Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-672/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, müqavilənin etibarsız sayılması, nəqliyyat vasitələrinin qaytarılması, əldən çıxmış faydanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqavilələrinin etibarsızlığı, qeydiyyat şəhadətnamələrinin ləğvi, nəqliyyat vasitələrinin qaytarı lması və ya dəyərinin ödənilməsi, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(103)-60/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İcarədar qismində “Aztexnika LTD" MMC ilə icarəçi qismində "xxxx" MMC arasında 2021-ci il 13 yanvar tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2021-ci il 31 avqust tarixli 13 nömrəli əlavəsinə görə, icarədar **-JE-*** dövlət qeydiyyat nişanlı MACK brendinə məxsus yük nəqliyyat vasitəsi və SCHMİTZ Cargobull aylıq icarə haqqı 6.500 manat olmaqla icarəçiyə icarəyə vermişdir.
2. Cavabdeh MMC-nin nümayəndəsi və “Aztexnika LTD" MMC-nin nümayəndəsi 2018-ci il 8 fevral tarix ində ərizələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə müraciət edərək, **-ZJ-***, **-ZJ-***, **-ZJ-***, **-ZJ-*** dövlət qeydiyyat nişanlı özünlü yarımqoşquların və **-JP-***, **-JP-***, **-JP-*** dövlət qeydiyyat nişanlı MACK brendinə məxsus yük nəqliyyat vasitələrinin alqı-satqısının rəsmiləşdirilməsini xahiş etmişlər. 2018-ci il 8 fevral tarixli nəqliyyat vasitələrinin alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, **-ZJ-***, **-ZJ-***, **-ZJ-***, **-ZJ-*** dövlət qeydiyyat nişanlı özünlü yarımqoşqular və **-JP-***, **-JP-***, **-JP-*** dövlət qeydiyyat nişanlı MACK brendinə məxsus yük nəqliyyat vasitələri “Aztexnika LTD" MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır. 2018-ci il 8 fevral tarixli nəqliyyat vasitələrinin təhvil-təslim aktlarına gör ə, sözügedən yük nəqliyyat vasitələri “Aztexnika LTD" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin 2023-cü il 23 fevral tarixli məktubuna əlavə edilmiş kompüter çıxarışına görə, **-ZJ-***, **-ZJ-***, **ZJ-***, **-ZJ-*** dövlət qeydiyyat nişanlı özünlü yarımqoşqular və **-JP-***, **-JP-***, **-JP-*** dövlət qeydiyyat nişanlı MACK brendinə məxsus yük nəqliyyat vasitələri Cavabdeh MMC-nin mülkiyyətindədir.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi 2023-cü il 4 may tarixli 3-13-16/2-55979/2023 nömrəli məktubuna görə, nəqliyyat vasitələrinin ilkin və sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. 5. “Aztexnika LTD" MMC tərəfindən təqdim edilmiş 2023-cü il 22 iyun tarixli maliyyə arayışına görə, 1 ədəd Mack markalı yəhərli dartıcının balans dəyəri 128.830,01 manat, 1 ədəd özünlü yarımqoşqunun balans dəyəri isə 38.036,04 manat təşkil edir. 6. “Aztexnika LTD" MMC tərəfindən təqdim edilmiş 2023-cü il 22 iyun tarixli maliyyə arayışına görə, 1 ədəd Mack markalı yəhərli dartıcılar aylıq icarə haqqı ƏDV daxil 5.310 manat, 1 ədəd özünlü markalı yarımqoşqular üçün aylıq icarə haqqı ƏDV daxil 2.360 manat götürülməklə, 2018-ci il 9 fevral tarixindən 2022-ci il 31 oktyabr tarixinədək olan dövr ərzində 3 ədəd Mack markalı yəhərli dartıcı və 4 ədəd özünlü markalı yarımqoşqu üçü n itirilmiş yekun fayda 1.438.841,43 manat təşkil etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 7. "xxxx" MMC (bundan sonra - “iddiaçı”) 2022-ci il 6 dekabr tarixində Cavabdeh MMC-yə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyat şəhadətnaməsi AD131941, AD131942, AD131943, AD131944, qeydiyyat nişanı ** ZJ ***, ** ZJ ***, ** ZJ ***, ** ZJ *** olan özünlü yarımqoşqular və AD131835, AD131836, AD131940 qeydiyyat şəhadətnaməsi, ** JP ***, ** JP ***, ** JP *** dövlət qeydiyyat nişanı olan MACK brendinə məxsus yük nəqliyyat vasitələrinin cavabdehin adına rəsmiləşdirilməsinə əsas olan sənədlər, alqısatqı müqavilələrinin etibarsız hesab edilərək, həmin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, sözü gedən nəqliyyat vasitələrinin iddiaçıya qaytarılması, bu mümkün olmadıqda, həmin nəqliyyat vasitələrinin balans dəyəri olan 524.955,96 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, bu müddət ərzində iddiaçının qeyd edilən nəqliyyat vasitələrinin icarəyə verilməsindən məhrum olduğu üçün 1.438.841,43 manat əldən çıxmış faydanın, eləcə də 1.772 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müəssisəsində aparılan daxili yoxlamalar zamanı, onun mülkiyyətində olan nəqliyyat vasitələrinin və yarımqoşquların dəqiq siyahısının tərtib edilməsi və mövcudluğunun yoxlanılması məqsədi ilə aidiyyəti dövlət qurumu olan Azərbaycan Respublikası Bakı X1 İdarəsinə (bu ndan sonra – “DYPİ”) sorğu göndərilmişdir. DYPİ tərəfindən 2019-cu il 29 may tarixli 016-48820-1219 nömrəli cavab məktubunun qoşma sənədlərində, iddiaçıya məxsus nəqliyyat vasitələri və yarımqoşquların siyahısı, onlara dair qeydiyyat məlumatları təqdim olunmuşdur. Aparılan araşdırmanın nəticəsi olaraq, siyahıdan bir sıra nəqliyyat vasitələrinin və yarımqoşquların iddiaçının adına idxal olunmasına baxmayaraq, iddiaçının qeydiyyatında olmaması aşkarlanmışdır. Həmin nəqliyyat vasitələrinin qeydiyyat məlumatlarının əldə edilməsi üçün DYPİ-ya müraciət ünvanlanmış və 2022-ci il 1 aprel tarixli 016-37118-1222 nömrəli cavab məktubuna əsasən qeyd olunan 4 ədəd özünlü yarımqoşqu və 3 ədəd MACK brendinə məxsus yük nəqliyyat vasitələrinin 2018-ci il 8 fevral tarixində yeni şəhadətnamələr verilməklə, c avabdehin adına qeydiyyata alındığı aşkar edilmişdir. İddiaçı yarımqoşqu və yük avtomobillərinin cavabdehin mülkiyyətinə keçməsi və DYPİ-nin Qeydiyyat şöbəsində qeydiyyata alınması üçün hər hansı sənəd vermədiyindən və belə sənədləşməyə əsas ola biləcək əqd bağlamadığından DYPİ tərəfindən aparılmış qeydiyyat əməliyyatları qanuni hesab oluna bilməz.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 iyun tarixli e-2-2(113)478/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, qeydiyyat şəhadətnaməsi AD131941, AD131942, AD131943, AD131944, qeydiyyat nişanı **-ZJ***, **-ZJ-***, **-ZJ-***, **-ZJ-*** olan özünlü yarımqoşqular və AD131835, AD131836, AD131940 qeydiyyat şəhadətnaməsi, **-JP-***, **-JP-***, **-JP-*** dövlət qeydiyyat nişanı olan MACK brendinə məxsus yük nəqliyyat vasitələrinin cavab dehin adına rəsmiləşdirilməsinə əsas olan alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi, həmin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrin ləğv olunması və nəqliyyat vasitələrin iddiaçıya qaytarılması qət edilmişdir (hakim – Z.Axundova).
10. Məhkəmə iddia tələbinin iddiaçının qeyd edilən nəqliyyat vasitələrinin icarəyə verilməsindən məhrum olduğu üçün 1.438.841,43 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində hesab etmişdir ki, MM-nin 443.4-cü maddəsinin tələbinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Hazırkı halda iddiaçının fayda əldə etmək üçün tədbirlər görməsi, bu məqsədlə hazırlıq işləri aparmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. İddi açının özü tərəfindən məhkəməyə təqdim edilmiş arayış onun özü tərəfindən tərtib edildiyi üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 43.1, 44.1, 324.1, 324.2, 324.4, 337.1, 337.3, 337.4, 337.5, 359.1, 362.5, 389.1, 389.2, 405.2 və 443.4-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun nəqliyyat vasitələri iddiaçıya qaytarılması və iddianın rədd olunduğu hissələrində ləğv, iddianın nəqliyyat vasitələrinin balans dəyəri olan 524.955,96 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, bu müddət ərzində iddiaçının qeyd edilən nəqliyyat vasitələrinin icarəyə verilməsindən məhrum olduğu üçün 1.438.841,43 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun təmin edilən hissəsində ləğv, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(103)-60/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “nəqliyyat vasit ələrinin geri qaytarılması” hissəsində dəyişdirilərək, dövlət qeydiyyat nişanı **-ZJ***, **-ZJ-***, **-ZJ-***, **-ZJ-*** və hər birinin balans dəyəri 38.036,04 manat olan özünlü yarımqoşqular və dövlət qeydiyyat nişanı **-JP-***, **-JP-***, **-JP-*** və hər birinin balans dəyəri 124.270,6 manat olan MACK markalı yük nəqliyyat vasitələrinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması, qətnamə icra olunan vaxt həmin nəqliyyat vasitələri mövcud olmadığı halda isə onların balans dəyərləri həcmində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya verilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və Z.Şirinov).
15. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin əldən çıxmış faydaya dair dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı MM-in 443.4-cü maddəsin in dispozisiya şərtlərinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxs və ya şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu, mübahisəli nəqliyyat vasitələri onda olmadığına görə həmin müqavilələrin bağlanmasının mümkün olmadığını və nəticədə əldə edə biləcək gəlirdən mərhum olduğunu təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçının başqa nəqliyyat vasitələrinə dair icarə müqavilələri bağlaması isə mübahisəli nəqliyyat vasitələrinə münasibətdə MM-in 443.4-cü maddəsi baxımından tədbirlər görməsi və hazırlıq işlərinin aparması anlamına gəlmir. Ona görə iddiaçının digər nəqliyyat vasitələrinə dair təqdim etdiyi sübutların araşdırılmasına zərurət yoxdur.
16. Ape llyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 337.1, 337.3, 337.4, 337.5, 354.1 və 443.4-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarına; MPM-in 77.1, 97.5 və 222.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onun iddia tələbinin təmin olunmayan hissəsində ləğv, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. MM-in 443.4-cü maddəsi üzrə - Məhkəmə qətnaməsinin bir hissəsində müqavilənin olmasını vacib şərt kimi görmüş, digər hissədə isə müqavilənin olmasını tədbirlərin görülməsi kimi qiymətləndirməmişdir. Digər tərəfdən, iddiaçıda olmayan nəqliyyat vasitələri ilə bağlı hansı tədbir və hansı hazırlıq işlərinin görülməsinə də məhkəmə aydınlıq gətirməmişdir. Beləliklə, məhkəmə iddiaçının maddəsini səhv təfsir edərək yanlış nəticəyə gəlmişdir.
19. MPM-in 88-ci maddəsi üzrə - Mövcud vəziyyətdə əldən çıxmış faydanı təsdiq edən yeganə, qanunun tələbinə cavab verən və mötəbər sübut analoji müqavilələrdir ki, onlar da təqdim olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
21. Hazırkı icraat çərçivəsində iddiaçı tərəfindən mübahisələndirilən apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi v ə əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq iddia tələblərinin təmin edilmədiyi hissədə yoxlanılacaqdır.
22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedik də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əml aka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştira kçıları arasında müqavilə olmalıdır....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....”
24. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədlərihttps://eqanun.az/framework/46945 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvi üçün yetərli deyildir.
26. Qanun əldən çıxmış fayda formasında zərərə hüququ pozulmuş şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər kimi anlayış vermişdir (MM-in 21.2-ci maddəsi – bax § 23).
27. Beləliklə, digər şəxsin qanunsuz əməlləri nəticəsində adi mülki dövriyyə şəraitində əldə edilə bilən gəlirlərdən məhrum olaraq zərərə məruz qalan şəxsin həmin əldən çıxmış faydanı təqsirkar şəxsdən tələb etmək hüququ yaranır. Belə ki, zərər vurulması öhdəliyin yaranma əsaslarından biridir (MM-in 386.1-ci maddəsi – bax § 23).
28. Bununla belə, hazırkı işdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, əldən çıxmış faydaya dair iddia tələbinin əsassız hesab edilməsi üçün MM-in “Öhdəliklərin icra edilməməsi” fəslində yer alan 443.4-cü maddəsinə (bax § 23) istinad edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, sözügedən fəslin adından da göründüyü kimi, həmin norma yalnız tərəflər arasındakı öhdəlik münasibətlərindən irəli gələn mübahisələrə tətbiq edilə bilər.
29. Lakin əgər hər hansı şəxsin qanunsuz hərəkətləri nəticəsində əmlak öhdəlik münasibətləri olmada n onun əsl mülkiyyətçinin faktiki sahibliyindən çıxmışdırsa və bu səbəbdən də mülkiyyətçi həmin əmlakdan istifadə etmək, yararlanmaq imkanından məhrum olmuşdursa, mülkiyyətçi özünün əşya hüquqlarına aid olan mülkiyyət hüququnun müdafiəsi məqsədilə vindikasiya qaydasında həmin əmlakın geri qaytarılmasını tələb edirsə (MM-in 157.2-ci maddəsi – bax § 23), bu zaman əldən çıxmış faydanın tələb olunması ümumiyyətlə mümkün deyildir.
30. Belə olan halda isə mülkiyyətçinin, onun sahibliyində olmayan əmlakdan yararlanaraq hər hansı fayda əldə etməsi məqsədilə MM-in 443.4-cü maddəsinə uyğun olaraq, hər hansı tədbirlər görməsi və hazırlıq işləri aparması da qeyrimümkündür.
31. Bununla əlaqədar qanun sözügedən halda mülkiyyətçiyə düşdüyü zərəri, əmlakı qanunsuz olaraq onun sahibliyindən çıxarmış və əml akdan yararlanmış şəxsin hesabına digər formada kompensasiya etmək imkanı vermişdir. Belə ki, MM-in 157.5ci maddəsinin (bax § 23) tələblərinə görə, mülkiyyətçi vicdansız sahibin (əmlaka sahibliyinin qanunsuz olduğunu bilən və ya bilməli olan şəxsin) qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən: 1) əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini; 2) əmlakın vicdansız sahibdə olması ilə bağlı bütün zərərin əvəzini tələb edə bilər.
32. Vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və y a əvəzinin ödənilməsini tələb ediə bilər.
33. Göründüyü kimi, əmlakını qanunsuz sahiblikdən geri alan mülkiyyətçi həmin əmlakdan məhrum olma nəticəsində onu istifadə edə bilməməsi səbəbindən özünün potensial olaraq əldə edə biləcəyi gəlirləri deyil, qanunsuz sahibin bu əmlakdan istifadə etməklə real olaraq götürdüyü və ya götürməli olduğu gəlirləri tələb edə bilər.
34. Hazırkı halda tərəflər arasında ümumiyyətlə hər hansı öhdəlik münasibətlərinin mövcud olması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Buna baxmayaraq mübahisəli əmlakın cavabdehin qanunsuz sahibliyində olması işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halını təşkil edir. Belə ki, mübahisəli texnika üzrə cavabdehlə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə və həmin texnikanın idd iaçıya geri qaytarılmasına dair iddia tələbləri məhkəmə tərəfindən təmin olunmasına baxmayaraq cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında mübahisələndirməməklə həmin iddia tələblərinin əsaslı olması və apellyasiya instansiyası məhkəməsinin həmin tələblər üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
35. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhz özünün mülkiyyət hüquqlarını qoumaq məqsədilə iddia ilə məhkəməyə müraciət etməkdə və mahiyyət etibarilə cavabdehin qanunsuz sahibliyinə son qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Lakin iddiaçı ona məxsus əmlakın cavabdehin qanunsuz sahibliyində olması ilə əlaqədar məruz qaldığı maddi itkiləri əldən çıxmış fayda ilə əsaslandırmaqla və özünün pozulmuş hesab etdiyi hüququnun bərpa edilməsi üçün əldən çıxmış faydaya dair iddia tələbini irəli sürməklə düzgün hüquqi müdafiə vasitəsi seçməmişdir.
36. Belə olan təqdirdə isə hazırkı iş üzrə iddiaçının məruz qaldığı zərəri kompensasiya etmək üçün irəli sürdüyü əldən çıxmış faydaya dair iddia tələbi yuxarıda şərh olunan səbəblərdən heç bir halda təmin oluna bilməzdi.
37. Bununla belə, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiya məhkəməsinin də yekun nəticədə əsassız hesab etdiyi əldən çıxmış faydaya dair iddia tələbinin təmin olunması yuxarıda şərh olunan səbəblərdən istənilən halda mümkün olmadığından mübahisələndirilən qətnamənin ləğvi yalnız formal xarakter daşıyacaqdır.
38. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəmə sinin Kommersiya Kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(103)-60/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(103)-60/2024 nömrəli qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.