Məhkəmə qərarları › İş №2-2(102)-67/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-67/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-67/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, girov qoyulmuş əşyaya (səhmlərə) tutmanın yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 QSC-yə qarşı “kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi ” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 oktyabr tarixli 2-2(103)-89/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. QSC "xxxx" X3 Səhmdar Cəmiyyətinin “Korporativ” filialı (kredit verən) ilə Cavabdeh2 QSC (borc alan) arasında bağlanmış 2014-cü il 25 sentyabr tarixli 1xx/xx/3365/14 nömrəli kredit müqaviləsinin (bundan sonra-“kredit müqaviləsi”) 2.1-ci bəndinə əsasən kreditor borc alana 36 ay müddətinə illik 6 faizlə 11.000.000 Azərbaycan manatı məbləğində (borc alanın hesabına köçürülməklə) kredit vermişdir. Müqavilənin 6.2ci bəndinə borc alan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişlərin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 12 %-i miqdarında cərimə ödəyir. Cərimə kredit məbləğinin qaytarılmalı olduğu gündən faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir.

2. Həmin müqaviləyə 1 saylı ödəniş cədvəlinə əsasən kreditin son ödəniş tarixi 2017ci il 8 sentyabr müəyyən edilmişdir.

3. QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin sığortalanması Fondu tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh2 QSC-nin kredit müqaviləsi üzrə əsas borcu 4.888.889,30 manat, faiz borcu 536.704,79 manat, cərimə 667.469,30 manat, MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış faiz məbləği 724.503,67 manat, ümumi borc 6.817.567,06 manat təşkil edir.

4. Kredit öhdəliyini n təminatı olaraq 2015-ci il 26 yanvar tarixli 1xx/xx/3365/14 nömrəli sonrakı girov müqaviləsi (bundan sonra-“girov müqaviləsi”) bağlanılmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən qeyd olunan kredit müqavilələri üzrə girov saxlayanın Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında və girov qoyan və borc alanın girov saxlayan qarşısında öhdəliklərinin bütövlükdə və vaxtı-vaxtında yerinə yetirilməsini təmin etmək məqsədilə 2014-cü il 22 may tarixli GBU14-1592 saylı, 2014-cü il 6 avqust tarixli 1xx/xx/1592/14/-1 saylı və 2014-cü il 25 sentyabr tarixli GBO14-1618 saylı sonrakı girov müqavilələrinə müvafiq olaraq girov qoyan və borc alana məxsus olan "xxxx" ASC-nin nominal dəyəri 24 manat olan 843.113 əsas sənədsiz adlı aid səhmləri Azərbaycan Respublikası Mərkəzi Bankı və QSC "xxxx" Komm ersiya Bankı qarşısında yüklü edilmiş və bu hal Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Bütün X1 Rəsmi Reyestrindən çıxarışa əsasən müvafiq olaraq 2014-cü il 3 iyun tarixli 06/2-3302 nömrəli, 2014-cü il 3 sentyabr tarixli 06/2-3313 nömrəli və 2014-cü il 3 oktyabr tarixli 06/2-3315 nömrəli qeydiyyat nömrələri ilə qeydiyyata alınmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən girov predmeti 20.234.712 manat məbləğində müəyyən edilir.

5. Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Bütün X1 Rəsmi Reyestrindən 2015-ci il 17 fevral tarixli 06/2-3324 nömrəli çıxarışa əsasən girov müqaviləsi əsasında girov saxlayan QSC “Standard” KB-nin girov qoyan Cavabdeh2 QSC-yə məxsus "xxxx" ASC-nin AZ********** qeydiyyat nömrəli, 843113 əsas sənədsiz adlı adi səhmləri üzərində yaranmış girov hüququ qeydiyyata alınmışdır. 6. 2020-ci il 12 avqust tarixində QSC "xxxx" Kommersiya Bankı tərəfindən Cavabdeh2 QSC-yə və "xxxx" ASC-yə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ünvanlanaraq MMC-dən 1xx/xx/3365/14 saylı kredit müqaviləsi üzrə borcun 3 gün ərzində ödənilməsi və ya ipotekaya tutma yönəldilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 7. 2020-ci il 19 avqust tarixində QSC "xxxx" Kommersiya Bankı tərəfindən Milli Depozit Mərkəzinə ərizə ünvanlanaraq girov müqaviləsinə əsasən girovla yüklü edilmiş Cavabdeh2 QSC-yə məxsus "xxxx" ASC-nin AZ********** qeydiyyat nömrəli, 843113 əsas sənədsiz adlı adi səhmlərinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş edilmiş və həmin ərizə 2020- ci il 20 avqust tarixində Milli Depozit Mərkəzi tərəfindən qeydiyyata alınmışdır. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 4 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının QSC "xxxx" KB-nin müflis elan edilməsi barədə ərizəsi təmin edilmiş, QSC "xxxx" KB müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu QSC "xxxx" KB-nin ləğvedicisi təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra-“iddiaçı”) Cavabdeh2 QSC-yə (bundan sonra-“cavavdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə 4.888.889,30 manat məbləğində əsas borc, 536.704,79 manat məbləğ ində faiz borcu, 667.469,30 manat məbləğində cərimə üzrə borc, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 724.503,67 manat məbləğində faiz məbləği, ümumilikdə isə 6.817.567,06 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, cavabdehdən tutulmalı olan məbləğin girov predmetinin ilkin satış qiyməti 20.234.712 manat müəyyən edilməklə mülkiyyətində olan 2015-ci il 26 yanvar tarixli 1xx/xx/3365/14 saylı sonrakı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş nominal dəyəri 24 manat olan "xxxx" ASC-nin 843.113 ədəd sənədsiz adlı səhminə (yüklü edilən səhmlərin çıxarışın, qeydiyyat nömrəsi: 06/2-3324; qeydiyyat tarixi: 2015-ci il 17 fevral) tutma yönəldilməsinə və yönəldikdən sonda açıq hərracdan satılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən bank cavabdehə illik 6 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 11.000.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə olan 2015-ci il 27 fevral tarixli 01 saylı əlavə sazişin 1-ci bəndində kredit müqaviləsinin 2.3-cü bəndinə edilən dəyişiklikliyə əsasən kreditin ödənilməli olduğu son tarix 2017-ci il 8 sentyabr müəyyən edilmişdir. Lakin cavabdeh hazırkı iş üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində banka 4.888.889,30 manat məbləğində əsas borc, 536.704,79 manat məbləğində faiz borcu, 667.469,30 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 724.503,67 manat məbləğində faiz məbləği, ümumilikdə isə 6.817.567,06 manat məbləğində borcu qalmışdır.

11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 dekabr tarixli e-2-2(113)-207/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən kredit müqaviləsi üzrə 3.943.698,7 manat məbləğində əsas, 246.481,1 manat məbləğində faiz borcu, 150.000 manat məbləğində dəbbə pulu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 591.554,8 manat məbləğində faiz borcu, cəmi 4.931.734,6 manat məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın girov müqaviləsi üzrə bank qarşısında girovla yüklü edilmiş cavabdehin mülkiyyətində olan "xxxx" ASC-nin hər birinin nominal dəyəri 24 manat və ümumi dəyərləri 20.234.712 manat olan 843.113 ədəd sənədsiz adlı səhminə yönəldilməsi və həmin qiymətli kağızlar açıq hərracda (fond birjasında) satılması qət edilmişdir (hakim L.Əliyeva).

12. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətlər yaranmışdır. İddiaçı cavabdehə müqavilədə müəyyən edilmiş şərtlərlə 11.000.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin banka əsas və faiz borcu üzrə öhdəliyi yaranmışdır.

13. Məhkəmə cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin banka əsas və faiz borcunun yarandığını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı həmin öhdəliyinin icra edilməsini-kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malikdir.

14. Cavabdehdən kredit müqaviləsi üzrə tutulmalı olan əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə qeyd etmişdir ki, həmin məbləğin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 15 oktyabr tarixli 9/5128 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatları, kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehin 2017-ci il 8 sentyabr tarixinə iddiaçıya olan borcu 4.190.179,8 manat, əsas borcu 3.943.69 8,7 manat, faiz borcu 246.481,1 manat məbləğində təşkil edir.

15. İddiaçı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş əsas və faiz borcu məbləğləri ilə razılaşmamış və ekspert rəyi ilə razılaşmamasını onunla əsaslandırmışdır ki, ekspertiza tədqiqatı aparılarkən iddiaçı tərəfindən cavabdehə məxsus hesabdan mübahisəli müqavilə üzrə silinmiş məbləğlər kredit üzrə ödənişlər kimi nəzərə alınsa da, bəzi hallarda həmin məbləğlərin silindiyi gün və ya növbəti yenidən iddiaçı tərəfindən cavabdehin hesabına köçürülməsi, hesablama zamanı nəzərə alınmamışdır. Məhkəmə iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi hesabdan silinmiş məbləğlərin sonradan cavabdehin hesabına köçürülməsini iddiaçı tərəfindən həmin məbləğlərin əlavə kredit məbləğləri kimi cavabdehə verilməsi ilə izah etmişdir.

16. Göstərilənlərlə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf sözügedən məbləğlərin mübahisəli kredit müqaviləsi üzrə kredit məbləği kimi hesaba köçürülməsini, eləcə də həmin kredit müqaviləsi üzrə əlavə kredit məbləğlərinin verilməsi barədə tərəflər arasında razılığın əldə edilməsini, bununla bağlı kredit müqaviləsinə və girov müqaviləsinə müvafiq əlavələrin imzalanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcu müəyyən edilərkən iddiaçının istinad etdiyi məbləğlərin nəzərə alınmalı olması işin materiallarına əsasən öz təsdiqini tapmır.

17. Məhkəmə ekspert rəyini məhkəmə iclasında tədqiq edərək və digər sübutlarla qiymətləndirərək hesab etmişdir ki, məhkəmənin həmin rəylə razılaşmaması üçün əsasların möv cudluğu müəyyən edilmir. Odur ki, mübahisəli kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan əsas və faiz borcu ekspert rəyinə əsasən müəyyən edilməlidir.

18. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cavabdehdən tutulmalı olan faiz borcuna münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı kreditin verilməsi müddəti bitdiyi tarixdən, yəni 2017-ci il 8 sentyabr tarixindən iddia qaldırılan tarixə kimi, yəni 2020-ci il 3 sentyabr tarixinə kimi 3 illik müddət üçün gecikdirilmiş 4.888.889,30 manat əsas borc məbləğinə illik 5 %-lə hesablanmış faizlərin cavabdehdən tutulmasını tələb edir.

19. Halbuki işin yuxarıda göstərilən hallarından da görünür ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş əsas borc məbləğinin 3.943.698,7 manat olması müəyyən edilmişdir. Odur ki, c avabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən kreditin verilməsi müddəti bitdiyi tarixdən iddia qaldırılan tarixədək olan müddət üçün (3 illik müddət üçün) faizlər də məhz həmin məbləğə hesablanmalıdır: 3.943.698,7x5%x3 il=591.554,8 manat.

20. Məhkəmə tutulması tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulunun azaldılaraq 150.000 manat məbləğində müəyyən edilməsini ədalətli hesab etmişdir.

21. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədilə tutmanın girov müqaviləsinə əsasən bank qarşısında girovla yüklü edilmiş cavabdehin mülkiyyətində olan "xxxx" ASC-nin 843.113 ədəd sənədsiz adlı səhminə yönəldi lməsini tələb etməkdə haqlıdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizəsində həmin müqaviləni ipoteka müqaviləsi adlandıraraq tələbin hüquqi əsası kimi “İpoteka haqqında” AR Qanununa istinad etsə də, mübahisəli sonrakı girov müqaviləsi üzrə girov predmetini əşya deyil, sənədsiz qiymətli kağız ilə təsdiqlənmiş tələbetmə hüququ təşkil edir. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli girov müqaviləsi üzrə girov predmeti ipoteka predmeti olan əşya olmadığından həmin müqavilə ipoteka müqaviləsi hesab edilə bilməz.Göstərilən hal isə mübahisəli hüquq münasibətlərinə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin tətbiq edilməsini istisna edir.

22. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.3, 269.4, 276.1, 279, 295, 296.1, eləcə də Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2016-cı il 3 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nın 3.1, 3.2, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə istinadla göstərmişdir ki, işin yuxarıda göstərilən halları ilə cavabdehin mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi öz təsdiqini tapdığından iddiaçı həmin müqavilə üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədilə tutmanın xx.xx.2015-ci il tarixli 1xx/xx/3365/14 saylı sonrakı girov müqaviləsinə əsasən bank qarşısında girovla yüklü edilmiş cavabdehin mülkiyyətində olan "xxxx" ASCnin 843.113 ədəd sənədsiz adlı səhminə yönəldilməsini tələb etməkdə haqlıdır.

23. Bununla yanaşı yuxarıda göstərilən Qaydaların 3.7-ci bəndinə görə məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti icra məmurunun investisiya şirkətinə verilən tapşırığı əsasında girov müqaviləsində göstərilən qiymətə fond birjasında satışa çıxarılır. Hazırkı işin materiallarından isə görünür ki, mübahisəli sonrakı girov müqaviləsində girov predmeti olan "xxxx" ASC-nin 843.113 ədəd sənədsiz adlı səhmlərin hər birinin nominal dəyəri 24 manat və ümumi dəyərləri 20.234.712 manat məbləğində müəyyən edilmişdir. Odur ki, xx.xx.2015-ci il tarixli 1xx/xx/3365/14 saylı sonrakı girov müqaviləsi üzrə bank qarşısında girovla yüklü edilmiş cavabdehin mülkiyyətində olan "xxxx" ASC-nin 843.113 ədəd sənədsiz adlı səhmləri girov müqaviləsində müəyyən edilmiş qiymətə açıq hər racda (hazırkı halda fond birjasında) satışa çıxarılmalıdır.

24. Məhkəmə gəldiyi nəticəni həmçinin MM-nin 385.1, 386, 442, 443.1, 445.7, 448.1, 462.1, 467, 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

25. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində, qətnamənin-kredit müqaviləsi üzrə əsas, faiz, cərimə və gecikdirilmiş 5 faiz məbləği hissəsində ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

26. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin - "150.000 manat mə bləğində dəbbə pulu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 591.554,8 manat məbləğində faiz borcunun ödənilməsi" hissəsində ləğv edilməsi və bu hissədə iddianın rədd edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi hissəsində ləğv edilərək bu hissədə "xxxx" ASC-nin 843.113 ədəd səhminə yönəldilməsində satış zamanı səhmlərin ilkin satış qiymətinin məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyənləşdirilən qiymət göstərilməklə satılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 oktyabr tarixli 2-2(103)-89/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, girov predmeti olan tutma yönəldilmiş "xxxx" ASC-nin 843.113 sənədsiz adlı səhminə səhmlərin ilkin satış qiyməti 12.512.866 manat müəyyən edilməsi; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər A.Hüseyn və R.Qurbanov).

28. Apellyasiya instansiya məhkəməsinin apellyasiya baxışının hədlərinə uyğun olaraq, əsas borc üzrə iddianın rədd edildiyi hissə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı cavabdehdən 4.888.889,30 manat məbləğində əsas borc tutulmasını xahiş etmiş, məhkəmə ekspert rəyini nəzərə alaraq bu hissədə iddianı qismən 3.943.698,7 manat hissədə təmin etmişdir.

29. İddiaçının apellyasiya şikayətinin əsas dəlili b undan ibarətdir ki, əsas borc ekspert tərəfindən düzgün hesablanmamışdır. Belə ki, 25 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışda öz əksini tapan xx.xx.2015-ci il tarixdə (100.000 manat), xx.xx.2015-ci il (88.636,62 manat), xx.xx.2015- ci il (312155,86 manat) və xx.xx.2016-cı il (332805,06 manat) tarixlərdə kredit borcundan silinmiş məbləğlər bank tərəfindən hesabdan silindikdən sonra hesaba geri qaytarılmışdır. Bunun səbəbi kimi, apellyasiya şikayətində məbləğlərin səhvən silindiyi qeyd edilir.

30. Birinci instansiya məhkəməsində isə məhkəmə iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi hesabdan silinmiş məbləğlərin sonradan cavabdehin hesabına köçürülməsini iddiaçı tərəfindən həmin məbləğlərin əlavə kredit məbləğləri kimi cavabdehə verilməsi ilə izah etmiş dir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf sözügedən məbləğlərin mübahisəli kredit müqaviləsi üzrə kredit məbləği kimi hesaba köçürülməsini, eləcə də həmin kredit müqaviləsi üzrə əlavə kredit məbləğlərinin verilməsi barədə tərəflər arasında razılığın əldə edilməsini, bununla bağlı kredit müqaviləsinə və girov müqaviləsinə müvafiq əlavələrin imzalanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddiaçının bu mülahizələri əsassızdır.

31. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəsatətinə əsasən iş üzrə yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 25 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışda öz əksini tapan xx.xx.2015-ci il tarixdə (100.000 manat), xx.xx.2015ci il (88.636,62 m anat), xx.xx.2015-ci il (312155,86 manat) və xx.xx.2016-cı il (332805,06 manat) tarixlərdə kredit borcundan silinmiş məbləğlər səhvən silinməsi və hesaba geri qaytarılması əsası ilə borclu tıərəfindən edilmiş ödəniş kimi nəzərə alınmazsa "X4' QSCnin əsas və faiz borcu xx.xx.2017-ci il tarixə nə qədər təşkil edir?; Hesabdan çıxarışa əsasən qeyd edilən tarixlərdə bu məbləğlərin bank tərəfindən kredit üzrə silindikdən sonra hesaba geri qaytarıldığını müəyyən etmək mümkündürmü, əgər mümkündürsə silindikdən sonra bank tərəfindən hesaba geri qaytarılmış məbləğlərin cəmi nə qədər təşkil edir?

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/942-9/953 saylı ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş suallar belə cavablandırılmışdır ki, 25.0 9.204-cü il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışda öz əksini tapmış xx.xx.2015-ci il tarixdə (100.000 manat), xx.xx.2015-ci il (88.636,62 manat), xx.xx.2015-ci il (312155,86 manat) və xx.xx.2016-cı il (332805,06 manat) tarixlərdə kredit borcundan silinmiş məbləğlərin səhvən silinməsi və hesaba geri qaytarılması əsası ilə borclu tərəfindən edilmiş ödəniş kimi nəzərə alınmazsa, riyazı hesablamalarla Cavabdeh2 QSC-nin xx.xx.2017-ci il tarixə ümumi borcu 5.117.283,46 manat (4.816.266,79 manat əsas, 301.016,67 manat faiz) təşkil edir. İkinci sual üzrə qeyd edilmişdir ki, kredit borcundan silinmiş, lakin sonrakı müddətlərdə Cavabdeh2 QSC-nin Bankda olan digər kredit müqavilələri üzrə yaranmış borca, digər əməliyyatlara silinməsinə əsas verən ödəniş tapşırığı, sərəncam və ərizələr (dig ər təsdiqedici sənədlər) ekspertiza tədqiqatına təqdim edilmədiyindən, hesabdan çıxarış məlumatlarına əsasən qeyd edilən tarixlərdə bu məbləğlərin bank tərəfindən kredit üzrə silindikdən sonra hesaba geri qaytarıldığını müəyyən etmək mümkün olmadı.

33. İddiaçının nümayəndəsinin vəsatətinə əsasən ekspert Zaur Məmmədov məhkəmə iclasında dəvət olunaraq verdiyi rəylə bağlı suallara cavab vermiş və bir daha qeyd etmişdir ki, mübahisəli məbləğlərin bank tərəfindən akseptsiz qaydada silindikdən sonra borclunun hesabına geri qaytarılması təsdiqedici sənədlər təqdim edilməsən yalnız hesabdan çıxarış əsasında müəyyənləşdirilə bilməz.

34. İddiaçının nümayəndələri bank ləğv prosesində olduğu üçün ekspertin silinmiş məbləğlərin borcalanın hesabına geri qaytarıldığını təsdiq edən sənədlərin arxivdə saxl anılmadığını göstərmişlər.

35. Məhkəmə iddiaçının nümayəndələri tərəfindən mübahisələndirdiyi ödənişlərin silindikdən sonra cavabdehin hesabına geri qaytarıldığına dair birinci instansiya məhkəməsinə təsdiqedici sənədlər təqdim edilmədiyini, həmin ödənişlərlə bağlı birinci instansiya məhkəməsində fərqli izahat verildiyini (əlavə kredit verilməsi olaraq göstərildiyini) nəzərə alaraq hesab etmişdir ki, həmin ödənişlərin məhkəmə tərəfindən nəzərə alınmaması üçün əsaslar müəyyən edilmir. Buna görə də, iddianın rədd edildiyi hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən apellyasiya instansiyası mərhələsində bu halı təsdiq etmək üçün müvafiq sorğular verilməklə əlavə sübutların toplanması barədə vəsatət MPM-nin 372.2-ci maddəsinə əsasən təmin edilməmişdir.

36. Dəbbə pulu tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 667.469,30 manat dəbbə pulu tutulmasını xahiş etmiş, məhkəmə əsas borcla bağlı iddia tələbinin 3.943.698,7 manat hissədə əsaslı olduğunun təsdiq edildiyini nəzərə alaraq, dəbbə pulu tələbini 150.000 manat hissədə (əsas borcun təxminən 4 faizi) təmin etmişdir. İddiaçı apellyasiya şikayətində həmin hissədə iddianın tam təmin edilməsini xahiş etmişdir.

37. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu ilə yanaşı eyni zamanda əldən çıxmış fayda qismində yarım milyondan çox (591.554,8 manat) illik 5 faizlə əldən çıxmış fayda tutulduğunu və MM-nin 466.1-ci maddəsinin tələbini nəzərə alaraq tutulan məbləği ağlabatan və əsas borc məbləğinə mütənasib hesab etmişdir.

38. Cavabdeh apellyasiya şikayətində 150.000 manat dəbbə pulunun tutulması hissəsində qətnamənin ləğv edilərək, müqavilə üzrə faiz və illik 5 faizdən əlavə dəbbə pulu tutulması cavabdehin vəziyyətini ağırlaşdırdığı üçün həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

39. Məhkəmə tərəflər arasında bağlanmış kredit müqavilənin 6.2-ci bəndində borc alanın bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişlərin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 12 %-i miqdarında cərimə ödənişi nəzərdə tutulduğunu və cavabdehin ödəniş cədvəli üzrə (2-ci cild 16-cı vərəq) ödənişləri vaxtında və nəzərdə tutulmuş məbləğdə həyata keçirmədiyini nəzərə alaraq, iddiaçının müqavilə şərtinə və MM-nin 465-ci maddəsinə əsasən dəbbə pulu tələb etməsi qanuni və əsaslı hesab etmiş və qətnamənin dəbbə pulu tutulması hissəsində ləğv edilərək iddianın həmin hissədə rədd edilməsi üçün əsaslar müəyyən etməmişdir.

40. İllik 5 faiz əldən çıxmış fayda tələbi ilə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsi ilə əlaqədar MMnin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olmaqla 3 illik müddət üçün (xx.xx.2017xx.xx.2020-ci il) 724.503,67 manat məbləğində faiz tutulmasını tələb etmiş, məhkəmə əsas borcla bağlı iddia tələbinin 3.943.698,7 manat hissədə əsaslı olduğunun təsdiq edildiyini nəzərə alaraq, 5 faizlə əldən çıxmış fayda tələbini 591.554,8 manat məbləğində (3.943.698,7x5%x3 il) təmin etmişdir.

41. İddiaçı əsas borc məbləğinin 3.943.698,7 man atdan artıq olduğuna dair mövqeyini sübut edə bilmədiyindən məhkəmə hesab etmişdir ki, əldən çıxmış fayda ilə bağlı iddia tələbinin tam təmin edilməsi üçün əsaslar yoxdur.

42. Cavabdehin bu hissədə iddiaya etirazı və apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, QSC "xxxx" KB 2016-cı ildən ləğv prosesində olduğundan və ona verilmiş lisenziya ləğv edildiyindən həmin tarixdən sonra bank fəaliyyəti ilə məşğul olmaq və cavabdehin ödəmədiyi borcu yenidən dövriyyəyə buraxaraq istifadə etmək hüququ və imkanı olmadığı üçün əldən çıxmış faydadan söhbət gedə bilməz.

43. Məhkəmə hesab etmişdir ki, "xxxx" KB 2016-cı ildən ləğv prosesində olsa da hüquqi şəxs kimi hüquq və fəaliyyət qabiliyyətini itirmədiyindən və iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirərək öz kredit orları qarşısında öhdəliklərini qanunda nəzərdə tutulmuş növbəlilik gözlənilməklə icra etməli olduğundan və bu prosesin uzanması banka zərər vurduğundan cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə dəymiş zərərin ödənilməsini tələb etmək hüququ var. Belə ki, ləğv prosesində olan bankın kreditor borclarının ödənilməsi gecikdirildiyi halda ləğvetmə prosesi aylarla və illərlə davam edir və bu prosesin yubanması əlavə xərclərə səbəb olduğundan (hüquqi xidmət xərcləri, əgər ləğvedici üçün inzibati bina icarəyə götürülmüşsə icarə haqqı, işçilərə əmək haqqı ödənişləri, kommunal ödənişlər və s) qətnamə əldən çıxmış fayda ilə bağlı iddianın təmin edildiyi hissədə qanuni və əsaslı hesab edilir.

44. Girov qoyulmuş səhmlərin qətnamədə ilkin satış qiymətinin qeyd edilməsi ilə bağlı məh kəmə göstərmişdir ki, işdən görünür ki, tələb üzrə tutma xx.xx.2015-ci il tarixli 1xx/xx/3365/14 saylı sonrakı girov müqaviləsi üzrə bank qarşısında girovla yüklü edilmiş cavabdehin mülkiyyətində olan "xxxx" ASC-nin hər birinin nominal dəyəri 24 (iyirmi dörd) manat və ümumi dəyərləri 20.234.712 (iyirmi milyon iki yüz otuz dörd min yeddi yüz on iki) manat olan 843.113 (səkkiz yüz qırx üç min yüz on üç) ədəd sənədsiz adlı səhminə yönəldilməsi və həmin qiymətli kağızlar açıq hərracda (fond birjasında) satılması qət edilmişdir.

45. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən tutma yönəldilmiş səhmlərin ilkin satış qiyməti qətnamədə qeyd edilməli idi.

46. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmış və ona istinad etmişdir ki, tərəflər arasında 26 yanvar 2015-ci il tari xli girov müqaviləsi bağlanarkən MM-nin 135.1-ci maddənin (xx.xx.2015-ci il tarixədək qüvvədə olmuş redaksiya) məzmununda növündən asılı olmayaraq qiymətli kağızlar da əşya hesab olunurdu. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1.-ci maddəsinə əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovu olduğundan və əvvəlki qanunvericiliyə əsasən səhmlər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab edildiyindən ipoteka predmeti hesab edildiyi üçün onun ilkin satış qiyməti qətnamədə qeyd edilməli idi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 564 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların” Siyahısının 8-ci bəndi xx.xx.2020-ci il tarixdə ləğv edilənədək qiymətli kağızlara rəsmiləşdirilən daşınar əşyalar bu siyahıda olmuşdur.

47. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən girov predmeti uzun müddətə (iki və daha çox il müddətinə) yüklü edildikdə, girov predmeti hər il yenidən qiymətləndirilməlidir.

48. İddiaçının nümayəndələri müqavilənin qeyd edilən şərtinə uyğun olaraq girov predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və məhkəmə qətnaməsində qeyd edilməsinə etiraz etmədiklərini bildirmişlər.

49. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəsatətinə əsasən girov qoyulmuş səhmlərin ilkin satış qiymətinin müəyyən edilməsi üçün iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilm iş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi daxil olmuş xx.xx.2023-cü il tarixli 9/942-9/953 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ”Bakeletroqaynaq” ASC-də mülkiyyətində olan 843.113 ədəd sənədsiz adlı səhmin kapital dəyəri 13.903.184 manat, likvid qiyməti 12.512.866 manat təşkil edir. Ekspertiza tədqiqatı zamanı Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olan "xxxx" MMC tərəfindən tərtib edilmiş ”Bakeletroqaynaq” ASC-nin kapitalının xx.xx.2023-cü il tarixə dəyəri barədə qiymətləndirmə hesabatına istinad edilmişdir.

50. Məhkəmə cavabdehin bu tələbinin qanuni və müqavilə şərtlərinə uyğu olduğunu və bu tələblə bağlı tərəflər arasında mübahisə olmadığını nəzərə alaraq hesab etmişdir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-207/2021 nömrəli qətnaməsi dəyişdirilərək ekspert rəyinə əsasən ”Bakeletroqaynaq” ASC-nin girov predmeti olan səhmlərin ilkin satış qiyməti 12.512.866 manat müəyyən edilməlidir.

51. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 135.1, 269.4, 385.1, 386, 445.7, 465.1, 466.1, 467 və 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1 və 39.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

52. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir.

53. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin qismən-“müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddə t üçün 591.554,8 manat məbləğində faiz borcu, cəmi 4.931.734,6 manat məbləğində borc” hissələrinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv, həmin hissədə işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

54. MM-nin 385.1, 432.4, 442-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya məhkəməsi cavabdeh tərəfindən öhdəliyin icrasının pozulmasına düzgün qiymət verməmiş və yekunda cavabdehin banka olan borc öhdəliyi üzrə məbləğinin hesablanmasında səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 15 oktyabr tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə ə saslanmışdır. Qeyd edilən ekspert rəyindən narazı olduğumuz üçün məhkəmədən iş üzrə təkrar ekspertiza təyin edilməsi xahişimiz təmin edilməmişdir. Bununla da apellyasiya məhkəməsi işin hərtərəfli və obyektiv araşdırılmasına şərait yaratmamışdır.

55. İddiaçı tərəfindən 2015-ci il 15 iyul tarixində 52.495 manat pulun "xxxx" QSC-yə köçürülüb-köçürülməməsi barədə məlumatların təqdim olunması üçün "xxxx" QSC-yə, 101.680 AVRO məbləğin “Societe Generale” adlı hüquqi şəxsin hesabına köçürülübköçürülməməsi barədə məlumatların təqdim olunması üçün və ümumiyyətlə mübahisə olunan məbləğlərlə bağlı iddiaçı tərəfindən 2015-ci il 14 iyul, 15 iyul, 31 iyul, 3 avqust, 26 avqust, 2016-cı il 21 yanvar tarixlərdə aparılmış əməliyyatları özündə əks etdirən çıxarışın təqdim olunması üçün Azərbaycan Respubikasın ın Mərkəzi Bankına sorğu ilə müraciət olunması barədə vəsatət verilsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. İşin materiallarında olan hesabdan çıxarış məlumatlarında kifayət qədər dəlillər olmasına baxmayaraq, məhkəmə cavabdehin şifahi mülahizələrinə və yanlış ekspert rəyinə qiymət vermişdir. Yekunda apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə düzgün qiymət verməmiş və ekspertin yanlış olan rəyini əsas sübut kimi qəbul edərək yanlış qərara gəlmişdir.

56. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur-apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 15 oktyabr tarixli 9/5128 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsassız olduğuna görə tərəflərindən təkrar mühasibatlıq ekspertizasının keçirilməsi üçün vəsatətlə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə tərəfindən təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən 2023-cü il 28 avqust tarixli 9/9429/953 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi tərtib olunmuşdur. Həmin rəydə də mübahisələndirilən məbləğlər nəzərə alınmadığı təqdirdə qalıq borc məbləği müəyyyənləşdirilmişdir. İddiaçının vəsatəti əsasında ekspert məhkəmə iclasına dəvət olunmasına baxmayaraq ekspertə verilən sualların cavablandırılması üçün məhkəmə tərəfindən şərait yarad ılmamışdır. Ekspert yalnız bildirmişdir ki, mübahisəli məbləğlərin bank tərəfindən akseptsiz qaydada silindikdən sonra borclunun hesabına qaytarılması təsdiqedici sənədlər təqdim edilmədən yalnız hesabdan çıxarış əsasında müəyyənləşdirilə bilməz. Mübahisə olunan məbləğlərin borclu tərəfindən hansı qaydada ödənilməsi barədə iddiaçı tərəfindən verilmiş suala məhkəməyə dəvət olunmuş ekspert cavabalandırmaqdan yayınmışdır. Lakin məhkəmə tərəfindən buna müdaxilə olunmamış və nəticədə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul olunmuşdur. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

57. MM-in 445.7-ci maddəsinin, KMP-nin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli Qə rarının, “Banklar haqqında” Qanunun 3.1, 3.5-ci maddələrinin tələbləri pozulmuşdur-iddiaçı 2016-cı il 1 oktyabr tarixindən (lisenziyanın ləğvi günü) bu günə qədər bank fəaliyyəti ilə məşğul ola bilməz, belə bir fəaliyyət qanuna ziddir. Lisenziyanın ləğv olunmasından 1 il sonra (məhkəmə hesablamanı 2017-ci ildən başlayaraq aparıb) cavabdeh tərəfindən kredit borcu geri qaytarılıbqaytarılmamasından asılı olmayaraq iddiaçı həmin vəsaiti dövriyyəyə buraxaraq istifadə etmək imkanında deyildi. Göründüyü kimi, KMP-nun 2014-cü il 24 dekabr tarixli Qərarı qüvvədə olan lisenziyası əsasında bank fəaliyyəti ilə məşğul olan bankların bank fəaliyyəti ilə bağlı zərərini, onun sübutu, onun qarşılanması zamanı 445.7-ci maddənin tətbiqi və onun tətbiqi qaydasını nəzərdə tutur və bu halda 445.7-ci maddə tətbi q edilə bilməz. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Cavabdeh iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətinin təmin olunmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, şikayətin digər bəndində kassator həmin dəlili özü təkzib etmişdir. Belə ki, apellyasiya məhkəməsi iş üzrə yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 28 avqust tarixli 9/942-9/953 saylı ekspert rəyi verilmişdir. Beləliklə, iddiaçı da, cavabdeh də, ekspert də kredit üzrə əsas məbləğin və faizlərin cavabdehdən silindiyini təsdiq etmiş, bu hal mübahisələndirilməmişdir.

59. Həmçinin, MPM-in 407.2.-ci maddəsinə əsasən, kassas iya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bununla da, cavabdeh iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

60. İddiaçının kassasiya şikayətində formal olaraq, məhkəmə aktının ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə borcun tutulması hissəsində mübahisələndirilir. Ona görə də, MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından, iddiaçının şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsasl ılığı həmin hissədə yoxlanılacaqdır.

61. Cavabdehin kassaiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi «müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 591.554,8 manat məbləğində faiz borcunun tutulması» hissəsində mübahisələndirilir. Ona görə də, MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından, cavabdehin şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

62. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruri dir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

63. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

135. Əşya hüququnun obyektləri 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır....” “Maddə

269. Girov və ipoteka hüququ anlayışı... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir....” “Maddə

466. Zərər və dəbbə pulu 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” 64. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;...” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanl a ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri....”

65. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutla ra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı mate riallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi) 67. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəal iyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

68. Məhkəmə kollegiyası ilk növbədə qeyd edilməsini zəruri hesab edir ki, işə kassasiya qaydasında baxılarkən, cavabdeh tərəfindən iş üzrə icraatın dayandırılması barədə vəsatət verilərək göstərilmişdir ki, hazırki iş üzrə satışı tələb olunan girov səhmlər 4cü növbədə girov dur, həmin səhmlər əvvəl 3 ilkin növbəli girovla yüklü edilmişdir. İlk üç girovla bağlı hazırda kommersiya məhkəməsinin icraatında mübahəsələr mövcuddur və yekun məhkəmə aktı qəbul edilməmişdir. Ona görə də, hazırki işin icraatı dayandırılmalıdır.

69. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin, girov predmeti olan, tutma yönədilmiş "xxxx" ASC-nin 843.113 sənədsiz adlı səhminə aid hissəsindən kassasiya şikayətinin verilmədiyindən və həmin hissə hazırki kassasiya baxışının predmetini təşkil etmədiyindən, vəsatətin təmin edilməsi və kassasiya baxışının hədlərini təşkil edən hissədə (bax bu qərarın 60 və 61-ci bəndləri) işin icraatının dayandırılması üçün əsaslar mövcud deyildir.

70. İddiaçının kassasiya şikayətinin maddi və prosessu al hüquq normalarının dəlillərində apellyasiya instansiyası məhkəməsinin kredit müqaviləsi üzrə borcun tutulması hissəsində gəldiyi nəticə mübahisələndirilərək, iş üzrə verilmiş 2021-ci il 15 oktyabr və 2023cü il 28 avqust tarixli ekspert rəylərinin mötəbərliyi şübhə altına alınmışdır (bax bu qərarın 5456-cı bəndləri).

71. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, işin materiallarından göründüyü kimi, işə apellyasiya qaydasında baxılarkən iddiaçının eyni məzmunlu apellyasiya şikayətinin dəlilləri əsasında təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və 2023-cü il 28 avqust tarixli rəy verilmişdir.

72. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri, əsaslı şübhədən kənar sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndinmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin işin materiallarından iddiaçı tərəfindən belə sübutların təqdim edildiyi müəyyən edilmir.

73. Ona görə də, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirdiyi ödənişlərin silindikdən sonra cavabdehin hesabına geri qaytarıldığına dair birinci instansiya məhkəməsinə təsdiqedici sənədlər təqdim edilmədiyini, həmin ödənişlərlə bağlı birinci instansiya məhkəməsində fərqli izahat verildiyini nəzərə alaraq belə qənaətə gəlmiş dir ki, həmin ödənişlərin məhkəmə tərəfindən nəzərə alınmaması üçün əsaslar müəyyən edilmir (bax bu qərarın 35-ci bəndi).

74. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kredit müqaviləsi üzrə borcun tutulması hissəsində gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə (mətni üçün bax bu qərarın 65-ci bəndi) uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

75. Cavabdehin kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi «müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 591.554,8 manat məbləğində faiz borcunun tutulması» hissəsində mübahisələndirilmiş və apellyasiya şikayətində qeyd olunan eyni dəlillər irəli sürülmüşdür (bax bu qərarın 42-ci bəndi).

76. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 43-cü bəndi).

77. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə qətnamənin ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şik ayətləri isə təmin edilməməlidir.

78. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 oktyabr tarixli 2-2(103)-89/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva E.R.Vəliyeva A.Q.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar