Məhkəmə qərarları › İş №2-2(102)-65/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-65/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-65/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə əsas borcun, cərimə və faizlərin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı LPO "xxxx" ASC Cavabdeh MMC-yə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 sentyabr tarixli, 2-2(103)-726/2022 saylı qə tnaməsindən cavabdeh verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ 1. 2012-ci il 6 yanvar tarixli, 01K/12 saylı təminatsız kredit xətti müqaviləsinə əsasən İddiaçı ASC (bundan sonra-ASC) Cavabdeh MMC-yə (bundan sonra-MMC) 428.150 manat məbləğində 12 ay müddətinə illik 12 faizlə kredit xətti açmağı, MMC isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 2. 2012-ci il 29 dekabr tarixli 1 saylı əlavəyə əsasən 2012-ci il 6 yanvar tarixli, 01K/12 saylı təminatsız kredit xətti müqaviləsi eyni şərtlərlə 12 ay müddətinə uzadılmışdır. 3. 30 yanvar 2014-cü il tarixli 2 saylı əlavəyə əsasən 2012-ci il 6 yanvar tarixli, 01K/12 saylı təminatsız kredi t xətti müqaviləsi yenidən eyni şərtlərlə 12 ay müddətinə uzadılmışdır. 4. 2019-cu il 29 yanvar tarixli, **********164 saylı maliyyə arayışına əsasən Cavabdeh MMC-nin 01K/12 saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə əsas borcu 242.530,68 manat və müqavilənin bitmə tarixinə faiz borcu 37.096,57 manat qeyd olunmuşdur.

5. İddiaçı ASC tərəfindən Global Card” MMC-yə 2019-cu il 31 yanvar tarixində xəbərdarlıq məktubu göndərilərək cəmi 127.627,05 manat kredit borcunun 5 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə borc məbləğinin məhkəmə qaydasında tutulması istiqamətində tədbir görüləcəyi barədə məlumat verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə 2019-cu il 16 aprel tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh MMC ilə bağlanmış 2012-ci il 6 yanvar tarixli, 01K/12 saylı kredit müqaviləsinə əsasən 2019-cu il 29 yanvar tarixinə faiz borcu üzrə 75.658,02 manat, cərimə üzrə 36.170,85 manat, müqavilə müddəti bitdikdən sonra 5 % ilə hesablanan borc üzrə 15.798,18 manat olmaqla, ümumilikdə 127.627,05 manat məbləğində və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC ilə cavabdeh MMC arasında bağlanmış 2012-ci il 6 yanvar tarixli, 01K/12 nömrəli, kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-ə 36 ay müddətinə 12%-lə 428.150 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədənkənar qaydada həll etmək məqsədilə tərəflərindən cavabdeh MMC-yə “borcun qaytarılması tələbi ilə bağlı” xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. ASC ilə MMC arasında bağlanmış 2012-ci il 6 yanvar tarixli, 01K/12 nömrəli kredit müqaviləsinə 2019-cu il 29 yanvar tarixinə cavabdeh MMCin ASC qarşısında faiz borcu üzrə 75.658,02 manat, cərimə borcu üzrə 36.170,85 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən 5% ilə hesablanan borc üzrə 15.798,18 manat olmaqla, ü mumilikdə 127.627,05 manat borcu yaranmışdır. 1 saylı Bakı İnzibatiİqtisadi məhkəməsinin 2016-cı il 1 fevral tarixli, 2-1(81)-1404/2016 saylı qərarına əsasən ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu ASC-in ləğvedicisi təyin olunmuşdur.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır. 10. 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin 2019-cu il 7 iyun tarixli, e-22(81)745/2019 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, məhkəmə-mühasibatlıq ekspertizasının 2020-ci il 1 5 yanvar tarixli, 17941 saylı rəyində MMC-in ASC-yə müqavilə müddətinin sonuna-2013-cü il 6 yanvar tarixinə əsas borc üzrə 158.910,68 manat, faiz borcu üzrə 2.745,48 manat olmaqla ümumilikdə 161.656,68 manat, 2019-cu il 16 aprel tarixinə illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 9.292,30 manat məbləğində borcunun olduğu qeyd edilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-84/2020 saylı, 2020-ci il 3 mart tarixli qərardadı ilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, məhkəmə-mühasibatlıq ekspertizasının 2020-ci il 8 may tarixli, 9/1114 saylı rəyində 2012-ci il 6 yanvar tarixli, 01K/12 nömrəli təminatsız kredit xətti müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 44 9-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərara müvafiq olaraq MMC-nin ASC-yə 2013-cü il 6 yanvar tarixinə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 158.910,68 manat, faiz borcu üzrə 2.745,48 manat olmaqla ümumilikdə 161.656,16 manat, 2019-cu il 16 aprel tarixinə 5% hesablanmaqla faiz borcu üzrə 33.545,37 manat məbləğində borcunun olduğu qeyd edilmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 iyun tarixli, e-2-2(113)-84/2020 nömrəli qərardadı ilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, məhkəmə-mühasibatlıq ekspertizasının 2020-ci il 7 avqust tarixli 9/2525 saylı rəyinə əsasən 2012-ci il 6 yanvar tarixli, 01K/12 saylı təminatsız kredit xətti müqaviləsinin şərtləri, 2012-ci il 6 yanvar tarixli, 01K/12 saylı təminatsız kr edit xətti müqaviləsinə dair 1 saylı, 2 saylı əlavələr və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına müvafiq olaraq MMC-nin ASC-yə olan borcu 2015-ci il 6 yanvar tarixinə əsas borcunun 242.530,68 manat, faiz borcunun 45.977,24 manat olmaqla ümumilikdə 288.507,92 manat, 2019-cu il 16 aprel tarixinə-iddia ərizəsinin verilmə tarixinədək 5% hesablanmaqla, ümumilikdə cavabdehin faiz borcunun 61.775,42 manat müəyyən edilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 sentyabr tarixli, 2-2 (113)84/2020 saylı qətnaməsi iddia qismən təmin olunmuş, 45.977,24 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaç ıya ödənilməsi, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim F.Qasımov).

14. Birinci instansiya məhkəməsi işin § 1-5-də qeyd olunan hallarına istinad etmiş, iş üzrə verilmiş ekspert rəylərini (bax yuxarıda §10-12) işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, müqavilə üzrə əsas borcun ödənilməsi öhdəliyi müqavilə müddəti bitənə qədər tam icra edilmiş, iddiaçı tərəfindən müqavilə üzrə yalnız faiz borcunun ödənilməsi öhdəliyi icra edilməmişdir və həmin borc ekspert rəyinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində 45.977,24 manat təşkil edir. Lakin iddiaçı tərəfindən mülki qanunvericilik normalarının tələblərinə zidd olaraq yalnız faiz borcunun mövcud olduğu təqdirdə həmin borca əsassız olaraq müqavilə müddəti bitdikdən sonra 5% il ə hesablanan faiz borcu və cərimə hesablanmışdır. Hazırki iş üzrə əsas borc müqavilə müddəti dövründə tam olaraq ödənilsə də, əsas borc mövcud olmadığı halda iddiaçı tərəfindən cərimə hesablanmışdır. Buna görə də iddia müqavilə müddəti bitdikdən sonra 5% ilə hesablanan faiz borcu və cərimənin ödənilməsi hissəsində təmin oluna bilməz.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 445.7, 462.1, 466.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 119.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərara istinad etməklə əsaslandırmışdır.

16. Həmi n qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Bakı Apelyasiya Məhkəməsinin 2021-ci il 3 fevral tarixli 2-2(103)-97/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim V.Baxışova, hakimlər C.Yusifov və R.Qurbanov).

18. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə apellyasiyanın hədləri ilə bağlı göstərmişdir ki, apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, qətnamə iddianın rədd edildiyi hissəə mübahis ələndirilir.

19. Həmin məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, müqavilə üzrə əsas borcun ödənilməsi öhdəliyi müqavilə müddəti bitənə qədər tam icra edilmiş, iddiaçı tərəfindən müqavilə üzrə yalnız faiz borcunun ödənilməsi öhdəliyi icra edilməmişdir və həmin borc ekspert rəyinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində 45.977,24 manat təşkil edir, lakin iddiaçı tərəfindən mülki qanunvericilik normalarının tələblərinə zidd olaraq yalnız faiz borcunun mövcud olduğu təqdirdə həmin borca əsassız olaraq müqavilə müddəti bitdikdən sonra 5% ilə hesablanan faiz borcu və cərimə hesablanmışdır. Hazırki iş üzrə əsas borc müqavilə müddəti dövründə tam olaraq ödənilsə də, əsas borc mövcud olmadığı halda iddiaçı tərəfindən cərimə hesablanmışdır. Buna görə də iddia müqavilə müddəti bitdikdən sonra 5% ilə hesablanan faiz borcu və cərimənin ödənilməsi hissəsində təmin oluna bilməz.

20. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuşdur ki, borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1 % miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Ekspert rəylərindən görünür ki, işdəki hesabdan çıxarış məlumatlarında cavabdehə bank tərəfindən dəbbə pulu hesablandığı öz əksini tapmır. Bank tərəfindən tələb edilən 36.170,85 manat dəbbə pulu məbləğinin hansı dövr üçün və hansı məbləğə hesablanması barədə məhkəməyə maliyyə arayışı təqdim olunmadığından məhkə mə dəbbə pulu ilə bağlı hissədə iddianı düzgün olaraq təmin etməmişdir.

21. Məhkəmə gəldiyi nəticəni MM-in 445.7, 462.1, 466.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunub işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 19 may tarixli, 2-2(102)-182/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən-cərimə borcu və dəbbə pulu hissəsində ləğv edilmiş, iş həmin h issələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən-məruzəçi hakim B.Qəribov, hakimlər-İ.Dadaşov və B.Məmmədli).

24. Kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni kredit xətti müqaviləsinin 2015-ci il 06 yanvar tarixində bitdiyi halda əsas borcun 2016-cı il 25 aprel tarixində tam ödənilməsinə əsaslanaraq müqavilə müddətinin bitdikdən sonrakı dövr üçün olan cərimə və dəbbə borcu hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, işin hallarından görünür ki, müqavilə müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə əsas borc üzrə 288.507,92 manat, 45.977,24 manat isə faiz borcu vardır. İşin materiallarında olan 29 yanvar 2019-cu il tarixli maliyyə arayışına əsasən kredit üzrə son ödəniş tarixi 2016-cı il 25 aprel tarixində olmuşdur. Bu faktın mövcudluğunu hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi cərimə borcu və dəbbə pulu hssəsilə əlaqədar yekun nəticəyə gələrkən mülki hüquq normalarının və normativ hüquqi xarakterli aktların tələbləri baxımından əlaqələndirməklə hüquqi qiymət verməmişdir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,3, 399, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor di gər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən müqdarda faizlər hesablanır. Kreditorun vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məc əllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

26. Kassasiya şikayətinin dəbbə pulunun ödənilməli olduğu, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmadığı hissəsi ilə bağlı məhkəmə göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi dəbbə pulu ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün olmayan nticəyə gəlmişdir. Bu baxımdan kassasiya şikayətinin dəbbə pulu (cərimə) ilə bağlı hissəsi əsaslı hesab edilərək təmin edilməlidir. 27. 06 yanvar 2012-ci il tarxlii müqavilənin 5.1-ci bəndindən görünür ki, borc alan üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsinə və ya müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir.

28. İşin mater iallarından görünür ki, borc alan üzərinə düşən öhdəlikləri müqavilə müddətində müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.

29. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri, eləcə də tərəflər arasında bağlanmış müqavilənin qeyd olunan şərtini və MM-nin 462.1-ci maddəsinin tələblərini əsas götürərək belə qənaətə gəlmişdir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi cərimə borcu və dəbbə pulu hissəsində yenidən araşdırmalı və hüquqi qiymət verməlidir d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 sentyabr tarixli, 2-2(103)-832/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 12 noyabr tarixli, 9/7408 nömrəli rəyində cavabdehin iddiaçıya 2015-ci il 6 yanvar tarixinə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 242.530,68 manat, faiz borcu üzrə 45.977,24 manat olmaqla, ümumilikdə 288.507,92 manat, 2016-cı il 4 aprel tarixinə əsas borc üzrə 242.530,68 manat, faiz borcu üzrə 45.977,24 manat, faiz borcu (illik 5%-lə) 15.090,80 manat olmaqla, 303.598,72 manat, 2016-cı il 25 aprel tarixinə əsas borc 0,00 manat, faiz borcu üzrə 45.977,24 manat, faiz borcu (illik 5%-lə) 15.090,80 manat olmaqla, 61.775,42 manat müəyyən edildiyi qeyd olunmuşdur.

31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 sentyabr tarixli, 2-2(103)-726/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qətn aməsi iddia tələbinin rədd olunduğu hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdehdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən 5% ilə hesablanan 15.798,18 manat məbləğdə faiz borcunun (zərər) tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə apellyasiya baxışının hədləri ilə bağlı göstərmişdir ki, Ali Məhkəmənin 2021-ci il19 may tarixli qərarı qəbul edilən andan qüvvəyə mindiyindən, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 sentyabr tarixli qətnaməsi də həmin andan 45.977,24 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissədə qüvvəyə mindiyi üçün, hazırkı apellyasiya araşdırmasının predmetini yalnız dəbbə və cərimə məbləğlərin in tutulması hissəsi təşkil etməklə, məhkəmə aktı daeyni hissədə qismən yoxlanılır.

33. Həmin məhkəmə məhkəmə aktının yoxlanılan hissəsində gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, kassasiya instansiyası məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq işin yeni apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 2021-ci il 12 noyabr tarixli ekspert rəyi ilə cavabdehin 2016-cı il 25 aprel tarixinədək (son ödənişin tarixinə) faiz borcunun (illik 5%-lə) 15.798,18 manat təşkil etdiyi müəyyən olunmuş, həmin ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün, rəyin mötəbər sayılmaması üçün hər hansı əsaslar müəyyən olunmamışdır.

34. Bu mənada məhkəmə iddiaçının apellyasiya şikayətinin ilə qismən razılaşaraq hesab etmişdir ki, iddia MM-in 445.7-ci maddəsinin tələbinə müvafiq qaydada həmin hissədə də təmin olunmalı idi. Belə ki, cavabdehin pul məbləğinin ödənilməsi ilə bağlı müqavilə öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsi iş materialları ilə təsdiqini tapır, iddiaçının digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsi isə sübut olunmur. Belə ki, iddiaçı 2016-cı ilin fevral ayından müflis elan edilib, barəsində iflas proseduruna başlandığından, onun tərəfindən yeni kreditlərin verilməsi məhdudlaşdırılmışdır. Bu baxımdan, iddiaçı yalnız iş üzrə kredit müqaviləsinin müddətinin son tarixi xx.xx.2015-ci il tarixi ilə müflis elan edildiyi xx.xx.2016-cı il tarixədək yeni kredit mü qavilələrinin bağlanması yönündən əldən çıxmış faydanın müəyyənləşdirilməsi üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərinə dair mötəbər sübutlar təqdim edə bilərdi ki, belə sübutlar da təqdim olunmamış, AR Konstitusiya Məhkəməsi Plenumu isə xx.xx.2014-cü il tarixli Qərarında şərh etmişdir ki, kreditor kredit müqaviləsi bitəndən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

35. Məhkəmə hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətinin cərimə borcu (dəbbə pulu) tələbinə dair dəlili əsassızdır. Belə ki, iddiaçı apellyasiya şikayətində də bu dəlilini ümumi ifadələrlə qeyd etmiş, dəbbə pulunun hansı tarixdən nə vaxtadək neç ə müddətə necə hesabladığı barədə açıqlama verməmiş, işdə bununla bağlı izahedici arayış olmamışdır. Həmçinin, 2021-ci il 12 noyabr tarixli ekspert rəyində də bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatlarının təqdim edilmədiyi göstərilmişdir.

36. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 2014-cü il 24 dekabr tarixli Qərarında aydın şərh etmişdir ki, kreditor kredit müqaviləsi bitəndən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə müqavilə ilə nəzərdə tutulan faiz və cərimələr hesablana bilməz, onlar yalnız zərər qaydasında tələb edilə bilər. İddiaçı özü 2019-cu il 29 yanvar tarixli maliyyə arayışında göstərmişdir ki, cavabdehin kredit müqaviləsinin bitmə tarixinə cərimə borcu olmamı şdır, sonuncuya 36.170,85 manat məbləğdə cərimə borcunu isə kredit müqaviləsinin bitmə tarixi ilə maliyyə arayışının tarixi aralığına hesablamışdır.

37. Cavabdehin apellyasiya şikayətinin əsassız olması qənaətinə gələn məhkəmə göstərmişdir ki, məhkəmənin mötəbər qəbul etdiyi 2021-ci il 12 noyabr tarixli ekspert rəyi ilə cavabdehin iddiaçıya 2016-cı il 25 aprel tarixinə faiz borcu üzrə 45.977,24 manat, illik 5%-lə faiz borcunun 15.090,80 manat təşkil etdiyi müəyyən olunmuşdur. Həmin ekspert rəyində qeyd olunmuşdur ki, istifadə olunan kreditin məbləği 659.270 manat, cavabdehin 2015-ci il 6 yanvar tarixə əsas borcunun məbləği 242.530,68 manat olmuş, sonuncu məbləğ 2016-cı il 25 aprel tarixdə ödənilmişdir. Başqa sözlə, 2015-ci il 6 yanvar tarixinə cavabdehin iddiaçıya 242.530,68 manat məbləğdə ödənilməmiş əsas borcu qaldığı dövrdə onun iddiaçıya 2019-cu il 29 yanvar tarixli maliyyə arayışına əsasən 37.096,57 manat məbləğdə, 2021-ci il 12 noyabr tarixli ekspert rəyinə görə isə 45.977,24 manat məbləğdə ödənilməmiş qalan faiz borcu (12%) var idi.

38. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə iddia rədd olunan hissədə qanuni və əsaslı olmamışdır, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin yoxlanılan hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan his sədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia müzakirə olunan qaydada qismən təmin edilməli, qətnamə iddianın rədd edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri cavabehə aid edilməlidir.

39. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 427.3, 442, 443.1, 443.2, 443.4, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 462.1, 739.1, 739.2, 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, MPM-in 14.2, 77, 88, 101.6, 101.7, 103.1, 119.1, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

40. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassaiya şikayətində qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

41. MM-in 527.1, 528-ci maddəsinin tələbləri pozulmuşdur - tərəflər arasında bağlanılmış 2012-ci il 6 yanvar, tarixli 01K\12 nömrəli kredit xətti müqaviləsindən görünür ki, illik 12 faiz olmaqla, 12 ay müddətinə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 428150 manat kredit xətti açmışdır. Qeyd olunan kredit müqaviləsinin müddəti 2 dəfə hər dəfə 1 il olmaqla artırılmış və kredit müqaviləsinin müddəti 2015-ci il 6 yanvar kimi müəyyən edilmişdir. Maliyyə Arayışından görünür ki, Kr edit Müqaviləsinin dəyəri 428.150 manat təşkil etmişdir. Keçirilmiş bir neçə məhkəmə mühasibatlıq ekspertizaları ilə cavabdeh tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə əsas borca görə 659.270,00 manat pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Belə olan təqdirdə götürülmüş 428.150 manat kredit məbləğinə görə cavabdeh tərəfindən 659.270,00 manat pul vəsaiti yalnız əsas borca görə ödənilmiş, beləliklə borclu kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini tam olaraq, hətta artıqlaması ilə icra etmişdir.

42. MPM-in 360-cı maddəsinin tələbləri pozulmuşdur-işin materiallarında olan, istər iddia ərizəsinin və pretenziyanın cavabdehə göndərilməsi, istərsə də məhkəmə bildirişlərinin, məhkəmə qərardadlarının və yekunda məhkəmə qətnaməsinin cavabdehə göndərilməsi barədə sənədlərdən görünür ki, cavabdeh bu sənədlərin heç birini almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi rəsmi olaraq alındığı andan apellyasiya şikayəti verilməsi üçün vəsatət verilmiş bu vəsatət məhkəmə tərəfindən təmin edilmiş və apellyasiya şikayəti ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Belə olan təqdirdə, qətnamə bütövlüklə cavabdehə münasibətdə qüvvəsini almamışdır və cavabdeh tərəfindən verilmiş şikayət tam araşdırılmalı və buna müvafiq qətnamə qəbuledilməli idi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. İddiaçının kassasiya şikayətinə qarşı etirazında kassasiya şikayətinin formal mülahizələrdən ibarət olduğu, apellyasiya məhkəməsi tərəfindən mübahisəli münasibəti tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunduğu, prosessual hüquq n ormalarının pozuntusuna yol verilmədiyi göstərilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi ü çün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

47. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması v ə ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması v ə ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fay da müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məz mununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir: “... Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə gör ə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək i mkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.... Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasınd a ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.”

49. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

101. Ekspert rəyi... 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir....” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası mə hkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 51. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

52. Cavabdehin kassasiya şikayətinin § 41-da göstərilən dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə 15.798,18 manat (on beş min yeddi yüz doxsan səkkiz manat on səkkiz qəpik) məbləğdə faiz borcunun tutulması barədə nəticəsi AR Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövq eyə və MM-nin 445.7-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

53. Məhkəmə kollegiyası hesab edir ki, işin təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehdən faiz borcunun (zərər) tutularaq, iddiaçıya ödənilməsi hissəsində kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər nəzərə alınaraq, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin § 42-də göstərilən dəlillərini əsaslı hesab edir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasın ı zəruri hesab edir.

55. Belə ki, işin materiallarından görünür ki, işin yeni apellyasiya baxışı zamanı cavabdeh tərəfindən də apellyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilməsi hissəsində mübahisələndirilmişdir. Həmin şikayət apellyasiya icraatına qəbul edilmişdir.

56. Bununla belə, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini müəyyən edərkən belə qənaətə gəlmişdir ki, Ali Məhkəmənin 2021-ci il 19 may tarixli qərarı qəbul edilən andan qüvvəyə mindiyindən, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 sentyabr tarixli qətnaməsi də həmin andan 45.977,24 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissədə qüvvəyə mindiyi üçün, hazırkı apellyasiya araşdırmasının predmetini yalnız dəbbə və cəri mə məbləğlərinin tutulması hissəsi təşkil etməklə, məhkəmə aktı da eyni hissədə qismən yoxlanılır.

57. Halbuki, işə birinci dəfə kassasiya qaydasında iddiaçının kassasiya şikayəti əsasında baxılarkən məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-nin 403-cü maddəsinin tələblərinə müvafiq olaraq, yalnız cərimə borcu və dəbbə pulunun tutulması hissəsində yoxlanılmışdır. Başqa sözlə, iddianın qismən təmin olunması hissəsi üzrə şikayət olmadığından həmin hissə üzrə hər hansı hüquqi qiymətləndirmə aparılmamışdır. Bu səbəbdən məhkəmə qərarının qərara aldı hissəsində də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması göstərilməmiş, qətnamə yalnız cərimə borcu və dəbbə pulunun tutulması hissəsində ləğv edilərək yeni apellyasiya baxışına göndərilmişdir. 5

8. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qətnaməsində həm cavabdehin apellyasiya şikayətinin əsassız olmasını (bax yuxarıda § 37), həm də birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə yoxlamadığını göstərməklə, ziddiyyətli nəticəyə gəlmişdir.

59. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi birinci dəfə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd olunan hissəsində iddiaçının şikayəti əsasında kassasiya qaydasında mübahisələndirilməsini nəzərə almamış, kassasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməyən hissə üzrə cavabdehin işin yeni apellyasiya baxışında verdiyi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verəməməklə MPM-nin 360 və 327-ci maddələrinin tələblərini pozm uşdur. 60. “Apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyil. Lakin apellyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirir. Beləliklə, şikayətin obyektinə dair olduğu kimi şikayətin predmetinə dair də apellyasiya instansiyası məhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apellyasiya şikayətində müəyyənləşdirilir” (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» 2011-ci il 20 may tarixli Qərarı).

61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994cü il, Kuznetsov və digərləri Rusiyaya qa rşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).

62. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi qismən-cavabdehin apellyasiya şikayətinin təmin edilmədiyi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 sentyabr tarixli, 2-2(103)-726/2022 saylı qətnaməsi qismən-cavabdehin apelly asiya şikayətinin təmin edilmədiyi hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: E.Y.Şamayev V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar