Məhkəmə qərarları › İş №2-2(102)-660/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-660/2024

05.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-660/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh X4rşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqi şəxsin ümumi yığıncağının keçirilməsi, hüquqi şəxsin idarəçiliyində iştirak Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 iyul tarixli, 22(103)-705/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin hall arı:

1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş 2019-cu il 21 iyun tarixli çıxarışa əsasən nizamnamə kapitalının miqdarı 100.000 ABŞ dolları olan "xxxx" MMC-nin iki təsisçisi vardır: İddiaçı QSC BOKT (payı 50 %) və “X5 LTD” Şirkəti (payı 50 %). Cəmiyyətin qanuni təmsilçisi X6.

2. İddiaçı QSC BOKT tərəfindən X8 göndərilmiş 2024-cü il 26 fevral tarixli məktubuna əsasən 2023-cü maliyyə ilinin başa çatması nəzərə alınaraq, "xxxx" MMC-nin Nizamnaməsinin 6.3-cü bəndinə əsasən cəmiyyətin iştirakçılarının 2023-cü il üçün növbəti ümumi yığıncağının keçirilməsi tələb olunmuşdur.

3. İddiaçı QSC BOKT tərəfindən X8 və "xxxx" MMC-yə 2020-ci il 10 yanvar, 2020ci il 14 fevral, 2020-ci il 4 aprel və 2020-c i il 17 aprel tarixlərində müraciətlər edilərək, ümumi yığıncağın çağırılması və bu barədə təsisçi kimi iddiaçıya məlumat verilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMCnin iştirakçılarının növbəti ümumi yığıncağının keçirilməsi və iddiaçının nizamnamə kapitalında 50 % paya malik olduğu MMC-nin idarə edilməsində iştirakının təmin edilməsi öhdəliklərinin cavabdeh X7 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia belə əsaslandırılmışdır ki, iddiaçı, “X5 LTD” şirkəti ilə birlikdə Cəmiyyətin nizamnamə kapitalında 50% paya sahib olaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hüquq və vəzifələrə malikdir. Lakin Cəmiyyətin işt irakçılarının növbəti ümumi yığıncaqları müvafiq olaraq hər il aprel ayının sonuna qədər keçirilməli olduğu halda, bu yığıncaqlar keçirilməmişdir. İddiaçı dəfələrlə yazılı şəkildə iştirakçıların növbəti ümumi yığıncağının çağırılması tələbi ilə cavabdehin nəzərinə çatdırmış, lakin heç bir tədbir görülməmişdir. Son olaraq 2024-cü il 26 fevral tarixində iddiaçı tərəfindən yenidən məktub göndərilsə də, bu tələb də yerinə yetirilməmişdir. Bununla da bir iştirakçı kimi iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələri kobud şəkildə pozulmuşdur.

6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 may tarixli, e-2-2(113)-2306/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehin üzərinə MMC-nin növbəti ümumi yığıncağının keçirilməsi və MMC-nin idarə edil məsində iddiaçının iştirakının təmin edilməsi öhdəliyinin qoyulması qət edilmişdir (hakim Ü.Həsənova).

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçı MMC-nin nizamnamə kapitalında 50 % paya malikdir. Həmçinin, iddiaçının MMC-nin 50 faiz paya malik olan iştirakçı olması həmin MMC-nin Nizamnaməsinə edilmiş dəyişikliklə də öz təsdiqini tapır.

8. Məhkəmə iş materiallarına istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehə MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağının keçirilməsi tələbi ilə müraciət etmiş, lakin MMC-nin növbəti ümumi yığıncağının keçirilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı məlumat verilməmiş, iddiaçı "xxxx" MMC-nin fəaliyyətindən kənarlaşdırılmışdır.

9. Qeyd e dilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilərək cavabdehin üzərinə MMC-nin növbəti ümumi yığıncağının keçirilməsi və MMC-nin idarə edilməsində iddiaçının iştirakının təmin edilməsi öhdəliyi qoyulmalıdır.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1, 49.1, 65.1.1, 87.1, 91.1, 91.1-1-91.1-7, 91-2.1-ci, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 9.1, 9.3-cü və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh Efruz Eran Muduroğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edil mişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 iyul tarixli, 2-2(103)-705/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, iddia təmin edilərək cavabdehin üzərinə MMC-nin növbəti ümumi yığıncağının çağırılması və MMC-nin idarə edilməsində iddiaçının iştirakının təmin edilməsi öhdəliyinin qoyulması qət edilmişdir (hakimlər V.Baxışova – sədrlik edən və məruzəçi, R.Qurbanov və Z.Şirinov).

13. Apellyasiya instansiyası məhkəməsi ilk öncə iddiaçının apellyasiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin tələb hissəsində yol verilmiş yanlışlığa dair ərizə ilə bağlı qeyd etmişdir ki, ərizədə qeyd edilmiş hal məhkəmə tərəfindən araşdırılaraq iddiaçı tərəfindən iddia ərizəsinin giriş hissəsi i lə tələb hissəsi arasında fərq olduğu və həqiqətən tələbin iddia ərizəsinin məzmunu ilə uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iddia ərizəsinin birinci səhifəsində və məzmununda iddiaçının tələbinin iştirakçıların ümumi yığıncağının çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olduğu aydın qeyd edilsə də, ərizənin tələb hissəsində cavabdehin üzərinə iştirakçıların ümumi yığıncağının keçirilməsi öhdəliyinin qoyulması xahiş edilmişdir.

14. İddia ərizəsinin giriş hissəsi, mətni və tələb hissəsi arasında uyğunsuzluğun səbəbi birinci instansiya məhkəməsində işə baxılarkən araşdırılmalı idi. Nəzərə alınmalıdır ki, MPM-in 218.3-cü maddəsində qeyd edilmiş hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır norması yalnız iddia ərizəsinin sonuncu cümləsini d eyil, ümumilikdə ərizənin məzmununda öz əksini tapmış və cavabdehə yönəlmiş iddia tələbini nəzərdə tutulur. Hazırkı halda iddia ərizəsinin tələb hissəsində “ümumi yığıncağının çağırılması” ifadəsi əvəzinə “ümumi yığıncağının keçirilməsi” ifadəsinin qeyd edilməsinin yanlışlıq olduğu açıq-aşkar aydın olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən MPM-in 218.3-cü maddəsinə uyğun qətnamə qəbul edilmədiyi müəyyən olunur.

15. Buna görə də, apellyasiya kollegiyası hesab etmişdir ki, MPM-in 372.7-ci maddəsinə əsasən qətnamə dəyişdirilərək cavabdehin üzərinə MMC-nin növbəti ümumi yığıncağının çağırılması və MMC-nin idarə edilməsində iddiaçının iştirakının təmin edilməsi öhdəliyi qoyulmalıdır.

16. Mübahisəyə Azərbaycan Respublikası məhkəmələri tərəfindən baxılmalı olmadığı və iş üzrə icraata xi tam verilməli olduğuna dair cavabdehin apellyasiya şikayətində qeyd edilən mülahizələr məhkəmə tərəfindən əsassız hesab edilərək qeyd edilmişdir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının hüquqi şəxsi olan MMC-nin təsisçilərindən biri olan iddiaçı ilə hüquqi şəxsin icra orqanının rəhbəri arasında korporativ mübahisədir. Cavabdeh tərəfindən məhkəməyə MMC-nin və digər iddiaçıların Azərbaycan Respublikasına qarşı X1 üzrə Beynəlxalq Mərkəzə ünvanlanmış arbitraj müraciəti təqdim edilsə də, həmin müraciətin məhkəmə tərəfindən icraata qəbul edildiyi və hazırda baxıldığı barədə sübutlar mövcud deyil.

17. Apellyasiya məhkəməsi MPM-in 261.0.6 və 452.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, hazırkı halda tərəflər arasındakı mübahisə üzrə beynəlxalq arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olmadığından iş üzrə icraata xitam verilməsi barədə cavabdehin vəsatəti düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir.

18. Məhkəmə kollegiyası “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə istinadla vurğulamışdır ki, qanunda dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları ilə investorlar arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisələrin beynəlxalq arbitraja təqdim edilməsi imkanı nəzərdə tutulmuşdur. Hazırkı mübahisə isə təsisçi ilə hüquqi şəxsin icra orqanının rəhbəri arasında yarandığından birinci instansiya məhkəməsinin bu mübahisəyə baxmağa səlahiyyətli olmadığına dair cavabdehin mövqeyi əsassızdır.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, MMC-nin ümumi yığıncaqları 2020-ci il 27 fevral 2021-ci il 26 fevral, 2022-ci il 25 fevral, 2023-cü il 28 fevral və 2024-cü il 22 fevral tarixlərində keçirilmiş, lakin icra orqanının rəhbəri olan cavabdeh tərəfindən təsisçi olan iddiaçının həmin yığıncaqlara dəvət edilməsi təmin edilməmişdir. Bu hal cavabdeh tərəfindən mübahisələndirilməyib.

20. Cavabdehin apellyasiya şikayətinin məzmunundan aydın olmuşdur ki, cavabdeh iddiaçının MMC-nin təsis payını Mülki Məcəllənin 93-cü maddəsinin tələblərini pozmaqla qanunsuz əldə etdiyini, təsis payının əvəzsiz əldə edilməsinin qanunsuz olduğunu iddia edərək iddiaçını MMC-nin təsisçisi kimi qəbul etmir.

21. Məhkəmə cavabdehin bu mülahizəsini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən qəbul edilib-edilməməsindən asılı olmayaraq iddiaçı kommersiya hüququ şəxslərinin dövlət r eyestrinə daxil edilmiş məlumatlara əsasən MMC-nin 50 % paya malik təsisçisi olduğundan onun Mülki Məcəllənin 91.1-1-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir.

22. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə vurğulamışdır ki, iddiaçı MMC-nin təsis payını əvvəlki təsisçi "xxxx" Şirkəti ilə 2019-cu il 24 may tarixdə bağlanmış bağışlanma müqaviləsinə əsasən əvəzsiz əldə etdiyindən və həmin müqavilə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən cavabdehin iddiaçı tərəfindən təsis payının qeyriqanuni əldə edilməsi ilə bağlı mülahizələri hazırkı icraat çərçivəsində araşdırma predmeti ola bilməz. Hüquqi şəxsin ən azı ildə bir dəfə növbəti ümumi yığıncağının çağırılması və MMC-nin idarə edilməsində iddiaçının iştirakının təmin edilməsi icra orqanının rəhbəri olaraq cavabd ehin həm qanundan, həm də nizamnamədən irəli gələn vəzifəsi olduğundan iddianın təmin edilməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır.

23. İşə baxmış məhkəmənin maddi hüquq normasının tətbiqində səhvə yol verərək mübahisəyə Mülki Məcəllənin 106-1.3 maddəsini analogiya qaydasında tətbiq etdiyinə dair apellyasiya şikayətində qeyd edilmiş mülahizə isə, ümumiyyətlə, həqiqətə uyğun deyil. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində həmin normaya istinad edilməmişdir. Məhkəmə tərəfindən mübahisəyə baxılarkən maddi hüquq normalarının tətbiqində hər hansı səhvə yol verildiyi müəyyən edilməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 87.1, 91.1, 91.1-1, 91.1-2, 91-2.1-ci, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1 və 9.3-cü, Mül ki Prosessual Məcəllənin 28, 440.1, 440.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

25. Cavabdeh Efruz Eran Muduroğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 26.1. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsi üzrə - işə qərəzsiz və müstəqil məhkəmə tərəfindən baxılmamışdır. 2024-cü il 24 iyul tarixində keçirilən məhkəmə iclası cəmi 1 gün təxirə salınmış, 2024-cü il 25 iyuladək cavabdeh tərəfindən hakimlərə etiraz hazırlanmış və məhk əmə sədrinə təqdim edilmişdir. Lakin kollegiya məhkəmə sədrinin səlahiyyətlərini mənimsəyərək etirazı baxılmamış saxlamış və apellyasiya baxışını yekunlaşdırmışdır. Şikayət olunan məhkəmə qətnaməsinin əvvəlində Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 may tarixli qətnaməsi, məzmununda isə 2024-cü il 10 may tarixli qətnaməyə istinad edilmişdir, bu isə məhkəmənin hansı qətnamə üzrə şikayətə baxdığını və qətnamənin məzmununu düzgün anlamağını şübhə altına alır. Məhkəmənin hüquqi müəyyənlik prinsipini pozması ilə əlaqədar olaraq iş üzrə tərəflərin hüquqları düzgün qiymətləndirilməmiş və iddiaçı ilə cavabdeh arasındakı münasibətlərdə düzgün istinadlar edilməmişdir. Mübahisə tərəfi olan cavabdehin iddiaçı qarşısında heç bir öhdəlik daşımadığı halda, hüquqi əsası olmayan şəkildə cavabdehlik mü əyyən edilmişdir. Məhkəmə tərkibinin işə maraqlı olması və obyektivliyinin şübhə altına alınması ilə əlaqədar işdə iştirak edən hakimin şəxsən və ya dolayı yolla qərəzli olmasına dair kifayət qədər əsas yaranmışdır. Nəticədə, məhkəmə işində şəffaflıq və ədalət prinsipləri pozulmuş və məhkəmənin öz müstəqilliyini sarsıdan yanaşmalar göstərilmişdir. 26.2. “Məhkəmələr və Hakimlər Haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsi üzrə - apellyasiya məhkəməsi ciddi prosessual pozuntulara yol verərək iddiaçı ilə qeyri-prosessual əlaqələrini açıq şəkildə nümayiş etdirmişdir. İş apellyasiya məhkəməsinin icraatında olduğu dövrdə iddiaçı heç bir əsas olmadan və ilkin dinləmələr keçirilmədən qəflətən elektron sistemə yüklədiyi ərizədə “iddia ərizəsinin tələb hissəsində texniki yanlışlığa yol ve rilməsi”ni bildirərək, ümumi yığıncağın keçirilməsinin deyil, çağırılmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bu vəziyyət məhkəmə kollegiyasının məhkəmədənkənar əlaqələrini açıq şəkildə göstərir. İddiaçı bu “səhv”in mahiyyətinə varmaq iqtidarında olmayaraq yalnız apellyasiya məhkəməsinin himayəsi və “göstərişi” ilə bu yanlışlığı düzəldə bilmişdir. İddiaçının nümayəndəsi ərizənin mahiyyətini izah etməkdə çətinlik çəkmiş, məhkəmə iclasına sədrlik edən şəxs onunla yeni təqdim olunan ərizənin zərurətini izah etməyə çalışmışdır. Apellyasiya məhkəməsi isə iddiaçının tələbini apellyasiya mərhələsində dəyişdirmək və bu dəyişiklikləri pərdələmək cəhdində kobud səhvlərə yol vermişdir. İddiaçı tərəfindən ərizədəki dəyişikliklər birinci instansiya məhkəməsində araşdırılmalı idi, ancaq ap ellyasiya icraatında təqdim edilmiş ərizə əsasında tələbin dəyişdirilməsi müəmmalıdır. Məhkəmə apellyasiya instansiyasının səlahiyyətlərindən ciddi şəkildə kənara çıxaraq iddiaçı ilə əlbir olaraq prosessual hüquqlardan sui-istifadə etmiş və tərəflərin bərabərliyi prinsipini pozmuşdur. 26.3. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsi üzrə - işin icraatı zamanı Konstitusiyanın və qanunun müəyyən etdiyi tələblərə əməl edilməmiş, təqdim etdiyimiz sübutlar və vəsatətlər məhkəmə tərəfindən araşdırılmamışdır. Birinci instansiya məhkəməsi qanunun birbaşa tələblərini pozaraq işə icraat vermiş, aidiyyəti üzrə verilən vəsatətlərə baxılmamış, apellyasiya məhkəməsi isə bu pozuntuları nəzərə almayıb və qanuni qərardad çıxarmamışdır. 2006-cı il 6 dekabr tarixli X3 əsasən tərəflər ümumi b orcluluq tam ödənilənə və ipoteka girovları ləğv edilənə qədər layihənin idarə edilməsinin cavabdeh tərəfindən həyata keçiriləcəyini razılaşdırmışdır. Memorandumun 4-cü maddəsinə görə isə tərəflər arasında yaranacaq hər hansı mübahisə Sürixdə, təkbaşına arbitr tərəfindən həll edilməli, arbitr tərəflərin vəkilləri tərəfindən qarşılıqlı razılaşdırılacaq, əks halda, arbitr İsveçrə Vəkillər Kollegiyasının prezidenti tərəfindən təyin ediləcəkdir. X2 Arbitraj Məhkəməsinin Reqlamentinə uyğun olaraq davam edəcəkdir. Memorandumun 5-ci maddəsi, sənədlərin İngiltərə və Uels qanunlarına uyğun şərh ediləcəyini göstərir. Mübahisələrin arbitraja verilməsi tərəflər arasında razılaşdırılmışdır. 26.4. Mülki Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən əcnəbilərin və xarici hüquqi şəxslərin iştirak etdiyi iş lərə Azərbaycan məhkəmələri aidiyyət qaydalarına uyğun olaraq baxmalıdır. “Arbitraj” termini mübahisənin məhkəmədən kənar, üçüncü tərəfin səlahiyyətinə verilərək həlli anlamına gəlir və tərəflərin razılığı ilə həyata keçirilən bu prosedur həm beynəlxalq, həm də milli hüquq praktikalarında geniş tətbiq olunur. Azərbaycan Respublikası beynəlxalq arbitrajlar üzrə müqavilələr bağlayaraq, arbitrajın yurisdiksiyasını qəbul etmişdir və beynəlxalq təcrübəyə əsaslanaraq arbitraj sazişləri həm müqavilə daxilində, həm də ayrıca sazişlə bağlana bilər. Azərbaycan qanunvericiliyinə görə arbitraj sazişi mübahisənin məhkəməyə deyil, arbitraja yönləndirilməsi üçün hüquqi əsasdır. Bu sazişin etibarlı olması mübahisənin həllini yalnız arbitraj məhkəməsi tərəfindən həyata keçirilməsini təmin edir və məhkəmə b unun əsasında işə xitam verməli və tərəfləri arbitraja göndərməlidir. Belə ki, hakim MPM-in 153.2.1 və 170-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq məhkəmə aidiyyəti qaydalarına məhəl qoymadan qərardad çıxarmış və həmin qərardadla cavabdehi qanunazidd olaraq şikayət vermə imkanından məhrum etməyə cəhd etmişdir. 26.5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” və 2022-ci il 18 mart tarixli “Mülki Məcəllənin 340.2-ci maddəsinin şərh edilməsinə dair” qərarları üzrə - məhkəmə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarlarında ifadə etdiyi məcburi nəzərə alınmalı olan hüquqi mövqeyi diqqətə almamış, ciddi-cəhdlə və heç bir araşdırma aparmadan “Bağ ışlama müqaviləsi”ni təmizə çıxarmağa çalışmış, həqiqi iradənin müəyyən edilməsini və qiymətləndirilməsini apara bilməmiş, cavabdehin təsisçiləri arasında beynəlxalq səviyyədə ciddi mübahisə olduğunu və mübahisəyə baxıldığını diqqətə almamışdır. 26.6. Mülki Prosessual Məcəllənin 19.1.7-ci maddəsi üzrə - Məhkəmə kollegiyası cavabdeh tərəfindən hakimə yazılı etiraz edilməsini və etiraza məhkəmə sədri tərəfindən qiymət verilmədən tələm-tələsik işə baxılmasını ört-basdır etmişdir. İş üzrə çıxarılmış məhkəmə qətnaməsi cavabdehin etirazının haqlı və əsaslı olmasını, kollegiyanın işə obyektiv və düzgün hüquqi qiymət vermək iqtidarında olmamasını və iş üzrə heç bir araşdırma aparılmamasını təsdiq etmişdir. 26.7. MPM-in 4, 32, 157 və 261-ci maddələri üzrə - Məhkəmə, müvafiq qanun normalarına əməl e tmədən işi icraata götürmüş, aidiyyət üzrə ərizə və vəsatətlərə düzgün qiymət verməyərək qanunsuz qərarlar çıxarmış, tərəflərin şikayət vermə hüququnu məhdudlaşdırmış və icraata xitam verilməsi ilə bağlı vəsatətləri müzakirə etməmişdir. Birinci instansiya məhkəməsinin etdiyi səhvləri düzəltməkdə apellyasiya məhkəməsi maraqsız olmuş, əksinə, qanunsuzluqları ört-basdır edərək prosessual pozuntulara yol açmışdır. Apellyasiya məhkəməsinin mövqeyi tərəflər arasındakı mübahisəyə uyğun qanuni qiymətləndirmə aparılmaması və işin arbitraj icraatında olması səbəbindən, tamamilə səhv və qanunsuzdur. Bu da məhkəmənin ədalətsiz və qərəzli yanaşma nümayiş etdirdiyini göstərmişdir. 26.8. MPM-in 9, 14, 28, 88, 218.3-cü maddəsi üzrə - apellyasiya məhkəməsi yeni icadlara, iş üzrə tərəflərə bəlli olmayan uyd urma mülahizələrə, heç bir hüquqi əsası olmayan yanaşmalara yol verməklə iş üzrə qərəzli, qeyri-obyektiv və iddiaçının maraqlarına xidmət edən mövqeyindən kənara çıxa bilməməsini açıq-aşkar nümayiş etdirmişdir. Məhkəmə kollegiyası qanunla ona verilmiş səlahiyyətlərdən necə və hansı səbəbdən kənara çıxmasına dair əsaslandırılmış mövqe ifadə etməmişdir.

27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

28. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan f aktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

30. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığı ncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığı ncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı şikayətin dəlillərinə uyğun olan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş, işin halları tam və hərtərəfli araşdırılmaqla, gəldiyi nəticə qanunvericiliyə uyğun əsaslandırılmışdır (bax bənd 13-24).

35. Kassasiya şikayətinin dəlilləri məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulmasına yönəldilmişdir. Onlardan birincisi apellyasiya məhkəməsinin işə qərəzli olaraq baxılması və iddiaçı ilə qeyri-prosessual əlaqələr qurmasından ibarət olmuşdur. Lakin, apellyasiya məhkəməsinin işin nəticəsində hansısa qaydada maraqlı olmasına, iddiaçı ilə məhkəmədən kənar əlaqələrin olmasına dair sübutlar kassator tərəfindən təqdim olunmamışdır. Onun bu dəlili mülahizə mahiyyətli olmaqla, açıq-aydın əsassızdır.

36. İş üzrə icraata xitam verilməsi ilə bağlı kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. Belə ki, apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, hazırkı mübahisə Azərbaycan Respublikasında qeydiyyata alınmış hüquqi şəxsin təsisçisinin həmin hüquqi şəxsin icra orqanının r əhbəri arasında olan korporativ mübahisədir. Mübahisənin cavabdeh tərəfindən Azərbaycan Respublikasına qarşı edilmiş arbitraj müraciəti əsasında X1 üzrə Beynəlxalq Mərkəzdə həll edilməsi üçün icraata qəbul edildiyi barədə sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır.

37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Efruz Eran Muduroğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 iyul tarixli, 2-2(103)-705/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar