Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-66/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası “X6” İctimai Birliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə əsas borc və faiz borcun tutulması, tutmanın girov əmlaka yönəldilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası “X6” İctimai Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xx xx” ASC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası “X6” İctimai Birliyinə (bundan sonra cavabdeh) qarşı “borcun qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-656/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdehin verdiyi kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı ilə cavabdeh arasında x xxx 2012-ci il tarixli, 13 AV/F20-12 nömrəli X5 imzalanmış və müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən iddiaçı borc alana 48 ay müddətinə, illik 20% (iyirmi) olmaqla 8 (səkkiz) ədəd İSUZU ECOBUS markalı sərnişin daşıma avtobuslarının maliyyələşdirilməsi üçün 388.800 (üç yüz səksən səkkiz min) manat kredit məbləğini verməyi, borc alan isə, krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri (illik 20 %) iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, kredit məbləğinin hərəkəti və uçotu “Borc verən” tərəfindən “Borc alan” üçün açılan 12-25807-1858 saylı ssuda hesabı vasitəsilə təmin edilir; 4.1-ci bəndinin «h)» yarımbəndinə əsasən, borc alan tərəfindən müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddətdə kredit qaytarılmadığı, habelə həmin müqavilədə ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kreditin hər hansı bir hissəsi qaytarılmadıqda, borc verən (iddiaçı) öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb edə bilər; 5.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəl ikləri icrasını 7 (yeddi) bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. Tərəflər arasında bağlanmış x xxx 2012-ci il tarixli, 13 İP/F20-12 nömrəli “Girov müqaviləsi”ndən görünür ki, “xxxx” ASC-nin 20 saylı filialı (“Girov saxlayan”) və cavabdeh (“Girov qoyan”) arasında bağlanmış xx.xx.2012-ci il tarixli “X3” əsasən, “borc verən” “borc alana” 20% hesablanmaqla 48 ay müddətinə 388.800 manat məbləğində kredit vermiş və kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasının təminatı olaraq “Girov saxlayan” “Girov qoyana” Şassi: NNAMOB5LL02016794, mühərrik: 942368 buraxılış ili: 2012-ci il, Şassi: NNAMOB5LL02016795, mühər rik: 942354 buraxılış ili: 2012-ci il, Şassi: NNAMOB5LL02016796, mühərrik: 942366 buraxılış ili: 2012-ci il, Şassi: NNAMOB5LL02016797, mühərrik: 942348 buraxılış ili: 2012-ci il, Şassi: NNAMOB5LL02016798, mühərrik: 942344 buraxılış ili: 2012-ci il, Şassi: NNAMOB5LL02016799, mühərrik: 942378 buraxılış ili: 2012-ci il, Şassi: NNAMOB5LL02016803, mühərrik: 942362 buraxılış ili: 2012-ci il, Şassi: NNAMOB5LL02016804, mühərrik: 942380 buraxılış ili: 2012-ci il, 8 ədəd İSUZU ECOBUS markalı avtobusları girov predmeti kimi təqdim etmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə girov predmeti 432.000 manat dəyərində qiymətləndirilmişdir; 3.1-ci bəndinə əsasən müqavilə ilə “Girov qoyan” “Girov predmeti” olan sərnişin daşıma avtobusları “girov saxlayanın” ödəniş anına tələblərini ta m şəkildə əhatə edir və buna borcun əsas hissəsi, hesablanmış faizlər, “Girov qoyan” tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən “Girov saxlayana” dəyən zərərlər və həmçinin “Girov saxlayan” tərəfindən “Girov predmetinə” ödəniş yönəldilməsilə bağlı çəkilən əlavə xərclər habelə məhkəmə xərcləri də daxil edilir; 5.1-ci bəndinə əsasən “girov predmeti”nə ödəniş yönəldilməsi qaydası qanunvericiliyə uyğun olaraq həyata keçirilir; 5.2-ci bəndinə əsasən “Girov qoyan”, girov ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, “Girov saxlayanın” alış qiymətinə bu müqavilənin 3.1 bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş həcmdə öz tələblərini daxil etməklə ipoteka predmetlərini satmaq və ya öz adına keçirmək yolu ilə ödəniş yönəltmək hüququ v ardır. “xxxx” ASC-nin 20 saylı filialı (borc verən) ilə cavabdeh (borc alan) arasında xx xxx 2012-ci il tarixli, 14 AV/F20-12 nömrəli X5 imzalanmışdır. Müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən iddiaçı borc alana 48 ay müddətinə, illik 20% (iyirmi) olmaqla 2 (iki) ədəd İSUZU ECOBUS markalı sərnişin daşıma avtobuslarının maliyyələşdirilməsi üçün 97.200 (doxsan yeddi min iki yüz) manat kredit məbləğini verməyi, borc alan isə, krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri (illik 20 %) iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. xx xxx 2012-ci il tarixli, 14 AV/F20-12 nömrəli X1 3.1-ci bəndinə əsasən, kredit məbləğinin hərəkəti və uçotu “Borc verən” tərəfindən “Borc alan” üçün açılan 12-258071858 saylı ssuda hesabı vasitəsilə təmin edilir. Müqavilənin 4.1-ci bəndinin h) yarımbəndinə əsasən, borc alan tərəfindən müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddətdə kredit qaytarılmadıqda, habelə həmin müqavilədə ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kreditin hər hansı bir hissəsi qaytarılmadıqda, borc verən (iddiaçı) öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb edə bilər; 5.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icrasını 7 (yeddi) bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 14 İP/F20-12 nömrəli “Girov müqaviləsi”ndən görünür ki, “xxxx” ASC-nin 20 saylı fil ialı (“Girov saxlayan”) və cavabdeh (“Girov qoyan”) arasında bağlanmış 14 AV/F20 saylı xx.xx.2012-ci il tarixli “X3” əsasən, “borc verən” “borc alana” 20% hesablanmaqla 48 ay müddətinə 97.200 manat məbləğində kredit vermiş və kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasının təminatı olaraq “Girov saxlayan” “Girov qoyana” Şassi: NNAMOB5LL02016833, mühərrik: 993741 buraxılış ili: 2012-ci il, Şassi: NNAMOB5LL02016816, mühərrik: 946299 buraxılış ili: 2012-ci il, olan 2 ədəd İSUZU ECOBUS markalı avtobusları girov predmeti kimi təqdim etmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə girov predmeti 108.000 manat dəyərində qiymətləndirilmişdir; 3.1-ci bəndinə əsasən müqavilə ilə “Girov qoyan” “Girov predmeti” olan sərnişin daşıma avtobusları “girov saxlayanın” ödəniş anına t ələblərini tam şəkildə əhatə edir və buna borcun əsas hissəsi, hesablanmış faizlər, “Girov qoyan” tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən “Girov saxlayana” dəyən zərərlər və həmçinin “Girov saxlayan” tərəfindən “Girov predmetinə” ödəniş yönəldilməsilə bağlı çəkilən əlavə xərclər habelə məhkəmə xərcləri də daxil edilir; 5.1-ci bəndinə əsasən “girov predmeti”nə ödəniş yönəldilməsi qaydası qanunvericiliyə uyğun olaraq həyata keçirilir; 5.2ci bəndinə əsasən “Girov qoyan”, girov ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, “Girov saxlayanın” alış qiymətinə bu müqavilənin 3.1 bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş həcmdə öz tələblərini daxil etməklə ipoteka predmetlərini satmaq və ya öz adına keçirmək yolu ilə ödəniş yönəltmə k hüququ vardır. xx.xx.2012-ci il tarixli 13AV/F20-12 saylı X3 “2 saylı Əlavə”nin 1-ci bəndinə əsasən “Borcverən” ilə “Borcalan” arasında imzalanmış xx.xx.2012-ci il tarixli 14AV/F20-12 saylı X1 kapitallaşdırıldığı qeyd edilmişdir. xx.xx.2015-ci il tarixli 2 saylı əlavəyə əsasən 87,850.00 manat məbləğində əsas borc məbləği üzrə cavabdehin aylar üzrə “Ödəmə planı” tərtib edilərək hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. xx.xx.2016-cı il tarixli “Maliyyə arayışları”ndan görünür ki, cavabdehin 13 AV/F20-12 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə 220,807.14 manat əsas, 42,444.88 manat faiz borcu, 9,466.26 manat cərimə borcu, cəmi 272,718.28 manat, 14 AV/F20-12 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-cı il tarixinə 850,538.17 manat əsas, 30,366.06 manat faiz borcu, 7,221.10 manat cərimə borcu, cəmi 122,945.33 manat borcu yaranmışdır. xx xxxxxx 2016-cı il tarixli və x xxxxxx 2016-cı il tarixli bildirişlərdən görünür ki, cavabdehə banka olan əsas borc üzrə x xxx 2012-ci il tarixli, 13 AV/F20-12 saylı kredit müqaviləsi üzrə 134,103.49 manat, faiz borcu üzrə 223.50 manat, cərimə borcu üzrə 86,703.65 manat, cəmi 221,030.64 manat, digər kredit müqaviləsi üzrə, 47,580.85 manat əsas, faiz borcu üzrə 79.29 manat, cərimə borcu 37,957.32 manat, cəmi 85,617.46 manat borcunun ödənilmədiyi bildirilməklə, bununla bağlı məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilmişdir. İddiaçının 2926 nömrəli, xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 ünvanladığı ərizədən görünür ki, iddiaçı “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinin tələbinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-l(81)-1404/2016 saylı qərarına əsasən “xxxx” ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASC-nin ləğvedicisi təyin edilmişdir İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13AV/F20-12 nömrəli, x xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 220.807,14 AZN əsas borc, 42.444,88 AZN faiz borcu, 9.466,26 AZN cərimə borcu, cəmi 272.718,28 AZN, 14AV/F20-İ2 nömrəli, xx xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən isə əsas borc üzrə 85.538,17 AZN, faiz borcu üzrə 30.366,06 AZN, cərimə borcu üzrə 7.221,10 AZN, cəmi 122.945,33 AZN, borcun iddiaçıya ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan 10 TQ916, 10TQ 915, ** TQ ***,** TQ ***,** TQ ***,** TQ ***,** TQ ***,** TQ ***, ** TQ ***, ** TQ *** dövlət nömrə nişanlı İSUZU ECOBUS markalı avtobuslara yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə, əgər satışdan əldə olunan vəsait kifayət etmədiyi halda cavabdehin digər gəlirlərinə və ya əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh yuxarıda qeyd edilən kredit müqavilələrinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsə dilə iddiaçı tərəfindən cavabdehə “borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəlləsinin 317, 319, 445, 448 və “İpoteka haqqında” Qanunun 4, 34, 36, 39, 47.5-ci maddələrinə istinad edilmişdir. Birinci instansiya məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ilə “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış x xxx 2012-ci il tarixli 13 AV/F20-12 saylı və xx xxx 2012-ci il tarixli 14 AV/F20-12 saylı X4 üzrə cavabdehin (müqavilənin icra müddəti başa çatanadək) banka olan ödənilən əsas və faiz borcu hər iki müqavilə üzrə ümumilikdə və ayrı-ayrılıqda nə qədər təşkil etdiyinin və “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış x xxx 2012-ci i l tarixli 13 AV/F20-12 saylı və xx xxx 2012-ci il tarixli 14 AV/F20-12 saylı X4 üzrə cavabdeh tərəfindən banka ödənilən əsas və faiz məbləği hər iki müqavilə üzrə ümumilikdə və ayrı-ayrılıqda nə qədər təşkil etdiyinin müəyyənləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın aparılması Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli rəyinin tədqiqat hissəsində göstərilmişdir ki, ekspertiza tədqiqatı zamanı təqdim olunmuş hesabdan çıxarış, ödənış qəbzləri məlumatları, x xxx 2012-ci il tarixli 13AV/F20-12 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2016-cı il tarixə cavabdehin “xxxx” ASC-yə olan borcu 217.087,21 manat məbləğində m üəyyən edilir, o cümlədən: əsas kredit borcu 207.630,7 manat; faiz borcu 9456,51 manat. Bank tərəfindən xx xxx 2012-ci il tarixli 13AV/F20-12 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmadı. Ekspertiza tədqiqatına təqdim edilmiş mülki iş materialları tədqiq edilərkən xx.xx.2015-ci il tarixdə, xx.xx.2012-ci il tarixli 13AV/F20-12 saylı X3 2 saylı əlavə bağlandığı müəyyən edildi (cild 3 i.v 188-189). Ekspertizanın təyini haqqında qərardadı ilə ekspert qarşısında qoyulmuş sualda tədqiqat aparılmalı olan müqavilənin xx.xx.2012-ci il tarixli 13AV/F20-12 saylı X5 deyil, xx.xx.2012-ci il tarixli, 13AV/F20-12 saylı X5 olduğu qeyd edilir.xx.xx.2015-ci il tarixli 2 saylı əlavənin 1-ci bəndinə əsasən “Borcverən” ilə “Borcalan” arasında imzalanmış xx.xx.2012-ci il tarixli 13AV/F20-12 saylı X5 üzrə kreditin kapitallaşdırıldığı qeyd edilmişdir. Lakin xx.xx.2015-ci il tarixli əlavə sazişin məlumatlarında 247.600,0 manat məbləğində vəsaitin ayrıldığı, xx.xx.2012-ci il tarixli 13AV/F20-12 saylı X5 üzrə yaranmış borcun kapitallaşdırıldığı qeyd olunmasına baxmayaraq, hesabdan çıxarış məlumatlarında bu öz əksini tapmamışdır. Bu səbəbdən hazırki ekspertiza tədqiqatı zamanı xx.xx.2012-ci il tarixli 13AV/F20-12 saylı X5 üzrə son ödəniş müddəti xx.xx.2016-cı il müəyyən edildi. xx.xx.2012-ci il tarixli 14AV/F20-12 saylı kredit müqaviləsi üzrə Hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh xx.xx.2015-cı il t arixədək aldığı kredit vəsaitinə görə “xxxx” ASC-yə 61.109,63 manat məbləğində pul vəsaiti ödənilmişdir, o cümlədən: əsas borc üzrə 20.078,15 manat, faiz borcu üzrə 41.031,48 manat, Ekspertiza tədqiqatı zamanı təqdim olunmuş hesabdan çıxarış, ödəniş qəbzləri məlumatları, xx xxx 2012-ci il tarixli 14AV/F20-12 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2016-cı il tarixə cavabdehin “xxxx” ASC-yə olan borcu 100.687,71 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 77.121,85 manat; faiz borcu 23.565,86 manat. Bank tərəfindən xx xxx 2012-ci il tarixli 14AV/F20-12 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müq aviləsi üzrə cərimə borcu hesablanmadı. Ekspertiza tədqiqatına təqdim edilmiş mülki iş materialları tədqiq edilərkən xx.xx.2015-ci il tarixdə xx.xx.2012-ci il tarixli 14AV/F20-12 saylı X3 2 saylı əlavə bağlandığı müəyyən edildi (cild 1 i.v 94-97). Ekspertizanın təyini haqqında qərardadı ilə ekspert qarşısında qoyulmuş sualda tədqiqat aparılmalı olan müqavilənin xx.xx.2012 ci il tarixli 14AV/F20-12 saylı X5 deyil, xx.xx.2012-ci il tarixli 14AV/F20-12 saylı X5 olduğu qeyd edilir. xx.xx.2012-ci il tarix 2 saylı əlavənin 1-ci bəndinə əsasən «Borcverən» ilə «Borcalan» arasında imzalanmış xx.xx.2012-ci il tarixli 14AV/F20-12 saylı X5 üzrə kreditin kapitallaşdırıldığı qeyd edilmişdir. Lakin xx.xx.2015-ci il tarixli 03/2015-ci il tarixli müddətli öhdəlik məlumatlarında 87.850,0 manat məbləğində və saitin ayrıldığı, xx.xx.2012-ci il tarixli 14AV/F20-12 saylı X5 üzrə yaranmış borcun kapitallaşdırıldığı qeyd olunmasına baxmayaraq, hesabdan çıxarış məlumatlarında bu öz əksini tapmamışdır. Bu səbəbdən hazırki ekspertiza tədqiqatı zamanı xx.xx.2012-ci il tarixli 14AV/F20-12 saylı X5 üzrə son ödəniş müddəti xx.xx.2016-cı il müəyyən edildiyi qeyd edilərək, nəticədə xx.xx.2016-cı il tarixə «X6» ictimai birliyinin “xxxx” ASC-yə olan borcunun 217.087,21 manat məbləğində müəyyən edildiyi, o cümlədən: əsas kredit borcunun 207.630,7 manat; faiz borcunun 9456,5 manat, xx.xx.2012-ci il tarixi 14AV/F20-12 saylı kredit müqaviləsi üzrə xx.xx.2016cı il tarixə Əlilləri İttifaqı» ictimai birliyinin “xxxx” ASC-yə olan borcunun - əsas kredit borcu 77.121,85 manat, faiz borcunun 23.565,86 manat olduğu müəyy ən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (hakim X8, 2-2(81)-19/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (xx xxxx 2019-cu il tarixli yanlışlığın düzəldilməsi barədə qərardadla qətnamənin nəticə hissəsinin hazırki mətində oxunması qərara alınmışdır) iddia qismən təmin edilərək cavabdehdən 13AV/F20-12 nömrəli, x xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən; əsas borc üzrə 207.630,70 manat, faiz borcu üzrə 9456,51 manat, cərimə borcu üzrə 6228,92 manat, cəmi 223.316,13 manat borcun, 14AV/F20-12 nömrəli xx xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən isə əsas borc üzrə 77.121,85 manat, faiz borcu üzrə 23,565.86 manat, cərimə borcu üzrə 2313,65 manat, cəmi 103.001,36 manat məbləğində borcun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, borcun cavabdehin mülkiyyətində olan ** TQ ***, ** TQ ***, ** TQ ***, TQ 920,** TQ ***,** TQ ***,** TQ ***,** TQ ***, ** TQ ***, ** TQ *** dövlət nömrə nişanlı İSUZU ECOBUS markalı avtobuslarına yönəldilməsi, açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X11məruzəçi, X7 və X9 2-2(103)-656/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi kollegiyasıxx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi və ya iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasıxx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının kassasiya şikayətinin dəlilləri: Məhkəmə yalnız ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Halbuki bu rəy digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Mövcud vəziyyətdə məhkəmə yalnızca ekspert rəyini əsas götürərək yekun məhkəmə aktı qəbul etmişdir. İddiaçi tərəfindən təqdim edilən maliyyə arayışları qiymətləndirilməmişdir. Mə hkəmə qətnaməsində hansı səbəbdən yalnız ekspert rəyinə əsaslanma və ekspert rəyinin heç bir şübhə doğurmadan mötəbər sübut kimi qəbul edilməsi əsaslandırılmalı idi. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarın 3.3-cü bəndində əks olunmuş tələblərin hər hansı birinə cavab vermir: a) məhkəmə tərəfindən ekspert rəyinə daha üstün hüquqi qüvvə verilmiş, ekspert rəyində əks olunan məbləğə uyğun qətnamə qəbul edilmiş, iddiaçının təqdim etdiyi sübutlar nəzərə alınmamışdır; b) iddiaçının təqdim etdiyi maliyyə arayışının hansı səbəbə görə nəzərə alınmaması əks olunmamışdır; c) əgər iddiaçının təqdim etdiyi sübutlar qəbul edilmirdisə, bunun səbəbləri qətnamədə əks olunmalı idi. Məhkəmə qətnaməsində sübutla r sadəcə olaraq sadalanmışdır. Sonda isə qeyd edilir ki, sübutlara məcmu halında hüquqi qiymət verilərək müəyyən olunur ki, iddia tələbi qismən təmin edilsin. Sübutlara hansı şəkildə qiymət verildiyi qətnamədə əks olunmur. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarına əsasən qətnamadə aydın şəkildə sübutların qiymətləndirilməsi prosesi əks olunmalıdır. 1 saylı Bakı İnzibatiİqtisadi məhkəməsinin qətnaməsində isə sübutlar sadəcə olaraq sadalanır və sonda yekun nəticə əks olunur. cavabdehin kassasiya şikayətinin dəlilləri: Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki qeyd olunan cinayət işində iddiaçı zərərçəkmiş qismində tanınmışdır. Eyni zamanda, yuxarıda adıçəkilən kreditlərin siyahısından görünür ki, cinayət işi üzrə müəyyən edilmiş zərər təqdim edilmiş əmlakların hesabına ödənilmişdir. Bu halda hazırki iddia tələbi üzrə 2 dəfə ödəniş həyata keçirilmiş olacaq. Belə ki, qeyd olunduğu kimi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki cinayət işində cavabdehin borcu təqdim edilmiş əmlakların hesabına bağlanmışdır. Digər tərəfdən hazırki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qətnamə ilə müəyyən edilmiş məbləğ icra olunaraq ödənilməli olacaq. Buna görə də hesab edirik ki, məhkəmə kollegiyası qeyd olunan faktın həqiqiliyini müəyyən etmək üçün araşdırma aparmalı, heç olmazsa Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərməli idi. Apellyasiya instansiyasının hazırki iş üzrə qətnaməsindən sonra cavabdehin qeyd olunan əvəzləşmələrlə bağlı müvafiq məktubları əldə olunmuşdur. Həmin yazışmalardan da aydın olur ki, kreditor arasında öhdəliklər in əvəzləməsi ilə əlaqədar cavabdehə müraciətlər daxil olmuşdur. tərəflərin izahatı: Cavabdeh məhkəmə kollegiyasına teleqram göndərərək vəkildən imtina etdiyini, başqa vəkillə müqavilə bağlamaq istədiyini bildirərək xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş iclasın təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəsatətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh başqa vəkillə təmsil olunmasına dair müqavilə təqdim etmədiyindən vəsatəti təmin edilməmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Tərəflər arasında iki dəfə X5 bağlanmışdır. İddiaçı ilə cavabdeh arasında x xxx 2012-ci il tarixli X3 əsasən iddiaçı cavabdehə 48 ay müddətinə, illik 20% olmaqla 8 ədəd İSUZU ECOBUS markalı sərnişin daşıma avtobuslarının maliyyələşdirilməsi üçün 388.800 manat kredit məbləğini verməyi, cavabdeh isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri (illik 20 %) iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə tərəflər razılaşmışlar ki, kredit məbləğinin hərəkəti və uçotu iddiaçı tərəfindən cavabdeh üçün açılan 12-25807-1858 saylı ssuda hesabı vasitəsilə təmin edilir (3.1-ci bənd); İddiaçı ilə cavabdeh arasında aparılan hesablaşmalar iddiaçı tərəfindən cavabdeh üçün açılan 12-25807-1 saylı cari hesab vasitəsilə aparılır (3.2-ci bənd); Cavabdeh üzəri nə düşən öhdəliklərin icrasını gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında iddiaçıya dəbbə pulu ödəməlidir (5.2-ci bənd). Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında x xxx 2012-ci il tarixli girov müqaviləsi bağlanmış, 2012-ci il buraxılışlı 8 ədəd İSUZU ECOBUS markalı avtobus girovun predmeti olmuş, girov predmeti 432.000 manat dəyərində qiymətləndirilmişdir. Girov müqaviləsinin 5.2-ci bəndinə əsasən “Girov qoyan”, girov ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, “Girov saxlayan”ın alış qiymətinə bu müqavilənin 3.1 bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş həcmdə öz tələblərini daxil etməklə ipoteka predmetlərini satmaq və ya öz adına keçirmək yolu ilə ödəniş yönəltmək hüququ vardır. Bu müqavilə ilə bağlı tərəflər xx xxxxxx 2015-ci il tarixdə 2 saylı əlavə imzalamış və yeni ödəmə planı tərtib etmişlər. Ödəmə planına əsasən cavabdehin əsas borcu 87.850 manat, faiz borcu isə 32.327,84 manat müəyyən edilmişdir. Eyni zamanda tərəflər arasında xx xxx 2012-ci il tarixli, 14 AV/F20-12 nömrəli ikinci X5 imzalanmışdır. Bu müqaviləyə əsasən iddiaçı cavabdehə 48 ay müddətinə, illik 20% olmaqla 2 ədəd İSUZU ECOBUS markalı sərnişin daşıma avtobuslarının maliyyələşdirilməsi üçün 97.200 manat kredit məbləğini verməyi, cavabdeh isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə görə kredit m əbləğinin hərəkəti və uçotu iddiaçı tərəfindən cavabdeh üçün açılan 12-25807-1858 saylı ssuda hesabı vasitəsilə təmin edilir (3.1-ci bənd); İddiaçı ilə cavabdeh arasında aparılan hesablaşmalar iddiaçı tərəfindən cavabdeh üçün açılan 12-25807-1 saylı cari hesab vasitəsilə aparılır (3.2-ci bənd); Cavabdeh üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında cavabdehə dəbbə pulu ödəməlidir (5.2-ci bənd). Bu müqavilənin təminatı kimi tərəflər arasında xx.xx.2012-ci il tarixli Girov müqaviləsi imzalanmış, 2012-ci il buraxılışlı 2 ədəd İSUZU ECOBUS markalı avtobuslar girov predmeti kimi qəbul edilmiş, tərəflərin razılığı i lə girov predmeti 108.000 (yüz səkkiz min) manat dəyərində qiymətləndirilmişdir. Tərəflər müqavilənin 5.2-ci bəndinə əsasən razılığa gəlmişlər ki, “Girov qoyan”, girov ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, “Girov saxlayan”ın alış qiymətinə bu müqavilənin 3.1 bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş həcmdə öz tələblərini daxil etməklə ipoteka predmetlərini satmaq və ya öz adına keçirmək yolu ilə ödəniş yönəltmək hüququ vardır. Bu kredit müqaviləsi ilə bağlı tərəflər xx xxxxxx 2015-ci il tarixdə 2 saylı əlavə imzalamış və yeni ödəmə planı tərtib etmişlər. Ödəmə planına əsasən cavabdehin əsas borcu 247.600 manat, faiz borcu isə 91.114,22 manat müəyyən edilmişdir. İddiaçı hesab edir ki, x xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 220.807,14 manat əsas borc, 42.444,88 manat faiz borcu, 9.466,26 manat cərimə, cəmi 272.718,28 manat, xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 85.538,17 manat, faiz borcu üzrə 30.366,06 manat, cərimə 7.221,10 manat, cəmi borc 122.945,33 manatdır. Cavabdeh iddiaçıya hər iki kredit müqaviləsi üzrə borcu olmadığını bildirmişdir. Həm iddiaçı, həm də cavabdeh hər iki müqavilə üzrə ödəmə sənədlərini məhkəməyə təqdim etmişdir. Təqdim edilən sənədlər nəzərə alınmaqla iki dəfə məhkəmə ekspertizası təyin edilmiş, hər iki ekspert rəyində hər iki müqavilə üzrə əsas və faiz borclarının məbləği ilə bağlı eyni rəy verilmişdir. Məhkəmə ekspertizasının rəyinə əsasən cavabdehin iddiaçıya borcu x xxx 2016-cı il tarixə x xxx 2012-ci il tarixli müqavilə üzrə əsas borc 207.630,70 manat, f aiz borcu 9.456,51 manat (cəmi 217.087,21 manat), xx xxx 2012-ci il tarixli müqavilə üzrə əsas borc 77.121,85 manat, faiz borcu 23.565,86 manat (cəmi 100.687,71 manat) müəyyən edilmişdir. İddiaçı kassasiya şikayətində təqdim edilən sübutlarla birgə ekspert rəyinin qiymətləndirilməli olmasını bildirmişdir. Həm iddiaçının, həm də cavabdehin hər iki müqavilə üzrə təqdim etdiyi sənədlərdəki məbləğlər nəzərə alınmaqla ekspert tərəfindən hesablama aparılmış və yekun məbləğ müəyyən edilmişdir. Hesablama aparılarkən iddiaçının təqdim etdiyi sənədlər nəzərə alınmışdır. İddiaçı hesab edir ki, məhkəməyə təqdim etdiyi maliyyə arayışındakı məbləğ nəzərə alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, borc təksə iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən deyil, hər iki tərəfin təqdim etdiyi ödəmə sənədlərinə əsasən müəyyən edilə bilər. Odur ki, iddiaçının şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş, apellyasiya məhkəməsi şikayətin dəlillərinə hüquqi qiymət vermişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin iddiaçıya ünvanlanmış ********* nömrəli, xx xxxxxxx 2018-ci il tarixli məktub və həmin məktuba əlavə edilmiş “Kreditlərin siyahısı” ilə məhkəməyə arayış təqdim edilməsi üçün iddiaçıya sorğu göndərilməsini xahiş etmiş və məhkəmə tərəfindən Əmanətlərin Sığortalanması Fonduna xx xxxxxxx 2019-cu il tarixli sorğu göndərilərək, sözügedən məktubda iddiaçı ilə bağlı qeyd olunanlar barədə müfəssəl arayışın məhkəməyə təqdim olunması xahiş olunmuşdur. İddiaçı tərəfindən apellyasiya məhkəməsinə təqdim olunmuş xx xxxxxxx 2019-cu il tarixli arayışda bildirilmişdir ki, araşdırma aparılmış və göstərilən iş üzrə iddiaçı ilə cavabdeh və digər kreditorlar arasında əvəzləşdirilmənin aparılması və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ********* nömrəli, xx xxxxxxx 2018-ci il tarixli məktubunda göstərilən əmlakların borc qarşılığında iddiaçıya təklif edilməsi ilə bağlı heç bir razılaşma və ya müqavilə mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə göt ürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə, əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddiaçı ilə cavabdeh arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsi barədə müqavilə münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etmiş, cavabdeh isə öhdəliyi icra etməmiş, nəticədə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdeh olduğundan müqavilədə müəyyənləşdirilmiş məbləği ödəmədiyindən onun dəyərini qaytarmaq öhdəliyi daşımışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasə n məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldıla bilər. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməs inə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli qərarı). Qanunverici tərəflər müqavilə bağlayarkən onlara iradə sərbəstliyi (Mülki Məcəllənin 6.1.2-ci maddəsi) vermiş, azad surətdə müqavilə bağlamaqla onun məzmununu müəyyənləşdirməyi (Mülki Məcəllənin 390.1-ci maddəsi) tərəflərin öhdəsinə buraxmışdır. Müqavilə icra olunmadığı halda dəbbə pulu ödənilməsini və dəbbə pulunun məbləğini də tərəflər müqavilə şərtlərində göstərmişlər. Cavabdehin dəbbə pulu ödəməli olması qanundan və müqavilədən irəli gəlməklə, dəbbə pulunun məbləği kifayət qədər azaldılmış və bu zaman iddiaçı və cavabdehin əmlak və bütün əsaslı mənafeləri nəzərə alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Cavabdeh təminat vasitəsi avtobuslar olan əsas öhdəliyi icra etmədiyindən iddiaçı borcun cavabdehə məxsus avtobuslara yönəldilməsi və açıq hərracdan satmağı tələb etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaə tə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-656/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-66/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-66/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver