qeyd edilmişdir ki, qeyri yaşayış binasında (çörək bişirmə sexində) vergi ödəyicisi cavabdeh fəaliyyət göstərir və həmin obyekt vergi orqanında qeydiyyatdadır. Göründüyü kimi cavabdehin iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması və hal-hazırda da ailəsi ilə birlikdə həmin əmlakdan istifadə etməsi öz təsdiqini tapmasına baxmayaraq apellyasiya instansiyası bütün bu sübutları gözardı edərək öz mülahizələri əsasında hazırda mübahisələndirilən qətnaməni çıxartmış dır.

37. Əksi götürülsə belə, apellyasiya instansiyasının yanaşmasından belə başa düşülür ki, başqasına məxsus qeyri-yaşayış binasını zəbt edərək yaşayış sahəsi kimi istifadə edə bilərsən və buna görə heç bir maddi məsuliyyət daşımırsan. Yalnız həmin əmlakdan sahibkarlıq fəaliyyəti üçün istifadə ediləcəyi təqdirdə maddi məsuliyyətdən söhbət gedə bilər.

38. Apellyasiya instansiyası məhkəməsinin hazırkı iddianı daha əvvəl verilməməsi ilə bağlı qənaətinə münasibətdə iddiaçı qeyd etmişdir ki, məhkəmə öz arbitr funksiyasından kənara çıxaraq iş üzrə cavabdehin 2018-ci ildən bu yana qanusuz olaraq iddiaçının mülkiyyətində olan müəssisəni zəbt etməsini və mülkiyyətçiyə maddi ziyan vurmasını qanuni hərəkət kimi qiymətləndirmək üçün əlindən gələni etməyə çalışmışdır.

39. Halbuki iş materiallarından da göründüyü kimi tərəflər arasında əmlak kompleksi ilə bağlı mübahisə 2018-ci ildən başlamışdır və cavabdeh həmin kompleksin özünə məxsus olduğunu iddia edərək oradan çıxmamışdır. Cavabdeh bu halı məhkəmədə də etiraf etmiş və məhkəmə iclasında hazırda da qeyd olunan daşınmaz əmlakdan istifadə etdiyini bildirmişdir. Hal-hazırda da cavabdeh və ailə üzvləri məhkəmənin mövqeyinə arxalanaraq qanunsuz olaraq əmlakdan istifadə edir.

40. Bu isə onu deməyə əsas verir ki, həmin dövrdə etibarnamə qüvvədə olmuş olsa belə, faktiki olaraq tərəflər arasında həmin əmlakla bağlı mübahisə olduğundan cavabdeh həmin binanı tərk etməli idi. Yəni qeyd olunan etibarnamənin qüvvədə olması əsası ilə cavabdeh iddiaçının əmlakını zəbt edib həmin əmlakdan mülkiyyətçinin iradəsinə zidd olaraq istifadə edə bilməzdi. B unun əksi mülkiyyətçilərin Azərbaycan Respublikasının Konstitusiyası, Avropa Konvensiyası və MM ilə təsbit edilmiş hüquqlarının kobud şəkildə pozulması deməkdir.

41. Şəki Apellyasiya Məhkəməsinin yanaşmasından belə başa düşülür ki, əgər hər hansı bir şəxs digər bir şəxsə daşınmaz əmlaklarına sərəncam verilməsi ilə bağlı etibarnamə verərsə, bu zaman gələcək illər üzrə mülkiyyətində olan daşınmaz əmlaklardan uzun müddətə məhrum olmaq riski ilə üz-üzə qala bilər. Yəni istənilən şəxs hazırkı məhkəmə qətnaməsini özünə əsas seçməklə etibarnaməyə və yaxud əvvəllər aralarında olan işgüzar münasibətlərə əsasən başqa şəxsin əmlakını uzun müddət ələ keçirə bilər.

42. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında 2018-ci ildən iddiaçının cavabdehi əmlakdan çıxarması ilə bağlı mübahisənin olması nı, cavabdehə verilmiş etibarnamənin müddətinin 2019-cu il 21 avqust tarixində bitməsini, Zaqatala Rayon Məhkəməsinin 2021-ci il 7 oktyabr tarixli 2(033)-661/2021 nömrəli qətnaməsinə əsasən cavabdehin iddiaçıya məxsus əmlakdan çıxmalı olmasını, cavabdehin iddiaçıya məxsus əmlakdan 2024-cü il 26 fevral tarixində çıxmasını (halbuki hal-hazırda da cavabdeh və ailə üzvləri həmin əmlakdan istifadə edir) müəyyən etməsinə baxmayaraq yenə də cavabdehi müdafiə edərək iddianı təmin etməmişdir.

43. Apellyasiya instansiyası iddianın və apellyasiya şikayətinin əsas dəlillərindən biri olan “Ç” tikilisi ilə bağlı hissəyə, ümumiyyətlə, münasibət bildirməmiş, həmin dəlilin əsaslı olub-olmamasını araşdırmaq zərurəti görməmişdir. Həmin hissə ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinə (apellyasiya in stansiyasının bu hissəyə münasibət bildirmədiyi üçün onun mövqeyinə istinad edilə bilmir) münasibətdə vurğulanmışdır ki, həmin qənaətə əsasən istənilən şəxs bir başqa şəxsin əmlakını sökməklə maddi məsuliyyətdən yaxa qurtara bilər. Bununla yanaşı, iş materiallarında olan mütəxəssis rəyləri binanın (“Ç” tikilisinin) texniki pasportda qeyd olunan tikinti materiallarına uyğun olaraq hesablanmışdır ki, bu da son nəticədə həmin rəylərin sökülmüş əmlakın dəyərini müəyyən etməyə əsas verən mötəbər sübutlar olduğunu göstərir. İş üzrə cavabdeh də həm birinci, həm də apellyasiya məhkəməsində verdiyi izahatlarında qeyd olunan binanı sökdüyünü etiraf etmişdir.

44. MM-in 359 və 362-ci maddələri üzrə - həm birinci, həm də apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, sanki iddiaçının ca vabdehə verdiyi etibarnamə iddiaçıya məxsus əmlaka sahiblik və istifadə etməyə əsas verən sənəddir. Halbuki etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Yəni qeyd olunan etibarnamənin qüvvədə olması əsası ilə cavabdeh iddiaçıya məxsus əmlakı zəbt edib həmin əmlakdan onun iradəsinə zidd olaraq istifadə edə bilməzdi. Şəki Apellyasiya Məhkəməsinin etibarnaməni daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququnu həyata keçirməyə əsas verən müqavilə(icarə, kirayə və s.) kimi qiymətəndirməsi isə absurd olmaqla yanaşı qanunsuz və əsassızdır.

45. Göründüyü kimi apellyasiya məhkəməsi cavabdehin həmin etibarnamədən öz xeyrinə istifadə etməsini və bu hərəkətlərini etibarnamənin müddəti bitdikdən sonra da davam etdirməsini qanuni və əsaslı hesab et mişdir.

46. MM-in 23-cü maddəsi üzrə - yenə də işin mübahisəsiz halıdır ki, tərəflər arasında uzun çəkən məhkəmə mübahisələrinə baxmayaraq iddiaçı mülkiyyətində olan əmlakdan cavabdehi çıxara bilməmişdir. Cavabdehin ailə üzvlərinin də həmin əmlakdan çıxarılması ilə bağlı məhkəmə mübahisəsi davam edir. Cavabdeh bu halı həm birinci, həm də apellyasiya instansiyasında etiraf etmişdir. Lakin sonuncular maksimum dərəcədə prosessual hüquqlarından sui-istifadə edərək məhkəmə qəraralarından şikayətlər verməklə iddiaçıya ziyan vurmaqda davam edirlər. İddiaçı hal-hazırda da qeyri-iradi olaraq mənəvi əziyyət çəkir ki, mülkiyyətində olan əmlaklardan sərbəst surətdə istifadə edə bilmir.

47. MM-in 359.3, 781 və 782.1-ci maddələri üzrə - apellyasiya instansiya məhkəməsinin işə baxan hakimlər tərkibi tərə findən belə nəticəyə gəlinməklə etibarnamə, onun mahiyyəti, məzmunu, hüquqi təbiəti və yaratdığı hüquqi nəticələr barədə MM-in bir çox normalarının tələbləri və etibarnamə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum Qərarlarının formalaşdırdığı hüquqi yanaşmanı kobudcasına pozulmuşdur.

48. İlk növbədə qeyd olunmalıdır ki, 2006-cı il 4 dekabr tarixində 5 il müddətinə və 2009-cu il 21 avqust tarixində 10 ilədək, yəni 2019-cu il 21 avqust tarixinədək verilmiş etibarnamələrdə hansı həcmdə səlahiyyətlərin verilməsinin nəzərdə tutulmasından asılı olmayaraq həmin etibarnamələr üzrə iddiaçı təmsil edilən, cavabdeh isə üçüncü şəxslər qarşısında onun təmsilçisidir. Təmsilçi cavabdeh təmsil edilən iddiaçının adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

49. Bundan başqa həmi n etibarnamələr üzrə iddiaçı vəkalət verən,cavabdeh isə vəkalət alan sayıldığı üçün onlar arasında 2006-cı il 4 dekabr tarixindən 2019-cu il 21 avqust tarixinədək faktiki olaraq şifahi tapşırıq müqaviləsinin ünsürləri mövcud olmuşdur. Ona görə də vəkalət alan, yəni cavabdeh etibarnamələrin qüvvədə olduğu tarixədək qeyriyaşayış binasının tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə (iddiaçıya) verməyə borcludur.

50. Yəni iddiaçı etibarnamələri cavabdehə qeyri-yaşayış binasından havayı istifadə edərək oradan əldə etdiyi gəlirləri mənimsəmək niyyəti ilə verməmişdir və etibarnamələrdə cavabdehə belə səlahiyyətlərin verilməsi nəzərdə tutulmamışdır.

51. Məlum olduğu kimi iddiaçı qeyri-yaşayış binasını orada kommersiya fəaliyyətini həyata keçirib gəlir əldə etməsindən öt rü 2005-ci ildə alqı-satqı yolu ilə mülkiyyətinə almışdır. Həmin əmlak kompleksi kommersiya fəaliyyəti göstərilməsindən ötrü çox əlverişlidir və Zaqatala şəhərinin gediş-gəlişin intensiv olan ərazisində yerləşir.

52. Həm iddiaçı, həm də cavabdeh hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər olduqları üçün aralarındakı qarşılıqlı inam və etimada əsaslanan şifahi razılaşma şərtlərinə uyğun olaraq yuxarıda adı çəkilən əmlak kompleksindəki ticarət obyektlərini ayrı-ayrı şəxslərə icarəyə verib icarə haqlarını toplayıb ona verməsindən ötrü təmsil edilən iddiaçı təmsilçi cavabdehə onu təmsil etmək üçün geniş səlahiyyətləri nəzərdə tutan etibarnamə vermişdi.

53. Lakin cavabdeh başqalarına böyük məbləğdə borclarının olduğunu, ailəsinin yaşaması üçün maddi ehtiyaca gö rə hələ ev tikə bilmədiyini iddiaçıya bildirib ondan bu əmlak kompleksindən özünün istifadə etməsinə razılıq verməsini israrla xahiş etmiş, iddiaçı isə humanist davranaraq cavabdehin bu xahişinə razılıq vermiş, icarə haqqı üzrə ilk vaxtlar yaranan borclarını hissə-hissə ödəməsinə cavabdehə imkan yaratmışdır. Təəssüf ki, cavabdeh qeyd edilən əmlak kompleksindən etibarnamələrdə göstərilən müddətdə öz xeyrinə istifadə etmiş, orada sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirləri qanunsuz olaraq mənimsəmişdir.

54. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində: “Bütün bu müddət ərzində də yuxarıda qeyd olunan beş məhkəmə qətnaməsi üzrə mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası və qeyri-yaşayış sahəsi ilə əlaqədar bir çox hüquqi və digər hərəkətlər qanuni əsaslarl a cavabdeh tərəfindən icra olunmuşdur”, deyəndə nəyin nəzərdə tutulduğu aydın deyildir.

55. Qeyd olunmalıdır ki, Zaqatala Rayon Məhkəməsinin 2021-ci il 7 oktyabr tarixli 2(033)-661/2021 nömrəli qətnaməsi ilə cavabdeh ona verilən etibarnamələrin qüvvədə olduğu tarixədək qeyri-yaşayış binası üzərində heç bir hüquq əldə etmədiyi müəyyən edilmişdir.

56. Cavabdehə verilən etibarnamənin qüvvədə olma müddəti 2019-cu il 21 avqust tarixində başa çatdığına görə bundan sonra da onun əmlak kompeksində qalması qanunsuzdur. Ona verilən etibarnamə əsasında iddiaçını üçüncü şəxslərlə münasibətdə təmsil etmək hüququ olan cavabdeh həmin etibarnamələr əsasında əmlak kompleksində heç bir hüquq, o cümlədən, oradan istifadə və sahiblik hüququ əldə etməmişdir. Bu fakt qanuni qüvvədə olan məhkəmə qərarları ilə də fələrlə müəyyən edilmişdir. Bundan başqa “təndir” (çörək bişirilib-satılan yer) kimi qeyd olunan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olan mübahisəli əmlak kompleksinə daxil (aid) olmaması barədə qətnamədə göstərilənlər də cavabdehin həqiqəti əks etdirməyən izahatından başqa, heç bir mötəbər dəlil və faktla təsdiq edilmir.

57. Bundan əlavə iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış əmlak kompleksinin təyinatının cavabdeh tərəfindən özbaşına dəyişdirilərək oradan yaşayış yeri kimi istifadə etməsi də qanunsuz fəaliyyətdir. Belə vəziyyətin özü də iddiaçı tərəfindən xüsusi mülkiyyətində olan qeyri-yaşayış əmlak kompleksindən təyinatı üzrə istifadə etməsinə yaradılmış qanunsuz maneə sayılmalıdır. Bu vəziyyətdə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əs aslı saymaq olmaz.

58. MPM-in 7.1, 8.1, 8.2, 82.3, 174.2, 218.1, 220.4, 392.1, 392.1.4 və 392.1.5-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi iddiaçıya münasibətdə ədalət mühakiməsini tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirməmiş, tərəflərə eyni cür yanaşmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, cavabdehə daim üstünlük yaratmış, ən nəhayət isə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir.

59. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçının cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etirazının dəlilləri, ümumiyyətlə, göstərilməmişdir. Halbuki 8 vərəqdən ibarət olan cavabdehin apellyasiya şikayətinə etirazda cavabdehin apellyasiya şikayətinin hər bi r dəlili üzrə əsaslandırılmış hüquqi mövqe və onları təkzib edən hallar geniş və ətraflı şərh edilmişdir.

60. Müqayisə üçün bildirilmişdir ki, işə apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin mətni bütünlüklə, yarım səhifədən də az həcmdə natamam və əsaslandırılmamış ərizəsi olduğu kimi qətnaməyə köçürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinə etirazın dəlillərini qətnamədə ona görə göstərməmişdir ki, onları təkzib etmək üçün hüquqi əsas tapa bilməmişdir.

61. Cavabdehin apellyasiya şikayətinə etirazda hazırkı kommersiya işi üzrə preyudisial əhəmiyyət kəsb edən qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktlara da istinad edilmişdir. 62. ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binası (hamam, yeməkxana, məişət, qazanxan a binası) ilə hazırkı mübahisəli qeyri-yaşayış binası bir-birindən fərqli ünvanlarda yerləşir, eyni obyekt deyildir. Bunu yaxşı bilsə də, cavabdeh apellyasiya şikayətində o əmlaka dair çıxarılmış qətnaməyə də istinad edərək məhkəmə kollegiyasında çaşqınlıq yaratmaq fikrindən yenə əl çəkməmişdir.

63. Hazırkı kommersiya işi üzrə mübahisə predmetinin iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən əmlak kompleksindən cavabdehin qanunsuz istifadə etdiyi müddətdə iddiaçı tərəfindən həmin daşınmaz əmlakdan gəlir götürə bilməməsi səbəbindən ona dəyən zərərin ödənilməsi tələbi təşkil etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq birinci instansiya məhkəməsində baxış predmeti olmayan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı məhkəmə qərarlarına i stinad etmiş və onları geniş şərh etmişdir.

64. Başa düşülmür ki, apellyasiya instansiyası qətnaməsində hazırkı iddianın predmetindən kənara çıxan beş qətnamədən üçünə nəyə görə və hansı hüquqi mövqeyini əsaslandırmaq üçün istinad etmişdir. Hazırkı mübahisə predmetindən kənara çıxan qətnamələr barədə məlumat ona görə verilmişdir ki, məhz həmin qətnamələrdə cavabdehin bəzi faktlar da vardır və onların geniş formada diqqətə çatdırılması cavabdehin hazırkı mübahisədə guya haqlı olması təəssüratı yarada bilər. Əks təqdirdə, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaqdan ötrü ünvan 5 ünvanında yerləşən əmlak kompleksinə dair apellyasiya şikayətinə etirazda göstərilən məhkəmə qərarlarına da istinad etməli idi.

65. Həmin məhkəmə qərarları bunlardır: Azərbaycan Respublikası Ali Məhkəməs inin Kommersiya Kollegiyasının 2023-cü il 19 aprel tarixli 2-2(102)-181/2023 nömrəli qərarı və Ali Məhkəmənin İnzibati Kollegiyasının 2022-ci il 6 may tarixli 2-1(102)-743/2022 nömrəli qərarı. Bunlardan başqa, nə apellyasiya məhkəməsinin qətnaməsində, nə də apellyasiya şikayətinə etirazda əksini tapmayan Zaqatala Rayon Məhkəməsinin 2024-cü il 17 yanvar tarixli 2(033)-66/2024 nömrəli qətnaməsinə və Zaqatala Rayon Məhkəməsinin 2024-cü il 17 yanvar tarixli 2(033)-66/2024 nömrəli qərardadına da mütləq qaydada istinad edilməli idi. Çünki həmin qətnamə ilə hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı olan qeyri-yaşayış sahəsinin ona qaytarılması, onunla həmin mağaza binası və köməkçi sahələri üzrə alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və hazırkı iş üzrə iddiaçı ilə şərikli əldə etdiklər i hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750 000 manat vəsaitin tutularaq ödənilməsi tələbinə dair iddia ərizəsi bir hissədə rədd edilmiş, digər hissəsi üzrə isə Zaqatala Rayon Məhkəməsinin həmin tarixli qərardadı ilə xitam verilmişdir. Hər iki məhkəmə aktı qanuni qüvvəyə minmişdir.

66. Apellyasiya instansiyası məhkəməsinin tətbiq etməsini nəzərdə tutduğu MM-in maddələrinin məzmun və mənasından belə nəticəyə gəlmək olur ki, hazırkı kommersiya mübahisəsinə bu normaların müddəları tətbiq edilsəydi, o zaman iddiaçının tələbi tam həcmdə təmin olunmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi bunun əksinə heç bir mötəbər fakta və sübuta əsaslanmadan qanunsuz və ədalətsiz qətnamə çıxartmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəl illəri

67. Cavabdeh kassasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinin alınması və əsaslı təmiri cavabdehin şəxsi vəsaiti hesabına olmuşdur. Bunu iddiaçının özü də məhkəmə iclasında etiraf etmişdir. İddiaçının hazırkı hərəkətləri hüquqdan sui-istifadə olmaqla əsassız gəlir əldə etməkdir. Belə ki, qeyri-yaşayış binası cavabdeh tərəfindən qanunsuz zəbt edilməmiş və iddiaçı tərəfindən geniş səlahiyyətlər verən etibarnamələr əsasında həmin əmlak uzun müddət cavabdehin istifadəsində və sahibliyində olmuşdur. Bu səlahiyyətlər çərçivəsində də cavabdeh həmin qeyri-yaşayış sahəsinin yararlı hissəsindən yaşayış yeri kimi istifadə etmiş, digər hissələrindən isə istifadə etməmiş, iddiaçı tərəf isə həmin illər ərzində buna heç bir etiraz bildirməmişdir. Apellyasiya instan siyası məhkəməsi tərəfindən doğru nəticəyə gəlinmişdir və qətnamənin ləğvi üçün heç bir əsas yoxdur. Ona görə də cavabdeh kassasiya şikayətinin təmin edilməyərək həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

68. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

69. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunma sı zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

70. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquql arını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər....” “Maddə

362. Etibarnamə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər....” “Maddə

777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət ver ənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir....” “Maddə

782. Tapşırığın icrası nəticələrini vermək vəzifəsi 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifə si zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”

71. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

72. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.

73. Apellyasiya instansiyası məhkəməsi nəinki yuxarıda göstərilən qaydada yoxlama aparmadan, hətta konkret qanuni əsas göstərmədən iddianı rədd etmişdir. Tələbin hüquqi əsası kimi MM-in bir neçə normasına istinad olunsa da, həmin normaların zəruri dispozisiya şərtləri yoxlanılmadan işə tətbiq edilmişdir.

74. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçının tələbi 3 hissədən ibarətdir: 1) İ.Şamil küçəsi 20 ünvanında yerləşən qeyri-yaşayış binasından mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehin yaratdığı maneə nəticəsində vur ulmuş maddi ziyan; 2) yaşayış binasına aid “Ç” tikilisinin dəyərinin əvəzi; 3) cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər.

75. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamaqla yanaşı tətbiqi zəruri olan maddi hüquq normaları da nəzərə alınmamışdır.

76. Belə ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, tələbin haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək səlahiyyəti bilavasitə məhkəməyə aiddir və tərəflərin faktlar barəsində hüquqi mövqeyi məhkəmə üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.

77. Bu baxımda n işin müəyyən edilmiş halları nəzərə alındıqda iddia tələbinin 1-ci hissəsinə (bax: bu qərarın § 74) münasibətdə tələbin qanuni əsası kimi MM-in 782.1-ci (etibarnamə qüvvədə olan dövr üçün), 157.4 və 1097.1-ci (etibarnamə qüvvədən düşdüyü vaxtdan sonrakı dövrə görə), 2-ci hissəyə görə MM-in 778.3 (etibarnamə qüvvədə olan dövrdə baş verdiyi halda) və 1097.1-ci (etibarnamə qüvvədən düşdüyü vaxtdan sonrakı dövrdə baş verdikdə) maddələri, 3-cü hissəyə münasibətdə isə MM-in 1097.1-ci maddəsi yoxlanılmalıdır.

78. MM-in 777.1-ci maddəsindən görünür ki, tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə gö türür.

79. Buna görə də məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin, eləcə də kassasiya şikayətinin maddi zərərin 2018-ci ildən hesablanması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının cavabdehə verdiyi etibarnamənin müddəti 2019-cu il 21 avqust tarixində bitmişdir. İşin hallarından və etibarnamənin də məzmunundan görünür ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik xarakterli hüquq münasibətləri mövcud olmuşdur. Ona görə də hazırda yaranmış mübahisənin etibarnamələrin qüvvədə olduğu müddətlə bağlı hissəsinə münasibətdə MM-in tapşırıq müqaviləsi ilə bağlı olan normaları nəzərdən keçirilməlidir.

80. Belə ki, həmin hissədə tələbin maddi hüquqi əsasını MM-in 782.1-ci maddəsi təşkil edir. Həmin normaya əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əl də olunanların hamısını vəkalət verənə verməyə borcludur.

81. Hazırkı halda iddiaçı tələbində bildirir ki, cavabdeh 2018-ci ildən həmin əmlakdan çıxsa idi, iddiaçı həmin əmlakı icarəyə verərək oradan gəlir əldə edəcəkdi. Eyni zamanda kassasiya şikayətinin dəlillərində də qeyd etmişdir ki, verilən etibarnamə əsasında iddiaçını üçüncü şəxslərlə münasibətdə təmsil etmək hüququ olan cavabdeh həmin etibarnamələr əsasında əmlak kompleksində heç bir hüquq, o cümlədən, oradan istifadə və sahiblik hüququ əldə etməmişdir.

82. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, sonuncu etibarnamənin məzmununa görə iddiaçı cavabdehə yalnız üçüncü şəxslər qarşısında təmsil etmək deyil, həm də onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqları da etibar etmişdir. Ona görə də id dia tələbinin etibarnamə qüvvədə olan müddətə aid hissəsində iddiaçının cavabdehə verdiyi tapşırıqlar və onun iddiaçının əmlakını bu tapşırıqlar əsasında idarə etdiyi dövrdə hansı gəlirlərin əldə olunduğu, bu gəlirlərin hansı formada bölüşdürüldüyü və iddiaçıya bu gəlirlərin ödənilmədiyi, ümumiyyətlə, həmin dövrlərdə tərəflər arasında münasibətlərin hansı qaydada formalaşması və iddiaçının əmlakla bağlı cavabdehin idarəçiliyinə son qoymaq niyyəti 2018-ci ildə yaranmışdısa, hansı səbəbdən həmin vaxt etibarnaməni ləğv etməməsi kimi hallar araşdırılmalı olsa da, apellyasiya instansiyası məhkəməsi bu halları işdə mövcud olan digər sübutlarla əlaqəli surətdə aydınlaşdırmamışdır.

83. Məhkəmə kollegiyası iddianın sonuncu etibarnamənin qüvvədən düşdüyü dövrdən sonrakı hissəsinə münasibətdə qeyd ed ir ki, iddia ərizəsində iddiaçının (Zaqatala Rayon Məhkəməsinin 2021-ci il 7 oktyabr tarixli 2(033)-661/2021 nömrəli qətnaməsinə istinadla) cavabdehin yaratdığı maneələr nəticəsində mülkiyyətindəki əmlakdan istifadə edə bilməməsi göstərilmişdir.

84. Bununla bağlı qeyd olunmalıdır ki, MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bu baxımdan həmin hissədə tələbin qanuni əsasını MM-in 157.4 (neqator iddia) və 1097.1-ci maddələri təşkil edir.

85. MM-in 1097.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, mülki hüquq pozuntusu (de likt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

86. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının cavabdehə verdiyi sonuncu etibarnamə 2019-cu il 21 avqust tarixinə qədər qüvvədə olmuş və həmin etibarnamənin məzmunundan da görünür ki, cavabdehin mübahisəli əmlaka dair münasibəti hüquqi əsasa söykənsə də, bu tarixdən sonra cavabdehin həmin əmlaka bağlılığı ilə əlaqədar hər hansı hüquqi əsası iş materialları ilə təsdiq olunmur.

87. Bundan başqa yuxarıda adı çəkilən Zaqatala Rayon Məhkəməsinin 2021-ci il 7 oktyabr tarixli 2(033)-661/2021 nömrəli qətnaməsindən görünür ki, Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzəri ndə yerləşən 499 m2-lik əmlak kompeksindən ( mağazalı qeyri-yaşayış binası) cavabdehin çıxarılması qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir.

88. Hazırkı iş üzrə bu mərhələdə iki mübahisəli məsələ mövcuddur: birincisi, cavabdeh tərəfindən Zaqatala Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin icra edilibedilməməsi, icra edildiyi halda isə icranın hansı tarixdə həyata keçirilməsi; ikincisi isə “təndir” (çörək bişirilib satılan yer) kimi göstərilən qeyri-yaşayış sahəsinin mübahisəli ünvana aid olub-olmaması.

89. Birinci məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarındakı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin 2024-cü il 26 fevral tarixli qərarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2021-ci il 7 oktyabr tarixli 2(033)-661/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Belə ki, icra sənədi üzrə borclu göstərilən (Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 m2-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası)) ünvanda yaşamadığını bildirmiş və həmin ünvana girməyəcəyi barədə ondan iltizam alınmışdır. Bu barədə icra məmuru tərəfindən 2023-cü il 16 fevral tarixində akt tərtib edilmişdir.

90. Lakin 2024-cü il 26 fevral tarixli məhkəmə iclas protokolunda (bax: iş materialları, İİ cild, səhifə 73) iddiaçının nümayəndəsinin “siz həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğulsunuz” sualına cavab olaraq cavabdeh bildirmişdir ki, “bəli, mənim orada 2 ədəd balaca təndirim var. Onlar vasitəsilə çörək bişirib sataraq dolanışığımı təmin edirəm”.

91. Bundan başqa 2025-ci il 20 fevral tarix li məhkəmə iclas protokolunda (bax iş materialları, İİ cild, səhifə 122) cavabdeh izahatında qeyd etmişdir: “aramızda olan əmlak mübahisələri üzrə məhkəmə qətnamələri çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin qətnaməsinə əsasən mən Zaqatala şəhəri, İ.Şamil küçəsi, 20 saylı mağaza binasından çıxdım. Lakin mənim ailə üzvlərim həmin mağazadan yaşayış sahəsi kimi istifadə edərək orada yaşayırlar. Hal-hazırda mən də xəstə olduğum üçün ailə üzvləri ilə birlikdə həmin yerdə yaşayıram, bu barədə müvəqqəti icazə almışam. Həmin evdən çıxmaq istəmirəm...”.

92. Göründüyü kimi cavabdehin verdiyi izahatlar ilə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin verdiyi qərar arasında ziddiyyət mövcuddur və iş materiallarında bu ziddiyəti aradan qaldıran mötəbər bir sübut yoxdur.

93. İkinci məsələ ilə bağlı qeyd edilməlidir ki, bu qərarın § 90-da göstərilmiş izahatda cavabdeh mübahisəli ünvanda çörək bişirib satmasını bildirsə də, sonrakı məhkəmə iclaslarında bunu inkar edərək həmin təndir yerinin mübahisəli ünvana aid olmamasını söyləmiş, lakin bunu təsdiqləyəcək əsaslı bir dəlil irəli sürməmişdir. Belə ziddiyyətin mövcud olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi mübahisəli ünvanda cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı və təndirin həmin ünvana aid olmadığı qənaətinə gəlmiş, lakin bu nəticənin hansı sübutlara əsaslandığını qətnamədə göstərməmiş, sadəcə olaraq tərəflər arasındakı hazırkı işə heç bir aidiyyəti olmayan digər məhkəmə çəkişmələri ilə bağlı çıxarılan qətnamələrə istinad etmişdir.

94. Məhkəmə kollegiyası iddia tələbinin 2-ci hissəsi, yəni “Ç” tikilisi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, həmin tikilinin sökülməsi anı etibarnamənin qüvvədə olduğu dövrə təsadüf edirsə, yaranan hüquqi münasibətlərin qanuni əsasını MM-in 778.3-cü maddəsi, etibarnamənin qüvvədən düşməsindən sonrakı dövrdə baş verdiyi halda isə belə münasibətlərin qanuni əsasını MM-in 1097.1-ci maddəsi təşkil edir. Ona görə də bu hissəyə qiymət verərkən adı çəkilən normaların dispozisiya şərtləri yoxlanılmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi belə bir qiymətləndirmə aparmadan yekun nəticəyə gəlmişdir.

95. MM-in 778.3-cü maddəsinə görə əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət ve rənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir (həmçinin bax: bu qərarın § 85).

96. Göründüyü kimi “Ç” tikilisi barədə doğru nəticəyə gəlmək üçün ilk növbədə onun hansı vaxtda, eləcə də cavabdeh tərəfindən sökülüb-sökülməməsi halları araşdırılmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi iddia tələbinin bu tikili ilə bağlı olan hissəsinə qiymət verən zaman adı çəkilən normaların disposiziya şərtlərinə əməl etməmişdir.

97. Məhkəmə kollegiyası iddia tələbinin üçüncü hissəsi, yəni mənəvi zərərlə bağlı bildirir ki, hazırkı işin materiallarına əsasən cavabdeh iddiaçıya mə xsus əmlakdan 2019-cu il 21 avqust tarixindən etibarən iddiaçının istifadəsinə maneəçilik yaratmışdır. Göründüyü kimi iddiaçının öz əmlakından istifadəsi cavabdehin maneələrinə görə mümkün olmamışdır.

98. Belə olan təqdirdə bu hal iddiaçının yalnız mülkiyyət hüququnun pozulması ilə kifayətlənmir, həm də onun psixoloji gərginlik, narahatlıq və hüquqi qeyri-müəyyənlik hissi yaşamasına səbəb ola bilər. Həmçinin belə hallar mülkiyyətdən qanunun yol verdiyi hədlərdə öz iradəsinə uyğun olaraq müstəqil surətdə istifadə etmək hüququna da ciddi müdaxilələr yaradır.

99. Baxılan işdə isə apellyasiya məhkəməsi yuxarıda qeyd edilənlərə uyğun araşdırma və hüquqi dəyərləndirmə aparmamış, sadalanan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticə etibarilə qətnaməni iş üzrə müəyyən edilmiş hallara, t ərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır.

100. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı mübahisənin düzgün həlli üçün yuxarıda göstərilən qaydalara uyğun olaraq maddi tələblərin, o cümlədən mənəvi zərərin hansı səbəbdən təmin edilən və ya edilməyən olması ümumi mülahizələrlə deyil, MM-in yuxarıda göstərilən normalarının dispozisiya şərtlərinə uyğun əsaslandırılmalı, maddi zərərlə bağlı tələblərdəki məbləğlərin düzgün müəyyənləşdirilməsi üçün işdəki sübutlar tərəflərin iştirakı ilə tədqiq edilərək qiymətləndirilməli, zəruri olduqda mütəxəssisin yardımından istifadə olunmalı, xüsusi bilik tələb edən sualların cavablandırılması ehtiyacı yaranarsa, müvafiq ekspertizanın keçirilməsi tərəflərlə müzakirə edilməli, eyni qay dada cavabdehin iddiaya etirazlarının nədən ibarət olması dəqiqləşdirilməklə onların irəli sürülmüş tələblərin həllinə təsiri qiymətləndirilməli və işin əhəmiyyət kəsb edən digər halları üzrə araşdırma aparılmaqla mübahisəyə yekun hüquqi qiymət verilməlidir.

101. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

102. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyun tarixli 22(107)-88/2025 nömrəli qətnaməsi tam ləğv edilərək iş yeni apellyasiya baxışı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar