Məhkəmə qərarları › İş №2-2(102)-67/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-67/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-67/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun ödənilməsi GİRİŞ HİSSƏ Hakimlər: 02.06.2020 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı kredit borcunun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı Fond tərəfindən verilmiş kassa siya şikayətinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçı Fondun xeyrinə: 63K/13 nömrəli xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 136.500 manat, faiz borcu üzrə 74.838,46 manat, cərimə borcu üzrə 7.765,55 manat olmaqla, cəmi 218.649,01 manat; 64K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 20.000 manat, faiz borcu üzrə 10.996,83 manat, cərimə borcu üzrə 1.129,02 manat olmaqla, cəmi 32.125,85 manat; 44/14 nömrəli, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 20.000 manat, faiz borcu üzrə 8.364,95 manat olmaqla, cəmi 28.364,95 manat; 42/14 nömrəli, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 163.000 manat, faiz borcu üzrə 68.257,97 manat olmaqla, cəmi 231.257,97 manat; 67K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 82.700 manat, faiz borcu üzrə 45.359,64 manat, cərimə borcu üzrə 4.558,03 manat olmaqla, cəmi 132.617,67 manat; 156K/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 976.999,63 manat, faiz borcu üzrə 498.005,98 manat olmaqla, cəmi 1.475.005,61 manat; 58K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 50.000 manat, faiz borcu üzrə 27.821,15 manat, cərimə borcu 3.155,44 manat olmaqla, cəmi 80.976,59 manat; 174K/12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsas borc üzrə 3.094.999,91 manat, faiz borcu üzrə 1.578.447,90 manat olmaqla, cəmi 4.673.447,81 manat borcun, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli qətnaməsi ilə (hakim X.İmanov; iş No 2-2(82)-418/2017) iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 63K/13 nömrəli xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 136.500 manat, faiz borcu üzrə 74.838,46 manat, cərimə borcu üzrə 776 manat olmaqla, cəmi 212.114,46 manat; 64K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 20.000 manat, faiz borcu üzrə 10.996,83 manat, cərimə borcu üz rə 113 manat olmaqla, cəmi 31.109,83 manat; 156K/12 nömrəli xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 976.999,63 manat, faiz borcu üzrə 498.005,98 manat olmaqla, cəmi 1.475.005,61 manat; 58K/13 nömrəli, xx xxxx 2013cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 50.000 manat, faiz borcu üzrə 27.821,15 manat, cərimə borcu 315 manat olmaqla, cəmi 781.36,15 manat; 174K/12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsas borc üzrə 3.094.999,91 manat, faiz borcu üzrə 1.578.447,90 manat olmaqla, cəmi 4.673.447,81 manat kredit borcunun, 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 1 manat bank xidməti haqqının cavabdeh Fondun xeyrinə tutulması; iddia tələblərinin; 44/14 nömrəli xx xxxx 2014-cü il tarixli kerdit müqaviləsinə əsasən 20.000 manat, faiz borcu üzrə 8.364,95 manat olmaqla cəmi 28.364,95 manat; 42/14 nömrəli, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 163.000 manat, faiz borcu üzrə 68.257,97 manat olmaqla, cəmi 231.257,97 manat; 67K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 82.700 manat, faiz borcu üzrə 45.359,64 manat, cərimə borcu üzrə 4.558,03 manat olmaqla, cəmi 132.617,67 manat; həmçinin 67K/13 nömrəli, xx xxxx 2013- cü il tarixli kredit müqaviləsinə cəmi 132.617,67 manat, həmçinin 63K/13 nömrəli xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 6.989,55 manat cərimə; 64K/13 nömrəli xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 1.016,02 manat cərimə və 58K/13 nömrəli xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 2.840,44 manat cərimə borcunun ödənilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və R.Qurbanov; iş No 22(103)-328/2018) cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən X.Məmmədov, hakimlər İ.Dadaşov və R.Nəbizadə; iş No 2-2(102)-452/2018) cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci i l tarixli qətnaməsinin ləğv edilməsi; işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ü.Mayılov, hakimlər M.Tağızadə və K.Abiyeva; iş № 2-2(103)-120/2019) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin yoxlanılan hissədə dəyişdirilməsi; Cavabdeh MMCdən 63K/13 nömrəli xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 136.500,0 manat, faiz borcu üzrə 65.313 manat olmaqla, cəmi 201.813 manat; 64K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 20.000,0 manat, faiz borcu üzrə 9.600 manat olmaqla, cəmi 29.600 manat; 156K/12 nömrəli xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 976.787,25 manat, faiz borcu üzrə 204.863,40 manat olmaqla, cəmi 1.181.650,65 manat; 58K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 50.000,0 manat, faiz borcu üzrə 24.021,29 manat olmaqla, cəmi 74.021,29 manat; 174K/12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.094.999,91 manat, faiz borcu üzrə 1.583.606,22 manat olmaqla, cəmi 4.678.606,13 manat kredit borcunun iddiaçı Fondun xeyrinə tutulması; iddia tələblərinin yoxlanılan hissədə qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Fond kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya iddia tələbinin tam təmin edən yen qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı Fondun kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MP M-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, Borcverən İddiaçı ilə borc alan «xxxx» MMC (cavabdeh MMC-nin sələfidir) arasında bağlanmış 63K/13 nömrəli xx.xx.2013-cü il tarixli “Təminatsız bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən, borc verən borc alana 136.500 manat məbləğində 12 ay müddətinə illik 16 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesabla nmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşlər. Həmçinin borcverən İddiaçı ilə borcalan «xxxx» MMC arasında bağlanmış 64K/13 nömrəli xx.xx.2013-cü il tarixli “Təminatsız bərpa olunan kredit xətti müqaviləsi”nə müvafiq olaraq, borc verən borc alana 20.000 manat məbləğində 12 ay müddətinə illik 16 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşlər. Həmçinin borcverən İddiaçı ilə borcalan «xxxx» MMC arasında bağlanmış 58K/13 nömrəli xx.xx.2013-cü il tarixli “Təminatsız bərpa olunan kredit xətti müqaviləsi”nə müvafiq olaraq, borc verən borc alana 50.000 manat məbləğində 12 ay müddət inə illik 16 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşlər. Həmçinin borcverən İddiaçı ilə borcalan «xxxx» MMC arasında bağlanmış 174K/12 nömrəli xx.xx.2012-ci il tarixli “Təminatsız bərpa olunan kredit xətti müqaviləsi”nə müvafiq olaraq, borc verən borc alana 3.095.000 manat məbləğində 12 ay müddətinə illik 15 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşlər. Həmin müqaviləyə edilmiş 174K/12 nömrəli xx.xx.2013cü il tarixli 1 saylı Əlavə ilə müqavilənin müddəti xx.xx.2014- cü ilədək uzadılmışdır. Həmçinin borcverən İddiaçı ilə borcalan «xxxx» MMC arasında bağlanmış 156K/12 nömrəli xx.xx.2012-ci il tarixli “Təminatsız bərpa olunan kredit xətti müqaviləsi”nə müvafiq olaraq, borc verən borc alana 510.000 manat məbləğində 12 ay müddətinə illik 15 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşlər. Həmin müqaviləyə edilmiş xx.xx.2013-cü il tarixli 1 saylı Əlavəyə əsasən müqavilənin müddəti xx.xx.2014-cü ilədək uzadılmışdır. Ümumi mətnləri olan yuxarıda qeyd edilən müqavilələrin 5.1-ci bəndlərininə əsasən, bu müqavilələr üzrə borc alan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir. Həmin müqavilələrin 5.2-ci bəndlərinə müvafiq olaraq borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1 % miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Həmin müqavilələrin 10.1-ci bəndlərinə görə bu müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan münasibətlərin həllinə qarşılıqlı anlaşma və razılıq yolu biri digərinin hüquqlarını pozmadan nail olacaq. Həmin müqavilələrin 10.2-ci bəndlərinə uyğun olaraq tərəflər mübahisələrin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcə klər. İşin materiallarında olan 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilərək, İddiaçı müflis elan edilmiş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı-nin ləğvedicisi təyin edilmişdir. İşin materiallarında olan, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X2 Dövlət Qeydiyyatı İdarəsinin Dövlət Reyestrindən xx xxxxxxx 2016-cı il tarixli Çıxarışa görə, «xxxx» MMC və bir sıra cəmiyyətlərin ona qoşulması nəticəsində «xxxx» MMC yenidən təşkil edilmişdir və «xxxx» MMC «xxxx» MMC-nin hüquqi varisi olmuşdur. İşin materiallarında olan, iddiaçı Fond tərəfindən cavabdeh MMC-yə ünvanlanmış xx xxxxxxxx 2016-cı il tarixli 2024 saylı pretenz iya məktubu ilə Fond MMC-dən 63K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 136.500 manat, faiz borcu üzrə 67.376,25 manat, cərimə borcu üzrə 303,34 manat; 64K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 20.000 manat, faiz borcu üzrə 9.903,37 manat, cərimə borcu üzrə 35,56 manat; 44/14 nömrəli, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 20.000 manat, faiz borcu üzrə 7.340,16 manat; 42/14 nömrəli, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 163.000 manat, faiz borcu üzrə 59.904,01 manat; 67K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 82.700 manat, faiz borcu üzrə 40.838,37 manat; 156K/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kred it müqaviləsinə əsasən əsas borc üzrə 976.999,63 manat, faiz borcu üzrə 447.934,94 manat; 58K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 50.000 manat, faiz borcu üzrə 25.087,92 manat; 174K/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.094.999,91 manat, faiz borcu üzrə 1.419.829,36 manat borc məbləğinin 7 gün müddətində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Qeyd olunan məktub «xxxx» poçt xidməti vasitəsilə 335894 saylı qaimə ilə xx.xx.2016-cı ildə cavabdeh MMC-yə təqdim edilmişdir. Eyni zamanda iş üzrə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 63K/13 nömrəli xx xxxx 2013cü il tarixli, 64K/13 nömrəli xx xxxx 2013-cü il tarixli, 156K/12 nömrəli xx xxxx xx 2012-ci il tarixli, 58K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli və 174K/12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqavilələri işə əlavə edildiyi halda, tələbin əsası kimi 44/14 nömrəli xx xxxx 2014-cü il tarixli; 42/14 nömrəli xx xxxx 2014-cü il tarixli və 67K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqavilələri isə işə əlavə edilmək üçün məhkəməyə təqdim olunmamışdır. Həmçinin işin materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, BOA seriyalı 091028 nömrəli; xx.xx.2014-cü il tarixli, BOA seriyalı 091038 saylı və xx.xx.2012-ci il tarixli, BOA seriyalı 091029 saylı çeklərə əsasən, Fond tərəfindən cavabdeh MMC-yə (“xxxx” MMC-nin direktoru olmuş Şahid adlı şəxsə) müvafiq olaraq 508.980, 51.270 və 3.088.810 manat məbləğlərində pul vəsaiti verilmişdir. İşin materiallarında olan, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın 26479 saylı xx.xx.2017-ci il tarixli rəyinə görə, xx.xx.2013-cü il tarixli, 58K/13 saylı, xx.xx.2012-ci il tarixli, 174K/12 saylı, xx.xx.2013-cü il tarixli, 63K/13 saylı, xx.xx.2013-cü il tarixli, 64K/13 saylı, xx.xx.2012-ci il tarixli, 156K/12 saylı kredit müqavilələrinin aşağı sağ küncündəki imzalar, BOA seriyalı, 091029 nömrəli, xx.xx.2012-ci il tarixli, BOA seriyalı, 091038 nömrəli, xx.xx.2014-cü il tarixli, BOA seriyalı, 091028 nömrəli, xx.xx.2012-ci il tarixli çeklərdəki «imzalar» qrafasındakı imzalar faksimile klişe vasitəsilə icra olunmuş; xx.xx.2013-cü il tarixli, 58K/13 saylı, xx.xx.2012-ci il tarixli, 174K/12 saylı, xx.xx.2013-cü il tarixli, 63K/13 saylı, xx.xx.2013-cü il tarixli, 64K/13 saylı, xx.xx.2012-ci il tarixli, 156K/12 say lı kredit müqavilələrinin aşağı sol küncündəki, 105K/12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə 1 saylı xx.xx.2013-cü il tarixli əlavədəki və BOA seriyalı, 091029 nömrəli, xx.xx.2012-ci il tarixli, BOA seriyalı, 091038 nömrəli, xx.xx.2014-cü il tarixli, BOA seriyalı, 091028 nömrəli, xx.xx.2012-ci il tarixli çeklərdəki «Nəzarətçi», «İcraya cavabdeh», «Xəzinadar» qrafalarındakı imzalar hər hansı bir texnki vasitənin köməyi ilə deyil, birbaşa icra edilmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı Fondun ləğvedicisi olduğu Bank tərəfindən cavabdeh MMC-yə yuxarıda qeyd olunan müqavilələr üzrə müxtəlif vaxtlarda kredit vəsaiti verilmiş, lakin cava bdeh MMC tərəfindən kredit müqavilələri üzrə öhdəliklər vaxtında icra edilməmiş, Bankın ləğvedicisi tərəfindən xəbərdarlıq göndərilsə də, nəticəsi olmamışdır. Belə ki, ilk növbədə cavabdeh MMC bunu inkar etsə və onun tərəfindən xx.xx.2013cü il tarixli 58K/13 saylı, xx.xx.2012-ci il tarixli 174K/12 saylı, xx.xx.2013-cü il tarixli 63K/13 saylı, xx.xx.2013-cü il tarixli 64K/13 saylı, xx.xx.2012-ci il tarixli 156K/12 saylı kredit müqavilələrindəki imzaların ekspert rəyinə əsasən faksmile klişe vasitəsilə icra edildiyi müəyyən olunsa da, həmin müqavilələri təsdiq edən cavabdeh MMC-yə məxsus möhürün düzgünlüyündə şübhə yoxdur. Belə ki, həmin möhür cavabdeh MMC-nin istifadəsində olub və hal-hazırda da ondadır. Qeyd olunan möhür cavabdeh MMC tərəfindən kredit müqavilələrinin imzalanması və möhürlə təsdiq edilməsi zamanından başqa kredit sifarişi haqqında məlumatın (anket), müddətli öhdəliklərin və ərizələrin imzalanmasında istifadə edilmiş, müqavilələrdə tərəf qismində MMC-nin qanuni təmsilçisi olan direktor Şahid iştirak etmişdir. Cavabdeh MMC kredit vəsaitlərin alınması zamanı onun təsis sənədləri də banka təqdim edilmiş, həmin sənədlərdən kreditlərin rəsmiləşdirilməsi zamanı istifadə olunmuş və buna görə də hazırki müqavilələr cavabdeh MMC tərəfindən mübahisələndirilmədiyindən, müqavilələlər üzrə müəyyən ödənişlərin olması, həmçinin hüquqi şəxs olan cavabdehin möhürü ilə təsdiq edilməsi müqavilələr barədə razılıq kimi qiymətləndirilməklə, mötəbər sübut kimi qəbul edilməlidir. Hazırki işə baxmış Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarında iş üzrə tərəflər arasında bağ lanmış xx.xx.2012-ci il tarixli 156K/12 nömrəli kredit müqaviləsi üzrə konkret olaraq hansı məbləğdə, hansı müddətə və hansı faizlə kredit verildiyi dəqiq müəyyən edilməsi barədə göstərişlərlə əlaqədar araşdırma aparılarkən iddiaçı Fondun nümayəndəsinin izahatından əlavə təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış hər müqavilə üzrə Bankda bu müqaviləyə uyğun müvafiq cari hesab açılmış və verilən kredit məbləğləri də həmin hesaba köçürülmüşdür. Məsələn, 156K/12 nömrəli kredit müqaviləsi üzrə Bankda «xxxx» saylı cari hesab açılmış və cavabdeh MMC-yə verilən kredit məbləğləri də həmin hesaba köçürülmüşdr. Məhkəməyə təqdim edilmiş 156K/12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə edilmiş 1 saylı Əlavədə onun tarixi texniki səhv nəticəsində xx.xx. 2012-ci il göstərilsə də, Əlavənin 3-cü bəndindən, həmin kredit müqaviləsinə Əlavənin xx.xx.2013-cü il tarixində bağlandığı aydın olur. Eyni zamanda kredit məbləğinin 977.000 AZN-ə artırılması düzgün qeyd olunsa da, həmin kredit müqaviləsinin nömrəsi texniki səhv nəticəsində 105K/12, 2-ci bənddə isə 19K/13 şəklində göstərilmişdir. Bundan başqa, hesabdan çıxarış məlumatlarına və kassa məxaric orederlərindəki məlumatlara əsasə, xx.xx.2012-ci il tarixli, BOA seriyalı 091028 nömrəli 508.980 manat məbləğli çekdə (i.v. 81) və xx.xx.2013-cü il tarixli, BOA seriyalı 091030 nömrəli 461.700 manat məbləğli çekdəki (i.v. 241) məlumatlara əsasən müştəriyə verilən kredit məbləğinin eyni cari hesab «1-2931621» hesabı üzrə verilmişdir. Həmçinin, işin materiallarında olan, «xxxx» MMC üzrə xx.xx.2012-ci il tarixdə açılmış «1-29316-2» saylı hesabdan çıxarışa (i.v. 104-105) və xx.xx.2012-ci il tarixdə açılmış «xxxx» saylı hesabdan çıxarışa (i.v. 243-243a) görə, xx.xx.2012-ci il tarixdə «xxxx» MMCnin «xxxx» saylı hesabına 510.000 manat və xx.xx.2013-cü il tarixdə «xxxx» MMC-nin «xxxx» saylı hesabına 467.000 manat pul vəsaiti daxil olmuşdur. Bununla yanaşı, işə yeni apellyasiya qaydasında baxılarkən Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli Qərarında xx.xx.2012-ci il tarixli 156K/12 nömrəli kredit müqaviləsi üzrə göstərişlərlə bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin edillərək, ekspertiza qarşısında 156 K/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş məbləğ məbləğlər üzrə müqavilənin bitmə tarixinə əsas borc və foiz borcu üzrə məbləğlərin müəyyənləşdirilməsi bar ədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 12600 saylı «Ekspert rəyi»nə görə, işin materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, tərəflər arasında bağlanılmış 156K/12 saylı, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri, eyni zamanda qeyd edilən texniki səhvlərin aydınlaşdırılması barədə iddiaçı Fondun məhkəmə orqanına təqdim etdiyi vəsatəti məhkəmə orqanı tərəfindən nəzərə alındığı təqdirdə cavabdeh MMC-nin iddiaçı Fonda xx xxxxxx 2014-cü il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan cəmi borcu 1.181.650,65 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə - 976.787,25 manat, faiz borcu üzrə - 204.863,40 manat. Eyni zama nda, işə yeni apellyasiya qaydasında baxılarkən, Ali Məhkəmənin qərarındakı göstərişlərlə əlaqədar, iddianın təmin olunmuş hissəsinə dair kredit müqavilələri üzrə həmiq kredit müqavilələrinin bitmə tarixinə yaranmış əsas borc və faiz borcu üzrə məbləğlər barədə müvafiq arayışlərın təqdim olunması tələb olunmuş və iddiaçı Fond tərəfindən təqdim olunan həmin arayışlardan müəyyən olunur ki: -63K/13 nömrəli xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən «xxxx» MMC-yə 136.500,0 manat kredit məbləği verilmiş, kreditin geri qaytarılması müddəti bitsə də, borclu müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, nəticədə Bank tərəfindən ona müqavilənin bitmə tarixinə əsas borc üzrə 136.500,0 manat, faiz borcu üzrə 65.313 manat qalıq borc hesablanmışdır (i.v. 232); -64K/13 nömrəli xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən «xxxx» MMC-yə 20.000,0 manat kredit məbləği verilmiş, kreditin geri qaytarılması müddəti bitsə də, borclu müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, nəticədə Bank tərəfindən ona müqavilənin bitmə tarixinə əsas borc üzrə 20.000,0 manat, faiz borcu üzrə 9.600 manat qalıq borc hesablanmışdır (i.v. 233); -58K/13 nömrəli xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən «xxxx» MMC-yə 50.000,0 manat kredit məbləği verilmiş, kreditin geri qaytarılması müddəti bitsə də, borclu müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, nəticədə Bank tərəfindən ona müqavilənin bitmə tarixinə əsas borc üzrə 50.000,0 manat, faiz borcu üzrə 24.021,29 manat qalıq borc hesablanmışdır (i.v. 237); -174K/12 nömrəli xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən «xxxx» MMCyə 3.095.000,0 manat kredit məbləği verilmiş, kreditin geri qaytarılması müddəti bitsə də, borclu müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, nəticədə Bank tərəfindən ona müqavilənin bitmə tarixinə əsas borc üzrə 3.094.999,91 manat, faiz borcu üzrə 1.583.606,22 manat qalıq borc hesablanmışdır (i.v. 238). Belə olan halda, cavabdeh MMC-dən 63K/13 nömrəli xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 136.500,0 manat, faiz borcu üzrə 65.313 manat olmaqla, cəmi 201.813 manat; 64K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 20.000,0 manat, faiz borcu üzrə 9.600 manat olmaqla, cəmi 29.600 manat; 156K/12 nömrəli xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 976.787,25 manat, faiz borcu üzrə 204.863,40 manat olmaqla, cəmi 1.181.650,65 manat; 58K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 50.000,0 manat, faiz borcu üzrə 24.021,29 manatolmaqla, cəmi 74.021,29 manat; 174K/12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.094.999,91 manat, faiz borcu üzrə 1.583.606,22 manat olmaqla, ümumilikdə 4.678.606,13 manat kredit borcu iddiaçı Fondun xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, 1-ci instansiya məhkəməsinin qətnaməsi bu hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göst ərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini öd əməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzər ə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasın da kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı Fondunun kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasl ı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddiaçı ləğv prosesində olan « xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar