Məhkəmə qərarları › İş №2-2(102)-655/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-655/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-655/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı2 ASC-nin cavabdehlər Cavabdeh1, xxxx və yyyy MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, xxxx və yyyy Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli 2-2(103)-266/2022 saylı qətnaməsindən cavabdeh yyyy MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı2 ASC-nin Yasamal Filialı ilə “borcalan” Cavabdeh3 LTD MMC arasında imzalanmış 2015-ci il 28 avqust tarixli 1 nömrəli kredit müqaviləsinə əsasən, bank borcalana dövriyyə vəsaiti olaraq 24 ay müddətinə nağd və qeyri-nağd şəkildə istifadə olunmaqla 600.000 ABŞ dolları məbləğində və ya bu miqdara ekvivalent olan və tələb edilən digər valyuta növündə kredit xətti açmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, kreditdən istifadəyə görə müddətli ssudalar üzrə illik 14 faiz ödənilməsi və faizlərin ödənilmə müddəti hər ayın sonuncu iş günü və ya istifadə edilmiş kredit m əbləğinin faktiki bağlanma günü kimi müəyyən edilmişdir.

2. İddiaçı2 ASC-nin Yasamal Filialı ilə “borcalan” Cavabdeh3 LTD MMC arasında imzalanmış 2015-ci il 28 avqust tarixli 1 nömrəli kredit müqaviləsinə 2018-ci il 2 noyabr tarixində edilmiş 2 saylı əlavəyə əsasən, həmin tarixə olan qalıq borcun məbləğinin 352.711,61 ABŞ dolları olduğu müəyyən edilmiş və müqavilənin müddəti 2020-ci il 28 avqust tarixinədək uzadılmaqla həmin əlavə əsasında yeni ödəniş qrafiki müəyyən edilmişdir.

3. İddiaçı2 ASC-nin Yasamal Filialı, Cavabdeh3 LTD MMC və Cavabdeh1 arasında bağlanmış 2017-ci il 28 avqust tarixli 1 nömrəli “Sonrakı ipoteka müqaviləsi”ndən görünür ki, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsi və on un üzərində yerləşən ümumi sahəsi 1.246,58 kv.m olan əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir (ipoteka müqaviləsinin və ipotekaya tutma yönəldilməsi barədə bildiriş dövlət reyestrində qeydə alınmışdır).

4. İddiaçı2 ASC-nin Yasamal Filialı ilə xxxx arasında bağlanmış 2018-ci il 2 noyabr tarixində bağlanmış zaminlik müqaviləsinə əsasən, xxxx borcalan tərəfindən 352.711,61 ABŞ dolları borcun, ona hesablanmış faizlərin, xərclərin ödənilməsinə müştərək qaydada məsuliyyət daşıdığına dair zəmanət vermişdir.

5. İddiaçı2 ASC tərəfindən Cavabdeh3 LTD MMC, xxxx İB və Cavabdeh1 ünvanlanan 2019-cu il 10 sentyabr tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh3 LTD MMC-yə beş iş günü müddətində 68.686,71 ABŞ dolları məbləğində gecikdirilmiş borcu ödəmək təklif olunmuş, əks təqdirdə kredit müqavi ləsinə vaxtından əvvəl xitam verilməklə banka olan 270.282,52 ABŞ dolları əsas və ona hesablanacaq faizlərin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2020-ci il 18 avqust tarixində cavabdehlər Cavabdeh1, xxxx və yyyy Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh1”, “İB” və “MMC”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonuncu dəfə 2021-ci il 13 oktyabr tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlərdən iddiaçının xeyrinə 193.064,09 ABŞ dolları əsas, 8. 222,55 ABŞ dolları faiz, 11.611,59 ABŞ dolları əsas borc məbləğinə hesablanmış illik beş faiz, cəmi 212.898,23 ABŞ dolları pulun tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1.246,58 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılmasını xahiş etmişdir.

7. İddia tələbi yuxarıda §§ 1-5-də göstərilən hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 2015-ci il 28 avqust tarixli 01 saylı Kred it Müqaviləsi üzrə öhdəliklər MMC tərəfindən vaxtlı-vaxtında yerinə yetirilmədiyi üçün ona 2019-cu il 10 sentyabr tarixli 02/F-04/1344 saylı pretenziya məktubu göndərilmiş və bunun heç bir nəticəsi olmamışdır.

8. İddia tələbinin hüquqi kimi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1, 34.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 317.1, 319.1, 448.1, 448.2, 739.1-ci maddələrinə istinad olunmuşdur. 9. 2020-ci il 2 oktyabr tarixində MMC iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianı qismən qəbul edərək hesab etmişdir ki, iddiaçı əsassız olaraq iddia tələbinin həcmini yüksəltmiş, ödənişlər üzrə əsassız silinmələr etmiş, yəni əsas borca silinməni faiz borcu kimi azaltmışdır.

10. MMC 2020-ci il 26 oktyabr tarixli vəsatətlə məhkəməyə müraciət edər ək, MMCnin iddiaçıya olan borcunun dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 29 oktyabr tarixli e-2-2(113)-2130/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. 11. 2021-ci il 12 fevral tarixli 9/5221 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 2015-ci il 28 avqust tarixli 01 saylı kredit xətti müqaviləsi, həmin müqavilə üzrə 01 və 02 saylı əlavələrin şərtləri nəzərə alınmaqla MMC-nin 2020-ci il 28 avqust tarixinə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 171.521,15 ABŞ dolları məbləğində, 2020-ci il 2 oktyabr tarixinə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 173.354,46 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən 2020-ci il 28 avqust tarixinə əsas borc üzrə 161.761,54 ABŞ dolları, faiz borcu üzrə 9.759,61 ABŞ dolları, 2020-ci il 2 oktyabr tarixinə əsas borc üzrə 161.761,54 ABŞ dolları, faiz borcu üzrə 11.592,91 ABŞ dolları.

12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 29 oktyabr tarixli 2-2(113)-2130/2020 saylı qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsinin həyata keçirilməsi qərara alınmış, əmlakın qiymətləndirilməsi "xxxx" Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir.

13. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 2021-ci il 15 fevral tarixli ƏEM/F69-151/21 saylı rəydə qeyd olunur ki, 2015-ci il 28 avqust tari xli 01 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsinin və onun üzərində yerləşən 1.246,58 kv.m olan əmlak kompleksi müəssisəsinin 2021-ci il 15 fevral tarixinə bazar və likvid dəyəri, torpaq sahəsi üzrə 1.745.000 manat bazar dəyəri, 1.570.000 manat likvid dəyəri, tikili üzrə 1.025.000 manat bazar dəyəri, 930.000 manat likvid dəyəri olaraq qeyd olunmuşdur.

14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 aprel tarixli e-2-2(113)-192/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.

15. Məhkəmə-mühasibatlıq ekspertiza sı üzrə 2021-ci il 25 avqust tarixli 9/3803 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair kredit hesabatından çıxarış, cari hesabdan çıxarış məlumatları, 2015-ci il 28 avqust tarixli 01 saylı kredit xətti müqaviləsi, həmin müqavilə üzrə 01 və 02 saylı əlavələrin şərtləri nəzərə alınmaqla müqavilə dövründə razılaşdırılmış faiz dərəcəsi ilə, müqavilə müddətindən sonra illik 5%-lə hesablanmaqla: - 01 saylı kredit müqaviləsinin 2.2-ci bəndinin 1-ci şərti üzrə: MMC-nin 2020-ci il 28 avqust tarixinə (müqavilə müddətinin son tarixi) banka olan əsas və faiz borcu 222.736,64 ABŞ dolları məbləğində, 2021-ci il 17 mart tarixinə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 207.024,91 ABŞ dolları məbləğində və 2021-c i il 29 aprel tarixinə (qərardadın tarixinə) banka olan əsas və faiz borcu 205.515,14 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən, 2020-ci il 28 avqust tarixinə: əsas borc üzrə 210.062,85 ABŞ dolları, faiz borcu üzrə 12.673,79 ABŞ dolları (illik 12%-lə). 2021-ci il 17 mart tarixinə: əsas borc üzrə 204.384,94 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 12%-lə), faiz borcu üzrə 2.639,97 ABŞ dolları (illik 5%-lə). 2021-ci il 29 aprel tarixinə: əsas borc üzrə 204.384,94 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 12%-lə), faiz borcu üzrə 1.130,20 ABŞ dolları (illik 5%-lə). - 01 saylı kredit müqaviləsinin 2.2-ci bəndinin 2-ci şərti üzrə: MMC-nin 2020-ci il 28 avqust tarixinə (müqavilə müddətinin son tarixi) banka olan əsas və faiz borcu 171.521,15 ABŞ dolları məbləğində, 2021-ci il 17 mart tarixinə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 154.427,61 ABŞ dolları məbləğində və 2021-ci il 29 aprel tarixinə (qərardadın tarixinə) banka olan əsas və faiz borcu 152.614,91 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 2020-ci il 28 avqust tarixinə: əsas borc üzrə 161.761,54 ABŞ dolları, faiz borcu üzrə 9.759,61 ABŞ dolları (illik 12%-lə). 2021-ci il 17 mart tarixinə: əsas borc üzrə 152.458,35 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik12%-lə), faiz borcu üzrə 1.969,25 ABŞ dolları (illik 5%-lə). 2021-ci il 29 aprel tarixinə: əsas borc üzrə 152.445,53 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 12%-lə), faiz borcu üzrə 169,38 ABŞ dolları (illik 5%-lə).

16. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 4 noyabr tarixli e-2-2(113)-192/ 2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, MMC və İB-dən müştərək qaydada 161.761,54 ABŞ dolları əsas borc, 8.222,55 ABŞ dolları faiz borcu, illik 5% hesablanmaqla 8.088,78 ABŞ dolları məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun MMC, İB və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması, Cavabdeh1, MMC və İBdən müştərək qaydada 2021-ci il 25 avqust tarixli 9/3803 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 manatın, 2021-ci il 12 fevral tarixli 9/5221 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 manatın tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə və məhkəmə əmtəəşünaslıq ekspertizası ilə bağlı olaraq ödənilməli olan 500 manatın Cavabde h1, MMC və İB-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1.246,58 kv.m olan əmlak kompleksinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin həyata keçirilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti olan əmlak açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması, ipoteka predmetinə tutma yönəldildikdə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 43 ünvanda yerləşən 0,11 594 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1.246,58 kv.m olan əmlak kompleksinin likvid dəyərinin əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 2.500.000 manat məbləğində müəyyən edilməsi, daşınmaz əmlakın satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh1 ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim – A.Əliyeva).

17. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edilənlərə əsasən, iddiaçı ilə MMC arasında 24 ay müddətinə nağd və qeyri-nağd şəkildə istifadə olunmaqla 600.000 ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanmış, İB qeyd olunan müqavilə üzrə zamin olmuşdur. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini icra etsə də, cavabdehlər bağlanmış müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməmiş, nəticədə iddiaçının cavabdehlərə olan borcu yaranmışdır.

18. Belə olan halda, məhkəmə MMC və İB-nin kredit müqaviləsi və ona əlavələr üzrə iddiaçının Yasamal Filialına borcunun yarandığını, eləcə də iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehlərdən tutulması tələbinə dair iddiaçının iddiası qismən əsaslı olmaqla təmin edilməli, MMC və İB-dən iddiaçının xeyrinə 161.761,54 ABŞ dolları əsas borc, 8.222,55 ABŞ dolları faiz borcu tutulmalıdır.

19. Bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan, eləcə də iddia tələbi əsas borc hissəsində qismən təmin edildiyindən MMC və İB-dən 8.088,78 ABŞ dolları iddiaçının xeyrinə tutulmalıdır.

20. İddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1.246,58 kv.m olan əmlak kompleksi açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti açıq hə rracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalıdır. İpoteka predmetlərinə tutma yönəldildikdə Cavabdeh1 məxsus əmlakın likvid dəyəri əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 2.500.000 manat məbləğində müəyyən edilməlidir.

21. Məhkəmə gəldiyi nəticəni əsası MM-in 269.1, 269.4, 319.1, 269.7, 386.1, 421.1, 421.2, 421.3, 421.3, 422.1, 425.1, 442, 443.1, 445.2, 445.7, 448.1, 470.1, 472.1, 472.2, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 47.4, 59.3.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 v ə 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

22. İddiaçı 2021-ci il 29 dekabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin əsas və faiz borcunun tutulması hissəsində ləğv edilməsi, MMC və İB-dən müştərək qaydada 193.064,09 ABŞ dolları əsas borc, 8.222,55 ABŞ dolları faiz borcu, illik 5% hesablanmaqla 11.611,59 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 212.898,23 ABŞ dolları pulun tutulmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli 2-2(103)-266/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın apar ılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. 24. 2022-ci il 13 may tarixli 9/1807 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair kredit hesabatından çıxarış, cari hesabdan çıxarış məlumatları, 2015-ci il 28 avqust tarixli 01 saylı kredit xətti müqaviləsi, həmin müqavilə üzrə 02 saylı əlavələrin şərtləri nəzərə alınmaqla 02 saylı əlavəyə əsasən müəyyən edilmiş 352.711,62 ABŞ dolları borc qalığı üzrə MMC-nin 2020-ci il 28 avqust tarixinə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 227.594,63 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 2020-ci il 28 avqust tarixinə əsas borc üzrə 214.644,41 ABŞ dolları, faiz borcu üzrə 12.950,21 ABŞ dolları. Kredit xə tti müqaviləsi üzrə təqdim edilmiş kredit hesabatından çıxarış, cari hesabdan çıxarış məlumatlarına əsasən MMC tərəfindən 2020-ci il 28 avqust tarixindən (sualda göstərilən tarix) sonra 24.146,31 ABŞ dolları məbləğində əsas borc qalığından ödəniş edilmişdir. Hazırki tədqiqatla hesablamalar 2020-ci il 28 avqust tarixinədək (sualda göstərilən tarix) aparıldığından 2020-ci il 28 avqust tarixindən (sualda göstərilən tarix) sonra ödənilən 24.146,31 ABŞ dolları hazırkı hesablamalarda nəzərə alınmadı.

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli 2-2(103)-266/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - kredit borcunun tutulması hissəsində ləğv edilmiş, MMC və İB-dən müştərək qayda da iddiaçının xeyrinə 193.064,09 ABŞ dolları əsas borc, 11.611,59 ABŞ dolları illik 5% ilə faiz borcu, cəmi 204.675,68 ABŞ dollarının tutulması qət edilmiş, iddia kredit borcunun tutulmasına dair qalan hissədə rədd edilmiş, işə apellyasiya qaydasında baxılarkən ödənilməli olan 200 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət olunmuşdur (sədrlik edən hakim – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, kreditdən istifadəyə görə müddətli ssudalar üzrə illik 14 faiz ödənilməsini borcalan öhdəsinə götürmüşdür. Faizlərin ödənilmə müddəti hər ayın sonuncu iş günü və ya istifadə edilmiş kredit məbləğinin faktiki bağlanma günü ki mi müəyyən edilmişdir.

27. Tərəflər arasında imzalanmış kredit müqaviləsinə 2 saylı Əlavə üzrə tərtib edilmiş ödəniş qrafiki ilə faizlərin hər ayın 28-də ödənilməsi və aylıq ödənilməli olan faiz məbləği razılaşdırıldığından müəyyən olunur ki, tərəflərin iradə ifadəsi faizlərin ödənişinin kredit müqaviləsinin 2.2.-ci bəndində nəzərdə tutulmuş qaydada deyil, aralarında imzalanmış qrafik üzrə həyata keçirilməsi olmuşdur.

28. Birinci instansiya məhkəməsi cavabdehlərdən tutulmalı olan əsas borc məbləğini müəyyən edərkən əlavə ekspertiza rəyini deyil, 2021-ci il 12 fevral tarixli 9/5221 saylı ekspert rəyini nəzərə almış, lakin hakimin hansı səbəbdən əlavə ekspertizanın rəyi ilə razılaşmadığı və əvvəlki rəyin əsas götürüldüyü, əgər 2021-ci il 12 fevral tarixli ekspert rəyi ilə razılaşmışdısa, han sı səbəbdən iş üzrə əlavə ekspertiza təyin edildiyi qətnamədə əsaslandırılmamışdır.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin kredit borcunun tutulması hissəsində iş üzrə gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, cavabdehlərin kredit borcunun məbləği müəyyənləşdirilərkən birinci instansiya məhkəməsinə təqdim edilmiş ekspert rəyləri əsas götürülə bilməz. Belə ki, tərəflər arasında 2018-ci il 28 noyabr tarixində tərtib edilmiş sonuncu ödəniş qrafikinə əsasən, həmin tarixə olan borc qalığının 352.711,61 ABŞ dolları olduğu hər iki tərəfin imzası ilə təsdiq edildiyindən bu hal işin mübahisəsiz halı kimi qəbul edilməli və iş üzrə ekspertiza təyin edilərkən cavabdehlərin həmin tarixdən sonra həyata keçirdikləri ödənişlər nəzərə alınmaqla qeyd edilən qrafik üzrə borc qalı ğının olub-olmadığı müəyyənləşdirilməli idi.

30. Hazırkı halda isə 2021-ci il 12 fevral tarixli ekspert rəyində cavabdehlərin 2018-ci il 2 noyabr və 2018-ci il 3 dekabr tarixlərinə olan qalıq kredit borcunun məbləği 254.031,06 ABŞ dolları, 2021-ci il 25 avqust tarixli ekspert rəyində isə 2018-ci il 2 noyabr tarixinə 348.534,85 ABŞ dolları, 2018-ci il 3 dekabr tarixinə 346.288,82 ABŞ dolları göstərilmişdir ki, bu da işin hallarına uyğun deyil.

31. Göstərilənlərə əsasən, iddiaçının nümayəndəsinin vəsatəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 13 may tarixli 9/1807 saylı ekspert rəyinə əsasən, 02 saylı əlavə imzalandığı tarixdən həmin əlavəyə əsasən müəyyən edilmiş 352.711,61 ABŞ dolları borc qalığı üzrə MMC-nin 2020-ci il 28 avqust tarixinə (öhdəliyin icra müddəti bitdiyi tarixə) banka olan əsas borcunun 214.644,41 ABŞ dolları, faiz borcunun 12.950,21 ABŞ dolları olduğu müəyyən edilmişdir. Rəydə eyni zamanda qeyd edilmişdir ki, 2020-ci il 28 avqust tarixindən sonra cavabdeh tərəfindən kredit borcu üzrə 24.146,31 ABŞ dolları ödəniş edilmişdir.

32. Məhkəmə kollegiyası istinad edilən normaları və 2021-ci il 13 may tarixli 9/1807 saylı ekspert rəyində qeyd edilənləri nəzərə alaraq hesab edir ki, MMC-nin 2020-ci il 28 avqust tarixinə banka olan əsas borcunun 214.644.41 ABŞ dolları, faiz borcunun 12.950.21 ABŞ dolları olması müəyyən edilərək 2020-ci il 28 avqust tarixindən sonra cavabdeh tərəfindən 24.146,31 ABŞ dolları ödəniş edildiyi və həmin məbləğin MM-in 432.4-c ü maddədə nəzərdə tutulmuş qaydada silinməli olduğu nəzərə alınarsa, faiz borcunun tam ödənildiyi, əsas borc qalığının isə 203.448,31 ABŞ dolları olduğu müəyyən olunur.

33. İddiaçı cavabdehlərdən cəmi 193.064,09 ABŞ dolları əsas borcun tutulmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, kreditdən istifadə üçün müqavilə üzrə hesablanmış faiz borcu isə tam ödənildiyindən həmin hissədə iddia rədd edilməlidir.

34. Pul öhdəliyinin icrası gecikdirildiyindən əsas borc məbləğinə illik beş faizlə tələb edilən 11.611,59 ABŞ dolları pulun cavabdehlərdən tutulması hissəsində də iddiaçının tələbi əsaslı olmuşdur.

35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 432.4, 442, 445.1, 445.2, 445.7, 448.1, 739-cu, MPM-in 103. 1, 103.2, 119.3, 218.3, 372.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

36. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 29 iyun tarixində iddiaçıya, İddiaçı1 və MMC-nin vəkilinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

37. MMC 2022-ci il 29 avqust tarixində kassasiya şikayəti, daha sonra 2022-ci il 9 sentyabr tarixində “Kassasiya şikayəti üzrə tələbin dəqiqləşdirilməsi” barədə ərizə verərək həmin qətnamənin tam ləğv edilməsi, işin araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

38. MM-in 445.5-ci maddəsi üzrə - Məhkəmə bu normanın təfsirinə düzgün yanaşmamışdır. 1) İş üzrə təqdim olunan 2019-cu il 7 avqust tarixli 37/3605681 saylı arayışdan görünür k i, 2018-ci ildə cavabdehə icarəyə verilmiş anbar sahəsində baş vermiş yanğın hadisəsi zamanı cavabdehə məxsus 153 ədəd soyuducu yarasız hala düşmüşdür. 2) Həmçinin Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixi qərarı ilə ölkədə karantin rejimi tətbiq olundu. Bunun nəticəsində əksər təsərrüfat, o cümlədən, biznes subyektlərinin fəaliyyəti dayandırıldı və gəlirlərdə həddindən artıq azalma müşahidə olundu. Məhz bu səbəbdən, cavabdeh kredit ödənişlərini özündən asılı olmayan səbəblərə görə icra edə bilməmişdir. Müvafiq arayışdan da görünür ki, son 5 ildə şirkətin ödədiyi vergilərin də miqdarında azalma müşahidə olunur.

39. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə bir sıra sübutlara, o cümlədən, birinci instansiya məhkəməsində əldə edilmiş 2021-ci il 15 fevral tarixli ekspert rəyinə qərəzli qiymə t vermişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi cavabdehlərdən tutulmalı olan əsas borc məbləğini müəyyən edərkən həmin ekspertiza rəyini deyil, özünün əsassız təyin etdiyi ekspertiza rəyini nəzərə almış, lakin hansı səbəbdən birinci instansiya məhkəməsində təyin edilən ekspertiza rəylərini rədd etdiyini əsaslandırmamışdır. Ekspert rəyi də sübutlardan biri olduğundan prosessual qanunvericiliyin tələbinə əsasən, məhkəmə hər hansı ekspert rəyi ilə hansı səbəbdən razılaşmadığını əsaslandırmağa borcludur.

40. MPM-in 372.2-ci maddəsi üzrə - İddiaçı birinci instansiya məhkəməsində araşdırılmasını tələb etmədiyi məqamların və halların araşdırılması üçün yeni vəsatət vermiş və əlavə ekspertiza təyin edilməsini tələb etmişdir. Belə ki, bu vəsatət birinci instansiya məhkəməsi araşdırmanın pre dmeti olmamış, iddiaçı belə vəsatət vermək imkanına malik olduğu halda bunu verməmiş, bu halların araşdırılmasında ümumiyyətlə maraqlı olmamışdır. Apellyasiya instansiyasında bu kimi yeni hallara toxunmaqla yeni vəsatətin verilməsi əslində prosessual qanunvericilik baxımından yeni sübutun əldə olunmasına yönəlmiş hərəkətdir. Bu hala apellyasiya məhkəməsi özü səlahiyyəti çərçivəsində yol verməməli və belə vəsatəti təmin etməməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayət inin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətlən dirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

45. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

432. Öhdəliyin hissə-hissə icrası... 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsi nə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”

46. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsasl andırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər...” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi... 119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olma yaraq müəyyən edə bilər.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən h allara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 38-40) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli 2-2(103)266/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Kassatorun mövqeyinə görə, 2018-ci ildə baş vermiş yanğın hadisəsi zamanı cavabdehə məxsus 153 ədəd soyuducunun yarasız hala düşməsi, 2020-ci il 28 fevral tarixindən ölkədə karantin rejimi tətbiq edilməsi nəticəsində cavabdehin gəlirlərində həddindən artıq azalma müşahidə olunması səbəbindən cavabdeh kredit ödənişlərini özündən asılı olmayan səbəblərə görə icra edə bilməmiş, məhkəmə isə MM-in 445.5-ci maddəsinin düzgün təfsir etməmişdir.

49. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, mübahisə predmeti olan kredit cavabdehin fəaliyyət göstərdiyi konkret biznes sahəsinin inkişafı (genişləndirilməsi), ümumiyyətlə konkret məqsədlər üçün verilməmişdir.

50. Bu baxımdan, cavabdehin fəaliyyət göstərdiyi hər hansı biznes sahəsində baş verən yanğın hadisəsi nəticəsində zərər çəkməsi onu ümumi məqsədlərlə aldığı kredit öhdəliyinin icrasından azad edən hal kimi qiymətləndirilə bilməz.

51. Ölkədə karantin rejimi tətbiq edilməsi nəticəsində cavabdehin gəlirlərində həddindən artıq azalma müşahidə olunması səbəbindən cavabdehin kredit ödənişlərini özündən asılı olmayan səbəblərə görə icra edə bilməməsinə gəldikdə isə, qeyd olunmalıdır ki, işin hallarına əsasən, tərəflər arasında kredit müqaviləsi 2015-ci il 28 avqust tarixində bağlanılnmış, sonradan müqavilənin müddəti 2020-ci ilin 28 avqust tarixinədək uzadılmışdır.

52. Beləliklə, ümumilikdə 5 illik kredit müddətinin yalnız son altı ayı pandemiya dövrünə təsadüf etmişdir.

53. Digər tərəfdən, cavabdeh tərəfindən öhdəliyin icrasına mane olan hallar barədə bankla lazımi qaydada müzakirələr aparması da iş materiallarından müəyyən edilmir.

54. Nəhayət, mübahisə predmeti olan kredit müqaviləsi zaminliklə və ipoteka ilə təmin olunmuşdur. Odur ki, kredit borcunun qaytarılması həmin təminat üsulları hesabına həyata keçiriləcəkdir.

55. Kassatorun digər dəlilləri onunla bağlıdır ki, apellyasiya instansiya məhkəməsi cavabdehlərdən tutulmalı olan əsas borc məbləğ ini müəyyən edərkən 2021-ci il 15 fevral tarixli ekspertiza rəyini deyil, özünün əsassız təyin etdiyi ekspertiza rəyini nəzərə almış, lakin hansı səbəbdən birinci instansiya məhkəməsində təyin edilən ekspertiza rəylərini rədd etdiyini əsaslandırmamışdır. Həmçinin iddiaçı birinci instansiya məhkəməsində araşdırılmasını tələb etmədiyi halların araşdırılması üçün yeni vəsatət vermiş və əlavə ekspertiza təyin edilməsini tələb etmişdir. Bu isə yeni sübutun əldə olunmasına yönəlmiş hərəkətdir. Odur ki, apellyasiya məhkəməsi həmin vəsatəti təmin etməməli idi.

56. Halbuki apellyasiya instansiya məhkəməsi öz qətnaməsində birinci instansiya məhkəməsinin kredit borcunun tutulması hissəsində iş üzrə gəldiyi nəticə ilə razılaşmamış və bununla bağlı qeyd etmişdir ki, cavabdehlərin kredit borcunun məbləğ i müəyyənləşdirilərkən birinci instansiya məhkəməsinə təqdim edilmiş ekspert rəyləri əsas götürülə bilməz. Belə ki, tərəflər arasında 2018-ci il 28 noyabr tarixində tərtib edilmiş sonuncu ödəniş qrafikinə əsasən həmin tarixə olan borc qalığının 352.711,61 ABŞ dolları olduğu hər iki tərəfin imzası ilə təsdiq edildiyindən bu hal işin mübahisəsiz halı kimi qəbul edilməli və iş üzrə ekspertiza təyin edilərkən cavabdehlərin həmin tarixdən sonra həyata keçirdikləri ödənişlər nəzərə alınmaqla qeyd edilən qrafik üzrə borc qalığı olub-olmadığı müəyyənləşdirilməli idi. Hazırkı halda isə 2021-ci il 12 fevral tarixli ekspert rəyində cavabdehlərin 2018-ci il 2 noyabr və 3 dekabr tarixlərinə olan qalıq kredit borcunun məbləği 254.031,06 ABŞ dolları, 2021-ci il 25 avqust tarixli ekspert rəyində isə 201 8-ci il 2 noyabr tarixinə 348.534,85 ABŞ dolları, 3 dekabr tarixinə 346.288,82 ABŞ dolları göstərilmişdir ki, bu da işin hallarına uyğun deyil.

57. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hansı səbəbdən birinci instansiya məhkəməsində təyin edilən ekspertiza rəylərini rədd etdiyini konkret şəkildə əsaslandırmış, kassator isə məhkəmənin gəldiyi həmin nəticəni öz şikayətində tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

58. Bundan başqa, MPM-in 97.1-ci maddəsinə (bax yuxarıda § 46) əsasən, məhkəmə öz təşəbbüsü ilə də ekspertiza təyin etmək səlahiyyətinə malikdir.

59. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin ekspert rəyləri ilə bağlı gəldiyi nəticəni mahiyyət etibarilə işin, məhkəmənin özü tərəfindən müəyyən edilmiş hallara və qanuna uyğun hesab edir və yalnız fo rmal əsaslarla həmin məhkəmə qətnaməsinin ləğvinin ədalət mühakiməsinə xidmət etmədiyi qənaətinə gəlir.

60. Bundan başqa, iddiaçı məhz əsas və faiz borcunun həcmilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq apellyasiya şikayətini vermiş, bunun üçün öz hesablamalarının nəticələrini təqdim etmişdir.

61. Apellyasiya instansiya məhkəməsi isə yuxarıda qeyd edildiyi kimi, MPM-in 97.1-ci maddəsinə uyğun olaraq ekspertiza təyin etmişdir.

62. Odur ki, apellyasiya instansiya məhkəməsinin özü tərəfindən təyin edilmiş ekspertizanın rəyi əsasında iş üzrə nəticəyə gəlməsi MPM-in 372.2-ci maddəsinə zidd hesab edilə bilməz.

63. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikay ətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 46) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 46) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

64. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh yyyy Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli 2-2(103)-266/2022 saylı qətnaməsi həmin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar