Məhkəmə qərarları › İş №2-2(102)-650/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-650/2024

27.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-650/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən torpaq münasibətlərindən, habelə əmlaka sahiblik, istifadə, mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, servitutun müəyyən edilməsi və servitut üçün haqq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh ASC, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “500 manat servitut haqqı müəyyən edilməklə servitut barədə müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyul tarixli 2-2(107)-67/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmi ş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi olaraq (tikili) müəssisə "Yevlax-Mərkəzi Bazar” ASC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən 0,5378 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, istifadə hüququ ilə onun üzərində yerləşən 4882,9 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ 2014-cü il 13 noyabr tarixində Yevlax-Mərkəzi Bazar” ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. 2. "Yevlax-Mərkəzi Bazar” ASC-yə məxsus qeyri-yaşayış sahəsinin mərkəzində fəaliyyət göstərən qeyri-yaşayış sahəsi "ü nvan 3 ünvanında yerləşən 0,0335 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadə hüququ ilə, 292,6 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ 2020-ci il 11 iyun tarixində "Yevlax-Məişət” ASC-nin adına qeydiyyata alınmışdır.

3. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa görə, Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, istifadə hüququ ilə onun üzərində yerləşən 4882,9 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ 2014-cü il 13 noyabr tarixində İddiaçı ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır.

4. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa görə, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən torpaq sahəsi dö vlət mülkiyyətində olmaqla istifadə hüququ ilə, 292,6 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ 2020-ci il 11 iyun tarixində Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır.

5. Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 30 sentyabr tarixli ekspert rəyinə görə, DƏDKRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə texniki tərəfindən 2022-ci il 1 iyun tarixli, **********96 nömrəli mütəxəssis rəyi üzrə Cavabdeh ASC-yə məxsus Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 0,0335 kv.m olan daşınmaz əmlakın yerləşdiyi qeyri-yaşayış binasının cənub və qərb tərəfindən dəmir hasar çəkilmişdir. Qeyri-yaşayış binasının ətrafına dəmir hasarın kim tərəfindən çəkilməsini müəyyən etmək mümkün olmamışdır. Hasar çəkilən yer Cavabdeh ASC-nin mülkiyyətinə **********7-06301 reyestr nömrəli çıx arışla verilmiş qeyri-yaşayış binasının ərazisində yerləşir. Cavabdeh ASC-yə məxsus Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən qeyri-yaşayış binasının ətrafına çəkilmiş dəmir hasarın binanın giriş-çıxış qapılarının qarşısında quraşdırıldığından dəmir hasarın çəkilməsi mövcud tikinti norma və qaydalarına uyğun olmadığı və çəkilən dəmir hasarların qeyriyaşayış binasına giriş-çıxışına maneə törətdiyi müəyyən edilir.

6. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 3 oktyabr tarixli 2-2(117)-801/2023 nömrəli qətnaməsi ilə tikilinin əvvəlki vəziyyətə gətirilməsi, Cavabdeh ASC tərəfindən Yevlax şəhəri, B.İmanov küçəsi, 8A71 ünvanda yerləşən 292.60 kv.m qeyri-yaşayış sahəsində 2020-ci il 11 iyun tarixli texniki pasportda göstərilməyən və sonradan açılan qapıların bağlanması, həmin qeyri-ya şayış sahəsinin əvvəlki vəziyyətə, yəni texniki pasportda göstərilən vəziyyətə qaytarılması ilə bağlı hazırki iş üzrə iddiaçının iddiası təmin edilməmişdir.

7. Cavabdeh ASC-nin hazırki iş üzrə İddiaçı ASC-yə qarşı Yevlax şəhəri, B.İmanov küçəsi 8A/1 ünvanında 0,0335 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 292.60 kv.m olan qeyri-yaşayış sahəsi olan binanın zəbtdən azad edilməsi tələbinə dair iddiası təmin edilmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 14 iyul tarixli 2-2(102)282/2021 nömrəli qərarı). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 8. "Yevlax-Mərkəzi Bazar” ASC (bundan sonra - “iddiaçı”) 2023-cü il 20 dekabr tarixində "Yevlax-Məişət” ASC-yə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mü lkiyyətində olan Yevlax şəhəri, ünvan 1 ünvanında olan əmlak kompleksi (tikili) (bundan sonra – “əmlak kompleksi”) müəssisənin yerləşdiyi torpaq sahəsindən cavabdeh özünə məxsus qeyri-yaşayış sahəsinə gediş-gəliş, giriş-çıxış üçün istifadə etməsinə görə aylıq 500 manat servitut haqqı müəyyən edilməklə həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçının mülkiyyətində olan əmlak kompleksi müəssisənin yerləşdiyi torpaq sahəsindən cavabdehin özünə məxsus qeyri-yaşayış sahəsinə gediş-gəliş, giriş-çıxış üçün istifadə etməsi servitut kimi müəyyənləşdirilərək, həmin müqavilənin bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi işin hallarına (bax §1) istinadla əsaslandırılmış və əlavə olara qeyd edilmişdir ki, hazırki iddi a ərizəsinə əlavə olunmuş iddiaçıya məxsus və cavabdehə məxsus həmin qeyri-yaşayış sahələrinə dair tərtib edilmiş texniki pasportlarına görə, cavabdehə məxsus qeyri-yaşayış sahəsi, iddiaçıya məxsus əmlak kompleksinin yerləşdiyi və daimi istifadəsində olan torpaq sahəsinin mərkəzində yerləşir. Cavabdeh, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 292.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi (bundan sonra - “qeyriyaşayış sahəsi”) üzərində mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə aldırarkən, həmin sahəyə küçədən azad şəkildə giriş-çıxışın olmadığını, bu sahəyə gedişgəlişin yalnız iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin içərisindən və onun daimi və qanuni istifadəsində olan torpaq sahəsinin üzərindən mümkün olması barədə məlumatlı idi. Cavabdeh iddiaçıdan icazə almadan, ona məlu mat vermədən, müvafiq qurumlarla razılaşdırılmadan, ona məxsus qeyri-yaşayış sahəsinə aid texniki pasportda nəzərdə tutulmayan dəyişikiliklər etmiş, qeyri-yaşayış sahəsinin divarlarının bir qismini sökərək əlavə giriş-çıxışlar üçün qapılar açmış, həmin yerlərə qapılar qoydurmuşdur və qapı kimi istifadə edir. Nəticədə icarəçilər bazarda işlərini davam etdirməkdən imtina edirlər. Tərəflər arasındakı münasibətlərin şərtlərinin yazılı qaydada müəyyən edilməsi məqsədilə iddiaçı, onunla cavabdeh arasında servitutla bağlı müvafiq müqavilənin bağlanmasını dəfələrlə təklif etmişdir. Lakin cavabdeh, bu təkliflə razılaşmamış, iddiaçının daşınmaz əmlakından məhdud istifadə hüququ ilə bağlı müqavilə bağlamaqdan imtina etmişdir.

10. Cavabeh iddia tələbinə qarşı etirazını işin hallarına (bax §2) istinadl a əsaslandıraraq bildirmişdir ki, cavabdeh iddiaçının iddia ərizəsində olan dəlilərə münasibətdə qeyd etmişdir ki, qeyri-yaşayış sahəsi üzərində cavabdehin mülkiyyət hüququ 2020-ci il 11 iyun tarixində qeydə alınsa da, 35 ildən çoxdur ki, həmin torpaq sahəsi cavabdehə məxsusdur. Belə ki, Yevlax şəhəri ZDS İcraiyyə Komitəsinin 1977-ci il 31 mart tarixli 63 nömrəli qərarı ilə 0,15 ha torpaq sahəsi cavabdehə (küçmiş adı ilə “Yevlax-Məişət Xidməti” Kombinatı) ayrılmışdır. Yəni qeyriyaşayış sahəsi əvvəldən cavabdehə məxsus olmuşdur. Cavabdeh sonradan gəlib iddiaçının sahibliyində olan torpaq sahəsinin içərisində hər hansısa bir mülkiyyətə sahiblənməmişdir. Əmlak kompleksi dövlət mülkiyyətində olmaqla, istifadə hüququ ilə onun üzərində yerləşən qeyri yaşayış sahəsinə tam mülkiyyət hüququ 2014-cü il 13 noyabr tarixində iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi hər iki hüquqi şəxsin istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsi mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin həcmindən böyükdür. Bu da həmin sahələrə daxil olarkən qeyd edilən torpaq sahələrindən istifadə etmək hüququnun mövcudluğunu və bununla bağlı qeyd edilən şəxslərin bir-birinin torpaq sahələrindən istifadəsinə imkan yaratmaq vəzifələrinin mövcudluğunu bir daha təsdiq etmişdir.

11. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 29 fevral tarixli e-2-2(117)-61/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – R.Məcidov).

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, onda n istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçis inin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər.

13. Əmlak kompleksi (tikili) müəssisə iddiaçının xüsusi mülkiyyətində, qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətindədir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdehin mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin altında və istifadəsində olan torpaq sahələri Dövlətin mülkiyyətində olmaqla tərəflər həmin torpaq sahələrinin istifadəçiləridir. Hər bir iddia tələbinin irəli sürülməsi üçün hüququnun pozulduğunu iddia edən şəxsin buna subyektiv hüququ olmalıdır.

14. Göründüyü kimi, iddiaçı servitut la yüklü edilməsini xahiş etdiyi torpaq sahəsi ilə bağlı öz hərəkətlərinə hüquqi ixtiyar ona deyil, dövlətə məxsusdur. Dövlətə məxsus olan torpaq sahəsi iddiaçının adına servitutla yüklü edilə bilməz və yüklülüyə görə vəsait ona ödənilə bilməz ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir.

15. Məhkəmə gəldiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152.1, 255.1, 255.2, 255.4-cü və 261.1-ci maddələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2008-ci il 30 iyul tarixli qərarına; Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 112.0.5 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv və iddianın təmin edilməsi, iddiaçının mülkiyyətində olan əmlak kompleksi (tikili) kimi müəssisənin yerləşdiyi torpaq sahəsindən cavabdeh özünə məxsus qeyri-yaşayış sahəsinə gediş-gəliş, giriş-çıxış üçün istifadə etməsinə görə aylıq 500 manat servitut haqqı müəyyən edilməklə həmin vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, habelə iddiaçının mülkiyyətində olan əmlak kompleksi (tikili) kimi müəssisənin yerləşdiyi torpaq sahəsindən cavabdehin özünə məxsus qeyri-yaşayış sahəsinə gediş-gəliş, giriş-çıxış üçün istifadə etməsinin servitut kimi müəyyənləşdirilərək iddiaçı və cavabdeh arasında servit ut barədə müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 iyun tarixli 2-2(107)-67/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xitməti və Əmlak Məsələləri Dövlət Xitməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdilər (sədrlik edən – Ə.Kərimov, hakimlər – G.Cavadova və M.Əsədli).

18. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyul tarixli 2-2(107)-67/2024 nömrəli qətnam əsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ə.Kərimov, hakimlər – G.Cavadova və M.Əsədli).

19. Məhkəmə kollegiyası iddiaçının məhkəməyə müraciət etməkdə suyektiv huququnun olması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin torpaq sahəsinin onun mülkiyyətində olduğunu iddia etsə də, araşdırma zamanı iddiaçı və cavabdehin mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin altında və istifadəsində olan torpaq sahələrinin dövlətin mülkiyyətində olmaqla tərəflərin həmin torpaq sahələrinin yalnız istifadə çiləri olması müəyyən edilmişdir. Yəni, servitutla yüklü edilməsi tələb olunan torpaq sahəsi dövlət mülkiyyətindədir. İddiaçı isə həmin torpaq sahəsinin hüquqi müqəddəratını həll etmək səlahiyyətinə malik deyildir və belə bir hüququn ona dövlət tərəfindən verilməsini təsdiq edən sübut da iş materiallarında mövcud deyildir.

20. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin iddia tələbinin təmin edilməli olması ilə bağlı dəlilini əsassız hesab edərək ona münasibətdə hazırkı işdə iddiaçının servitut tələb edən tərəf yox, servitut vermək istəyən (servitut müqaviləsinin bağlanmasını tələb edən) tərəf qismində çıxış etdiyini vurğulamışdır. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası isə olaraq isə müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbə stliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfin daşınmaz əmlaka cavabdehdən daha tez mülkiyyət hüququnun əldə etdiyini və cavabdehin daha sonra yəni, 2020-ci ildə bilərəkdən iddiaçının əmlakının daxilində yerləşən əmlaka mülkiyyət hüququ əldə etməsi ilə bağlı dəlillərini əsassız hesab edərək ona münasibətdə bildirmişdir ki, Yevlax Şəhər XDS İcraiyyə Komitəsinin 1977-ci il 31 mart tarixli 63 nömrəli qərarı ilə 0,15 ha torpaq sahəsi cavabdehə (keçmiş adı ilə “Yevlax-Məişət Xidməti” Kombinatı) ayrılmışdır. Yəni qeyri-yaşayış sahəsi əvvəldən cavabdehə məxsus olmuşdur.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin qeyri-yaşayış sahəsində qanunsuz işlər gördüyü, texniki pasporta nəzərdə tutulmamış yollar və qapılar açması ilə bağlı dəlillərini əsassız hesab edərək həmin dəlillərə münasibətdə §6,7-də göstərilən məhkəmə aktlarına və onların preyudisiallığına istinad etmişdir.

23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə; MM-in 6.2, 14.1, 14.2, 14.2.1, 152.1, 152.2, 152.3, 152.4, 157.1, 157.4. 157.8, 159.1.2, 241.1, 241.3, 243.2, 255.1, 256.1, 256.2, 261.1, 261.2, 385.1, 386.1, 390.1 və 390.3-cü maddələrinə; Azərbaycan Respublikası MM-in 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarına; Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra – “TM”) 54.1 və 54.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-ci il 23 fevral tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “MM-in 228.5-ci və A zərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli qərarına; Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 24 oktyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2012-ci il 27 avqust tarixli qərarına; “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 2008-ci il 30 iyul Qərarına; N.Əsədovanın şikayəti üzrə Azərb aycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 5 avqust tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 12 aprel tarixili qərarına; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 16.1-ci bəndinə; MPM-in 14.2, 77.1, 88, 119.1, 119.2, 119.5 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

24. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsinə barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Azərbaycan Respublikası Konstitusiyasının 1 3.1 və 29-cu maddələri, MM-in 1.1, 5.3, 152.1 və 157.4-ci maddələri, TM-ın 54.2 və 54.3-cü maddələri üzrə - məhkəmənin mövqeyi ilə razılaşmayan iddiaçı işin hallarına (bax §1-4) istinad edərək qeyd etmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi, işin hallarını nəzərə almamış, tətbiq etdiyi maddi hüquq normalarının mənasına hərfi mənada yanaşmış, nəticədə tərəflər arasında mövcud mübahisəni düzgün həll etməmişdir. Həmçinin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin mülkiyyətçisi olmaması da hazırki iddianın rədd edilməsi üçün əsas olmamışdır.

26. MPM-in 4.1, 9, 76, 77, 88 və 217-ci maddələri üzrə - apellyasiya instansiya məhkəməsi tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallara dair sübutlar tam, hərtərəfli araşdırılmamış, onlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktik i halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

6. Mülki qanunve riciliyin prinsipləri 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını tə yin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır....” “Maddə

157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə

159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. “Maddə

241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları 241.1. Tor paq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.... 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər....” “Maddə

243. Daşınmaz əmlak mülkiyyətçisinin torpaq sahəsindən istifadə hüququ... 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir....” “Maddə

255. Servitut anlayışı 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrıayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir....” “Maddə

256. Servitutun qeydə alınması... 256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. “Maddə

261. Servitut üçün haqq 261.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. 261.2. Haqqın miqdarı tə rəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavil ələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir....”

32. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Torpaq Məcəlləsinin müvafiq müddəalarında “Maddə

54. Torpaq sahəsi üzərində servitutlar

1. Servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır.

2. Servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər....”

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxman ın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi).

35. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə MPM-nin 407-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır 36. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

37. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərarın maddi və prosessual hüqu q normalarının mübahisəyə düzgün tətbiq olunub-olunmamasının yoxlanılması ilə məhdudlaşmaqla kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının yenidən müəyyən olunması istisna olunmuşdur.

38. Bununla yanaşı, belə hüquqi yanaşma MPM-in kassasiya şikayətlərinin məzmunu ilə bağlı şərtlərdə də öz əksini tapmışdır. Belə ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Əlavə olaraq işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın §19-22-də verilmiş hü quqi qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, şikayətdə göstərilən dəlillər iddia tələbləri və apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmuş və apellyasiya instansiya məhkəməsi tərəfindən də həmin dəlillərə müfəssəl hüquqi qiymət verilmişdir. Odur ki, hazırda həmin hüquqi qiymətləndirmənin təkrarlanmasına lüzum yoxdur.

40. Eyni zamanda həmin məhkəmə iddiaya münasibətdə onun qanuni əsaslarını və tətbiq edilən hüququ da düzgün olaraq müəyyənləşdirmiş, işin halları, o cümlədən müqavilə şərtləri təhlil edilmiş, iddiaçının iddia tələblərini irəli sürmək üçün subyektiv hüquqa malik olmaması və digər hallar barədə məhkəmənin gəldiyi nəticə isə kifayət qədər güclü və tutarlı arqumentlərlə əsaslandırılmış, sübutların qiymətləndirilməsi ilə bağlı hər hansı maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

42. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apel lyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyul tarixli 22(107)-67/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar