Məhkəmə qərarları › İş №2-2(102)-673/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-673/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-673/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" QSC-nin Cavabdeh QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qalıq icarə borcunun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh QSC-yə qarşı “qalıq icarə borcunun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 iyun tarixli 2-2(103)-577/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. "xxxx" QSC (“icarəyə verən”) ilə Cavabdeh QSC (“icarəçi”) arasında 2019cu il 24 sentyabr tarixdə icarə müqaviləsi imzalanmışdır. - Həmin müqavilənin 1-ci bəndinə əsasən, icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40.953,7 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) icarəyə verir. İcarəyə verən "xxxx" QSC tam hissə, 688 kv.m, icarəçi Cavabdeh QSC. - Həmin müqavilənin 3-cü bəndinə əsasən, icarə müddəti 2021-ci il 7 fevral tarixədək müəyyən edilir və əgər ilkin müddətin və ya həmin müddətdən sonrakı hər növbəti üç ilin sonuna ən azı 1 ay qalmış müqaviləyə xitam vermək və ya onu dəyişdirmək haqqında tərərflərdən hər hansı birinin ərizəsi olmadıqda o mü qavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. - Həmin müqavilənin 4-cü bəndinə əsasən, əmlak bu müqaviləyə əlavə 1-ə əsasən ünvan 1 ünvanında yerləşən Bakı Dəmir Yolu Vağzalı binasının 15 və 16cı mərtəbələrində yerləşən, hər bir mərtəbəsi 344 kv.m., ümumilikdə 688 kv.m olan qeyri-yaşayış sahəsidir. - Həmin müqavilənin 5-ci bəndinə əsasən, icarəyə götürən icarəyə verənə aylıq 9.742 manat məbləğində icarə haqqı ödəyir. Əgər icarəçi icarə haqqını vaxtında ödəməzsə, onun tərəfindən ödənilməli olan, ancaq ödənilməyən məbləğin üzərinə hər ödənilməyən gün üçün 0.1 % məbləğində dəbbə pulu əlavə olunacaqdır. Dəbbə pulunun ümumi məbləği ödənilməli olan, ancaq ödənilməyən icarə haqqının ümumi məbləğinin 25%-i miqdarından çox olmamaqla tətbiq oluna bilər. İcarəçi nin ödədiyi hər hansı məbləğ onun icarəyə verən qarşısında bütün borclarının bağlanmasına kifayət etməzsə, o zaman ödənilən məbləğ ilkin olaraq dəbbə pulunun ödənilməsinə yönələcəkdir. İcarəçinin icarəyə verən qarşısında digər borclarına və daha sonra isə icarə haqqının ödənilməsinə yönələcəkdir. 2. 2019-cu il 24 sentyabr tarixli icarə müqaviləsi üzrə imzalanmış 2019-cu il 23 oktyabr tarixli, 3M-202 nömrəli sazişin 1.2-ci bəndinə əsasən həmin icarə müqaviləsi üzrə 2020-ci il 1 yanvar tarixinə kimi yekun ödəniləcək icarə haqqının cəmi 30.117,04 manat məbləğində olması razılaşdırılmışdır. 2019-cu il 23 oktyabr tarixli müqavilənin 1.4,1.5, 1.6-cı bəndlərinə əsasən tərəflər 2019-cu il 1 dekabr tarixinədək ünvan 3 ünvanında yerləşən, Bakı Dəmir Yolu Vağzalı binasının 16-cı mərtəbəsini (344 kv.m ) boşaldaraq təhvil verməyi öhdəsinə götürür. 2020-ci il 1 yanvar tarixinədək ünvan 3 ünvanında yerləşən, Bakı Dəmir Yolu Vağzalı binasının 15-ci mərtəbəsini (344 kv.m) boşaldaraq təhvil verməyi öhdəsinə götürür. Tərəflər həmçinin razılaşırlar ki, icarə müqaviləsinə isə 2020-ci il 1 yanvar tarixində xitam verilir.

3. Cavabdeh QSC-yə aid olan dövriyyə məlumatları çıxarışından görünür ki, ümumilikdə dövr ərzində 24.355,04 məbləğində ödəniş, 38.228,20 məbləğində isə öhdəlik olmuş, 3.294,46 məbləğində dövr sonuna qalıq olmuşdur. 4. "xxxx" QSC tərəfindən Cavabdeh QSC-ya ünvanlanmış 2021-ci il 12 aprel tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında 2019-cu il 24 sentyabr tarixində imzalanan 3M-185 nömrəli icarə müqaviləsi üzrə müəyyən edilmiş 30.117 manat məbləğdən 26.822,54 manat vəsaiti ödənilmiş, qalıq 3.294,46 manat pul vəsaiti ödənilməmişdir. 3.294,46 manat məbləğində pul vəsaitin 5 gün müddətində Cavabdeh QSC tərəfindən ödənilməsini xahiş etmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 5. "xxxx" QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh QSC-ya (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2019-cu il 24 sentyabr tarixli, 3M-185 nömrəli icarə müqaviləsi üzrə 3.294,46 manat məbləğində əsas borc, 4.000 manat məbləğində dəbbə pulu, 10.000 manat məbləğində əldən çıxmış fayda, cəmi 17.294.46 manat məbləğində pul alınıb iddiaçıya ödənilməsi, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabde hdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2019-cu il 24 sentyabr tarixdə 3M-185 nömrəli icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən ünvan 1 ünvanında yerləşən Bakı Dəmir Yolu Vağzalı binasının 15 və 16-cı mərtəbələrində yerləşən, hər bir mərtəbəsi 344 kv.m., ümumilikdə 688 kv.m olan icarə obyekti cavabdehə icarəyə verilmişdir.

7. Tərəflər arasında 2019-cu il 23 oktyabr tarixli, 3M-202 nömrəli saziş imzalanaraq icarə müqaviləsinə əlavə və dəyişikliklər edilmişdir. Həmin sazişin 1.6-cı bəndinə əsasən, icarə müqaviləsinin müddəti 2020-ci il 1 yanvar tarixədək müəyyən olunmuşdur. Sazişin 1.1-ci bəndinə əsasən, cavabdeh 2020-ci il 1 yanvar tarixədək iddiaçıya 30.117 manat məbləğində pul ödəməli və məbləğə həm icarə müqaviləsindən əvvəlki qalıq borclar, həm də müqavilə dövrü üzrə icarə haqları daxil edilmişdir. Sazişin 1.4-cü və 1.5-ci bəndlərinə əsasən cavabdeh 2019-cu il 1 dekabr tarixdə İcarə obyektinin 16-cı mərtəbəsini, 2020-ci il 1 yanvar tarixdə isə 15-ci mərtəbəsini boşaldaraq iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh sazişdə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. 8. 2020-ci il 1 yanvar tarixdə müqavilənin müddəti bitdiyi üçün icarə müqaviləsinə xitam verilmiş və cavabdeh icarə obyektlərini boşaldaraq iddiaçıya təhvil vermişdir. Lakin sazişin 1.1-ci bəndində müəyyən edilmiş 30.117 manat məbləğində pul vəsaitindən yalnız 26.822,54 manat məbləğində vəsait ödənilmiş, qalıq 3.294,46 manat ödənilməmiş və ilkin olaraq əldən çıxmış fayda kimi iddiaçı tərəfindən 10.000 manat məbləğində vəsait hesablanmışdır. Müqavilənin 5.4-cü bəndinə əsasən, cavabdeh tərəfindən hər ödənilməyən gün üçün 0,1% məbləğində dəbbə pulu əlavə olunaraq 4.000 manat məbləğində dəbbə pulu hesablanmışdır.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 385.1, 442, 445.1, 445.2, 448.2, 462.1, 700.1-ci maddələrinə istinad etmişdir.

10. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 19 oktyabr tarixli, e-2-2(113)3451/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 2019-cu il 24 sentyabr tarixli, 3M-185 nömrəli icarə müqaviləsi üzrə 3.294,46 manat məbləğində əsas borc, 330 m anat məbləğində dəbbə pulu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 3.654,46 manat tutularaq iddiaçının hesabına ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir (hakim – A. Əliyeva).

12. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında icarə müqaviləsi imzalanmış, iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. Tərəflər arasında qeyd olunan icarə müqaviləsinə dəyişiliklər edilməsi barədə razılıq əldə edilmiş və müqavilə imzalanmışdır. Cavabdeh ikinci müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi qismən icra edərək icarəyə verilmiş icarə obyektlərini boşaltmış, lakin icarə müqaviləsi üzrə borclarını ödəməmişdir. Belə olan halda iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Cavabdeh üzərinə götürülən öhdəliklərini vax tında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında qanunvericiliklə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə (cərimə) pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

13. Həmçinin qeyd olunanlara əsasən məhkəmə 330 manat məbləğində cərimənin tutulmasını ədalətli hesab etmişdir. İddiaçı tərəfindən cavabdehin mübahisəli pul məbləğini gecikdirməsi nəticəsində faydalandığına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

14. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 442, 448.1, 449.1, 462.1, 467, 700.1, “Azərbaycan Respublikası Mülki Məcəllənin 449-cü maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Ple numunun 2009-cu il 9 iyul tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 80, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir.

15. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 iyun tarixli, 2-2(103)-577/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişd ir ki, əldən çıxmış fayda zərərin tərkib hissəsidir. MM-in maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud olmamışdır. Belə ki, iddiaçı fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını və s. halları təsdiq edən sübutları təqdim etməmişdir.

18. Dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azadılması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 330 manat məbləğindən daha artıq məbləğdə dəbbə pulunun tutulması üçün əsaslar mövcud olmamışdır.

19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün MM-in 21.2, 443.4, 462.1, 467-ci maddəsinə istinad etmişdir.

20. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 5 iyul tarixdə iş üzrə tərəflərə göndərilmişdir.

21. İddiaçı 2022-ci il 27 iyul tarixində kassasiya şikayəti verməklə, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 21.2, 462.1-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin zamanında icra edilməməsi səbəbindən iddiaçı maliyyə itkisinə məruz qalmışdır. Belə ki, həmin məbləğlər borcun qaytarılmadığı müddət ərzində maliyyə dövriyyəsində hərəkətdə olacağı təqdirdə, iddiaçı böyük həcmdə gəlirlər əldə edə biləcəyi halda, cavabdehin borcu ödəməməsi nəticəsində iddiaçı həmin gəlirlərindən məhrum olmuşdur. İlkin olaraq əldən çıxmış fayda iddiaçı tərəfindən 10.000 manat hesablanmışdır. Lakin məhkəmə tərəfindən qeyd olunan hissədə iddia təmin edilməmiş və iddianın təmin olunmaması əsaslandırılmamışdır.

23. Cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqı zamanında ödənilmədiyindən 4.000 manat dəbbə pulu hesablanmışdır. Belə ki, məhkəmə 330 manat dəbbə pulu tutulması barədə nəticəyə gəlmişdir. Məhkəmənin hansı əsasla məbləğin tutulması barədə hər hansı bir əsaslandırması müəyyən olunmamışdır.

24. MPM-in 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin əsasını təsdiq sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

26. Kassasiya şikayəti vaxtında verilmiş, kasasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Hazırkı i craat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməy ibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müq aviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” 30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabı na pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.... Borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər....”

31. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

32. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 iyun tarixli, 2-2(103)-577/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

34. İddiaçının kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin əldən çıxmış fayda hissəsində iddia tələbini təmin etməməsi və dəbbə pulunun azaldılması əsaslı olmamışdır.

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.

36. Belə ki, Mülki Məcəllənin əldə çıxmış fayda ilə bağlı münasibətləri nizamlayan normalarına görə (MM-in 21.1, 443.4-cü maddələri) əldən çıxmış fayda kreditor tərəfindən tələb edilməsi müəyyənl əşdirilmiş kompessator məsuliyyət növüdür.

37. MM-in 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. MM-in 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

39. Bununla belə, onun tələb edilməsi kreditor tərəfindən müəyyən şərtlərə riayət olunmasını ehtiva edir. Əldən çıxmış faydanın tələb edilməsi zamanı MPMin tələbləri baxımından iddiaçı ilk növbədə onun əldə edilməsi üçün gördüyü tədbi rləri və bu məqsədlə apardığı hazırlıq işləri barədə sübutlarını təqdim etməlidir.

40. Həmçinin, faydanın əldən çıxmasında cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsini, onun təqsiri ilə əldən çıxmış fayda arasında səbəbnəticə əlaqəsinin mövcudluğu sübuta yetirilməlidir. Yalnız göstərilənlər vəhdət halında sübuta yetirildiyi təqdirdə borclunun əldə çıxmış fayda ilə bağlı öhdəliyi yaranmaqla iddia tələbi də əldən çıxmış faydanın tutulması hissəsində təmin oluna bilərdi. Hazırkı halda isə, göstərilən hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

41. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

42. MPM-nin sübutetmə yükü ilə bağl ı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni yuxarıda istinad edilmiş mülki qanunvericiliyin tələblərinə əsas ən düzgün aparmışdır.

44. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, aşağı instansiya məhkəmələrinin iddiaçı tərəfindən tələb olunan dəbbə pulunun iddia tələbini təmin olunan vəsaitə nisbətdə Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri baxımından azaldılması da qanuni və ədalətli olmuşdur.

45. Göründüyü kimi, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış, qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir və cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

46. Beləliklə apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol ver ilmədiyindən, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlindiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 iyun tarixli, 2-2(103)-577/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar