Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-655/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı “Finca Azerbaijan” X3-bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 qarşı iş üzrə QƏRARİ iş № 2-2(102)-655/2023 Bakı şəhəri Açar sözlər: məhkəmə aiddiyyəti, ailə kəndli təsərrüfatı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən), İnzibati Kollegiyasının hakimi Hüseynov İlqar Kamil oğlu və Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızından ibarət qarışıq tərkibdə, İddiaçı “Finca Azerbaijan” X3-bank Kredit Təşkilatının cavabdehlər Cavab deh1, Cavabdeh2, X2 qarşı borcun tutulması tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. I. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Şamaxı Rayon Məhkəməsindəki icraat
1. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 4500.00 AZN, faiz borcuna görə 1787.00 AZN, cərimə borcuna görə 238.30 AZN, cəmi 6525.30 (altı min beş yüz iyirmi beş manat otuz qəpik) AZN məbləğində borcun və 85,26 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit verən iddiaçı ilə kredit alan Cavabdeh1 arasında bağlanan 2022-ci il 31 oktyabr tarixli **********0098 nömrəli kredit müqaviləsi üzrə kredit alan öz öhdəliyini icra etməmişdir.
3. Şamaxı Rayon Məhkəməsinin 2023-cü il 19 sentyabr tarixli, e-2(074)-819/2023 saylı qərardadı ilə iddiaçı cavabdehlərə qarşı “borc” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim – N.İsmayılov).
4. Məhkəmə işdə olan sənədləri araşdıraraq qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2022-ci il 31 oktyabr tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 4.500 AZN məbləğində kredit ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə verilmişdir.
5. Cavabdeh1 məxsus fiziki şəxsin ver gi uçotu haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh1 ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyatdan keçmişdir.
6. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 1-ci maddəsinin “Qeyd” hissəsinə, 24.2, 26.1, 31.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat
7. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 20 oktyabr tarixli, e-2-2(119)1375/2023 saylı qərardadı ilə "borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair e2(074)-819/2023 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim – F.Həmidli).
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş 2022-ci il 31 oktyabr tarixli **********0098 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən olunur ki, müqavilə üzrə kredit məbləği kredit verən iddiaçı tərəfindən kredit alan Cavabdeh1 24 ay müddətinə, illik 34% dərəcəsi ilə 4.500 manat məbləğində “ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması” məqsədi ilə verilmişdir.
9. Bundan əlavə qeyd olunan kredit müqaviləsində kredit alan qismində çıxış edən Cavabdeh1 vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN) istinad olunmamış, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdə həmin məbləğin kredit alan tərəfindən sahibkarlıq fəaliyyətində istifadə olunması məqsədilə ayrılmasına dəlalət edən hallar müəyyən edi lməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə mübahisələndirilən borc məbləği ilə əlaqədar cavabdehin fəaliyyətinin - sahibkarlıq fəaliyyəti, həmin fəaliyyət əsasında yaranmış mübahisənin isə kommersiya mübahisəsi kimi qəbul edilməsi və eyni zamanda, həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Ona görə də, qeyd edilən həmin hallar iddiaçının cavabdehlərə qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı yaradır. Məhkəmələr arasında məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğu hallarda isə kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara görə hazırkı iş üzrə məhkəmə ai diyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir.
11. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası "Ailə kəndli təsərrüfatı haqqında" Qanunun 1.1, 1.3-cü maddələrinə, MPM-in 1-ci maddəsinin “Qeyd” hissəsinə, 24.2, 25.1, 26.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11-ci bəndinə istinad etməklə əsaslandırmışdır. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyət i ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli, 10 saylı qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə ai diyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditinsahibkarlıq fəaliyyətində istifadə üçün deyi l, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....”
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətin in həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər;...” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
14. Qarışıq məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş mahiyyəti üzrə baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilməlidir.
15. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərinə və Plenum Qərarının 10 və 11-ci bəndləri ilə formalaşmış hüquqi mövqeyə görə mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
16. Mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur.
17. Hazırkı halda, işdən göründüyü kimi mübahisə predmeti olan kredit müqaviləsi üzrə kredit məbləği kredit verən iddiaçı tərəfindən kredit alan Cavabdeh1 24 ay müddətinə, illik 34 % dərəcəsi ilə 4500 manat məbləğində “ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması” məqsədi ilə verilmişdir. 18. "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, ailə kəndli təsərrüfatı - ailə üzvlərinin və onlarla birgə fəaliyyət g östərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir.
19. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən, ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır.
20. Bundan başqa, kredit müqaviləsində kredit alan qismində çıxış edən Cavabdeh1 məxsus VÖEN-ə istinad olunmamış, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdə həmin məbləğin kredit alan tərəfindən sahibkarlıq fəaliyyətində istifadə olunması məqsədilə ayrılmas ına dəlalət edən hallar müəyyən edilməmiş, iddiaçı isə kredit müqaviləsinin təyinatını nəzərə alaraq kommersiya məhkəməsinə deyil, məhz ümumi məhkəməyə - Şamaxı rayon Məhkəməsinə müraciət etmişdir.
21. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi hesab edir ki, ailə kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi məqsədi ilə bağlanmış 4500 manat məbləğində kredit müqaviləsindən yaranan hazırkı mübahisəyə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyən xüsusi normaların tətbiq edilməsinə və mübahisəyə ixtisaslaşmış məhkəmədə baxılmasına hüquqi əsas yoxdur.
22. Beləliklə, hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti baxımından hazırki mübahisənin kommersiya mübahisəsi olmaması ona MPM-in normalarında və Ali Məhkəmənin Plenumunun müvafiq Qərarında formalaşmış hüquqi mövqeyə əsasən kommersiya məhkəməsində baxılmasını istisna edir.
23. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə mülki mübahisə hesab olunmalı, bu səbəbdən də ona ümumi məhkəmədə baxılmalıdır.
24. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 4031.6, 403-1.7 və 403-1.9.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Finca Azerbaijan” X3-bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.