Məhkəmə qərarları › İş №2-2(102)-660/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-660/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-660/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, *, Cavabdeh4 və Cavabdeh2 iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, *, Ca vabdeh4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 24 iyun tarixli 2-2(107)-9/2025 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 2019-cu il 19 iyul tarixli 019L**********56 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə, 70 000 manat məbləğində kredit xətti açılmışdır.

2. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 2021-ci il 1 oktyabr tarixli 019L**********56SA saylı «Uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş»ə əsasən ba nk tərəfindən cavabdehə 146 ay müddətinə, 700.000 manat məbləğində kredit xətti açılmışdır.

3. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 2021-ci il 1 oktyabr tarixli 019R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla 75.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmasının 1.2-ci bəndinə əsasən kredit alan bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. 4. 2021- ci il 1 oktyabr tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh 019R********** saylı kredit razılaşması üzrə 2021-ci il 1 noyabr tarixindən 2024-cü il 1 oktyabr tarixinədək hər ay 2.722.00 manat, sonuncu ay isə 2.710.78 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür.

5. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 2022-ci il 4 aprel tarixli 019R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla 33 000 manat məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmasının 1.2-ci bəndinə əsasən kredit alan bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş p lanı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. 6. 2022-ci il 4 aprel tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh 019R********** saylı kredit razılaşması üzrə 2022-ci il 10 may tarixindən 2025-ci il 10 aprel tarixinədək hər ay cədvələ uyğun olaraq 1201.00 manat, sonuncu ay isə 1224.51 məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 7. 2019-cu il 19 iyul tarixli 019S**********02 nömrəli (zamin Cavabdeh2), 019S**********03 nömrəli (zamin Cavabdeh4) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu-Cavabdeh3 arasında uzunmüddətli kredit müqaviləsi, müqavilənin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavil ə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma formasında bağlanan ayrıca razılaşmalar” üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. 8. 2021-ci il 1 oktyabr tarixli 019S**********02SA nömrəli (zamin Cavabdeh2), 019S**********03SA nömrəli (zamin Cavabdeh4) zaminlik müqavilələrinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişləri imzalamış və kredit limiti 700000 manat, kreditin müddəti isə 146 ay müəyyən edilmişdir.

9. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 2021-ci il 22 aprel tarixli 019M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Zaqatala şəhəri H.Əliyev prospekti 101 ünvanında yerləşən 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edi lmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı QSC (bundan sonra-“iddiaçı”) cavabdehlər *, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 (bundan sonra -birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh1”, “Cavabdeh3”, “Cavabdeh4”, “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 019R********** saylı kredit razılaşması üzrə 61.650.22 manat kredit borcu, 5.683.32 manat faiz borcu və 2.079.91 manat cərimə borcu olmaqla, 019R********** saylı kredit razılaşması üzrə 31.694.09 manat kredit borcu, 2.858.59 manat faiz borcu və 994.81 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 104.960,94 manat borcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 104.960,94 manat borcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada tutulması, ipotek a predmetinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3 və Cavabdeh1 istifadə hüququnun itirilməsi, onların həmin yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinadla onunla əsaslandırılmışdır ki, Cavabdeh3 2021-ci il 1 oktyabr tarixli 019R********** saylı kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 2022-ci il 1 iyul tarixdən banka qaytarmamışdır. Kredit borcundan 13.349.78 manat ödəmiş, onun 61.650.22 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2022-ci il 19 dekabr tarixə 169 gün üçün hesablanmış faiz borcu 5.683.32 manat, cərimə 2079.9194 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 2022-ci il 4 aprel tarixli 019R********** saylı kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 2022-ci il 12 iyul tarixdən banka qaytarmamışdır. Kredit borcundan 1.305.91 manat ödəmiş, onun 31.694.09 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2022-ci il 19 dekabr tarixə 157 gün üçün hesablanmış faiz borcu 2.858.59 manat, cərimə 994.81 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklə rinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar borclu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər- ipoteka qoyan və əsas borclu Cavabdeh3 və Bank arasında bağlanılmış ipoteka müqaviləsi əsasında ona məxsus Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ele ktron çıxarışla daşınmaz əmlak borclunun kredit öhdəliyinin icrasını təmin etmək üçün bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın həyat yoldaşı Cavabdeh1 ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. İpoteka saxlayan tərəfindən ipoteka qoyana 2022-ci il 18 noyabr tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 2022-ci il 24 noyabr tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və hə min idarədə qeydiyyata alınmışdır.

12. Əmlak Ekspert Mərkəzinin 2023-cü il 13 noyabr tarixli ekspert rəyinə əsasən Zaqatala şəhəri H.Əliyev prospekti 101 ünvanında yerləşən 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 195.500 manat təşkil etdiyi müəyyən olunmuşdur.

13. Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 24 aprel tarixli 9/9301 nömrəli ekspert rəyinə əsasən 019R********** kredit razılaşması üzrə cavabdehin 61.538.23 manat əsas, 15.103.77 manat faiz borcu vardır. 019R********** kredit razılaşması üzrə cavabdehin 31.671.42 manat əsas, 7.632.81 manat faiz borcu vardır.

14. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 11 iyul tarixli e-2-2(117)-13/2024 nömrəli qərardadı ilə iddianın “Cavabdeh3 mülkiyyətində olan Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3 və Cavabdeh1 istifadə hüququnun itirilməsi, onların həmin yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” hissəsi üzrə icraata xitam verilmişdir.

15. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 11 iyul tarixli e-2-2(117)-13/2024 nömrəli qətnaməsi ilə iddia qismən edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 019R********** saylı kredit razılaşması üzrə 61.538,23 manat kredit borcu, 5.683.32 manat faiz borcu və 200 manat cərimə borcu, 019R********** saylı kredit razılaşması üzrə 31.671,42 ma nat kredit borcu, 2.858.59 manat faiz borcu və 100 manat cərimə borcu, 400 manat mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışı üçün likvid dəyərin 315 950 manat müəyyən edilməsi, satışdan əldə edilən vəsait hesabına cavabdehlərin hazırkı qətnamə üzrə iddiaçıya olan borclarının ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd olunması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun Cavabdeh3 tutularaq Azər baycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəsiss rəyinin xərci olan 300 manatın Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim M.Hüseynov).

16. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. İddiaçı tələbində 019R********** saylı kredit razılaşması üzrə 61650.22 manat əsas, 5683.32 manat faiz borcunu, 019R********** saylı kredit razılaşması üzrə isə 31694.09 manat əsas, 2858.59 manat faiz borcunun tutulmasını tələb etmişdir.

17. Məhkəmə iddia tələbindən kənara çıxmamaqla, iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmi ş və belə nəticəyə gəlmişdir ki, iddia əsas borca münasibətdə ekspert rəyində qeyd olunan məbləğdə, faiz borcuna münasibətdə isə iddia olunan həddə tutulmalıdır.

18. Məhkəmə cərimə borcuna münasibətdə tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq 019R********** saylı kredit razılaşması üzrə 200 manat, 019R********** saylı kredit razılaşması üzrə isə 100 manat cərimə borcunun tutulmasını qanuni, əsaslı, ədalətli və ağılabatan hesab etmişdir.

19. Məhkəmə ipoteka əmlakının satış qiymətinin müəyyən olunmasına münasibətdə göstərmişdir ki, Zaqatala şəhəri H.Əliyev prospekti 10 1 ünvanında yerləşən 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri Əmlak Ekspert Mərkəzinin 2023-cü il 13 noyabr tarixli ekspert rəyinə əsasən 195.500 manat təşkil edir.

20. Cavabdeh tərəf məhkəməyə təqdim edilmiş əmlakın likvid dəyəri ilə bağlı əvvəlki mütəxəssis rəyi ilə razılaşmamış və öz təşəbbüsü ilə aidiyyəti təşkilata müraciət edərək tədqiqat həyata keçirilmişdir. 21. "xxxx" MMC tərəfindən 2024-cü il 5 iyul tarixli mütəxəssis rəyinə əsasən əmlakın likvid dəyəri 436.400 manat təşkil etmişdir.

22. Məhkəmə hər iki mütəxəssis rəyində göstərilmiş əmlakın likvid dəyərinin məbləğləri hesablanaraq orta bir məbləğin-195500 manat + 436400 manat = 631900 manat; 631900 manat / 2 = 315950 manatın əmlakın likvid dəyərinin müəyyən edilməsini daha əda lətli, ağılabatan hesab etməklə bərabər mənafelərə bərabər münasibət prinsipinə cavab verdiyini və hesablamanın nəticəsinə əsasən əmlakın likvid dəyərinin 315.950 manat olması qənaətinə gəlmişdir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 442, 448.1, 448.2, 462.1, 462.3, 467, 470.1, 470.2, 472.1, 739.1 və 739.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 77.1, 81, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

24. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ipoteka predmeti olan əmlakın likvid dəyərinin 315.000 manat müəyyən edilməsi və hər iki kredit razılaşması üzrə cərimə borcunun qismən təmin edilmiş hissəsində ləğv e dilməsi, əmlakın likvid dəyərinin ipoteka müqaviləsindəki qiymətə uyğun olaraq 105.000 manat müəyyən edilməsi, hər iki kredit razılaşması üzrə cərimə borcunun tam tutulması və hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumi müştərək qaydada tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

25. Cavabdeh3 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnaməsinin qismən ləğv edilməsi; tələbin yönəldiləcəyi daşınmaz əmlakın satışı üçün likvid dəyərinin 436.400 manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bu icraatdakı məlumatlar da iş üzrə qəbul edilmiş qətnamənin hazırki kassasiya baxışının predmetini təşkil edən hissəs inə uyğun olaraq qeyd edilmişdir (bax § 47-48)

26. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 6 may tarixli 2-2(107)-9/2025 saylı qərardadı ilə ipoteka predmetinin qiymətləndirilməsi qərara alınmışdır. 27. 2025-ci il 30 may tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 2025-ci il 22 may tarixli MB 18/0529 saylı qiymətləndirmə rəyinə əsasən (hesabatı) Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 2025-ci il 22 may tarixə likvid dəyəri 410.000 manat təşkil etmişdir.

28. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 24 iyun tarixli 2-2(107)-9/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinc i instansiya məhkəməsinin qətnaməsi-kredit razılaşmaları üzrə cərimə borcunun tutulması və ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi hissələrində ləğv edilmiş və həmin hissələr üzrə yeni qətnamə qəbul edilərək, 019R********** saylı kredit razılaşması üzrə tutulmalı cərimə məbləği 2079,91 manat, 019R********** saylı kredit razılaşması üzrə cərimə məbləğinin 994,81 manat müəyyən edilməsi, ipoteka predmeti olan Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin (ilkin satış) məbləği 410.000 (dörd yüz on min) manat müəyyən edilməsi, qətnamənin baxılmış mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim E.Hüseynov, hakimlər Ə. Kərimov və Z.Sadiqov).

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələblərinin kredit razılaşmaları üzrə əsas borcun, faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi müştərək qaydada tutulması hissəsində düzgün nəticəyə gəlsə də, kredit razılaşmaları üzrə cərimə borcunun tutulması və ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi hissələrində səhvə yol vermişdir.

30. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlillərindən biri kredit müqavilələri üzrə cərimə borcunun tam tutulması ilə bağlı olmuşdur

31. Bununla əlaqədar məhkəmə kollegiyasının mövqeyinə görə, birinci inst ansiya məhkəməsinin kredit razılaşmaları üzrə tutduğu cərimənin həcmi (müvafiq olaraq 200 manat və 100 manat) təmin olunan əsas borcun (müvafiq olaraq 61.538,23 manat və 31671,42 manat) cəmi 0,3%-ni təşkil etdiyindən MM-in 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından kreditorun əmlak mənafelərinə uyğun hesab edilə bilməz.

32. Məhkəmə kollegiyası iddia tələblərində 019R********** saylı kredit razılaşması üzrə cərimənin məbləği 2079.91 manat, 019R********** saylı kredit razılaşması üzrə isə 994.81 manat olmaqla təmin olunan əsas borcun (müvafiq olaraq 61538,23 manat və 31671,42 manat) təxminən 3-4 % təşkil etdiyindən kredit razılaşmaları üzrə iddia tələblərində göstərilmiş cərimə məbləğlərinin tam həcmdə tutulması qənaətinə gəlmişdir.

33. Apellyasiya şikayətlərinin əsas dəlillərindən biri də məhkəmə əmtəəşünaslıqekspertizasının keçirilməsi ilə bağlı olmuşdur.

34. Məhkəmə kollegiyası ipoteka predmetinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş likvid dəyəri ilə bağlı razılaşmamış və göstərmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş rəy ilə daşınmaz əmlakın müəyyən edilmiş qiyməti cavabdeh tərəfindən təqdim edilmiş rəydə göstərilən qiymətə (436.000 manat) çox kiçik fərqlə uyğun gəlir.

35. Məhkəmə kollegiyası "xxxx" MMC tərəfindən verilmiş rəyi qiymətləndirərkən həmçinin nəzərə almışdır ki, rəyin verilməsində tətbiq edilən qiymətləndirmə standartları kimi X1 Standartları (BQS), qiymətləndirmənin ümumi qəbul edilmiş Anlayış və Prinsipləri (QÜAP), habelə daşınmaz əmlakın, o cümlədən torpaq sahəsinin və xüsusi daşınmaz əmlak nö vlərinin qiymətləndirilməsi üzrə metodik materiallar əsas götürülmüşdür. Daşınmaz əmlakın bazar dəyərinin müəyyən olunması prosesində Milli və X2 əsasən çəkilmiş xərclər və müqayisəli satışlar metodlarından, uyğun satışların müqayisəsi yanaşması və xərc yanaşması kimi iki əsas qiymətləndirmə yanaşmalarından istifadə edilmişdir. Göstərilənlər hazırkı qiymətləndirmə rəyinin digər rəylərə münasibətdə daha əsaslı, mötəbər və həqiqi olmasına dəlalət edir.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Qiymətləndiricinin rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında alınmış həmin rəydə əks olunan məlumatların həqiqiliyinə o lan təminat kifayət qədər yüksəkdir. Bu baxımdan iddiaçının qiymətləndiricinin rəyində göstərilənlə müqayisədə daha yüksək dəyərdə olduğunu göstərdiyi əşyalara münasibətdə məhz qiymətləndiricinin rəyində müəyyən edilmiş dəyərlər əsas götürülməlidir

37. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 385.1, 386.1, 399.1, 442, 445.2, 448, 449.1, 462.1, 462.3, 467, 470.1, 472.1, 739.1, 739.2, 740-cı, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 1.0.9, 34.1, 34.1.1, 34.1.3, 39.3.3-cü və MPM-in 14.2, 77.1, 88, 103.1, 107, 115.0.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

38. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin 410.000 manat müəyyən olunması hissəsində ləğv edilməsi və işi n həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

39. Cavabdeh3 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri 40. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9 və 39.3.3-cü maddələri üzrə - ekspertiza rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normaları pozulmuş və ekspert (mütəxəssis) rəyi ilə bağlı iddiaçının əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilməmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra hal-hazıradək ipoteka predmeti olan əmlakın dəyəri Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edildiyi kimi bir neçə dəfə arta bilməz. Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər

41. Ekspert rəyində əmlakın fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmamış və nəticədə iş üzrə əmlakın dəyərinin reallığa uyğun olmayan formada həddindən artıq şişirdilərək qeyd edildiyi rəy verilmişdir. Əmlakın dəyərinin müəyyən edilməsi barədə iş materiallarında bir neçə müxtəlif qiymətləndirmə rəyi olsa da məhkəmə sonuncu rəyi əsas götürmüş, lakin bunun səbəbini qətnaməsində əsaslandırmamışdır. "xxx x" MMC qiymətləndirmə şirkətinin rəyi o zaman əsaslı sayıla bilərdi ki, digər sübutlarla ziddiyyət təşkil etməsin, həmin ərazidə oxşar əmlakların ilkin satış qiymətləri ilə müqayisəli rəy verilmiş olsun.

42. MPM-in 88, 103, 217-ci maddələri üzrə - məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamışdır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsi, müqavilə üzrə tərəflərin üzərlərinə götürdüyü öhdəliklər, tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş əmlakın dəyəri, iddiaçı bank tərəfindən təqdim edilmiş əlavə sübutlara və qiymətləndirici rəylərinə düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Sonuncu ekspertiza rəyinin mötəbər süb ut qismində qəbul edilib qiymətləndirilməməsinə dair vəsatətləri əsassız olaraq təmin edilməmişdir b) Cavabdeh R.Duxiyein kassasiya şikayətinin dəlilləri

43. MM-in 422, 448.1, 448.2, 449, 467, 560-cı maddələri üzrə - həddindən artıq cərimələr onun yeganə yaşayış evinin satışına səbəb ola bilər ki, bu da ailənin, o cümlədən himayəsində olan yaşlı valideynlərinin sosial müdafiəsini ciddi şəkildə pozur. İpoteka predmeti olan ev onun və ailəsinin yeganə yaşayış yeridir. Onun himayəsində yaşlı valideynləri yaşayır və onların sosial rifahı birbaşa bu evin saxlanılmasından asılıdır.

44. MPM-in 9.3, 88, 217.1, 218.1-ci maddələri üzrə - məhkəmə sübutlara qiymət verərkən yalnız iddiaçının təqdim etdiyi birtərəfli dəlilləri əsas götürmüşdür. Apellyasiya məhkəməsi işdə mövcud olan bir neçə qiymətləndi rmə rəylərindən yalnız "xxxx" MMC-nin rəyini əsas götürmüş, digər rəy – "xxxx" MMC-nin 2024-cü il 5 iyul tarixli rəyi (434.400 AZN) əsassız olaraq nəzərə almamışdır.

45. Əmlakın real bazar qiymətinin artım dinamikası Zaqatala şəhərindəki vəziyyətlə təsdiqlənir: hazırda 1,5 sot boş torpaq sahəsi 150.000 manat dəyərində təklif olunur. Onun əmlakı isə 3,77 sot torpaq və tam yaşayışlı, təmirli fərdi evdən ibarətdir. Belə halda 434.400 AZN-lik qiymətləndirmə bazara daha uyğundur. Bank kassasiya şikayətində “dünya böhranı” arqumentindən istifadə edib. Əgər böhran şəraitində belə müstəqil ekspertiza əmlakın dəyərini 434.400 AZN kimi müəyyən edibsə, bu qiymət reallığa ən yaxın qiymət hesab olunmalıdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətlərinə qarşı etiraz təqd im edilməmişdir. Kassasiya baxışının hədləri

47. İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirilir. Ona görə də, MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından, iddiaçının şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

48. Cavabdeh3 kassasiya şikayətində formal olaraq, məhkəmə aktının ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kredit razılaşmaları üzrə cərimə borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirilir. Ona görə də, MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından, cavabdehin şikayəti üzrə h azırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

50. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur....” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun öd ənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” 51. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə

1. Əsas anlayışlar... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...”

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli 1 nömrəli Qərardadında aşağıdakılar nəzərdə tutulur: “...

10. Qanunun 1.0.9-cu maddəsində n göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.

11. İlk öncə likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir....

13. O da qeyd edilməl idir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır....”

53. Azərbaycan Respublikasının Mülki müddəa larında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

54. Məhk əmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

55. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və məhkəmə qətnaməsinə əsasən tutma yönədilmiş ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və kassasiya şikayətlərinin apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə verilmiş qiymətləndirmə ilə razılaşır.

56. Məhkə mə kollegiyası şikayətlərin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən ipoteka ilə yüklü edilmiş əmlakın yenidən qiymətləndirilməsi həyata keçirilmiş və müvafiq rəy alınmışdır (bax § 27). İşə mahiyyəti üzrə baxılarkən həmin rəyin mötəbərliyini şübhə altına alan sübutların təqdim edildiyi işin materiallarından müəyyən edilmir. İddiaçının təkrar qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə vəsatətinə isə məhkəmənin 2025-ci il 24 iyun tarixli qərardadı ilə qiymət verilmişdir.

57. Cərimə borcu ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, mövcud məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, müqavilə öhdəliklərinin yer inə yetirilməməsinə görə cavabdehdən əsas borcun 5 faizinədək cərimənin tutulması MM-in 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, qətnamə qəbul edilərkən MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.

59. MPM-in 416, 417 və 41 9-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 24 iyun tarixli 2-2(107)-9/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar