Məhkəmə qərarları › İş №2-2(102)-649/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-649/2023

27.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-649/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: dövlət qeydiyyat nişanının geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “dövlət qeydiyyat nişanının geri qaytarılması”nə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli 2-2(103)-598/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2022-ci il 20 sentyabr tarixli 118744-1222 nömrəli AR Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin məktubuna əsasən, «Mercedes Benz S63 AMG» minik markalı avtomobil 2018ci il 18 sentyabr tarixində Cavabdeh MMC-nin adına qeydiyyata alınmış, 2019-cu il 12 iyun tarixində sözügedən nəqliyyat vasitəsinə **-AA-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq yeni AD520187 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir.

2. AC seriyalı 675329 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətinə əsasən, **-AA-*** dövlət qeydiyyat nişanı İddiaçı MMC-yə məxsus 2013-cü il buraxılışı olan “Mercedes Benz S400” minik markalı avtomobilə təhkim edilmişdir.

3. İşdəki pretenziya məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin məkt ubları, cavabdeh tərəfindən təqdim edilmiş A452 X5 əlavə razılaşmadan və eyni tarixli protokoldan görünür ki, Cavabdeh MMC-nin mülkiyyətində olmuş «Mercedes Benz S63 AMG» minik markalı 10PP176 dövlət qeydiyyat nişanlı avtomobil 2019-ci il 12 iyul tarixində “Öhdəliklərin ötürülməsi haqqında” müqaviləyə əsasən X6 lizinqə verilmiş, 2019-cu il 12 iyun tarixində sözügedən nəqliyyat vasitəsinə **-AA-*** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. Lizinq müqaviləsi üzrə öhdəlik 2021-ci il 2 mart tarixli müqavilə əsasında X9 ötürülmüş, nəqliyyat vasitəsi 2021-ci il 2 mart tarixində X1 geri götürülərkən **-AA-*** dövlət qeydiyyat nişanı ilə birgə götürülmüşdür. İddiaçı pretenziya məktubu ilə müraciət edərək ona məxsus dövlət qeydiyyat nişanının qaytarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏ HKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 24 yanvar tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanının Cavabdeh MMC-nin (bundan sonra – “cavabdeh”) qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, **-AA-*** dövlət qeydiyyat nişanı iddiaçıya məxsusdur və həmin nömrə iddiaçının mülkiyyətində olan avtomobillərdə istifadə edilmişdir. X7 ilə lizinq verən cavabdeh arasında bağlanmış A452 nömrəli, 2018-ci il 18 sentyabr tarixli daxili maliyyə lizinqi müqaviləsinin surətinə əsasən, X7 lizinq obyekti olan 2014-cü il buraxılışlı, «Mercedes Benz S63 AMG» minik markalı avtomobili bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür. 2019-cu il 12 iyul tarixli öhdəliklərin ötürülməsi haqqında A452 saylı X5 əlavə razılaşmaya görə, A452 nömrəli X8 üzrə öhdəliklər X6 ötürülmüşdür. Lizinqə götürülmüş «Mercedes Benz S63 AMG» minik markalı avtomobil lizinq müqaviləsi üzrə X10 tərəfindən alındıqdan sonra həmin avtomobilə X3 qardaşı X4 təsisçisi olduğu iddiaçı cəmiyyətə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. Yəni, sözügedən dövlət qeydiyyat nişanı mülkiyyətçi iddiaçının razılığı ilə müvəqqəti olaraq X3 idarə etdiyi və lizinqə götürdüyü «Mercedes Benz S63 AMG» minik markalı avtomobilə təhkim edilmiş dir. Bundan sonra, iş üzrə hazırki cavabdeh (Cavabdeh MMC) iddia ərizəsi ilə X6 qarşı məhkəməyə müraciət edərək, 2019-cu il 12 iyul tarixli A452 saylı daxili lizinq müqaviləsinin və həmin müqavilə üzrə öhdəliklərin ötürülməsinə dair X10 arasında bağlanmış 2020-ci il 9 iyul tarixli razılaşmanın ləğv olunması və hesablanmış 19.824 ABŞ dolları məbləğində borc və 8.774 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 28.598 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə olan manat ekvivalentinin, həmçinin, avtomobilin nasazlığı üçün hesablanmış 13.000 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun X1 tutularaq iş üzrə hazırki cavabdehə (Cavabdeh MMC) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)2800/2021 saylı iş üzrə qəbul etdiyi 2 021-ci il 8 oktyabr tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X1 9.364 ABŞ dolları əsas borc, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9.564 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X1 tutularaq iş üzrə hazırki cavabdehin (Cavabdeh MMC) xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 2 fevral tarixli 2(103)-1357/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2021-ci il 8 oktyabr tarixli 2(008)-2800/2021 saylı iş üzrə qəbul etdiyi qətnaməsi əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdeh X1 iş üzrə h azırki cavabdehin (Cavabdeh MMC) xeyrinə ödənilməli olan əsas borcun məbləği 6.261 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 14 iyul tarixli 2(102)- 3365/2022 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 2 fevral tarixli 2(103)-1357/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən icraya yönəldilmiş, “Mercedes Benz S63” minik markalı avtomobil iş üzrə hazırki cavabdehə (Cavabdeh MMC) təhvil verildiyindən həmin avtomobilin üzərində iş üzrə hazırki iddiaçıya məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı da qalmışdır və həmin dövlət qeydiyyat nişanı da avtomobillə birlikdə cavabdeh tərəfindən X2 onun iradəsinə zidd olaraq götürülmüşdür. Hazırda iddiaçıya məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı cavabdeh tərəfindən əsassız olaraq istifadə edilməkdədir. Odur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılmalıdır.

6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29-cu maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.1, 14.2, 157.5, 1091, 1092-ci; “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.2, 36.5-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin (bundan sonra – “MPM”) 4, 217-ci maddələrinə istinad edilmişdir.

7. İddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 9 mart tarixli e-2-2(113)-1103/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – E.Əliyev).

9. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, **-AA-*** dövlət qeydiyyat nişanı 2016-cı il 11 may tarixindən iddiaçıya məxsus “Mercedes Benz S400” minik markalı avtomobilin üzərində olmuş, 2019-cu il 12 iyun tarixindən isə nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan tərəfindən sözügedən dövlət qeydiyyat nişanı cavabdehə məxsus 2014-cü il buraxılışlı, «Mercedes Benz S63 AMG» minik markalı avtomobilə təhkim edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək əvvəllər mülkiyyətində olan və razılığı ilə l izinqə götürülən və hazırda geri qaytarılmış cavabdehin avtomobilinə təhkim edilmiş **-AA-*** dövlət qeydiyyat nişanının geri qaytarılmasını xahiş etmişdir.

10. Məhkəmə hesab etmişdir ki, hazırki tələb təmin edilə bilməz, belə ki, dövlət qeydiyyat nişanları avtonəqliyyat vasitələrini fərqləndirən nişanı olmaqla, nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan tərəfindən nəqliyyat vasitəsi istismar olduğu dövr ərzində fiziki və hüquqi şəxslərə istifadəyə verilir. Göründüyü kimi, dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan (dövlət) tərəfindən verildiyinə görə və iddiaçının **-AA-*** dövlət qeydiyyat nişanına mülkiyyət hüququ olmadığından, iddiaçının hazırki tələblə bağlı məhkəməyə müraciət etməklə subyektiv hüququ yoxdur. Həmçinin məhkəmə qeyd etmi şdir ki, sözügedən hüquq olsaydı belə, dövlət qeydiyyat nişanları avtonəqliyyat vasitələrinin sahiblərinin mülkiyyətinə keçməməklə, həmin nişanların təhkim edilməsi və dəyişdirilməsi nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan (dövlət) tərəfindən həyata keçirildiyindən iddia təmin edilə bilməz.

11. Məhkəmə iddiaçının nümayəndəsi, vəkilin izahatında dövlət qeydiyyat nişanının iddiaçı tərəfindən pulla alınması ilə bağlı qeyd etmişdir ki, dövlət qeydiyyat nişanları nəqliyyat vasitəsinin sahibinə alqı-satqı müqaviləsinə əsasən satılmır, sadəcə olaraq üzərində olan rəqəm və hərflərin kombinasiyasından asılı olaraq müxtəlif məbləğlərdə dövlət rüsumu ödənilir və şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinə təhkim edilir.

12. Məhkəmə öz mövqeyini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə; "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008ci il 30 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

13. İddiaçı 2023-cü il 28 aprel tarixində apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 9 mart tarixli e-2-2(113)-1103/2023 saylı qətnaməsini ləğv, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli 2-2(103)-598/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 9 mart tarixli e-2-2(113)-1103/2023 saylı qətnaməsi ləğv edilərək, iddia təmin edilmişdir (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Tanrıverdiyev).

15. Məhkəmə ilk öncə qeyd etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın hüquqi əsasını müəyyən etməli olduğu halda mübahisənin MM-in hansı normaları ilə tənzimlənməli olduğunu göstərməmişdir.

16. İddia ərizəsində qeyd edilənlər və işdəki sübutlara əsasən müəyyən edilmişdir ki, **AA-*** dövlət qeydiyyat nişanının əvvəlki sahibi iddiaçı olmuş və həmin nişan 2016-cı ildə verilmiş qeydiyyat şəhadətnaməsinə əsasən hüquqi şəxsin mülkiyyətində olan “Mercedes Benz S400” markalı avtomobilə t əhkim olunmuş, 2019-cu il 12 iyun tarixində həmin nişan cavabdehə əvəzsiz istifadəyə verilmişdir. Cavabdeh qeyd edilən dövlət qeydiyyat nişanına görə hər hansı ödəniş etmədiyi və nəqliyyat vasitəsi 2021-ci il 2 mart tarixində X1 geri götürülərkən **-AA-*** dövlət qeydiyyat nişanı əvvəlki sahibinə qaytarılmadığı üçün məhkəmə hesab etmişdir ki, iddiaçı MM-nin 732, 736-cı maddələrinə əsasən əvəzsiz istifadəyə verdiyi nişanın onun sahibliyinə qaytarılmasını tələb etməkdə haqlıdır.

17. Birinci instansiya məhkəməsi düzgün olmayaraq qeyd etmişdir ki, iddiaçı **-AA-*** dövlət qeydiyyat nişanını cavabdehdən geri tələb etməyə nişana mülkiyyət hüququ olmadığı üçün subyektiv hüququ yoxdur. MM-in 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərd ə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Yol hərəkəti haqqında” Qanununun 29-cu maddəsinə və “Dövlət rüsumu” haqqında Qanununun 18.65.6.2-ci maddəsinə əsasən, dövlət qeydiyyat nişanı müvafiq dövlət rüsumu ödənilməklə əldə edilir və nişana qanuni sahiblik hüququ yaranır.

18. Qanunda eyni zamanda qeyd edilir ki, nəqliyyat vasitəsi özgəninkiləşdirilərkən dövlət qeydiyyat nişanı bir qayda olaraq saxlanılır, lakin nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə nişan bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinin Vİ hissəsində dövlət qeydiyyat nişanının əvvəlki sahibi, nişana sərəncam vermək hüququna malik şəxs anlayışlarından istifadə edilir. Məhkəmə “Yol hərəkəti haqqında” Qanununda qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, dövlət qeydiyyat nişanının qanuni sahibi və nişana sərəncam vermək hüququ olan şəxs-həmin nişanın əldə edilməsi üçün dövlət rüsumu ödəmiş və ya nişanın təhkim edildiyi nəqliyyat vasitəsini həmin nişanla bir yerdə əldə etmiş şəxs sayılır. Cavabdeh hazırkı halda bu şəxslərə aid olmadığından **-AA-*** dövlət qeydiyyat nişanı iddiaçının sahibliyinə qaytarılmalıdır.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-nin 157.8, 732, 736.3, 736.4-cü; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin 1, 2, 3, 6-cı bəndlərinə; “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 18.65.6.2-ci; maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Həmi n qətnamə 2023-cü il 28 avqust tarixində tərəflərin elektron kabinetində yerləşdirilmişdir.

21. Cavabdeh 2023-cü il 17 oktyabr tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli 22(103)-598/2023 saylı qətnaməsini ləğv edərək, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ c) Kassasiya şikayətinin dəlilləri 22. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin 3 bəndinin tələbi pozulmuşdur – cavabdeh **-AA-*** dövlət qeydiyyat nişanını 2019-cu il 12 iyun tarixində məhz dövlət orqanından almış və buna görə rüsum ödəmişdir. Bu zaman sual yaranmışdır ki, əgər cavabdeh qeydiyyat nişanını alan zaman rüsumu ödəməyibsə, o zaman həmin nişan niyə ona təqdim edilmişdir? Lakin Məhkəmə bu fakta qiymət vermədən qətnamədə göstərmişdir ki, (“Yol hərəkəti haqqında” Qanunda qeyd edilənlərə əsasən belə nəticəyə gəlinir ki, dövlət qeydiyyat nişanının qanuni sahibi və nişana sərəncam vermək hüququ olan şəxs həmin nişanın əldə edilməsi üçün dövlət rüsumu ödəmiş və ya nişanın təhkim edildiyi nəqliyyat vasitəsini həmin nişanla bir yerdə əldə etmiş şəxs sayılır. Cavabdeh hazırkı halda bu şəxslərə aid olmadığından **-AA-*** dövlət qeydiyyat nişanı iddiaçının sahibliyinə qaytarılmalıdır”). Qanundan da aydın olduğu kimi, dövlət qeydiyyat nişanının əldə edilməsi üçün dövlət rüsumu ödəmiş şəxs həmin nişanın qanuni sahibi və nişana sərəncam vermək hüququ olan şəxs sayılır. Artıq qeyd edildiyi kimi, cavabdeh **-AA-*** dövlət qeydiyyat nişanını alan zam an rüsum ödədiyindən onun qanuni sahibi hesab olunmuşdur. Odur ki, iddiaçının ümumiyyətlə, həmin nişanın geri qaytarılması barədə tələblə məhkəməyə müraciət etməsi üçün hər hansı bir subyektiv hüququ mövcud olmamışdır.

23. MM-in 732-ci maddəsinin tələbi pozulmuşdur – cavabdeh qeyd etmişdir ki, nəqliyyat vasitəsininin qeydiyyatını həyata keçirən orqan tərəfindən verilən dövlət qeydiyyat nişanı əvəzsiz istifadə münasibətlərinin predmeti ola bilməz. Çünki həmin nişan yalnız nəqliyyat vasitəsinin sahibi tərəfindən rüsum ödənildikdən sonra şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinə təhkim edilir. Bundan əlavə, qanunun tələblərinə əsasən, tərəflər arasında əvəzsiz istifadə münasibətlərinin mövcud olması üçün mütləq müqavilə olmalıdır. Bakı Apellyasiya Məhkəməsi işdə buna dair hər hansı bir s übut mövcud olmadığı halda tərəflər arasında əvəzsiz istifadə münasibətlərinin olduğu qənaətinə gəlmişdir. İşdə olan sübutlara görə, **-AA-*** dövlət qeydiyyat nişanı 2019-cu il 12 iyun tarixində cavabdehə məxsus “Mercedes Benz 363 AMG” minik markalı avtomobilə təhkim olunmuşdur. Həmin avtomobil isə bir aydan sonra, yəni 2019-cu il 12 iyul tarixində X6 lizinqə verilmişdir. Yəni, lizinq müqaviləsi bağlanmazdan bir ay öncə iddiaçı tərəfindən həmin nömrənin cavabdehə əvəzsiz istifadəyə verilməsi heç bir məntiqə və ağlabatan hüquqi mühakiməyə sığmır.

24. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Baş Dövlət Yol Polis İdarəsinə sorğu verilmişdir. Məhkəmə məhz sorğuya cavab almaq məqsədilə məhkəmə iclasını 2 dəfə təxirə salmışdır. X17 Polis İdarəsi tərəfindən sorğuya verilən cavab da birinci instansi ya məhkəməsinə təqdim edilən cavabla eyni olmuş, orada da rüsumun kim tərəfindən ödənilməsi barədə məlumat əks olunmamışdır (iddiaçının nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsinə müraciət etməzdən də əvvəl Baş Dövlət Yol Polis İdarəsinə sorğu göndərmiş və eyni məzmunlu cavab almışdır). Bakı Apellyasiya Məhkəməsinin sorğusuna verilən eyni məzmunlu cavab iş materallarının içində olmuşdur. O, zaman sual yaranmışdır ki, əgər hər hansı bir yeni sübut olmadan yekun qərarın qəbul edilməsi mümkün olubsa Apellyasiya Məhkəməsi niyə məhz sorğuya cavab verilməməsi səbəbilə məhkəmə iclasını 2 dəfə təxirə salmışdır? İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olduğu halda məhkəmə niyə əlavə sübutların təmin edilməsi barədə sorğu göndərmişdir? Hər hansı fərqli bir sübut və məlumat əldə edilmədiyi halda iş üzrə qərar necə qəbul edilmişdir? Göründüyü kimi, məhkəmə gəldiyi nəticəni hər hansı bir sübutla əsaslandırmamış və yanlış nəticəyə gəlmişdir.

25. Bakı Apellyasiya Məhkəməsi tərəflər arasında əvəzsiz istifadə münasibətlərinin olması və cavabdeh tərəfindən **-AA-*** dövlət qeydiyyat nişanına görə rüsumun ödənilməməsi barədə nəticəyə gələrkən hər hansı bir sübuta əsaslanmamış, yalnız iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi və həqiqliyi sübuta yetirilməyən məlumatlara əsasən yekun qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi fakti ki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III.TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə

732. Əvəzsiz istifadə müqaviləsi Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. “Maddə

736. Əvəzsiz istifadəyə götürülmüş əşyanı qaytarmaq vəzifəsi... 736.3. Əgər kirayə müddəti müəyyənləşdiril məyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. 736.4. Əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər. 31. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

29. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, trak torlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. İİ-İ. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüs umunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin d övlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir.... Vİ. Bu maddənin İİİ, İV və V hissələrində nəzərdə tutulmuş hallarda dövlət qeydiyyat nişanının əvvəlki (sonuncu) sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə görə, həmin şəxs “Dövlət rüs umu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunu ödəməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan isti fadə olunmasına yol verilmir. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasın ın 2023-cü il 25 avqust tarixli 2-2(103)-598/2023 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir.

34. İddia tələbini təmin edən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, **-AA-*** dövlət qeydiyyat nişanının əvvəlki sahibi iddiaçı olmuş və həmin nişan 2016-cı ildə verilmiş qeydiyyat şəhadətnaməsinə əsasən hüquqi şəxsin mülkiyyətində olan “Mercedes Benz S400” markalı avtomobilə təhkim olunmuş, 2019-cu il 12 iyun tarixində həmin nişan cavabdehə əvəzsiz istifadəyə verilmişdir. Cavabdeh qeyd edilən dövlət qeydiyyat nişanına görə hər hansı ödəniş etmədiyi və nəqliyyat vasitəsi 2021-ci il 2 mart tarixində X1 geri götürülərkən **-AA-*** dövlət qeydiyyat nişanı əvvəlki sahibinə qaytarılmadığı üçün iddiaçı MM-nin 732, 736-cı maddələrinə əsasən əvəzsiz istifadəyə verdiyi nişanın onun sahibliyinə qaytarılmasını tələb etməkdə haqlıdır.

35. Cavabdeh kassasiya şikayətinin dəlillərində məhkəmənin gəldiyi bu nəticəni mübahisələndirərək qeyd etmişdir ki, cavabdeh MMC **-AA-*** dövlət qeydiyyat nişanını 2019-cu il 12 iyun tarixində dövlət orqanından almış və buna görə dövlət rüsumu ödəmişdir. Cavabdeh dövlət rüsumu ödəmədiyi halda, həmin dövlət qeydiyyat nişanının hansı əsasla cavabdehə verilməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki, apellyasiya instansiyası məhkəməsi özü də qətnaməsində “Yol hərəkəti haqqında” Qanuna istinadən qeyd etmişdir ki, dövlət qeydiyyat nişanının qanuni sahibi və nişana sərəncam vermək hüququ olan şəxs həmin nişanın əldə edilməsi üçün dö vlət rüsumu ödəmiş və ya nişanın təhkim edildiyi nəqliyyat vasitəsini həmin nişanla bir yerdə əldə etmiş şəxs sayılır.

36. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmə aparılmasını zəruri hesab edir.

37. Belə ki, işin apellyasiya baxışı zamanı iddiaçının vəsatəti təmin olunaraq, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsi və Baş X16 İdarəsinin Qeydiyyat-İmtahan Şöbəsinə 2023-cü il 22 iyun tarixli sorğu göndərilmiş, sorğuya əsasən, 2014-cü il buraxılışlı, “Mercedes Benz S63 AMG” minik markalı avtomobilin hazırda üzərində olan **-AA-*** dövlət qeydiyyat nişanının hansı tarixdə və ki m tərəfindən dövlət rüsumu ödənilməklə əldə edilməsi, həmin dövlət qeydiyyat nişanının hansı sənəd və əsaslarla “Mercedes Benz S63 AMG” minik markalı avtomobilə təhkim edildiyi və həmin avtomobil hazırda cavabdehin mülkiyyətində olduğundan onun üzərində olan **-AA-*** dövlət qeydiyyat nişanının əvvəlki sahibinə qaytarılması proseduru barədə məlumatın verilməsi və cavab məktubuna təsdiqedici sənədlərin əlavə edilməsi xahiş olunmuşdur.

38. Həmin sorğuya Baş X16 İdarəsinin 2023-cü il 10 iyu tarixli cavab məktubunda bildirilmişdir ki, **-AA-*** dövlət qeydiyyat nişanı 2019-cu il 12 iyun tarixdə cavabdehə məxsus “Mercedes Benz S63 AMG” markalı nəqliyyat vasitəsinə təhkim olunaraq AD520187 nömrəli yeni qeydiyyat şəhadətnaməsi verilmişdir.

39. Göründüyü kimi, cavab məktubu ilə məhkəmə tərəfində n sorğu edilmiş suallar cavablandırılmamış, apellyasiya instansiyası məhkəməsi isə bunu nəzərə almadan yekun qərar qəbul etmiş, gəldiyi nəticəni əsaslandırarkən isə qeyd etmişdir ki, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən dövlət qeydiyyat nişanının qanuni sahibi və nişana sərəncam vermək hüququ olan şəxs – həmin nişanın əldə edilməsi üçün dövlət rüsumu ödəmiş və ya nişanın təhkim edildiyi nəqliyyat vasitəsini həmin nişanla bir yerdə əldə etmiş şəxs sayılır. Cavabdeh hazırkı halda bu şəxslərə aid olmadığından **-AA-*** dövlət qeydiyyat nişanı iddiaçının sahibliyinə qaytarılmalıdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, sorğu edilmiş məlumatlar tərəflər arasında yaranmış mübahisəli məsələnin həlli baxımından mühüm əhəmiyyət kəsb etsə də, həmin suallar cavablandırılmadan, cavabde hin dövlət qeydiyyat nişanını dövlət rüsumu ödəyərək və ya nişanın təhkim edildiyi nəqliyyat vasitəsi ilə birgə əldə edən şəxs olmadığına dair gəlinmiş nəticə ziddiyyətli olmuş, bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. 41. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır” (N.Əbilovun şikayəti üzr ə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli qərarı). 42. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şər h edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

43. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, 2014-cü il buraxılışlı, “Mercedes Benz S63 AMG” minik markalı avtomobilin hazırda üzərində olan **AA-*** dövlət qeydiyyat nişanının hansı tarixdə və kim tərəfindən dövlət rüsumu ödənilməklə əldə edilməsi, həmin dövlət qeydiyyat nişanının hansı sənəd və əsaslarla “Mercedes Benz S63 AMG” minik markalı avtomobilə təhkim edilməsi barədə məlumatlar əldə edilməklə, hərtərəfli araşdırma aparılmalı və hazırkı mübahisənin qanuni həlli təmin edilməlidir.

44. Beləliklə, işə kassasiya qaaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli 22(103)-598/2023 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir.

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:

46. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli 2-2(103)-598/2023 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar