Məhkəmə qərarları › İş №2-2(102)-657/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-657/2025

28.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-657/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MMC-yə ( mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X5) qarşı “hərracın yekunlarına dair protokolun etibar sız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 29 iyul tarixli 22(103)-623/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Sabirabad rayon Məhkəməsinin 2022-ci il 18 avqust tarixli qətnaməsinə əsasən X1 46.655,11 (qırx altı min altı yüz əlli beş manat 11 qəpik) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manatın ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması və tələb üzrə tutmanın ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan “BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin 20.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması,satışdan əldə olunacaq vəsaitin İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin X1 bankın xeyrinə tutulması qət edilmişdir.

2. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, “BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobil 2024-cü il 15 fevral tarixində borcludan alınaraq Sabirabad rayon Polis şöbəsinin müvəqqəti duracağına yerləşdirilmiş, Sabirabad rayon icra və probasiya şöbəsi tərəfindən 2024-cü il 2 aprel tarixdə avtomobilin hərrac vasitəsilə realizə edilməsi üçün "xxxx" MMC-yə sifariş verilmişdir. 3. "xxxx" MMC tərəfindən hərracın keçirilməsi 2024-cü il 17 may tarixinə təyin edilmiş, həmin tarixli 28/01 nömrəli “Hərracın yekunları barədə protokol”a əsasən X2 mülkiyyətində olan "BMW 531” m inik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobil X3 20 000 (iyirmi min) manata satılmışdır.

4. Həmin hərrac protokolu X5 tərəfindən imzalanmamış və hazırkı dövrə qədər avtomobilin alış dəyəri onun tərəfindən ödənilməmişdir.

5. Sabirabad rayon Məhkəməsinin 2022-ci il 18 avqust tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata hazırkı dövrədək xitam verilməmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. Ləğv prosesində olan İddiaçı ASC (bundan sonra-“iddiaçı”) "xxxx" MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, X4 ( bundan sonra-“X.Qasımov”) məxsus “BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair cavabdeh tərəfindən tərtib edilmiş 2024-cü il 17 ma y tarixli 28/01 saylı “Hərracın yekunlarına dair protokol”un etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin faktiki hallarına ( bax yuxarıda § 1-5) istinadla əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.7-ci maddəsinə əsasən, hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qi ymətinin ödənilməməsi bu Qanunla əsasən müəyyən edilmiş nəticələrə səbəb olur. Göründüyü kimi, qalib alıcı tərəfindən ipoteka predmetinin satış dəyərinin ödənilməməsi ləğv prosesində olan iddiaçının hüquq və mənafeyinə ziddir, buna görə də cavabdeh tərəfindən tərtib edilmiş hərracın yekunlarına dair protokol etibarsız hesab edilməlidir.

8. Məhkəmənin 2025-ci il 8 yanvar tarixli protokol-qərardadı ilə X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 11 mart tarixli, e-2-2(113)-475/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir ( hakim G.Həşimova).

10. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, mübahisəli hərracın keçirilməsi zamanı hərracın nəticələrinin etibarsız hesab edilməs i üçün əsas ola biləcək pozuntuya yol verilməsi müəyyən edilmədiyindən hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair hazırkı iddia tələbi əsassız olmaqla rədd edilməlidir.

11. Hazırki iş üzrə 2024-cü il 17 may tarixində keçirilmiş hərrac qanunvericilik normalarına uyğun olaraq keçirilmiş, hərracın həyata keçirilməsi zamanı heç bir qanunvericiliyik normalarının pozulmasına yol verilməmişdir. Yalnız iddiaçının tələbində qeyd etdiyi hal, yəni 2024-cü il 17 may tarixli 28/01 nömrəli «Hərracın yekunları barədə protokol» üzrə alıcının alış qiymətini ödəməməsi nəticəsində, «İpoteka haqqında» Qanunun 43-cü maddəsində nəzərdə tutulan hərəkətlər (hərracın baş tutmamasının elan edilməsi və s.) edilməmişdir. Həmin maddənin tələblərinə əsasən, hərracı keçirmiş təşkilat tərəfindən hərrac baş tutmamış elan edilməli idi.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra-“MM”) 415.2, 416.1, 416.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42.1, 42.7, 43.1-43.9 və 44-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 82.3 və 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

13. İddiaçı tərəfindən qətnamədən verilmiş apelyasiya şikayətində iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 29 iyul tarixli 2-2(103)-623/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməd ən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim E.Hüseynov, hakimlər L.Əliyeva və T.Mahmudova).

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

16. Odur ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir-iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nə yə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var-iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

17. İddiaçı “Hərracın yekunlarına dair protokol”un etibarsız sayılmasını o əsasla tələb edir ki, qalib alıcı tərəfindən ipoteka predmetinin satış dəyəri ödənilməmiş, bu səbəblə onun hüquq və mənafeyinə xələl gəlmişdir.

18. Halbuki, hərracdan satılmış əmlakın satış dəyərinin ödənilməməsi hərracın etibarsızlığı üçün deyil, ipoteka predmetinin hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxsə həmin qiymətlə satılması (əgər bu cür şəxs varsa) və ya hərracın təşkilatçısı tərəfindən hərracı n baş tutmadığı barədə kütləvi informasiya vasitəsində məlumat dərc etdirilməsi və elandan sonra ipoteka saxlayanın ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə alması bu baş tutmadıqda isə birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi təkrar hərrac baş tutmadıqda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı arasında protokol imzalanması üçün əsas təşkil edir.

19. Bu baxımdan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının irəli sürdüyü əsasla hərrac protokolu etibarsız sayıla bilməz; iddiaçı hərrac təşkilatına müraciət edərək qanunvericiliklə həmin təşkilatın üzərinə qoyulmuş göstərilən vəzifələrin icrasını tələb etməlidir. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə almışdır ki, mübahisələndirilən hərrac protokolu alıcı tərəfindən imzalanmadığından onun ümumiyyətlə hüquqi qüvvəsi yoxdur və eyni zamanda müvafiq icra sənədi üzrə icraata da hazırkı dövrədək xitam verilməmişdir.

20. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 416.1, 416.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 42.7, 43.1-43.7, 43.7-1, 43.8,43.9, 44-cü, MPM-in 4.1, 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

22. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul e dilməsi xahiş edimişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.7-ci maddəsinin tələblərinə görə, hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla əsasən müəyyən edilmiş nəticələrə səbəb olur. Göründüyü kimi, alıcı üzərinə düşən öhdəliy ini icra etməmiş və buna baxmayaraq cavabdeh tərəfindən onunla hərracın yekunları barədə müqavilə imzalanmışdır.

24. Məhkəmə, bildirişlərin yalnız göndərilməsini qeyd etməklə iddaçının sözü gedən hərracla bağlı xəbərdar olması qənaətinə gəlmişdir ki, bu yalnış mövqedir. Çünki sənədlərin göndərilməsi ilə şəxsin xəbərdar olması anlayışları fərqlidir və hüquqi nəticələr də fərqə mütənasibdir. Belə olan halda birinci instansiya məhkəməsinin belə bir qətnamə qəbul etməsi, mülki dövriyyə iştirakçısı olan Bankı qeyri-müəyyən vəziyyətə salır və hüquqlarını pozur. Konstitusiya Məhkəməsi Plenumunun (28 noyabr 2018-ci il Qərarı) formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmələr işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.” 29. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tərəflər arasında münasibətlərin yarandığı tarixdə qüvvədə olmuş müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. H ərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.... 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. “Maddə

43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytınd a məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.... 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə ə sasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunm ası barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. “Maddə

44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.”

30. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Pros essual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kass asiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

32. İddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər, iddia tələbinin və apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir.

34. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən i şə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

35. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 29 iyul tarixli 2-2(103)-623/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar