Məhkəmə qərarları › İş №2-2(102)-666/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-666/2022

13.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-666/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyul tarixli 2-2(103)-678/2022 saylı qətnaməsindən verilmiş cavabdeh tərəfindən kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İŞİN HALL ARİ 1. 2021-ci il 30 iyul tarixində təsdiq edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, **********10010 nömrəli abonent kodu olan İddiaçı MMC-nin qaz sayğacına baxış keçirilərkən ARDNŞ-in 2021-ci il 24 iyun tarixli, SS29/1640-01378 saylı rəyinə əsasən G1000 markalı 83052697 turbin tipli “Elster” qaz sayğacının implus ötürücüsünün nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 67554 m3 az olduğu aşkar edilmişdir. 2. 2021-ci il 24 iyun tarixli, SS 29/1640-01378 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Cavabdeh İB-nin SOCAR**********31791640X01378 saylı 2021-ci il 14 iyun tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış Xaçmaz rayon xidmət sahəsinin İddiaçınun qaz xətti üzərində qura şdırılmış G1000 markalı 83052697 nömrəli turbin tipli “Elster” qaz sayğacı xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış, 2021-ci il 24 iyun tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. Həmin akta əsasən, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Göstəricilər arasında fərq var. Hesablama mexanizminin sağ tərəfinə vurulan qurğuşun plombun üzərində heç bir informasiya yoxdur. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. Arxivlərə əsasən korrektor 2021-ci il 27 mart saat 16:00-dan sonra qeydiyyat aparmayıb. 2020-ci il 24 oktyabr - 2021-ci il 27 mart tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3,93 bar, korreksiya olunmuş maksimal qaz həcmi 1881 m3, korreksiya olunmamış qaz həcmi 800 m3 qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 53 ay (2019) qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücüsünün nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 67554 m3 azdır. Pbaza=1.01325, Tbaza=20 dərəcə selsidir. Korrektor hesabatı tam aparmadığından, istismara yararsızdır.

3. İddiaçı MMC-nin abonent saldosundan görünür ki, qalıq və aktlar qrafasında 2021-ci ilin avqust ayına 21.375,80 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan sonra - “iddiaçı”) cavabdeh Azəriqaz İB-nə qarşı (bundan sonra - “cavabdeh”) iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, hesablanmış 21.375,80 manat borcun əsassız olduğu üçün silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı meyvə və tərəvəz konservləşdirilməsi istehsalı sahəsində 2003-cü ildən bəri Azərbaycan Respublikasında, Xaçmaz şəhərində fəaliyyət göstərən nəinki, Azərbaycan Respublikasının, ümumilikdə, Cənubi Qafqazın ən iri konserv istehsalı müəssisəsidir. Zavodun fəaliyyəti üçün illik olaraq təxminən 400-500 arası fermerdən müxtəlif məhsullar alınır və hər il ortalama 300350 nəfər cəmiyyətdə işlə təmin olunur. MMC-nin qaz xətti üzərində quraşdırılmış G1000 markalı, 83052697 nömrəli turbin tipli “Elster” qaz sayğacı 2021-ci il 17 iyun tarixində xətdən çıxarılmış və cavabdehin Meterologiya Depa rtamenti ilə Azərbaycan Meterologiya İnstitutu tərəfindən 2021-ci il 24 iyun tarixində SS № 29/1640-01378 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” akt tərtib edilmişdir. Aktda texniki nasazlığa istinad olunaraq 2021-ci ilin mart - iyun ayları ərzində qaz sərfiyyatının faktiki göstərilən həcmindən 67554 kub metr az olduğu müəyyən edilmiş və buna müvafiq olaraq cavabdehin X3 İstismar İdarəsi (bundan sonra - “XRQİİ”) tərəfindən iddiaçının 21.375,80 manat borcu olduğu qənaətinə gəlmişdir.

6. İddiaçının qaz xətti əsas qaz xəttindən həmin ərazidəki digər müəssisə olan kərpic zavodu ilə birlikdə fəaliyyət göstərməkdədir. Yoxlama nəticələrinin obyektivliyinə əmin olmaq üçün XRQİİ-nin əməkdaşlarından qaz xəttinin mərkəzində yerləşdirilmiş ROK ölçü cihazının göstəricilərindən həm in aylarda Kərpic Zavodunun sərf etdiyi qaz həcmini çıxmaqla iddiaçının üzərinə düşən 4 aylıq sərfiyyatın verilməsi istənilmiş, rəsmi qaydada məktubla müraciət olunmuş, lakin bu günə qədər məktuba rəsmi cavab verilməmişdir. Belə olduğu təqdirdə qeyd olunan artıq sərfiyyatın və borcun əsassız olması ilə bağlı tərəflərindən əsaslı şübhələr yaranmış, bununla bağlı cavabdehə 2021-ci il 22 noyabr tarixli, 50 nömrəli pretenziya məktubu ilə müraciət olunmuşdur. Lakin cavabdehin 2021-ci il 13 dekabr tarixli məktubu ilə tələbləri təmin edilməmiş və bu istiqamətdə mötəbər və effektiv araşdırma aparılmamışdır.

7. Mübahisənin barışıq yolu ilə aradan qaldırılması üçün cavabdehə 2022-ci il 13 yanvar tarixində “Mediasiya prosesinin tətbiqi barədə təklif” ilə müraciət edilsə də, cavabdeh bununla bağlı hər hansı bir addım atmamış, mediatorun çağırışlarına gəlməmiş və X1 iştirak etməmişdir. Bu fakt MBŞ/4-00374 nömrəli, 2022-ci il 17 fevral tarixli “X1 İştirak edilməməsi barədə Arayış” ilə sübut olunur.

8. Qaz xəttinin mərkəzində yerləşdirilmiş ROK ölçü cihazının göstəricilərindən 2021-ci ilin mart - iyun ayları ərzində Kərpic Zavodunun sərf etdiyi qaz həcmini çıxmaqla iddiaçının üzərinə düşən 4 aylıq sərfiyyat barədə rəsmi məlumatların verilməməsi hesablanmış 21.375,80 manat borcun əsassız olmasına dəlalət etdiyi və cavabdeh ilə mübahisənin məhkəməyəqədər həlli ilə bağlı atılan addımlar nəticə vermədiyi üçün, pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan son ra - “MM”) 425.1, 442-ci maddələrinə istinad edilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 26 may tarixli, e-2-2(113)1939/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim E.Əliyev).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında ” Əsasnamənin tələblərinə əməl edilməmiş, aparılan yoxlamaları vahid məlumat reyestrində qeydə alınmamışdır. Buna görə də cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, iddiaçının **********10010 nömrəli abonent koduna 2021-ci il 30 iyul tarixli ******* nömrəli akta əsasən hesablanmış 21.375,80 manat məbləğində borc silinməlidir.

12. Məhkəmə gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 31.2, 31.2.3, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə nin 1.4, 1.5, 5.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyul tarixli 2-2(103)-678/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

15. Apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış əlavə olaraq bildirmişdir ki, işdəki la boratoriya rəyindən və abonent saldosundakı məlumatlardan görünür ki, iddiaçının turbin tipli “Elster” qaz sayğacında nasazlıq yaranmış, bu səbəbdən elektron göstərici düzgün işləməmişdir. Sayğacda yaranmış bu nasaslığın istehlakçının təqsiri nəticəsində baş vermədiyi işin mübahisəsiz halıdır. Belə olan halda qaz sayğacında yaranmış nasazlığa görə istehlakçıya əlavə sərfiyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşdüyü halda cavabdeh bu hesablamanın qanuni əsasını göstərə bilməmişdir.

16. Azərbaycan Respublikasında qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyət 1998-ci il 30 iyun tarixində qəbul edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanun və Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 80 saylı 2011-ci il 12 may tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə tənzimlənir. Qeyd edilən Qanunda və Qaydalarda istehlakçının təqsiri olmadan qaz sayğacında yaranmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması və bu hesablamanın mexanizmi nəzərdə tutulmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 5.2-ci maddəsinə qeyd edilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçıdan ödənilməsini tələb e də bilməz

17. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, istehlakçı tərəfindən sayğaca müdaxilə edilmədiyi hallarda qazın dəyərinin yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanması nəzərdə tutulmuşdur.

18. Abonent saldosundan görünür ki, istehlakçının hər ay istehlak etdiyi qaz sərfiyyatı, o cümlədən 2021-ci ilin iyul və avqust aylarının sərfiyyatı cavabdeh tərəfindən hesablanaraq saldoda qeyd edilmiş, iddiaçı hər ay hesablanmış borca uyğun ödənişlər həyata keçirmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda hesab etmişdir ki, iddiaçının qaz təchizatı sisteminə cavabdeh tərəfindən keçirilmiş baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi qanuni və əsas lıdır.

20. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, qaz sayğacı iddiaçının obyektindən kənar yerdə quraşdırıldığından sayğaca baxış sahibkarlıq sahəsində aparılan yoxlama kimi qiymətləndirilə bilməz.

21. Məhkəmə apellyasiya şikayətinin həmin dəlilinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3, 3.2, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndlərinin tələbləri baxımından qiymət verərək belə qənaətə gəlmişdir ki, qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxışın) qeydə alınmalıdır. Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, yoxlamanın hüquqi nəticəsi yoxdur.

22. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. «Qazdan istifadə Qaydaları”nın 1.3-cü maddəsinin tələbi pozulmuşdurqaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqımüqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. 24. “Qazdan istifadə Qaydaları”nın 3.3-cü maddəsinin tələbi pozulmuşdurkommersiya işinin hallarından və iddia ərizəsindən belə məlum olur ki, sayğac quraşdırıldıqdan sonra sayğac əvəzlənənə qədər qazdan istifadə olunmuşdur. Qeyd olunan sayğacın texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına istehlak çılar özləri məsuliyyət daşıyırlar. Ümumiyyətlə, məhkəmə tərəfindən iddiaçının abonent saldosunun təhlili aparılmamışdır. İddiaçı tərəfindən mübahisələndirilən 2021-ci ilin 4 aylıq dövründə (aprel - iyul ayları) 2020-ci ilin müvafiq dövrü ilə qaz sərfiyyatında nəzərə çarpacaq qədər azalma müşahidə olunur. İstehsalatda dayanma halı baş verməmişdirsə, qaz sərfiyyatında bu qədər azalmanın yalnız sayğacın düzgün işləməməsi ehtimalını gücləndirir. Belə ki, 2020-ci ilin aprel ayında sərfiyyat 24.481,40 manat olduğu halda, 2021-ci ilin aprel ayında sərfiyyat 10.111 manat olmuşdur. Bu da sərfiyyatın yarı-yarıya azalması deməkdir. Müvafiq olaraq 2020-ci ilin may ayında 13.769,80 manat olduğu halda 2021-ci ilin may ayında 7980 manat, 2020-ci ilin iyun ayında 36.754 manat, 2021ci ilin iyun ayında 22. 873,20 manat, 2020-ci ilin iyul ayında 56.048,60 manat, 2021-ci ili iyul ayında isə 40.564,40 manat olmuşdur. Saldonu ötən ilin müvafiq ayları üzrə müqayisə etdikdə qaz sərfiyyatında kəskin azalmanın nəzərəçarpacaq dərəcədə azaldığı görürünür. Apellyasiya instansiya məhkəməsi isə bu halı nəzərə almamış ümumiyyətlə bu hissədə məhkəmə araşdırması aparılmamışdır. 25. “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinin tələbi pozulmuşdur- qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaz sayğacı balans mənsubiyyəti sərhəddində quraşdırılmış qurğudur və sahibkarlıq subyekt i ərazisinə daxil deyil. Bundan əlavə, cavabdeh öz təşəbbüsü ilə iddiaçıya məxsus sayğacın əvəzlənməsini həyata keçirməmiş və iddiaçının iddia etdiyi kimi, yoxlama aparmaq kimi bir niyyəti olmamışdır. Bu ölçmə cihazının düzgün işləməməsi nəticəsində yaranmış zərurətdən irəli gələn hal olmuşdur. 26. “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinin tələbi pozulmuşdur-həmin maddənin təhlili zamanı müəyyən olunur ki, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşin hallarına nəzər saldıqda görürük ki, iddiaçı həm Qaydalara əsasən həm də tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə qoyulmuş öhdəliyi icra etməmişdir. 27. “Qazdan istifadə Qaydaları”nın 5.2 və 5.4-cü bəndlərinin tələbi pozulmuşdur- qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Bu müddəaya əsasən sayğaca baxış keçirilməsi yoxlama hesab oluna bilməz. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacının işləmədiyi dövrdə qazın dəyəri üzrə hesablaşmalar aparıla bilər. Belə olan halda, məhkəmə bu iş üzrə ekspertiza təyin etməli faktiki sərfiyyata görə hesablanmalı olan borc məbləğini müəyyən etməli olduğu halda bunu etməmiş, əvəzində isə hesablanmış bütün borc məbləğini silməklə konkret dövr üzrə istehlak olunmuş və dəyəri ödənilməmiş borc məbləğini silmişdir. Bununla da, maddi hüquq normasının pozuntusuna yol verilmişdir. Hər bir halda əgər məhkəmə sərfiyyata görə hesablanmış borc məbləğini artıq hesab etmişdirsə belə bun u qətnamədə qanuni əsaslarla göstərməli idi. Məhkəmə bu hala qiymət verməməklə iş üzrə ədalətli məhkəmə qətnaməsi qəbul etməmişdir.

28. MPM-in 77, 88, 217, 220.4-cü maddələrinin tələbləri pozulmuşdur-işin materiallarından göründüyü kimi qeyd olunan borc məbləği istismarda olan qaz sayğacının düzgün işləmədiyi dövr üçün istehlak olunan qaz sərfiyyatının hesablanması nəticəsində yaranmışdır. Sayğacda hesablana bilməyən bu fərq isə fiziki korreksiya olunaraq abonent hesabına daxil edilmişdir. Beləliklə, sayğacın yerinə yetirə bilmədiyi funksiya fiziki olaraq icra edilmişdir. Həmçinin, iddiaçı tərəf olaraq qaz hesabatının sadəcə qanunsuz aparılması bildirilsə də, bununla bağlı heç bir sənədləşmə təqdim etməmişdir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməd ə borcun silinməsinə səbəb olan hallar araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinin tələblərinin pozulduğunu qeyd etsə də, bu pozuntunun nədən ibarət olduğunu, apellyasiya instansiyasının qeyd olunan maddi hüquq normasını hansı hissədə pozduğunu və bu pozuntunun qəbul edilmiş qətnamənin qanuniliyinə və əsaslılığına hansı hissədə təsir etdiyini əsaslandıra bilməmişdir. 30. “Qazdan istifadə Qaydaları”nın 3.3-cü bəndində qeyd olunan öhdəliklər istehlakçının sənaye qaz qurğusu ilə bağlı öhdəlikləridir. Qaydaların 1.2-ci bəndinin məzmunundan göründüyü kimi, sayğac sənaye qaz qurğusu deyildir. Sənaye qaz qurğusu qazın istehlak edilməs ini təmin edən qurğudur. Sayğac isə istehlak edilən qazın sərfiyyatını müəyyən edən cihazdır. Beləliklə, istehlakçının həmin Qaydaların 3.3-cü bəndində qeyd olunan vəzifələri sayğacla bağlı deyil, sənaye qaz qurğusunun rejimsazlama işləri ilə bağlıdır.

31. Sayğacın apellyasiya məhkəməsi tərəfindən 2020 və 2021-ci ilin eyni dövrü üzrə qaz sərfiyyatının müqayisə edilməməsi dəlilinə gəldikdə isə aşağıdakılar qeyd edilməlidir; cavabdeh 2021-ci ildə (aprel-iyul ayları) ötən ilin eyni dövrü ilə müqayisədə qaz sərfiyyatının azaldığını və bunun apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmadığını qeyd edir. Lakin cavabdeh həmin müddət ərzində qaz sayğacına mütəmadı olaraq baxış keçirərərək sərfiyyatı qeydə almış, qaz sayğacının dəyişdirilməsinin və ya təmir olunmasının zəruriliyi haqqında istehlak çıya hər hansı tələb irəli sürməmişdir. Əksinə, cavabdeh qaz sərfiyyatını qeydə almış və bütün sərfiyyatın dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Qeyd olunan Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

32. Cavabdeh Qaydal arın 4.1-ci bəndinə istinad edərək qeyd etmişdir ki, balans mənsubiyyəti sərhədində qaz sayğacı quraşdırılmalıdır. Deməli, cavabdeh özü qəbul edir ki, qaz sayğacı qaz paylacısı ilə qaz istehlakçısının mənsubiyyət sərhədini müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndində isə balans mənsubiyyətinə aşağıdakı kimi anlayış verilir: Balans mənsubiyyəti sərhədi-qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxs lərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

33. Beləliklə, qeyd olunan normaların məzmunundan göründüyü kimi, paylayıcı ilə istehlakçının balans mənsubiyyət sərhədində qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla aparılan bütün yoxlamalar sahibkarlıq sahəsində aparılan yoxlama hesab olunur. Sözügedən yoxlama isə qaz sayğacının göstəricisinin oxunması məqsədilə deyil, sahibkar barəsində akt tərtib edərək onun üçün 21.375,80 manat məbləğində öhdəlik yaratmağa xidmət etmişdir.

34. Halbuki, qeyd oluna n Qanunun 4.2.9 və 4.2.14-cü maddələrinə görə yoxlamalar qanun pozuntularının qarşısının alınmasının cəzalandırılmadan üstünlüyü və yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması və sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasında sahibkara köməklik göstərilməsinə xidmət etməsi prinsiplərinə əsaslanmalıdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən Qaydaların 4.1-ci bəndinin tələblərinin pozulması barədə cavabdehin arqumenti tamamilə əsassızdır.

35. Bundan başqa, iddiaçı cavabdehin ona təqdim etdiyi hesab üzrə qazın dəyərini tam ödəmişdir. Lakin cavabdeh nə dəymiş zərəri, nə də dəymiş zərərə görə iddiaçının təqsirini isbat edəcək hər hansı dəlil təqdim etməmişdir. Halbuki, sahibkarlıq fəaliyyətində aparılan yoxlamalar “Sahibkarlıq sahəsində apar ılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 4.2.2-ci maddəsinə əsasən sahibkarın təqsirsizlik prezumpsiyasına əsaslanmalıdır.

36. Cavabdeh qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyətin hüquqi şəxsin daşıdığını və müqaviləyə əsasən həmin öhədliyin iddiaçının üzərində olduğunu qeyd edir. Lakin cavabdeh sayğacın 2021-ci ilin aprel, may, iyun, iyul aylarında işlək vəziyyətdə olmadığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Əksinə qaz sərfiyyatına görə cavabdeh tərəfindən hesab təqdim edilmiş və iddiaçı da həmin məbləği ödəmişdir.

37. Bundan əlavə cavabdehin qeyd etdiyinin əksinə olaraq, “Qazdan istifadə Qaydaları"na 3 nömrəli əlavə olan Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavil əsinin 2.1.13-cü bəndinə əsasən “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlanılmasından keçirmək qaz paylayıcısının vəzifəsidir.

38. Cavabdeh kassasiya şikayətində maddi hüquq normasının pozuntusu kimi “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinin 1-ci cümləsini qeyd etsə də, davamını qeyd etməkdən yayınmışdır. Belə ki, həmin normanın tam məzmunu belədir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın q az paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

39. Sözügedən yoxlama qaz sayğacının göstəricisinin oxunması məqsədilə deyil, sahibkar barəsində akt tərtib edərək onun üçün 21375,80 manat məbləğində öhdəlik yaratmağa xidmət etmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsi həmin yoxlamanı haqlı olaraq sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlama kimi qiymətləndirmişdir.

40. Bundan başqa, cavabdeh Qaydaların 5.4-cü bəndinə istinadən qeyd etmişdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaydaların 4.9-cu bəndi isə aşağıdakı kimidir: 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

41. Deməli, cavabdeh qəbul etmişdir ki, qaz sayğacı istehlakçının təqsiri olmadan zədələnmişdir. Belə olduğu təqdirdə istehlakçı barəsində hər hansı borc öhdəliyinin yaradılması qanunsuz olmuşdur. Qaz sayğacı istehlakçının təqsiri olmadan zədələnmişdir. Belə olduğu təqdirdə istehlakçı barəsində hər hansı borc öhdəliyinin yaradılması qanunsuz olmuşdur.

42. Bundan əlavə, hazırkı iş üzrə iddia tələbi s ağyac çıxarıldığı dövrlə bağlı deyildir. Sayğac mövcud olduğu dövrdə iddiçıya yazılmış əsassız borc öhdəliyi ilə bağlıdır. Cavabdeh heç bir məhkəmə instansiyasında sayğac işləmədiyi dövr üzrə hesablaşmaların aparılmasını tələb etməmiş, bu tələbi ilə bağlı qarşılıqlı iddia verməmişdir. Digər tərəfdən, mülki prosesdə tərəflər hüquq bərabərliyinə malikdir. İnzibati prosesdən fərqli olaraq mülki prosesdə məhkəmənin tərəflərə hüquqi yardım göstərmək öhdəliyi yoxdur. Beləliklə, cavabdehin bu dəlili də tam əsassızdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

43. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

44. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunili yi və əsaslılığı MPMin 403 və 416-cı maddələrinin tələblərinə əsasən tam yoxlanılacaqdır.

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ 46. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ Maddə 3.Ümumi tələblər...

5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı o lmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər....” “Maddə 5.Sənaye qaz qurğularına tələblər...

2. Sənaye qaz qurğularının yoxlanılması və sınaqdan keçirilməsi müvafiq icra hakimiyyəti orqanı, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və qaz eksperti (hətta qurğunu tikməyən və onu idarə etməyən podratçı) tərəfindən də həyata keçirilə bilər....” 47. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu n müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 2.Qanunun tətbiq dairəsi... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. “Maddə 3.Yoxlamaların qanuniliyi... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişi ndə aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Maddə 31.Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi... 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir:... 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod; …”

48. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət m ülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....” “V. Reyestrdən məlumatların verilməsi qaydası … 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır....”

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan isifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

50. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 51. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qayd alarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

52. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının mübahisələndiriyi borc məbləği 2021-ci il 30 iyul tarixində cavabdeh tərəfindən iddiaçı barəsində təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanılması nəticəsində tərtib olunmuş akta əsasən hesablanmışdır.

53. Apellyasiya instansiyası məhkəməsi tərəfindən akta əsasən hesablanmış borcun silinməsi tələbinə qiymət verilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.3, 3.2-ci maddələrinə, «Sahibkarlıq sahəsində a parılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4,1.5 və 5.2-ci bəndlərinə (bax yuxarıda § 19-22) istinad olunaraq qeyd olunmuşdur ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində aparılacaq yoxlama, Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeyd alınmadan aparılmışdır. Ona görə də, həmin yoxlamanın hüquqi qüvvəsi nəticəsi yoxdur, iddiaçıdan həmin yoxlama nəticəsində hesablanan zərərin əvəzi tələb oluna bilməz. 54.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəticəsini qanunvericiliyin qeyd olunan tələblərinə uyğun hesab edir və qeyd edir ki, vahid məlumat reyestri sahibkarlıq subyektlərinin hüquqlarının m üdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də, qanunvericiliyə əsasən, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsinin olmaması müəyyən edilmiş, həmin yoxlamaların gedişində aşkar edilmiş pozuntu faktları ilə bağlı məsuliyyət tədbirlərinin tətbiq edilməsi istisna edilmişdir.

55. Cavabdehin kassasiya şikayətinin iddiaçının istifadəsində olan qaz sayğacının sahibkarlıq subyektinin ərazisinə daxil olmaması səbəbindən, apellyasiya instansiyası məhkəməsinin § 53-də qeyd olunan maddi hüquq normalanını düzgün tətbiq etməməsinə dair dəlilləri ilə bağlı qe yd edilməlidir ki, cavabdeh tərəfindən sözügedən qaz sayğacının balans mənsubiyyəti sərhəddinə dair sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə nəticəsi, işin faktiki hallarına tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1-ci maddələrinin tələblərinə də uyğun olmuşdur.

56. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki (bax yuxarıda § 28), prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kolle giya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 88, 217 və 220.4-cü maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

57. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edildiyindən, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

58. Məhkəmə kollegiyası MPM-in 416-41 9-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyul tarixli, 2-2(103)-678/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov B.M.Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar