Məhkəmə qərarları › İş №2-2(102)-648/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-648/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-648/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın mümkünlük əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər X1 (məruzəçi), X2 və X3 ibarət tərkibdə, İddiaçını Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 14 avqust tarixli 2-2(107)-125/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxıldı. İş üzrə məhkəmə icraatı

1. İddiaçı (bundan sonra – “İddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra birlik də – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 150.000 manat məbləğində əsas borcun, 440 manat məbləğində dövlət rüsumunun və vəkilə xidmət haqqına görə ödənilmiş pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 3 iyul tarixli 2-2(117)-30/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 (bundan sonra – “Cavabdeh2) 135.000 manat borc, 300 manat vəkil üçün xidmət haqqının dəyəri və dövlət rüsumunun 210 manat hissəsi, cəmi 135.510 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim -M.Hüseynov)

3. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edil miş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 avqust tarixli 2-2(107)-125/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, iş MPM-in 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən hakim – N.Quliyev, hakimlər Z.Sadiqov, Ə.Kərimov).

5. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 2025-ci il 7 iyul tarixində Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir (səh. 30). Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 tər əfindən apellyasiya şikayəti 2025-ci il 8 avqust tarixində verilmişdir. Göründüyü kimi, Cavabdeh2 qətnamənin surətini 2025-ci il 7 iyul tarixində aldığına görə, apellyasiya şikayətinin verilmə müddəti həmin tarixdən, yəni 2025-ci il 7 iyul tarixindən hesablanmalı idi. Belə olduqda müəyyən edilmişdir ki, apellyasiya şikayətinin verilməsi müddəti 1 gün ötürülmüşdür. Eyni zamanda müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir.

6. Məhkəmə bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırkı kommersiya mübahisəsinə dair işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.3-cü maddəsinin tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən kommersiya mübahisəsinə dair işi baxılması üçün Şəki Аpellyаsi yа Məhkəməsinə göndərmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 357.1, 360, 363.1, 363.1.3, 366.1, 366.2, 366.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

8. Cavabdeh2 kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. MPM-in 357.1, 363.1.3, 366.1, 366.2 və 366.4-cü maddələri üzrə - Şikayət edilən qərardadın qəbul olunmasına səbəb ödənilmiş dövlət rüsumunun məbləğinin az olması səbəb olmuşdur. Qeyd edilən məbləğin kəsir hissəsi Cavabdeh2 tərəfindən ödənilmiş və dərhal müddətin bərpası barədə ərizə verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması... 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.” “Maddə

129. Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır....” “Maddə

357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər....” “Maddə

360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi verildiyi gündən 1 ay müddətində verilə bilər. “ qaydada “Maddə

363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra veril mişdirsə;...” “Maddə

366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.... 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən mübahisələndirilən qərardadın ləğvi üçün yetərli hesab etmir.

13. Əvvəla, məhkəmə kollegiyası Cavabdeh2, qətnamənin surətini 2025-ci il 7 iyul tarixində aldığı na görə apellyasiya şikayətinin verilmə müddətinin həmin tarixdən, yəni 2025-ci il 7 iyul tarixindən hesablanmalı olduğuna dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmadığını, bununla belə, apellyasiya şikayətinin verilməsi müddətinin 1 gün ötürüldüyünə dair məhkəmənin yekun nəticəsinin qanunauyğun olduğunu bildirməyi vacib hesab edir.

14. Belə ki, MPM-in 128.3 və 129.1-ci maddələrin (bax § 11) məzmunundan aydın olur ki, ümumi qaydaya görə, prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır və illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır; aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır.

15. Hazırkı halda, Cavabdeh2 qətnamə nin surətini 2025-ci il 7 iyul tarixində aldığına görə apellyasiya şikayətinin verilmə müddətinin axımı həmin tarixdən sonrakı gündən, yəni 2025-ci il 8 iyul tarixindən başlamış, 7 avqust tarixində də bitmiş, apellyasiya şikayəti isə məhkəməyə 8 avqust tarixində verilmişdir.

16. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətinin verilməsi müddətinin 1 gün ötürüldüyünə dair apellyasiya instansiyası məhkəməsinin yekun nəticəsi ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

17. Kassasiya şikayətinin Cavabdeh2 tərəfindən müddətin bərpası barədə ərizə verildiyinə dair dəlili ilə bağlı isə qeyd olunur ki, iş materiallarında belə bir ərizə mövcud deyildir.

18. Belə ki, prosessual müddəti ötürdükdən sonra cavabdehin 8 avqust tarixində məhkəməyə verdiyi ərizədə cavabdeh tərəfindən rüsumu n qalan hissəsinin ödənildiyi və ödəniş qəbzlərinin sistemə əlavə edildiyi bildirilmiş, bu halın nəzərə alınması xahiş olunmuşdur (İV cild, i/v 79).

19. Lakin həmin ərizədə nə prosessual müddətin üzrlü səbəblərdən ötürüldüyü qeyd edilmiş, nə də ötürülmüş müddətin bərpa olunması barədə xahiş ifadə edilmişdir.

20. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, sözügedən ərizəni müddətin bərpası haqqında ərizə kimi qiymətləndirmək mümkün deyildir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin, müddətin bərpa edilməsinə dair vəsatət verilmədiyinə dair mövqeyi əsaslıdır.

21. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 14 avqust tarixli 2-2(107)-125/2 025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 14 avqust tarixli 22(107)-125/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar