Məhkəmə qərarları › İş №2-2(102)-669/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-669/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-669/2021 21.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı və vəkili Vəkil3 şikayətini nəzərdən keçirərək Müəyyən etdim:

1. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə (üçüncü şəxs LPO QSC “Bank Standard” KB ) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan tələbin həcmini azaldaraq ləğv prosesində olan QSC “Bank Standard” KB-nin 02.02.2016-cı il tarixli, KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 9.469.166,67 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında 8 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzilə tutma yönəldilməsi, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin 15.04.2016-cı il tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 12 252 469,87 manat əsas borc, 7.164,00 manat faiz borcu olmaqla, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 21.728.800,54 mülkiyyətçilərə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMCdən və X1 birgə qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının cavabdehlər "xxxx" MMC, "xxxx" MMC-dən və X1 birgə qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 iyun tarixli, 2-2(113)-15/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin 02.02.2016-cı il tarixli KBS16- 1823 nömrəli kredit müqaviləsi üzrə iddiaçı AR Mərkəzi Bankı qarşısında 9.469.166,67 manat kredit borcunun və 15.04.2016-cı il tarixli, KBS161839 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 12.252.469,87 manat məbləğində əsas borc, 7.164 manat faiz borcu olmaqla, cəmi 12.259.633,87 manat məbləğində kredit borcunun, ümumilikdə 21.728.800,54 manat məbləğində borcun ödənilməsi üçün Cavabdeh1 MMC-yə xüsusi hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə, Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən 1 87 kv.m. ümumi sahədən ibarət mənzilə tutmanın yönəldilməsi, həmin əmlaklar ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracda satılması, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 6.568.000 manat məbləğində; ünvan 3 ünvanında yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 788.000 manat məbləğində; ünvan 3 ünvanında yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilin ilkin satış qiyməti 1.159.000 məbləğində müəyyən edilsin. Əmlakların satışından əldə olunmuş vəsait hesabına AR Mərkəzi Bankının borc tələbi (ipotekanın qeydə alınması ardıcıllığı ilə əvvəl 02.02.2016-cı il tarixli KBS1 6-1823 nömrəli kredit müqaviləsi üzrə borc tələbi, sonra isə 15.04.2016-cı il tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə borc tələbi) və tutmanın yönəldilməsi ilə bağlı xərclərin ödənilməsi, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin satışından əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda artıq qalmış məbləğin Cavabdeh1 MMC-yə qaytarılması, ünvan 3 ünvanında yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilinin satışından əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda artıq qalmış məbləğin Cavabdeh2 MMC-yə qaytarılması, mütəxəssis rəylərinin alınmasına çəkilmiş xərclər cavabdehlərdən müştərək qaydada tutularaq - 800 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-yə, 1000 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

3. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 03 noyabr tarixli, 2-2(103)-1201/2021 saylı qərardadı ilə Cavabdeh1 MMC-nin və üçüncü şəxs LPO QSC “Bank Standard” KB-nin apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 iyun tarixli, 2-2(113)-15/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş, mütəxəssis rəylərinin alınması ilə əlaqədar "xxxx" MMC-yə ödənilməli olan 800 manat, "xxxx" MMC-yə ödənilməli olan 1000 manat iddiaçıdan tutulmuşdur.

4. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı və vəkili Vəkil3 tərəfindən Bakı Apely asiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 03 noyabr tarixli, 22(103)-1201/2021 saylı qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilmişdir.

5. Məhkəmə Kollegiyası kassasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyi üçün onun qəbulundan imtina edilməlidir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə hə yata keçirilir. 7. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, iddiaçı tərəfindən kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməmişdir.

8. Azərbaycan Respublikası MPM-nin 408.1.7-cü maddəsinə əsasən kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

10. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı və vəkili Vəkil3 kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin. İş kassasiya şikayətinin qaytarılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar