Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-657/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Hesablama Palatası olmaqla) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, lizinq müqaviləsi, uydurma əqd, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim X1 məruzəsi ilə, hakimlər Bəhman Fərhad oğlu Qəribovun və Bəhram Məmməd oğlu Məmmədlidən ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra – “iddiaçı”) cavabdehlər "xxxx" MMC (bundan sonra – “birinci cavabdeh”), Cavabdeh3 ASC (bundan sonra – “ikinci cavabdeh”) və Cavabdeh1 (bundan sonra – “üçüncü cavabdeh”) (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası olmaqla) qarşı “alqı-satqı və lizinq müqavilələrinin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(103)-692/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı ha qqında daşınmaz əmlakın Dövlət reyestrindən 2018-ci il 4 aprel tarixli çıxarışa əsasən ünvan 1i ünvanında ölçüsü 1 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə üçüncü cavabdehə məxsusdur.
2. İddiaçı ilə ikinci cavabdeh arasında iddiaçının vəsaitindən istifadəyə dair 2020ci il 18 avqust tarixli 03 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq, “bu müqavilənin predmetini [Azərbaycan Respublikası Prezidentinin 2018ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na] və bu müqaviləyə uyğun olaraq Agentlik tərəfindən müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xətləri çərçivəsində vəsai tin ayrılması, müvəkkil kredit təşkilatı tərəfindən isə öz adından və öz riski hesabına borcalana kreditlərin verilməsi, həmin kreditlərin məqsədyönlü, səmərəli istifadəsi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir.
3. Birinci cavabdeh (satıcı) ilə ikinci cavabdeh (alıcı və ya lizinq verən) arasında bağlanmış 2020-ci il 17 aprel tarixli AS592 nömrəli alqı-satqı müqaviləsinə əsasən birinci cavabdeh lizinq obyektini (tütün qurutma kamerası seriya №001-2020) müqavilədə müəyyən edilmiş şərtlərlə ikinci cavabdehə satmağı, ikinci cavabdeh isə xüsusi olaraq lizinq alana lizinqə vermək məqsədi ilə lizinq obyektini qəbul etməyi və qiymətini müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə birinci cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 saylı əlavəyə əs asən tütün qurutma kamerasının ümumi qiyməti 40.800 manat müəyyən edilmişdir.
4. Üçüncü cavabdeh (lizinq alan) ilə ikinci cavabdeh (lizinq verən) arasında bağlanmış 2020-ci il 17 aprel tarixli GL271 nömrəli lizinq müqaviləsinə əsasən ikinci cavabdeh 1 ədəd tütün qurutma kamerasını müqavilə üzrə öhdəliklərini tam yerinə yetirdikdən sonra üçüncü cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, üçüncü cavabdeh isə ilkin ödənişi və avadanlığın qalıq məbləğini 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq, tütün qurutma kamerasının ümumi dəyəri 42.432 manat, ilkin ödəniş məbləği 9.840 manat, güzəşt məbləği 16.320 manat, kredit məbləği 16.320 manat olmuşdur. 5. 2020-ci il 27 aprel tarixli təhvil-təslim protokoluna əsasən, 1 ədəd tütün qurutma k amerası ikinci cavabdeh tərəfindən üçüncü cavabdehə təhvil verilmişdir. 6. 2020-ci il iyunun 17-də ikinci cavabdeh iddiaçıya məktubla müraciət edərək üçüncü cavabdehin bir ədəd tütün qurutma kamerasını güzəştli şərtlərlə əldə etmək üçün müraciət etdiyini bildirmiş, həmin avadanlığı əldə etməsi üçün 16.320 manat güzəşt olunacaq vəsaitin, 16.320 manat kredit məbləğinin hesablarına köçürülməsini xahiş etmişdir. 7. 2020-ci il oktyabrın 8-də ikinci cavabdeh tərəfindən üçüncü cavabdehə EBAQ 972180 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) təqdim olunaraq GL 271 nömrəli müqavilə üzrə avadanlığın 42.432 manata lizinqə verilməsi, 2020-ci il noyabrın 30-da isə birinci cavabdeh tərəfindən ikinci cavabdehə EBAT 225530 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiq lənmiş) təqdim olunaraq AS592 saylı müqavilə üzrə 40.800 manat dəyərində avadanlığın təqdim olunması rəsmiləşdirilmişdir. 8. 2020-ci il mayın 18-də üçüncü cavabdeh ilkin ödəniş məbləğini təşkil edən 9.840 manat pul vəsaitini, 2020-ci il 27 noyabr - 2021-ci il 23 sentyabr tarixlərdə isə 16.271,4 manat məbləğində lizinq ödənişini ikinci cavabdehin bank hesabına, 2020-ci il oktyabrın 8-də ikinci cavabdeh alqı-satqı müqaviləsinə əsasən 40.800 manatı birinci cavabdehin hesabına köçürmüşdür.
9. Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il 01 fevral tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin səmərəlilik auditinin nəticələrinə dair Auditor hesabatı”na əsasında verilmiş arayışdan görünür ki, araşdır ma zamanı 1 ədəd müvafiq tütün qurutma kamerasının alınması üçün ayrılmış vəsaitin 2020-ci ildə maliyyələşdirilməsinə baxmayaraq, təchizatçı birinci cavabdehlə olan müqavilə şərtləri əsasında quraşdırılması nəzərdə tutulan Şəki rayonunun Aşağı Göynük kəndinin ərazisindəki təsərrüfatda mövcudluğunun aşkar edilmədiyi, tütün qurutma prosesinin 2017-ci ildə quraşdırılmış kameralarda həyata keçirildiyi, quraşdırılmamış halda olan digər kameranın isə 2018-ci ildə alındığı göstərilməklə artıq ödəməyə yol verildiyi müəyyən edilmiş, auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci i nstansiya məhkəməsindəki icraat 10. 2023-cü il dekabrın 25-də iddiaçı cavabdehlərə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası (bundan sonra – “üçüncü şəxs”) olmaqla) iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək alqı-satqı və lizinq müqavilələrinin etibarsız hesab edilməsi, güzəşt vəsaiti olaraq ayrılmış 16.320 manat, lizinq vəsaiti olaraq ayrılmış 16.320 manat məbləğində maddi zərərin, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat, mediasiyaya dair xərcin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddiaya görə, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, 2020-ci il 17 aprel tarixli AS592 nömrəli alqı-satqı müq aviləsi və 2020-ci il 17 aprel tarixli GL271 nömrəli lizinq müqaviləsi əslində iddiaçını aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqdlər üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamış, tərəflər bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdmüşlər. Nəticədə iddiaçıya güzəşt vəsaiti olaraq ayrılmış 16.320 manat və lizinq vəsaiti olaraq ayrılmış 16.320 manat məbləğində ziyan vurulmuşdur.
12. Üçüncü cavabdeh iddia tələbinə qarşı etiraz edərək tütün qurutma kamerasının onun mülkiyyətində olan ünvan 1ində yerləşən torpaq sahəsində yerləşməklə istifadəsində olduğunu və kredit məbləğini təşkil edən vəsaiti ödəniş cədvəlinə uyğun olaraq tam ödəyib bitirdiyini bildirmişdir.
13. Məhkəmə iclasında iştirak edən ikinci cavabdehin nümayəndəsi iddiaya etira z edərək bildirmişdir ki, üçüncü cavabdeh öhdəliklərini tam icra etmiş, ilkin ödənişi və ayrılmış kredit məbləğini tam ödəmiş, həmçinin təsərrüfatda monitorinq də keçirilmişdir.
14. Üçüncü şəxs iddia ərizəsinə yazılı mülahizəsində nəzarət obyektində aparılan audit zamanı ilkin uçot sənədi olan elektron qaimə-faktura tələb olunsa da, təqdim olunmadığını qeyd etmiş, yoxlamadan əvvəl vergi sistemində araşdırma aparıldığını, 2020-ci il tarixli lizinq müqaviləsi üzrə məlumat əldə edə bilmədiklərini qeyd etmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 1 mart tarixli e-2-2(113)-867/2024 nömrəli qərardadına əsasən məhkəmə tapşırığı ilə Şəki Kommersiya Məhkəməsi tərəfindən ünvan 1ində saxlanıldığı qeyd edilən lizinq predmeti olan ***-**** seriya nömrəli tütün qurutma kamerasının müayinə və tədqiq edilməsi üçün həmin predmetin olduğu yer üzrə 2024-cü il 18 mart tarixdə tərəflərin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı ünvan 1ində yerləşən üçüncü cavabdehin mülkiyyətində olan 1 ha torpaq sahəsində 27 ədəd tütün qurutma kamerasının quraşdırıldığı, ***-**** nömrəli tütün qurutma kamerasının işlək vəziyyətdə olmaqla təyinatı üzrə istifadəyə yararlı olduğu müəyyən edilmişdir.
16. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi məhkəmə tapşırığının icrası ilə bağlı təqdim olunan audio-video yazıda əks olunan ərazidə olmadıqlarını, həmin əraziyə deyil fərqli əraziyə baxış keçirdiklərini bildirmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 aprel tarixli e-2-2(113)-867/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim N.Əhmədova).
18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddia üçüncü şəxsin həyata keçirdiyi auditin nəticələrinə dair auditor hesabatına əsaslanmaqla irəli sürülsə də, əqdlərin uydurma olmasını təsdiq edən hər hansı sübut mövcud olmamışdır.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, audit yoxlaması Şəki rayonunun Aşağı Göynük kəndinin ərazisində təsərrüfatda, məhkəmə tapşırığına əsasən aparılan müayinə isə üçüncü cavabdehə mülkiyyət hüququ ilə məxsus olan Şəki rayonunun Baş Layısqı kəndində yerləşən torpaq sahəsində aparılmış, müayinə zamanı qeyd olunan sahədə lizinq obyektinin mövcudluğu təsdiqini tapmış, audit qrupunun üzvü isə qeyd olunan ərazidə yoxlama aparmadıqlarını təsdiq etmişdir (bax, yuxarıda §§ 9, 15-16). Məhkəmənin mövqeyinə görə, iddiaçının qeyd olunan müayinənin nəticəsi ilə razılaşmaması onun subyektiv mülahizə və ehtimallarından ibarət idi.
20. Məhkəmə üçüncü şəxsin elektron-qaimənin təqdim olunmaması, lizinq müqaviləsi üzrə məlumat əldə edə bilmədiklərinə dair mülahizəsinə münasibətdə qeyd etmişdir ki, işdə olan elektron qaimələrlə avadanlığın təqdim olunması rəsmiləşdirilmiş, qeyd olunan elektron qaimələr “sistem tərəfindən təsdiqlənmiş” statusundadır və ləğv olunmamışdır.
21. Məhkəmə iddiaçı ilə ikinci cavabdeh arasında bağlanmış iddiaçının vəsaitindən istifadəyə dair müqaviləyə istinad edərək, iddiaçının keçirilən ekspertizanın nəticələrinə əsasən müvafiq vəsaitin ayrılıb-ayrılmaması barədə qərar qəbul etməli, vəsait ayrıldığı təqdirdə isə müvəkkil kredit təşkilatının borcalanların monitorinqinə dair rüblük hesabatı qəbul etməli, vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məq sədilə müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparmalı olduğunu vurğulamışdır. Belə olan halda, məhkəmə iddiaçının monitorinq nəticələrinə istinad edərək lizinq obyektinin yerini dəqiq müəyyən edib audit yoxlamasına təqdim etməməsi, üçüncü şəxsin auditə dair hesabatına qanunla müəyyən olunmuş müddətdə qeyd, irad və rəy bildirməməsini qeyd edərək iddiaçının bu cür mövqeyini hüquqdan suiistifadə kimiqiymətləndirmişdir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 324.1, 337.1-337.4, 340.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli və T.Qasımovanın şi kayəti üzrə 2020-ci il 1 dekabr tarixli, habelə M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2023cü il 26 aprel tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.
23. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(103)-692/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədr lik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və Z.Şirinov).
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının istinad etdiyi hallar öz təsdiqini tapmamış, əksinə, müqavilə tərəflərinin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə hərəkət etdikləri – lizinq obyektinin təhvil verildiyi, alqı-satqı və lizinq müqaviləsi tərəflərinin elektron qaimələr təqdim etməklə münasibətlərini rəsmiləşdirdiyi, lizinq alanın ilkin ödənişi və lizinq ödənişlərini ödədiyi, lizinq verənin isə alqı-satqı müqaviləsi üzrə satıcıya lizinq obyektinin dəyərini ödədiyi öz təsdiqini tapmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 337.1, 337.5, 340.1, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. İddiaçı kassasiya ş ikayəti verərək həmin qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
28. Kassasiya şikayətində iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində irəli sürdüyü dəlillər MM-in 337.1, 337.5, 340.1-ci maddələrinə istinadən yenidən göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. II. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
31. MM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Ma ddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir....” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.... 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. sayılıb- 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.” “Maddə
340. Uydurma və yalan əqdlərin etibarsızlığ ı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir....”
32. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2019-cu il 9 dekabr tarixli və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 1 2 aprel tarixli Qərarlarında göstərilmişdir ki, “... Əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər....”
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respub likasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 1 dekabr tarixli Qərarında göstərilmişdir ki, “... Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etiba rlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlilləri, əsas etibarilə, apellyasiya şikayətinin dəlillərini təşkil etmişdir. Məhkəmə kollegiyası iddia tələbi və şikayətin həmin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır, həmin qiymətlənd irmənin təkrarən qeyd edilməsinə zərurət görmür.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edil ir ki, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
39. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 23 iyul tarixli 22(103)-692/2024 nömrəli qətnaməs i dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.