Məhkəmə qərarları › İş №2-2(102)-669/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-669/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-669/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 Riza oğluna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, ipoteka müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 Riza oğluna, "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” təl əbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 14 may tarixli 2-2(104)-18/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2022-ci il 28 iyun tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X3 və həmin müqavilə üzrə kreditləşmənin xüsusi şərtlərinə dair 2022-ci il 30 iyun tarixli 2370/206 saylı əlavəyə əsasən borcalana illik faiz dərəcəsi 15%, olmaqla 36 ay müddətinə 350.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. 2. 2022-ci il 30 iyun tarixli 4082/206 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 2022-ci il 30 iyun ta rixli 2370/206 saylı əlavə üzrə borcalana verilmiş 350000 manat kredit üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 3. 2022-ci il 1 avqust tarixli 04/206 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1, tərəflər arasında bağlanmış 2022-ci il 28 iyun tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X3 və kreditləşmənin xüsusi şərtlərinə dair 2022-ci il 30 iyun tarixli 2370/206 saylı əlavə üzrə borcalanın iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyriyaşayış sahəsini ipoteka ilə yüklü etdirmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəyə müvafiq olaraq 2022-ci il 29 iyul tarixə 165000 manat məbləğində müəyyən edilmişdir. 4. 2022-ci il 9 avqust tarixli 03/206 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 2022-ci il 28 iyun tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X3 və kreditləşmənin xüsusi şərtlərinə dair 2022-ci il 30 iyun tarixli 2370/206 saylı əlavə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 426,4 kv.m olan bağ evini ipoteka ilə yüklü etdirmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəyə müvafiq olaraq 2022-ci il 20 iyul tarixə 172000 manat məbləğində müəyyən edilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 426,4 kv.m olan bağ evi Akkurt Kiyasın xüsusi mülkiyyətindədir.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquql arın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 426,4 kv.m olan bağ evinin və Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinin bankın xeyrinə ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. 8. 2023-cü il 13 sentyabr tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.

9. Gəncə şəhər Məhkəməsinin 2024-cü il 31 yanvar tarixli e-2(125)-377/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh4 Cavabdeh1 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı ASC ) qarşı Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzilin və Gəncə şəhəri, X4 küçəsi, 75D, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə iddiaçının payının müəyyən edilməsi barədə iddiası təmin edilərək, mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmış Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 44 nömrəli mənzilin və Gəncə şəhəri, X4 küçəsi 75D, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə Cavabdeh4, həmin əmlakların ½ hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi qət edilmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 15 oktyabr tarixli 2(104)-1752/2024 saylı qətnaməsinə əsasən iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı ASC tərəfindən verilmiş ape llyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhər Məhkəməsinin 2024-cü il 31 yanvar tarixli e2(125)-377/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il 4 mart tarixli 2(102)-858/2025 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh3 Riza oğluna, "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh4 (bundan sonra-birlikdə “cavabdehlər”, ayrıayrılıqda müvafiq olaraq-“borclu”, “zamin”, “ipoteka qoyan”, “Cavabdeh4”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2022-ci il 28 iyun tarixli **********28062022 saylı bank xidmətlərinin göstərilm əsi X3 və həmin müqavilənin maksimal borclanma limitinin xüsusi şərtlərinə 2023-cü il 10 may tarixli 399/206 saylı əlavəsinin kreditləşmənin xüsusi şərtlərinə dair 7854/206 saylı kredit müqaviləsi üzrə 155.713,06 manat, əsas borc, 8858,34 manat faiz borcu olmaqla, cəmi 164.571,40 manat borcun, 2022-ci il 28 iyun tarixli **********28062022 saylı bank xidmətlərinin göstərilməsi X3 kreditləşmənin xüsusi şərtlərinə dair 2022-ci il 30 iyun tarixli 2370/206 saylı əlavəsi üzrə 259.283,10 manat əsas borc, 14.936,79 manat faiz borcu, 316,27 manat cərimə borcu olmaqla, cəmi 274.536,16 manat kredit borcunun iddiaçının xeyrinə tutulması, borc tələbinin 2022-ci il 28 iyun tarixli **********28062022 saylı bank xidmətlərinin göstərilməsi X3 kreditləşmənin xüsusi şərtlərinə dair 2022-ci il 30 iyun tarixli 2370/206 saylı əlavəsinin təminatı kimi 2022-ci il 9 avqust tarixli 03/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, Gəncə şəhəri 6 saylı notariat ofisinin 2022-ci il 18 mart tarixli 7E-2686 reyestr nömrəli qeydi ilə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında bələdiyyə istifadəsində olan 0.04 ha torpaq sahəsi üzərində yerləşən, borclunun xüsusi mülkiyyətində olan ümumi sahəsi 426,4 kv.m olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsaitin hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, borc tələbinin kreditləşmənin xüsusi şərtlərinə dair 2022-ci il 30 iyun tarixli 2370/206 saylı əlavəsinin təminatı kimi bank xeyrinə ipoteka ilə yüklü edilmiş ipoteka qoyan arasında 2021-ci il 1 avqust tarixli 04/206 saylı ipoteka müqaviləsi bağlanmış və Gəncə şəhəri 6 saylı notariat ofisinin 2021-ci il 1 avqust tarixli 3M-501 reyestr nömrəli qeydi ilə Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 256.2 kv.m olan 75D saylı qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması və qeyd edilən kredit müqavilələri üzrə məhkəməyə müraciət etmək üçün ödənilmiş 410 manat dövlət rüsu munun (mediasiya xərci olaraq), 319,11 manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş torpaq sahəsinə görə 68 manat, qeyri-yaşayış sahəsi görə isə 152 manat dövlət rüsumunun borclu və zamindən iddiaçının xeyrinə tutulması, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin borclu və zamindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi işin yuxarıda göstərilən hallarına istinadla, onunla əsaslandırılmışdır ki, 2023-cü il 20 oktyabr tarixinə hesablanmış maliyyə arayışına əsasən 2022-ci il 28 iyun tarixli **********28062022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 2022-ci il 30 iyun tar ixli 2370/206 saylı əlavəsi üzrə cavabdehlərin 259.283.10 manat əsas borc, 14.936.79 manat faiz borcu, 316.27 manat cərimə borcu ümumilikdə 274.536.16 manat borcu qalmışdır. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən borclu və zamin hər ay ödəniş etməli olduqları halda, o bu öhdəliyi normal yerinə yetirməmişlər. Beləliklə 2023-cü il 20 oktyabr tarixə hesablanmış maliyyə arayışına əsasən 2022-ci il 28 iyun tarixli **********28062022 saylı Bank Xidmətlərinin Göstərilməsi X3 və həmin müqavilənin Maksimal boclanma limitinin Xüsusi Şərtlərinə 2023-cü il 10 may tarixli, 399/206 saylı Əlavəsinin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 7854/206 saylı kredit müqaviləsi üzrə cavabdehlərin 155713.06 manat əsas borc, 8858.34 manat faiz borcu, ümumilikdə 164571.40 manat borcu qalmış dır. Cavabdehlər kreditin qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir.

13. İşə birinci instansiya məhkəməsində baxılarkən, iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş "xxxx" MMC-nin 2024-cü il 24 yanvar tarixli UNİ/Yxx-xx/2024 saylı ekspert rəyində ipoteka qoyana məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyərinin 128.000 manat, likvid dəyəri isə 115.000 manat təşkil etməsi, həmiçinin borcluya məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 426,4 kv.m olan bağ evinin bazar dəyərinin 128.000 manat, likvid dəyərinin isə 109.000 manat təşkil etməsi göstərilmişdir.

14. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 6 may tarixli e-2-2(115)-81/2024 nömrəli qərardadı ilə iddia tələbinin Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən, borclunun xüsusi mülkiyyətində olan ümumi sahəsi 426,4 kv.m olan bağ evi satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması və Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 256.2 kv.m olan 75D saylı qeyri-yaşayış sahəsi satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması hissəsinə xitam verilmiş, iddiaçıya əmlaklar satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması ilə bağlı icra qurumuna müraciət etmək hüququ izah olunmuşdur.

15. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 6 may tarixli e-2-2(115)-81/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2022-ci il 28 iyun tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X3 kreditləşmənin xüsusi şərtlərinə dair 7854/206 saylı əlavə üzrə yaranmış 155713,06 manat kredit borcu, 8858,34 manat faiz borcu olmaqla, cəmi 164571,40 manat məbləğində pulun, 2022-ci il 28 iyun tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X3 kreditləşmənin xüsusi şərtlərinə dair 2022-ci il 30 iyun tarixli 2370/206 saylı əlavə üzrə yaranmış 259283,10 manat kredit borcu, 14936,79 manat faiz borcu, 316,27 manat cərimə olmaqla, cəmi 274536,16 manat məbləğində pul, ödənilmiş 410 manat mediasiya xərci, 319,11 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 68 manat və 152 manat dövlət rüsumunun borclu və zamindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, borc tələbinin 2022-ci il 9 avqust tarixli 03/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən borclunun mülkiyyətində olan ümumi sahəsi 426,4 kv.m olan bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərracdan satılması və bağ evinin ilkin satış qiymətinin 109000 manat həddində müəyyən edilməsi, borc tələbinin 2022-ci il 1 avqust tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 115000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən və əmlakla satıldıqdan sonra əldə edilən vəsait hesabına 259283,10 manat kredit borcu, 14936,79 manat faiz borcu, 316,27 manat cərimə olmaqla, cəmi 274536,16 manat məbləğində pul, ödənilmiş 410 manat mediasiya xərci, 319,11 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı bildirişlərin qeydə alınması üçün ödənilmiş 68 manat və 152 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 manat eksp ertiza xərcinin borclu və zamindən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, borclu və zamindən müştərək qaydada 700 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim G.Quliyeva).

16. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə borclu arasında 2022-ci il 28 iyun tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və ona qoşma 1-bağlanmış, tərəflər müqavilədə nəzərdə tutulmuş şərtlər barəsində razılaşmışlar. 2022-ci il 30 iyun tarixli 2370/206 saylı əlavəyə əsasən borcalana illik faiz dərəcəsi 15%, olmaqla 36 ay müddətinə 350000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmçinin 7854/206 saylı əlavəyə əsasən ona illik faiz dərəcəsi 16%, olmaq la 48 ay müddətinə 200000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı hər iki əlavələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə əlavələr üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur.

17. Məhkəmə qeyd etmişdir ki, borclunun 7854/206 saylı əlavə üzrə iddiaçıya 155.713,06 manat kredit borcu, 8.858,34 manat faiz borcu, 2370/206 saylı əlavə üzrə isə iddiaçıya 259.283,10 manat kredit borcu, 14936,79 manat faiz borcu, 316,27 manat cərimə borcu vardır. İddiaçı verdiyi kredit məbləğlərini, ona hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir.

18. Məhkəmə zaminin mülki məsuliyyətinə münasibətdə qeyd etmiş dir ki, o 2370/206 saylı və 7854/206 saylı əlavələr üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğlərini və həmin məbləğlərə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır.

19. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq belə qənaətə gəlmişdir ki, 7854/206 saylı əlavə üzrə yaranmış 155.713,06 manat kredit borcu, 8.858,34 manat faiz borcu olmaqla, cəmi 164.571,40 manat məbləğində pul, 2370/206 saylı əlavə üzrə yaranmış 259.283,10 manat kredit borcu, 14.936,79 manat faiz borcu, 316,27 manat cərimə olmaqla, cəmi 274.536,16 manat məbləğində pul müştərək qaydada borclu və zamindən tutularaq iddiaçıya ödənilməlidir.

20. Məhkəmə hesab etmişdir ki, borc tələbi 2022-ci il 28 iyun tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X3 kre ditləşmənin xüsusi şərtlərinə dair 2022-ci il 30 iyun tarixli 2370/206 saylı əlavənin təminatı kimi 2022-ci il 9 avqust tarixli 03/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən borclunun mülkiyyətində olan ümumi sahəsi 426,4 kv.m olan bağ evinə yönəldilməli, həmin bağ evi açıq hərracdan satılmalı və bağ evinin ilkin satış qiyməti 109000 manat həddində müəyyən edilməli, borc tələbi 2022-ci il 28 iyun tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X3 kreditləşmənin xüsusi şərtlərinə dair 2022-ci il 30 iyun tarixli 2370/206 saylı əlavənin təminatı kimi 2022-ci il 1 avqust tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 75D ü nvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin qeyri-yaşayış sahəsi açıq hərracdan satılmalı və qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 115000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlakla satıldıqdan sonra əldə edilən vəsait hesabına cəmi 274536,16 manat məbləğində pul iddiaçıya ödənilməlidir.

21. Cavabdeh4 nümayəndəsi Vəkil1 iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsinin Cavabdeh4 münasibətdə təmin edilməməsini xahiş etmişdir.

22. Bununla bağlı müəyyən edilmişdir ki, Gəncə şəhər Məhkəməsinin 2024-cü il 31 yanvar tarixli e-2(125)-377/2024 saylı qətnaməsinə əsasən Cavabdeh1 ilə Cavabdeh4 arasında 2017-ci il21 oktyabr tarixində Moskva VVAQ idarəsinin Babuşkino VVAQ şöbəsində 2165 akt qeydi ilə nikah qey də alınmış və onlara Vİ-MÖ seriyalı 528777 saylı nikah haqqında şəhadətnamə verilmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsi tam olaraq Cavabdeh1 mülkiyyətində olmuş, 2022-ci il 1 avqust tarixində Bankın xeyrinə 2370/206 saylı əlavə üzrə verilmiş kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən ipoteka qoyan ipoteka predmeti üzərində digər şəxslərin ona məlum olan bütün hüquqları barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etmək vəzifəsi daşımışdır.

24. Belə ki, tərəflər arasında bağlanmış 2022-ci il 1 avqust tarixli 04/206 nömrəli ipoteka müqaviləsinin 2.5-ci bəndində qeyd edilmişdir ki, ipoteka qoyan bəyan edir ki, ipoteka predmeti üzərind ə üçüncü şəxsin onlara məlum olan hər hansı hüquqları, ipoteka predmetinin yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisləri mövcud deyil. Bu bənddə qeyd edilmiş məlumatın düzgün verilməməsi ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya bu müqavilənin şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Lakin ipoteka qoyan ipoteka saxlayana ipoteka predmeti barəsində ölkə hüdudlarından kənarda bağlanmış nikah, nikaha əsasən arvadın ərə məxsus qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqları ola biləcəyi ilə bağlı yazılı hər hansı məlumat verməmiş, ipoteka predmetinə dair üçüncü şəxsin hüquqlarının olmamasını bəyan etmişdir.

25. Məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan qeyri-yaşayış sahə sinin ½ hissəsinə Cavabdeh4 payının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi 2024-cü il 31 yanvar tarixində qəbul edilmiş və qanuni qüvvəsini almamışdır. İpoteka müqaviləsi bağlandıqdan sonra ipoteka predmetinin ½ hissəsinə Cavabdeh4 payı müəyyən edilsə belə ipoteka qüvvəsini itirmir. Belə ki, ipoteka müqaviləsinin 2.7-ci bəndində tərəflər razılaşmışlar ki, bu müqaviləyə əsasən ipoteka predmeti hər hansı bir səbəbdən, o cümlədən vərəsəlik qaydasında başqa şəxsə keçdikdə, habelə ipoteka qoyan öldükdə ipoteka qüvvədə olur. Odur ki, ipoteka predmeti tam və ya hissəvi başqa şəxsə keçsə belə ipoteka qüvvədə qalır və tutmanın tam deyil, hissəvi ipoteka predmetinə yönəldilməsi üçün hər hansı bir əsas yoxdur. Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinə tam olaraq tutma yönəldilməlidir.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 470.1, 472.2, 739, 269.1, 269.4 və 319.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 10.8, 30.5 və 34.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-«MPM”) 14.2, 77.1, 88, 119.1, 119.2, 124.1, 217.3 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

27. Cavabdeh4 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin 2022-ci il 30 iyun tarixli 2370/206 saylı əlavənin təminatı kimi 2022-ci il 1 avqust tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X4 küç əsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi hissəsində qismən ləğv edilməsi, tutmanın Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinin ½ hissəsinə yönəldilməsinə dair yeni qətnamənin çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 14 may tarixli 2-2(104)-18/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – borc tələbinin 2022-ci il 28 iyun tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X3 kreditləşmənin xüsusi şərtlərinə dai r 2022-ci il 30 iyun tarixli 2370/206 saylı əlavənin təminatı kimi 2022-ci il 1 avqust tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, borc tələbinin 2022-ci il 28 iyun tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X3 kreditləşmənin xüsusi şərtlərinə dair 2022-ci il 30 iyun tarixli 2370/206 saylı əlavənin təminatı kimi 2022-ci il 1 avqust tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinin ipoteka qoyana məxsus ½ hissəsinə yönəldilmə si, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər G.Cavadova və R.Məcidov).

29. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 avqust tarixli 2-2(104)-18/2025 nömrəli qərardadı ilə qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi, qətnamənin nəticə hissəsində yazılmış “Apellyasiya şikayəti təmin edilsin.” cümləsinin “Apellyasiya şikayəti qismən təmin edilsin.” kimi oxunması qərara alınmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini kredit borcunun əsas məbləği, hesablanmış faiz borcu hissəsində və cərimə hissəsində tam təmin etməkdə haqlı olmuşdur.

31. Məhkəmə kollegiyası kredit borcunun ödənilməsi üçün tələbin ipoteka predmetlərinə yönəldilməsi hissəsində də birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşmışdır.

32. Belə ki, işdən göründüyü kimi məhkəmə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiricinin rəyini almış və düzgün olaraq müəyyən edilmiş ilkin satış qiymətləri ilə onların hərraca çıxarılmalarını qət etmişdir.

33. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi 2022-ci il 9 avqust tarixli 03/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən borclunun mülkiyyətində olan ümumi sahəsi 426,4 kv.m olan bağ evinə yönəltməkdə haqlı olmuşdur.

34. Bununla belə məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan məhkəmə qətnamələri ilə müəyyən edilmişdir k i, Cavabdeh4 Cavabdeh1 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzilin və Gəncə şəhəri, X4 küçəsi, 75D, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə iddiaçının payının müəyyən edilməsini xahiş etmiş və onun iddiası təmin edilərək mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmış Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 44 nömrəli mənzilin və Gəncə şəhəri, X4 küçəsi 75D, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə Cavabdeh4, həmin əmlakların ½ hissəsinə Cavabdeh1 payları müəyyən edilmişdir.

35. Apellyasiya məhkəməsi hesab etmişdir ki, borc tələbi 2022-ci il 28 iyun tarixli ***** *****28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X3 kreditləşmənin xüsusi şərtlərinə dair 2022-ci il 30 iyun tarixli 2370/206 saylı əlavənin təminatı kimi 2022-ci il 1 avqust tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilsə də, birinci instansiya məhkəməsi həmin əmlakın ½ hissəsinə Cavabdeh4 ½ hissəsinə isə Cavabdeh1 paylarının müəyyən edilmələrini nəzərə almadan, eyni zamanda Cavabdeh4 ipoteka predmeti üzrə tərəf olmadığından həmin əmlakın tam olaraq açıq hərracdan satılması nəticəsinə gəlməkdə düzgün nəticəyə gəlməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 215.6, 317.1, 319.1, 319.6, 385.1, 442, 445.1, 445.2.1, 445.2.2, 448.1 və 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3, 8.2, 36, 39.3, 39.3.3 və 59.3-cü maddələrinə, MPM-in 14.2, 77.1, 217.3, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

37. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 38. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.7-ci maddəsi və MPM-in 14.1-ci maddəsi üzrə-məhkəmənin gəldiyi nəticə səbəbindən kreditor (ipoteka saxlayanın) təminata güvənərək verdiyi kreditin geri qaytarılması qeyri-mümkün olacaqdır. Məhkəmənin qətnamədə gəldiyi nəticədən belə anlaşılır ki, Cavabdeh4 əmlak üzərində pay h üququ artıq daşınmaz əmlak ipoteka qoyulanda mövcud olmuşdur. Cavabdeh4 əmlaka dair pay hüququ Bankın ipoteka hüququndan çox daha sonra yaranmış və sözügedən daşınmaz əmlak Bank qarşısnda ipoteka ilə yüklü edilərkən dövlət reyestrində Cavabdeh4 heç bir hüququ qeydə alınmamışdır.

39. MM-in 274.1-ci maddəsi üzrə-məhkəmənin gəldiyi qənaət, yəni ipoteka müqaviləsinin tərəfi olmayan ərin və ya arvadın əmlak payı üzərində ipoteka hüququnun qüvvədən düşməsi nə mülki qanunvericliyin, nə də ipoteka hüququnun təminat xarakterinə uyğun gəlmir və bu hal kreditorun təmin edilmiş tələbinin təhlükə altına düşməsi ilə nəticələnir. Həmçinin əmlakın ipoteka ilə yüklü edilməsi qətnamə üzrə Cavabdeh4 ½ hissəsi bölündükdən öncə baş vermişdir. Bu səbəbdən hüquqi baxımdan sonradan yaranmış mülkiyyət bölgüsü, əvv əldən mövcud olan və dövlət qeydiyyatına alınmış ipoteka hüququna hüquqi cəhətdən üstünlük təşkil edə bilməz. İpoteka hüququ mülkiyyətçidən asılı olmayaraq əmlakla bağlı yaranan əşya hüququdur, və bu hüquq ipoteka predmetinin bölünməsi ilə avtomatik olaraq ləğv edilə və ya məhdudlaşdırıla bilməz. 40. “İpoteka haqqında” Qanunun 30.5-ci maddəsi üzrə-apellyasiya instansiyası məhkəməsi mübahisəli daşınmaz əmlaka yönəldilmiş tutmanı yalnız 1/2 paya tətbiq etməklə, ipoteka müqaviləsinin hüquqi nəticələrini əmlakın sonradan müəyyən edilmiş mülkiyyət bölgüsü ilə məhdudlaşdırmışdır. Halbuki nəzərə almaq lazımdır ki, əvvəldən mövcud olan ipoteka hüququnun sonradan müəyyən edilmiş pay əsasında məhdudlaşdırılması qanunvericiliyə ziddir. Qeyd edilən norma məhz bu məqsədə ipoteka predmetinin sonradan mü lkiyyətçisinin dəyişməsi halında belə, ipoteka hüququnun qorunmasını təmin etməyə yönəlmişdir. Bankın ipoteka hüququ Cavabdeh4 pay hüququ tanınmazdan əvvəl yaranmışdır. Bankın ipoteka hüququ qeydiyyata alınırkən Cavabdeh4 həmin əmlak üzərində heç payı olmamışdır. Məhkəmənin mövcud yanaşması gələcəkdə ipoteka ilə təmin olunmuş öhdəliklərin reallaşdırılması imkanlarını məhdudlaşdıracaq və tələb yönəldilmiş hissənin icrasını qeyri-mümkün edəcəkdir.

41. Ailə Məcəlləsinin 36.1-ci maddəsi üzrə-ipoteka müqaviləsi qeydiyyata alındığı zaman ipoteka predmeti tam olaraq Cavabdeh1 məxsus olması dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin əmlakın rəsmi reyestrdə Cavabdeh4 məxsus olmasına dair heç qeyd aparılmamışdır. Əmlakın bölünmə məsələsi yalnız Gəncə şəhər Məhkəməsinin 2024-cü il tarixində qəbu l etdiyi qətnaməyə əsasən müəyyən edilmişdir. Bu isə artıq ipoteka hüququnun mövcud olmasından xeyli müddət sonradır. Apellyasiya məhkəməsinin sonradan yaranmış hüququ əsas götürərək artıq ona qədər olmuş hüququn məhdudlaşdırılması ümumi qanunçuluq və ədalət prinsiplərinə ziddir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmamışdır. Məhkəmə sərəncam verilməsi nəticəsində yaranmış öhdəlyi Cavabdeh4 münasibətdə nəzərə almamış və ona belə desək xitam verərək kreditorun (ipoteka saxlayanın) qanunla qorunan hüquqlarını məhdudlaşdırmışdır.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı mad dələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 2021-ci il 23 iyul tarixli Qərarı üzrə - Cavabdeh1 ipoteka müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəliklər birgə öhdəlik sayılmaqla Cavabdeh4 da şamil olunur. Belə olduqda isə, apellyasiya məhkəməsinin bu cür mövqeyi tam əsassızdır və gələcəkdə debitorlar arasında qanundan sui-istifadə hallarını artırmaqla mənfi təcrübə formalaşdıracaqdır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

45. Hazırkı icraat çərçivəsində isə kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, şikayətin məzmun və dəlillərinə görə qətnamə borc tələbinin 2022-ci il 28 iyun tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X3 kreditləşmənin xüsusi şərtlərinə dair 2022-ci il 30 iyun tarixli 2370/206 saylı əlavənin təminatı kimi 2022-ci il 1 avqust tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi hissəsində mübahisələndirilir. Bu baxımdan, qətnamə mübahisələndirilən hissədə yoxlanılır.

46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyas ı məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyə tçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödəni lməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.... 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.” “Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz i stəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.” “Maddə

224. Ümumi mülkiyyətdəki paya tutmanın yönəldilməsi 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 224.2. Əgər p ayın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Maddə 26

9. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əl avə (aksessor) əşya hüququdur....” “Maddə

274. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsinin nəticələri 274.1. İpoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir....”

48. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir....” “Maddə

32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər b irinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir....” “Maddə

33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, isti fadə və sərəncam hüququ 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün dig ər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.”

49. Azərbaycan Respublikası İpoteka haqqında” Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

8. Ümumi mülkiyyətdə olan əşyanın ipoteka qoyulması 8.1. Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. 8.2. Ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər. İpoteka saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o, satıldıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin satın alma qda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir.” “Maddə

30. İpoteka predmetinə sərəncam verilməsi 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.... 30.5. Bu Qanunun tələblərini pozmaqla ipoteka predmeti başqa şəxslərə keçdikdə ipoteka qüvvəsini saxlayır və bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur....”

50. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni v ə əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və şikayə tdə qeyd olunan hüquqi məsələlərə münasibətdə qeyd edir ki, işdə olan qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir ki, Vəliyev X1 Könül İsmayıl qızı ilə 2017-ci il 21 oktyabr tarixində nikaha daxil olmuş, nikah Moskva VVAQ İdarəsinin VVAQ şöbəsində qeydə alınmışdır. Qətnamədə həmin tərəflər arasında bağlanmış nikaha dair qeyd edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları arasında xarici ölkənin qanunvericiliyinə əməl edilməklə bağlanan nikah, nikah bağlanmasına mane olan hallar olmadıqda Azərbaycan Respublikasında etibarlı hesab edilir.

53. Baxılan işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən 2022-ci il 1 avqust tarixli 04/206 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 2022-ci il 28 iyun tarixli ******* ***28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X3 və kreditləşmənin xüsusi şərtlərinə dair 2022-ci il 30 iyun tarixli 2370/206 saylı əlavə üzrə borcalanın iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyriyaşayış sahəsini ipoteka ilə yüklü etdirmiş və qeyri-yaşayış sahəsinin bankın xeyrinə ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır.

54. Göründüyü kimi, 2022-ci ildə sözügedən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilərkən, ümumi mülkiyyətdə olmuşdur. Başqa sözlə, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə (bax § 9-10) ipoteka predmetinin ½ hissəsinə Cavabdeh4, ½ hissəsinə Cavabdeh1 payı müəyyən edilməklə, ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi halı baş verməmişdir.

55. Məhkəmə kollegiyası işdə olan, mülki mübahisə üzrə qəbul edilmiş məhkəmə aktları (bax § 9-10) ilə müəyyən edilmiş halları nəzərə alaraq, kassasiya şikayətinin maddi hüquq normalarının nozulmasına dair dəlilləri ilə razılaşmır və hesab edir ki, hazırki işdə MM-in 274.1-ci maddəsinin, eləcə də «İpoteka haqqında» Qanunun 30.5-ci maddəsinin dispozisiya şərtləri mövcud deyildir.

56. Kollegiya şikayətin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da ai ddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər (MM-in 225.6-cı maddəsi).

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Qətnamənin ləğvinə əsasən olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdi rilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

58. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətli təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 14 may tarixli 22(104)-18/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar