Məhkəmə qərarları › İş №2-2(102)-656/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-656/2024

30.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-656/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Hesablama Palatası olmaqla) cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, uydurma əqd, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim X1 məruzəsi ilə, hakimlər Bəhman Fərhad oğlu Qəribovun və Bəhram Məmməd oğlu Məmmədlidən ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrü fatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 ASC (bundan sonra – “birinci cavabdeh”), Cavabdeh2 (bundan sonra – “ikinci cavabdeh”) və "xxxx" MMC-yə (bundan sonra – “üçüncü cavabdeh”) (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası olmaqla) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(103)-687/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İşin halları

1. İddiaçı ilə birinci cavabdeh arasında iddiaçının vəsaitindən istifadəyə dair 2021-ci il 10 fevral tarixli 01 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq, “bu müqavilənin predmetini [Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 ekabr tarixli 413 nömrəli Fəmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na] və bu müqaviləyə uyğun olaraq Agentlik tərəfindən müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xətləri çərçivəsində vəsaitin ayrılması, müvəkkil kredit təşkilatı tərəfindən isə öz adından və öz riski hesabına borcalana kreditlərin verilməsi, həmin kreditlərin məqsədyönlü, səmərəli istifadəsi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir. 2. 2021-ci il 27 iyun tarixli **********5113 nömrəli gömrük bəya nnaməsindən görünür ki, “ADN X2 X3. Ve Tic.LTD. ŞTİ” tərəfindən üçüncü cavabdehə meyvə bağı sahəsi üçün damlama üsulu ilə suvarma sistemi göndərilmişdir.

3. Cavabdehlər arasında bağlanmış 2021-ci il 3 avqust tarixli AS2951 nömrəli alqısatqı müqaviləsinə əsasən damlama tipli suvarma sistemi 111.000 manata satılmışdır (avadanlığın satılmasına dair 2021-ci il 24 avqust tarixli EBBG855587 saylı e-qaimə). Müqaviləyə əsasən, birinci cavabdeh - “Müvəkkil Kredit Təşkilatı”, ikinci cavabdeh – “alıcı”, üçüncü cavabdeh isə “satıcı” kimi çıxış etmişlər. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı malları bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı malları qəbul etməyi və qiymətini bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya satış qiymətinin minimum 60% hissəs ini ödəməyi, Müvəkkil Kredit Təşkilatı isə satış qiymətinin qalan hissəsini iddiaçının vasitəsi ilə satıcının hesabına ödəməyi öhdəsinə götürmüşdür. 4. 2021-ci il 3 avqust tarixli AS2951 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən suvarma sisteminin ümumi giyməti 111.000 manat müəyyən edilmişdir.

5. Suvarma sistemi ikinci cavabdeh tərəfindən 2021-ci il avqustun 18-də "xxxx" ASC-də sığortalanmış və sığorta məbləği 111.000 manat müəyyən edilmişdir.

6. Suvarma sistemi üçüncü cavabdeh tərəfindən ikinci cavabdehə təhvil verilmiş və iki tərəfin imzası ilə 2021-ci il 25 avqust tarixli 013 nömrəli təhvil-təslim aktı təsdiq edilmişdir.

7. Birinci cavabdeh 2021-ci il 29 sentyabr tarixli məktubla iddiaçıya müraciət edərək ikinci cavabdehin suvarma sistemini əldə etməsi üçün 42.160 manat gü zəşt olunacaq vəsaitinin hesablarına köçürülməsini xahiş etmişdir. 8. 2021-ci il 11 oktyabr tarixli ödəniş tapşırığından birinci cavabdeh tərəfindən üçüncü cavabdehin hesabına 42.160 manat ikinci cavabdeh üçün subsidiya ödənişi kimi köçürmə edildiyi müəyyən olunmuşdur.

9. Birinci cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2023-cü il 23 aprel tarixli XS 945/23 nömrəli məktubda birinci cavabdehin əməkdaşı və təchizatçının üçüncü cavabdehin nümayəndəsinin iştirakı ilə ikinci cavabdehin təsərrüfatının monitorinqinin təşkil olunduğu, monitorinq zamanı damcılı suvarma sisteminin tam quraşdırılıb və işlək vəziyyətdə olduğunun aşkar edildiyi, fotoşəkillərin də çəkildiyi, monitorinq aktının üç tərəfin imzası ilə təsdiq edildiyi qeyd olunmuşdur.

10. Azərbaycan Respublikası Hesablama Palatasının aud itor hesabından çıxarışa əsasən, “müvafiq torpaq sahələrində intensiv bağların 2017-2018-ci illərdə salındığı EKTİS-dən bəyan olunduğu halda auditlə əhatə olunan dövrdə həmin torpaq sahələri üzrə 2 təsərrüfat üçün 2021-ci ildə maliyyələşdirilmiş güzəşt məbləği 47.784 manata bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlarla uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur”. Həmçinin, auditor hesabatına əsasən, damcılı tipli suvarma sistemlərinin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturanın mövcudluğu müəyyən edilməmişdir. 11. “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi”nin auditi çərçivəsində Qusar rayonu ər azisində güzəşt məbləği (40%) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar 2022-ci il 21 iyul tarixli baxış aktına (bundan sonra – “baxış aktı”) əsasən, “baxış zamanı alıcı ikinci cavabdehin damcılı suvarma sisteminin dəyərinin 40% güzəşt tətbiq olunan hissəsinin maliyyələşdirilməsi üzrə iddiaçıya təqdim olunmuş sənədlərində göstərilmiş damcılı suvarma sistemi avadanlıqlarının adlı siyahısı, markası və istehsal ili üzrə mövcudluğu yerində təsdiqini tapmamışdır”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı cavabdehlərə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası (bundan sonra – “üçüncü şəxs”) olmaqla) 2023-cü il 25 dekabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər arasında bağlanmış 2021-ci il 3 avqust tarixli AS2951 nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, 42.160 manat məbləğində pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat mediasiyaya dair xərcin, cəmi 42.860 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi 2022-ci ildə üçüncü tərəfin keçirdiyi səmərəlilik auditinin nəticələrinə əsaslanmışdır (bax, yuxarıda §§ 10-11). Bundan əlavə, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, 2021-ci il 3 avqust tarixli AS2951 nömrəli alqı-satqı müqaviləsi əslində iddiaçını aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. Əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdmüş, nəticədə iddiaçıya 42.160 manat ziyan vurulmuşdur.

14. İkinci cavabdeh və üçüncü cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, alqısatqı müqaviləsi cavabdehlər arasında bağlandığından iddiaçının həmin müqavilənin etibarsızlığını mübahisələndirməyə subyektiv hüququ olmamışdır.

15. Alqı-satqı müqaviləsinə 1 saylı Əlavə üzrə təhvil verilmiş 133 ədəd avadanlıq hissəsindən yalnız 3 avadanlıq hissəsi quraşdırılmayaraq anbarda saxlanılmış, lakin sonradan həmin avadanlıq hissələri də quraşdırılmış və suvarma sistemi tam təmin olunmuşdur.

16. Birinci cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, kreditin verilməsi ilə bağlı son qərar iddiaçı tərəfindən verilir. Maliyyə vəsaitini isə müvəkkil təşkilat olaraq birinci cavabdeh təchizatçıya verir.

17. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 3 aprel tarixli e-2-2(113)-859/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – G.Namazova).

18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, 2021-ci il 3 avqust tarixli alqısatqı müqaviləsinin iddiaçının qeyd etdiyi kimi uydurma əqd olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, suvarma sisteminin təhvil-təsliminə dair akt və elektron-qaimə verilmiş, iddiaçı tərəfindən ayrılmış subsidiya müvəkkil təşkilat tərəfindən satıcının hesabına köçürülmüş, mövcud suvarma sistemi alıcı tərəfindən hətta "xxxx" ASC-də sığortalanmış, satılan suvarma sisteminin satıcı tərəfindən Türkiyə Respublikasından alınmasını təsdiq edən alış sənədləri məhkəməyə təqdim edilmişdir. Bununla da, iddianın elektron-qaimənin mövcud olmamasına dair dəlili əsassız hesab edilmişdir.

19. İddiaçının üçüncü şəxsin auditor hesabatına istinadən ikinci cavabdehin istifadəsində olan suvarma sisteminin sənədlərdə göstərilmiş damcılı suvarma sistemi avadanlıqlarının adlı siyahısı, markası və istehsal ili üzrə mövcudluğunun yerində təsdiqini tapmaması dəlili də əsassız hesab edilmişdir. Məhkəməyə təqdim olunmuş baxış aktından aydın olmuşdur ki, baxış zamanı sahibkarın, yəni ikinci cavabdehin iştirakı təmin olunmamış, akt yalnız üçüncü şəxsin və iddiaçının əməkdaşı tərəfindən tərtib olunmuşdur.

20. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin əraziyə baxış keçirilən zaman yerə basdırıl an avadanlıqların bəzilərinin paslanması səbəbindən suvarma sisteminin 2021-ci il 3 avqust tarixli alqı-satqı müqaviləsi ilə alınmış avadanlıq olmamasına dair izahatını məhkəməyə onu təsdiq edən heç bir sübut təqdim edilmədiyindən əsassız hesab etmişdir. Üçüncü cavabdeh tərəfindən ikinci cavabdehə yalnız bir dəfə (2021-ci il tarixində) suvarma sistemi satılmış, bu alqı-satqı qanunvericiliyin tələblərinə tam riayət edilməklə aparılmış, bunun əksini təsdiq edən sübut isə məhkəməyə təqdim edilməmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 324.1, 337.1, 337.3, 337.4, 340.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. İddiaçı apellyasiya şikayəti verərək q ətnamənin ləğv edilib iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(103)-687/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və Z.Şirinov).

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd etmişdir ki, subsidiya ödənişi kimi köçürmə edilmiş pulun geri qaytarılması ilə bağlı alqı-satqı müqaviləsinin etibarsızlığına dair tələb təmin olunmadığından ondan irəli gələn pulun geri qaytarılması tələbi də təmin ed ilə bilməz.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 337.1, 337.5, 340.1, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. Kassasiya şikayətində birinci instansiya məhkəməsinə verilmiş iddia ərizəsində və apellyasiya instansiyası məhkəməsinə verilmiş apellyasiya şikayətində irəli sürülmüş dəlillər MM-in 337.1, 337.5, 340.1-ci maddələrinə istinadən yenidən göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İkinci cavabdeh və üçüncü cavabdehin kassasiya şikayətinə qarşı etirazı iddia tələbinə qarşı verilmiş etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

30. MM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir....” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əq dlər ola bilər.... 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.” “Maddə

340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir....”

31. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlilləri, əsas etibarilə, apellyasiya şik ayətinin dəlillərini təşkil etmişdir. Məhkəmə kollegiyası iddia tələbi və şikayətin həmin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır, həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə zərurət görmür.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 34. “Məhkəmə q ətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

36. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(103)687/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar