Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-654/2024 21.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və “X1” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və “X1” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 avqust tarixli e-2-2(113)-313 6/2024 nömrəli qərardadından cavabdeh “X1” MMC tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2024-cü il 22 aprel tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və “X1” MMC-dən (bundan sonra – “MMC”) 2022-ci il 20 iyul tarixli RB/XT-0003 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 70.994,81 manat, faiz borcuna görə 4.070,33 manat cəmi 75.065,14 manat məbləğində pulun və 315,2 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. MMC-nin nümayəndəsi ərizə ilə məhk əməyə müraciət edərək kommersiya işinin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, bunu onunla əsaslandırılmışdır ki, kredit müqavilələri üzrə borc MMC-nin sahibkarlıq fəaliyyəti ilə əlaqədar götülməmişdir. Odur ki, mübahisə cavabdehin sahibkarlıq faəliyyətindən irəli gəlmədiyindən, həmçinin tərəflərdən biri fiziki şəxs olduğundan hazırkı işə rayon (şəhər) məhkəməsində baxılmalıdır.
3. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 avqust tarixli e-2-2(113)3136/2024 nömrəli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır (hakim – G.Namazova).
4. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırkı işdə olan MMC-nin təsisçilərinin ümumi yığıncağının 2022-ci il 20 iyul tarixli qərarından da göründ üyü kimi, iddiaçıdan dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 100.000 manat məbləğində idxalçı/Exim kartın alınması qərara alınmışdır. Qeyd olunanlardan göründüyü kimi hazırkı mübahisənin mahiyyətini iki hüquqi şəxs arasında sahibkarlıq fəaliyyəti məqsədi ilə bağlanmış kredit müqaviləsi üzrə yaranmış borc məbləği təşkil edir. Məhkəmə cavabdeh MMC-nin ikinci dəlilini (iddia tələbinin yönəldiyi digər cavabdehin fiziki şəxs olması) bu dəlilini də əsassız hesab etmişdir.
5. Cavabdeh MMC şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 13 sentyabr tarixli e-2-2(113)3136/2024 nömrəli qərardadı ilə MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Namazova).
7. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, cavabdeh tərəf ilkin olaraq məhkəmə aidiyyəti ilə bağlı vəsatətdə mübahisələndirilən kredit müqavilələri üzrə borcun MMC-nin sahibkarlıq fəaliyyəti ilə əlaqədar götülmədiyini, odur ki, mübahisə cavabdehin sahibkarlıq faəliyyətindən irəli gəlmədiyindən, həmçinin tərəflərdən biri fiziki şəxs olduğundan hazırkı işə rayon (şəhər) məhkəməsində baxılmalı olduğunu bildiridiyi halda, hazırkı şikayət ərizəsində başqa əsasla, yəni digər cavabdeh fiziki şəxsin sahibkar statusu olmadığı üçün, hazırkı mübahisənin kommersiya mübahisəsi hesab edilə bilmədiyini qeyd etmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından məlum olduğu kimi, hazırkı iş üzrə cavabdehlərə qarşı qaldırılmış iddia tələbləri iki müqavilədən, yəni: 1) bankla cavab deh MMC arasında bağlanmış kredit müqaviləsindən və 2) bankla fiziki şəxs arasında bağlanmış zaminlik müqaviləsindən irəli gəlir. Belə ki, zaminlik müqaviləsi müstəqil xarakter daşımadığı, əsas öhdəliyə münasibətdə əlavə olduğu üçün özüözlüyündə yalnız öhdəliyin təmin edilməsi üsullarından biri kimi hüquqi mahiyyət ehtiva edir. Zaminlik institutunun əsas hüquqi mahiyyəti onun öhdəliyin təmin edilməsi üsulu kimi çıxış etməsidir. Zaminlik müqaviləsinə “xarakter” verən onun özü deyil, təminat verdiyi əsas öhdəlik üzrə münasibətin xarakteridir. Buna görə də, zaminlik müqaviləsi özü-özlüyündə münasibətin xarakterinin müəyyən edilməsi üçün kifayət deyildir. Zaminlik müqaviləsi əsas öhdəlik üzrə öhdəliyin təminatı üsulu olaraq bağlandığına görə onun xarakteri əsas öhdəliyin xarakterindən asılıdır. Baxılan işdə də müəyyən edildiyi kimi, əsas öhdəlik üzrə münasibətlər kommersiya xarakteri daşıdığına görə, həmin öhdəliyə görə verilmiş zaminlik də belə xarakterdə ola bilər.
9. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə hər iki müqavilə üzrə iddia tələbləri irəli sürüldüyündən və zaminlik müqaviləsi aksessor (əlavə) əqd kimi, yalnız əsas müqavilə olan kredit müqaviləsinin təminatı məqsədi ilə bağlanıldığından, müstəqil xarakter daşımadığından, baxılan mübahisənin məhkəmə aidiyyəti müəyyən edilərkən zaminlikdən irəli gələn mübahisənin subyekt tərkibi, kreditorla zamin arasında münasibətlərin xarakteri və predmeti nəzərə alınmamalıdır. Yəni hazırkı işin məhkəmə aidiyyətinə MPM-in 30-cu maddəsi ilə nəzərdə tutulan “bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti” prizmasından qiymət ve rilməməlidir. Əsas müqavilə olan kredit müqaviləsinə gəldikdə isə, iş materiallarından görünür ki, həmin müqavilə kommersiya hüquqi şəxsi olan bankla hüquqi şəxs olan cavabdeh MMC arasında bağlanmışdır.
10. Göründüyü kimi, subyekt tərkibi baxımından əsas müqavilədən (kredit müqaviləsindən) irəli gələn hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılması istisna olunmur. Belə ki, bank mübahisəli kredit müqaviləsi üzrə cavabdeh MMC-yə kredit sahibkarlıq məqsədi, biznes fəaliyyəti ilə bağlı verilmişdir. Məhkəmə xüsusi olaraq vurğulmışdır ki, baxılan işdə tərəflər arasında hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsində bu amil həlledici rol oynayır.
11. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, biznes fəaliyyəti ilə bağlı verilmiş krediti müqaviləsindən yaranan hazırkı mübahisəyə ümumi məhkəməyə aid münasibətləri tənzimləyən xüsusi normaların tətbiq edilməsinə və mübahisəyə rayon-şəhər məhkəmələrində baxılmasına istənilən halda hüquqi əsas yoxdur. Şikayət a) Şikayətin dəlilləri
12. Şikayətçi qeyd edir ki, hazırkı işdə iddiaçı və cavabdeh MMC kommersiya hüquqi şəxs olsa da, digər Cavabdeh1 fərdi sahibkar statusuna malik deyildir. Göründüyü kimi, hazırkı iş həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsi olsa da, işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından kommersiya mübahisəsi hesab edilə bilməz. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndiri ci meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Göründüyü kimi, mövcud vəziyyətdə hazırkı mübahisə kommersiya mübahisəsi deyildir. Ona görə də məhkəmənin qərardadı əsaslı hesab edilə bilməz. b) Şikayətə qarşı etirazın dəlilləri
13. İddiaçı tərəfindən şikayətə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəm əyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.”
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
17. MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə h əmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür....” Ali Məhkəmənin mövqeyi
16. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, cavabdeh MMC-nin şikayəti aşağıdakı səbəblərdən mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir.
17. Şikayətçi digər Cavabdeh1 fərdi sahibkar statusuna malik olmamasına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından kommersiya mübahisəsi hesab edilə bilməz.
18. İş materiallarından görünür ki, hazırkı iş üzrə cava bdehlərə qarşı qaldırılmış iddia tələbləri iki müqavilədən, yəni: 1) bankla cavabdeh MMC arasında bağlanmış kredit müqaviləsindən və 2) bankla fiziki şəxs arasında bağlanmış zaminlik müqaviləsindən irəli gəlir.
19. MPM-in 30-cu maddəsinin (bax § 14) tələbləri onadan ibarətdir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır.
20. Plenum Qərarının 17-ci bəndində (bax § 15) formalaşdırılmış hüquqi mövqelərə görə, MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür.
21. Həmin hüquqi mövqelərə istinad edən və bu səbəbdən də Bakı Kommersiya Məhkəməsinin “hazırkı işin məhkəmə aidiyyətinə MPM-in 30-cu maddəsi ilə nəzərdə tutulan “bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti” prizmasından qiymət verilməməlidir” mövqeyi ilə razılaşmayan qarşıq məhkəmə tərkibi hesab edir ki, əsas və aksessor (əlavə) tələblərə (hazırkı halda kredit və zaminlik müqavil ələrindən irəli gələn tələblərə) eyni məhkəmə icraatında (hazırkı halda kommersiya icraatında) baxılması məhz MPM-in 30-cu maddəsinin tələbləri baxımından mümkündür.
22. Bununla belə, hazırkı mübahisənin kommersiya mübahisəsi olmasına dair birinci instansiya məhkəməsinin yekun qənaəti düzgün olduğundan qarışıq məhkəmə tərkibi mübahisələndirilən qərardadın ləğvini məqsədəmüvafiq hesab etmir.
23. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 4031.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh “X1” MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 avqust tarixli e-2-2(113)-3136/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.