Məhkəmə qərarları › İş №2-2(102)-659/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-659/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-659/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRAR 2-2(102)-659/23 Açar sözlər: kassasiya şikayətinin qeyri mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 oktyabr tarixli e-2-2(103)-394/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şik ayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra birlikdə – cavabdehlər) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2020ci il 12 fevral tarixli kredit müqaviləsi üzrə 14058,87 manat əsas borc, 7221,89 manat faiz borcu, 3558,73 manat cərimə borcu və 2022-ci il 22 avqust tarixdən 2022-ci il 18 oktyabr tarixədək illik 5 faizlə hesbalanmış 109,2 manat əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə 24948,69 manat kredit borcunun və ödənilmiş 200 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 yanvar tarixli, e-2-2(113)-447/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 14058,87 manat məbləğində kredit bоrcu, 7221,89 manat məbləğində faiz bоrcu və 700 manat cərimə, illik 5 faizlə hesablanmış 109,2 manat faiz borcu, ümumilikdə 22089,96 manat, ödənilmiş 200 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ü.Həsənova).

3. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 yanvar tarixli, e-2-2(113)-447/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

4. Bakı Apel lyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 19 aprel tarixli 2-2(103)-394/2023 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 yanvar tarixli e-2-2(113)447/2023 saylı qətnaməsinin faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, cavabdehlərdən iddiaçının xeyrinə 6.675,16 manat faiz borcunun tutulması, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

5. Cavabdeh1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 4 iyul tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəmə sinin Kommersiya Kollegiyasının 2023-cü il 19 aprel tarixli, 2-2(103)394/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və E.Kazımov)

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 kassasiya şikayətini formal olaraq (cədvəl forması və s.) MPM-də 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Şikayətin “maddi və ya prosessual hüquq normalarının pozulmasına dair dəlillər” hissəsində yalnız “Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri” ifadəsini qeyd etmiş, hansı maddələrin pozulduğu qeyd olunmamışdır.

8. Bundan başqa hansı maddi və prosessual normaların pozulduğu və bu pozuntuların nədə ifadə olu nduğu göstərilməmişdir.

9. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin (bundan sonra – “MPM) 407.1, 416.1, 407.1.4, 408.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin qərardadı 2023-cü il 7 iyul tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

11. Cavabdeh1 2023-cü il 26 sentyabr tarixində Bakı Apellyasiya Məhkəməsinin 2023cü il 19 aprel tarixli, 2-2(103)-394/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş və eyni zamanda ərizə ilə müraciət edərək kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 4 oktyabr tarixli 2-2(102)-394/2023 nömrəli qərardadı ilə Cavabdeh1 ərizəsi təmin edilməmiş, kassasiya ş ikayəti geri qaytarılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov, A.Hüseyn).

13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 aprel tarixli, 2-2(103)-394/2023 nömrəli qətnaməsi 2023-cü il 1 may tarixdə Cavabdeh1 elektron kabinetinə yüklənmiş, cavabdeh tərəfindən kassasiya şikayəti vermə müddəti 2023-cü il 2 iyul tarixdə bitmişdir. Cavabdeh1 ilk dəfə kassasiya şikayətini qanunla müəyyən edilmiş prosessual müddəti ötürmədən 2023-cü il 26 iyun tarixdə versə də, kassasiya şikayəti qüsurlu verildiyindən qaytarılmış, qərardad Cavabdeh1 elektron kabinetinə 2023-cü il 7 iyul tarixində yüklənmişdir.

14. Məhkəmə kollegiyası ərizə ilə bağlı qeyd etmişdir ki, ərizəçi kassasiya şikayətinin geri qaytarılması barədə qərardadı elektron kabinet vasitəsi ilə 2023-cü il 7 iyul tarixdə əldə etdiyi halda, ikinci dəfə kassasiya şikayətini 2 ay sonra 2023-cü il 26 sentyabr tarixdə verdiyindən ərizədə göstərilən səbəblər məhkəmə tərəfindən müddətin ötürülməsi üçün üzrlü hesab edilə bilməz.

15. Məhkəmə bu qənaətini MPM-in 133.1, 405.0.1, 135.8-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh1 2023-cü il 18 oktyabr tarixində Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 4 oktyabr tarixli, 2-2(102)-394/2023 saylı qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. MPM-in 88, 133-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə hazırkı iş üzrə ərizədə göstərilmiş hallara düzgün hü quqi qiymət verməmiş və nəticədə cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qərardad qəbul etmişdir c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadın təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.

21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da ap elyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. IV. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə

135. Məhkəmə sənədlərinin çatdır ılması və rəsmi qaydada verilməsi... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1 -ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; V. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

23. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

24. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin hallarına müvafiq olaraq tam və hərtərəfli araşdıraraq hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 oktyabr tarixli, 2-2(103)-394/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, işdən göründüyü kimi B akı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 aprel tarixli, 2-2(103)-394/2023 nömrəli qətnaməsi 2023-cü il 1 may tarixdə Cavabdeh1 elektron kabinetinə yüklənmiş, Cavabdeh1 ilk dəfə kassasiya şikayətini qanunla müəyyən edilmiş prosessual müddəti ötürmədən 2023-cü il 26 iyun tarixdə versə də, kassasiya şikayəti qüsurlu verildiyindən qaytarılmışdır.

26. Kassasiya şikayətinin qaytarıldığı məhkəmə qərardadı da qətnamənin göndərildiyi eyni qaydada – yəni Cavabdeh1 elektron kabinetinə 2023-cü il 7 iyul tarixində yüklənmiş olsa da, cavabdeh tərəfindən kassasiya şikayəti vermə müddəti 2023-cü il 2 iyul tarixdə bitmiş məhkəmə qətnaməsindən 2023-cü il 26 sentyabr tarixdə təkrar olaraq şikayət göndərilməklə qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 2 aylıq prosessual müddət ötürülmüşdür.

27. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

28. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, həm birinci instansiya məhkəməsinin qətnaməsi, həm apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, həm də apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılmasına dair qərardadı Cavabdeh1 elektron məhkəmə informasiya sistemin vasitəsi ilə eyni qaydada göndərilmiş olsa da, birinci instansiya məhkəməsinin qətnaməsindən, həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən ilk şikayəti verərkən prosessual müddəti ötürməyən cavabdeh ona kassasiya şikayətinin qayta rılmasına dair qərardadın da eyni qaydada elektron kabinetə yerləşdirilməklə çatdırılmasına baxmayaraq, bu dəfə qətnamədən təkrar olaraq şikayət verilən zaman yalnız prosessual müddətin hansı səbəbdən ötürülməsi barədə ağlabatan və məntiqli dəlillərini göstərəcəyi təqdirdə məhkəmə müddətin ötürülməsi səbəbinin üzrlü olmasının əsaslılığı nəticəsinə gələ bilərdi. Hazırkı halda isə cavabdeh tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü səbəblərinin ağlabatan və məntiqli izahı verilməmişdir.

29. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 oktyabr tarixli, 22(103)-394/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

30. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 oktyabr tarixli 2-2(103)-394/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar