Məhkəmə qərarları › İş №2-2(102)-650/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-650/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-650/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması və ipoteka əmlakına yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 4 iyun tarixli, 22(103)-453/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli, e-2-2(113)-676/2020 nömrəli qətnaməsi ilə (hakim E.Əliyev) İddiaçı BOKT ASC-nin iddia tələbi qismən təmin edilərək, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 9 aprel tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 2019-cu il 9 aprel tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə 73000 ABŞ dolları məbləğində əsas borc, 12216,17 ABŞ dolları məbləğində faiz borcu, 33,83 ABŞ dolları məbləğində dəbbə olmaqla, cəmi 85250 ABŞ dolları məbləği ndə borcun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,16 manat məbləğində pul tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, tutmanın dəyəri 280000 manat olan cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 kv.m yaşayış, 201 kv.m köməkçi, 142 kv.m zirzəmisi və 147,80 kv.m mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, ev satıldıqdan sonra cavabdehin bir ay ərzində əşyaları ilə birlikdə evdən çıxarılması, evin satılmasından əldə edilmiş vəsaitdən cavabdehin 2019-cu il 9 aprel tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə olan 85250 ABŞ dolları məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 25,16 manat məbləğində pulun ödənilməsi, satışdan artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2020-ci il 6 avqust tarixli, 2-2(103)-385/2020 nömrəli qətnaməsi ilə (hakim C.Yusifovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Baxışova və R.Qurbanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 2 fevral tarixli, 2-2(102)-18/2021 nömrəli qərarı ilə (hakim A.Hüseynovun məruzəsi ilə, hakimlər S.Hüseynova və B.Məmmədli) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 6 avqust tarixli 2-2(103)385/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 13 avqust tarixli, 2-2(103)-404/2021 nömrəli qətnaməsi ilə (hakim A.Nuriyevanın sədrliyi və məruzəsi ilə, hakimlər H.Həmidov və S.Bəktaşi) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, 2019-cu il 9 aprel tarixli, 2019/00088-01İP nömrəli sonrakı ipoteka müqaviləsinin ipoteka predmeti olan ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 kv.m yaşayış, 201 kv.m köməkçi, 142 kv.m zirzəmisi və 147,80 kv.m mansard sahəsindən ibarət olan 10 c nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 5800 00 manat məbləğində müəyyən edilməsi, qiymətləndirmə rəyi üzrə mütəxəssis tərəfindən həyata keçirilən 500 manat məbləğində xidmətin dəyərinin cavabdehdən tutulması və “X1 Company” MMC-nin (VÖEN: **********) bank hesabına köçürülməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 19 yanvar tarixli, 2-2(102)-5/2022 nömrəli qərarı ilə (hakim K.Abiyevanın məruzəsi ilə, hakimlər İ.Dadaşov və B.Qəribov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - 2019-cu il 9 aprel tarixli, 2019/00088-01İP nömrəli sonrakı ipoteka müqaviləsinin ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 580.000 manat məbləğin də müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 28 noyabr tarixli, 2-2(103)-453/2022 nömrəli qətnaməsi ilə (hakim Nümayəndə sədrliyi və məruzəsi ilə, hakimlər E.Mehdiyev və A.Oruczadə) birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmiş, qətnamənin nəticə hissəsində “280.000 manat” sözləri “519.750 manat” sözləri ilə əvəz edilmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmişdir.

7. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsinə dair ərizə vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 4 iyun tarixli, 2-2(103)-453/2022 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli qətnamə cavabdehə 2022-ci il 17 dekabr tarixdə rəsmi qaydada təqdim edilsə də, sonuncu həmin qətnamədən apellyasiya şikayətini 2025-ci il 14 may tarixdə vermiş, bununla da qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş iki aylıq prosessual müddəti 2 il 2 ay müddətinə buraxmışdır. Müddətin bərpası barədə ərizədə isə apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzrlü hesab edilməsi üçün əsas verən hər hansı hala istinad edilməmişdir.

10. Cavabdehin poçt göndərişinin ona çatdırılmaması, xəbərnamədəki imzanın ona məxsus olmaması barədə irəli sürdüyü dəlillər ə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, birincisi, xəbərnaməli məktub cavabdehin rəsmi qeydiyyatda olduğu ünvanda təhvil alınmışdır. İkincisi, iş materiallarından görünür ki, məhkəmə prosesi gedişində bütün bildiriş və sənədlər cavabdehə məhz həmin ünvana göndərilmiş, cavabdeh heç bir halda həmin bildirişlərin və sənədlərin ona çatdırılması faktını mübahisələndirməmiş, eləcə də yaşadığı ünvanın dəyişməsi barədə məhkəməyə məlumat verməmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatda cavabdehin və ailəsinin həmin ünvanda hazırda da yaşamasını inkar etməmişdir. Belə olan halda məhkəmə qətnaməsinin cavabdehin yaşadığı ünvanda naməlum şəxs tərəfindən təhvil alınması barədə dəlillər ağlabatan görünmür.

11. Bununla yanaşı, iş materiallarından o da görünür ki, hazırkı işin gedişində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 avqust tarixli, 2-2(103)404/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmiş və cavabdehin hazırkı məhkəmə mübahisəsi barədə məlumatlı olmuşdur. Belə olan halda, cavabdehin qətnamənin qəbul edilməsindən keçən 2 ildən artıq müddət ərzində cavabdehin iştirak etdiyi məhkəmə mübahisəsinin nəticəsi ilə maraqlanmaması və qətnaməni yalnız 2025-ci ildə əldə etməsi də inandırıcı hesab edilə bilməz.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.1, 130.1, 133.1, 133.1, 135.1, 135.2, 135.3, 135.5, 402.2.3, 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

13. Cavabdeh kassasiya şikayəti verərə k, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 4 iyun tarixli, 2-2(103)-453/2022 nömrəli qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətinin bərpa edilməklə, işin kassasiya instansiyası məhkəməsinin icraatına götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 405.0.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdehə məhkəmə sənədləri onun yaşadığı - ünvan 2 ünvanına göndərilməmişdir. Cavabdeh həmin ünvanda öz ailə üzvləri ilə birlikdə yaşamışdır. Bu səbəbdən də, cavabdeh tərəf məhkəmə icraatından və qəbul edilən qətnamədən məlumatsız olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, ipoteka qoyan Cavabdeh ünvan 3 ünvanına faktiki olaraq yaşamır və bu barədə ipoteka saxlayanı, yəni iddiaçı tərəfi məlumatlandırmışdır. İpoteka predmetinin qiymətləndirilməsi zamanı məhz həmin ünvanda olmuşlar və onun faktiki həmin ünvanda yaşamaması barədə məlumatları olmuşdur. Qeyd edilən qətnamənin təqdim edilməsi barədə 2025-ci il 17 fevral tarixdə məhkəməyə ərizə ilə müraciət etmiş, yaşadığı ünvan 2 ünvanına göndərilməmiş və 2025-ci il 5 mart tarixdə poçt vasitəsi ilə rəsmi qaydada almışdır. Həmin qətnamədən 2025-ci il 5 may tarixdə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti verilmişdir. Göründüyü kimi, təqdim edilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə təqdim edilmişdir. Hazırkı işdə apellyasiya in stansiya məhkəməsi qanunvericiliyin tələblərinə zidd olaraq kassasiya şikayətini geri qaytarmaqla, yuxarı məhkəmə instansiyasına müraciət etmək, bununla da onun kassasiya instansiyası məhkəməsində öz hüquq və azadlıqlarını müdafiə etmək hüququndan məhrum etmişdir.

15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

16. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhk əmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Z əruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 402.2.3-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

18. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılmas ı üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. 19. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qəra rındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.

21. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

22. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

23. Hazırkı işin materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 28 noyabr 2022-ci il tarixli qətnaməsinin əsaslandırılmış surəti 09 dekabr 2022-ci il tarixli məktubla cavabdehin qeydiyyatda olduğu ünvan 4 ünvanına göndərilmiş və həmin ünvanda 17 dekabr 2022-ci il tarixdə rəsmi qaydada təqdim olunmuşdur.

24. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin ver ilməsi üçün prosessual müddətinin axımını məhz 17 dekabr 2022-cü il tarixdən hesablamalı olması və cavabdehin qətnamədən kassasiya şikayətinin 13 may 2025-ci il tarixdə apellyasiya məhkəməsinə verildiyi üçün prosessual müddətin ötürülməsi və müddətin bərpası üçün üzrlü səbəbin müəyyən olunmaması barədə düzgün nəticəyə gəlmişdir.

25. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olması işin mübahisəsiz halıdır. Belə olan halda, cavabdehin həmin ünvanda faktiki yaşamaması və yaşadığı ünvan barədə məhkəməni məlumatlandırmamasının mənfi hüquqi nəticələrinə görə məsuliyyəti özü daşımalı və bu hal buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz.

26. Məhkəmə kollegiyası bunun davamı olara q qeyd edir ki, cavabdeh hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin birinci qətnaməsindən kassasiya şikayəti vermiş, onun məhkəmə mübahisəsi barədə məlumatı olmuş, o cümlədən, cavabdeh apellyasiya instansiyası məhkəməsinin iclasları barədə xəbərnaməli poçt bildirişi və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə göndərilən SMS bildirişi vasitəsi ilə məlumatlandırılmışdır.

27. Kassatorun 2 ildən artıq müddət ərzində işin nəticəsi ilə maraqlanmaması, həmçinin prosessual müddətin üzrsüz səbəbdən buraxılmasının göstəricisidir. 28. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X3 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qər arın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

29. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən v erilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 4 iyun tarixli, 2-2(103)-453/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar