Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-66/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC "xxxx" Bankının Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: qeyri-yaşayış sahəsinin qanunsuz sahiblikdən alınaraq təhvil verilməsi, icarə haqqı üzrə borcun və penya borcunun, çəkilmiş xərclərin tutulması (ilkin iddia üzrə); müqavilənin ləğvinin etibarsız hesab edilməsi, xüsusi karantin rejimi dövründə restoran, kafelərin fəaliyyətinin tam dayandırıldığı müddətlərdə icarə haqqı öhdəliyinə qismən xitam verilməsi, qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş pul vəsaitinin, müqavilənin ləğvi ilə əlaqədar maliyyə kompensasiyanın tutulması (qarşılıqlı iddia üzrə) Azərbaycan Respublikası A li Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli 2-2(103)-1032/2021 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2018-ci il 25 iyun tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında ASC "xxxx" Bankının adına daşınmaz əm lakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. 2019-cu il 16 yanvar tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilədən və müqaviləyə 2019-cu il 29 yanvar tarixli 1 saylı Əlavə Sazişdən görünür ki, ASC "xxxx" Bankı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.metr olan qeyri-yaşayış sahəsini 60 ay müddətinə icarə haqqı 47.200 manat olmaqla Cavabdeh MMC-yə icarəyə verməyi, sonuncu isə icarə haqqını ASC "xxxx" Bankına ödəməyi öhdələrinə götürmüşlər.
3. ASC "xxxx" Bankının iş materiallarının 1-ci cildinin 173-174-cü vərəqlərinə əlavə edilmiş arayışından və cədvəldən görünür ki, Cavabdeh MMC tərəfindən müqavilə üzrə cəmi ƏDV daxil 519.200 manat ödəniş həyata keçirilmiş, sonuncu ödəniş 2020-ci il 12 iyun tarixdə olmuşdur. Həmin arayışa əs asən 2021-ci il 31 may tarixə müqavilə üzrə 5 aylıq icarə haqqı borcu ƏDV daxil 236.000 manat, ödənişin gecikdirilməsinə görə cərimə borcu 9.912 manat, müqaviləyə birtərəfli xitam verildikdən sonrakı 10 aylıq istifadə haqqı borcu ƏDV daxil 472.000 manat təşkil edir. 4. 12 ədəd ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfindən 2019-cu il 16 yanvar tarixli “Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” müqaviləyə əsasən icarə haqqı üzrə 2019-cu il 17 yanvar tarixdə 152.542,37 manat, 2019-cu il 21 yanvar tarixdə 27.457,63 manat, 2019-cu il 14 fevral tarixdə 7.457,63 manat və 1.342,37 manat, 2020-ci 17 fevral tarixdə 80.000 manat və 14.400 manat, 2019-cu il 24 sentyabr tarixdə 40.000 manat və 7.200 manat, 2019-cu il 16 dekabr tarixdə 40.000 manat və 7.200 manat, 2019cu il 29 oktyabr tari xdə 7.200 manat və 40.000 manat olmaqla ümumilikdə 424.800 manat məbləğində pul vəsaiti ASC "xxxx" Bankının hesabına ödənilmişdir. 5. "xxxx" MMC tərəfindən verilmiş 2019-cu il 28 oktyabr tarixli 0700/19/FS saylı “Xərcin hesablanmasına dair hesabat”dan görünür ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsində aparılmış ayrılabilməyən yaxşılaşdırmaların dəyəri 189.297 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İlkin iddia üzrə iddiaçı ASC "xxxx" Bankı (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddiaya dəqiqləşmə verərək iddiaçı ya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, cavabdehin iddiaçı qarşısında 2021-ci il 2 iyun tarixinə mövcud olan 708.000 manat məbləğində icarə haqqı üzrə borcunun və müqavilənin ləğv edildiyi 2020-ci il 22 iyul tarixinə qədər hesablanmış 9.912 manat məbləğində penya borcunun, ümumilikdə 717.912 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Həmç inin, cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia qaldıraraq, sonradan qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən aralarında bağlanmış 2019-cu il 16 yanvar tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilənin 2020-ci il 22 iyul tarixdən ləğvinin etibarsız hesab edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 16 yanvar tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilənin 2021-ci il 16 yanvar tarixdən ləğv edilməsi, həmin müqavilə üzrə iddiaçının öhdəliklərinə müqavilənin 8.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən xüsusi karantin rejimi dövründə 2020-ci il 29 mart tarixdən başlayaraq bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafelərin fəaliyyətinin tam dayandırıldığı müddətlərdə və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyətin qüvvədə olduğu 2020-ci il 12 dekabr tarixədək tam, qısaldılmış iş rejiminin tətbiq olunduğu müddətlərdə isə qismən (müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş icarə haqqının 50%-i həcmində) xitam verilməsi, cavabdehə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş 1.200.000 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, cavabdehdən 465.000 manat maliyyə kompensasiyanın tutularaq iddiaçıya ödənil məsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsi cavabdehə ictimai iaşə növündə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə aylıq icarə haqqı ƏDV daxil olmaqla 47.200 manata, icarə müddəti isə 2019-cu il 16 yanvar tarixdən etibarən 5 il müddətinə icarəyə verilmişdir. İcarəçi müqavilə hər iki tərəfdən imzalandıqdan sonra təqdim edilmiş ödəniş sənədləri əsasında 3 iş günü ərzində 4 aylıq (aprel-iyul) icarə haqqını, yəni 180.000 manat məbləğində pul vəsaitini birdəfəlik ödənişlə icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflərin razılığına əsasən qeyri-yaşayış sahəsinin təmir edilməsi, müqavilədə nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsi üçün istifadəyə yararlı vəziyyətə gətirilməsi məqsədilə 2019-cu ilin yanvar-mart ayları üçün icarəçi tərəfindən icarə haqqı ödənilmir, icarə haqqı üzrə ödənişi növbəti ödənişin 2019-cu il 16 avqust tarixindən başlanılması şərtilə hər təqvim ayının 16-dək həyata keçirilməlidir.
9. Lakin icarəçi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, bununla bağlı ona 2019-cu il 18 sentyabr tarixli 2087 №-li, 2020-ci il 11 fevral tarixli 258 №-li xəbərdarlıq məktubları göndərilmişdir. Qeyd edilən xəbərdarlıq məktublarından sonra cavabdeh müqavilə üzrə öhdəliklərini qismən yerinə yetirsə də, daha sonra yenidən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur.
10. Bu səbəbdən cavabdehə 2020-ci il 22 may tarixli 1148 №-li xəbərdarlıq məktubu göndərilərək müqaviləyə 2020-ci il 22 iyul tarixdən b irtərəfli qaydada xitam veriləcəyi bildirilmiş və cavabdehə 2020-ci il 22 may tarixinə olan icarə haqqı və penya borclarının ən qısa zamanda tam şəkildə ödənilməsi və icarə obyekti olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələb edilmişdir. Lakin bugünə qədər həmin xəbərdarlıq məktubunda göstərilən borc məbləği tam ödənilməmiş, icarə obyekti olan qeyri-yaşayış sahəsi isə boşaldılmamışdır.
11. Cavabdehin müqavilənin ləğv edildiyi 2020-ci il 22 iyul tarixinə icarə haqqı üzrə ödənilməmiş borcu 198.240 manat məbləğində təşkil edir. Cavabdeh tərəfindən icarə obyekti olan qeyri-yaşayış sahəsinin bugünə qədər istifadə edildiyi nəzərə alınaraq 2021-ci il 2 iyun tarixinə ümümilikdə 708.000 manat məbləğində icarə haqqı üzrə borcu yaranmışdır.
12. Bundan başqa, müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsi üzrə öz öhdəliklərinin icrasının gecikdirilməsinə görə cavabdeh gecikdirmənin hər günü üçün gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında, lakin aylıq icarə haqqı məbləğinin 5 %-dən artıq olmayan miqdarda penyanı iddiaçının xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. Cavbdehin icarə haqqının gecikdirilməsinə görə 2020-ci il 22 iyul tarixinə qədər hesablanmış 9.912 manat məbləğində penya (cərimə) borcu mövcuddur.
13. Eyni zamanda, cavabdeh müqavilənin 2.3.15-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra və ya müqavilə vaxtından əvvəl ləğv edildiyi təqdirdə qeyriyaşayış sahəsini, onun normal istismarı üçün yararlı olan vəziyyətdə müqaviləyə xitam verildiyi tarixdən 7 gün müddətində icarəyə verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin müq aviləyə 2020-ci il 22 iyul tarixdə xitam verilməsinə baxmayaraq, icarəçi bugünədək qeyri-yaşayış sahəsini boşaltmamış və iddiaçıya təhvil verməmiş, bununla da, mülkiyyət hüququnu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olmuşdur.
14. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29.2, 29.3, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 157.2-ci maddələrinə istinad etmişdir.
15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış qüvvədə olma müddəti 60 ay müəyyən edilmiş müqaviləni qanunvericiliyin tələbini və müqavilənin şərtlərini nəzərə almadan ləğv etmiş hesab etməsi qanunsuz olduğundan, ilkin iddia tələbi əsassızdır. Belə ki, müqaviləyə əsasən icarəyə götü rülmüş obyektə görə 188.000 manat avans şəklində olmaqla, ümumilikdə isə 472.000 manat pul vəsaiti iddiaçının hesabına ödənilmişdir. Obyektin təmirinə isə 1.200.000 manat xərc çəkilmişdir. Cavabdehin 2020-ci il 16 mart tarixədək icarə müqaviləsi üzrə iddiaçıya ödənilməmiş qalan borcu yoxdur.
16. Lakin koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi tətbiq edilməsi və hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar olaraq icarə müqavilənin icra edilməsini qeyri-mümkün etmişdir. Belə halların tənzimlənməsinə dair tərəflərin razılığı müqavilənin 8-ci bəndində nəzərdə tutulmuşdur. Həmin bənddə göstərilir ki, tərəflər öhdəliklərini tam və ya qismən icra etmədiklərinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə onların iradəsi ndən asdı olmayan, əvvəlcədən görə bilmədikləri və təsirinə mane ola bilmədikləri müqavilənin bağlanmasından sonra yaranmış qarşısı alınmaz qüvvə hallarının təsirindən əmələ gəlmiş olsun. Bu zaman tərəflərin öhdəliklərinin icrası müddətləri qarşısı alınmaz qüvvə hallarının təsir göstərdiyi müddətə qədər həyata keçirilir. Müqavilənin 8.2-ci bəndində müharibə və ya hərbi əməliyyatlar, icra orqanının qəbul etdiyi müqavilənin icrasının imkansızlığına səbəb olan qərarı qarşısı alınmaz qüvvə hallarına aid edilmişdir. Bu səbəbdən ölkədə hərbi vəziyyətin qüvvədə olduğu, həmçinin COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə cavabdeh öhdəliklərini icra etməməyə görə məsuliyyətdən azaddır. Bu barədə olan mövqeyini və qısaldılmış iş rejiminin tətbiq olunduğu müddətlərdə isə müqavi lənin 3.1-ci bəndində müəyyən edilmiş icarə haqqının 50%-i həcmində icarə haqqı ödəyə biləcəyi barədə iddiaçıya ünvanladıqları məktublarda da, həmçinin şifahi danışıqlarda qarşı tərəfə bildirmişdirlər. Lakin iddiaçı qeyd olunmuş hallara əhəmiyyət verməmiş, icarə haqqının tam ödənilməsini tələb etmişdir.
17. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası MM-in 82.1, 421-242, 448, 527.1, 527.2, 557.1, 680.2, 1090.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 2018-ci il 7 sentyabr tarixli Qərarına istinad etmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyun tarixli, e-2-2(113)-1124/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Azər baycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 2018-ci il 25 iyun tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.m. təşkil edən qeyri-yaşayış sahəsi cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi, cavabdehin iddiaçı qarşısında 2021-ci il 2 iyun tarixinə mövcud olan 462.560,02 manat məbləğində icarə haqqı üzrə borc və müqavilənin ləğv edildiyi 2020-ci il 22 iyul tarixinə qədər hesablanmış 9.912 manat məbləğində penya borcu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 manat məbləğində çəkilmiş xərclər cavabdehdən alınar aq iddiaçıya verillməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 19,74 manat məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi, qalan 10,26 manat məbləğin iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim Zaur Pirverdiyev).
19. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, icarəyə verilmiş restoran açıq sahəsi olmamaqla qapalı məkandır. Tərəflər arasında bağlanmış müqaviləyə iddiaçı tərəfindən 2020-ci il 22 iyul tarixdə birtərəfli qaydada xitam verilmişdir. Cavabdeh hazırda həmin qeyri-yaşayış sahəsindən istifadə edir və onun müqavilə üzrə 5 aylıq icarə haqqı borcu ƏDV daxil 236.000 manat, cərimə borcu 9.912 manat, müqaviləyə birtərəfli xitam verildikdən sonrakı 10 ayl ıq istifadə haqqı borcu ƏDV daxil 472.000 manat təşkil edir.
20. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd etmişdir ki, iddiaçının müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi (icarə haqqını) tələb etmək hüququnun yaranmasına baxmayaraq, cavabdeh öhdəliyini tam yerinə yetirmədiyindən onun mülki hüquqi məsuliyyəti yaranmışdır.
21. Eyni zamanda, icarəyə verilmiş qeyri-yaşayış sahəsində cavabdeh tərəfindən restoran fəaliyyəti həyata keçirilməklə müştərilərə yerində xidmət göstərilmiş və bu restoranın açıq sahəsi olmamaqla qapalı məkandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə restoranlarda müştərilərə yerində xidmət 2020-ci il 27 mart tarixdən 2020-ci il 4 may tarixədək, 2020-ci il 21 iyun tarixdən 2020-ci il 4 sentyabr t arixədək və 2020-ci il 14 dekabr tarixdən 2021-ci il 1 fevral tarixədək dayandırılmışdır. Nəticədə, cavabdeh üçün müqavilənin icrası imkansız olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndində də göstərilmişdir ki, öhdəliklərinin icrası müddətləri qarşısı alınmaz qüvvə hallarının təsir göstərdiyi müddətə qədər həyata keçirilir. Buna görə də müvafiq qərarlar ilə restoranlarda müştərilərə yerində xidmət dayandırılmış 2020-ci il 27 mart tarixdən 2020-ci il 4 may tarixədək, 2020-ci il 21 iyun tarixdən 2020-ci il 4 sentyabr tarixədək və 2020-ci il 14 dekabr tarixdən 2021-ci il 1 fevral tarixədək olan dövrlər, ümumilikdə 5 ay 6 gün üzrə cavabdehdən icarə haqqı tutula bilməz. Həmin dövrlər üzrə cavabdehin ödəməkdən azad olduğu icarə haqqı məbləği isə ümumilikdə 245.439,98 manat (236. 000 manat (5 ay x 47.200 manat (aylıq icarə haqqı) + 9439,98 manat (6 gün x 1573,33 manat (47.200 manat (aylıq icarə haqqı) / 30 gün = 1573,33 manat) = 9439,98 manat) təşkil edir. Bu halda iddiaçını tələb etdiyi 708.000 manat icarə haqqı məbləğindən 245.439,98 manat çıxılmaqla qalan 462.560,02 manat icarə haqqı borcu iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
22. İlkin iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. İcarə haqqının ödənilməsi üzrə öz öhdəliklərinin icrasının gecikdirilməsinə görə cavabdeh gecikdirmənin hər günü üçün gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında, lakin aylıq icarə haqqı məbləğinin 5 %-dən artıq olmayan miqdarda penyanı (cərimə sanksiyası) id diaçınnı xeyrinə ödəməyi öhdəsinə götürmüşdür (4.2-ci bənd). Buna görə də tələb olunan 9.912 manat cərimənin ödənilməsi hissəsində tələb əsaslıdır.
23. İddia tələbi qeyri-yaşayış sahəsinin təhvil verilməsi hissəsində də əsaslı hesab edilmişdir. Çünki, müqavilənin 2.3.14-cü bəndinə əsasən, icarəçi müqavilənin müddəti qurtardıqdan sonra və ya müqavilə vaxtından əvvəl ləğv edildiyi təqdirdə qeyri-yaşayış sahəsini, onun normal istismarı üçün yararlı olan vəziyyətdə müqaviləyə xitam verildiyi tarixdən 7 gün müddətində icarəyə verənə qaytarmağı öz öhdəsinə götürmüşdür.
24. Qarşılıqlı iddianın icarə müqaviləsinin 2020-ci il 22 iyul tarixdən ləğvinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə göstərmişdir ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin təl əbi ilə və yaxud həmin müqavilənin ləğv olunmuş sayılması ilə mümkündür. Müqavilənin ləğvinə dair tərəflər arasında razılaşma olmuş, müqavilədə onun ləğv edilməsi və ya müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsi halları nəzərdə tutulmuşdur (5-ci bənd).
25. Müqavilənin ləğvinin etibarsız hesab edilməsinə münasibətdə məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, müqavilənin 2.2.2-ci bəndində uyğun olaraq iddiaçı tərəfindən 2020-ci il 22 may tarixli 1148 saylı xəbərdarlıq məktubu ilə müqaviləyə xitam veriləcəyi ilə bağlı cavabdehə xəbərdar edilmiş, 60 gün sonra 2020-ci il 22 iyul tarixində iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyə n edilmiş (icarə haqlarının ödənilməməsi) və bu hissə ilə bağlı cavabdeh qarşılıqlı iddia ərizəsində dəlillərini bildirməmişdir. Məhkəmə tədqiqatı zamanı müqavilənin ləğvinin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmiş, cavabdeh isə müqavilənin ləğvinin etibarsız hesab edilməsi üçün hər hansı əsas olan sübutu məhkəməyə təqdim etməməklə qarşılıqlı iddiasını sübuta yetirə bilməmişdir. Buna görə də qarşılıqlı iddia tələbi göstərilən hissədə təmin oluna bilməz.
26. Qarşılıqlı iddia tələbinin müqavilənin 2021-ci il 16 yanvar tarixdən ləğv edilməsi hissəsi müqavilənin ləğvinin etibarsız hesab edilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə qarşılıqlı iddia yuxarıda göstərilənlərə əsasən təmin edilmədiyindən, qarşılıqlı iddia tələbi həmin hissədə də əsassızdır.
27. Azə rbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyətin elan edilməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə məhkəmənin mövqeyi belə olmuşdur ki, hərbi vəziyyət müddətində restoranların fəaliyyəti dayandırılmadığından və bu vəziyyət müqavilənin icrasının imkansızlığına səbəb olmadığından qarşılıqlı iddia həmin hissədə təmin oluna bilməz.
28. Qarşılıqlı iddiaçı tələbində öhdəliklərə qısaldılmış iş rejiminin tətbiq olunduğu müddətlərdə qismən (müqavilənin 3.1-ci bəndi) xitam verilməsini xahiş etmişdir ki, bu hal tərəflər arasında bağlanmış müqavilədə, eyni zamanda qanunvericilikdə nəzərdə tutulmadığından qarşılıqlı iddia həmin hissədə də təmin oluna bilməz.
29. Qarşılıqlı iddia tələbinin qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərcin tutulması hissəsinə münasibətdə qeyd edir ki, ca vabdeh çəkilmiş xərcə görə 1.200.000 manat tələb etsə də, bu xərci təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
30. Bundan əlavə, müqaviləyə əsasən icarəyə verən icarəçinin təqsiri olmadan vaxtından əvvəl müqaviləyə xitam verildiyi halda təmir xərclərinin əvəzi kimi maliyyə kompensasiyasını ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi icarəyə verən tərəfindən müqaviləyə icarəçinin təqsirindən xitam verilmişdir. Bu halı təkzib edən hər hansı bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda qeyri-yaşayış sahəsinə çəkilmiş xərclər müqavilənin tələbinə əsasən iddiaçıdan tələb oluna bilməz.
31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 152.1, 157.2, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 442, 44 3.1, 443.5, 448.1, 700.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
32. Birinci instansiya məhkəməsinin qətnaməsindən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və ilkin iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılması, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ilkin iddianın təmin edilməsinə aid hissədə və qarşılıqlı iddianın təmin edilməməsinə aid hissədə ləğv edilməsi və ilkin iddianın qalan (iddianın təmin edilən hissəsində) təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli 2-2(103)-1032/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Vüsalə Baxışova, hakimlər Raqib Qurbanov və Vidadi Məmmədov).
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, icarə müqaviləsi 2019-cu il 16 yanvar tarixindən 2021-ci il 16 yanvar tarixinədək olan müddət ərzində xitam verildikdə 465.000 manat təşkil edir. Müqavilənin 3.9-cu bəndindən aydın olur ki, icarə müqaviləsi icarəçinin təqsiri olmadan xitam olunduğu hallarda müqavilədə icarəçi obyektin təmirinə çəkilmiş xərclərə görə icarəyəverəndən kompensasiya tələb etmək hüququ nəz ərdə tutulmuşdur. Qeyd edilən müqavilə şərtinə istinad edərək icarəçi tərəfindən kompensasiya tələb edilməsi artıq təmir xərcləri ilə bağlı ayrıca tələb irəli sürmək hüququnu istisna etdiyi halda, cavabdeh qarşılıqlı iddia ərizəsində həm qeyd edilən bəndə əsasən kompensasiya ödənilməsini, həm də 1.200.000 manat təmir xərcinin qarşı tərəfdən tutulmasını xahiş etmişdir.
35. Məhkəmə hesab etmişdir ki, cavabdehin icarə müqaviləsinə xitam verilməsində təqsirli olmadığına dair dəlilləri əsassızdır. Belə ki, maliyyə arayışı və ödəniş sənədlərindən görünür ki, müqavilə şərtləri nəzərə alınarsa, icarəçi müqavilə imzalandıqdan sonra 2020-ci il 16 mart tarixdə ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilənədək icarəyəverənə 180.000 manat birdəfəyə ödəniş də daxil olmaqla 2019-cu ilin avqust-dek abr, 2020-ci ilin yanvar-mart ayları (8 ay) üçün cəmi 557.600 manat icarə haqqı ödənilməli olduğu halda, ümumilikdə 424.800 manat ödəniş edilmiş, ödənişlər müqavilədə nəzərdə tutulmuş tarixdə deyil, gecikmələrlə həyata keçirilmiş, 2019-cu ilin noyabr ayında, 2020-ci ilin yanvar ayında icarə haqqı ödənişi həyata keçirilməmişdir. İcarə haqqı ödənişlərində gecikmələrlə bağlı dəfələrlə icarəyəverən tərəfindən icarəçiyə xəbərdarlıq məktubları göndərilmişdir. İddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq xəbərdarlıq məktubu ilə müqaviləyə xitam veriləcəyi ilə bağlı cavabdehə xəbərdarlıq edilmiş, 60 gün sonra 2020-ci il 22 iyul tarixdə müqaviləyə birtərəfli qaydada xitam verilmişdir.
36. İcarə müqaviləsinin şərtləri icarəçi tərəfindən mütəmadi olaraq, hələ ölkədə pandemiya ilə əlaqədar xüsu si karantin rejimi tətbiq olunanadək pozulduğundan icarə müqaviləsinin ləğv edilməsində icarəçi təqsirli olduğu üçün, icarəyə götürülmüş obyektin təmirinə çəkilmiş xərclərin tutulması və müqavilənin ləğvi ilə əlaqədar kompensasiya tələbi düzgün olaraq əsassız hesab edilmiş və təmin edilməmişdir.
37. Qısaldılmış iş rejiminin tətbiq olunduğu müddətlərdə icarə haqqı ödənişlərinin 50% müəyyən edilməsi barədə tərəflər arasında razılaşma olmadığından (icarəçinin bu barədə icarəyəverənə müraciəti müəyyən olunmadığından) qarşılıqlı iddianın qeyd edilən hissədə təmin edilməməsi barədə də məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilir.
38. Pandemiya ilə əlaqədar dövlət tərəfindən görülən tədbirlər nəticəsində, müəyyən fəaliyyət sahələrində çalışan sahibkarlar, o cümlədən cavabdeh ic arəyə götürdüyü sahədən fəaliyyət göstərmək və ondan gəlir götürmək imkanından məhrum olmuşdur. Bu səbəbdən, müqavilə üzrə öhdəliyin icrasının qeyri-mümkün olması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
39. İcarə haqqının ödənilməsi üzrə öz öhdəliklərinin icrasının gecikdirilməsinə görə cavabdehin gecikdirmənin hər günü üçün gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında, lakin aylıq icarə haqqı məbləğinin 5 %-dən artıq olmayan miqdarda müəyyən edildiyindən, 9.912 manat cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də qətnamə qanuni və əsaslıdır.
40. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 448.2, 448.4, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 41. 2021-ci il 12 oktyabr tarixində apellyasiya məhkəməsinin qətnaməsi tərəflərin elektron kabinetində yerləşdirilmişdir. 42. 2021-ci il 3 dekabr tarixində apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ilkin iddia üzrə 462.560,02 manat məbləğində icarə haqqı üzrə borc və müqavilənin ləğv edildiyi 2020-ci il 22 iyul tarixinə qədər hesablanmış 9.912 manat məbləğində penya borcunun cavabdehdən alınaraq iddiaçıya verilməsinə və qarşılıqlı iddianın təmin edilməməsinə aid hissələrdə ləğv edilməsi, ilkin iddianı həmin hissələrdə qismən təmin edərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən xüsusi karantin rejimi dövründə 2020-ci il 29 mart tarixdən başlayaraq bütü n ictimai-iaşə obyektlərində, o cümlədən restoran, kafelərdə qısaldılmış iş rejiminin tətbiq olunduğu müddətlər də nəzərə alınaraq 231.280,01 manat məbləğində penya borcunun cavabdehdən alınaraq iddiaçıya verilməsi, qarşılıqlı iddianı mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 21 ünvanında yerləşən, ümumi sahəsi 594,7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş 1.200.000 manat pul vəsaitinin və 465.000 manat maliyyə kompensasiyasının iddiaçıdan alınaraq cavabdehə ödənilməsi hissələrində təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
43. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsi pozulmuşdur. Tərəflər arasında öhdəliyin əm ələ gəlməsi əsası kimi 2019-cu il 16 yanvar tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilə olmasına baxmayaraq, məhkəmə müqavilənin şərtlərini tam olaraq nəzərə almamışdır. Belə ki, qısaldılmış iş rejiminin tətbiq olunduğu müddətlərdə icarə haqqı ödənişlərinin 50% müəyyən edilməsi barədə tərəflər arasında razılaşma olmadığından (icarəçinin bu barədə icarəyəverənə müraciəti müəyyən olunmadığından) qarşılıqlı iddianın qeyd edilən hissədə təmin edilməməsi barədə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Halbuki, icarə müqaviləsinin 8.1-ci bəndi eyni zamanda tərəflərin öhdəliklərindən qismən azad olunma hallarını da nəzərdə tutur. Obyektdən cavabdeh ondan asılı olmayan səbəblərə görə qazanc əldə edə bilməməsi (qısaldılmış iş rejimin ə görə) onu ağlabatan dərəcədə aylıq ödənişlərdən azad etməli idi.
44. Azərbaycan Respublikası MM-in 404.1-ci maddəsi pozulmuşdur. Müqaviləyə əsasən icarə verənin təşəbbüsü və icarəçinin təqsiri olmadan ona vaxtından əvvəl xitam verildiyi halda, icarəyə verən xitam olunma tarixinə növbəti aylar üçün avans şəklində ödənilmiş bütün icarə haqlarını qeyd şərtsiz qaytarır, həmçinin cədvələ uyğun olaraq icarəçiyə təmir xərclərinin əvəzi kimi maliyyə kompensasiyasını ödəyir. Cavabdehin öhdəliklərini icra edə bilməməsi müqavilənin 8.1-ci bəndinin tələbləri baxımdan gecikmə kimi sayıla bilməz.
45. Azərbaycan Respublikası MM-in 680.1, 680.2, 700.3, 1090.1-ci maddələri pozulmuşdur. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Məhkəmə mübahisə predmeti olmuş obyektin təmirinə çəkilmiş xərcin cavabdehdən tutulmasına dair hissədə rədd edərkən cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə istinad etmişdir. Halbuki, müqavilədə cavabdehin təmir xərcini istisna edən hər hansı bir şərt nəzərdə tutulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə əsasən, icarəçi icarəyə verəni “fors-major” halın təsirinin başlanması və qurtarması barədə dərhal, lakin hər bir halda onların başlanmasından sonra 5 gün müddətindən gec olmayaraq xəbərdar etməli idi. İcarəçi isə bu barədə iddiaçıya məlumatı tərəflər arasında bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verilməsi tarixindən 6 ay sonra vermişdir.
47. İddiaçı tərəfindən qeyd e dilən hal “fors-major” hal kimi qiymətləndirilmir. Əgər hesab edilsə ki, bu hal “fors-major” kimi qiymətləndirilməlidir, bu zaman icarəçi həmin dövr üçün öhdəliklərin icrasından tam azad edilməməli, müqavilənin 8.1-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən fors-major halın təsirinin aradan qalxmasından sonra öz öhdəliklərinin bərpası üçün əlindən gələni əsirgəməməli idi. Lakin icarəçi indiyədək aylıq icarə haqqının ödənilməsinə cəhd etməmiş, qeyri-yaşayış sahəsini isə mülkiyyətçiyə yalnız 2021-ci il 3 avqust tarixdə təhvil vermişdir.
48. Məhkəmə iclasları zamanı cavabdehin vəkili və nümayəndəsinin izahatından da göründüyü kimi, işləmədikləri dövr üçün dövlət tərəfindən həmin şirkətə kompensasiya köçürülmüş, eyni zamanda onlayn satış da təşkil etmişlər. Bu isə bir daha cavabdehin h əmin dövrlər üçün öhdəliklərin icrasından tam azad edilməsi ilə bağlı fikirlərinin düzgün olmadığını tam şəkildə sübuta yetirir.
49. Təmir xərcləri aylıq icarə haqqının ödənilməsi zamanı nəzərə alınmışdır (Müqavilənin 3.3-cü bəndi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
50. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
51. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı kassator tərəfindən mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
52. Kassasiya instansiyası məhkəməsi tərə findən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
53. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərə kətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüy ünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllə nin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”
54. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kollegiya cavabdehin həmin dəlillərinə münasi bətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur (bax yuxarıda § 34-39).
57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
58. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli 2-2(103)-1032/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrl