Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-656/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı2 MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: aparılmış ödənişlərin iddiaçının borcundan silinməsi və bununla bağlı təhvil-təslim aktına dəyişiklik edilməsinin cavabdehin üzərinə qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkilinin iştirakı ilə, İddiaçı2 MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı aparılmış ödənişlərin iddiaçının borcu ndan silinməsi və bununla bağlı təhvil-təslim aktına dəyişiklik edilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya işi üzrə İddiaçı2 MTK tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 may tarixli, 2-2(103)37/2020 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı2 MTK (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" ASC-nə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə kredit müqaviləsi üzrə aparılmış ödənişlərin müəyyən olunaraq həmin məbləğin İddiaçı2 MTK-nin borcundan azaldılması və bununla bağlı "xxxx" ASC ilə "xxxx" QSC arasında b ağlanmış 11 may 2017-ci il tarixli, S-6 saylı təhvil-təslim aktında dəyişiklik edilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 03 oktyabr tarixli, 2-2(81)1131/2019 saylı qətnaməsi ilə İddiaçı2 MTK-nin cavabdeh "xxxx" ASC -nə qarşı iddia tələbi təmin edilməmişdir (hakim – A.Oruczadə).
3. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 yanvar tarixli, 2-2(103)-37/2020 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 03 oktyabr tarixli, 22(81)-1131/ 2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni baxışa göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
6. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 may tarixli, 2-2(103)-37/2020 saylı qərardadı ilə (hakimlər Ü.A.Mayılov (sədrlik edən), M.N.Tağızadə və X.A.Cəmilova) Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 yanvar tarixli, 2-2(103)-37/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 30 yan var 2020-ci il tarixli qətnaməsi İddiaçı2 MTK-ya 14.02.2020-ci il tarixdə sifarişli poçt vasitəsilə təqdim edilmişdir, həmin qətnamədən şikayət verilmə müddəti 14.04.2020-ci il tarixdə bitsə də, iddiaçı tərəfindən kassasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş müddət 13 gün ötürülməklə 27.04.2020-ci il tarixdə rabitə orqanına təhvil verilmiş, 11.05.2020-ci il tarixdə isə Bakı Apelyasiya Məhkəməsinə daxil olmuş, ötürülmüş müddətin bərpası barədə isə sonuncu tərəfindən ərizə verilməmişdir.
8. Həmçinin kassasiya şikayətində onun tərtib olunma tarixi göstərilməsə də, 16,0 manat dövlət rüsumu 27.04.2020-ci il tarixdə ödənilmiş, hüquqi xidmət göstərilməsinə dair vəkillə müqavilə də qətnamədən şikayət verilmə müddəti bitən 14.04.2020-ci il tarixdən 9 gün sonra, yəni 23.04.2020-ci il tarixd ə bağlanmışdır.
9. Beləliklə, Bakı Apelyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyindən, geri qaytarılmalıdır.
10. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "Mülki Prosessual Məcəllə”) 408.1.4, 408.2, 408.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsi, müddətin buraxılmasının üzürlü hesab edilməsi və icraata qəbul edilməsi üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Bakı A pelyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsi poçt vasitəsi ilə iddiaçıya 2020-ci il fevralın 14-də daxil olsa da, həmin vaxt məlum hadisələrlə (COVİD19) bağlı şikayətin verilməsi üzürlü səbəbdən 13 gün yubadılmış, yəni şikayətin verilmə müddətinin sonlarında ölkə ərazisində karantin elan olunmuş, iş rejimi və işçilərin işə çıxmaları məhdudlaşdırılmış, buna görə də şikayətin verilmə müddəti üzürlü səbəbdən buraxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
14. İddiaçının vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərda r edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
16. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
17. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
20. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılm ası və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa...; 408.5. Bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikay əti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 may tarixli, 2-2(103)-37/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
24. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Bakı Apelyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsi İddiaçı2 MTK-ya 14.02.2020-ci il tarixdə sifarişli poçt vasitəsilə təqdim edilmiş, 14.04.2 020-ci il tarixdə həmin qətnamədən şikayət verilmə müddəti bitsə də, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti 11.05.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinə daxil olmuş, ötürülmüş müddətin bərpası barədə isə sonuncu tərəfindən ərizə verilməmiş, bununla da qətnamədən şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iki aylıq prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür.
25. Bakı Apelyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyindən, məhkəmə kollegiyası hesab edir ki, məlum hadisələrlə (COVİD19) bağlı şikayətin verilməsinin üzürlü səbəbdən 13 gün yubadılması, şikayətin verilmə müddətinin sonlarında ölkə ərazisində karantin elan olu nduğu, iş rejimi və işçilərin işə çıxmalarının məhdudlaşdırılması barədə iddiaçının dəlilləri əsassız olmaqla, apelyasiya instansiyası məhkəməsinin qanuni qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. 26. “X1 şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. 27. “Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı” işi üzrə İnsan Hüquqlarına Dair Avropa Məhkəmə sinin 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
28. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə məhkəmə qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı tərəfindən kassasiyа şikаyətinin qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verildiyini, müddətin bərpası üçün ərizənin verm ədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
29. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 may tarixli, 2-2(103)-37/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
31. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kol legiyasının 2020-ci il 18 may tarixli, 2-2(103)-37/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.