Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-66/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh “X4 FZE” Azərbaycan Respublikasındakı Filialına qarşı pulun tutulması tələbinə dair ilk iddia və Cavabdeh Azərbaycan Respublikasındakı Filialının İddiaçı MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiadan ibarət kommersiya mübahisəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə pul tələbi, alqı-satqı və xidmət, qarışıq müqavilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ilk İddiaçı MMC -nin ilkin Cavabdeh Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh Azərbaycan Respublikasındakı Filialının cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 1 oktyabr tarixli 2-2(103)-795/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh Azərbaycan Respublikasındakı Filialı (alıcı) arasında 2019-cu il 25 sentyabr tarixli ********* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya müxtəlif növ xidmətlər (bundan sonra “Xidmət”) satır, “Alıcı” isə həmin xidməti qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada xidmətin dəyərini “Satıcı”ya ödəyir. - 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Alıcı” sifariş olunan malın və ya xidmətin dəyərinin 100% həcmində ödənişi sifariş təsdiq edildikdən və “satıcı”nın təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 30 iş günü ərzində köçürmə yolu ilə həyata keçirir. - 5.2-ci bəndinə əsasən tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir.
3. Tərəflər arasında həmçinin 2023-cü il 1 fevral tarixli nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
4. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı alıcıya hazırkı müq avilənin ayrılmaz hissəsini təşkil edən alış sifarişində (bundan sonra “Alış Sifarişi” adlandırılacaq) nəzərdə tutulan malları (bundan sonra “Mallar” adlandırılacaq) tədarük etməyi, alıcı isə bu malları və xidmətləri qəbul etməyi və onların razılaşdırılmış dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malların və xidmətlərin tədarükü alıcı tərəfindən yazılı şəkildə və ya elektron poçt vasitəsilə verilən ilkin sifariş üzrə həyata keçirilir. - 3.4-cü bəndinə əsasən satıcının vəzifələri aşağıdakılardır: - 3.4.4.alıcının mənafeyini üçüncü şəxslər qarşısında qorumaq və reputasiyasına zərər vurmamaq; - 3.4.5.alıcı ilə arasındakı qarşılıqılı iş münasibətlərini tam məxfi saxlamalı və üçüncü tərəflərə heç bir məlumat ötürməməli;
5. İddiaçı MMC tərəfindən üm umilikdə (ƏDV daxil) 186.257,60 manat dəyərində xidmətlərin göstərilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir.
6. İyul 2021-avqust 2023-cü illərdə İddiaçı MMC tərəfindən elektron qaimələrdə (ümumilikdə ƏDV daxil 186.257,60 manat dəyərində) əks olunmuş xidmətlərin (Topaz Triumph gəmisində lövbər-yedək bucurqadının nasazlığı (sensor avadanlığın quraşdırılması, sınaqdan keçirilməsi, göyərtə kran sisteminin şlanqlarının əvəz edilməsi, yoxlanılması və s.)) dəyəri barədə ***-a (Cavabdeh Azərbaycan Respublikasındakı Filialına – Aida Tahirzadəyə) qiymət təklifləri təqdim edilmiş və *** (Cavabdeh Azərbaycan Respublikasındakı Filialı tərəfindən ümumilikdə (ƏDV daxil) 186.257,60 manat dəyərində (hətta daha ç ox məbləğdə) xidmətlərin göstərilməsinə dair alış sifarişləri vermişlər). 7. 2021-2023-cü illəri əhatə edən dövrləri əks etdirən yoxlama, xidmət və tapşırığın tamamlanması haqqında hesabatlarda göstərilmişdir ki, İddiaçı MMC tərəfindən ***-a (Cavabdeh Azərbaycan Respublikasındakı Filialına) bir sıra xidmətlər (Topaz Triumph gəmisində sensor avadanlığın quraşdırılması, sınaqdan keçirilməsi, göyərtə kran sisteminin şlanqlarının əvəz edilməsi, yoxlanılması və s.) göstərilmişdir. Hesabatlar İddiaçı MMC və Cavabdeh Azərbaycan Respublikasındakı Filialının (***) möhürü vurulmaqla imzalarla təsdiq edilmişdir.
8. İddiaçı MMC tərəfindən ümumilikdə (ƏDV daxil) 4.589,67 manat dəyərində malların verilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh Azərbaycan Respubli kasındakı Filialına göndərilmişdir.
9. İddiaçı MMC tərəfindən 2023-cü il fevral-avqust aylarında elektron qaimələrdə (ƏDV daxil 4.589,67 manat dəyərində) əks olunmuş xidmətlərin (gəmi kran üçün şlanqlar, materialların təchizatı və s.) dəyəri barədə ***-a (Cavabdeh Azərbaycan Respublikasındakı Filialına – Orxan Babayevə) qiymət təkliflərini təqdim etmiş və *** (Cavabdeh Azərbaycan Respublikasındakı Filialı tərəfindən ümumilikdə (ƏDV daxil) 4.589,67 manat dəyərində mallara dair alış sifarişləri verilmişdir. 10. 2023-cü il fevral-sentyabr aylarını əhatə edən dövrləri əks etdirən təchizat sifarişlərində göstərilmişdir ki, 4.589,67 manat dəyərində elektron qaimələrdə əks olunmuş mallar (gəmi kran üçün şlanqlar, materialların təchizatı və s.) alıcıya təqdim edilmişdir. Təchizat sifarişləri İddia çı MMC və Cavabdeh Azərbaycan Respublikasındakı Filialının (***) imzalar ilə, o cümlədən İddiaçı MMC-nin möhürü vurulmaqla təsdiq edilmişdir. 11. 2022-ci il 27 sentyabr tarixdə İddiaçı MMC tərəfindən FFE JN 12108rev1 saylı sifariş üzrə Cavabdeh Azərbaycan Respublikasındakı Filialına ( Qanuni nümayəndə) Triumph – FRC Davit /SR **********81 – 1500 manat; Topaz Triumph gəmisində lövbəryedək bucurqadının nasazlığı aradan qaldırılması xidmətləri ilə bağlı ƏDV xaric 6140 manat məbləğində qiymət təklifi verilmişdir. 12. 2023-cü il 28 mart tarixli *** (Cavabdeh Azərbaycan Respublikasındakı FilialıOrxan Babayev) ilə (Elektron ünvan 1) ilə İddiaçı MMC (Elektron ünvan 2; *g ki, *** (Cavabdeh Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi (Orxan Babayev) İddiaçı MMC-yə (Fəqana) müraciət edərək te lefon söhbətinin əsasında yenilənmiş işlər (Triumph – FRC Davit /SR **********81 – 1500 manat; Topaz Triumph gəmisində lövbəryedək bucurqadının nasazlığı – SR **********78 və akkumulyatorun quraşdırılması – 6140 manat və s.) üçün e-qaimənin göndərilməsi tələb etmişdir.
13. İddiaçı MMC tərəfindən ƏDV daxil 6.354,19 manat (ƏDV xaric 5384,91 manat) dəyərində xidmətlərin göstərilməsinə (Triumph – FFE JN 12108 rev1) dair 2023-cü il 6 aprel tarixli EBDD seriyalı 011330 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir. 14. 2023-cü il 3 yanvar tarixli yoxlama, xidmət və tapşırığın tamamlanması haqqında hesabatda İddiaçı MMC tərəfindən ***-a (Cavabdeh Azərbaycan Respublikasındakı Filialına) bir sıra (FFE JN 12108) xidmə tlərin (ox köhnə motorun dişli valından çıxarılmış, ox təmizlənərək yeni motora quraşdırılmış və s.) göstərildiyi qeyd olunmuşdur. Hesabat İddiaçı MMC-nin möhürü vurulmaqla imza ilə təsdiq edilmişdir.
15. Cavabdeh Azərbaycan Respublikasındakı Filialı (satıcı/xidmət göstərən) ilə “Bue Caspian Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (alıcı/xidmət alan) arasında 2019-cu il 11 sentyabr tarixli 02/0919 nömrəli müqavilə bağlanmışdır. 16. 2023-cü il sentyabr-oktyabr tarixlərində *** (Cavabdeh Azərbaycan Respublikasındakı Filialı – Vaqif Babayev və Orxan Babayev) ilə (Elektron ünvan 1; Elektron ünvan 3) ilə İddiaçı MMC (Elektron ünvan 4; Elektron ünvan 5 və s.) arasında aparılmış “e-mail” yazışmalarından görünür ki, *** (Cavabdeh Azərbaycan Respublikasındakı Filialının nümay əndəsi (Vaqif Babayev) İddiaçı MMC-yə (Rəşada) müraciət edərək bildirmişdir ki, aşağıdakı işlərin tərəflərindən görülməsini təsdiq edilməsi xahiş edilmiş, digər işlərin də yerinə yetirilməsini bir daha yoxlayıb təsdiq edilməsini xahiş etmiş, İddiaçı MMC-nin nümayəndəsi(Rəşad) cavabında bildirmişdir ki, Caspian Challenger - DEFECT REPORT - X5 SPOOLİNG HYD MOTOR / SR **********85 işi üzrə mail serverdə problem oldugu üçün mail Orxana çatmamışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh Azərbaycan Respublikasındakı Filialına (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 202.120,10 manat (171.281,20 manat əsas borc və 30.832,62 manat ƏDV) məbləğində əsas borc, dövlət rüsu mu və mediasiya çəkilmiş xərclərinin əvəzi olaraq 522,72 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən iddiaçı cavabdeh şirkətin gəmiləri üçün servis xidmətləri göstərmişdir. Həmin servis xidmətlərinə həmçinin zəruri malların, yəni ehtiyyat hissələrinin alqı-satqısı da aid edilmişdir. Göstərilən xidmətlər əsasında yaranan borc məbləği 202.120,10 manat (171.281,20 əsas və 30.832,62 ƏDV) təşkil edir. Yaranan borc məbləği 2022-ci il 28 iyul tarixindən cari dövrə kimi olan məbləğdir. Müqavilələrin hər birində ödəmə şərtləri bəndində ödənişin təsdiqedici sənədlər təqdim ediləndən sonra 30 gün ərzində ödəniləcəyi qeyd edilsə də, heç bir ödəniş olunmamışd ır. Bununla bağlı tərəflərindən cavabdeh şirkətə dəfələrlə pretenziyalar göndərilsə də, heç bir nəticə əldə olunmamışdır.
19. Cavabdeh ilk iddiaya qarşı etiraz göndərərək bildirmişdir ki, onun iddiaçı qarşısında icra edilməmiş hər hansı öhdəliyi (borcu) yoxdur. İddiaçının təqdim etdiyi sənədlərin əksəriyyəti ümumiyyətlə birtərəfli tərtib edilmiş sənədlərdir və başqa tərəf üçün öhdəlik yarada, onu təsdiq edə bilməz. İddiaçının təqdim etdiyi elektron qaimələr filial tərəfindən təsdiq edilməmişdir. Elektron vergi kargüzarlığı elektron qaimələri bir neçə gün sonra avtomatik olaraq təsdiq edir. Bu filialın iradəsini ifadə etmir və edə bilməz. Sifariş sənədləri, eləcə də qiymət təklifi sənədləri isə təsdiq statusundan asılı olmayaraq, adından da göründüyü kimi, sifarişə və qiymətlərə dair sənədl ərdir, işlərin görülməsini, malların verilməsini təsdiq edən sənədlər deyildir. Bəzi sənədlərdə filiala aid qrafada Orxan Babayevin imza etməsinə gəlincə, onun hər hansı işlərin görüldüyünü və ya malların təhvil verildiyini filialın adından təsdiq etmək üçün səlahiyyəti yoxdur.
20. Cavabdeh həmçinin ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıdan 241.000 manat və qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh özü də üçüncü şəxslərə xidmət və mal satmaq ilə məşğuldur. Tərəflərin arasında bağlanmış ikinci müqavilənin 3.4-cü bəndinə əsasən iddiaçı cavabdehin mənafeyini üçüncü şəx slər qarşısında qorumalı və reputasiyasına zərər vurmamalı, aralarındakı qarşılıqlı iş münasibətlərini tam məxfi saxlamalı və üçüncü tərəfə heç bir məlumat ötürməməli idi. Lakin iddiaçı bu vəzifələrini pozmuş, bununla da cavabdehə zərər vurmuşdur. Belə ki, iddiaçı cavabdehin xidmət və mal satdığı üçüncü şirkətlə əlaqəyə girmiş, onlara cari müqavilə ilə ötürülməsi yol verilməyən məlumatları ötürmüş, habelə filialın mənafeyinə zidd olaraq, həmin üçüncü şəxsə filialın satdığı xidmət və malları təklif edərək, filialın müştərisini ələ keçirtmişdir. Məsələn, cavabdehlə “Bue Caspian Limited” şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi arasında 2019-cu il 11 sentyabr tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə cavabdeh onlara mal və xidmətlər satırdı. Həmin vaxtdan 2023-cü il in sonunadək həmin müqavilə üzrə onlara 801.994,32 manat vəsait ödənilmişdir. İddiaçı cavabdehlə bağladığı müqavilənin yuxarıda göstərilən şərtlərini pozan əməllərə yol verərək müştərilərini ələ keçirtmişdir (cavabdehin müştəriləri mal və xidmətləri daha onlardan deyil, iddiaçıdan alır). İddiaçı cavabdehin müştərilərinin sifarişlərini cavabdehdən kənar əlaqəyə girməklə qəbul etməyə başlamışlar. Həmçinin, onlar 2019-cu ildə müqavilə bağladıqları “Bue Caspian Limited” şirkətinin hüquq və vəzifələri “Topaz Marine” şirkətinə, onun hüquq və vəzifələri isə sonuncu “P&O Maritime Logistic” şirkətinə keçmişdir. Məhz bu səbəbdən, sonuncu müraciətlər “P&O Maritime Logistic” şirkəti tərəfindən olmuşdur. Bununla da, onların faydaları əldən çıxmışdır. Əldən çıxmış faydaları 241.000 manat təşkil edir. Be lə ki, “Bue Caspian Limited” şirkətindən daxil olan sorğular iddiaçıya yönləndirilir, ilkin yoxlama aparılaraq görüləcək iş qiymətləndirilir. İddiaçı tərəfindən daxil olan qiymət təklifinin 30-35 % marja əlavə olunaraq müştərilə razılaşdırılır, nəticədə gördükləri işlər üzrə gəlirləri 30%-i təşkil edir. Yuxarıda qeyd edildiyi kimi son 3 (üç) il ərzində müştərinin onlara ödədiyi məbləğ 801.994,32 manat təşkil edir və bu məbləğə əsasən gəlirləri 240.598 manat təşkil edir. Nəticə etibarı ilə müqavilə üzrə cavabdehə xidmət göstərən iddiaçı cavabdehi öncədən gözlənilən biznes hesabatına əsasən böyük məbləğdə itkiyə məruz qoymuşdur. Yaranmış vəziyyətlə əlaqəli olaraq, qarşıdan gələn layihələri itirmiş və keçmiş illərdəki gəliri nəzərə alaraq gələcək 3 il ərzində olacaq proqnozlaşdırdıqları 241.000 manat gəlirdən məhrum olmuşlar.
22. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 2 may tarixli e-2-2(113)-710/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 197.201,46 manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 385 manat və dövlət rüsumunun əvəzi olaraq 92 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi, qalan hissədə ilk iddianın və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir (hakim L.Əliyeva).
23. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə cəmi ƏDV daxil 197.201,46 manat məbləğində xidmətlərin göstərilməsi və malların təqdim edilməsi cavabdeh tərəfindən verilmiş sifarişlər, iddiaçı tərəfindən verilmiş qiymət təklifləri, tərəflərin e-mail yazışmaları və hər iki tərəfin təsdiqlədikləri yox lama, xidmət və tapşırıqların tamamlanması barədə hesabatlar və cavabdeh tərəfindən düzəlişə qaytarılmamış elektron qaimə-fakturalarla müəyyən olunmuşdur.
24. Tapşırıqların tamamlanması barədə hesabatları onların adından imzalamış Orxan Babayevin səlahiyyətinin olmaması barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd etmişdir ki, Orxan Babayev tərəfindən imzalanmış tapşırıqların tamamlanması barədə hesabatların əksəriyyətinə cavabdehin möhürü vurulmuş və həmin möhürün həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bununla yanaşı cavabdehin adından iddiaçı ilə e-mail yazışmaları da cavabdehin rəsmi domenində qeydiyyata alınmış e-mail ünvanı (*) vasitəsilə məhz Orxan Babayev tərəfindən aparılmışdır. Göstərilən hallar isə cavabdehin sözegedən dəlillərinin özünümüdaf iə xarakteri daşımaqla əsassız olmasına dəlalət edir. Bundan əlavə xidmətlərin göstərilməsi (malların verilməsi) yalnız tapşırıqların tamamlanması barədə hesabatlar ilə deyil, işin hallarında göstərilən sübutların məcmusu ilə öz təsdiqini tapmışdır.
25. Bəzi xidmətlərlə (mallarla) bağlı tapşırıqların tamamlanması barədə hesabatların olmaması, yalnız “təchizat sifarişi” adında sənədlərin olması, eləcə də bəzi tapşırıqların tamamlanması barədə hesabatlarda cavabdehin adından imzanın olmaması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, iş materiallarında cəmi 4589,67 manat dəyərində olan malların təqdim edilməsinə dair “tapşırıqların tamamlanması barədə hesabatlar” olmasa da, həmin malların təqdim edilməsi ilə bağlı “Təchizat sifarişi” adında hər iki tərəfin imzaladıqları sə nədlər mövcuddur. Həmin sənədlərdə “Təhvil aldı” və “Təhvil Verdi” qrafalarının olması isə sözügedən sənədlərin mahiyyət etibarilə maların təhvil-təslim aktları olmasını təsdiqləyir. Bundan əlavə o da qeyd edilməlidir ki, sözügedən malların təqdim edilməsinin “Tapşırığın yerinə yetirilməsinə dair hesabat”larla deyil, “Təchizat sifarişi” adlı sənədlə rəsmiləşdirilməsi həmçinin onunla izah edilir ki, “Təchizat sifarişi” adlı sənədlər xidmətlərin göstərilməsinə dair tapşırığın yerinə yetirilməsi ilə bağlı deyil, məhz mal təchizatı ilə bağlı tərtib edilmişdir.
26. Bəzi xidmətlərlə (mallarla) bağlı tapşırıqların tamamlanması barədə hesabatların olmaması, yalnız “təchizat sifarişi” adında sənədlərin olması, eləcə də bəzi tapşırıqların tamamlanması barədə hesabatlarda cavabdehin adından imzanın o lmaması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, iş materiallarında cəmi 4589,67 manat dəyərində olan malların təqdim edilməsinə dair “tapşırıqların tamamlanması barədə hesabatlar” olmasa da, həmin malların təqdim edilməsi ilə bağlı “Təchizat sifarişi” adında hər iki tərəfin imzaladıqları sənədlər mövcuddur. Həmin sənədlərdə “Təhvil aldı” və “Təhvil Verdi” qrafalarının olması isə sözügedən sənədlərin mahiyyət etibarilə maların təhvil-təslim aktları olmasını təsdiqləyir. Bundan əlavə sözügedən malların təqdim edilməsinin “Tapşırığın yerinə yetirilməsinə dair hesabat”larla deyil, “Təchizat sifarişi” adlı sənədlə rəsmiləşdirilməsi həmçinin onunla izah edilir ki, “Təchizat sifarişi” adlı sənədlər xidmətlərin göstərilməsinə dair tapşırığın yerinə yetirilməsi ilə bağlı dey il, məhz mal təchizatı ilə bağlı tərtib edilmişdir.
27. Cavabdeh tərəfindən imzalanmamış bir ədəd tapşırığın tamamlanması haqqında hesabata (sifariş N FFE JN 12108) və onun əsasında verilmiş 6.354,19 manat dəyərində xidmətlərin göstərilməsinə (Triumph – FFE JN 12108 rev1) dair 2023-cü il 6 aprel tarixli, EBDD seriyalı, 011330 nömrəli elektron qaiməyə gəldikdə 2023-cü il 28 mart tarixli *** (Cavabdeh Azərbaycan Respublikasındakı Filialı – Orxan Babayev) ilə (Elektron ünvan 1) ilə İddiaçı MMC (Elektron ünvan 2; Elektron ünvan 5 və s.) arasında aparılmış e-mail yazışmalardan müəyyən edilmişdir ki, cavabdehin özü həmin elekron qaimənin (Triumph gəmisində lövbər-yedək bucurqadının nasazlığı aradan qaldırılması ilə bağlı) göndərilməsini xahiş etmişdir. Odur ki, həmin qaimədə göstərilən xidmətlər in göstərilməsi faktı da iş materialları ilə sübuta yetirilmişdir.
28. Göstərilmiş xidmətlərin keyfiyyətsiz (qüsurlu) olması və qüsurlu xidmətlərin göstəilməsinin xidmətlərin göstərilməməsinə bərabər olması barədə ilk iddia üzrə cavabdehin istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, göstərilmiş xidmətlərin keyfiyyətsiz (qüsurlu) olması ilə bağlı cavabdehin ilkin iddiaçıya hər hansı bir formada irad bildirməsi, qüsurların aradan qaldırılmasını və ya xidmət haqqının məbləğinin azaldılmasını tələb etməsi iş materiallarına əsas müəyyən edilmir. Əksinə işin materiallarına əsasən, ilkin cavabdeh mübahisəli xidmətlərin tamamlanması barədə hesabatları qüsurların olmasına dair qeyd aparmadan imzalamaqla göstərilmiş xidmətləri qüsursuz olaraq qəbul etmişdir. Odur ki, məhkəmə göstə rilmiş xidmətlərin keyfiyyətsizliyi ilə bağlı ilkin iddiaçının dəlillərini əsaslı hesab etməmişdir.
29. Məhkəmə hesab etmişdir ki, ilkin iddiaçı tərəfindən ilkin cavabdehə ƏDV daxil 197.201,46 manat məbləğində xidmətlərin göstərilməsi və malların təqdim edilməsi iş materiallarına müəyyən edildiyindən, ilkin cavabdeh isə həmin malların və xidmətlərinin dəyərinin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən ilkin iddia qismən təmin edilməli, ilkin cavabdehdən ƏDV daxil 197.201,46 manat məbləğində borc tutulmalıdır.
30. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə göstərmişdir ki, mülki hüquq pozuntusundan və ya müqavilə öhdəliklərinin pozulmasından (hazırkı halda qarşılıqlı iddiaçı hər iki əsasa istinad etmişdir) irəli gələn maddi zərərin ödənilməsi tələblərinə baxılarkə n məhkəmə tərəfindən ilk növbədə maddi zərərin yaranması üçün əsas olmuş əməlin, yəni deliktin (müqavilədən irəli gələn tələblərdə isə ya müqavilə öhdəliklərinin pozuntusunun) mövcudluğu müəyyən edilməlidir.
31. Tərəflər arasında bağlanmış müqavilədə iddiaçının cavabdehin müştəriləri olmuş şəxslərlə müqavilə bağlanılması imkanını məhdudlaşdıran hər hansı bir şərt mövcud olmamışdır. Odur ki, cavabdehin tələbin əsası kimi istinad etdiyi halın (qarşılıqlı iddiaçının müştərisi olmuş şəxslə müqavilə bağlanması) mövcudluğu təsdiq edilsə belə həmin hal iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulmasına dəlalət etmir. Tərəflər arasında bağlanmış müqavilənin-alıcının mənafeyini üçüncü şəxslər qarşısında qorumaq, reputasiyasına zərər vurmamaq, alıcı ilə arasındakı qarşılıqılı iş münasibətlərini tam məxfi saxlamaq və üçüncü tərəflərə heç bir məlumat ötürməmək kimi satıcının vəzifələrini müəyyən edən 3.4-cü bəndinə gəldikdə isə cavabdeh qarşılıqlı iddia ərizəsində həmin bəndin tələblərinin iddiaçı tərəfindən pozulduğunu qeyd etsə də, həmin pozuntuya yol verilməsinə dəlalət edən hər hansı faktiki hala istinad etməmişdir.
32. Digər tərəfdən, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə (qarşılıqlı iddiaçı qarşılıqlı cavabdehin onun müştərisi ilə 2023-cü ilin sentyabrında müqavilə bağladığını iddia edir) Rəqabət Məcəlləsi qüvvədə olmadığından tərəflər arasında münasibətlərə həmin dövrdə qüvvədə olmuş “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq edilməlidir. Həmin qanunun haqsız rəqabətin formalarını müəyyən edən 3-cü maddəsinə görə haqsız işg üzar davranış da haqsız rəqabətin formasıdır. Həmin qanunun 8-ci maddəsinə görə müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək haqqında tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması haqsız işgüzar davranış hesab edilir.
33. Lakin yuxarıda da qeyd edildiyi kimi hazırkı halda tərəflər arasında müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək haqqında sazişin bağlanması müəyyən edilmədiyindən qarşılıqlı cavabdehin ehtimal olunan əməllərinin haqsız rəqabət haqqında qanunvericiliyin pozulması kimi qiymətləndirilməsi üçün də əsas yoxdur.
34. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı cavabdeh tərəfindən mülki hüquq pozuntusuna, eləcə də müqavilə öhdəliklə rinin pozulmasına yol verilməsi müəyyən edilmədiyindən, dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir.
35. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 385.1, 442, 443.1, 443.2, 448.1, 567, 1096.1, 1097.1-ci, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş “Haqsız Rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 3, 8-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
36. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
37. Bakı Ape llyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 oktyabr tarixli 2-2(103)-759/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V. Baxışova və Z.Şirinov).
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və apardığı hüquqi qiymətləndirmə ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi Qanuni nümayəndə İddiaçı MMC-yə olan borcu təsdiq etmiş, sadəcə daxili araşdırma aparılmasına görə məbləğlə bağlı razılaşmadıqlarını qeyd etmişdir.
39. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 197.201,46 manat məbləğində xidmətlərin göstəril məsi və malların təqdim edilməsi təsdiq edildiyindən, iddiaçı Mülki Məcəllənin 600.4 və 753.1-ci maddələrinə əsasən cavabdehdən ƏDV daxil 197.201,46 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlı olmuşdur.
40. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, cavabdehin istinad etdiyi müqavilə şərtləri isə iddiaçının cavabdehin müştəriləri olmuş şəxslərlə müqavilə bağlanılması imkanını məhdudlaşdıran şərt kimi təfsir edilə bilməz. Tərəflər arasında işgüzar münasibətlərə görə iddiaçı cavabdehin sifarişi əsasında onun müştərilərinə xidmət göstərmişdir. Bu halda tərəflər arasında işgüzar münasibət və hər iki bəndin qarşılıqlı təhlili göstərmişdir ki, iddiaçının öhdəliyi məhz üçüncü şəxslər qarşısında, yəni cavabdehin müştərilərinin qarşısında onun mənafeylərini qorumaq və reputasiyasına zərər vurmamaq, qarşılıqlı iş münasibətlərini tam məxfi saxlamaq və üçüncü tərəflərə heç bir məlumat ötürməməkdən ibarət olmuşdur. Başqa sözlə, iddiaçının öhdəliyi ondan ibarət olmuşdur ki, o, cavabdehi üçüncü şəxslərin qarşısında təmsil edərkən vicdanlı hərəkət etməli idi. Bu baxımdan həmin bəndlər iddiaçını cavabdehin müştəriləri olmuş şəxslərlə müqavilə bağlanılması imkanını məhdudlaşdıran şərt kimi təfsir edilə bilməz. Cavabdehin öz tələblərinin əsası kimi istinad etdiyi halların (iddiaçının cavabdehin müştərisi olmuş şəxslə müqavilə bağlanması) mövcudluğu təsdiq edilsə belə, həmin hal iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulmasına dəlalət etmir.
41. Bundan əlavə, cavabdeh qarşılıqlı iddia ərizəsində həmin bəndlərin tələblərinin i ddiaçı tərəfindən pozulduğunu qeyd etsə də, həmin pozuntuya yol verilməsinə dəlalət edən hər hansı faktiki hala istinad etməmiş və bu hərəkətlərin nədə ifadə olunmasını konkret göstərə bilməmişdir. Yalnız apellyasiya icraatında cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçı cavabdehin müştərilərinə bildirmişdir ki, sifarişlərdə göstərilən işlərin yerinə yetirilməsi üçün cavabdehin texniki imkanları mövcud deyil, həmin işləri yalnız iddiaçı yerinə yetirə bilər və ona görə də, sifarişləri birbaşa onların özlərinə versinlər.
42. Cavabdeh həmin faktları birinci instansiya məhkəməsində bildirilməmiş və onlara istinad edərək hər hansı sübut təqdim etməmişdir. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci i nstansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.
43. Məhkəmə, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə araşdırmanın aparılmaması barədə dəlilləri əsaslı hesab etməyərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsində 6 məhkəmə hazırlıq iclası və 3 məhkəmə baxış iclası keçirilmişdir. Məhkəmə hazırlıq iclaslarının audio-video yazılarına əsasən, məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə dəlillər müzakirə edilmiş və sübutların təqdim edilməsi təklif edilmişdir. Cavabdehin nümayəndəsi isə qarşılıqlı iddia üzrə yeni faktları göstərməmiş və əlavə sübutlarının olmadığını bildirmişdir. Eyni əsaslara görə cavabdeh tərəfindən apellyasiya baxışında verilmiş şahidlərin dindirilməsi barədə vəsatətlər də təmin edilməmişdir.
44. Əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi cavabdehin apellyasiya icraatında istinad etdiyi halları etiraf etməmiş və bildirmişdir ki, gəmilərin təmir edilməsi və s. xidmətlər göstərilməsi ilə bağlı biznes fəaliyyəti spesifik sahə olduğu üçün həmin sahədə çox az və hamının tanıdığı şirkətlər fəaliyyət göstərir. Müştərilər də hansı şirkətlərin bu sahədə fəaliyyət göstərməsindən məlumatlıdırlar. Cavabdehin sifarişləri əsasında xidmət görsətdiyi şərkətlərə əvvəllər də xidmət göstərmişdir.
45. Cavabdehin “Bue Caspian Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə yazışmalarına dair qeyd edilmişdir ki, həmin yazışmalar mahiyyət etibarı ilə iş üçün əhəmiyyətli hər hansı məlumatı verməmişdir. Bel ə ki, cavabdehin iddiaçı ilə “Bue Caspian Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında olan münasibətlə bağlı sonuncuya ünvanladığı sorğuya cavab olaraq “Bue Caspian Limited” şirkətinin nümayəndəsi Cəbrayıl Əsgərov (Jabrayil.AElektron ünvan 6) sorğuda qeyd edilən məlumatların konfidensiallıqla qorunduğuna görə təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Göründüyü kimi, cavabdehin təqdim etdiyi sübut iş üçün əhəmiyyətli olan hallar barədə hər hansı məlumat verməmişdir. İddiaçı tərəfindən öz öhdəliklərinin pozması halı müəyyən edilmədiyinə görə kollegiya hesab etmişdir ki, qarşılıqlı iddia rədd edilməlidir.
46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 1.3-cü maddələrinə, MM- in 21.1, 21.2, 404.1, 404.2, 443.1, 567, 600.1, 600.4, 752.1, 753.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 77.1, 77.3, 80, 209.3, 361.4, 372.2, 380.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır
47. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin tam ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
48. Müqavilənin 3.4.4-cü və 3.4.5-ci maddələri və MM-in 425.1, 425.2, 778.1-ci və 404-cü maddələrin düzgün tətbiq edilməməsinə dair dəlilləri - bu maddələrin tətbiqi iddiaçının üzərinə müqavilə münasibətlərinin icrası zamanı cavabdehin maraqlarına zərər yetirməmək öhdəliyini qo yur. Apellyasiya Məhkəməsinin qənaətinə görə tərəflər arasında müqavilədə iddiaçının cavabdehin müştərilərinə birbaşa xidmət təklif etməmək öhdəliyi mövcud deyildir. Nəticə etibarı ilə məhkəmənin mövqeyinə görə iddiaçı xidmətlərin icrası zamanı əldə etdiyi imkanlardan yararlanaraq xidmətlərini birbaşa cavabdehin müştərisinə təklif etməsi cavabdehin“maraqlarına” zidd hərəkət etmək və vicdanlıq prinsipini pozmaq deyildir. Məhkəmə öz mövqeyini tam olaraq izah etməmişdir. Qətnamədə iddiaçının cavabdehi üçüncü şəxslərin qarşısında təmsil edərəkən vicdanlı hərəkət etməli olduğu göstərilsə də, iddiaçının hərəkətlərinin vicdansızlıq olmadığı əsaslandırılmır. Hər bir halda, məhkəmənin gəldiyi nəticə düzgün hesab edilə bilməz. İddiaçı məhz müqavilədən əldə etdiyi imkandan istifadə edərək cavabdehin müştərisinə çıxış əldə etmişdir. “Caspian Challanger – Defect Report – X5 Spooling HYD motor” başlıqlı yazışmada iddiaçı etiraf edir ki, cavabdehə verilən sifarişi o birbaşa öz adından icra etmişdir. Bu onu göstərir ki, iddiaçı etibardan sui-istifadə edərək öz xidmətlərini birbaşa təqdim etmişdir. Bu hal cavabdehin maraqlarına zərər vurmamaq kimi qiymətləndirilə bilməz – əksinə, bu hal cavabdehin maraqlarına ciddi şəkildə zərər vurur. Həmçinin bu hal MM-in 425-ci maddəsinə göstərilən müqavilənin “işgüzar adətlərə” uyğun icra edilməsi, və tərəflər müvaqavilənin yerinə yetirilməsinə “birgə zəmin yaratması” öhdəliyinə ziddir.
49. MM-in 447-ci maddəsi üzrə - cavabdehin xidmətlərin göstərilməsi müqabilində pulun ödənilməsi göstərilən maddəyə əsaslanır. Həmin maddəyə əsasən bir tərəf öhdəliyini yerinə yetirmədikdə digər tərəf müqavilənin icrasında imtina edə bilər. Apellyasiya məhkəməsi cavabdehə münasibətdə bu maddəni tətbiq etməmiş və ümumiyyətlə bu məsələyə qiymət verməmişdir.
50. MM-in 560.3.1 və 560.3.4-cü maddələri üzrə - iddiaçı cavabdehin güvəndiyi rəftara zidd olaraq öz xidmətlərini cavabdehin müştərilərinə birbaşa təklif etmişdir.
51. MPM-in 14, 372.2-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi əlavə sübutların qəbul edilməsi barədə cavabdehin vəsatətini rədd etmişdir. Halbuki, əlavə sübutların araşdırılması işin ədalətli həlli üçün əhəmiyyət daşıyırdı. Xüsusən apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində hazırlıq iclasları zamanı hakimin tərəflərə sübutları təqdim etmək təklifini qeyd etmişdir. Halbuki, hansı sübutun daha əhəmiyyətli olması və əlavə sübuta ehtiyacın olub-olmadığı yalnız prosesin və müzakirələrin gedişində bəlli ola bilər. Qarşılıqlı iddia üzrə isə əhəmiyyətli bir müzakirə olmadığından hansı sübutun daha əhəmiyyətli olması, təqdim edilən sübutların kifayət edib-etmədiyi və əlavə sübutlara ehtiyacın olması müəyyən edilə bilməzdi. Apellyasiya məhkəməsi qarşılıqlı iddianın əsasını təşkil edən dəlili-cavabdehin maraqlarına zidd olaraq və konfidensiallıq öhdəliyini pozmaqla iddiaçı tərəfindən müştəriyə məlumatların təqdim edilməsi-rədd edərkən məhz sübutların olmadığına əsaslanmışdır. Bu səbəbdən qarşlıqlı iddia mahiyyət etibarı ilə araşdırılmamış qalmışdır. Bu cür araşdırmanın olmaması isə tərəflər arasında olan müqavilənin 3.4.5-ci maddəsinin pozulub-pozulmadığını müəyyən etmək baxımından həlledici olmuşdur.
52. MPM-in 9, 372.1, 372.2-ci maddələri üzrə - məhkəmə kollegiyası cavabdehin şikayətini rədd edən zaman yeni sübuta istinad etmişdir. Cavabdeh məhkəmədən bir sıra məqamların araşdırılmasını, o cümlədən şahidlərin dindirilməsini xahiş etmişdir. Dindirilməli olan şahidlər arasında iddiaçının nümayəndəsi X1 da vardır. Nümayəndədən fərqli olaraq şahid yalan ifadəsinə görə cinayət məsuliyyətinə cəlb oluna bildiyi üçün, Abassov Mübariz və digər şəxslərin şahid qismində dindirilməsi daha vacibdir. M.Abbasov nümayəndə qismində məhkəmədə çıxış etmiş, əlavə məlumatlar təqdim etmiş və apellyasiya məhkəməsi şikayəti rədd edən zaman onlara əsaslanmışdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, “iddiaçının nümayəndəsi cavabdehin apellyasiya icraatında istinad etdiyi halları etiraf etmədi və bildirdi ki, gəmilərin təmir edilməsi və s. xidmətlər göstərilməsi ilə bağlı biznes fəaliyyəti spesifik sahə olduğu üçün həmin sahədə çox az və hamının tanıdığı şirkətlər fəaliyyət göstərir. Müştərilər də hansı şirkətlərin bu sahədə fəaliyyət göstərməsindən məlumatlıdırlar. Cavabdehin sifarişləri əsasında xidmət görsətdiyi şərkətlərə əvvəllər də xidmət göstərmişdir”. Apellyasiya Məhkəməsi bu “izahata” əsaslanmış, və bu izahat qətnamədə sübutlardan biri kimi çıxış etmişdir. Halbuki, bu məlumat birinci instansiya məhkəməsində araşdırılmayan və cavabdehin araşdırılması xahiş etdiyi məsələ barədədir. Apellyasiya Məhkəməsi isə cavabdehin həmin məsələləri araşdırmaq barədə xahişini rədd etmişdir. Nəticədə, bir tərəfdən cavabdehin araşdırma barədə xahişi rədd edilmiş, digər tərəfdən həmin araşdırılmalı məsələ barədə iddiaçının nümayəndəsinin izahatı sübut kimi qəbul edilmişdir. Bu da cavabdehin əlverişsiz vəziyyətdə qoymuş və çəkişmə prinsipini pozmuşdur. Bu prosessual pozuntu işin həlli üçün əhəmiyyətlidir. Cavabdeh öz dəlillərini sübut etmək imkanından məhrum olmuş, əvəzində iddiaçının həmin dəlil üzrə əlavə sübutu apellyasiya məhkəməsi tərəfindən əsaslardan biri kimi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
54. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403.1 və 416cı maddələri baxımından bütövlükdə yoxlanılacaqdır.
55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hall arı yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
56. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. …” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. …” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə b elə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....”
57. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təq dim olunur.
58. Tərəflər arasında münasibətlərin yarandığı tarixdə qüvvədə olmuş Azərbaycan Respublikasının “Haqsız rəqabət haqqında” Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
3. Haqsız rəqabətin formaları Sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir: rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; haqsız sahibkarlıq fəaliyyəti; haqsız işgüzarlıq davranışı; istehlakçıların çaşdırılması.” “Maddə
8. Haqsız işgüzarlıq davranışı İşgüzarlıq davranışı sahəsində aşağıdakı hərəkətlərə yol verilmir: müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək haqqında tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin təsərrüfat fə aliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması; rəqibin işgüzarlıq əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar (müraciətlər) edilməsi və belə əlaqələrin yaradılmasına maneçilik törədilməsi.”
59. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
209. İşə mahiyyəti üzrə baxmağın qurtarması... 209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
380. Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır....” Kassasiya instansiyası məhkəm əsinin mövqeyi
60. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 61. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman q anuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər, qarşılıqlı iddia tələbinin və apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürülən dəlillərlə eyniyyət təşkil edir.
63. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkəmə lərin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 18-34, 38-45).
64. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, iş dəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
65. Həmçinin nəzərə alınmalıdır ki, kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).
66. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
67. MPM-in 416, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasi ya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 oktyabr tarixli 2-2(103)-795/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.