Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-654/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ödənilmiş məbləğin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 avqust tarixli 2-2(103)-644/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yaz ılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC-nin enerji təchizatı İddiaçı MMC-nin balans və xidmətində olan kabel xətti və müvafiq transformator məntəqəsi vasitəsilə həyata keçirilir. 01 yanvar 2019-cu il tarixindən "xxxx" MMCyə məxsus olan qeyri yaşayış sahəsi qeydiyyata alınaraq müvafiq kod aktiv edilmiş və xx.xx.2019- xx.xx.2019-cu il üzrə sayğac göstərişləri məlumat bazasına daxil edilmişdir.
2. İddiaçı MMC tərəfindən təqdim edilmiş maliyyə arayışında göstərilmişdir ki, həmin hüquqi şəxs tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək istifadə edilməmiş işıq sərfiyyatına görə "xxxx" ASC-yə 90.999 manat məbləğ artıq ödənilmişdir.
3. İddiaçı MMC xx.xx.2019-xx.xx.2019-cu il dövrləri üçün "xxxx" ASC tərəfindən sayğac göstəricilərinin MMC-nin hesabından çı xılmadığını, xx.xx.2019xx.xx.2020-ci illər üzrə isə hesabatlarda çıxılmanın qismən nəzərdə alındığını bildirir, ASC isə xx.xx.2019-xx.xx.2019-cu il dövrü üzrə 43.380 manat məbləğində çıxılmanın aparılmadığını təsdiqləmiş, mübahisələndirilən digər dövrü isə qəbul etməmişdir.
4. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 2022-ci il 24 fevral tarixli, AERA-20-807/22 nömrəli məktubda göstərilmişdir ki, "xxxx" MMCyə məxsus olan qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin kompüter məlumat bazasında 2019-cu il 1 yanvar tarixində qeydiyyata alınaraq müvafiq kod aktiv edilmiş və 2019cu il 10 yanvar tarixindən 2019-cu il 9 sentyabr tarixinədək aylar üzrə çıxılması hesabatlarda nəzərə alınmamış və nəticə olara q 43.380 manat məbləğində əlavə dəyər yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçının hesabına əsassız yaranmış 43.380 manat borcun silinməsi və mediasiya təşkilatına ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin elektrik enerjisi təchizatı cavabdehin balans və xidmətində olan gərginliyi 35/10 kv-luq, gücü 2x25 olan 218 saylı yarımstansiyanın (YS) 10 kv-luq paylayıcı qurğusundan (PQ) 2 dövrəli kabel xətti çəkilmiş və obyektdə quraşdırılmış 10/0.4 kv-luq, gücü 2x2500 KVA olan 3298 saylı transformator məntəqəsi (TM) vasitəsilə yerinə yetirilir. Belə ki, qeyri-yaşayış sahəsində istehlak edilmiş elektrik enerjisinin hesabatı 218 saylı yarımstansiyanın (YS) 10 kv-luq PQ-də quraşdırılmış müvafiq olaraq 2 ədəd "LUNA" markalı 69206055; 69206498 zavod nömrəli, dövlət möhürləri 1152121: İİ534 15. alt qapaq möhürləri 790236; 790239. göstərişləri 476.640: 2771.967 olan hesablaşma elektrik sayğacları vasitəsi ilə aparılmış və cavabdehin kompüter məlumat bazasında xx (**********20594; **********20595) nömrəli abonent kodu ilə qeydiyyata alınmışdır. Eyni zamanda sözügedən obyektin qonşuluğunda yerləşən "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsinin elektrik enerjisi təchizatı i ddiaçının balans və xidmətində olan gərginliyi 10/0.4 kv-luq, gücü 2x2500 KVA olan 3298 saylı TM-in 10 kv-luq PQ-də 1 dövrəli kabel xətli çəkilmiş və "xxxx" MMC-yə quraşdırılmış 10/0.4 kv-luq, gücü 1x1600 KVA olan 3472 saylı TM vasitəsilə yerinə yetirilir. Qeyri-yaşayış sahəsində istehlak olunmuş elektrik enerjisinin hesabatı 3472 saylı TM-in 10 kv-luq PQ-də quraşdırılmış 1 ədəd “LUNA” markalı, 69208058 zavod nömrəli, dövlət möhürü ******* alt qapaq möhürü 883055, göstərişi 12.770,19 olan hesablaşma elektrik sayğacı vasitəsi ilə aparılmış və cavabdehin kompüter məlumat bazasında 06/18-2 (**********0631) nömrəli abonent kodu ilə qeydiyyata alınmışdır. "xxxx" MMC-yə məxsus olan qeyri-yaşayış sahəsi cavabdehin kompüter məlumat bazasında 2019-cu il 1 yanvar tarixində qeydiyyata alınaraq müvafi q kod aktiv olunmuş və 2019-cu il 10 yanvar tarixindən 2019-cu il 9 sentyabr tarixinədək aylar üzrə çıxılması hesabatlarda nəzərə alınmamış və nəticə olaraq 43.380 manat məbləğində əlavə məbləğ yaranmışdır. Bununla bağlı Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə iddiaçı tərəfindən müraciət edilmiş və Nazirliyin 2022-ci il 24 fevral tarixli, AERA-20-807/22 nömrəli məktubuna əsasən məsələ öz təsdiqini tapmışdır. Lakin sözügedən borcun silinməsi cavabdehin səlahiyyətində olduğu qeyd olunmuşdur. Həmçinin cavabdehə 2022-ci il 7 aprel tarixdə iddiaçı tərəfindən pretenziya məktubu göndərilərək əsassız yaranmış borcun silinməsi barədə müraciət edilmiş, lakin borcun silinməsi ilə bağlı hər hansı rəsmi cavab verilməmişdir.
7. Daha sonra iddiaçı 2022-ci i l 28 sentyabr tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçı tərəfindən istifadə olunmamış işıq sərfiyyatına görə cavabdehə artıq ödənilmiş 90.999 manat məbləğində pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.
9. Cavabdeh 2022-ci il 10 oktyabr tarixində məhkəməyə vəsatət təqdim edərək, texniki və mühasibatlıq ekspertizasının keçirilməsini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsini xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 10 oktyabr tarixli, e-2-2(113)4138/2022 nömrəli qərardadı ilə vəsatət təmin olunmuş, məhkəmə mühasibatlıq və mühəndis-texniki ekspertizası təyin edilmişdir (hakim- İ.Əhmədov).
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 22 fevral tarixli, 9/7858 saylı rəyinə əsasən, "xxxx" MMC-yə hesablanmış 2019-cu il 8 yanvar tarixdən 2019-cu il 16 sentyabr tarixədək olan müddət üzrə 50.580 manat məbləğində ümumiyyətlə çıxılmalar nəzərə alınmamış, 2019-cu il 9 sentyabr tarixdən 2020-ci il 18 iyun tarixədək isə 10.791 manat məbləğdə çıxılmalar aparılmış, 40.689 manat məbləğində çıxılma nəzərə alınmamışdır. 2020-ci il 18 iyun tarixdən sonra isə "xxxx" MMC-yə yazılan faktura iddiaçıdan tam olaraq çıxılmışdır.
12. Cavabdeh 2023-cü il 14 aprel tarixdə məhkəməyə ərizə təqdim edərək, təkrar məhkəmə ekspertizasının keçirilməsini xahiş etmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 14 aprel tarixli, e-2-2(113)108/2023 nömrəl i qərardadı ilə cavabdeh tərəfindən verilmiş vəsatət təmin olunmamışdır (hakim- İ.Əhmədov).
14. Cavabdeh 2023-cü il 20 aprel tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 26 aprel tarixli, e-2-2(113)108/2023 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş vəsatət rədd olunmuşdur (hakim İ.Əhmədov).
16. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 26 aprel tarixli, e-2-2(113)108/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim İ.Əhmədov).
17. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinad etmiş ( bax yuxarıda 1-4-cü bəndlər) gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırkı mübahisə iddiaçı tərəfindən istif adə edilməmiş işıq sərfiyyatına görə cavabdehə artıq ödənilmiş 90,999 manat məbləğində pulun geri qaytarılması ilə əlaqədardır.
18. Hazırki işin hallarından məlum olmuşdur ki, iddiaçının yaxınlığında yerləşən "xxxx" MMC-nin enerji təchizatı iddiaçının balans və xidmətində olan kabel xətti və müvafiq transformator məntəqəsi vasitəsilə həyata keçirilmişdir. 2019-cu il 1 yanvar tarixdən "xxxx" MMCyə məxsus olan qeyri yaşayış sahəsi qeydiyyata alınaraq müvafiq kod aktiv edilmiş və xx.xx.2019-xx.xx.2019-cu il üzrə sayğac göstərişləri məlumat bazasına daxil edilmişdir. Lakin iddiaçı tələbində iddia edir ki, xx.xx.2019xx.xx.2019-cu il dövrləri üçün cavabdeh tərəfindən sayğac göstəriciləri iddiaçının hesabından ümumiyyətlə çıxılmamış, xx.xx.2019- xx.xx.2020-ci illər üzrə isə hesabatlarda çıxılma q ismən nəzərdə alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf isə iddianı qismən qəbul etmiş, xx.xx.2019- xx.xx.2019-cu il dövrü üzrə 43.380 manat məbləğində çıxılmanın aparılmadığını təsdiqləmiş, mübahisələndirilən digər dövr üzrə iddianı qəbul etməmişdir.
19. Məhkəmə tərəfindən tərəflər arasında yaranmış mübahisənin həlli məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. 2023-cü il 1 mart tarixdə məhkəməyə daxil olmuş ekspert rəyində bildirilmişdir ki, "xxxx" MMC-yə hesablanmış 2019-cu il 8 yanvar tarixdən 2019-cu il 16 sentyabr tarixədək olan müddət üzrə 50580 manat məbləğində ümumiyyətlə çıxılmalar nəzərə alınmamış, 2019-cu il 9 sentyabr tarixdən 2 020-ci il 18 iyun tarixədək isə 10791 manat məbləğində çıxılmalar aparılmış, 40689 manat məbləğində çıxılma nəzərə alınmamışdır. 2020-ci il 18 iyun tarixdən sonra isə "xxxx" MMC-yə yazılan faktura iddiaçıdan tam olaraq çıxılmışdır.
20. Məhkəməyə təqdim edilmiş həm "xxxx" MMC, həm də iddiaçı tərəfindən işıq sərfiyyatına görə tərtib olunmuş hesab fakturalar və ekspert rəyi ilə təsdiq edilmişdir ki, 2019-cu il 8 yanvar tarixdən 2019-cu il 16 sentyabr tarixədək olan dövr üzrə "xxxx" MMC-yə hesablanmış 50.580 manat məbləğində pul ümumiyyətlə iddiaçıdan çıxılmamış, 2019-cu il 16 sentyabr tarixdən 2020-ci il 18 iyun tarixədək olan dövr üzrə ümumilikdə 10.791 manat məbləğində çıxılmalar aparılmış, 40.689 manat məbləğində çıxılmalar isə nəzərə alınmamışdır. 2020-ci il 18 iyun tarixdən etibarən isə çıxılmalar tam şəkildə həyata keçirilmişdir.
21. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 90.999 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. Belə ki, cavabdeh tərəfindən də məhkəməyə "xxxx" MMC-yə yazılan borc məbləğlərinin iddiaçının hesabından çıxılmasını təsdiq edən hər hansı sübutlar təqdim edilməmişdir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 14.2.1, 21.1, 386.1, 1096.1, 1096.2 və 1099.1-ci maddələrinə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarının 1.3, 1.4, 8.3, 8.4 və 8.13-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (b undan sonra-“MPM”) 14.2, 77.1, 107, 115.0.1, 119.1 və 217.4-cü maddələrinə istinad la əsaslandırmışdır.
23. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 avqust tarixli, 2-2(103)-644/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim hakim A.Hüseyn, hakimlər M.Tağızadə və E.Kazımov).
25. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinə münasibətdə əvvəla qeyd etmişdir ki, cavabdeh xx.xx.2019-xx.xx.2019-cu il dövrü üzrə 43.380 manat məbləğində çıxılmanın aparılmadığını etiraf etmişdir.
26. İddianın cavabdeh tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/7858 saylı, 22 fevral 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, "xxxx" MMC-yə hesablanmış xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə 50580 manat məbləğində ümumiyyətlə çıxılmalar nəzərə alınmamış, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək isə 10791 manat məbləğində çıxılmalar aparılmış, 40689 manat məbləğində çıxılma nəzərə alınmamışdır. xx.xx.2020-ci il tarixdən sonra isə "xxxx" MMC-yə yazılan faktura İddiaçı MMC-dən tam olaraq çıxılmışdır.
27. Məhkəmə həmin rəyi MPM-nin 88, 101.3 və 103.1-ci maddələrinin tələbləri baxımından qiymətləndirərək qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
28. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
29. Göründüyü kimi ekspert rəyi ilə də təsdiq olunur ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə "xxxx" MMCyə hesablanmış 50580 manat məbləğində pul ümumiyyətlə, İddiaçı MMC-dən çıxılmamış, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə ümumilikdə 10791 manat məbləğində çıxılmalar aparılmış, 40689 manat məbləğində çıxılmalar isə nəzərə alınmamışdır. xx.xx.2020-ci il tarixdən etibarən isə çıxılmalar tam şəkildə həyata keçirilmişdir.
30. Ekspert rəyi ilə çıxılmamış məbləğ 91269 manat müəyyən edilsə də, iddiaçı 90999 manat məbləğin geri qaytarılmasını tələb etdiyindən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin edərək, 90999 manat məbləğin geri qaytarılması barədə qətnamə qəbul etmişdir.
31. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işin materiallarında olan sənədlər əsasında birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilərkən ekspert tərəfindən rəy verilmişdir. Cavabdeh tərəfindən məbləğin eksp ert rəyi ilə müəyyən edilən məbləğdən az olmasını təsdiq edəcək hər hansı əlavə sübutlar təqdim edilmədiyindən iş üzrə yenidən ekspertizanın təyin edilməsi zərurəti yaranmamışdır. Bu baxımdan, məhkəmə belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
32. Məhkəmə gəldiyi nəticəni MM-nin 21.1, 1096.1, 1096.2 və 1099.1-ci maddələrinə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarının 1.3, 1.4, 8.3, 8.4 və 8.13-cü bəndlərinə, habelə MPM-in 88, 101.3, 103.1 -ci maddələrinə istinad edərək əsaslandırmışdır.
33. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 34. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarının 8.14-cü maddəsinin tələbi pozulmuşdur- məhkəmənin təmin etmiş olduğu məbləğ, hansı ki iddiaçı tərəfindən çıxılmış olan məbləğ "xxxx" MMC tərəfindən sərf edilən enerjinin dəyəri olmuş və həmin məbləğ təmin olunmamalıdır.
35. MPM-in 102.1, 102.3-cü maddələrinin tələbləri pozul muşdur- cavabdeh tərəfindən məhkəməyə vəsatətlə müraciət edilərək təkrar ekspertizanın keçirilməsi xahiş olunsa da, məhkəmə həmin vəsatəti təmin etməmişdir. Qeyd olunan vəsatətdə bütün sübutlarla təsdiq edilmişdir ki, ekspert rəyi həqiqəti əks etdirməmişdir. Ekspert rəyində göstərilən 90.999 manat məbləğində pul ilə bağlı heç bir əsas müəyyən edilməmişdir. Belə ki, 2019-cu il 8 sentyabr tarixdən etibarən **********10631 nömrəli uçot nöqtəsindəki elektrik sayğacının göstəriciləri xx saylı abunə koduna aid **********20594 nömrəli uçot nöqtəsindən çıxılmışdır. Ekspert tərəfindən araşdırılan müddət, yəni 2019-cu il 9 sentyabr – 2020-ci il 18 iyun dövrü cavabdeh tərəfindən araşdırılmış və elektrik sayğaclarının göstəricilərinin tam olaraq çıxıldığı müəyyən olunmuşdur. Həmin çıxılmaların aparılm asını hesab-faktura və abunə haqqında məlumat vərəqi sübut etmişdir. Çıxılan məbləğlər: 2019-cu il 9 sentyabr tarixində 106.000 manat, 2019-cu il 11 oktyabr tarixində 82.000 manat, 2019-cu il 9 noyabr tarixində 76.000 manat, 2019-cu il 9 dekabr tarixində 62.000 manat, 2020-ci il 15 yanvar tarixində 72.000 manat, 2020-ci il 15 fevral tarixində 70.000 manat, 2020-ci il 12 mart tarixində 54.000 manat, 2020-ci il 9 aprel tarixində 40.000 manat, 2020-ci il 14 may tarixində 44.000 manat, 2020-ci il 18 iyun tarixində 72.000 manat olmaqla cəmi 678.000 manat məbləğində pul vəsaiti. Qeyd olunanlara və araşdırma üzrə təqdim edilən sübutedici sənədlərə əsasən təkrar ekspertizanın keçirilməsinə zərurət yaranmışdır. Lakin məhkəmə qərəzli olaraq cavabdehin vəsatətini təmin etməmişdir. a)
36. Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassaiya baxışının hədləri
37. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir....” 40. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Ümumi müddəalar... 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alğı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini sa tın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir....” 1.4. Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjis inin alqısatqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır....”
8. Elektrik enerjisindən (aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar... 8.3. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma el ektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır.... 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.... 8.13. Subabonent bilavasitə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinə görə hesablaşmalar apardıqda, onun elektrik enerjisi sərfi tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmaqla abonentin sərfindən çıxılmalıdır....”
41. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə 1
4. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” «Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 43. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzi mlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
44. Baxılan iş üzrə cavabdehin kassasiya şikayətinin maddi hüquq normasının pozulmasına dair dəlilli eyni zamanda, apellyasiya şikayətinin də dəlili olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 26-31-ci bəndləri) və eyni hüquqi qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
45. Cavabdehin kassasiya şikayətinin iş üzrə təkrar ekspertizanın keçirilməsinə dair vəsatətin təmin olunmaması və bununla da prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi e-2-2(113)-108/2023 nömrəli, 2023-cü il 26 aprel tarixli qərardadı ilə cavabdehin təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə dair vəsatətinin təmin edilməsi üçün əsasların olmamasına hüquqi qiymət verilmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin məhkəmə baxışında verdiyi həmin vəsatətinin təmin edilməməsi MPM-nin 78.1 və 184.3-cü maddələrinin tələblərinə uyğun olmuşdur.
47. Belə ki, iş üzrə verilmiş ekspert rəyi cavabdehin nümayəndəsinin iştirakı ilə məhkəmə hazırlıq iclasında tədqiq olunmuş, həmin mərhələdə cavabdeh tərəfindən sözügedən ekspert rəyinin mötəbərli yini şübhə altına alan sübutlar təqdim olunmamış, vəsatətlərinin olmadığı bildirilmişdir. Cavabdehin məhkəmə baxışı mərhələsində verdiyi təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə dair vəsatəti yeni sübutların əldə olunmasına yönəlmişdir. Lakin prosessual qanunun tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-nin 78.1-ci maddəsi). 4
8. Eləcə də, MPM-nin 184.3-cü maddəsinə əsasən hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilinə qiymət verərkən həmçinin onu da nəzərə alır ki, apellyasiya instansiyası mərhələsində də işə mahiyyəti üzrə baxılarkən, cavabdeh tərəfindən MPM-nin 372.2-ci maddəsinin tələblərinə uyğun olaraq (mətni üçün bax bu qərarın 41-ci bəndi) əsaslandırılmış vəsatət verilməmişdir.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
51. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 avqust tarixli 2-2(103)-644/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva