Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-668/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Kəmalə Abiyeva (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 oktyabr tarixli, 2-2(103)-301/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh1 və Cavabdeh2 qarşı tərəflər arasında bağlanmış 19 oktyabr 2018-cı il tariхli, 2 018/00396-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 kreditin əsas borcu üzrə 8862.70 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1331.36 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3210 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13404.06 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 8862.70 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1331.36 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3210 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13404.06 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2942/2020 saylı 19.11.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı (BOKT) ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair» iddia tələbi qismən təmin olunmuşdur. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apel lyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-301/21 saylı 08.04.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 21 sentyabr 2021-ci il tarixində ərizə və qətnamədən kassasiya şikayəti ilə məhkəməyə müraciət edrərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-301/21 saylı 08 aprel 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətinin ötürülməmiş hesab edilərək, kassasiya şikayətinin Ali Məhkəməyə göndərilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 oktyabr tarixli 2-2(103)-301/21 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş prosessual müddətin ötürü lməmiş hesab edilməsi barədə ərizə təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh tərəfindən 19.11.2021-ci il tarixində kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2021-ci il 19 noyabr tarixində verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllə (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş redaksiyası) 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Məcəllənin 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 aprel tarixli, 2-2(103)-301/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov
Məhkəmə qərarları › İş №2-2(102)-668/2021
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-668/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver