Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-661/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: səyahət agentinin icarə müqaviləsi üzrə borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli 2-2(103)-215/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassa siya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya X2 qeydiyyatı İdarəsinin reyestrindən Çıxarışın sürətindən görünür ki, İddiaçı MMC Vergilər Departamentinin Kommersiya X2 qeydiyyatı idarəsində vergi uçotu qeydiyatına alınmış, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət, hüquqi ünvanı AZ5000, ünvan 1 ki, MMC-nin Nizamnamə kapitalı 10,00 manat, qanuni təmsilçi X1, dövlət qeydiyyatına alındığı tarix 1994cü il 5 avqustdur.
2. İddiaçı MMC-ti ilə "xxxx" MMC arasında 2017-cı il 1 aprel tarixdə Səyahət Agentinin icarə müqaviləsi (bundan sonra – “Müqavilə”) bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən "xxxx" MMC "xxxx" MMC-yə Bakı şəhəri, Mikayıl Müşfiq 1 C ünvanında yerləşən mehmanxananın müxtəlif növ otaq ların satışını təklif etmişdir. Kredit məlumatları təqdim edildiyi və mehmanxana tərəfindən təsdiq edildiyi halda, qaimələr qonağın mehmanxanadan çıxmasından 30 gün müddətində ödənilməlidir; Agentlik hər hansı qaimə üzrə 30 gün müddətində ödəniş etməzsə, aylıq olaraq qalan məbləğin 2% dərəcəsində cərimə ödəməyi öz üzərinə götürür. 3. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 399-cu mаddəsinə əsаsən müqаvilə bаğlаndığı аndаn qüvvəyə minir və tərəflər üçün məcburi оlur.
4. İddiaçı tərəfindən göstərilən xidmətlərə əsasən yaranmş borcun ödənilməsi ilə bağlı cavabdehə vergi hesab fakturaları ünvanlanmışdır.
5. İddiaçı tərəfindən cavabdehə 2018-ci il 27 noyabr tarixdə pretenziya məktubu ünvanlanaraq 76.521,68manat məbləğində borcun 3 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət oluna cağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2018-ci 18 dekabr tarixində "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən müqavilə üzrə 66.521,68 manat qalıq borc, 10.000 manat dəbbə pulu, cəmi 76.521,68 manat borcun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı 2019-cu il 7 fevral tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən cavabdehdən Müqavilə üzrə 61.521,68 manat qalıq borc, 10.000 manat dəbbə pulu olmaqla, cəmi 71.521,68 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında Müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə Bakı şəhəri, Mikayıl Müşfiq 1 C ünvanında yerləşən mehmanxananın müxtəlif növ otaqların satışını təklif etmişdir. Kredit məlumatları təqdim edildiyi və mehmanxana tərəfindən təsdiq edildiyi halda, qaimələr qonağın mehmanxanadan çıxmasından 30 gün müddətində ödənilməlidir. Agentlik hər hansı qaimə üzrə 30 gün müddətində ödəniş etməzsə, aylıq olaraq qalan məbləğin 2% dərəcəsində cərimə ödəməyi öz üzərinə götürür. Lakin bir müddət keçdikdən sonra icarəçi "xxxx" MMC öz vəzifələrini icra etməkdən yayınmış, müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri y erinə yetirməmişdir. Nəticədə, 2018-ci il 1 noyabr tarixə cavabdehin Müqavilə üzrə 66.521,68 manat əsas borcu və 10.000 manat dəbbə pulu, cəmi 76.521,68 manat borcu qalmışdır. İcarəçi "xxxx" MMC iddiaçı tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçıya borcunu ödəməkdən boyun qaçırmışdır.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425.1, 430.1, 442, 443, 445.1, 448.1, 448.2, 462.1, 684.1, 685.2, 688.1.1, 700.1, 700.2, 700.3-cü maddələrinə; “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinad edilmişdir.
10. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 2019-cu il 11 mart tarixli məhkəmə iclasında iştirak edərək tərəflər arasında bağlanmış müqaviləni mübahisələndirməmiş, borc ü zrə ödənişlər olunduğunu, qarşı tərəfin borc məbləğini şişirdiyini göstərərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasını xahiş etmiş və həmin məhkəmə iclasında məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin olunmuşdur.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2019cu il 24 oktyabr tarxli 10203 saylı Ekspert Rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərə (səyahət agentliyinin qiymət razılaşması, hesab fakturalar, hesabdan çıxarış və.s) əsasən Müqavilə üzrə ödənişlər də nəzərə alınmaqla "xxxx" MMC-nin "xxxx" MMC-nə borcu əsas borcu 61.521,68 manat əsas borcu, 10.000 manat dəbbə pulu müəyyən edilmişdir. 12. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2019-cu il 6 dekabr tarixli 2-2(81)403/2019 saylı qətnamə si ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 61.521,68 manat əsas borc, 615.21 manat dəbbə pulu, cəmi 62.143,89 manat tutularaq iddiaçıya ödənilməsi edilmişdir (hakim – F.Mədətli).
13. Birinci instansiya məhkəməsi iş materiallarından və işin araşdırılmış hallarından müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında satış agenti münasibəti mövcud olmuşdur, həmin münasibətlər zəminində kredit məlumatları təqdim edildiyi və mehmanxana tərəfindən təsdiq edildiyi halda qaimələr qonağın mehmanxanadan çıxmasından 30 gün müddətində ödənilməli olduğu halda ödənilməmiş, bununla da iddiaçıya 66.521,68 manat məbləğində borcu yaranmış, məhkəmə gedişatı ərəfəsində cavabdeh tərəfindən iddiaçıya 5.000 manat ödənilmiş, lakin geri qalan qalıq borc ödənilməmişdir.
14. Həmçinin, işin hallarına uyğun olduğundan Məhkəmə qeyd olunan ekspert rəyini (bax yuxarıda §11) tam qəbul edir.
15. Eyni zamanda Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehdən tələb etdiyi 10.000 manat cərimə məbləği əsas borc məbləğinə nisbətdə tənasübsüz şəkildə yüksək olduğundan azaldılaraq əsas borcun 01 %-i, 615.21 manat məbləğində müəyyən edilməli, qalan hissədə cərimə tələbi təmin edilməməlidir.
16. Məhkəmə mövqeyini MM-in 385.1, 442, 462.1, 467-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 101.3, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh 2021-ci 6 dekabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməs indəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli 2-2(103)-215/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən - V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövgeyi ilə razılaşaraq hesab etmişdir ki, işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən olunmuş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli hüquq normaları düzgün tədbiq olunmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə əsaslandırmışdır (bax yuxarıda §16).
21. Həmin qətnamə 2022-ci il 1 aprel tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
22. Cavabdeh həmin qətnamədən 2022-ci il 24 may tarixində kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 385.1, 442; MPM-in 217-ci maddələrinin tələbləri pozulmuşdur - "xxxx" MMC ilə Bakı şəhəri, M.Müşfiq küç,1 C ünvanındakı mehmanxana ilə heç bir müqavilə bağlanmamışdır. İddiaçı MMC-nin Bakı şəhəri, M.Müşfiq küç,1 C ünvanındakı mehmanxananın adından müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Mehmanxana tərə findən təqdim edilən sifariş sənədlərin çoxu "xxxx" MMC tərəfindən verilmiş sifarişlər deyildir. Həddindən artıq sifariş sayları göstərilmişdir. Məhkəmə baxşı zamanı məhkəmə həmin qeyd olunan mehmanxanın təqdim etdiyi əsli olmayan kopya sənəd vərəqlərin hər biri ayrı-ayrılıqda yoxlanılaraq həqiqətən "xxxx" MMC tərəfindən sifariş verildiyi yoxlanılmalıdır. Lakin məhkəmə bunu araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət (MPM-in 405.0.2ci maddəsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən bərpa edilməklə verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələbləri nə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müdd əalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §22) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli 2-2(103)215/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.
32. Belə ki, kassator qeyd edir ki, "xxxx" MMC ilə Bakı şəhəri, M.Müşfiq küç,1 C ünvanındakı mehmanxana ilə heç bir müqavilə bağlanmamışdır. İddiaçı MMC-nin Bakı şəhəri, M.Müşfiq küç,1 C ünvanındakı mehmanxananın adından müqavilə bağlamaq səlahiyyəti olmamışdır.
33. Halbuki, iş materiallarından da göründüyü kimi İddiaç ı MMC-ti ilə "xxxx" MMC arasında 2017-cı il 1 aprel tarixdə Səyahət Agentinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən "xxxx" MMC "xxxx" MMC-yə Bakı şəhəri, Mikayıl Müşfiq 1 C ünvanında yerləşən mehmanxananın müxtəlif növ otaqların satışını təklif etmişdir. Kredit məlumatları təqdim edildiyi və mehmanxana tərəfindən təsdiq edildiyi halda, qaimələr qonağın mehmanxanadan çıxmasından 30 gün müddətində ödənilməlidir; Agentlik hər hansı qaimə üzrə 30 gün müddətində ödəniş etməzsə, aylıq olaraq qalan məbləğin 2% dərəcəsində cərimə ödəməyi öz üzərinə götürür.
34. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında satış agenti münasibəti mövcud olmuş, həmin münasibətlər zəminində kredit məlumatları təqdim edildiyi və mehmanxana tərəfindən təsdiq edildiyi halda qaimələr qonağın mehmanxanadan çıxmasından 30 gün müddətində ödənilməli olduğu halda ödənilməmiş, bununla da cavabdehin iddiaçıya 66.521,68 manat məbləğində borcu yaranmış, məhkəmə gedişatı ərəfəsində cavabdeh tərəfindən iddiaçıya 5.000 manat ödənilmiş, lakin geri qalan qalıq borc ödənilməmişdir.
35. Bu baxımdan kassasiya şikayətində İddiaçı MMC-nin müqavilə bağlamaq səlahiyyətinin olmadığını göstərən cavabdeh tərəfindən mübahisənin məhkəmə icraatı ərəfəsində 5000 manat ödəniş etməsi anlaşılan deyildir.
36. Həmçinin birinci instansiya məhkəməsindəki icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası da "xxxx" MMC-nin "xxxx" MMC-yə əsas borcu üzrə 61.521,68 manat və 10.000 manat dəbbə pulu müəyyən etmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nət icə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 28) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 28) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli 22(103)-215/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanı