Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-671/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı ilk, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 avqust tarixli, 2-2(107)-80/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfind ən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra – “iddiaçı”) cavabdeh X2” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə müqaviləsi əsasında fevral ayı üçün 26.714 manat, mart ayı üçün 45.667 manat, aprel ayı üçün 45.667 manat, may ayı üçün 45.667 manat, iyun ayı üçün 45.667 manat, iyul ayı üçün 45.667 manat, avqust ayı üçün 45.667 manat olmaqla, ümumilikdə 300.716 manat pulun, 400 manat mediasiya xərci və 191 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının təqdim etdiyi icarə müqaviləsin ə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavə və həmin tarixli aktın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 8 avqust tarixli e-2-2(117)-654/2023 nömrəli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur (hakim R.Məcidov). Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 2-2(107)-86/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia rədd olunmuş, qarşıl ıqlı iddia isə təmin olunmuşdur (sədrlik edən-məruzəçi hakim E.Hüseynov, hakimlər V.Məlikov və G.Cavadova). İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın təmin və qarşılıqlı iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 may tarixli, 2-2(102)-242/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim K.Abiyeva, hakimlər B.Qəribov və M.Əhmədova). Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 avqust tarixli, 2-2(107)-80/2023 nömrəli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Şəki K ommersiya Məhkəməsinin 2023-cü il 8 avqust tarixli e-2-2(117)-654/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim N.Quliyev, hakimlər Ə.Məcidov və M.Əsəsdli). Həmin qətnamədən cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayətləri qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələblərinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 man atdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Hazırkı işdə isə qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə riayət olunmamışdır. Belə ki, ilk iddianın qiyməti 300716 manat, qarşılıqlı iddianı isə əmlak xarakterli olmayan, yəni əlavənin və aktın etibarsız hesab edilməsi ilə bağlı iddia təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hər iki iddia tələbinə münasibətdə mübahisələndirildiyi halda hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablama aparılmaqla dövlət rüsumu ödənilməli idi. Çünki qanunvericilikdə bununla bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Odur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3, 8.2 və 8.6-cı maddələrinin tələblərinə əsasən hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablanmaqla, ilk iddia üzrə 296 man at, qarşılıqlı iddia üzrə isə 50 manat olmaqla, cəmi 346 manat təşkil etməlidir. Lakin cavabdeh və üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilərkən ayrıayrılıqda cəmi 297 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsində isə təsbit edilmişdir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kass asiya şikayətləri qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətlərinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 404-1.2, 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 avqust tarixli, 2-2(107)-80/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətlərinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: Hakimlər: R.Ə.Qurbanov Ə.M.Xıdırov B.M.Məm
Məhkəmə qərarları › İş №2-2(102)-671/2024
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-671/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver